Məhkəmə qərarları › İş №2-2(102)-906/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-906/2025

25.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-906/2025 25.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 2 oktyabr tarixli, 2-2(107)-116/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, məhkəmə qətnaməsi ilə tutulan vəsaitin cavabdeh tərəfindən qəsdən gecikdirildiyini nəzərə alaraq, 19349,4 manat gecikdirilməyə görə faizin cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehin mülkiyyətində olan Şəki şəhəri, S.Mümtaz küçəsindəki 0,0102 ha torpaq sahəsində yerləşən 99,0 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması yolu ilə pulun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, qeyri-yaşayış sahəsini işlətməyə cavabdeh tərəfindən yaradılan maneələrə görə 31500 manat zərər, 19349,40 manat gecikdirilməyə görə faiz və 25338,5 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 76187,9 manat pul vəsaiti nin cavabdehdən onun xeyrinə tutulması, tutmanın cavabdehin sahibliyində olan Şəki şəhəri, S.Mümtaz küçəsindəki 0,0102 ha torpaq sahəsində yerləşən 99,0 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması yolu ilə pulun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 5 iyun tarixli 2-2(117)-386/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 5955,04 manat gecikdirilmiş dövr üçün faiz borcu və dövlət rüsumunun 24,90 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv edilərək, həmin hissədə də iddianın t am təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh də həmçinin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 oktyabr tarixli, 2-2(107)-116/2025 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması məsələsinə baxılması üçün iş apellya siya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarından görünür ki, iddianın qiyməti ümumilikdə 76187,9 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3 və 8.6cı maddələrinin tələblərinə əsasən, hazırkı halda iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 159,28 manat təşkil ed ir. Lakin iddiaçı tərəfindən kassasiya şikayəti verilərkən cəmi 80,6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu hal isə kassasiya şikayətinin geri qaytarılması üçün əsasdır. Belə ki, MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsində isə təsbit edilmişdir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş həmin kassas iya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və MPM-in 407-408-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 2 oktyabr tarixli, 2-2(107)-116/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar