Məhkəmə qərarları › İş №2-2(102)-91/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-91/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-91/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 oktyabr tarixli 2-2(103)-790/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" QSC ilə Cavabdeh MMC arasında bağlanmış 2023-cü il 3 oktyabr tarixli 131-2/2-512/2023 nömrəli reklam fəaliyyətinin təşkili haqqında müqaviləyə (bundan sonra – “Müqavilə”) əsasən, əmlak sahibi ona məxsus olan əmlaklarda reklam fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqlarını (yəni reklam istehlakçısının diqqətini reklam obyektinə cəlb etmək məqsədi ilə reklamvericinin, reklam yaradıcısının, reklam istehsalçısının, reklam agentinin və reklam yayıcısının hərəkətlərinin məcmusu) reklamçıya verir, reklamçı isə bunun müqabilində əmlak sahibinə bu müqavilə ilə müəyyən edilmiş qaydada haqq ödəyir.

2. Müqavilənin 2.3-cü bəndinə əsasən, reklamçı bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan haqqı əmlakın sahibi nə hər təqvim ayının sonunda təqdim olunmuş hesabata (Sahələrdə həyata keçirdiyi reklam fəaliyyəti barədə) əsasən növbəti ayın birinci həftəsinin son iş gününə qədər bu müqavilədə qeyd olunan hesabına bank köçürmə yolu ilə həyata keçirir. Reklamçı əmlak sahibinə ödəməli olduğu haqqı vaxtında ödəmədiyi təqdirdə, ödənilməyən haqqın (məbləğin) üzərinə əmlakın sahibi tərəfindən hər ödənilməyən gün üçün 1% faiz dəbbə pulu hesablanacaq. Dəbbə pulunun ümumi məbləği ödənilməli olan, ancaq ödənilməyən yayım haqqının (və ya Yayım Haqlarının) ümumi məbləğinin 25%-i miqdarından çox olmamaqla tətbiq oluna bilər. Əgər reklamçının ödədiyi məbləğ əmlakın sahibi qarşısında bütün borclarının bağlamasına kifayət etməzsə, o zaman ödənilən məbləğ ilkin olaraq dəbbə pulunun ödənilməsinə artıq qalan hissəsi isə (olduğu təqdirdə) reklamçının əmlakın sahibi qarşısında mövcud olan digər borclarına yönəldilir.

3. Müqavilənin 6.2-ci bəndinə əsasən, reklamçı öz öhdəliklərini tam icra etməzsə (öhdəliklərini icra etməkdən yayınarsa, yəni bu müqavilə ilə razılaşdırılmış yayım haqlarını vaxtlı vaxtında ödəməzsə və ya bu müqavilə üzrə öhdəliklərində pozuntulara yol verərsə (üzərinə götürdüyü vəzifələri icra etməzsə) bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam veriləcəkdir və buna görə reklamçıya onun tərəfindən Cəmiyyətə məxsus ərazilərdə reklam fəaliyyəti ilə bağlı çəkdiyi hər hansı xərc kompensasiya olunmayacaq.

4. QSC ilə MMC arasında imzalanmış 1 nömrəli Əlavəyə əsasən, reklamçının 2023-cü il 1 oktyabr tarixindən əmlak sahibinin əmlaklarında yerləşdirdiyi reklam məhsulları üçün əmlak sahibinə ödəməli olduğu haqq, hər reklam məhsulu üçün əmlak sahibi ilə əvvəlcədən razılaşdırılmış yayım məbləğinin 70%-ni təşkil edir.

5. QSC tərəfindən verilmiş 2024-cü il 26 fevral tarixli maliyyə arayışından görünür ki, MMC-nin Müqaviləyə əsasən 2023-cü il 31 dekabr tarixinə hesablanmış əsas borcu 26.763,19 manat, dəbbə pulu 6.046,80 manat təşkil edir.

6. MMC tərəfindən QSC-yə ünvanlanmış 2024-cü il 9 yanvar tarixli FC 09124 nömrəli cavab məktubunda MMC QSC-yə olan ümumilikdə 26.857,37 manat məbləğində borcunu qəbul edərək 2024-cü ilin yanvar ayından oktyabr ayına qədər ödəməyi öhdəsinə götürmüşdür.

7. QSC tərəfindən MMC-yə EBDO 034889 nömrəli 2023-cü il 13 sentyabr tarixli 6.829,82 manat, EBDQ 913239 nömrəli 2023-cü il 20 oktyabr tarixli 12.496,81 manat, EBDT 456516 nömrəli 2023-cü il 24 noyab r tarixli 11.792,55 manat, EBDV 575081 nömrəli 2023-cü il 20 dekabr tarixli 2.576 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.

8. QSC ilə MMC arasında imzalanmış: - 2023-cü il 20 oktyabr tarixli razılaşmada Bakı Dəmiryol vağzalının həyətində "xxxx" məhsullarının reklamı üçün aylıq 1.032,50 manat haqq ödənilməsi razılaşdırılmışdır. QSC ilə MMC arasında 2023-cü il 1 oktyabr tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhvil-təslim aktı imzalanmışdır. - 2023-cü il 27 oktyabr tarixli razılaşmada Sumqayıt Dəmiryol vağzalında "xxxx" məhsulunun reklamı üçün 826 manat haqq ödənilməsi razılaşdırılmışdır. QSC ilə MMC arasında 2023-cü il 23 oktyabr tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhvil-təslim aktı imzalanmışdır. - 2023-cü il 20 okt yabr tarixli razılaşmada Bakı-Sumqayıt qatarı daxilində yerləşən monitorda 01 ədəd "xxxx" məhsulunun reklamı üçün 1.652 manat haqq ödənilməsi razılaşdırılmışdır. QSC ilə MMC arasında 2023-cü il 1 oktyabr tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhvil-təslim aktı imzalanmışdır. - 2023-cü il 23 oktyabr tarixli razılaşmasında Sumqayıt Dəmiryol vağzalında "xxxx" məhsulunun reklamı üçün 826 manat haqq ödənilməsi razılaşdırılmışdır. QSC ilə MMC arasında 2023-cü il 1 oktyabr tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhvil-təslim aktı imzalanmışdır. - 2023-cü il 27 oktyabr tarixli razılaşmada Bakı-Sumqayıt-Bakı sürət sərnişin qatarı daxilində 01 ədəd "xxxx" məhsulunun reklamı üçün 3.717 manat haqq ödənilməsi razılaşdırılmışdır. QSC ilə MMC arası nda 2023-cü il 6 oktyabr tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhvil-təslim aktı imzalanmışdır. - 2023-cü il 20 oktyabr tarixli razılaşmada Bakı-Sumqayıt, Bakı-Ağstafa, Bakı-Qəbələ qatarı daxilində yerləşən monitorlarda 1 ədəd "xxxx" ASC reklamı üçün aylıq 1.652 manat haqq ödənilməsi razılaşdırılmışdır. QSC ilə MMC arasında 2023-cü il 1 oktyabr tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhvil-təslim aktı imzalanmışdır. - 2023-cü il 23 oktyabr tarixli razılaşmada Sumqayıt Dəmiryol vağzalında 3 ədəd "xxxx" məhsulunun reklamı üçün 1.750 manat haqq ödənilməsi razılaşdırılmışdır. QSC ilə MMC arasında 2023-cü il 1 oktyabr tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhvil-təslim aktı imzalanmışdır. - 2023-cü il 20 okty abr tarixli razılaşmada Bakı dəmiryol vağzalının inzibati binasının fasad hissəsində "xxxx" məhsulunun reklamı üçün 743,40 manat haqq ödənilməsi razılaşdırılmışdır. QSC ilə MMC arasında 2023-cü il 1 oktyabr tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhvil-təslim aktı imzalanmışdır. - 2023-cü il 20 oktyabr tarixli razılaşmada Bakı-Sumqayıt, Bakı-Ağstafa, Bakı-Qəbələ qatarı daxilində yerləşən monitorlarda 5000 ədəd "xxxx" məhsulunun reklamı üçün aylıq 350 manat haqq ödənilməsi razılaşdırılmışdır. QSC ilə MMC arasında 2023-cü il 11 oktyabr tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhvil-təslim aktı imzalanmışdır. - 2023-cü il 20 oktyabr tarixli razılaşmasında Bakı dəmiryol vağzalının inzibati binasında mövcud olan eskalatorun üzərində "xxxx" məhsulunun reklamı üçün 1.239 manat haqq ödənilməsi razılaşdırılmışdır. QSC ilə MMC arasında 2023-cü il 1 oktyabr tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhvil-təslim aktı imzalanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 9. "xxxx" QSC (bundan sonra – “iddiaçı”) 2024-cü il 12 mart tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə yaranmış 26.763,19 manat əsas borc, həmin borca hesablanmış 6.046,80 manat dəbbə pulu və 188,43 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 32.998,42 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi Müqavilənin bəndlərinə (bax §§ 1-3) istinad edilərək əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, Müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməməsi səbəbindən cavabdehə bildiriş verilərək Müqavilənin 6.2-ci bəndinə əsasən 2023-cü il 6 noyabr tarixdən həmin müqaviləyə xitam verilmişdir. Lakin həmin müqavilə üzrə yayımlanması davam edən reklam məhsullarının yayımı 2023-cü il 31 dekabr tarixinədək davam etmişdir. Nəticədə 2023-cü il 31 dekabr tarixinə Müqavilə üzrə 26.763,19 manat əsas borc və həmin borca hesablanmış 6.046,80 manat dəbbə pulu olmaqla, ümumilikdə 32.809,99 manat borc yaranmışdır.

11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 may tarixli e-2-2(113)-2406/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 26.763,19 manat məbləğində əsas borc, 1.300 manat dəbbə pulu, 150 manat dövlət rüsumu, ümumilikdə 28.213,19 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Ü.Həsənova).

12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçı tərəfindən görülmüş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 2023cü il 3 oktyabr tarixli 13-1-2/2-512/2023 nömrəli reklam fəaliyyətinin təşkili haqqında müqavilə və onun əlavələrindən irəli gəlir.

13. Məhkəmə cavabdehin qanunvericilik normalarını, eləcə də Müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 26.763,19 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia t əmin edilməli, cavabdehdən 26.763,19 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

14. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehdən tələb olunan cəriməni azaldaraq 1.300 manat məbləğində müəyyən etmişdir.

15. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 398.1, 399.1, 442, 462.1, 467, 777.1, 783.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 1 4.2, 77.1, 217.1, və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 oktyabr tarixli 2-2(103)-790/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tələbi təsdiq edən müqavilə, maliyyə arayışı, məktub, elektron qaimələr, təhvil-təslim aktları təqdim etmişdir. Cavabdehin apel lyasiya şikayətində irəli sürdüyü əsas dəlili cavabdehin öhdəliyinin icra edilməsinə iddiaçının özünün mane olmasından ibarətdir. Lakin cavabdeh istinad etdiyi halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Əksinə, işdə olan sübutlar yalnız cavabdehin öhdəliyin lazımınca icra etməməsini göstərir. İşdən görünür ki, cavabdeh iddiaçıya qarşı iddia qaldırmış və ondan pul tələb etmişdir. Kollegiya hesab etmişdir ki, icraatın dayandırılması üçün əsaslar müəyyən edilməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri ilə əsaslandırmışdır.

20. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın d əlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. MM-in 385.1 və 442-ci maddələri üzrə - Cavabdehin iddiaçı arasında hər hansı öhdəliyi yoxdur. Cavabdehin öhdəliyinin yerinə yetirilməsinə iddiaçı mane olmuşdur ki, zərəri də özü qarşılamalıdır. Cavabdeh iddiaçı qarşısında heç bir öhdəliyi pozmamışdır. Öhdəliyin icra edilməməsi isə iddiaçının ucbatından baş vermişdir.

22. MPM-in 76, 77, 88, 89-cu maddələri üzrə - Məhkəmə işdə olan sübutları sadalamamış və onlara ayrı-ayrılıqda qiymət verməmişdir.

23. Kassasiya şikayətinin “Digər məsələlər” bölməsində göstərilmişdir ki: - Cavabdeh 2022-ci ilin may ayından "xxxx" MMC ilə uğurlu əməkdaşlıq etmiş, indiyədək Həmin MMC-yə 140.222,45 manat ödəmə etmişdir. "xxxx" MMC-nin yeni rəhbərliyi 2023-cü il 27 oktyabr tarixindən bizimlə birtərəfli qaydada fəa liyyətimizi dayandırmış və fəaliyyət göstərə bilməmişik. Çünki fəaliyyətimiz ADY Əmlak MMC ilə bağlı idi. 2023-cü il 10 noyabr tarixində ödənilməli olan aylıq ödənişləri 2023-cü il 27 oktyabr tarixində tələb etmiş və tələbini yerinə yetirə bilmədiyimiz üçün müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Ümumiyyətlə həmin tarixdən cavabdehin əməkdaşlarını binaya buraxmamış, müştərilərini qəbul edə bilməmişlər. Ümumiyyətlə müştərilərdən bu səbəblərdən ödənişləri ala bilməmişlər. Çünki onları daimi ofisdə görən müştərilərlə başqa yerlərdə görüşülməsi mümkün deyildir. Bu baxımdan da artıq "xxxx" MMC-nin əməkdaşlarının etdiyi qanunsuzluqlar nəticəsində müştərilərlə cavabdeh arasında etimadsızlıq yaranmışdır. Cavabdeh də ödənişləri qəbul edərək "xxxx" MMC-yə ödəyə bilməmişdir. Bütün bu maliyyə itk isinə səbəb elə "xxxx" MMCnin özü olmuşdur. "xxxx" MMC-nin etdiyi qanunsuzluq nəticəsində həm özləri, həm də cavabdeh maliyyət itkisinə səbəb olmuşdur. Belə olan halda, ümumiyyətlə cavabdeh tərəfinin iddiaçıya hansısa məbləğdə borcu yaranmamışdır. Olmayan borca görə isə faiz hesablanması yolverilməz və qanunsuzdur. Ümumiyyətlə, ilk öncə iddiaçı tərəf müqavilənin şərtlərinə əməl etməmiş, müqavilə sonunda ödənilməli olan məbləği əvvəlcədən tələb etmişdir. Ümumiyyətlə, bu tələb razılaşmaya zidd olmuşdur. İddiaçının tələb etdiyi məbləğlər cavabdehə ödənilməsidir. Müqavilə öhdəliyindən biri də ondan ibarətdir ki, reklamçı reklam etdiyi müəssisələrdən ödənişi qəbul edərək iddiaçı tərəfə ödəməlidir. Hansısa maneədən sonra bunu etmək mümkünsüzdür. Məhkəmə ümumiyyətlə işi birtərəfli qaydada araşdır mış, iddiaçının üzərinə qanunsuz olaraq pul ödənişi qoymuşdur. - Müqavilənin 6.2-ci bəndinə əsasən Reklamçı öz öhdəliklərini tam icra etməzsə (öhdəliklərini icra etməkdən yayınarsa, yəni Bu müqavilə ilə razılaşdırılmış yayım haqlarını vaxtlı vaxtında ödəməzsə və ya bu müqavilə üzrə öhdəliklərində pozuntulara yol verərsə (üzərinə götürdüyü vəzifələri icra etməzsə) bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam veriləcəkdir və buna görə Reklamçıya onun tərəfində Cəmiyyətə məxsus ərazilərdə Reklam fəaliyyəti ilə bağlı çəkdiyi hər hansı xərc kompensasiya olunmayacaq. Lakin hər iki məhkəmə instansiyası aydınlaşdırmamışdır ki, bu öhdəlik hansı tərəfdən pozulmuşdur. Birinci instansiya məhkəməsi borcun məbləğini düzgün müəyyən etməmiş, ümumiyyətlə cavabdehin borclu olub-olmaması barədə süb utları tədqiq etməmişdir. Çünki məhkəmə cavabdeh tərəfin sübutlarını qəbul edərək, dinləməmişdir. Apellyasiya məhkəməsi də buna düzgün münasibət bildirməmiş, ümumiyyətlə hər hansı bir mötəbər sübuta istinad etməmişdir. Birinci instansiya məhkəməsi zamanı məhkəmənin təxirə salınması xahiş edilsə də, məhkəmə əhəmiyyət verməmiş, bu barədə təqdim etdiyim ərizəni iclasdan sonra təhvil almışdır. Ümumiyyətlə məhkəmə pulun cavabdeh tərəfindən alınmasını, pulun cavabdehdə olub-olmamasını araşdırmamış, apellyasiya məhkəməsi isə ümumiyyətlə buna əhəmiyyət verməmişdir. Ümumiyyətlə cavabdehin hansı səbəbdən fəliyyətini dayandırmasını, ödənişləri etməməsinin səbəbləri aydınlaşdırılmamış və bu barədə sübutlara istinad edilməmişdir. Ümumiyyətlə, iddia sübut edilməmiş təmin edilmişdir. Müqavilə tədqiq edil məmiş, iddiaçının hansı səbəbdən cavabdehlə işləməməsinin səbəbləri barədə sübutlar yoxdur. Ümumiyyətlə bu borcla bağlı cərimə məbləği hesablana bilməzdir. Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsi tərəfindən edilmiş qanunsuzluğa münasibət bildirməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

25. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi ni yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlmə si əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra ed ilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdir ilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür....” “Maddə

783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu... 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir....”

28. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndi rilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

30. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, i ddiaçı tələbi təsdiq edən müqavilə, maliyyə arayışı, məktub, elektron qaimələr, təhvil-təslim aktları məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh istinad etdiyi halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Üstəlik, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2024-cü il 9 yanvar tarixli FC 09124 nömrəli cavab məktubunda cavabdeh iddiaçıya olan ümumilikdə 26.857,37 manat məbləğində borcunu qəbul edərək 2024-cü ilin yanvar ayından oktyabr ayına qədər ödəməyi öhdəsinə götürmüşdür.

31. Kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər isə iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır.

32. Kassator özünün kassasiya şikayətində apellyasiya in stansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

33. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 28) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 28) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

34. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 ok tyabr tarixli 2-2(103)-790/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 oktyabr tarixli 2-2(103)-790/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar