Məhkəmə qərarları › İş №2-2(102)-914/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-914/2025

17.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-914/2025 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı MMC-nin (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Satıcı və ya sifarişçi “xxxx” MMC ilə icraçı Cavabdeh MMC arasında 2021-ci il ## #### tarixli OM-***/****** saylı xxxx Market platformasında satıcı üçün müqavilə imzalanmışdır. Müqaviləyə əsasən icraçı mükafat qarşılığında satıcı mallarının kartlarını və qiymət təkliflərini platformada yerləşdirmək və satıcıya müştərilərin sifarişlərini emal etməyə imkan verəcək funksionalı təqdim etmək və satıcının göstərişlərini müştəriyə çatdırmaq xidmətlərini göstərməyi, satıcı isə onları qəbul etmək və ödəmək öhdəliklərini öz üzərinə götürmüşdür.

2. Partnyor İddiaçı MMC ilə operator Cavabdeh MMC arasında 2022-ci il ## #### tarixli U***** saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən partnyor proqram çərçivəsində müştəri tərəfindən partnyorun TMM-də (ticarət, xidmət müəssisələrinin (təşkilatlarının) ticarət məntəqəsi (malların/xidmətlərin satış məntəqəsi)) aparılan əməliyyatların məbləğində müqavilə ilə müəyyən olunan həcmdə müştərilərə bonus manatlarının maliyyələşdirilməsini, eyni zamanda ayda bir dəfədən az olmamaqla, operatora müqavilənin 4-cü maddəsinə əsasən komissiya haqlarının ödənilməsini, operator isə partnyora sonuncunun biznesinin inkişafı üçün proqram çərçivəsində, müştərilərin cəlb edilməsi istiqamətində xidmət göstərməyi öz öhdəsinə götürmüşdür.

3. Satıcı İddiaçı MMC ilə diler Cavabdeh MMC arasında 2023-cü il ## ###### tarixli DM-***/****** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı hazırkı müqavilələrdə, spesifikasiyalarda və dilerin sifarişlərində nəzərdə tutulmuş miqdarda, müddətlərdə və qiymətlərdə malları dillerə çatdırmağı və onun mülkiyyətinə verməyi, diler isə öz növbəsində hazırkı müqavilənin şərtlərinə uyğun qaydada dilerin sifarişlərinə əsasən malları satıcıdan qəbul etməyi, satıcıya malların qiymətini ödəməyi və müqavilədə müəyyənləşdirilmiş qaydada və şərtlərdə alqı-satqı əməliyyatları etməklə və ya malları üçüncü tərəflərə çatdırmaqla satıcıdan əldə edilmiş malların paylanmasını (satışını) həyata keçirməyi öz öhdəsinə götürmüşdür.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. Iddiaçı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış müqavilələr üzrə yaranmış 250121,92 manat məbləğində əsas borcun, müqavilənin 7.1-ci maddəsinə əsasən hər bir gün üçün ödənilməmiş məbləğin 0,5%i hesablanmaqla 12506,05 manat cərimə olmaqla ümumillikdə 262627,05 manat pulun iddiaçıya ödənilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən müəyyən miqdarda mallar təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən müəyyən borclar yaranmış, pretenziya məktubu göndərdikdən sonra borcun bir qismi ödənilmişdir. Iddiaçı tərəfindən 2024-cü il # ######## tarixdə qarşı tərəfə pretenziya məktubu göndərilmiş, DM- ***/****** saylı müqaviləyə əsasən cavabdehə MT2406 10332805, MT2406 10936327 və MT2407 ******** saylı EQ-lərə əsasən iyun, iyul 2024-cü ildə 77.164 manat dəyərində mallar təhvil verilib. Bu vaxta qədər ümumi borcdan 25.502 manat cavabdeh tərəfindən ödənilib. Hal-hazırda bu günə olan borc 51.662 manat təşkil edir. Həmçinin, iyun 2024-cü ildə edilən satışlara görə U***** saylı müqaviləyə əsasən cavabdeh tərəfindən 233.010,72 manat bonus borcu yaranmış və bu günə qədər ödənilməyib. Əlavə olaraq, OM-***/****** saylı müqaviləyə əsasən xxxx Market platformasında iyul-avqust 2024-cü ildə satılan mallardan bir qisminə 8.667,96 manat dəyərində borc yaranmışdır və bu günə qədər ödənilmədiyi qeyd olunmuşdur. Daha sonra iddiaçı tərəfindən 2024-cü il ## ######## tarixdə qarşı tərəfə prentenziya məktubu ilə müraciət edərək, 2024-cü il # ######## tarixində göndərilən pretenziyadan sonra DM-***/****** saylı müqaviləyə və MT2406 10332805, MT2406 10936327 və MT2407 ******** saylı EQ-lərə əsasən 77.164 manat ümumi borcdan 61.430 manat ödənilib. Hal-hazırda bu günə olan borc 15.734 manat təşkil edir. Həmçinin, iyun 2024cü ildə iddiaçı tərəfindən edilən satışlara görə U***** saylı müqaviləyə əsasən cavabdeh tərəfindən 233.010,72 manat bonus borcu yaranıb və bu günə qədər ödənilməyib. OM- ***/****** saylı müqaviləyə əsasən xxxx Market platformasında iyul 2024-cü ildə satılan mallardan bir qisminə 1.377,20 manat dəyərində borc yaranmışdır və bu günə qədər ödənilməmişdir. Son olaraq, ümumi olan 250.121,92 manat dəyərində borc ödənilməmişdir.

6. Cavabdeh iddia ərizəsinə etirazında 2022-ci il ## #### tarixli U***** nömrəli xidmət müqaviləsinin 2, 3.2 və 4-cü bəndlərinə istinadla qeyd etmişdir ki, hazırda iddiaçı tərəfindən həmin müqavilə üzrə tələb edilən pulun ekvivalent məbləği olan bonus manatlarının əldə olunmasına dair əsaslı şübhələr yaranmış və bununla bağlı hüquq mühafizə orqanına müraciət edilmişdir. Belə ki, iddiaçının ticarət məntəqəsində istifadə olunmuş bonus manatlarının, təsisçisi və qanuni təmsilçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra – “Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs”) olan “xxxx” MMC-nin ticarət məntəqəsində aparılmış əməliyyatlar üzrə əldə edilən bonus manatları olduğu müəyyən edilmişdir. “xxxx” MMC ilə cavabdeh arasında 2024-cü il # ##### tarixində müqavilə bağlanmış və həmin müqaviləyə əsasən müştərilər həmin şirkətdə mebel alqı-satqısı zamanı “xxxx” müştərisi olduğunu qeyd etdikdə onların “xxxx” kartlarına 10% həcmində cavabdeh tərəfindən bonus köçürülmüşdür. Həmin şirkətin ticarət məntəqəsində aparılmış əməliyyatlar üzrə müqavilənin bağlandığı, yəni 2024ci il # ##### tarixindən 2024-cü il ## #### tarixinədək ümumilikdə 998858,94 manat ekvivalentində bonus hesablanmışdır. Dövriyyənin olduqca yüksək olması şübhə yaratmış və bununla bağlı Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş Idarəsinə müraciət edilmişdir. Müraciət əsasında araşdırılma aparılmış və cinayət işi başlanılmışdır. Həmin araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan bonusların nağdlaşdırılması mümkün olmadığından və yalnız cavabdehin partnyoru olduğu yerlərdə alış-veriş zamanı istifadə etmək mümkün olduğundan yığılmış bonuslar qeyd olunan qaydada istifadə edilərək mallar əldə olunmuş və həmin malların yenidən satışı həyata keçirilərək vəsaitlər nağdlaşdırılmışdır. Bonuslar hesabına malların aparılmasına dair əməliyyatlar, həmçinin iddiaçının satış məntəqəsində aparılmış və hazırda tələb olunan vəsait də həmin əməliyyatlar nəticəsində formalaşmış məbləğdir. Iddiaçı ilə partnyorluq münasibətləri olduğundan icra edilən əməliyyatlar ilə bağlı məlumatlar istənilmiş, lakin birmənalı cavabın əldə olunması mümkün olmamışdır. Iddiaçı məsələni dərindən araşdırmaq üçün kömək etməyə vəd versə də, sualların cavablandırılmasından yayınmış, əməliyyatların təsdiqi üçün çeklərin mövcud olmadığını qeyd etmiş və əməliyyatların həqiqiliyini təsdiq edən sənəd təqdim edə bilməmişdir. Eyni zamanda şirkətin əməkdaşlarının verdiyi məlumatlar arasında da ziddiyətlər vardır. Belə ki, iddiaçı yalnız müqavilədən irəli gələn Proqram çərçivəsində onun ticarət məntəqəsində mobil telefona quraşdırılmış tətbiq vasitəsilə bonus manatlarının istifadə edilməsini sistemə daxil etmiş və bunun nəticəsində hazırda iddia ərizəsinə əlavə olunmuş müqavilə üzrə hesablaşmalar formalaşmışdır. Göstərilənlərə əsasən hazırda iddia tələbinin əsasını təşkil edən borcun yaranma mənbəyinin cinayət yolu ilə əldə edilmiş əmlak olduğu müəyyən olunur. Iddiaçının ticarət məntəqəsində bonus manatları hesabına aparılmış alqı-satqı əməliyyatları həmin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının bir hissəsidir və iddiaçının da bu leqallaşdırma əməliyyatında bilərəkdən iştirak etməsi, nəticədə hər hansı maddi mənfəət əldə etməsi güman olunur. Məlum olduğu kimi maliyyə sistemində pulların leqallaşdırılmasının üç fazası mövcuddur: yerləşdirmə; təbəqələşdirmə; inteqrasiya (istifadə). Yerləşdirmə mərhələsində pul vəsaiti maliyyə sistemlərinə edilən mədaxillər vasitəsilə daxil edilir. Təbəqələşdirmə mərhələsində, pul vəsaitləri müxtəlif təyinatla, saxta (real olmayan, əmtəəsiz) hesab-fakturalardan (invoys) istifadə edilməklə adətən bir-birinə bağlı olan (hüquqi şəxsə aidiyyəti olan, qarşılıqlı surətdə asılı, törəmə, eyni hüquqi ünvana malik, direktorları və ya səhmdarları (payçıları) ortaq olan və s.) şirkətlərin hesablarına köçürülür. Inteqrasiya mərhələsində pul vəsaitləri cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması fəaliyyəti ilə məşğul olan şəxslərə xas fəaliyyətlərdə cəmləşdirilməsi vasitəsilə leqallaşdırılaraq istifadə olunur. Hazırda cinayət yolu ilə əldə edilən vəsait “xxxx” MMC-də aparılmış əməliyyatlarda əldə edilmiş bonus manatlarıdır. Həmin bonus manatlarının iddiaçının ticarət məntəqəsində istifadə olunması leqallaşdırmanın ikinci fazasını, yəni təbəqələşdirməni təşkil edir. Belə olduğu halda “xxxx” MMC barəsində edilmiş müraciət üzrə cinayət işinin araşdırılması başa çatmadan hazırkı iddia tələbinə baxılması düzgün deyildir. Yuxarıda qeyd edilən və iddaçının iştirakçı olduğu fraud əməliyyat səbəbindən, cavabdeh tərəfindən iddiaçının tələb etdiyi vəsaitin əsası olan əməliyyat üzrə təsdiqedici sənədlər, vergi qanunvericiliyə əsasən kassa qəbzlərinin təqdim edilməsi xahiş edilmişdir. Lakin iddiaçı tələb etdiyi vəsait üzrə əsas olan əməliyyatların icrasını sübut edə bilməmişdir. Vergi Məcəlləsinin 16.1.8, 16.1.9 və 50.8.13-cü maddələrinə istinadla qeyd olunmuşdur ki, iddiaçıda aparılan əməliyyatların təsdiqini əks etdirən qəbzlər, çeklər olmalıdır. Iddia edilən məbləğin ödənilməsi məqsədilə həmin sənədlərin iddiaçı tərəfindən cavabdehdən dəfələrlə tələb edilməsinə baxmayaraq iddiaçı heç bir təsdiqedici sənədi bu günədək təqdim edə bilməmişdir. 2023-cü il ## ###### tarixli № DM-540/12202* saylı və 2021-ci il ## #### tarixli “xxxx Market” platformasında satıcı üçün № OM-**/****** saylı müqavilələr üzrə tələbə münasibətdə qeyd olunmuşdur ki, həmin müqavilələrin müvafiq olaraq 11.2-2 və 13.2-2-ci maddələrinə əsasən satıcının (yəni iddiaçının) iddia üçün əsasları yarandığı andan etibarən 30 təqvim günü ərzində belə iddia qaldirması barədə cavabdehin səlahiyyətli nümayəndəsinə yazılı şəkildə məlumat verməzsə, cavabdeh öz öhdəliklərini yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirməməsinə görə məsuliyyətdən azad edilir. Qeyd olunan iki maddəyə əsasən cavabdehin həmin müqavilələr üzrə iddiaçı qarşısında hər hansı bir öhdəliyi qalmamışdır.

7. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs saxlanıldığı Bakı Istintaq Təcridxanasına iddia ərizəsi və bildiriş təqdim edilərək iddiaya münasibət bildirməsi, həmçinin məkhəmə iclasına videokonfrans vasitəsi ilə qoşulması təklif edilmiş, lakin Bakı Istintaq Təcridxanasının əməkdaşı mobil telefonla əlaqə saxlayaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaya münasibət bildirməkdən və məhkəmə iclasına qoşulmaqdan imtina etdiyini bildirmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 2023-cü il ## ###### tarixli DM- ***/****** nömrəli müqavilə üzrə 13985 manat, 2021-ci il ## #### tarixli OM-***/****** nömrəli müqavilə üzrə 1377,20 manat, 2022-ci il ## #### tarixli U***** nömrəli müqavilə üzrə 233010,72 manat əsas və 7000 manat cərimə olmaqla cəmi 255372,02 manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun 545,37 manatının əvəzinin tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Hüseynov).

9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış 2021-ci il ## #### tarixli OM-***/****** saylı müqavilə mülki qanunvericilikdə nəzərdə tutulmuş ticarət nümayəndəsi haqqında müqavilədir. Tərəflər arasında qeyri-müəyyən müddətə bağlanmış ticarət nümayəndəsi haqqında müqavilə üzrə öhdəlik münasibətləri mövcud olmuşdur. Işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi “xxxx” ASC-dəki hesabından çıxarışa əsasən bu müqavilə üzrə 2024-cü il ## ######## tarixində cəmi 6.022,66 manat dəyərində “xxxx Market”də müxtəlif satışlar olmuşdur.

10. Cavabdehin nümayəndəsi həmin müqavilə üzrə 35,5 manat borcu olduqlarını, qalan məbləğin ödənildiyini bildirsə də, iddiaçıya ödənişin edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda cavabdeh həmin müqavilənin 13.2-ci bəndinə istinadla bu müqavilə üzrə heç bir öhdəliyinin qalmamasını bildirmişdir. Lakin həmin müqavilə üzrə mallar 2024-cü il ## ######## tarixində satılmış, iddiaçı isə satılan mallara görə 1377,2 manat ödənişi yazılı şəkildə pretenziya ilə 2024-cü il ## ######## tarixində cavabdehdən tələb etmiş, 2024-cü il ## ####### tarixində isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni iddiaçı müqavilədə nəzərdə tutulmuş 30 təqvim günü ərzində iradını cavabdehə bildirmişdir. Buna görə də məhkəmə müqavilənin şərtlərini, “xxxx Market”də malların satıldığını, satılan mallara görə ödəniş olunması barədə sübutların olmadığını, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş vaxtda pretenziyanın cavabdehə göndərildiyini nəzərə alaraq hesab etmişdir ki, sözügedən müqavilə üzrə iddiaçının tələbi əsaslıdır.

11. Tərəflər arasında imzalanmış 2023-cü il ## ###### tarixli DM-***/****** saylı müqavilə üzrə məhkəmə qeyd etmişdir ki, həmin müqavilə mülki qanunvericilikdə nəzərdə tutulmuş konsessiya müqaviləsidir. Müqaviləyə əsasən cavabdeh iddiaçıdan müvafiq malları (kontrakt mallarını) vaxtaşırı satın almış, bu malları öz adından və öz hesabına başqalarına satmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirməyərək aldığı malların dəyərini müəyyən olunmuş müddətdə iddiaçıya ödəməmişdir. Cavabdehin iddiaçıya bu müqavilə üzrə borcunun olması iş materiallarına əlavə edilmiş təhvil-təslim aktları, e-qaimələr, bank hesabından çıxarışla öz təsdiqini tapmışdır.

12. Işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi X1, təhvil-təslim aktlarına, e-qaimələrə və “xxxx” ASC-dəki hesabdan çıxarışa əsasən 2024-cü il # #### tarixində 46045 manat, 2024-cü il ## #### tarixində 21934 manat, 2024-cü il ## #### tarixində 9185 manat dəyərində televizorlar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Həmin məbləğdən məhkəmədə iddia qaldırılanadək 61430 manat, məhkəmədə işə baxılarkən isə 1749 manat ödəniş edilmişdir. Cavabdehin nümayəndəsi həmin müqavilə üzrə 2209 manat borcu mallar satıldıqca ödəniləcəyini bildirmiş, iddiaçıya ödənişin edilərək qalan malın dəyərinin 2209 manat olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

13. Halbuki həmin müqaviləyə əsasən tərəflər arasında malların satıldıqca ödənilməsi ilə bağlı şərt nəzərdə tutulmamış, müqaviləyə görə cavabdeh faktiki verilmiş malların ödənilməsi üçün iddiaçının ödəniş sənədlərini (invoys, malın təhvil verilməsinə dair akt və elektron-qaimə faktura) aldıqdan sonra 60 iş günü ərzində, iddiaçının ödənişə təqdim etdiyi ödəniş sənədində göstərilmiş malların ümumi dəyərinin 100%-i məbləğində ödəniş həyata keçirməlidir. Eyni zamanda cavabdeh həmin müqavilənin 11.2-ci bəndinə istinadla bu müqavilə üzrə heç bir öhdəliyinin qalmamasını bildirmişdir. Lakin həmin müqavilə üzrə mallar yuxarıda qeyd olunmuş tarixlərdə verilmiş, cavabdehin 60 iş günü ərzində alınmış malları ödəmək hüququ olmuş, həmin tarixlərdən sonra 60 iş günü müvafiq olaraq 2024-cü il # ########, 2024-cü il ## ######## və 2024-cü il # ####### tarixlərində başa çatmış, iddiaçı isə verdiyi mallara görə 15734 manat ödənişi yazılı şəkildə pretenziya ilə 2024-cü il ## ######## tarixində cavabdehdən tələb etmiş, 2024-cü il ## ####### tarixində isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni iddiaçı müqavilədə nəzərdə tutulmuş 30 təqvim günü ərzində iddia qaldıracağı barədə yazılı şəkildə cavabdehə məlumat vermişdir.

14. Bundan başqa həmin müqavilənin * saylı Əlavəsinə uyğun olaraq cavabdeh malların qaytarılması barədə iddiaçıya bildiriş verməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də iddiaçının cavabdehdən sözügedən müqavilə üzrə satdığı malların dəyərini tələb etmək hüququ var və onun tələbi haqlıdır. Bununla belə məhkəmədə iddia qaldırıldıqdan sonra cavabdeh tərəfindən həmin müqavilə üzrə ƏDV daxil 1749 manat ödəniş edildiyi, iddiaçının nümayəndələri bunu etiraf etdikləri üçün həmin məbləğ tələb olunan 15734 manatdan çıxılmalıdır.

15. Tərəflər arasında imzalanmış 2022-ci il ## #### tarixli U***** saylı müqavilə üzrə məhkəmə qeyd etmişdir ki, həmin müqavilə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyə zidd olmayan xüsusi müqavilədir. Müqaviləyə əsasən proqram çərçivəsində müştəri tərəfindən iddiaçının satış məntəqəsində əməliyyatlar həyata keçirildikdə iddiaçı müştərinin bonus manatlarından istifadə etməyi, cavabdeh isə proqramının qaydalarına uyğun olaraq müştərinin bonus hesabından istifadə edilmiş bonus manatlarını silməyi, bonus manatlarının ekvivalent məbləğinin hesablanmasını təmin etməyi, iddiaçının hesablaşma hesabına bonus manatlarının ekvivalentini köçürməyi öhdəsinə götmüşdür. Müqavilə üzrə 1 bonus 1 manata bərabər ekvivalentdə nəzərdə tutulmuşdur.

16. Iddiaçı müştəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs proqram çərçivəsində müxtəlif adda mallar sataraq dəyərinə uyğun sonuncunun bonuslarından istifadə etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək iddiaçının müştəridən sildiyi bonus manatlarının ekvivalentini iddiaçının hesabına köçürməmişdir. Cavabdehin iddiaçıya bu müqavilə üzrə 233.010,72 manat borcunun olması iş materiallarına əlavə edilmiş cavabdehin imzalayaraq təsdiq etdiyi 2024-cü il # #### tarixli hesablaşma məlumatı ilə öz təsdiqini tapmışdır.

17. Işin mübahisəsiz halı ondan ibarətdir ki, alqı-satqı müqavilələrinə, təhvil-təslim aktlarına, videogörüntülərə, hesablaşma məlumatına və tərəflərin izahatlarına əsasən iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2024-cü il # #### - 2024-cü il ## #### tarixləri aralığında cəmi 254576 manat dəyərində müxtəlif çeşiddə mallar satmış, həmin dövr ərzində 233010,72 manat dəyərində bonuslardan istifadə etmişdir. Iddiaçı tərəfindən 233010,72 manat dəyərində bonuslardan istifadə edilməsini və cavabdeh tərəfindən iddiaçıya həmin məbləğin geri qaytarılmalı olmasını cavabdeh 2024cü il # #### tarixli hesablaşma məlumatında təsdiq etmişdir.

18. Məhkəmə cavabdehin bu müqavilə üzrə etirazına münasibətdə qeyd etmişdir ki, iddiaçının iddia tələbi sübutetmə yükü ilə bağlıdır və iddiaçı bununla bağlı sübutlarını məhkəməyə təqdim etmişdir. Cavabdeh isə həmin halları mübahisələndirmiş olsa da belə, konkret faktları, iddiaçının cinayət məsuliyyətinə cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslə əlbir olaraq bonusları formal silməsini, sonuncular arasında alqı-satqı olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ümumiyyətlə, məhkəmə araşdırması zamanı hazırkı iş üzrə iddiaçının müstəqil tələb irəli sürməyən üçüncü şəxslə hansısa müqaviləyə zidd davranışda olması, iddiaçının əməlində cinayət tərkibi olması qənaəti məhkəmədə formalaşmamışdır.

19. Digər tərəfdən məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıdan satılan mallarla bağlı məlumatların tələb edilməsi, həmin məlumatların verilməməsi nəticəsində müqavilə öhdəliyinin icrasından boyun qaçırılması da yolverilməzdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin bəndlərinin məzmunundan aydın olur ki, müqavilə üzrə “operator” olan cavabdehin bununla bağlı hansısa nəzərdə tutulmuş hüququ və ya iddiaçı olan “partnyor”un belə bir vəzifəsi müəyyənləşdirilməmişdir. Ümumiyyətlə, cavabdehin özü də müqavilə öhdəliyini icra etməkdən imtina etdikdən sonra iddiaçının əməlində hansısa hüquqazidd əməllərin olması ilə bağlı da önləyici tədbirlər görməmiş, müvafiq dövlət orqanlarına müraciət etməmişdir. Odur ki, iddiaçının tərəflər arasındakı müqaviləyə əsasən cavabdehdən satdığı mallara görə müştəridən istifadə etdiyi bonusların ekvivalentinin ona ödənilməsini tələb etmək hüququ var və onun tələbi haqlıdır.

20. Məhkəmə iddianın cərimə ilə bağlı olan hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2022-ci il ## #### tarixli U***** nömrəli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 7000 manat müəyyən olunmalıdır.

21. Məhkəmə öz mövqeyini MM-in 385.1, 390.1, 425.1, 442, 443.1, 448.1, 462.1, 465.2, 467, 789.1, 789.3, 789.4, 800.1, 800.2, 801.1 və 802.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırılmışdır.

22. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Z.Şirinov – sədrlik edən və məruzəçi, L.Əliyeva və T.Mahmudova).

24. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşan məhkəmə kollegiyası 2023-cü il ## ###### tarixli DM-***/****** saylı müqavilə üzrə apellyasiya şikayətinin malların yalnız təhvil-təslim aktları ilə təhvil verilməsi, kassa çeklərinin olmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əsasən malların təhvil verilməsi ilə bağlı e-qaimələr tərtib olunmuş, cavabdeh şirkətə göndərilmiş, cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq olunmuş və mübahisələndirilməmişdir. Əgər cavabdehin bildirdiyi kimi, həqiqətən də, iddiaçı cavabdehə heç bir mal təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırkı işdə bu hal mövcud deyil. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi anlamına gəlir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh hazırda apellyasiya şikayəti verərək iddianı qəbul etmədiyini, iddianın rədd olunmasını xahiş etsə də, apellyasiya icraatı zamanı məhkəmə iclasında hazırkı iddia tələbi üzrə tələb olunan 262.627,05 manatın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı cinayəti işi üzrə tələb olunan 940.000 manatın içərisində ondan tələb olunduğunu bildirmişdir. Göründüyü kimi hazırkı iddia tələbini dolayısıyla qəbul etdiyini bildirmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətinin dəlillərində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslə iddiaçının əlbir olaraq onlara zərər vurduğunu və hazırkı iddianın əsassız olduğunu qeyd etsə də, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslə birgə iddiaçıya cinayət işinin açılması və ya hər hansı zərər tələbi ilə bağlı müraciəti mövcud deyil.

26. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə gömrük bəyannamələri və əlavə dəyər vergisi bəyannamələrinə dair sənədlər yükləmiş, cavabdeh tərəfindən 2024-cü il ## ######## tarixində 7800 manat ödəniş edilməsinə dair dair “xxxx” ASC-dən arayış təqdim olunsa da, məhkəmə tərkibi tərəfindən yeni sübut olduğundan qəbul olunmamış, həmin sənədlərə tərəflərin baxış keçirilməsinə şərait yaradılmışdır.

27. Cavabdeh apellyasiya şikayətində sənədlərdəki imzanın hamısının Ibrahim Sarıyevə məxsus olmadığını bildirsə də, cavabdeh məhz hansı sənədlərdəki imzaları qəbul etmədiyini və mübahisələndirdiyini qeyd etməmişdir. Eyni zamanda iş materillarından görünür ki, cavabdeh hazırda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən imzalanmış sənədləri mübahisələndirsə də, həmin sənədlər üzrə ödənişlər etmiş, həmçinin apellyasiya icraatı zamanı da bu halı izahatında bildirmişdir. Bundan əlavə, cavabdeh iddia ərizəsinin təqdim olunmadığını bildirsə də, iddiaçı 2024-cü il # ######## və 2024-cü il ## ######## tarixlərində pretenziya məktubları göndərmiş, borcu ödəmədikləri halda məhkəməyə müraciət olunacağını bildirmişdir.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi iddiaya etiraz edən cavabdehin üzərindədir. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız sayılmalıdır.

29. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Vergi Məcəlləsinin 13.2.62, 16.1.9-cu maddələri üzrə - 2022-ci il ## #### tarixli U***** saylı müqavilə üzrə əsas məqam, iddiaçı tərəfindən əməliyyatların icrası ilə bağlı heç bir sübutun təqdim edilməməsidir. Məlum olduğu kimi vergi qanunvericiliyinə əsasən əməliyyatların icrası zamanı müştərilərə kassa qəbzi təqdim olunmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən baş verən fraud əməliyyatlardan sonra cavabdeh tərəfindən iddiaçıdan borca dair kassa qəbzlərinin təqdim olunması xahiş edilsə də, sonuncu kassa qəbzlərinin mövcud olmadığını və malların təhviltəslim aktı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təqdim edildiyini bildirmişlər. Belə olan halda əməliyyatların həqiqi əməliyyat olduğu şübhə altına düşmüş olur. Cavabdeh tərəfindən bu məsələ məhkəmədə qeyd olunduğuna baxmayaraq iddiaçının vəkili və məhkəmə birgə mövqe sərgiləyərək “vergidən yayınır özü bilər” ifadəsi ilə bu məsələni də qaranlıq olaraq saxlamışdır. Məhkəmə qətnaməsinin 14-cü səhifəsinin 4-cü abzasında qeyd olunmuşdur ki, müqavilənin bəndlərinin məzmunundan aydın olur ki, müqavilə üzrə operatorun bununla bağlı hüququ, partnyorun isə belə bir vəzifəsi müəyyənləşdirilməmişdir. Lakin yuxarıda qanunvericiliyin qeyd olunan tələblərindən partnyorun alqı-satqı üzrə kassa qəbzi təqdim etmək vəzifəsinin olduğu müəyyən edilir. Həmçinin müqavilənin 3.2-ci bəndində də cavabdehin öhdəliklərinin yaranması üçün alqısatqının, həqiqətən, olması şərtdir və buna görə də cavabdehin öz öhdəliklərinin yaranmasına əmin olması üçün həmin şərtə riayət olunub-olunmadığını müəyyənləşdirmək hüququ vardır.

31. MM-in 374.1 və 390.1-ci maddələri üzrə - 2021-ci il ## #### tarixli OM-***/****** saylı müqavilənin 13.2-ci bəndinin 2-ci hissəsinə istinadla qeyd olunmuşdur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2024-cü il ## ######## tarixli pretenziya məktubunda iyul ayında satılmış mallardan bir qisminin dəyərinin ödənilmədiyi bildirilmişdir. Yəni iddiaçı iyul ayında ödənilməli olan pul vəsaitlərinin 2024-cü il # ######## tarixində ödənilməsini tələb etmişdir. Başqa sözlə, iddiaçı borcun iyul ayında yaranmasını təsdiq etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamışdır. Xüsusilə qeyd olunmalıdır ki, hesabdan çıxarış satışların olub-olmamasını təsdiq etmir. Hesabdan çıxarış pulun məbləğini, köçürülmənin təyinatını və pulun kimdən-kimə köçürülməsini göstərən sənəddir. Eyni zamanda həmin köçürmələr iddiaçıya pul vəsaitlərinin köçürülməsini təsdiq edir. Buna baxmayaraq məhkəmə “xxxx” ASC-dəki hesabdan çıxarışın 2024-cü il ## ######## tarixində olan əməliyyatlara istinad edərək cavabdehin borclu olduğunu və iddia müddətinin keçməməsini bildrimişdir.

32. MM-in 389.1 və 399.1-ci maddələri üzrə - tərəflər arasında imzalanmış 2023-cü il ## ###### tarixli DM-***/****** saylı müqavilənin 4.3-cü yarımbəndində qeyd olunmuş sənədlər təqdim edilmədiyi halda malların məbləğinin ödənişi həyata keçirilmir. Iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı tələb olunan sənədlərin bir qismini təqdim etməmiş və bu səbəbdən ödənişin həyata keçirilməsi hüququna malik olmamışdır. Buna baxmayaraq apellyasiya instansiyası göstərilən maddələrin tələblərini pozaraq müqavilə üzrə satıcı (iddiaçı) tərəfindən onun üzərinə qoyulmuş vəzifələri icra edilmədiyinə, yəni invoys təqdim edilmədiyinə baxmayaraq müqavilə üzrə təqdim edilmiş malların dilerdən (cavabdehdən) tutulmasını qət etmişdir.

33. MPM-in 89.3 və 152.1.14-cü maddələri üzrə - iddiaçı tərəfindən bir sıra sənədlərin ancaq surətlərinin (alqı-satqı müqavilələri, təhvil-təslim aktları və sair) təqdim edilməsinə baxmayaraq apellyasiya məhkəməsi onları sübut qismində tanımış və onlara istinad edərək qətnaməni qəbul etmişdir. Iddiaçı cavabdeh tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim etmədiyinə baxmayaraq məhkəmə bu qanun pozuntusuna müvafiq reaksiya verməmişdir.

34. MPM-in 88-ci maddəsi üzrə - apellyasiya məhkəməsi iddiaçının 2021-ci il ## #### tarixli OM-***/****** saylı müqavilə üzrə təqdim etdiyi “xxxx” ASC-dəki hesabından çıxarışda qeyd olunan məlumatları araşdırmadan qeyd etmişdir ki, çıxarışa əsasən həmin müqavilə üzrə 2024-cü il ## ######## tarixində cəmi 6022,66 manat dəyərində “xxxxMarket”də müxtəlif satışlar olmuşdur. Halbuki həmin çıxarışdan görünür ki, iddiçanın hesabına daxil olunan (mədaxil əməliyyatları) pul vəsaitləri əks olunur. Belə ki, çıxarışın “ödəyicinin adı” qrafasında “xxxx” ASC və “Təyinat” qrafasında “2021-ci il ## #### tarixli OM-***/****** saylı müqavilə” qeyd edilmişdir. Yəni çıxarışda qeyd olunan məbləğlər tərəflər arasında bağlanmış adı çəkilən əməkdaşlıq müqaviləsinə görə cavabdehin tapşırığına əsasən “xxxx” ASC tərəfindən iddiaçının hesabına köçürülmüş məbləğlərdir. Bu səbəbdən iddiaçı tərəfindən təqdim edilmiş çıxarış bu müqavilə üzrə ödənişlərin iddiaçının xeyrinə həyata keçirilməsini təsdiq edir.

35. MPM-in 9.3-cü maddəsi üzrə - apellyasiya məhkəməsi qətnaməsinin 46-cı bəndindəki mövqeyi məhkəmə tərəfindən baxılan işlə tam tanış olmaması, işin hallarının araşdırılmaması və bu səbəbdən səhv qərara gəlinməsini sübut edir. Belə ki, cavabdeh tərəfindən qaldırılmış vəsatətdən açıq-aşkar görünür ki, cavabdeh iddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış müqavilə və təhvil-təslim aktlarında qeyd olunan imzaların Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs aid olmadığını bildirmişdir. Xüsusilə qeyd olunmalıdır ki, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən imzalanmış sənədlər üzrə hər hansı ödəniş etməmiş və bununla bağlı cavabdeh tərəfindən müvafiq izahat verilməmişdir. Ümumiyyətlə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən imzalanmış və məhkəməyə təqdim edilmiş sənədlər üzrə cavabdeh tərəfindən ödənişin həyata keçirilməsi nəzərdə tutulmamışdır.

36. MPM-in 254.1.4-cü maddəsi üzrə - 2022-ci il ## #### tarixli U***** saylı müqavilə üzrə iddia tələbinin əsasını təşkil edən borcun yaranmasına əsas olmuş əməliyyatlarda istifadə olunan bonusların cinayət yolu ilə əldə edilmiş əmlak olması müəyyən edilmişdir. Hazırda iddiaçının ticarət məntəqəsində bonus manatları hesabına aparılmış alqı-satqı əməliyyatlarının həmin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının bir hissəsi olması və iddiaçının da bu leqallaşdırma əməliyyatında bilərəkdən iştirak etməsi, nəticədə hər hansı maddi mənfəət əldə etməsi istisna olunmur. Kassa qəbzlərinin təqdim edilməməsi, sənədlərdəki imzaların fərqli olması və digər hallar iddiaçı ilə bu əməliyyatların formal edildiyinə şübhələr yaradır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs faktiki olaraq müştərilərə mal satmadan öz istifadəsində olan mobil nömrələr üzrə istifadəçi profillərinə xxxx bonusları əldə etdiyi məlumdur. Bu bonusların pula çevrilməsi yolu isə yalnız digər təsərrüfat subyektində saxta alqı-satqı əməliyyatları aparmaqdır. Belə ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs saxta bonusları əldə edərkən həmin bonuslara görə cavabdehə ödəməli olduğu pulu ödəmədiyindən Ibrahim üçün hər hansı maliyyə itkisi baş verməmiş olur. Daha sonra həmin bonuslardan pul kimi faydalanmaq üçün digər “satıcı” ilə bonuslar hesabına saxta alqı-satqı əməliyyatı edir və buna görə cavabdeh tərəfindən həmin bonusların qarşılığı “satıcı”ya ödənilir. “Satıcı” isə faktiki olaraq mal satmadığından əldə olunmuş bonusların “alıcı”, yəni Ibrahim ilə bölüşdürülməsində maraqlı olur. Hazırda cinayət yolu ilə əldə edilən vəsait “xxxx” MMC-də aparılmış əməliyyatlarda əldə edilmiş bonus manatlarıdır. Həmin bonus manatlarının iddiaçının ticarət məntəqəsində istifadə olunması leqallaşdırmanın ikinci fazasını, yəni təbəqələşdirməni təşkil edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində cinayət işinin araşdırılması başa çatmadan hazırkı iddia tələbinə baxılması düzgün deyildir və məhkəmə tərəfindən icraat dayandırılmalı idi.

37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən elektron qaimə-fakturaların təqdim edilməsi və cavabdeh tərəfindən onların ləğv edilməməsi malların təhvil edilməsi kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022ci il ## ##### tarixli qərarındakı mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

39. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”

“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.”

“Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.”

“Maddə 789. Ticarət nümayəndəsi (agent) haqqında müqavilə 789.1. Ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. 789.3. Ticarət nümayəndəsi haqqında müqavilə yazılı formada bağlanır. 789.4. Müqavilə ilə tənzimlənməyən öhdəliklərə bu Məcəllə və əlavə olaraq, ticarət nümayəndəsinin olduğu yerdə ticarət sahəsindəki işgüzar adətlər tətbiq edilir.”

“Maddə 800. Konsessiya müqaviləsi 800.1. Konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir. 800.2. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, tapşıran barəsində konsessionerin kontrakt mallarını müqavilə ərazisinin hüdudlarından kənarda və ya müqavilə müştərilərindən savayı, başqa müştərilərə satmaq hüququ yoxdur.”

“Maddə 801. Ticarət nümayəndəsi haqqında müddəaların konsessiya müqaviləsinə tətbiqi 801.1. Ayrı razılaşma olmadıqda konsessioner ilə tapşıran arasında hüquq münasibətlərinə müvafiq olaraq bu Məcəllənin 789.3, 790.2.3-790.2.5 və 791.1.1- 791.1.3-cü maddələri tətbiq edilir.”

“Maddə 802. Konsessiya haqqında birtipli müqavilə ilə alğı-satqı müqavilələri arasında qarşılıqlı əlaqə 802.2. Konsessionerə malların satılması barədə ayrıca müqavilələr birtipli müqavilədən asılı deyildir. Lakin birtipli müqavilədə bütün alğı-satqı müqavilələri üçün qüvvədə olan ümumi şərtlər, o cümlədən aşağıdakılar göstərilə bilər: 802.2.1. tapşıranın ümumi prays-vərəqindən konsessionerə verilən güzəşt; 802.2.2. ödənişlərin müddətləri; 802.2.3. tapşıranın qarantiyası barədə şərtlər.”

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 43.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 44.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 45.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür. 46.Əlavə olaraq kollegiya qeyd edir ki, iddiaçının vergi qanunvericiliyi ilə üzərinə düşən vəzifələrinin yerinə yetirib-yetirilməməsinin yoxlanılması hazırkı mübahisənin predmetini təşkil etmir. Mülki məhkəmə icraatında baxılan işdə həmin qanunvericiliyin müddəaları yalnız MPMin 81-ci maddəsinin tətbiqi baxımından nəzərə alına bilər. Alqı-satqı əməliyyatı zamanı kassa qəbzinin təqdim edilməməsi isə həmin əməliyyatın mövcud olmadığını deyil, vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş vəzifələrinin pozulmasını təsdiq edir. Ona görə də, həmin halın mövcud olması MPM-in 81-ci maddəsinin tətbiq edilməsi əsasını yaratmır və alqı-satqı əməliyyatının digər sübutlarla təsdiq edilməsini istisna etmir. 47.MM-in 374.1 və 390.1-ci maddələrinin pozulması barədə dəlillərə dair qeyd edilir ki, iddiaçının 2024-cü il ## ######## tarixli pretenziya məktubunda təkcə iyul ayında deyil, iyulavqust aylarında satılmış mallardan bir qisminin dəyərinin ödənilmədiyi bildirilmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin 2021-ci il ## #### tarixli OM-***/****** saylı müqavilənin 13.2-ci bəndinin 2-ci hissəsində nəzərdə tutulmuş 30 günlük müddətin ötürülməməsi barədə nəticəsi əsaslı olmuşdur. 48.Həmçinin, kassasiya şikayətində MPM-in 254.1.4-cü maddəsinə istinad edilərək icraatın dayandırılmalı olduğu göstərilsə də, həmin dəlil də əsaslı hesab edilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçı ilə üçüncü şəxsin birlikdə qanuna zidd hərəkətlər edilməsini təsdiq edən sübutlar olmadığına görə hazırkı mübahisə üzrə hüquqi qiymətləndirmə aparılması üçün cavabdehin istinad etdiyi cinayət işi üzrə yekun məhkəmə aktının mövcudluğu zəruri olmamışdır. 49.Kassasiya instansiyası həmin prosessual məsələnin tətbiqində hüquq pozuntusu müəyyən etmir və bildirir ki, MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli Qərarı). 50.Kassasiya şikayətində istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” MMC ilə bağlı qərarındakı hüquqi mövqe də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas yaratmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi elektron qaimələri ayrıca və təcrid olunmuş sübut kimi deyil, işin halları və işdə olan digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirmişdir. 51.Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır. 52.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 53.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 54.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 55.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edildiyini qətnamədə göstərmişdir. 56.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 57.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar