Məhkəmə qərarları › İş №2-2(103)-100/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-100/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-100/2025 07.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3085/2024 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC (podratçı) ilə "xxxx" MMC (sifarişçi) arasında xx.xx.2014-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi ticarət podatçısına layihənin bir hissəsini təşkil edən işləri layihə üçün ayrılmış sahədə yerinə yetirmək və baş çatdırmaq üçün göstəriş vermiş, podratçı isə müqavilənin razılaşdırılmış ümumi dəyəri əsasında işlərin yerinə yetirilməsinə və başa çatdırılmasına razılıq vermişdir. -Müqavilənin 12.5-ci bəndinə görə müştəri düzgün tərtib edilmiş hesab faktura (əgər varsa, ƏDV hesab fakturası da daxil olmaqla) təqdim etdikdən sonra ödəniş üçün nəzərdə tutulan son tarixdən etibarən 10 iş günü ərzində (ödəniş üçün son tarix) hər hansı aralıq sertifikatda/ödəniş bildirişində qeyd olunan məbləği Ticarət Podratçısına ödəməlidir. Bu Ticarət müqaviləsi üzrə ödənilməli olan hər hansı məbləğin ödənilməsi üçün son tarix 1-ci bənddə qeyd olunduğu kimi uzadıla bilər.

2. xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-501 saylı, xx.xx.2014-cü il tarixli, MXGQC- TRT-502 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-508 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-509 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-507 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-506 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT503 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-504 saylı təhvil aktlarına əsasən müqavilənin spesifikasiyasında nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən icra edilmişdir.

3. xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-718 saylı, xx.xx.2015-ci il tarixli, MXG- QCTRT-717 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-721 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-720 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-535 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-701 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-702 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-703 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-706 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-704 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QCTRT- 708 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-705 saylı, MXG-QC-TRT-737 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-602 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-606 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-607 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QCTRT- 723 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-724 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC- TRT-725 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-715 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-716 saylı təhvil aktlarına əsasən müqavilənin spesifikasiyasında nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən icra edilmişdir.

4. 18.06.2014-cü il tarixli, MXG-QC-TRT-009 saylı, xx.xx.2014-cü il tarixli, MXGQC- TRT-602 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-801 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-014 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-013 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-012 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT011 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-010 saylı, xx.xx.2014-cü il tarixli, MXGQC-TRT-009 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-007 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC- TRT-006 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-005 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-004 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT003 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-747 saylı, xx.xx.2015-ci il tarixli, MXGQC-TRT-714 saylı, xx.xx.2015ci il tarixli, MXG-QC-TRT-746 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-744 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-745 saylı təhvil aktlarına əsasən müqavilənin spesifikasiyasında nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən icra edilmişdir.

5. xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-711 saylı, xx.xx.2015-ci il tarixli, MXG- QCTRT-712 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-735 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-738 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-601 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-750 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-731 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-707 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-732 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-743 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QCTRT- 736 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-739 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC- TRT-536 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-730 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-734 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-709 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-736 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-735 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-729 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-728 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-612 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT- 611 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-610 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC- TRT-610 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-728 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-733 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-732 saylı təhvil aktlarına əsasən müqavilənin spesifikasiyasında nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən icra edilmişdir.

6. xx.xx.2015-ci il tarixli invoysa əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 317.681,37 ABŞ dolları ödənilməlidir.

7. İddiaçı MMC tərəfindən təqdim olunmuş MG 107/15 saylı, xx.xx.2015-ci il tarixli aralıq ödəniş sertifikatına görə "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 333565,44 manat (317.681,37 ABŞ dolları) ödənilməlidir. İnvoys üzrə son ödəmə tarixi xx.xx.2015-ci il müəyyən edilmişdir

8. İddiaçı MMC tərəfindən təqdim olunmuş MG 102/15 saylı, xx.xx.2015-ci il tarixli aralıq ödəniş sertifikatına görə "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 148386,77 ABŞ dolları ödənilməlidir. İnvoys üzrə son ödəmə tarixi xx.xx.2015-ci il müəyyən edilmişdir.

9. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən Trump Tower üçün əlavə Balustradların ümumi qiyməti ƏDV istisna olmaqla 248492,7462 ABŞ dolları təşkil edir.

10. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən Özək 6 üçün əlavə divar relsləri və çərçivə ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 6949,6 ABŞ dolları təşkil edir.

11. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən lift şaftı ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 174 ABŞ dolları təşkil edir.

12. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən Trump Tover MEP qaldırıcı yeni açılışı ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 447,6 ABŞ dolları təşkil edir.

13. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən dəstək örtüyünün əsas lövhələrin təchizatı və quraşdırılması ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 3949 ABŞ dolları təşkil edir.

14. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən səviyyə girişləri üzrə polad çərçivənin çıxarılması ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 50228,10 ABŞ dolları təşkil edir.

15. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən əsas 1 və əsas 2 səviyyələri üçün əlavə çərçivələr və divar relsləri -1dən 3-ə qədər ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 45892,60 ABŞ dolları təşkil edir.

16. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən görülmüş işlərin ümumi qiyməti 186332,88 ABŞ dolları təşkil edir.

17. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən əlavə divar relsləri və divar/pilləkən özəyi üçün tavan örtüyü ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 36750 ABŞ dolları təşkil edir.

18. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən əlavə tutacaqlar ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 248492,7462 ABŞ dolları təşkil edir.

19. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli hesab fakturaya əsasən caküzi qiymətinə giriş platforması ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 2817 ABŞ dolları təşkil edir.

20. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən L14L15 yoxlanılmış ayırıcı korpus ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 3586 ABŞ dolları təşkil edir.

21. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən açıq ocaq sobası üçün ventilyasiya valları ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 9339,40 ABŞ dolları təşkil edir.

22. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli hesab fakturaya əsasən əlavə divar relsləri, maşın dayanacağı, pilləkən özəyi ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 4050 ABŞ dolları təşkil edir.

23. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli hesab fakturaya əsasən 01 səviyyəsində jalüzlər üçün sinklənmiş polad örtük ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 4360 ABŞ dolları təşkil edir.

24. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli hesab fakturaya əsasən 33 və 32 səviyyəsində jalüzlər üçün sinklənmiş polad örtük ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 6737 ABŞ dolları təşkil edir.

25. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən əlavə məhəccərlər ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 248492,7462 ABŞ dolları təşkil edir.

26. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən çiller həyəti üçün genişləndirilmiş tor hasar ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 65916,60 ABŞ dolları təşkil edir.

27. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən əlavə məhəccərlər (balustrad) ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 186332,88 ABŞ dolları təşkil edir.

28. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən əlavə məhəccərlər (balustrad) ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 13656 ABŞ dolları təşkil edir.

29. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən divar və tavanların suvaq və rəngləmə işləri, dayanacaqda pilləkənlər ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 11420,80 ABŞ dolları təşkil edir.

30. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən soyuducu sahə və landşaft sahəsi üçün panjur ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 23369,98 ABŞ dolları təşkil edir.

31. Kommersiya qurumlarının dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh MMC "xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunmuşdur və onun hüquqi varisidir.

Birinci instansiya məhkəməsindəki icraat:

32. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc kimi 786 719, 47 ABŞ dolları, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 400 manat, vəkil xidməti üçün ödənimiş 121 manat məbləğindəki pulun və ödənilmiş 1058 manat dövlət rüsumunun əvəzinin (pulun) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

33. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanılmış TC4550 №-li , 21 may 2014-cü il tarixli, ümumi dəyəri 2 329 704,47 dəyərində işlər görməyi, sifarişçi isə bu işlərinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə və sifarişlər üzrə iddiaçı tərəfindən bütün öhdəliklər lazımınca yerinə yetirilsə də, görülmüş işlərin dəyərinin bir qismi, yəni 786.719, 47 ABŞ dolları məbləğindəki pul vəsaiti hələ də onlara ödənilməmişdir. Həmçinin, cavabdeh borc pul məbləğinin alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalındığı üçün mediasiya sessiyasında iştirakla bağlı 400 manat, vəkil xidməti üçün 121 manat və 1058 manat dövlət rüsumu ödənilmişdir. Bu baxımdan həmin məbləğlər də (pul) cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2-ci maddələri göstərilmişdir.

34. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3085/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh "xxxx" MMC əsl Cavabdeh MMC ilə əvəz edilmişdir.

35. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə yazılı etiraz, habelə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbini aşağıdakılara görə əsassız hesab edirlər. İddiaçı MMC ilə Cavabdeh MMC-nin hüquqi varisi olduğu "xxxx" MMC arasında 21 may 2014-cü il tarixli, TC4550 nömrəli Müqavilə bağlanmışdır. "xxxx" MMC tərəfindən Müqavilə üzrə müəyyən edilmiş ödənişlər son tarix olaraq 2015-ci ildə həyata keçirilmişdir. İddiaçı həmin tarixdən sonra ödənişlərin həyata keçirilməməsini iddia etsə də, bununla bağlı məhkəmədə iddia qaldırmamış, pozulduğunu iddia etdiyi subyektiv hüququnu müdafiə etməmişdir. Beləliklə, iddiaçının istinad etdiyi faktiki hallarla subyektiv hüququnun müdafiəsi istiqamətində gördüyü hüquqi tədbirlər arasında ziddiyyət meydana çıxır. İddiaçı öz iddia tələbində haqlı olsa belə qanunvericiliklə müəyyən edilmiş iddia müddəti çərçivəsində məhkəməyə müraciət etməli idi. Həmçinin işin hallarında iddia müddətinin axımının kəsilməsi və ya dayandırılması ilə bağlı hər hansı hal da mövcud deyildir.

37. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə etiraz ilə məhkəməyə müraciət edərək ərizənin təmin edilməməsini xahiş etmişdir.

38. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf hesab edir ki, guya hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ üçün üç il olaraq müəyyən edilmiş iddia müddəti keçmişdir. Ona görə cavabdeh tərəf məhkəmədən xahiş edib ki, İddiaçı MMC-nin “pul tələbinə dair” iddiası üzrə məhkəmənin icraatında olan e-2-2(113)- 3085/2024 saylı iddia ilə bağlı iddia müddəti tətbiq edilsin və iddiadan imtina barədə qətnamə çıxarılsın. Məlumat üçün bildirir ki, hazırkı iddia tələbinin gec verilməsinin əsas səbəbi "xxxx" MMC fəaliyyətinin dayandırılması, öhdəliklərin icrasının bu cəmiyyətin hüquqi varisinə ötürülməsi ilə bağlı olmuşdur. İş materiallarından və hüquqi varisliklə bağlı təqdim edilmiş sənədlərdən görünür ki, hazırkı iş üzrə iddia müddəti tərəflərindən üzrlü səbəbdən ötürülüb və bu müddət ərzində tərəflər arasında müvafiq yazışmalar olub.

39. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək əsas borc kimi 901.470 ABŞ dolları məbləğinin, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 400 manat, vəkil xidməti üçün ödənilmiş 121 manat məbləğindəki pulun və ödənilmiş 1156 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3085/2024 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməmişdir.

41. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli podrat müqaviləsi bağlanmış, həmin müqavilənin əlavələrində nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən icra edilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı həmin müqavilə üzrə cavabdehin sifarişləri əsasında tərəflərindən görülmüş işlərin qarşılığı olaraq 901470 ABŞ dollarının ödənilmədiyini iddia edir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müddətin keçməsi ilə bağlı olaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə hesab etmişdir ki, hazırkı tələb üzrə iddia müddəti keçmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli podrat müqaviləsi üzrə işlər 2014 və 2015-ci illər ərzində icra edilmiş (materiallarda olan təhvil-təslim aktlarına əsasən), iddiaçı tərəfindən görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı cavabdehə 2014 və 2015-ci illərdə hesab fakturalar təqdim edilmişdir. Materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə son hesab faktura xx.xx.2015-ci il tarixdə (MG 107/15 saylı, xx.xx.2015-ci il tarixli) təqdim edilmişdirtərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli podrat müqaviləsinin 12.5-ci bəndinə görə müştəri düzgün tərtib edilmiş hesab faktura (əgər varsa, ƏDV hesab fakturası da daxil olmaqla) təqdim etdikdən sonra ödəniş üçün nəzərdə tutulan son tarixdən etibarən 10 iş günü ərzində (ödəniş üçün son tarix) hər hansı aralıq sertifikatda/ödəniş bildirişində qeyd olunan məbləği Ticarət Podratçısına ödəməlidir. Adıçəkilən həmin hesab fakturada ödəmənin son tarixi kimi iddiaçı xx.xx.2015-ci il tarixini göstərmişdir. İşin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, cavabdeh tərəfindən materiallarda olan fakturalar üzrə ödəniş edilməmiş, iddia müddətinin axımı kəsilməmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.

42. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

43. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddətinin buraxılmasını əsas götürməsi olduqca ədalətsiz yanaşmadır. Çünki,Trump Tover layihəsi kimi tanınan qalmaqallı layihənin inşasının gecikməsi və məhz 2023-cü ildə açılış edilməsi hər kəsə məlumdur. Bu baxımdan hesab edir ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmamışdır. Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Amma məhkəmə bu vəzifəni yerinə yetirməyib. Həmçinin Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Məhkəmənin hazırkı iş üzrə qətnaməsi isə adıçəkilən maddənin pozuntusu ilə qəbul edilmişdir. Belə ki, iddiaçının hüquq və mənafelərimin təsdiqilə əlaqədar atılmalı olan prosessual addımlar atılmamış, həqiqətə nail olmaq üçün zəruri hərəkətlər edilməmiş və sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmayıb. Məhkəmə yalnız cavabdeh tərəfin təqdim etdiyi sübutları araşdırıb və onlardan istifadə edib. Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Amma məhkəmə bu vəzifəni yerinə yetirməyib. Həmçinin mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Məhkəmənin hazırkı iş üzrə qətnaməsi isə adıçəkilən maddənin pozuntusu ilə qəbul edilmişdir. Belə ki, iddiaçının hüquq və mənafelərimin təsdiqilə əlaqədar atılmalı olan prosessual addımlar atılmamış, həqiqətə nail olmaq üçün zəruri hərəkətlər edilməmiş və sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmayıb. Məhkəmə yalnız cavabdeh tərəfin təqdim etdiyi sübutları araşdırıb və onlardan istifadə edib.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

44. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

45. Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

46. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq:

47. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

-377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. -380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. -378-ci maddəsinə görə öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

1. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

48. Mülki Prosessual Məcəllənin:

-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

51. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

53. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC (hüquqi varisi Cavabdeh MMC) arasında xx.xx.2014-cü il tarixdə podrat müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin sifarişi ilə 2014 və 2015-ci illər ərzində podrat işləri icra edilmiş (materiallarda olan təhvil-təslim aktlarına əsasən həmin işlər qəbul edilmiş) və görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı son hesab-faktura xx.xx.2015--ci il tarixdə (MG 107/15 saylı) olmaqla 2014 və 2015-ci illərdə cavabdehə hesab-fakturalar (aralıq ödəniş sertifikatları, invoyslar) təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən həmin qaimə-fakturalar üzrə ödənişlərin aparılmasıni təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

54. Odur ki, iddiaçı Mülki Məcəllənin 752.1 və 753.1-ci maddələrinə əsasən mübahisəli müqavilə üzrə görülmüş işlərə görə muzdun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

55. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

56. Həmin ərizəyə münasibətdə kollegiya qeyd edir ki, mübahisəli müqavilə üzrə işlərin görülməsi barədə sonuncu son qaimə-faktura 2015-ci ilin may ayının 21-də tərtib edilmiş, həmin qaimə-fakturada son ödəmə tarixi olaraq xx.xx.2015-ci il tarixi göstərilmiş, həmin tarixlərdən sonra cavabdeh tərəfindən ödəniş edilməsi və ya borcu etirafedici digər hərəkətlər etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, əksinə iddiaçınin nümayəndəsi da məhkəmədə verdiyi izahatlarda 2015-ci ildən sonra müqavilə üzrə hər hansı ödənişin edilməməsini təsdiq etmişdir. Belə olan halda isə iddiaçı tərəfindən hazırkı iddianın xx.xx.2024-cü il tarixdə qaldırılması nəzərə alındıqda müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş üç illik iddia müddətinin buraxılması açıq-aşkardır.

57. Cavabdehin istinad etdiyi podrat işlərinin görüldüyü “Trump Towers” layihəsinin 2023-cü ildə başa çatdırılaraq açılış edilməsi, belə olan halda iddia müddətinin həmin vaxtdan hesablanmalı olması barədə iddiaçının dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, mübahisəli podrat müqaviləsi “Trump Towers” layihəsi üzrə bütün işlərin görülməsi və layihənin başa çatdırılması məqsədilə deyil, həmin layihə daxilində müqavilənin spesifikasiyalarında göstərilən məhdud həcmdə və adda işlərin görülməsi üçün bağlanmışdır. Odur ki, müqavilə üzrə görülməsi nəzərdə tutulan işlərin bitirilməsi ilə layihənin başa çatdırılması arasında hər hansı bir əlaqənın mövcudluğu müəyyən edilmir.

58. İkincisi, tərəflər arasında bağlanmış mübahisəli podrat müqaviləsinin yuxarıda istinad edilən 12.5-ci maddəsinin məzmunundan da göründüyü kimi müqavilə üzrə görülmüş işlərinə görə muzdun sifarişçi tərəfindən ödənilməsi bütövlükdə layihənin başa çatdırılmasından asılı edilməmiş, əksinə hər bir aralıq qaimə-fakturalar üzrə ödənişin həmin qaimədə göstərilən son ödəniş tarixindən (sonuncu qaimə-fakturada xx.xx.3015-ci il tarixi göstərilmiş) 10 gün müddətində edilməli olması nəzərdə tutulmuşdur. Göründüyü kimi hazırkı halda son qaimə-faktura üzrə iddia müddətinin axımı MPM-in 377.2-ci maddəsinin tələblərinə əsasən öhdəliyin son icra müddəti bitdiyi tarixdən sonrakı gündən, yəni xx.xx.2015-ci il tarixındən başlamışdır.

59. Digər tərəfdən müqavilənin tərəfi olmuş "xxxx" MMC-nin cavabdeh "xxxx" MMCyə qoşulması nəticəsində yenidən təşkil edilməsi və bununla bağlı iddianı vaxtında verə bilməməsi barədə iddiaçının dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, qanunvericilik yenidən təşkil prosesində olan hüquqi şəxsə qarşı iddia qaldırılması imkanını məhdudlaşdırmadığından borclunun yenidən təşkil edilməsinin iddiaçının hüquqlarının məhkəmədə müdafiəsinin həyata keçirilməsinə obyektiv maneə yaradan hal kimi qiymətləndirilməsi üçün əsas yoxdur.

60. Bundan əlavə, Mülki Məcəllənin 378-ci maddəsinin tələblərindən də göründüyü kimi şəxslərin dəyişməsi, yəni hazırkı halda sifarişçi "xxxx" MMC-nin müqavilə üzrə hüquq və öhdəliklərinin universal hüquqi varislik qaydasında cavabdeh "xxxx" MMC-yə keçməsi iddia müddətinin axımına təsir etmir.

61. Odur ki, birinci instansiya məhkəməsi iddia müddətinin keçməsi əsası ilə hazırkı iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

62. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

63. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

64. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3085/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar