Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1029/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli auditor rəylərinin etibarsız hesab edilməsi” tələbinə dair dair kommersiya işi üzrə (Açar sözlər: auditor rəyinin etibarsız hesab edilməsi, məhkəmə qaydasında baxılmalı olmayan tələb, iş üzrə icraata xitam verilməsi) X9 Qocayevin sədrliyi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Bağırova Zenfira Qabil qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli e-2-2(113)-3446/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı oğlu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən olmuşdur. Həmin hüquqi şəxsin digər təsisçiləri X6 və X7 olmuşdur.
2. X6 ilə bağlanmış 25 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən auditor təşkilatı olan Cavabdeh tərəfindən "xxxx" MMC-nin bütün təsisçilərinin xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək alqı-satqı məqsədilə qoyduqları və götürdükləri pul vəsaitinin, faktiki olaraq hər bir təsisçiyə düşməli olan pul vəsaitinin hansı hissəsinin İddiaçı oğlunun şəxsi hesabına və təsisçisi olduğu "xxxx" MMC şirkətinə köçürülməsinin müəyyən edilməsinə dair xx.xx.2021-ci il tarixli audit rəyi tərtib edilmişdir.
3. X6 ilə bağlanmış 12 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən iddiaçı İddiaçı oğlunun təsisçisi olduğu "xxxx" MMC-nin bütün təsisçilərinin xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək alqı-satqı məqsədilə qoyduqları və götürdükləri pul vəsaitinin, faktiki olaraq hər bir təsisçiyə düşməli olan pul vəsaitinin hansı hissəsinin İddiaçı oğlunun şəxsi hesabına və təsisçisi olduğu "xxxx" MMC şirkətinə köçürülməsinin müəyyən edilməsinə dair xx.xx.2021-ci il tarixli rəy tərtib edilmişdir.
4. xx.xx.2021-ci il tarixli rəydə göstərilir ki, audit yoxlaması nəticəsində "xxxx" MMC elektronika üzrə 128 728,72 manat, mebel üzrə 27 597,22 manat, ümumilikdə 156 325,94 manat kənarlaşma aşkar olunmuşdur.
5. xx.xx.2021-ci il tarixli rəydə göstərilir ki, audit yoxlaması nəticəsində "xxxx" MMC elektronika üzrə 1 044 181,84 manat, mebel üzrə 248 894,10 manat ümumilikdə 1 293 075,94 manat kənarlaşma aşkar olunmuşdur.
6. Bakı Ağır Cinayətlər Məhkəməsini 18 avqust 2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü və 213.3-cü maddələri ilə təqsirli bilinərək cinayətlərin məcmusu ilə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə məhkəmədə baxılarkən Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli rəyi sübut qismində tədqiq edilmişdir.
7. İddiaçı oğlu Cavabdehnə qarşı “audit rəylərinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının təsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli audit rəylərinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyində "xxxx" MMC-nin xx.xx.2017-xx.xx.2019-cu il tarixlərinin audit yoxlaması aparıldığı qeyd edilmişdir. Halbuki, "xxxx" MMC xx.xx.2018-ci ildə təsis edilmişdir və həmin tarixdən əvvəl "xxxx" MMC- nin fəaliyyəti ola bilməzdi. Bundan başqa, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyində 156325.94 manat kənarlaşma müəyyən edildiyi halda, Cavabdeh MMC- nin xx.xx.2021-ci il tarixli audit rəyində isə 1293075.94 manat kənarlaşma müəyyən edildiyi qeyd edilmişdir, həm də yenə "xxxx" MMC-nin xx.xx.2017-ci ildən fəaliyyətinin audit yoxlaması aparıldığı qeyd edilmişdir, halbuki, "xxxx" MMC xx.xx.2018-ci ildə təsis edilmişdir və xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə kimi "xxxx" MMCnin heç bir fəaliyyəti ola bilməzdi. Cavabdeh MMC-nin həmin audit rəylərinin qanunamüvafiqliyini qiymətləndirmək məqsədi ilə Azərbaycan Respublikası Auditorlar Palatasına müraciət edilmişdir. Auditorlar Palatasının xx.xx.2025-ci il tarixli cavab məktubu ilə, Cavabdeh MMC tərəfindən bir çox audit standartlarının tələblərinə əməl edilməməsi göstərilərək, həmin rəylərin qeyri-qənaətbəxş səviyyədə olduğu bildirilmişdir. Həmçinin, məktubda qeyd edilmişdir ki, Cavabdeh MMC tərəfindən 230 saylı “Auditin sənədləşdirilməsi” standartının maddələri üzrə zəruri sənədləşdirmə qismən aparılmış, 300 saylı “Maliyyə hesabatlarının auditinin planlaşdırılması” standartına əsasən, audit planı və audit proqramı hazırlanmamış, 500 saylı “Audit sübutları” və 505 saylı “Kənar mənbədən təsdiqləmələr” standartlarının tələblərinə əsasən audit sübutları və kənar mənbədən təsdiqləmələr aparılan monitorinq zamanı Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasının müfəttişinə təqdim edilməmis, 700 saylı “Maliyyə hesabatları haqqında rəyin formalaşdırılması və hesabat verilməsi”, 720 saylı “Auditi aparılmış maliyyə hesabatını əks etdirən sənədlərdəki digər məlumatlar üzrə auditorun məsuliyyəti”, 805 saylı “Xüsusi mülahizələr – ayrıca maliyyə hesabatlarının və maliyyə hesabatının xüsusi elementlərinin, hesablarının və ya maddələrinin auditi” X5 üzrə bir sıra əskikliklər müşahidə edilmişdir. Buradan belə nəticəyə gəlinir ki, Cavabdeh MMC xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli audit rəyləri X1 əməl olunmadan, audit sübutları, müvafiq mühasibatlıq sənədləri mövcud olmadan qanunsuz olaraq tərtib etmişdir.
9. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia tələbinə dair yazılı etiraz təqdim edib iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı oğlu "xxxx" MMC-nin təsisçilərindən biridir və həmin şirkətin digər təsisçiləri X11 oğlu və X10 oğludur. "xxxx" MMC-nin digər təsisçisi X10 oğlu ilə Capital Audit MMC arasında 25 noyabr 2020-ci il tarixli 20/26 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Capital Audit MMC aşağıdakı məsələlərin həlli barədə rəy verməsini öz öhdəsinə götürmüşdür:
1. "xxxx" MMC-nin təsisçilərinin qoyduğu vəsaitin məbləği müəyyən edilməsi;
2. “Firstec" MMC-nin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövr üzr maliyyə fəaliyyəti üzrə audit yoxlamasının keçirilməsi;
3. Müəssisənin direktoru İddiaçı oğlunun "xxxx" MMC-yə aid olan vəsaitlərin hansı məbləğdə onun şəxsi hesabına köçürməsinin müəyyən edilməsi. Bu araşdırmanın aparılması ilə əlaqədar "xxxx" MMC- nin təsisçisi X10 oğlu zəruri olan bütün sənədlərin əsllərini təqdim etmiş və həmin sənədlər əsasında audit yoxlaması keçirilmiş və 22 fevral 2021-ci il tarixli audit rəyi verilmişdir. Audit yoxlaması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədləri araşdırarkən müəyyən edilmişdir ki, "xxxx" MMC auditin əhatə etdiyi dövrdə uçotu özlərinin tərtib etdikləri müəssədaxili qaimələrdən, kassa mədaxil orderinden, kassa məxaric orderlərindən və digər blanklardan istifadə etməklə aparmışdır. Ona görə də bu hal 22 fevral 2021-ci il tarixli audit rəyində xüsusilə göstərilmişdir. Həmin rəydə yalnız sənədlərlə təsdiq edilən məlumatlar göstərilmiş, lakin 156 325,94 manat kənarlaşmaya dair təsdiqedici sənədlər olmadığından həmin məlumatın istintaq yolu ilə araşdırılmasının mümkünlüyü rəydə qeyd edilmişdir. Göründüyü kimi 22 fevral 2021-ci il tarixli audit rəyi yalnız 01 noyabr 2019-cu ilədək olan fəaliyyəti əhatə etmiş və rəydə həmin dövr ərzində yalnız sənədlərlə təsdiq edilən məlumatlar öz əksini tapmış, sənədlərlə təsdiq edilməsi mümkün olmayan məlumatların isə araşdırılmasının mümkünlüyünün yalnız istintaq yolu ilə olması göstərilmişdir. Bu rəy verildikdən sonra "xxxx" MMC-nin təsisçisi X10 oğlu ilə Capital Audit MMC arasında 12 aprel 2021-ci il tarixli 06/21 saylı yeni müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Capital Audit MMC aşağıdakı məsələlərin həlli barədə rəy verməsini öz öhdəsinə götürmüşdür.
1. "xxxx" MMC-nin xx.xx.2019- cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövr üzr maliyyə fəaliyyəti üzrə audit yoxlamasının keçirilməsi;
2. Müəssisınin direktoru İddiaçı oğlunun "xxxx" MMC-yə aid olan vəsaitlərin hansı məbləğdə onun şəxsi hesabına köçrməsinin müəyyən edilməsi; Bu müqavilə ilə əlaqədar Capital Audit MMC müqavilədə nəzərdə tutulan dövr üzrə audit yoxlaması həyata keçirmiş və bununla əlaqədar 23 aprel 2021-ci il tarixli audit rəyi verilmişdir. Həmin rəyə əsasən qeyd edilən dövr üzrə ümumilikdə kənarlaşmanın 1 293 075, 94 manat olması müəyyən edilmişdir. Bu audit rəylərinə əsasən fakta görə cinayət işi başlamış və İddiaçı oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 213.3-cü maddələri ilə ittiham elan edilmişdir. Aparılan ibtidai araşdırma zamanı məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspertizanın xx.xx.2021-ci il tarixli, 9/3854 nömrəli rəyinə əsasən "xxxx" MMC-nin təsisçilərınin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək alqı-satqı məqsədilə qoyduqları və götürdükləri pul vəsaiti üzrə kənarlaşma ümumilikdə 1.296.415,44 manat (1.047.521,34+252.233,60-3339,50) olması müəyyən edilmiş və bu məbləğ təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021ci il tarixli, 9/5541 nömrəli rəyi ilə bir daha təsdiq edilmişdir. Göründüyü kimi Capital Audit MMC tərəfindən "xxxx" MMC-nin təsisçilərınin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək alqı-satqı məqsədilə qoyduqları və götürdükləri pul vəsaiti üzrə kənarlaşma ümumilikdə 1 293 075, 94 manat olması müəyyən edilsə də, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/3854 nömrəli rəyi ilə kənarlaşmanın daha çox, yəni 1.296.415,44 manat olması müəyyən edilmişdir. Beləliklə də Capital Audit MMC tərəfindən tərtib edilmiş audit rəylərinin əsaslı olması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyləri ilə də öz təsdiqini tapmışdır. Daha sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-81/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 213.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə də Capital Audit MMC-nin 22 fevral 2021-ci il tarixli və 23 aprel 2021-ci il tarixli audit rəylərinin əsaslı olması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyləri və məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. İddiaçının iddiasının birinci əsasına - "xxxx" MMC-nin xx.xx.2017-ci ildə təsis edilməməsi barədə olan əsasına münasibətdə bildirmək istəyir ki, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyində "xxxx" MMC- nin xx.xx.2017-xx.xx.2019-cu il tarixlərinin audit yoxlaması aparılmasına artıq məhkəmə hökmündə qiymət verilmiş, həmin hökmlə xx.xx.2017-il tarixdən xx.xx.2018-ci il tarixədək olan əməliyyatların fiziki şəxs X8 oğlunun adından aparılması müəyyən edilmiş və təqsirləndirilən şəxs İddiaçı oğlu da məhkəmədə ifadə verərək, 2017-ci ilin noyabr ayından mağaza "xxxx" adı ilə onun dayısı oğlu X8 oğlunun VÖEN-i əsasında fəaliyyətə başlamasını bildirmişdir. Yəni "xxxx" MMC xx.xx.2017-ci ildə mövcud olmasa da İddiaçı oğlu audit rəyində öz əksini tapmış əməliyyatları "xxxx" adlı mağazada X8 oğlunun VÖEN-i ilə həyata keçirmişdir. Beləliklə də Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyində "xxxx" MMC-nin xx.xx.2017-dən başlayan fəaliyyətinin yoxlanması dedikdə İddiaçı oğlunun "xxxx" adlı mağazada həmin dövrdə həyata keçirdiyi fəaliyyəti başa düşülməlidir. İddiaçının ikinci əsasına - Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyində 156325.94 manat kənarlaşma müəyyən edildiyi halda, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyində isə 1293075.94 manat kənarlaşma müəyyən edilməsi barədə olan əsasına – münasibətdə bildirmək istəyir ki, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli audit rəyi ilə "xxxx" MMCnin xx.xx.2017- xx.xx.2019-cu il tarixlər arasında olan, yəni 2 illik fəaliyyəti yoxlanılmış və bu yoxlama nəticəsində kənarlaşmanın 156325.94 manat olması müəyyən edilmiş, xx.xx.2021-ci il tarixli audit rəyi ilə isə xx.xx.2017- xx.xx.2021-ci il tarixlər arasında olan, yəni 4 illik fəaliyyəti yoxlanılmış və bu yoxlama nəticəsində kənarlaşmanın 1293075.94 manat olması müəyyən edilmişdir. Beləliklə də Cavabdeh MMC-nin rəyləri arasında olan fərq məhz onların əhatə etdiyi dövrlərin müddətinə görə əmələ gəlmiş, buna görə də "xxxx" MMC- nin 2 illik fəaliyyətində kənarlaşmanın 156325.94 manat, 4 illik fəaliyyətində isə 1293075.94 manat olması müəyyən edilmişdir. İddiaçının üçüncü əsasına - Cavabdeh MMC tərəfindən bir çox audit standartlarının tələblərinə əməl edilməməsi barədə Auditorlar Palatasının xx.xx.2025-ci il tarixli cavab məktubunun əsasına münasibətdə bildirmək istəyir ki, həmin məktubda göstərilən hər hansı hal audit rəyinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, həmin rəylər səlahiyyətli auditor tərəfindən "xxxx" MMC-nin fəaliyyətini əks etdirən sənədlər əsasında tərtib edilmiş və audit rəylərinin etibarsızlığına əsas ola biləcək hər hansı bir hal olmamışdır. Məhkəmənin nəzərinə bir halı çatdırmaq istəyir ki, "xxxx" MMC-nin fəaliyyətinin yoxlanılması üçün zəruri olan bütün sənədlərin əslləri MMC-nin təsisçisi Elgiz Mirzəzadə tərəfindən yoxlamaya təqdim edilmiş, həmin sənədlərə əsasən bütün məlumatlar auditor tərəfindən cədvəlləşdirilmişdir. Lakin həmin məlumatlara əsasən cinayət işi başlanıldıqdan sonra təsisçi Elgiz Mirzəzadə sənədlərin əsllərini ibtidai araşdırmaya təqdim edilməsi üçün auditordan almış, ibtidai istintaqa təhvil vermişdir. Elgiz Mirzəzadə sənədlərin əsllərini auditordan götürən zaman, həmin sənədlərin surətlərini auditora təqdim edəcəyi barədə vəd versə də sonradan sənədlərin surətlərini auditora təqdim etməmiş, bu üzdən iddiaçının şikayətinə əsasən Auditorlar Platası tərəfindən araşdırma aparılan zaman bu hal, yəni tədqiq edilmiş sənədlərin surətlərinin saxlanılmaması X4 əməl edilməməsi kimi qiymətləndirilmişdir. Auditor tərəfindən tədqiq edilən sənədlərin surətlərinin saxlanılmaması isə audit rəyinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Halhazırda isə audit yoxlaması zamanı tədqiq edilmiş həmin sənədlər Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)-81/2023 saylı cinayət işinin materiallarında saxlanılır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-81/2023 saylı xx.xx.2023- cü il tarixli hökmünün nəticə hissəsindən də görünür ki, iş üzrə maddi sübutlar - xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə təqsirləndirilən şəxs İddiaçı oğluna məxsus "xxxx" ASC-də olan hesablaşma hesabında olan 540.183,98 manat pulu israf etməsi barədə bank çıxarışları, "xxxx" MMC-nin mağazasında ümumi istifadədə olmuş telefon SMS-inə əsasən müxtəlif alış-veriş mərkəzlərində, eləcə də xarici ölkələrdə bank kartından müştərilərin ödədikləri pul vəsaitinin İddiaçı tərəfindən xərcləməsinə dair bank çıxarışları, İddiaçı tərəfindən təsis edilmiş "xxxx" MMC-nin hesabına "xxxx" MMC ilə bağlanmış müqavilələr əsasında müştərilər tərəfindən pul vəsaitlərinin ödənilməsinə dair çeklərin çıxarışları və "xxxx" MMC və "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı xərc sənədləri cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. Yuxarıda qeyd edilənlərdən də görünür ki, iddiaçı İddiaçı oğlu Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli audit rəyləri barədə hələ cinayət işi başlanan zaman, yəni 2021-ci ildə, 4 ildən bundan əvvəl məlumatı olmuş, o bu rəylərin etibarsızlığını mübahisələndirməmiş, rəylərdə əks edilən məlumatlarla razı olmasa da, onun vəsatəti ilə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri ilə Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli audit rəylərində öz əksini tapmış məlumatlar bir daha təsdiq edilmişdir. Beləliklə də iddiaçının iddiasına münasibətəd qısa olaraq bildirmək istəyirəm ki, mübahisləndiriən audit rəyləri ilə iddiaçı İddiaçı oğlunun xx.xx.2017-dən "xxxx" adlı mağazada başlayan fəaliyyəti yoxlanılmış, birinci rəylə onun 2 illik fəaliyyəti, ikinci rəylə isə 4 illik fəaliyyəti yoxlanıldığına görə rəylərdə əks edilən məlumatlar arasında fərq olmuş və audit yoxlamasına verilmiş sənədlər sonradan sifarişçi tərəfindən ibtidai istintaqa təhvil verildiyindən və surətləri isə auditorda saxlanılmadığına görə Auditorlar Palatası auditorun fəaliyyətində X2 pozuntusunun olmasını göstərmiş, lakin bütün bu hallar isə xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli audit rəylərin etibarsız hesab edilməsi üçün əsas yaratmamışdır.
10. Bakı Kommersiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, e-2-2(113)- 3446/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
11. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş auditor rəylərinin etibarsız hesab edilməli olduğunu iddia etsə də, həmin rəylərin mötəbərliyini şübhə altına ala biləcək hər hansı sübut (ekspert rəyi, digər audit rəyi və s.) təqdim edə bilməmişdir. Bundan əlavə iddiaçının barəsində aparılmış cinayət işinin istintaqı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəylərindən də müəyyən edilir ki, "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək alqı-satqı məqsədilə qoyduqları və götürdükləri pul vəsaiti üzrə ümumilikdə 1 296 415,44 manat kənarlaşma, həmin dövr üçün 1 166 686,78 manat mənfəət olmuşdur. Məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8 və 19-cu maddələri ilə əsaslandırmışdır.
12. Bakı Kommersiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, e-2-2(113)- 3446/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən şikayət verilmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi “Auditor xidməti haqqında” Qanununun 8-ci maddəsini tətbiq etməmişdir. “Auditor xidməti haqqında” Qanununun 8-ci maddəsinə əsasən, auditor rəyinin vahid formasını və onun tərtib edilməsində irəli sürülən tələbləri Auditorlar Palatası Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq tələblərini nəzərə almaqla müəyyən edir. Auditorlar Palatası Şurasının 2009-cu il 30 dekabr tarixli 206/7 saylı qərarına əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sərbəst auditorlar və auditor təşkilatları xx.xx.2010-cu ildən öz peşə fəaliyyətlərini (apardıqları auditləri) yerinə yetirərkən X3 tətbiq etməlidirlər. İş materiallarında olan Auditorlar Palatasının xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Cavabdeh MMC tərəfindən bir çox audit standartlarının tələblərinə əməl edilməməsi göstərilərək, həmin rəylərin qeyri-qənaətbəxş səviyyədə olduğu bildirilmişdir. Bakı Kommersiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-сi maddəsini pozmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş “məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi” barədə vəsatət təmin edilməmişdir. Məhkəmə öz qərardadını yalnız bu 1 cümlə ilə əsaslandırmışdır - "hazırkı işdə ekspertizanın təyin edilməsinə zərurət olmadığı üçün vəsatət təmin edilməməlidir". Göründüyü kimi, məhkəmə öz qərardadını əsaslandırmamışdır. Halbuki, elə məhkəmənin də öz qərardadında istinad etdiyi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə görə ekspertiza ilə bağlı işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmçinin, məhkəmə ekspert olmadığı halda iş üzrə araşdırma predmeti olmayan digər ekspert rəyi üzrə qanunsuz olaraq hesablaşmalar aparmış və bu hesablaşmalar əsasında qanunsuz qətnamə qəbul etmişdir. Beləliklə, Bakı Kommersiya Məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı iddiaçının vəsatətini heç bir əsaslandırma olmadan rədd etmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apelyasiya baxışı, verilən izahatlar
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. ... Maddə 91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə ... 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.
18. Auditor xidməti haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 2. Audit anlayışı Audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Maddə 3. Auditor xidməti Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir. Maddə 5. Auditor təşkilatı Auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərmək hüququnu əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir. Auditor təşkilatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada bir və daha artıq təsisçi tərəfindən yaradılır. Maddə 8. Auditor rəyi Auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Auditor rəyinin vahid formasını və onun tərtib edilməsində irəli sürülən tələbləri Auditorlar Palatası Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq tələblərini nəzərə almaqla müəyyən edir. Maddə 14. Auditorların məsuliyyəti Auditorlar və auditor təşkilatları öz vəzifələrini lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikası qanunvericiliyinə və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq əmlak məsuliyyətinə cəlb edilə bilərlər. ... Maddə 19. Mübahisələrin həll edilməsi Auditorla (auditor təşkilatı ilə) onların sifarişçiləri arasında meydana çıxan əmlak xarakterli bütün mübahisələr Auditorlar Palatasında həll edilə bilmədikdə məhkəmə tərəfindən həll olunur. ...
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; ... Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ... Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Maddə 387.3. Bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya baxışının həddi
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.
23. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
25. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır. Bu baxımdan şəxs istənilən sənədin, aktın, iradə ifadəsinin deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən, özü-özlüyündə hüquqi nəticələrə səbəb olan bu cür hüquqi faktların etibarsızlığı barədə iddia qaldırdıqda həmin iddia mümkün hesab edilə və məhkəmədə baxıla bilər.
26. Audit mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılması olub, audit yoxlaması məcburi və ya könüllü ola bilər. Bu yoxlama məhdud məsuliyyətli cəmiyyət, habelə onun hər hansı təsisçisi tərəfindən tələb edilə bilər.
27. Auditor rəyi isə təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə auditorun verdiyi qiyməti əks etdirən rəsmi sənəddir.
28. Baxılan iş üzrə iddiaçının mübahisələndirdiyi auditor rəyləri müstəqil qaydada hüquqi nəticələrə səbəb olmamaqla, iddiaçının və digər şəxslərin təsis etdikləri hüquqi şəxsin ("xxxx" MMC) idarə edilməsində pozuntuya yol verilib-verilmədiyinə dair auditorun mövqeyini bildirən sübutlar qismində çıxış edir. Həmin sənədlər özü-özlüyündə iddia tələbi üzrə iddiaçı üçün hüquq və vəzifələr doğurmur, onun qanuni mənafelərinə xələl gətirmir.
29. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən də göründüyü kimi, həmin rəylərdən biri cinayət mühakimə icraatı qaydasında məhkəmə tərəfindən digər sübutlarla, o cümlədən məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə birlikdə tədqiq edilmiş və qiymətləndirilmiş, bu sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi olmamışdır.
30. Göründüyü kimi auditor rəyi müvafiq əsaslar olduqda inzibati orqanlar, cinayət təqibi orqanları, yaxud inzibati, cinayət və ya mülki mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmələr tərəfindən sübut kimi qiymətləndirilə və nəzərə alına bilər. Bu halda həmin rəylərin mötəbərliyinə müvafiq icraat çərçivəsində etiraz edilə bilər.
31. Apellyatorun istinad etdiyi, “Auditor xidməti haqqında” Qanunun 8-ci maddəsində audit rəyinin forması və onun tərtib edilməsinə dair tələblərin Auditorlar Palatası tərəfindən müəyyən edilməsinə dair müddəa da bu rəylərin etibarlılığıın müstəqil məhkəmə araşdırmasının predmeti olmasına dəlalət etmir.
32. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “Auditor xidməti haqqında” Qanunun 19-cu maddəsində (§ 18) auditor xidməti ilə bağlı yaranmış mübahisələr çərçivəsində sifarişçilər ilə auditorlar (auditor təşkilatları) arasında yaranan əmlak xarakterli mübahisələrin Auditorlar Palatası və ya məhkəmələr tərəfindən həll edildiyi göstərilmişdir. Göründüyü kimi, burada da auditor rəyinin özünün mübahisə predmeti olması öz əksini tapmamışdır.
33. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçının Cavabdeh MMC tərəfindən iddiaçının təsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli auditor rəylərinin etibarsız hesab edilməsinə dair iddiası məhkəmədə baxılmalı tələb kimi qiymətləndirilə bilməz.
34. İddiaçıya izah edilir ki, bu auditor rəylərinin mötəbərliyinə qarşı həmin auditor rəylərinin sübut qismində istifadə edildiyi işlər üzrə icraat çərçivəsində etiraz edə bilər.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.5, 402.2, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3446/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli auditor rəylərinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Tural Qocayev
Hakimlər: Elnur Həsənov
Səməd Cəfərov