Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1044/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1796/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 304534,6 manat əsas borcun, 3105,714 manat cərimənin və 4079,975 manat əldən çıxmış faydanın, ümumilikdə 311720,28 manat məbləğində borcun və ödənilmiş 602 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, e-2-2(113)-1796/2023 saylı qərardadı ilə tərəflər arasında imzalanmış barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilmişdir. Cavabdeh həmin qərardaddan “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1796/2023 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Cavabdeh tərəfindən yenidən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1796/2023 saylı qərardadından şikayət verilmiş, şikayətə həmçinin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1796/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1796/2023 saylı qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmişdir. Daha sonra Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1796/2023 saylı və xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1796/2023 saylı qərardadlarından cavabdeh tərəfindən müvafiq olaraq xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayətlər verilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1796/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1796/2023 saylı və xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1796/2023 saylı qərardadlarından cavabdeh tərəfindən verilmiş şikayətlər geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1796/2023 saylı qərardadından cavabdeh tərəfindən şikayət verilmişdir. Daha sonra cavabdeh həmin qərardaddan “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1796/2023 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1796/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1796/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1044/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət mümkün sayılaraq işə yazılı icraat qaydasında baxılması xx.xx.2023cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC “Aze Mis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixində, e-2-2(113)-1796/2023 nömrəli qərardadından verilən şikayətdən imtina edilərək iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin ərizəsinə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC-nin şikayətdən imtinası qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Cavabdeh MMC-nin şikayətdən imtinası qəbul edilsin. Apellyasiya icraatına xitam verilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1044/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1044/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver