Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1049/2025 24.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: xidmət müqaviləsi, təhvil təslim aktı, cavabdehin risk dairəsi, pretenziya) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə Nəriman qızı Mahmudova və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-4185/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 53228S Ş-DƏ KS45721 Xüsusi.TƏY. kamaz markalı 77SY064 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi qismində X2 qeyd olunmuşdur.
2. 02.09.2024-cü il tarixli etibarnaməyə əsasən 53228S Ş-DƏ KS45721 Xüsusi.TƏY. kamaz markalı 77SY064 qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 tərəfindən İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, ərizə vermək səlahiyyətləri verilməklə xx.xx.2025-ci ilədək etibar edilmişdir.
3. İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli, ACD/008/24 saylı Xidmət Müqaviləsinə əsasən: -Sifarişçi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma sənədlərinə əsasən xidmətlərin göstərilməsini sifariş venr, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri (bundan sonra «Xidmət») göstərməyi öz öhdəsinə götürür. -İcraçı Müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra Müqaviləni imzalayır. İcraçının bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu Müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir. -Müqaviləni imzalamaqla İcraçı razılaşmışdır ki. Müqavilə, o cümlədən Müqavilənin tərkib hissəsi olmuş və Sifarişçi tərəfindən verilmiş hər hansı əlavə yazılı göstərişlər dəqiq və tam aydındır. -Xidmətlərin göstənlməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətlərin sifarişi Sifarişçi tərəfindən verilir. -İcraçı Sifarişçinin sifariş verdiyi xidmətləri həyata keçirir (işi icra edir). 15. İcraçı bu Müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir. 16. İcraçının yerinə yetirdiyi işlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Təhviltəslim aktı imzalanmaqla Sifarişçi tərəfindən təhvil almır. -İcraçının öhdəlikləri: Bu Müqavilədə nəzərdə tutulan qaydada Sifarişçinin müəyyən etdiyi xidmətləri həyata keçirmək; Xidmətin göstərilməsi ilə əlaqədar Sifarişçiyə məlumat vermək; İşin gedişini ləngidən və yaxud sonrakı davamını mümkünsüz edən hallan müəyyən etdikdə və ya müəyyən etməli olduqda bu barədə Sifarişçiyə 3 (üç) iş günü ərzində məlumat vermək; Xidmətlərin icrası başa çatdırıldıqdan sonra xidmətlən Təhviltəslim aktına əsasən Sifarişçiyə təqdim etmək; İcraçının nümayəndələnnin xidmətlərin yerinə yetirilməsi ilə əlaqəsi olmayan və ya kənar şəxslərin girməsi qadağan olan sahələrə girməməsini, Sifanşçinın imicinə mənfi təsir göstərə biləcək video və foto görüntülərin apanlmamasım və belə görüntülərin yayılmamasını, Sifarişçi tərəfindən xidmətlərlə bağlı verilmiş məlumatların sürətinin çıxanlmamasım, 3-cü tərəflərə yayılmamasını təmin etmək; -Sifarişçinin öhdəlikləri: Xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq, lazım olan vasitələrlə (materiallarla) təmin edib, İcraçının sərəncamına vermək; İşi icrasından sonra Təhvil-təslim aktına əsasən təhvil almaq; İcraçı tərəfindən ona təqdim olunmuş Təhvil-təslim aktını yoxlayaraq təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü ərzində təsdiq etmək və ya əsaslandırılmış etirazla geri qaytarmaq; İcraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 10 (on) iş günü ərzində xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında Təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir. -İşlərin/xidmətlərin dəyəri bu Müqaviləyə əlavə edilmiş Əlavə Razılaşma sənədlərində müəyyən edilmiş bir vahidm qiyməti əsasında hər xidmət üzrə ayrıca müəyyən edilir. -İcraçı anlayır, təsdiq edir və zəmanət venr ki, xidmətləri icra edən zaman işlərin dəyərini yalnız Müqavilə üzrə qüvvədə olan vahidin qiymətlərinə əsaslanaraq müəyyən edəcəkdir. -Xidmət üzrə yerinə yetirilmiş işlərə görə hesablaşmalar Tərəflər Təhvil-təslim aktım təsdiq etdikdən sonra 30 (otuz) bank günü müddətində İcraçının Müqavilədə göstərilmiş bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. -Sifarişçi xidmətə uyğun yerinə yetirilmiş işlər üzrə xidmət haqqını müəyyən edilmiş müddətdə ödəmədikdə (gecikdirdikdə), Sifarişçi İcraçının tələbi ilə gecikmənin hər bır təqvim günü üçün gecikdırilən məbləğin 0.01% məbləğində İcraçıya cərimə ödəyəcəyinə dair öhdəlik götürür. -Cərimənin məbləğinin yuxarı həddi Sazişin dəyərinin 10%-indən çox olmamalıdır. -Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və 12 (on iki) ay müddətində qüvvədə qalır. -Müqavilənin müddətinin bitməsinə ən azı 10 (on) iş günü qalmış bu Müqaviləyə xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, Müqavilənin müddəti növbəti 12 (on iki) ay müddətinə uzadılmış hesab edilir. -İcraçı bu Müqavilədə nəzərdə tutulan xidmətlərin vaxtında və lazımınca icra edilməsi üçün məsuliyyət daşıyır. -Görülmüş İşin və onun nəticələrinin təsadüfən məhv olması və ya zədələnməsi riski, eləcə də mülkiyyət hüququ Tərəflər Təhvil-təslim aktını imzaladıqdan sonra Sifarişçiyə keçir. -Bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Eyni zamanda, İcraçı İşlərin görülməsi zamanı Sifarişçinin, eləcə də onun əməkdaşlarının, qonaqlarının, kontragentlərinin əmlakına və sağlamlığına bilavasitə və ya dolayısı ilə zərər yetirərsə vurulmuş zərərin əvəzini tam həcmdə ödəməyi öhdəsinə götürür. -İcraçı səbəbindən aslı olmayaraq, ona və ya onun sub-podratçılarına məxsus olan, onun tərəfindən istifadəyə götürülmüş avadanlıqların, alətlərin, materialların və ya şəxsi əşyaların zədələnməsi, sıradan çıxması və ya itkisi üçün özü məsuliyyət daşıyır və bununla bağlı Sifarişçini istənilən tələb və iddialardan müdafiə edir, məsuliyyətdən azad edir, dəyə bilən zərəri və çəkilə bilən xərcləri ödəyir.
4. İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli, ACD/008/24 saylı Xidmət Müqaviləsinə 1 saylı Əlavənin: 1-ci bəndinə əsasən sifarişçi ilə İcraçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli ACD/008/24 nömrəli Xidmət Müqaviləsinə aşağıdakı formada yeni № 1 saylı Əlavə Razılaşma əlavə edilsin: KAMAZ 53228S Ş-DƏ KS45721 Xüsusi. Təy. markalı **-SY-*** dövlət qeydiyyat nişanlı AVTOKRAN ilə xidmətin göstərilməsi üçün gündəlik iş vaxtı 10 saat olmaqla, aylıq xidmət haqqı 5 000 manat müəyyən edilmişdir. 2-ci bəndinə əsasən günlük xidmət haqqı aylıq xidmət haqqının (ƏDV-siz) ay ərzində mövcud olan rəsmi iş günlərinə (26 gündən az olmamaq şərti ilə) bölünməsi ilə, eyni şəkildə saatlıq xidmət haqqı günlük xidmət haqqının 10 saata bölünməsi ilə çıxarılan dəyərə uyğun olaraq hesablanacaqdır. 3-cü bəndinə əsasən bayram və qeyri-iş günləri, eləcə də rəsmi iş günləri 10 saatdan artıq saatlarda Sifarişçi tərəfin öncədən sifarişinə əsasən nəqliyyat vasitəsi xidmətə cəlb oluna bilər. Bu halda aylıq xidmət haqqının rəsmi iş günlərinə (26 gündən az olmamaq şərti ilə) bölünməsi ilə çıxarılan günlük xidmət haqqına uyğun əlavə günlərin, eyni şəkildə günlük qiyməti 10 saata bölərək əldə olunan saatlıq xidmət haqqına uyğun əlavə saatların ödənişləri həyata keçiriləcəkdir. 4-cü bəndinə əsasən nəqliyyat vasitələrinin istismar xərcləri, sürücü və operatorların təminatı, mobilizasiya və demobilizasiya, zərurət yarandıqda təmir və texniki qulluq xərcləri İcraçının öhdəliyindədir. 5-ci bəndinə əsasən yanacaq xərci Sifarişçinin öhdəliyindədir. 6-cı bəndinə əsasən nəqliyyat vasitələrinin texniki təhlükəsizlik sertifikatı, pasport, operatorun müvafiq icazə sənədləri və s. Azərbaycan Respublikasının müvafiq normativ tələblərinə uyğun olmalıdır.
5. İddiaçı tərəfindən Cavabdehnə göstərilmiş işlərin təhvil-təslimi barədə xx.xx.2024cü il tarixli təhvil-təslim aktına əsasən 5000 manat məbləğində KAMAZ 53228S Ş-DƏ KS45721 xüsusi təy. markalı **-SY-*** dövlət qeydiyyat nişanlı AVTOKRAN ilə xidmət göstərilmiş (23 gün), xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 5000 manat məbləğində KAMAZ 53228S Ş-DƏ KS45721 Xüsusi. Təy. markalı **-SY-*** dövlət qeydiyyat nişanlı AVTOKRAN ilə xidmət göstərilmiş (19 gün), xx.xx.2025-ci il tarixli təhviltəslim aktına əsasən 5000 manat məbləğində KAMAZ 53228S Ş-DƏ KS45721 xüsusi təy. markalı 77- SY-064 dövlət qeydiyyat nişanlı AVTOKRAN ilə xidmət göstərilmiş, xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 5000 manat məbləğində KAMAZ 53228S Ş-DƏ KS45721 Xüsusi. Təy. markalı **-SY-*** dövlət qeydiyyat nişanlı AVTOKRAN ilə materialların qaldırılması xidməti göstərilmişdir. Aktlar hər iki tərəfin imzası və cavabdeh şirkətin möhürü ilə təsdiq edilmişdir.
6. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətlərə dair xx.xx.2024-cü il tarixli MT2412 seriyalı 10701218 nömrəli e-qaimə üzrə 5000 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2502 seriyalı 11696531 nömrəli e-qaimə üzrə 5000 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2502 seriyalı 11697049 nömrəli e-qaimə üzrə 5000 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2504 seriyalı 12089468 nömrəli eqaimə üzrə 5000 manat məbləğində e-qaimələr göndərilmişdir.
7. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı hesabına xx.xx.2024-cü il tarixli, ACD/008/24 saylı Xidmət Müqaviləsi üzrə 3000 manat məbləğində ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ACD/008/24 saylı Xidmət Müqaviləsinə əsasən 17.000 manat əsas borcun, gecikdirilmiş günlərə görə hesablanmış 124,90 manat cərimə məbləğinin, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 200 manat pul vəsaitinin, cəmi 17,324,90 manat pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 141,97 manat dövlət rüsumunun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ACD/008/24 saylı xidmət müqaviləsinin predmetinə əsasən sifarişçi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma sənədlərinə əsasən xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür. Göstərilən müqavilənin 1 nömrəli əlavə razılaşmasına əsasən İcraçı gündəlik iş vaxtı 10 saat, aylıq xidmət haqqı 5,000.00 manat olmaqla “KAMAZ 53228S Ş-də KS45721 Xüsusi təyinatlı 77- SY-064 DQN-li Avtokran” ilə Sifarişçiyə xidmətlər göstərməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən İcraçı tərəfindən Sifarişçiyə 4 ay müddətində, ümumi dəyəri 20,000.00 (iyirmi min) manat məbləğində xidmətlər göstərilmiş, xidmətlərin görülməsi ilə bağlı tərəflər arasında hər ay üzrə ayrılıqda olmaqla, 4 ədəd təhvil-təslim aktı imzalanaraq təsdiqlənmişdir. Xidmətlərin görülməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə aşağıdakı elekton qaimə-fakturalar göndərilmişdir: 1. xx.xx.2024-cü il tarixli MT2412 seriyalı, 10701218 nömrəli, məbləği 5.000 manat olan elekton qaimə-faktura; 2. xx.xx.2025-ci il tarixli MT2502 seriyalı, 11696531 nömrəli, məbləği 5.000 manat olan elekton qaiməfaktura; 3. xx.xx.2025-ci il tarixli MT2502 seriyalı, 11697049 nömrəli, məbləği 5.000 manat olan elekton qaimə-faktura; 4. xx.xx.2025-ci il tarixli MT2504 seriyalı, 12089468 nömrəli, məbləği 5.000 manat olan elekton qaimə-faktura. Tərəflər arasında yaranmış müqaviləyə əsasən yaranmış ümumilikdə 20.000 manat borcdan cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 3.000 manat ödəniş edilmiş, lakin 17.000 manat məbləğində vəsait bugünədək cavabdeh tərəfindən ödənilməmişdir. Eyni zamanda cavabdeh ödənişləri vaxtında və tam şəkildə həyata keçirtməməklə müqavilə şərtlərini pozmuş və iddiaçıya müqavilə şərtlərinə əsasən gecikdirilmiş hər bir gün üçün gecikdirilən məbləğin 0.01% məbləğində cərimə ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən: Xidmət üzrə yerinə yetirilmiş işlərə görə hesablaşmalar Tərəflər Təhvil-təslim aktını təsdiq etdikdən sonra 30 bank günü müddətində İcraçının Müqavilədə göstərilmiş bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Sifarişçi xidmətə uyğun yerinə yetirilmiş işlər üzrə xidmət haqqını müəyyən edilmiş müddətdə ödəmədikdə (gecikdirdikdə), Sifarişçi İcraçının tələbi ilə gecikmənin hər bir təqvim günü üçün gecikdirilən məbləğin 0.01% məbləğində İcraçıya cərimə ödəyəcəyinə dair öhdəlik götürür. Cərimənin məbləğinin yuxarı həddi Sazişin dəyərinin 10%-indən çox olmamalıdır. Təhvil-təslim aktları müvafiq olaraq xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə təsdiqlənmiş, hər bir akta əsasən göstərilmiş xidmətlərin məbləği 5,000.00 manat müəyyən edilmiş və müvafiq olaraq hər bir Aktın imzalanmasından 30 bank günü keçdikdən sonra cavabdeh tərəfin iddiaçı qarşısında gecikdirilən hər bir gün üçün 0,01% məbləğində cərimə ödəmək öhdəliyi yaranmışdır. Müqavilə şərtlərinə əsasən hesablanmış cərimə aşağıdakı kimi olmuşdur. Beləliklə, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətni in 13 may 2025-ci il tarixinədək İddiaçı əsas borcu 17.000 manat, gecikdirilmiş günlərə görə hesablanmış cərimə məbləği isə 124,90 manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixində elektron qaydada pretenziya məktubu göndərilməsi və borcun ödənilməsi üçün 3 günlük vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır. Onu da qeyd edirlər ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olub. İddiaçı həmin hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir və yaranmış borcu qəsdən ödəmir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4185/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müqavilədə nəzərdə tutulan nəqliyyat vasitəsi ilə cavabdehə xidmətlər göstərib. Müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə sifarişçinin tapşırığı ilə onu nəqliyyat vasitəsilə təmin edir və həmin nəqliyyat vasitəsi ilə ona xidmət göstərir və həmin xidmətə görə aylıq xidmət haqqı müəyyən edilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunub ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa və qismi ödəniş edilsə də, ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd edib ki, hazırkı iş üzrə iddianın əsas borcun ödənilməsi tələbinin əsaslı olması yalnız elektron vergi-hesab fakturaları ilə deyil, həmçinin xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktı və qismi ödənişlər ilə də təsdiqini tapır. Belə olduğu halda, iddia təmin edilməli, 17 000 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünüb ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ACD/008/24 saylı Xidmət Müqaviləsinə əsasən hesablanmış 124,90 manat məbləğində cərimə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm iddiaçının, həm də cavabdehin əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu 124,90 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin Xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə cavabdеh Cavabdeh MMC-nin xidmət müqaviləsi üzrə 17 000 manat əsas borc, 124,90 manat dəbbə pulu borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, borc məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edib ki, iddiaçı tərəfindən 141,97 manat dövlət rüsumu və 200 manat vəkil xərci ödənilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia təmin edildiyi üçün, məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu xərcinin əvəzi olaraq 141,97 manat və vəkil xərcinin əvəzi olaraq 200 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.4, 427.3, 442, 443.1, 448.1, 462.1, 467, 752.1, 753.1, 769cu maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə, Azərbaycan Respublikası MPM-in 107, 115.0.9, 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim olunan məbləğlər məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, göstərilən hallarla bağlı məhkəmənin tam, hərtərəfli və obyektiv araşdırmasını təmin etmək məqsədilə məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə borc məbləği yenidən hesablanmalı idi. Cavabdeh tərəfindən öhdəliklər onun təqsiri olmadan gecikdirilmişdir. Cavabdeh şirkətə üçüncü şəxslər tərəfindən ödənilməli olan vəsaitlər vaxtında təqdim olunmadığına görə öhdəliklərin icrası gecikmişdir. Məhkəmə ümumiyyətlə bu hissədə araşdırmanı təmin etməmişdir. Məhkəmə tərəflərə işin barışıq sazişi ilə bağlanmasını yaxud mübahisənin mediasiya vasitəsilə həll edilməsini təklif etməmiş, yalnız iddia tələbinin təmin edilməsində maraqlı olmuşdur. İş üzrə mühasibatlıq ekspertizası təyin olunmalı olduğu halda borcun hesablanması məhkəmə tərəfindən həyata keçirilmişdir. Məhkəmə tərəfindən tərəflərin çəkişməsi, məhkəmə araşdırmasının tam, obyektiv və hərtərəfli aparılması prinsipləri pozulmuşdur. İşgüzar adətlərdən də məlum olduğu kimi, cavabdeh şirkətə üçüncü şəxslər tərəfindən ödənişlərin gecikdirilməsi, bilavasitə öhdəliklərin icrasının gecikdirilməsinə səbəb olmuşdur. Məhkəmə ümumiyyətlə bu hissədə araşdırmanı təmin etməmişdir. İddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim edilərkən prosessual pozuntuya yol verilmişdir. Belə ki, iddiaçı mübahisənin məhkəməyə qədər nizamlanmasına dair pretenziya məktubunu yalnız Dövlət Vergi Xidmətinin kargüzarlıq sistemi üzərindən təqdim etmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsində nəzərdə tutulan tələblərə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Yəni mülki mübahisələr üzrə pretenziya məktublarının Dövlət Vergi Xidmətinin elektron kargüzarlıq sistemi və ya başqa elektron sistem və ya kabinetlər vasitəsilə göndərilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, qanunvericiliyə uyğun olaraq, iddiaçı tərəfindən pretenziya məktubu cavabdehə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim olunmalı idi. İddia ərizəsi icraata götürülərkən məhkəmə tərəfindən prosessual tələblərə riayət olunmasına dair araşdırma hərtərəfli aparılmamış, iddiaçının pretenziya məktubunu “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etməməsinə hüquqi qiymət verilməmişdir. İddia tələbində göstərilən əlavə olaraq faiz borcunun cavabdehdən tutulmasının hazırki iş üzrə hüquqi əsası yoxdur. Cavabdeh tərəfindən iddiaçının iddia ərizəsinin mülki prosessual qaydalara riayət etmədən verdiyinə, buna görə də tərəflər arasında məhkəməyədək barışığın əldə edilməsinin mümkün olmadığına dair etiraz təqdim olunmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
17. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
18. Mülki Prosessual Məcəllənin: -77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X1 ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli ACD/008/24 saylı xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə icraçı X1 Cavabdeh MMC-nin sifarişi ilə Kamaz markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xidmətlər göstərmişdir. Hazırda iddiaçı mübahisəli xidmət müqaviləsinə əsasən cavabdehə göstərdiyi xidmətlərə görə ödənilməmiş 17000 manat borcun tutulmasını tələb edir.
24. Kollegiya ilk növbədə qeyd edir ki, AR Mülki Məcəlləsində xidmət müqaviləsini tənzimləyən normaları nəzərdə tutan xüsusi fəsil yer almadığından xidmət müqaviləsindən irəli gələn hazırkı mübahisəyə oxşar hüquq münasibətləri tənzimləyən podrat müqaviləsinə dair normalar tətbiq edilməlidir.
25. Odur ki, hazırkı halda cavabdehin, iddiaçı tərəfindən mübahisəli müqavilə əsasında göstərilmiş xidmətlərə görə 17.000 manat məbləğində borcunun yaranması iş materialları (elektron qaimələr, təhvil-təslim aktları, 3000 manat dəyərində xidmət haqqının ödənilməsinə dair ödəniş qəbzi) ilə təsdiq olunduğundan, iddiaçı Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən həmin borcun cavabdehdən tutulmasını tələb etmək hüququna malikdir.
26. Dəbbə pulunun tutulmasına dair iddia tələbi ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödənilməsinin gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, xidmət müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də tələb edilən dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 124,90 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də qətnamə qanuni və əsaslıdır.
27. Borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinin zəruri olması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hazırkı işdə cavabdehin borcunun məbləğinin müəyyən edilməsi mühasibatlıq sahəsində xüsusi bilik tələb etmir, belə ki, həmin borc məbləğinin adi riyazi hesablama yolu ilə müəyyən edilməsi mümkündür.
28. Müqavilədən irəli gələn öhdəliklərinin icrasının gecikdirilməsinin üçüncü şəxslər tərəfindən onun qarşısında olan öhdəliklərin vaxtında icra edilməməsi ilə bağlı olmasına dair cavabdehin arqumentinə gəldikdə qeyd olunur ki, üçüncü şəxslərin cavabdehin qarşısında olan öhdəliklərini vaxtında icra etməməsi cavabdehin risk dairəsinə aid olan hal olmaqla cavabdehi mübahisəli müqavilə üzrə xidmətlərin dəyərini ödəmək öhdəliyindən, eləcə də həmin öhdəliyin icrasının gecikdirilməsinə görə məsuliyyətdən azad etmir.
29. Prosessual pozuntu kimi apellyasiya şikayətində istinad edilən hallara münasibətdə kollegiya müəyyən etmişdir ki, pretenziya qaydası tərəflər arasında yaranmış mübahisədə iddia qaldırmazdan əvvəl qarşı tərəfə yazılı tələbin (məsələn, ödəniş, şərtlərin yerinə yetirilməsi və s.) təqdim edilməsini nəzərdə tutan prosedurdur. Həmin prosedurun tətbiqinin məqsədi tərəflərin mübahisənin məhkəməyə gətirmədən həll edilməsi imkanlarından istifadə etmələrindən ibarətdir. İşin yuxarıda göstərilən hallarından isə görünür ki, hazırkı halda pretenziya məktubu cavabdehin Dövlət Vergi Xidmətində yaradılmış elektron kabinetinə yerləşdirilməklə cavabdehə çatdırılmış, yəni faktiki olaraq mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməklə yuxarıda göstərilən prosessual tələbin məqsədinə nail olunmuşdur.
30. O da nəzərə alınmalıdır ki, işə birinci instansiya məhkəməsində baxıldığı dövrdə cavabdehin mübahisənin məhkəmədən kənar qaydada nizamlamaq üçün kifayət qədər vaxtı və imkanı mövcud olmuş, yəni tərəflərin mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi imkanları məhdudlaşdırılmamışdır. Oeyni zamanda vurğulanmalıdır ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, icraatın effektivliyinin yüksəldilməsi məqsədini daşıyır ki, bu da yeni, elektron müraciət vasitələrinin şəxslərin məhkəməyə müraciətinə maneə yaratmaq, məhkəmə əlçatanlığını çətinləşdirmək vasitəsi kimi nəzərdən keçirilməsini istisna edir.
31. Yuxarıda göstərilənlərə əsasən kollegiya hazırkı halda iddiaçının pretenziya məktubunu “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərməməsini və məhkəmənin həmin halı nəzərə almadan iddia ərizəsini icraata qəbul edərək mahiyyəti üzrə baxmasını işin nəticəsinə təsir edən və belə olan halda birinci instansiya məhkəməsinin mahiyyətcə qətnaməsinin ləğvi üçün əsas verən prosessual pozuntu kimi qiymətləndirilmir.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. İddia tələbinə dair hissədə qətnamə dəyişdirilmədən saxlandığından məhkəmə xərcləri hissəsində də qətnamənin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.
34. Məhkəmə kollegiyası apellyasiya icraatı ilə bağlı məhkəmə xərclərinə münasibətdə isə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət e t d i :
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4185/2025 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov