Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1054/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının direktoru X3, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3834/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı (icraçı) ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (sifarişçi) arasında 05D-24 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən 16.320 manat əsas borcun, 4.694,60 manat manat dəbbə pulunun, 158 manat iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş rüsumun və hüquqi yardıma görə ödənilmiş 1.525 manat məbləğində pulun Cavabdeh ASC-dən alınıb "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. . İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 03 aprel 2024-cü il tarixli 05D-24 nömrəli xidmət müqaviləsi və Müqaviləyə 25 aprel 2024-cü il tarixli Əlavə Razılaşma No1bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə uyğun olaraq Müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qaydada Sifarişçinin sifarişinə əsasən İcraçı dezinseksiya və deratizasiya işləri görmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən Sifarişçi xidmətlərin əvəzini İcraçının hesabına köcürməli idi. Müqavilənin 2.2-ci bəndinə əsasən görülmüş xidmətlərin haqqı müqavilədə göstərilən xidmətlərlə əlaqədar elektron qaimə və imzalı işlərin aparılması tərtib edilən aktın təqdim edildiyi tarixdən etibarən 10 iş günü ərzində Sifarişçi tərəfindən İcraçının bank hesabına köçürmə yolu ilə ödənilməli idi. Göstərilən müddət ərzində xidmət haqql ödənilməzsə Müqavilənin 2.7-ci bəndinə əsasən hər gecikdirilən gün üçün ödəniləcək məbləğin 0.1% nisbətində dəbbə pulu hesablanır. İcraçı tərəfindən görülmüş işlərin əvəzi Sifarişçi tərəfindən əvvəllər ödənilsə də, sonradan görülmüş işlər üzrə ödənişlər edilməmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3834/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 16.320 (on altı min üç iyirmi) manat əsas borc, 800 (səkkiz yüz) manat faiz borcu olmaqla, ümumilikdə 17.120 (on yeddi min yüz iyirmi) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi,ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 (bir yüz qırx bir) manat 36 (otuz altı) qəpik məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
5. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3834/2025 nömrəli qətnaməsinin ləğv olunması, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə üzrə xidmətlərin göstərilməsi faktiki olaraq müəyyən hallarda təsdiqlənsə də, 16.320 manat məbləğinin tamamilə əsaslandırılmadığını bildiririk, bir sıra təqdim edilmiş qaiməfakturalar mübahisəlidir, onların əsasında ödəniş öhdəliyi yarandığı sübut olunmamışdır. Buna görə də yalnız qismən borcun mövcudluğunu qəbul edilir, məhkəmə isə iddiaçının sübut yükünü tam nəzərə almadan bütün məbləği cavabdehin üzərinə qoymuşdur. İddiaçı iddiasının əsası kimi istinad etdiyi halları sübut etməlidir, lakin təqdim olunan sənədlər xidmətlərin tam həcmdə göstərildiyini təsdiqləmir. Müqavilə üzrə xidmətlərin göstərilməsi faktiki olaraq müəyyən hallarda təsdiqlənsə də, 16.320 manat məbləğinin tamamilə əsaslandırılmadığını bildiririk, bir sıra təqdim edilmiş qaimə-fakturalar mübahisəlidir, onların əsasında ödəniş öhdəliyi yarandığı sübut olunmamışdır. Buna görə də yalnız qismən borcun mövcudluğunu qəbul edilir, məhkəmə isə iddiaçının sübut yükünü tam nəzərə almadan bütün məbləği cavabdehin üzərinə qoymuşdur. 800 manat dəbbə pulu (faiz borcu) tutulmuşdur. Lakin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə yalnız tənasübsüz yüksək dəbbə pulunu azalda bilər, amma əsassız olaraq yeni məbləğ təyin edə bilməz. Müqavilədə nəzərdə tutulmuş 0,1% hər gün hesablanma şərti mütənasiblik və ədalətlilik prinsiplərinə ziddir və cavabdehi ağır mövqeyə salır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən İddiaçı direktoru X3, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər.
9. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
13. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.;
14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
16. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
17. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
24. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı (icraçı) ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (sifarişçi) arasında 05D-24 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən icraçı sifarişçi tərəfindən göstərilən Abşeron rayonu ərazisində fəaliyyət göstərən Səba ASC Abşeron Quşçuluq fabriki müəssisəsində xidmətin başlanıldığı tarixdən etibarən hər ay, ayda bir dəfə deratizasiya, dezinseksiya xidmətlərini sifarişçiyə göstərir, sifarişçi ona göstərilmiş xidmət müqabilində bu müqavilədə nəzərdə tutulmuş aylıq ödənişi icraçının hesabına keçirir. Müqavilənin 2.1ci bəndində əsasən Abşeron rayonu ərazisində fəaliyyət göstərən Səba ASC Abşeron quşçuluq fabriki müəssisəsində icraçı tərəfindən hər dəfə göstərilən deratizasiya xidmətinə görə “Sifarişçi” tərəfindən ödənilən xidmət haqqı 980 (doqquz yüz səksən manat) AZN məbləğində müəyyən edilir. Müqavilənin 2.2-ci bəndində əsasən ödənişin həyata keçirilməsi üçün əsas bu müqavilə təqdim edilən elektron qaimə və işlərin aparılması zamanı tərtib edilən aktdır. Daha sonra tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli 05D-24 nömrəli “Müqaviləyə” xx.xx.2024-cü il tarixli 1 saylı Əlavə Razılaşmanın 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin hər dəfə üçün qiyməti 3.100 manat təşkil edir. Müqavilə və Əlavə Saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
25. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1013 saylı, xx.xx.2024-cü il tarixli, 1089 saylı, xx.xx.2024-cü il tarixli 999 saylı, xx.xx.2024-cü il tarixli 1012 saylı, xx.xx.2024cü il tarixli, 952 saylı, xx.xx.2024-cü il tarixli 1018 saylı, xx.xx.2024-cü il tarixli, 953 saylı, xx.xx.2024-cü il tarixli 1093 saylı aktla 05D-24 nömrəli müqaviləyə əsasən tibbi profilaktika işlərinin aparılmasını tərəflər öz imza və möhürləri ilə təsdiq etmişlər.
26. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1013 saylı, xx.xx.2024-cü il tarixli, 1089 saylı, xx.xx.2024-cü il tarixli 999 saylı, xx.xx.2024-cü il tarixli 1012 saylı, xx.xx.2024cü il tarixli, 952 saylı, xx.xx.2024-cü il tarixli 1018 saylı, xx.xx.2024-cü il tarixli, 953 saylı, xx.xx.2024-cü il tarixli 1093 saylı aktla 05D-24 nömrəli müqaviləyə əsasən tibbi profilaktika işlərinin aparılmasını tərəflər öz imza və möhürləri ilə təsdiq etmişlər.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmək istəyir ki, cavabdeh bir sıra qiamə-fakturaların mübahisəli olduğunu, borcu qismən qəbul etdiklərini bildirsədə, hansı qaimələrin mühabisəli olduğunu, hansı hissədə borcu qəbul etdiklərini apellyasiya şikayətində bildirməmiş, əsaslandırmamış və hər hansı sübut təqdim etməmişdir.
28. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
29. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir mal təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.
30. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir.
31. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
32. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
33. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.
34. Cavabdeh şikayətin dəlillərində dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd edərək onu ağır vəziyyətə saldığını bildirmişdir. Kollegiya qeyd olunanlar münasibətdə bildirir ki, məhkəmə tərəfindən cavabdehin əsas borcuna münasibətdə tələb olunan 4.694,60 manat dəbbə pulunu azaldaraq 800 manat məbləğində müəyyən etməsi ağlabatan və ədalətlidir.
35. Məhkəmə kollegiyası hesab edir ki, cərimə pulunun tutulmaması barədə apellyasiya şikayətinin dəlili əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə mahiyyəti üzrə düzgündür.
36. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.
37. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
38. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
39. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3834/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.