Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1064/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: xidmət müqaviləsi, öhdəliyin icrası) X4 Qocayevin sədrliyi ilə, hakimlər Elnur Məmmədsaat oğlu Həsənov və Səməd Fəxrəddin oğlu Cəfərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Bağırova Zenfira Qabil qızının katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-146/2025 saylı qətnaməsindən cavabdeh "Optimal Elektronika” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İddiaçı MMC (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında 22 aprel 2019-cu il tarixli 19-04/05 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmetini sifarişçinin tapşırığı ilə icraçı tərəfindən müqavilənin 2.2-ci maddəsində nəzərdə tutulmuş xidmətin (sifarişçi tərəfindən mobil telefon nömrələri təqdim olunmuş bütün abunəçilərə SMS vasitəsilə sifarişçinin müəyyən etdiyi yazılı mətnin göndərilməsi) göstərilməsi, sifarişçi tərəfindən isə bu xidmətin ödənilməsi təşkil edir.
2. Müqavilənin 2-ci bəndinə əsasən, bu müqavilədə göstərilən xidmət, sifarişçi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən müqavilə imzalandıqdan və SMS-lər göndərildikdən sonra göstərilmiş hesab olunur. Sifarişçi tərəfindən verilən göndərici adı “OPTİMAL”, “GENTLEMAN” və “MOV” icraçı tərəfindən sistemə daxil edilir və həmin göndərici adı ilə abunəçilərə SMS göndərilməsi təmin olunur. Bu müqaviləyə əsasən SMS miqdarı barədə məlumat və SMS-lər göndərildikdən sonra nəticə hesabatı icraçının sifarişçiyə təmin etdiyi proqramda - veb interfeysdə öz əksini tapacaq. Qeyd olunan nəticə hesabatları operatorların göndərilən SMS-in abunəçiyə çatıb-çatmamasını əks etdirən cavab kodlarının yazılı ifadəsidir.
3. Müqavilənin 3-cü bəndinə əsasən, icraçının sifarişçiyə göstərdiyi xidmətin haqqı müştəriyə çatdırılan 1 (bir) SMS üçün 0.007 AZN (və həmin məbləğə tətbiq olunacaq ƏDV) təşkil edir. Sifarişçi elektron qaimə sistemdə təsdiqləndikdən sonra elektron vergi faktura və hesab faktura məbləğini hər növbəti ayın 10-dək icraçının bank hesabına köçürmə yolu ilə ödəyəcəkdir. Bu müqavilənin predmetinə uyğun olaraq hesablanmış SMS-lərin dəyəri Müqavilənin 3.2-ci bəndində göstərilən müddətdə ödənilməzsə, hər gecikdirilən gün üçün Sifarişçi İcraçıya hesab-fakturadakı məbləğin 0,1 %-i miqdarında cərimə ödəyir.
4. Müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçi SMS göndəriləcək abunəçilərin siyahısını icraçıya təqdim edir. İcraçı tərəfdən Elektron ünvan 1 elektron poçt ünvanı, sifarişçi tərəfdən isə Elektron ünvan 2, Elektron ünvan 3 elektron poçt ünvan(lar)ı rəsmi yazışma ünvanları kimi qəbul edilir və bu ünvanlardan göndərilən elektron poçtun məzmunu Tərəflərin rəsmi mövqeyi hesab edilir. Sifarişçi bu elektron poçt ünvanları, habelə operativliyi təmin etmək məqsədilə sifarişçinin **********, ********** mobil telefon nömrə(lər)indən sms vasitəsilə sifariş verə bilər və bu formada verilmiş sifariş rəsmi sifariş hesab olunur.
5. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 30 yanvar 2020ci il tarixli №20-01/06 saylı X1 edilməsi üzrə müqavilə imzalanmışdır.
6. Müqavilənin 3-cü bəndinə əsasən, MSM T bu müqavilənin imzalanması və sifarişçinin müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməsindən sonra sifarişçiyə məxsus olan və əlavə №2-də göstərilmiş avtonəqliyyat vasitələrində işlək vəziyyətdə olan X1etmə cihazlarına data sim-kartların quraşdırılmasını, sazlanmasını və GPSim xidmətinin işlək vəziyyətdə sifarişçiyə təhvil verilməsini öhdəlik olaraq qəbul edir. Sifarişçi bu müqavilənin 4.3 bəndində göstərilmiş şərtlər daxilində ödənişin heç bir gecikmə olmadan ödənilməsini öhdəlik olaraq qəbul edir.
7. Müqavilənin 4.1-ci bəndinə əsasən, hazırkı müqavilə çərçivəsində icraçı ona məxsus olan avtonəqliyyat vasitəsi üzrə GPSim xidmətinin göstərilməsi üçün cihazları sifarişçiyə 24 ay müddətinə istifadə üçün pulsuz təqdim edir. Sifarişçi icraçıdan əldə etdiyi xidməti 24 aydan tez dayandırmaq istədikdə 24 ay müddətinin tamam olmasına qədər olan ayların ödənişi hesablanaraq MSM T-yə etməyini öz öhdəliyinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən, əlavə №1-ə əsasən quraşdırılmış hər bir cihaz üzrə GPSim xidmətindən istifadəyə görə sifarişçi hər bir avtonəqliyyat vasitəsinə görə 9 AZN+ƏDV qiyməti olmaqla 24 ay müddətində ödəniş həyata keçirir. Müqavilənin 4.3-cü bəndinə əsasən əlavə №1-də göstərilməklə, sifarişçi avtonəqliyyat vasitəsini cihaz və simkartla təmin edilməsi üçün icraçının tələb etdiyi əraziyə gətirir. Müqavilənin 4.4-cü bəndinə əsasən sifarişçi bu müqavilənin 4.1-ci bəndinə istinad etməklə əlavə №1-də qeyd olunan avtonəqliyyat vasitələrinin sayına müvafiq hesablanmış ümumi ödəniş məbləğini əlavə №1 imzalandığı gündən sonrakı 14 gün ərzində MSM T-nin təqdim etdiyi akt hesab-faktura əsasında ödəyir. Müqavilənin 4.5-ci bəndinə əsasən sifarişçi bu müqavilənin 4.2-ci bəndinə əsaslanmaqla hesablanan aylıq ödəniş məbləğini MSM T tərəfindən təqdim olunan hesab-faktura əsasında köçürmə yolu ilə və ya hesab-faktura va mədaxil qəbzi əsasında nəğd şəkildə ödəyir. Ödəniş MSM T tərəfindən hesab-faktura və ya mədaxil qəbzi təqdim olunduğu gündən sonrakı 5 gün ərzində sifarişçi tərəfindən həyata keçirilir. Müqavilənin 4.7-ci bəndinə əsasən, ödəniş üzrə öhdəlik vaxtında verinə yetirilmədikdə sifarişçi, aylıq 10 % gecikmə faizi ödəyəcəyinə, MSM T-nin xəbərdarlıq və ya bildirişi ilə hüquqi vasitələrdən istifadə zamanı çəkiləcək hüquqi xərclərin tamamının sifarişçiyə aid olacağını qəbul edir və razılaşır.
8. EAAX seriyalı, 081292 nömrəli, xx.xx.2019-cü il tarixli elektron qaiməyə əsasən 1291,10 manat məbləğində, EBAK seriyalı, 251024 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 477,90 manat məbləğində, EBAK seriyalı, 523273 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 467,29 manat məbləğində, EBAL seriyalı, 347515 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 4453,32 manat məbləğində, EBAL seriyalı, 347592 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 1310,39 manat məbləğində, EBAL seriyalı, 346585 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 6606,82 manat məbləğində, EBAL seriyalı, 347096 nömrəli, xx.xx.2020- ci il tarixli elektron qaiməyə əsasən 3411,67 manat məbləğində, EBAL seriyalı, 347471 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 3734,11 manat məbləğində, EBAL seriyalı, 347609 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 3127,94 manat məbləğində, EBAL seriyalı, 346990 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 2720,89 manat məbləğində, EBAL seriyalı, 347534 nömrəli, xx.xx.2020- ci il tarixli elektron qaiməyə əsasən 3054,93 manat məbləğində, EBAL seriyalı, 347259 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 6317,69 manat məbləğində, EBAQ seriyalı, 272556 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 531 manat məbləğində, EBAR seriyalı, 798250 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 584,10 manat məbləğində, EBAW seriyalı, 410250 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 1688,58 manat məbləğində, EBAW seriyalı, 842276 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 584,10 manat məbləğində, EBAX seriyalı, 953291 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 141,60 manat məbləğində, EBAX seriyalı, 952716 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 562,86 manat məbləğində, EBAY seriyalı, 339975 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 637,20 manat məbləğində, EBAZ seriyalı, 780218 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 743,40 manat məbləğində, EBBB seriyalı, 400098 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 771,72 manat məbləğində, EBBC seriyalı, 777761 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 732,78 manat məbləğində, EBBE seriyalı, 369204 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 732,78 manat məbləğində, EBBF seriyalı, 763677 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 732,78 manat məbləğində, EBBH seriyalı, 806332 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 690,30 manat məbləğində, EBBH seriyalı, 806332 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 690,30 manat məbləğində, EBBK seriyalı, 386489 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 690,30 manat məbləğində, EBBL seriyalı, 758658 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 690,30 manat məbləğində, EBBN seriyalı, 451806 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 690,30 manat məbləğində, EBBM seriyalı, 791812 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 118 manat məbləğində, EBBP seriyalı, 427028 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 32045,71 manat məbləğində, EBBS seriyalı, 743464 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 32045,71 manat məbləğində, EBCA seriyalı, 369960 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 8260 manat məbləğində, EBDO seriyalı, 779512 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 9108.05 manat məbləğində, görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.
9. “Paşa Bank” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarış məlumatına əsasən, xx.xx.2022-ci tarixli əməliyyat üzrə 27157,38 manat məbləğində, xx.xx.2022-ci tarixli əməliyyat üzrə 4000 manat məbləğində, xx.xx.2022-ci tarixli əməliyyat üzrə 2542,37 manat məbləğində, xx.xx.2022-ci tarixli əməliyyat üzrə 2000 manat məbləğində, xx.xx.2022-ci tarixli əməliyyat üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMCyə 2000 manat məbləğində ödənişlər edilmişdir.
10. “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən verilmiş hesabdan çıxarış məlumatına əsasən, xx.xx.2020-ci tarixli əməliyyat üzrə 25227,83 manat məbləğində, xx.xx.2021-ci tarixli əməliyyat üzrə 1242 manat məbləğində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənişlər edilmişdir. Hesabdan çıxarış məlumatına əsasən, xx.xx.2022-ci tarixli əməliyyat üzrə 100 manat məbləğində, xx.xx.2022-ci tarixli əməliyyat üzrə 1251 manat məbləğində, xx.xx.2022-ci il tarixli əməliyyat üzrə 1824 manat məbləğində, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənişlər edilmişdir.
11. “Paşa Bank” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli hesabdan çıxarış məlumatına əsasən, xx.xx.2019-cu tarixli əməliyyat üzrə 1094,16 manat məbləğində, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödəniş edilmişdir.
12. “Unibank KB ASC” tərəfindən verilmiş hesabdan çıxarış məlumatına əsasən, xx.xx.2022-ci il tarixli əməliyyat üzrə, 2000 manat məbləğində, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödəniş edilmişdir.
13. “X7 Azərbaycan” tərəfindən verilmiş hesabdan çıxarış məlumatına əsasən, xx.xx.20221-ci il tarixli əməliyyat üzrə 3450 manat məbləğində, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödəniş edilmişdir.
14. İddiaçı MMC tərəfindən hansı məzmunda və neçə sayda SMS bildirişlərin göndərilməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə kompüter-texniki ekspertizası keçirilmişdir. xx.xx.2025-ci il tarixli, 3-16-16/2-5/1114/2025 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilir ki, məlumat bazası daxilində Cavabdeh MMC-yə aid “customerld-2492” içərisində N°19-04/05” müqavilənin 2.Müqavilə Predmeti bölməsinin 2.24 bəndinə əsasən “SenderName = Optimal” olan xx.xx.2022-ci il tarixdə 457991 ədəd, xx.xx.2022-ci il tarixdə 208299 ədəd, xx.xx.2022-ci il tarixdə 91749 ədəd, 01,05.2022-ci il tarixdə 100925 ədəd, xx.xx.2022-ci il tarixdə 114678 ədəd, 01,07.2022-ci il tarixdə 283674 ədəd və xx.xx.2022-ci il tarixdə 3040 ədəd “SMS” mesajın göndərilməsi aşkar olundu. Ümumilikdə cəmi 1 260 356 ədəd SMS mesaj abonentlərə göndərilmişdir. “SenderName = Optimal” olan Ümumilikdə cəmi 420 258 “SMS” mesajın göndərilməsi müəyyən olundu.
15. İddiaçı MMC tərəfindən hansı məzmunda və neçə sayda SMS bildirişlərin göndərilməsinin müəyyən edilməsi məqsədilə iş üzrə əlavə məhkəmə kompüter-texniki ekspertizası keçirilmiş və xx.xx.2025-ci il tarixli, 3-16-16/2-5/323/2025 saylı rəyi ekspert rəyində qeyd edilmişdir ki, aparılmış tədqiqat nəticəsində tədqiq olunan "xxxx" MMC-nin məlumat bazasında Cavabdeh MMC-yə aid “İD-2492” və “İD-2779” olan xx.xx.2019 xx.xx.2025-ci il zaman intervalına aid məlumatlar daxilində “SenderName=GENTLEMAN”, “SenderName= MOV” və “SenderName= MG Store” olan SMS mesajların göndərilməsinə dair hər hansı məlumat müəyyən olunmadı. Tədqiq olunan "Mobil Solution and Marketing Technologies” MMC-nin məlumat bazasında “İD2492” olan xx.xx.2019 - xx.xx.2025-ci il zaman intervalına aid məlumatlar daxilində “SenderName=Optimal” olan xx.xx.2019- 111805, xx.xx.2019-945602, xx.xx.2019- 192277, xx.xx.2019-24078, xx.xx.2019-829044, xx.xx.2019-339487, xx.xx.2019- 427900, xx.xx.2019- 816364, xx.xx.2019-342298, xx.xx.2020- 346392, xx.xx.2020- 131941, xx.xx.2020- 407762, xx.xx.2020-180772, xx.xx.2020- 476197, xx.xx.2021- 143808, xx.xx.2021- 164303, xx.xx.2021-177635, xx.xx.2021- 54417, xx.xx.2021 - 246533, xx.xx.2022- 457991, xx.xx.2022-208299, xx.xx.2022- 114678, xx.xx.2022- 283674 xx.xx.2020- 85316, xx.xx.2020- 327533, xx.xx.2020- 48541, xx.xx.2021- 167197, xx.xx.2021-245086, xx.xx.2021- 225903, xx.xx.2022-91749, və xx.xx.2022- 3040 xx.xx.2020- 489084, xx.xx.2020- 211618, xx.xx.2020-97580, xx.xx.2021- 334028, xx.xx.2021- 259829, xx.xx.2021- 143063, xx.xx.2022-100925 ədəd “SMS” mesajın göndərilməsinə aid rəqəmsal qeydlər müəyyən olundu. Tədqiq olunan "xxxx" MMC-nin məlumat bazasında “İD-2779” olan xx.xx.2019- 29.0.2025-ci il zaman intervalına aid “SenderName=Optimal” olan xx.xx.2021-ci ildə ******* ədəd və xx.xx.2021-ci ildə 450803 ədəd “SMS” mesajın göndərilməsinə aid rəqəmsal qeydlər müəyyən olundu. Tədqiq olunan məlumat bazası daxilində “İD-2492” olan xx.xx.2019- xx.xx.2025-ci il zaman intervalında ümumilikdə cəmi 10233916 ədəd nömrəyə (xx.xx.2019-xx.xx.2021-ci il intervalında ******* ədəd xx.xx.2021-xx.xx.2025- ci il zaman intervalında ******* ədəd nömrəyə) SMS mesajın göndərilməsi aşkar olundu. Tədqiq olunan məlumat bazası daxilində “İD-2779” olan xx.xx.2019- xx.xx.2025-ci il zaman intervalında ümumilikdə 4 211 315 ədəd nömrəyə SMS mesajın göndərilməsi aşkar olundu. Nəzərə alsaq ki, bir abonent nömrəsinə bir neçə SMS mesaj göndərilməsi mümkündür buradan belə nəticəyə gəlinir ki, aşkar olunmuş SMS mesajların göndərildiyi abonent nömrələri daxilində təkrarlanan abonent nömrələri vardır. Tədqiq olunan məlumat bazası daxilində “İD-2492” və “İD-2779” olan xx.xx.2019-ci il zaman intervalında aid “SenderName=Optimal” üzrə göndərilmiş SMS mesajların xarici yaddaş qurğusuna köçürməyə cəhd olunsada məlumatın həcminin çox olması səbəbindən bu mümkün olmamışdır.
16. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 139,28 manat dövlət rüsumu ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 22 aprel 2019-cu il tarixli 19-04/05 saylı Müqaviləyə uyğun olaraq 14769,64 manat, 30 yanvar 2020-ci il tarixli №20- 01/06 saylı müqaviləyə uyğun 1157,58 manat, dövlət rüsumunun ödənilməsinə görə 139,28 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat, ümumilikdə 16565,5 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 22 aprel 2019-cu il tarixli 19-04|05 saylı və 30 yanvar 2020-ci il tarixli №20-01/06 saylı müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə toplu SMS göndərilməsi xidməti göstərilmişdir. Hazırda cavabdehin iddiaçıya 22 aprel 2019-cu il tarixli 19-04/05 saylı Müqaviləyə uyğun olaraq 14769,64 manat və 30 yanvar 2020-ci il tarixli 20-01/06 saylı müqaviləyə uyğun 1157,58 manat borcu qalmışdır. Müqaviləyə uyğun olaraq pretenziya qaydasında cavabdehə müraciət edilərək iddiaçıya ödənilməli olan məbləğləri tələb etsələrdə cavabdeh heç bir reaksiya verməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1-ci, 448.2-ci maddələrinə istinad olunmuşdur.
8. İddia tələbinə qarşı cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçının iddiasının heç bir hüquqi əsası yoxdur. İş materiallarında olan sübutlar iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında imei adresi vasitəsi ilə sifarişlər cavabdeh tərəfindən verildiyi görsənsə də sifariş verilmiş xidmətin iddiaçı tərəfindən icra edildiyini sübut edən faktlar yoxdur. Təqdim edilmiş imei adresinin skrinşotları saxta hazırlanmış sənədlərə daha çox bənzədiyindən iş üzrə texniki ekspertiza keçirilib ilk öncə həmin sifarişlərin verilib verilmədiyi müəyyən edilməlidir. Bundan sonra iddiaçının icra etdiyi sms göndərişlərinin həqiqətən Cavabdehnın müştərilərinə göndərdiyini təsdiq edən sənədlər müvafiq operatorlardan alınıb təqdim edilməlidir. Bu olmadığı təqdirdə iddia heç bir halda əsaslı sayıla bilməz. Qeyd edilənləri nəzərə alaraq iş üzrə tərəflər arasında aparılmış imei yazışmalarının həqiqiliyinin müəyyən edilməsi üçün texniki ekspertizanın keçirilməsi və müvafiq oreratorlardan göndərilmiş smslərin çıxarışlarının əldə edilməsi üçün qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra iddia tələbinə qarşı cavabdehin nümayəndəsi və vəkili tərəfindən yenidən etiraz təqdim edilmişdir. Həmin etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinə növbəti etirazı bildirirək 2022-ci ilin dekabr ayından Cavabdeh MMC tamamilə fəaliyyətini dayandırdığı halda ona xidmət göstərməsini iddia edərək qaimə göndərilmişdir. Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə “Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli Qərarı).
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il e-2-2(113)-146/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 22 aprel 2019-cu il tarixli 19-04/05 saylı müqaviləyə uyğun olaraq 14769,64 manat, 30 yanvar 2020-ci il tarixli №20-01/06 saylı müqaviləyə uyğun 1157,58 manat, ümumilikdə 15927 manat, 22 qəpik pul vəsaiti, ödənilmiş 139 manat 28 qəpik dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 500 manatın əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, , iddiaçı 22 aprel 2019-cu il tarixli 19-04/05 saylı müqavilədə nəzərdə tutulmuş, 14769,64 manat dəyərində sms xidmətləri iddiaçı tərəfindən göstərilsə də, cavabdeh tərəfindən xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəliyi yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqının 14769,64 manat hissəsini ödəməmişdir. Bu fakt iş materiallarındakı sübutlarla (müqavilə, ödəniş tapşırıqları, ekspert rəyi), e-qaimələrlə də öz təsdiqini tapır, çünki mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, əvvəllərdə iddiaçı tərəfindən görülən işlərlə bağlı verilmiş e-qaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Buna görə də iddiaçının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən cavabdehdən xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icrasını, görülmüş xidmətin haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Cavabdehin nümayəndəsi verilmiş sifarişlər üzrə SMS-lərin göndərilməsini, yəni iddiaçı tərəfindən xidmət göstərilməsini mübahisələndirdiyi üçün ekspertiza təyin olunmuş və ekspertiza nəticəsində həqiqətən iddiaçı tərəfindən cavabdehə xidmət göstərildiyi, hətta SMS-lərin sayı və aparılmış ödənişlərin fərqini nəzərə aldıqda, iddiaçının tələb etdiyi 14796 manatdan artıq xidmət haqqının ödənilmədiyi müəyyən edilmişdir. Bundan başqa elektron qaimənin 2023-cü ildə cavabdehə göndərilməsi xidmət həmin vaxtda göstərilməsi demək deyildir. Belə ki, ekspert rəyində son SMS-lərin xx.xx.2022-ci il tarixdə göndərildiyi qeyd edilmişdir. Yəni, iddiaçı cavabdehin fəaliyyət göstərmədiyi 2023cü ilin yanvar ayından sonra ona heç bir xidmət göstərməmiş, sadəcə elektron qaiməni aralarında yaranmış praktikaya əsasən sonradan cavabdehə göndərmişdir. Eyni zamanda iddiaçı 30 yanvar 2020-ci il tarixli №20-01/06 saylı X1 Edilməsi üzrə müqavilədə nəzərdə tutulmuş, 1157,58 manat dəyərində GPSim xidmətləri iddiaçı tərəfindən göstərilsə də, cavabdeh tərəfindən xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəliyi yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqından 1157,58 manat hissəsini ödəməmişdir. Bu fakt iş materiallarındakı sübutlarla (müqavilə, elektron qaimə, ödəniş tapşırıqları) da təsdiq olunur. Belə ki, elektron qaimələr və ödəniş tapşırıqları arasında fərqi nəzərə aldıqda cavabdehin tam ödəniş etmədiyi müəyyən olunmuşdur. Mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, əvvəllərdə iddiaçı tərəfindən görülən işlərlə bağlı verilmiş eqaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Buna görə də iddiaçının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən cavabdehdən xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icrasını, görülmüş xidmətin haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, iddiaçı tərəfindən cavabdehə SMS və GPSim xidmətlərinin göstərildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək göstərilmiş xidmətlərə görə ümumilikdə hər iki müqavilə üzrə 15927,22 manat xidmət haqqını ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, tələbin haqlı olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsaslıdır, buna görə də 15927,22 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
12. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 146/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilənin mövcudluğu və sistem tərəfindən avtomatik təsdiqlənən hesab-fakturaların olmasından sui-istifadə edərək iddia irəli sürmüş, Məhkəmə isə əsasssız olaraq iddianı təmin etmişdir. Baxmayaraq ki, cavabdeh öz öhdəliklərini lazımi şəkildə və lazımi qaydada icra etmişdir, məhkəmə qanunun tələblərini pozaraq iddianı təmin etməklə səhvə yol vermişdir. Əvvəllər göstərilmiş xidmətlərə görə iddiaçıya yaranmış inam və etibara görə xidmət göstərilmədiyi halda cavabdeh tərəfindən artıq ödənişlər edilmişdir. Bu da iddiaçının sui-istifadə halını təsdiq edir. Lakin məhkəmə qərar qəbul edərkən bütün bu əsaslı faktları nəzərə almamışdır. Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə “Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini,xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəlişəkildə qiymətləndirilməlidir.” Göründüyü kimi, iddia edilən xidmətin göstərilmə vaxtı ilə hesab fakturaların göndərilmə tarixlərinin tamamilə fərqli olması, həmin fakturaların sistem tərəfindən avtomatik təsdiqlənməsi bir daha iddianən əsassız olmasını tədiq edir. Məhkəmə isə bunu nəzərə almadan əsassız qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Məhkəmə maddi və prosessual hüquq normalarını ciddi şəkildə pozmuşdur. Məhkəmə ümumiyyətlə işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Sübutlara düzgün qiymət verməmişdir. İddianın yalnız sistem tərəfindən avtomatik təsdiqlənən qaimələr əsasında təmin edilməsi qanunsuzdur. Əgər məhkəmə işi tam, hərtərəfli və obyektiv şəkildə araşdırsaydı iddiatələbi rədd edilməli idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verlməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv ediərək iddianın rədd edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etdi.
16. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
18. Məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ... Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ... Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. ... Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...
Maddə 427. Öhdəliyin icrası müddəti ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. ... 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...
Apellyasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində 19-04/05 saylı və 30 yanvar 2020-ci il tarixli 20-01/06 saylı X1 Edilməsi üzrə xidmət müqavilələri bağlanmışdır. Müqavilələrə uyğun olaraq iddiaçı cavabdehin tapşırığı ilə cavabdehin müştərilərinə SMS mesajlarının göndərilməsi və X1 edilməsi cihazlarına data sim-kartların quraşdırılması, sazlanması və GPSim xidmətinin işlək vəziyyətdə təhvil verilməsi xidmətlərini göstərməyi, cavabdeh isə həmin xidmətlərinə dəyərini elektron qaimə-faktura təsdiqləndikdən sonra ödəməyi öhdəsinə götürmüşdür.
26. Mülki Məcəllədə şəxslərin bağlaya biləcəkləri müqavilələrin dairəsi məhdudlaşdırılmamışdır. Mülki Məcəllənin xüsusi hissəsində bir sıra çox rast gəlinən müqavilə növləri üçün xüsusi tənzimləmə nəzərdə tutulsa da, bu, şəxslərin həmin müqavilələrdən başqa müqavilə bağlaya bilməyəcəyi anlamına gəlmir. Yetər ki, bu müqavilə Mülki Məcəlləyə zidd olmasın (maddə 390.1).
27. Qeyd edilən müqavilə Mülki Məcəllədə birbaşa nəzərdə tutulan müqavilələrdən olmasa da Mülki Məcəlləyə zidd deyildir və tərəflərin bu məzmunda müqavilə bağlamasına heç bir maneə yoxdur. Mülki Məcəllənin 389.3-cü maddəsinə uyğun olaraq tərəflərin bu müqavilədən irəli gələn öhdəliklərinə öhdəlik hüququnun ümumi müddəaları tətbiq edilir.
28. Müqavilələr tərəflər üçün qarşılıqlı öhdəliklər yaratmışdır. İddiaçı tərəfindən göstərilmiş SMS mesajların göndərilməsi xidmətindən 14769,14 manat hissəsini və GPSim xidmətinin 1157,58 manat hissəsini ödəməmişdir.
29. Cavabdeh apellyasiya şikayətində SMS-lərin hansı sayda və hansı məzmunda göndərildiyini bilmədiyini, təkrar göndərilmiş SMS-lər üçün ödəniş edilməli olmadığını, cavabdeh tərəfindən göndərilmiş SMS-lər üçün ödənişlərin edildiyini göstərmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər bağladıqları müqavilənin 2-ci bəndində SMS-lərin göndərilməsinə dair nəticə hesabatının veb interfeysində öz əksini tapacağını bildirmişlər. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ilkin və əlavə məhkəmə kompüter-texniki ekspertizalarının rəylərində iddiaçının iddia etdiyi sayda və məzmunda SMS mesajların göndərilməsi öz təsdiqini tapmışdır. Habelə ekspert rəyinin təsviri hissəsindən göründüyü kimi ekspert təkrar nömrələri nəzərə almış və onları ümumi saydan çıxmışdır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsassız hesab edir.
31. Kollegiya cavabdehin fəaliyyətini dayandırdığı halda iddiaçı tərəfindən cavabdehə SMS mesajların göndərilməsi xidmətinin və avtomobillərə GPSim data xidmətinin göstərilməsinin mümkün olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, ekspert rəyindən göründüyü kimi iddiaçı tərəfindən caabdehin fəaliyyətini dayandırdığını bildirdiyi 2023-cü ilin yanvar ayından sonra xidmət göstərilməmişdir. Elektron qaimə-fakturaların sonradan göndərilməsi xidmətlərin həmin vaxt göstərilməsi mənasına gələ bilməz. İddiaçı cavabdehin maliyyə vəziyyətini nəzərə alaraq aralarındakı şifahi razılığa əsasən elektron qaimə-fakturaların göndərilməsini ləngidərək cavabdehə möhlət verdiyini bildirmişdir ki, bu izahat ekspert rəyi ilə üst-üstə düşür.
32. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh göstərilmiş xidmətlərin həcmini mübahisələndirsə də, iddiaçının göstərilməsini iddia etdiyi xidmətlərin hansı hissəsinin faktiki göstərilmədiyini konkretləşdirməmiş, eləcə də öz hesablamalarına görə cavabdeh tərəfindən göstərilmiş xidmətlərin həcm və dəyərinin nə qədər təşkil etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
33. Göstərilmiş xidmətlərə görə iddiaçı tərəfindən cavabdehə hər iki müqavilə üzrə 15927,22 manat məbləğində elektron qaimə göndərilmiş, lakin cavabdeh həmin qaiməni qanunvericilikdə nəzərdə tutulmuş müddətdə düzəliş üçün qaytarmamış, eləcə də qaiməyə başqa formada etiraz etməmiş, bununla da faktiki olaraq həmin qaimədə əks olunmuş xidmətlərin dəyəri ilə razılaşmışdır.
34. Cavabdehin elektron qaimə-fakturaların sistem tərəfindən təsdiqi ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdehin hazırda mübahisələndirdiyi elektron qaimələr təsdiqlənmişdir (üzərində ştrix-kod mövcuddur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.13-cü bəndində göstərilir ki, mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, (beş) gün müddətində avtomatik olaraq sistem tərəfindən təsdiq edilmir, əksinə həmin qaimələr qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilmədikdə proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur.
35. Hazırkı halda barəsində mübahisə edilən elektron qaimə-fakturalar cavabdehin fəaliyyətini müvəqqəti dayandırdığı dövrdə göndərilmişdirsə, onların sistem tərəfindən avtomatik təsdiq edilməsi mümkün deyildi, onlar yalnız cavabdehin özü tərəfindən təsdiq edilə bilərdi.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
38. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirildiyi hissədə iddianın qiyməti on min manatdan artıq olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Cavabdeh nümayəndəsi (vəkili) X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-146/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu appelyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Tural Qocayev Hakimlər: Elnur Həsənov Səməd Cəfərov