Məhkəmə qərarları › İş №2-2(103)-1067/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1067/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1067/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1188/2019 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı Nümayəndə1 QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Nümayəndə1 QSC icra sənədinin icrasında dönüş edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 2-2(81)-1188/2019 saylı icra sənədi üzrə Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanda 0.65076 ha torpaq sahəsində ümumi sahəsi 6399,3 m2 olan əmlak kompleksinə aid olan Nümayəndə1 QSC-nin adına mülkiyyət kimi qeyd alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməklə, həmin əmlakın əvvəlki mülkiyyətçi Cavabdeh2 mülkiyyətinə qaytarılması ilə üzərində Nümayəndə1 QSCnin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməklə həmin əmlakın üzərində Nümayəndə1 QSC-nin xeyrinə əvvəlki ipoteka yüklülüyünün qeydiyyatının bərpa edilməsi, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatın aparılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1188/2019 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2-2(81)-1188/2019 saylı icra sənədi üzrə icrada dönüş edilməsi barədə iddiaçı Nümayəndə1 QSC-nin ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2-2(81)-1188/2019 saylı qərardadının ləğv edilməsi və icrada dönüş edilməsinə dair ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamələrinə əsasən hərracın yekunları barədə protokol prosesi ləğv edilsə də, bankın adına alınmış çıxarış ləğv edilməmişdir. Qeyd olunan əmlak hazırda da Nümayəndə1 QSC-nin mülkiyyətindədir. Lakin göründüyü kimi Bakı şəhəri Binəqədi rayonu Baksol ərazisi Binəqədi şossesi 1-ci küçə, 3-cü döngə 3 ünvanda 0.65076 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 6399.3 m olan əmlak kompleksi kimi müəssisənin onun adına mülkiyyət kimi qeydə alınmasına, DƏDRX-dən çıxarış verilməsinə əsas olan hərrac protokolu və hərracın nəticələri barədə müqavilə ləğv edilmişdir. Hesab edir ki, hazırkı halda qanunun analogiyası tətbiq edilməklə mübahisə həll edilməli idi. Belə ki, əmlakın bankın mülkiyyətinə götürülməsi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərarı əsasında verilmiş icra sənədi üzrə həyata keçirilmişdir. İcra vərəqəsi verilmiş, daha sonra hərrac keçirilmiş və hərracın yekunlarına əsasən əmlak bankın mülkiyyətinə götürülmüşdür. Yekunda hərrac protokolu və müqavilə məhkəmə tərəfindən ləğv edildiyindən icra sənədi əsasında həyata keçirilmiş sonrakı proseslərin DƏDRX tərəfindən həyata keçirilməsi hüquqi cəhətdən mümkün deyildir. Məhkəmə şikayəti təmin etməyərək işi apellyasiya məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Belə ki, şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq məhkəmə hesab etmişdir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Çünki cavabdeh şikayətində Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1188/2019 saylı xx.xx.2024-cü il tarixli qərardadında əsaslandırılmış mövqeyə qarşı hər hansı əsaslı arqument göstərməmiş, məhkəmənin qeyd etdiklərini öz mülahizəsi ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə qərardadda ərizənin təmin edilməməsinin əsasını ətraflı şəkildə əsaslandırmışdır. Qeyd edilən əsaslara görə məhkəmə şikayəti əsassız hesab etmişdir. Kollegiya hesab edir ki, qərardaddan verilmiş şikayətə baxılması da apellyasiya icraatı olduğundan məcəllənin müddəaları birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət verilməsi fəslinə (42-ci fəsil) tətbiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq hesab edir ki, icrada dönüş edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir. Mülki Prosessual Məcəllənin 236-1-ci maddəsinə əsasən, icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. İddiaçı cavabdehlə barışıq sazişi bağladıqdan sonra iş üzrə yekun məhkəmə aktı ləğv edilməmişdir. Yalnız cavabdeh yeni iddia qaldıraraq hərracın etibarsızlığını tələb etmişdir. Cavabdehin bu tələbi təmin edilmişdir. Apellyasiya məhkəməsi hərracın etibarsızlığı barədə qətnamə qəbul etmişdir. İddiaçıya izah edilməlidir ki, onun çatmaq istədiyi mənafe icrada dönüş vasitəsilə əldə edilə bilməz. İddiaçı hərracın etibarsızlığı barədə qətnamə qəbul etmiş məhkəməyə qətnamənin icra edilməsinə dair müraciət etməli və ya qətnaməyə izah verilməsi barədə ərizə ilə müraciət etməlidir. Hazırda icra edilmiş qətnamə və ya qərardad ləğv edilməmişdir. Odur ki, icrada dönüş barədə ərizə təmin edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Nümayəndə1 QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(81)-1188/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar