Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1077/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, iddiaçı X1 X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli, e-2-2(113)-223/2021 saylı qətnaməsindən "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətləri üzrə işin apelyasiya baxışından çıxarılması məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-223/2021 saylı 30.06.2021-ci il tarixli qətnaməsi ilə X1 X3 ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin iddiası ləğv edilmiş, iddialar verilərkən ödənilmiş dövlət rüsumları müvafiq olaraq iddiaçılara aid edilmişdir. Həmin qətnamədən "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti mümkün hesab edilərək məhkəmənin icraatına qəbul edilmiş və işə baxılması 29.09.2021-ci il tarixə təyin edilmişdir. Bakı Kommersiya Məhkəməsi 13.09.2021-ci il tarixli sorğu məktubu ilə müraciət edərək iddiaçı X1 X4 tərəfindən verilmiş apelyasiya şikayətinin prosessual normaların tələblərinə uyğunluğunun yoxlanılması üçün işin Bakı Kommersiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin sorğusuna əsasən iş apelyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Kommersiya mübahisəsi üzrə e-2-2(103)-1077/2021 saylı iş apelyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim Vüsalə Baxışova Hakimlər Raqib Qurbanov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-2(103)-1077/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1077/2021
29.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver