Məhkəmə qərarları › İş №2-2(103)-1077/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1077/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1077/2025 14.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: kredit və ipoteka müqaviləsi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X7 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X12, İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, e-2-2(113)-456/2025 nömrəli qətnaməsindən iddiaçı ASC ”Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. ASC "xxxx" Bankı ilə X2 arasında 25 sentyabr 2019-cu il tarixli **********13219 №-li kredit müqaviləsi bağlanmışdır.

2. Həmin kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 120 ay müddətinə, kreditdən istifadəyə görə illik 4% ödənilməsi şərtilə, 4.000.000 manat məbləğində kredit verilmişdir.

3. Həmin kredit müqaviləsinin təminatı olaraq ASC "xxxx" Bankı ilə İsmayılova Tünzalə Ərəstun qızı və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli **********13219/İM №-li ipoteka müqaviləsi bağlanmışdır.

4. İpoteka müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında olan 0.04312 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2587.3 kv.m ümumi sahədən ibarət 5 mərtəbəli qeyri-yaşayış binası 25 sentyabr 2019-cu il tarixli **********13219 №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasını təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

5. İddiaçı ASC "xxxx" Bankı Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********13219/İM №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh məxsus olan ünvan 1 ünvanında olan 0.04312 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2587.3 kv.m ümumi sahədən ibarət 5 mərtəbəli qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlak obyektinin satışından əldə olunan vəsait hesabına borc alan İsmayılova Tünzalə Ərəstun qızının 25 sentyabr 2019-cu il tarixli **********13219 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 889.808,46 manat məbləğində əsas borcu, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 299.445,43 (iki yüz doxsan doqquz min dörd yüz qırx beş manat 43 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi və xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 30% (otuz) dərəcəsi ilə hesablanmış 1.479.877,18 (bir milyon dörd yüz yetmiş doqquz min səkkiz yüz yetmiş yeddi manat 18 qəpik) manat məbləğində penya, cəmi 2.669.131,07 (iki milyon altı yüz altmış doqquz min bir manat 07 qəpik) manat məbləğində pul vəsaitinin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 135 (bir yüz otuz beş) manat məbləğində çəkilmiş xərcin, ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 2 748,49 (ikimin yeddi yüz qırx səkkiz manat 49 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Bank ASC ilə X2 arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli **********13219 №-li kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən borcalana 120 ay müddətinə, kreditdən istifadəyə görə illik 4% ödənilməsi şərtilə, 4 000 000 manat məbləğində kredit verilmişdir. Borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə ASC "xxxx" Bankı, İsmayılova Tünzalə Ərəstun qızı və Cavabdeh arasında sonuncuya məxsus olan ünvan 1 ünvanında olan 0.04312 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2587.3 kv.m ümumi sahədən ibarət 5 mərtəbəli qeyri-yaşayış binasının ipoteka qoyulması barədə xx.xx.2019-cu il tarixli **********13219/İM №-li İpoteka müqaviləsi (bundan sonra «İpoteka müqaviləsi» adlandırılacaq) bağlanmışdır. Qeyd edilən İpoteka predmetinə dair ipoteka hüququnun qeydiyyata alınması barədə ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat №-li Çıxarış verilmişdir. Borc alan T.Ə.İsmayılova Kredit müqaviləsinin 2.3-cü və 2.4-cü bəndlərinə və həmin müqavilənin 1 №-li Əlavəsi olan Klassik Ödəniş cədvəlinə əsasən kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin ödənilməsini kreditin verildiyi təqvim ayından etibarən, əsas borc məbləğinin qaytarılmasını isə kreditləşmə müddətinin ilk 60 (altmış) ayını əhatə edən güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq qalan müddət ərzində bərabər hissələrlə hər təqvim ayının sonuncu günü həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin borc alan T.Ə.İsmayılova öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, Kredit müqaviləsi üzrə əsas borc məbləğini tam şəkildə banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin mühüm hissəsini ödəməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, e-2-2(113)- 456/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə hazırkı tarixə borc yoxdur. Belə ki, işə əlavə edilmiş kredit müqaviləsinin ödəniş qrafikindən də, göründüyü kimi, kreditin qaytarılmasının qrafikdə əks olunmuş son müddəti xx.xx.2029-cü il tarixidir və hətta xx.xx.2025-ci il tarixədək ödənilməli pulu hesablasaq görünür ki, borclu tərəfidən 733.333,37 (66.666,67x11) ödənilməli idi. Ancaq hazırkı halda, borclu tərəf qrafikdə nəzərdə tutulmuş tarixdən kifayət qədər sonrakı tarixləri belə, təxmini 2 milyon manatdan artıq vəsaiti sonrakı tarixlər üçün ödəmişdir. Ona görə də, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur və qeyd edilən iddia izah edilə bilən deyildir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5, 317.1, 739.1 və 741-ci maddələrinə istinadla əsaslandırmışdır.

10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 1374,21 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kreditor ASC "xxxx" Bankı ilə X9 Ərəstun qızı arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli **********13219 №-li Kredit müqaviləsinin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, Bank tərəfindən Borcalana 120 ay müddətinə, 4.000.000 manat məbləğində kreditdən istifadəyə görə illik 4 % ödənilməsi şərtilə kredit verməyi, Borcalan isə kreditdən Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsində 4 ha müasir istixana kompleksinin tikintisi və tərəvəz məhsullarının istehsalı məqsədi üçün istifadə etməyi, həmin müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən Bankın həmin müqavilənin 3.4.3-cü yarımbəndi ilə müəyyənləşdirilən əsaslar yarandıqda kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini Borcalandan tələb etmək hüququ vardır. Hazırki iş üzrə Banka Kredit müqaviləsi üzrə borc məbləğini vaxtından əvvəl tələb etmək hüququnu verən və tərəflər arasında bağlanmış Kredit müqaviləsində qeyd olunan həmin əsaslar aşağıdakılardır: - Borcalan tərəfindən Ödəniş cədvəlində (1 №-li Əlavə) nəzərdə tutulmuş müddətlərdə kreditin hər hansı bir hissəsinin qaytarılmaması və ya hesablanmış faizlərin ödənilməsinin 3 ardıcıl ay ərzində 2 dəfə gecikdirilməsi (3.4.3.1); - Kreditdən Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsədlər üçün istifadə edilməməsi (3.4.3.3); Qeyd olunanlardan da göründüyü kimi, Borcalan kreditin ödənilməsini gecikdirdikdə və ya kreditdən təyinatı üzrə istifadə etmədikdə və ya hər iki əsaslar birlikdə yarandıqda, Bankın Borcalandan kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranır. Sözügedən Kredit müqaviləsinin 3.4.3-cü yarımbəndinə əsasən isə Bank kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini tələb etdikdə, Borcalan müvafiq tələbi aldığı tarixdən ən geci 10 bank günü ərzində krediti Banka qaytarmaq və ödənilmə anınadək hesablanmış faizləri ödəməlidir. Bank tərəfindən təqdimolunan və iş materiallarında da yer alan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli maliyyə cədvəllərindəki məlumatlardan da göründüyü kimi, Borcalan kredit üzrə ödənişlərini ardıcıl olaraq olaraq gecikmələrlə (xx.xx.2023-cü il tarixində - 53 gün, xx.xx.2023-cü il tarixində - 23 gün, xx.xx.2023-cü il tarixində - 21 gün, xx.xx.2023-cü il tarixində - 34 gün, xx.xx.2023cü il tarixində - 35 gün) həyata keçirmişdir. Borcalanın ödəniş qrafikində nəzərdə tutulmuş vaxtda kredit ödənişlərini etməməsi halı Banka əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vermişdir. Bank tərəfindən kredit müqaviləsi üzrə borc məbləğinin vaxtından əvvəl qaytarılması ilə bağlı Borcalana müvafiq bildiriş göndərilərək ona müvafiq tələbi aldığı tarixdən ən geci 10 bank günü ərzində krediti Banka qaytarmaq və ödənilmə anınadək hesablanmış faizləri ödəmək barədə xəbərdarlıq edilsə də Borcalan tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər lazımi qaydada icra edilməmiş və buna uyğun olaraq da iddiaçının öz tələblərini təmin etmək üçün ipoteka predmetinə tutma yönəltmək hüququ yaranmışdır. Bundan başqa, X9 Ərəstun qızına 4.000.000 manat məbləğində sözügedən kredit Azərbaycan Respublikasının “X6” publik şəxsin qərarına əsasən T.Ə.İsmayılovaya ASC "xxxx" Bankı vasitəsilə verilmişdir. Fond Banka ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-8/2-1851/2023 nömrəli məktubda bildirmişdir ki, “Azərbaycan Respublikası X4 əməkdaşları tərəfindən ASC "xxxx" Bankının sahibkarlıq subyekti üzrə aparılmış monitorinq nəticəsində güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X4 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydasının 10.1-ci bəndinə əsasən monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, həmin sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edibetməməsindən asılı olmayaraq, 10 iş günü ərzində bütövlükdə Fondun hesabına köçürülür. Fondun tələbindən sonra müvəkkil kredit təşkilatı vəsaitin köçürülməsini gecikdirərsə, Qaydanın 3.7-ci bəndinə uyğun olaraq Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə ödəyirlər. Tələb edilən vəsaitin köçürülməsi 30 təqvim gününü keçdiyi təqdirdə, Fond gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür. Yuxarıda qeyd olunanları nəzərə alaraq təyinatı üzrə istifadə edilməyən ümumilikdə 4.000.000 manat güzəştli kredit vəsaitinin və ona hesablanan faiz məbləğinin 10 iş günü ərzində Fonda ödənilməsi təmin edilməlidir”. Belə ki, Fond tərəfindən həyata keçirilən monitorinq nəticəsində kreditdən müəyyən olunan məqsədlər üçün istifadə edilmədiyi aşkar edildiyindən Qaydaların tələblərinə uyğun olaraq sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu Bank tərəfindən Fonda köçürülmüş və kredit müqaviləsinin 3.4.3.3. yarımbəndinə uyğun olaraq Bankın kredit üzrə yaranmış borcun vaxtından əvvəl Borcalandan tələb etməsi hüququ yaranmışdır. Göründüyü kimi, həm Borcalan tərəfindən kredit ödənişinin müəyyən müddət ərzində ödənilməsinin ardıcıl olaraq 2 dəfədən çox gecikdirilməsi, həm də ona verilmiş kreditdən təyinatına uyğun istifadə edilməməsi nəticəsində Bankın kredit üzrə borc məbləğinin vaxtından əvvəl tələb etməsi üçün əsaslar yaranmışdır. Lakin birinci instansiya məhkəməsi İddiaçının qanunvericiliyə əsaslanan mövqeyinə düzgün hüquqi qiymət verməmiş və qətnamədə cavabdehin hissə-hissə ödənişlər etməsini qeyd edərək, borcun olmaması barədə səhv nəticəyə gəlmişdir. Halbuki, Bank Borcalana xx.xx.2023-cü il tarixli BŞ-XO- 26.5.2023-020 saylı bildiriş göndərərək əsas borcu və ödənilmə anınadək hesablanmış faizlərin 10 gün müddət ərzində tam şəkildə ödənilməsini tələb etmiş və bildirişdə göstərilən müddət ərzində müvafiq borc məbləği ödənilmədiyindən Bank tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə BŞ-XO-26.5.2023-020 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ünvanlayaraq bildirir ki, Bank Azərbaycan Respublikasının X4 birlikdə həyata keçirdiyi monitorinq nəticəsində borcalana verilən güzəştli kredit vəsaitinin sonuncu tərəfındən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandığı üçün qüvvadə olan qanunvericilik aktlarının tələblərinə müvafiq olaraq Fond tərəfindən Banka xx.xx.2023-cü il tarixli 3-21-8/2-1851/2023 nömrəli müraciət ünvanladığından Bank borcalandan kredit üzrə əsas borcun qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək, müvafiq tələbi aldığı tarixdən ən geci 10 bank günü ərzində krediti Banka qaytarmaq və ödənilmə anınadak hesablanmış faizləri ödəmək borcalanın vəzifəsidir. Azərbaycan Respublikasının X4 qəbul etdiyi qərar qanunvericiliyə zidd olduğundan tərəflərindən mübahisələndirilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1519/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 28 avqust tarixli, 2-1(103)-2449/2024 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-290/2025, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 28 avqust tarixli, 2-1(103)-2449/2024 nömrəli qərarı ləğv edilmişdir. Ali Məhkəməsinin İnzibati Kollegiyasının hesab edir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların müddəaları (Fondun apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Fondun hesabına köçürülür) tətbiq edilməlidir. Ali Məhkəmə eyni zamanda hesab edir ki, sözügedən monitorinq aktından iddiaçı tərəfindən güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməməsi müəyyən olunmamaqla yanaşı, eyni zamanda buna dəlalət edən hər hansı fakt da qeyd olunmamışdır. Abşeron rayonu X10 sovxozu ərazisində 4 ha istixananın fəaliyyətə başlanılması üçün müəyyən işlər görülmüş, lakin istixana tam olaraq istismara hazır vəziyyətə gətilməmişdir. Lakin nəzərə alınmalıdır ki, müvafiq layihənin tam başa çatdırılmaması özü-özlüyündə ayrılan güzəştli kreditin təyinatı üzrə istifadə edilməməsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi Azərbaycan Respublikasının X4 və ASC "xxxx" Bankının “borcalana verilən güzəştli kredit vəsaitinin sonuncu tərəfindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandığı” fikri öz təsdiqini tapmamışdır. Bundan başqa ASC "xxxx" Bank Fondla apardığı monitorinqə əsaslanmış və iddia ərizəsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447.1-ci maddələrinə istinad etmişdir. Göründüyü kimi Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-290/2025, xx.xx.2025-ci il tarixli qərarı ilə qeyd edilən əsasların yaranmadığı öz təsdiqini tapmışdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, borclu İsmayılova Tünzalənin halhazırda qüvvədə olan kredit müqaviləsi üzrə heç bir borcu yaranmamışdır. Əksinə artıq ödəmələri mövcuddur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə xx.xx.2025-ci il tarixə qeyd edilmiş kredit müqaviləsi üzrə əsas borcun 1.710.529,60 manat təşkil etdiyi, faiz borcunun isə olmadığı müəyyən edilmişdir. İsmayılova Tünzalə ekspertiza rəyindən sonrakı tarixlərə aşağıdakı ödənişləri etmişdir. - xx.xx.2025-ci il – 200 000 manat - xx.xx.2025-ci il – 200 000 manat - xx.xx.2025-ci il – 340 000 manat xx.xx.2025-ci il – 170 000 manat - 22.09..2025-ci il – 200 000 manat - xx.xx.2025-ci il – 100 000 manat Cəmi: 1.210.000 manat 1.710.529.60 - 1.210.000 = 500 529 manat İsmayılova Tünzalənin halhazırda xx.xx.2025-ci il tarixə xx.xx.2029-cu tarixədək ödənilməli 500 529 manat əsas vəsaitdən borcu qalmışdır. İsmayılova Tünzalənin xx.xx.2029-cu tarixədək ödənilməli borc üzrə 3.383.607,36 manat artıq ödəməsi vardır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə iddiaçının iddiası öz əksini tapmamışdır. Maraqlısı odur ki, iddiaçı apellyasiya şikayətində 2023-cü ildə kredit ödənişlərində müəyyən gecikmələrin (gecikmələri 90 təqvim günündən az olduğunu qeyd etmişlər) olduğunu bildirməyə çalışır. Lakin iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə isə xx.xx.2024-cü il tarixdə müraciət edir. Səbəb ondan ibarətdir ki, Bankla borclu arasında qarşılıqlı hörmətə dayanan şifahi razılaşma olmuşdur. Borclu Fonda qarşı iddia qaldırdığı barədə Bankı məlumatlandırmış və Fondun qanunsuz hərəkətlərinə görə Bankla olan yaxşı münasibətlərə xələl gəlməsin deyə həmin iş üzrə yekun məhkəmə aktı qəbul imkan daxilində qrafikdən artıq ödənişlər edəcəyini bildirmiş və ödənişlər etmişdir. Bir halda bank rəhbərliyinin tapşırığı əsasında bankın problemli işlər üzrə şöbə müdir müavini X13 tərəflər arasında şifahi razılaşmaya əsasən borclu tərəfindən vaxtından əvvəl artıq ödənişlər barədə vəədini iz qalsın deyə öz xətti ilə yazaraq, imzalayaraq, borclunun nümayəndəsi X3 imzaladaraq bir nüsxəsini borclunun nümayəndəsinə, bir nüsxəsini isə bankda saxlamışdır. Hazırkı işə apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsində və kassasiya qaydasında Ali Məhkəmədə baxılanadək 500.529 manat vəsait ödənilməklə kredit müqaviləsi icra edilmiş olacaqdır. Mövcud olmayacaq borc üzrə əmlakın hərracda satılmasının mümkün olmayacağını bildikləri halda məhkəmə aktı əldə etmək üçün Bankın apellyasiya şikayətinin müdafiə etməsinin hüquqi və məntiqi əsası məlum deyildir. Göstərilənləri nəzərə alaraq ASC "xxxx" Bankının apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə iclasında iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. - 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. - 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

17. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 1.0.9-cu maddəsinə (mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiya) əsasən, ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. - 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. - 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. - 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. - 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. - 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. - 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

19. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadı: ... “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özü-özlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. Yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı “İpoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə dair belə qənaətə gəlir ki, ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.

20. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X4 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi” Qaydasının: 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası X4 vəsaiti hesabına güzəştli kreditin verilməsi mexanizmini və şərtlərini müəyyən edir. 1.2-ci bəndinə əsasən Fondun güzəştli kredit verilməsi üçün nəzərdə tutulan vəsaiti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. 1.3-cü bəndinə görə güzəştli kredit sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən təyinatlı və ünvanlı vəsaitdir. Bu vəsait investisiya layihələrinin həyata keçirilməsi üçün sahibkarlıq subyektlərinə tam və ya mərhələli şəkildə verilə bilər. Güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və ya bank olmayan kredit təşkilatları vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi istisna olmaqla, ayrılmış güzəştli kreditlər müvəkkil kredit təşkilatlarının aktivi hesab edilmir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında güzəştli kredit vəsaitindən istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanılacaq müqavilədə məcburi şərtlərin olmasını tələb edə bilər. 9.1-ci bəndinə görə sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını müqavilə şərtlərinə uyğun olaraq hər ay ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödənilir. Sahibkarlıq subyektlərinin vaxtından əvvəl ödədikləri faizləri və ya əsas borcu müvəkkil kredit təşkilatı 3 (üç) iş günündən gec olmayaraq Fondun hesabına köçürməlidir. Müvəkkil kredit təşkilatları həmin vəsaitin Fondun hesabına köçürülməsini gecikdirdikdə, onlar bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq cərimə ödəməlidirlər. Gecikdirmə 30 (otuz) iş günündən çox olarsa, X16 müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və ya onu müvəkkil kredit təşkilatlan sırasından çıxara bilər. 10.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatları Fondun müəyyən etdiyi qaydada ildə azı iki dəfə hər bir sahibkarlıq subyektinin Fondun güzəştli kredit vəsaitindən investisiya layihəsi üzrə istifadə etməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturunu və formasını Fond müəyyən edir. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetiribyetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Fondun hesabına köçürməlidir. 10.2-ci bəndinə əsasən vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Fondun apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Fondun hesabına köçürülür. Fondun yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini gecikdirərsə, bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq Fonda cərimə ödəyir. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Fond gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, e-2-2(113)-456/2025 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilməlidir.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ASC "xxxx" Bankı ilə İsmayılova Tünzalə Ərəstun qızı arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli **********13219 №-li Kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən borcalana 120 ay müddətinə, kreditdən istifadəyə görə illik 4% ödənilməsi şərtilə, 4.000.000 manat məbləğində kredit verilmişdir. Borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə ASC "xxxx" Bankı, İsmayılova Tünzalə Ərəstun qızı və Cavabdeh arasında sonuncuya məxsus olan ünvan 1 ünvanında olan 0.04312 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2587.3 kv.m ümumi sahədən ibarət 5 mərtəbəli qeyriyaşayış binasının ipoteka qoyulması barədə xx.xx.2019-cu il tarixli, **********13219/İM №-li İpoteka müqaviləsi bağlanmışdır. Qeyd edilən ipoteka predmetinə dair ipoteka hüququnun qeydiyyata alınması barədə ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli, ********** qeydiyyat №-li Çıxarış verilmişdir. Borc alan İsmayılova Tünzalə Ərəstun qızı kredit müqaviləsinin 2.3-cü və 2.4-cü bəndlərinə və həmin müqavilənin 1 №-li Əlavəsi olan Klassik Ödəniş cədvəlinə əsasən kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin ödənilməsini kreditin verildiyi təqvim ayından etibarən, əsas borc məbləğinin qaytarılmasını isə kreditləşmə müddətinin ilk 60 ayını əhatə edən güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq qalan müddət ərzində bərabər hissələrlə hər təqvim ayının sonuncu günü həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin borc alan İsmayılova Tünzalə Ərəstun qızı öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, kredit müqaviləsi üzrə əsas borc məbləğini tam şəkildə Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin mühüm hissəsini ödəməmişdir.

26. Hazırda, iddiaçı qeyd edilmiş kredit müqaviləsi üzrə borcun olduğunu və borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş edir.

27. Məhkəmə kollegiyası qanunvericilik normalarını, müqavilə şərtlərini nəzərə alaraq qeyd edir ki, cavabdeh (borcalan) müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmiş, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

28. Belə ki, kreditor ASC "xxxx" Bankı ilə X9 Ərəstun qızı arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, **********13219 №-li Kredit müqaviləsinin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, Bank tərəfindən Borcalana 120 ay müddətinə, 4.000.000 manat məbləğində kreditdən istifadəyə görə illik 4 % ödənilməsi şərtilə kredit verməyi, Borcalan isə kreditdən Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsində 4 ha müasir istixana kompleksinin tikintisi və tərəvəz məhsullarının istehsalı məqsədi üçün istifadə etməyi, həmin müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən Borcalan tərəfindən Ödəniş cədvəlində (1 №-li Əlavə) nəzərdə tutulmuş müddətlərdə kreditin hər hansı bir hissəsinin qaytarılmaması və ya hesablanmış faizlərin ödənilməsinin 3 ardıcıl ay ərzində 2 dəfə gecikdirilməsi (3.4.3.1), bu Müqavilənin 3.1.1-ci yarımbəndində göstərilən əsaslar mövcud olduqda (3.4.3.2), kreditdən Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsədlər üçün istifadə edilməməsi (3.4.3.3) və kreditin ümidsiz və ya təminatsız kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandığı (3.4.3.4) hallarda Bankın kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini Borcalandan tələb etmək hüququ yaranır.

29. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli maliyyə cədvəllərindən görünür ki, Borcalan kredit üzrə ödənişlərini ardıcıl olaraq gecikmələrlə (xx.xx.2023-cü il tarixində - 53 gün, xx.xx.2023-cü il tarixində - 23 gün, xx.xx.2023-cü il tarixində - 21 gün, xx.xx.2023cü il tarixində - 34 gün, xx.xx.2023-cü il tarixində - 35 gün) həyata keçirmişdir. Göründüyü kimi, Borcalanın ödəniş cədvəlində nəzərdə tutulmuş müddətdə kredit ödənişlərini etməməsi Banka əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vermişdir.

30. Bundan əlavə, Kredit müqaviləsinin 3.4.3-cü yarımbəndinə görə Bank kredit üzrə əsas borcun qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etdikdə, Borcalan müvafiq tələbi aldığı tarixdən ən geci 10 bank günü ərzində krediti Banka qaytarmaq və ödənilmə anınadək hesablanmış faizləri ödəmək vəzifəsi daşıyır. İş materiallarından görünür ki, ASC "xxxx" Bankı xx.xx.2023-cü il tarixində X9 Ərəstun qızına bildiriş göndərərək, ona müvafiq tələbi aldığı tarixdən ən geci 10 bank günü ərzində krediti Banka qaytarmaq və ödənilmə anınadək hesablanmış faizləri ödəmək barədə xəbərdarlıq etmiş, lakin Borcalan həmin xəbərdalığa baxmayaraq müqavilə üzrə öz öhdəliklərini pozmaqda davam etmişdir. Bu səbəbdən də, iddiaçının öz tələblərini təmin etmək üçün tərəflər arasında bağlanılmış ipoteka müqaviləsinin 5.4.1-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutma yönəltmək hüququ yaranmışdır.

31. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, iddiaçının iddiasının əsaslarından biri də odur ki, Borcalan kredit ödənişlərini ödəniş cədvəlində nəzərdə tutulmuş müddətdə icra etmək öhdəliyi ilə yanaşı, həm də kreditdən təyinatı üzrə, yəni Müqavilənin 1.2-ci bəndində göstərilən məqsədlər üçün istifadə etmək öhdəliyini də pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının X6 publik şəxsinin qərarına əsasən ASC "xxxx" Bankı vasitəsilə İsmayılova Tünzalə Ərəstun qızına 4.000.000 manat məbləğində kredit verilmişdir. Fond tərəfindən xx.xx.2023-cü il tarixdə ASC "xxxx" Bankına ünvanlanmış məktubda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası X4 əməkdaşları tərəfindən ASC "xxxx" Bankının sahibkarlıq subyekti üzrə aparılmış monitorinq nəticəsində güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X4 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydasının 10.1-ci bəndinə əsasən monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, həmin sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, 10 iş günü ərzində bütövlükdə Fondun hesabına köçürülür. Fondun tələbindən sonra müvəkkil kredit təşkilatı vəsaitin köçürülməsini gecikdirərsə, Qaydanın 3.7-ci bəndinə uyğun olaraq Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə ödəyirlər. Tələb edilən vəsaitin köçürülməsi 30 təqvim gününü keçdiyi təqdirdə, Fond gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür. Yuxarıda qeyd olunanları nəzərə alaraq təyinatı üzrə istifadə edilməyən ümumilikdə 4.000.000 manat güzəştli kredit vəsaitinin və ona hesablanan faiz məbləğinin 10 iş günü ərzində Fonda ödənilməsi təmin edilməlidir”.

32. Göründüyü kimi, Fond tərəfindən vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə həyata keçirilən monitorinq nəticəsində İsmayılova Tünzalə Ərəstun qızının kreditdən təyinatı üzrə istifadə edilmədiyi halı aşkar olunduğundan, Qaydaların tələblərinə uyğun olaraq ona verilmiş güzəştli kredit və faiz borcu Bank tərəfindən Fonda köçürülmüş və kredit müqaviləsinin 3.4.3.3-cü yarımbəndinə əsasən Bankın kredit üzrə borc məbləğini vaxtından əvvəl tələb etməsi üçün əsaslar yaranmışdır.

33. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən Fondun xx.xx.2023-cü il tarixli məktubu mübahisələndirilmiş və hazırda məhkəmə qaydasında baxılmaqdadır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin işin nəticəsindən asılı olmayaraq tərəflər arasında bağlanılmış Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndi ilə borcalan (cavabdeh) tərəfindən ödəniş cədvəlində (1 №-li Əlavə) nəzərdə tutulmuş müddətlərdə kreditin hər hansı bir hissəsinin qaytarılmaması və ya hesablanmış faizlərin ödənilməsinin 3 ardıcıl ay ərzində 2 dəfə gecikdirilməsi (3.4.3.1) əsası ilə tərəflər arasında bağlanılmış ipoteka müqaviləsinin 5.4.1-ci bəndinə uyğun olaraq iddiaçının öz tələblərini təmin etmək üçün ipoteka predmetinə tutma yönəltmək hüququ yaranmışdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi müqavilə şərtlərini, maliyyə cədvəllərini və işin digər hallarını nəzərə almamış, iş üçün əhəmiyyətli olan halları təsdiq edən sübutları qiymətləndirməmiş və nəticədə iddianın rədd edilməsi barədə əsassız nəticəyə gəlmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracda satılması ilə bağlı iddiaçının tələbi Mülki Məcəllədə təsbit olunan qaydalara uyğun olmaqla əsaslıdır. Lakin iddianın “Kredit müqaviləsi üzrə 889.808,46 manat məbləğində əsas borcun cavabdehdən tutulması” hissəsi qismən təmin olunmalıdır.

36. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş sonuncu məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2025-ci il tarixə qeyd edilmiş kredit müqaviləsi üzrə əsas borc 1.710.529,60 manat təşkil edir, faiz borcu isə yoxdur. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, İsmayılova Tünzalə Ərəstun qızı tərəfindən xx.xx.2025-ci il tarixdən sonra 200.000 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspert qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2025-ci il tarixə kimi göstərildiyindən həmin ödəniş nəzərə alınmamışdır.

37. Həmçinin, tərəflərin izahatlarından və cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, qeyd edilmiş kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdə 200.000 manat, xx.xx.2025-ci il tarixdə 200.000 manat, xx.xx.2025-ci il tarixdə 340.000 manat, xx.xx.2025-ci il tarixdə 170.000 manat, xx.xx.2025-ci il tarixdə 200.000 manat və xx.xx.2025-ci il tarixdə 100.000 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi, kredit müqaviləsi üzrə ödənilməyən əsas borc məbləği hazırda 500.529 manat təşkil edir.

38. Bununla yanaşı, iddiaçı iddia ərizəsində əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı, illik 30% dərəcəsi ilə hesablanmış 1.479.877,18 manat məbləğində penyanın cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

39. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

40. İşin hallarından da görünür ki, cavabdeh kredit müqaviləsi üzrə ödənişləri dəfələrlə gecikdirdiyindən, həmin müqavilənin 6.2-ci bəndinə görə, əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan penya ödəmək barədə məsuliyyət daşıyır.

41. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

42. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə penya ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən penyanın ödənilməsini tələb etməkdə haqlıdır.

43. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

44. Belə olan halda məhkəmə kollegiyası tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq, cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 300.000 manat məbləğində müəyyən edilməlidir. Bu məbləği ədalətli hesab edərkən kollegiya, borcalanın aldığı kredit borcundan xeyli hissəsini qaytardığını və borcun vaxtında qaytarılmaması nəticəsində iddiaçı bankın məruz qaldığı maddi itkiləri nəzərə alır.

45. Bundan əlavə, məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 299.445,43 manat məbləğində əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.

46. Belə ki, Mülki Məcəllənin 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

47. Hazırda iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 299.445,43 manat məbləğində əldən çıxmış fayda şəklində zərərin əvəzinin ödənilməsi tələb olunur.

48. Məhkəmə tərəfindən müvafiq zərərdən daha artıq məbləğdə - 300.000 manat məbləğində dəbbə pulu müəyyən edildiyindən və zərərin dəbbə pulu çatmamış hissəsi olmadığından, məhkəmə kollegiyası hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir.

49. Qeyd edilənlərlə yanaşı, iddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.

50. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında olan 0.04312 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2587.3 kv.m ümumi sahədən ibarət 5 mərtəbəli qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2019-cu il tarixli **********13219/İM №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh məxsus olan ünvan 1 ünvanında olan 0.04312 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2587.3 kv.m ümumi sahədən ibarət 5 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı və əmlakın satışından əldə olunan vəsait hesabına cavabdeh İsmayılova Tünzalə Ərəstun qızının 25 sentyabr 2019cu il tarixli **********13219 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankına olan borcu ödənilməlidir.

52. “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

53. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2587.3 kv.m olan qeyriyaşayış binasının likvid və bazar dəyərinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir.

54. "xxxx" MMC tərəfindən verilmiş 05 may 2025-ci il tarixli, QCM/M 02-037/25 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2587,30 kv.m olan qeyri-yaşayış binasının bazar dəyəri: 9.650.000,0 (doqquz milyon altı yüz əlli min) manat, likvid dəyəri: 8.500.000 (səkkiz milyon beş yüz min) manat təşkil edir.

55. Daha sonra, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2587.3 kv.m olan qeyri yaşayış binasının likvid və bazar dəyərinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X15 və Ekspertiza Mərkəzi” MMC-yə həvalə edilmişdir.

56. “X15 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 114 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2587.3 kv.m olan qeyri-yaşayış sahəsinin 2025-ci il üzrə müqayisə metodu üzrə - 9.211.256,58 manat, gəlir metodu üzrə - 8.316.321,43 manat təşkil edir. Qiymətlərə ümumi düzəliş etməklə nəticələrin doğruluğunu 80% müqayisə metoduna, 20% gəlir metoduna tətbiq etdikdə ümumi 2025-ci il üçün orta bazar dəyəri təqribən 9.032.269,0 manat, likvid dəyəri isə 8.211.154,0 manat təşkil edir.

57. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh məxsus olan ünvan 1 ünvanında olan 0.04312 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2587.3 kv.m ümumi sahədən ibarət 5 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 8.200.000 manat məbləğində (sonuncu olaraq verilmiş “X15 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 114 nömrəli mütəxəssis rəyinə əsasən) müəyyən edilməlidir.

58. Qeyd olunanlarla yanaşı, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 135 manat məbləğində çəkilmiş xərcin, iddia ərizəsinin verilməsinə görə 2.748,49 manat məbləğində dövlət rüsumunun və apellyasiya şikayətinin verilməsinə görə 1.374,21 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

59. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 135 manat məbləğində çəkilmiş xərc, eləcə də, iddia ərizəsinin verilməsinə görə 2.748,49 manat məbləğində dövlət rüsumunun əvəzi və apellyasiya şikayətinin verilməsinə görə 1.374,21 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

60. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri də cavabdehə aid edilməlidir.

61. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 200 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, e-2-2(113)-456/2025 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilməlidir.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385, 392, 393, 402 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, e-2-2(113)-456/2025 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli **********13219/İM №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh məxsus olan ünvan 1 ünvanında olan 0.04312 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2587.3 kv.m ümumi sahədən ibarət 5 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 8.200.000 (səkkiz milyon iki yüz min) manat müəyyən edilməklə açıq hərracda satılsın və həmin əmlakın satışından əldə olunan vəsait hesabına cavabdeh İsmayılova Tünzalə Ərəstun qızının 25 sentyabr 2019-cu il tarixli **********13219 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 500.529 (beş yüz min beş yüz iyirmi doqquz) manat məbləğində əsas borcu, 300.000 (üç yüz min) manat məbləğində dəbbə pulu, cəmi 800.529 (səkkiz yüz min beş yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 135 (bir yüz otuz beş) manat məbləğində çəkilmiş xərc ASC "xxxx" Bankının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə 2.748,49 (iki min yeddi yüz qırx səkkiz manat, qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi və apellyasiya şikayətinin verilməsinə görə 1.374,21 (bir min üç yüz yetmiş dörd manat, iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. İş üzrə keçirilmiş birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar