Məhkəmə qərarları › İş №2-2(103)-1114/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1114/2023

25.12.2023 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1114/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X51 Hüseynin sədrliyi və məruzəsi ilə, X25 və X21 ibarət tərkibdə, X47 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, cavabdeh AR İN yanında DVX Milli Gəlirlər Baş İdarəsi Hüquqi X26 İdarəsinin nümayəndəsi X27 iştirakları ilə, İddiaçı xx.xx.2004-cü ildə qeydiyyatdan keçən İddiaçı MTK-nın cavabdehlər xx.xx.2005-ci ildə qeydiyyatdan keçən İddiaçı MTK və digər şəxslərə qarşı hüquqi şəxsin adının dəyişdirilməsi, qeydiyyatın ləğv olunması, şəhadətnamənin etibarsız sayılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair ilk, cavabdeh xx.xx.2005-ci ildə qeydiyyatdan keçən İddiaçı MTK-nın iddiaçı xx.xx.2004-cü ildə qeydiyyatdan keçən İddiaçı MTK-ya və digər şəxslərə qarşı “hüquqi şəxsin adının dəyişdirilməsi, qeydiyyatın ləğv olunması, şəhadətnamənin etibarsız sayılması və dəymiş zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair kommersiya mübahisəsi üzrə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 03 iyun 2009-cu il tarixli, 2-2(81)-808/2009 saylı qətnaməsindən cavabdeh xx.xx.2005-ci ildə qeydiyyatdan keçən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı Mənzil-Tikinti Koperativinin Nizamnaməsi xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X26 üzrə Bakı Bölgə Şöbəsi tərəfindən 0104-P58-40184 nömrə altında qeydə alınaraq xx.xx.2004-cü il tarixdə Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə, həmçinin İddiaçı MTK-ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X26 üzrə Bakı Bölgə Şöbəsi X9 Reyestrindən 01/ç-l 813 saylı çıxarış verilmişdir.

2. xx.xx.2005-ci il tarixdə 0105-P109-42690 dövlət qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X26 üzrə Bakı bölgə şöbəsi tərəfindən yeni bir İddiaçı dövlət qeydiyyatına alınmışdır.

a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı xx.xx.2004-cü ildə 01.04-P-58-40184 sayla qeydiyyatdan keçmiş "xxxx" MTK cavabdehlər xx.xx.2005-ci il tarixdə 0105-P/109-42690 saylı qeydiyyatdan keçmiş "xxxx" MTK və Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi X26 İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X26 üzrə Bakı Bölgə Şöbəsində xx.xx.2005-ci il tarixdə 0105-P/109- 42690 nömrə altında qeydə alınmış İddiaçı MTK-nın adının dəyişdirilməsi, xx.xx.2005-ci il tarixli 0105-P109-42690 nömrəli qeydiyyatın ləğv olunması, xx.xx.2005-ci il tarixli 0105- P109-42690 nömrəli Dövlət qeydiyyatı haqqında şəhadətnamənin etibarsız sayılması və dəymiş 700000 manat zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK-nın Nizamnaməsi xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X26 üzrə Bakı Bölgə Şöbəsi tərəfindən 0104-P58-40184 nömrə altında qeydə alınaraq xx.xx.2004cü il tarixdə Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə, həmçinin "xxxx" MTK-ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X26 üzrə Bakı Bölgə Şöbəsi X9 Reyestrindən 01/ç-1813 saylı çıxarış verilmişdir. xx.xx.2005-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 01-04/59 saylı razılıq məktubu, İddiaçı MTK-nın xx.xx.2005-ci il tarixli, 02 saylı müraciəti nəzərə alınaraq Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədə yaşayış binasının layihələşdiriliməsi və tikintisi üçün 0,5 ha torpaq sahəsi icra əsasında MTK-nın istifadəsinə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısınının 107 saylı sərəncamı imzalanmışdır. xx.xx.2004-cü il tarixdə İddiaçı MTK-nın digər təsisçiləri R.F.Məmmədov, Ö.Ç.Quliyev, N.İ.Kosayev, M.Ə.Əliyev – onlara məxsus olan təsis hüquqlarından X10 xeyrinə imtina etməkləri barədə ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X26 üzrə Bakı Bölgə Şöbəsinə ərizə ilə müraciət etmişlər. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X26 üzrə Bakı Bölgə Şöbəsində xx.xx.2004-cü il tarixdə 0104-P58-40184 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış İddiaçı MTK təmsilçilərinin dəyişməsi ilə əlaqədar yeni təsis müqaviləsi tərtib olunaraq imzalanmışdır. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X26 üzrə Bakı Bölgə Şöbəsi X9 Reyestrindən 01/ç-9920 nömrəli yeni çıxarış verilmişdir. Həmin çıxarışda göstərilmişdir ki, İddiaçı MTK-nın ümumi yığıncağının xx.xx.2005-ci il tarixli qərarına əsasən X6 təyin edilib. Sonradan məlum olub ki, xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X26 üzrə Bakı Bölgə Şöbəsində 0105-P/109-42690 nömrə altında daha bir İddiaçı MTK qeydə alınıb. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X26 üzrə Bakı Bölgə Şöbəsi həmin MTK-ya Dövlət qeydiyyatı haqqında 0105-P/109-4269 nömrəli şəhadətnamə verilib. xx.xx.2005-ci il tarixdə həmçinin yuxarıda adı çəkilən MTKya X36 Reyestrinə Daxil Edilməsi Haqqında daha bir şəhadətnamə verilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X26 üzrə Bakı Bölgə Şöbəsi tərəfindən müxtəlif vaxtlarda İddiaçı adı altında iki MTK qeydə alınıb. R.Hüseynovun sədr olduğu İddiaçı MTK xx.xx.2004-cü il tarixdə qeydə alıdığına görə hesab edir ki, xx.xx.2005-ci il tarixdə 0105- P/109-42690 nömrə altında qeydə alınan MTK onların MTK-nın İddiaçı adından haqsız istifadə edir və buna son qoyulmalıdır. Bundan başqa onların “VMS-İnşaat MTK-nın adından haqsız istifadə edən və xx.xx.2005-ci il tarixdə, 0105-P/109-42690 nömrə altında qeydə alınmış, MTK Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 107 saylı sərəncamı ilə Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün arılmış 0,5 ha torpaq sahəsinə iddialı olmuş, onların bu torpaq sahəsində icarə əsasında istifadəsinə müxtəlif yollarla mane olmuş və onlara 4 il müddətində zərər vurmuşdur. Vurulmuş zərəri 700.000 manat məbləğində qiymətləndirirlər.

5. Həmçinin cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ədliyyə Nazirliyinin Hüquqi X26 üzrə Bakı Bölgə Şöbəsində 2004-cü il 24 may tarixdə 01.04-P- 58-40184 nömrə altında qeydiyyata alınmış və hüquqi ünvanı M.Rüstəmov küçəsi ev 3, mənzil 179 olan iddiaçının qeydiyyatının ləğv edilməsi, həmin qeydiyyatın ləğvini təmin etmək vəzifəsinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi X26 İdarəsinə həvalə olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ədliyyə Nazirliyinin Hüquqi X26 üzrə Bakı Bölgə Şöbəsində xx.xx.2004-cü il tarixdə 0104-P58-40184 nömrə altında qeydə alınmış və hüquqi ünvanı M.Rüstəmov küçəsi ev 3, mənzil 179 olan İddiaçı MTK-nın qeydiyyatı ləğv edilməlidir. Belə ki, ilkin iddiaçı öz iddia ərizəsində göstərir ki, xx.xx.2004cü il tarixdə qeydiyyata alınan İddiaçı MTK-nın təsisçiləri R.Məmmədov, Q.Quliyev, N.Kosayev, M.Vəliyev və F.Əliyev özlərinə məxsus təsisçilik hüquqlarından X10 xeyrinə imtina etmişlər və bu imtinadan sonra xx.xx.2005-ci ildə həmin kooperativin təsisçilərinin dəyişməsi ilə əlaqədar olaraq yeni təsis müqaviləsi bağlanmışdır. xx.xx.2004-cü il tarixdə qeydiyyata alınan İddiaçı MTK-nın təsisçiləri R.Məmmədov və qeyrilərinin özlərinə məxsus təsisçilik hüquqlarından X10 xeyrinə imtina və bu imtinadan sonra xx.xx.2005-ci ildə həmin kooperativin təsisçilərinin dəyişməsi ilə əlaqədar olaraq bağlanılan yeni təsis müqaviləsi etibarsızdır və həmin kooperativin ləğvi üçün əsassızdır. Belə ki, İddiaçı MTK kooperativi qanuni əsaslarla yaradılıb. AR Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən kooperativ beşdən az olmayan fiziki və hüquqi şəxslər tərəfindən yaradılır. Yəni qanunvericilik kooperativinin üzvlərinin minumum say həddini müəyyən etmişdir. Həmin həddən az sayda şəxs kooperativ yarada bilməz. Əgər konkret bu halda kooperatvin təsisçilərindən beşi də öz hüquqlarından yalnız bir şəxsin xeyrinə imtina edirsə, o halda kooperativin yararadılmasının və fəaliyyət göstərməsinin qanuni şərti pozulur və kooperativin qeydiyyatının ləğvi zəruri olur. Bu, məsələnin hüquqi tərəfidir. Faktiki olaraq isə X18 həmin imtina haqqında razılaşmadan sonra cavabdeh kooperativin yaradılması işində iştirak etmişdir. Belə ki, Ramiz Hüseynov Ədliyyə Nazirliyinin Hüquqi X26 üzrə Bakı Bölgə Şöbəsində xx.xx.2005-ci ildə 0105-P/109-42690 nömrə altında qeydə alınmış "xxxx" MTKnın təsisçisi Vahid Zərgərovla işgüzar münasibət qurmuş və bildirmişdir ki, yeni kooperativ təsis edərək müəyyən fəaliyyətlə məşğul olmaq olar. Hüseynov Ramiz yaradılacaq kooperativin "xxxx" olacağını, artıq belə bir adda kooperativin təsisçilərindən bütün payları aldığını, həmin kooperativi ləğv edərək eyni adda yenisinin yaradılmasının çətin olmayacağını bildirmişdir. Bundan sonra xx.xx.2005-ci ildə X18, X22 və daha üç fiziki şəxs birləşərək "xxxx" MTK-nın yaradılması üçün təsis müqaviləsi bağlamışlar. Həmin müqaviləni digər təsisçilərlə yanaşı X18 da imzalamışdır. Halbuki ilkin iddia ərizəsində iddiaçı təşkilatın sədri Ramiz Hüseynov bildirir ki, onun ikinci eyni adlı kooperativin yaradılmasından xəbəri olmayıb. Lakin bu, iddiaçı təşkilatın sədrinin yalanıdır. Hüseynov Ramizin nəinki yeni kooperativin yaradılmasından xəbəri olub, hətta onun qeydə alınması üçün xx.xx.2005-ci ildə Ədliyyə Nazirliyinin Hüquqi X26 üzrə Bakı Bölgə Şöbəsinə ərizə də verib. Bundan əlavə Ramiz Hüseynov xx.xx.2005-ci ildə yaradılan "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağında iştirak etmiş, eyni tarixli protokolu imzalamış, habelə kooperativin Nizamanaməsində də imza etmişdir. İddia ərizəsində qeyd olunur ki, guya ikinci eyni adlı kooperativin yaradılmasından Hüseynov Ramizin və onun sədrlik etdiyi təşkilatın məlumatı olmamışdır. Lakin bu həqiqət deyil və mövcud sənədlər bunun əksini sübut edir. Ona görə də hesb edilir ki, qarşılıqlı iddia təmin edilməli, X2 etdiyi Ədliyyə Nazirliyinin Hüquqi X26 üzrə Bakı Bölgə Şöbəsində xx.xx.2004-cü ildə 0104-P58-40184 nömrə altında qeydə alınmış və hüquqi ünvanı M.Rüstəmov küçəsi ev 3, məzil 179 olan İddiaçı MTK-nın qeydiyyatı ləğv edilməlidir. Çünki ikinci eyni adlı kooperativ yaradılarkən Hüseynov Ramiz də bildirmişdir ki, əvvəlki kooperativi ləğv etmişdir. Lakin göründüyü kimi o, hüquqdan sui-istifadə edərək həmin kooperativi ləğv etməmişdir. Əksinə, ilkin iddia ərizəsində göstərildiyi kimi sonradan 29 iyun 2005-ci ildə Ramiz Hüseynov əvvəl yaradılan kooperativ paylarının bir hissəsini digər şəxslərə sataraq özünün də iştirak etdiyi yeni təsis müqaviləsi bağlamış və həmin kooperativi yenidən qeydiyyatdan keçirmişdir. İlkin iddianın verilmə səbəbləri ilə bağlı bildirirlər ki, həqiqətən İddiaçı MTK-nın adına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 107 saylı xx.xx.2005-ci il tarixli sərəncam vermişdir. Həmin sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 360-cı məhəllədə 0,50 ha torpaq sahəsi icarə əsasında İddiaçı MTK-ya verilmişdir. İlkin iddia ərizəsində göstərilir ki, sərəncamın alınması üçün müraciəti X18 etmişdir. Bu həqiqətən belədir. Amma həmin sərəncam əvvəl yaradılan kooperativə deyil, Ramiz Hüseynovun iştirakı ilə sonradan yaradılan kooperativə, yəni qarşılıqlı iddiaçıya sərəncam alınması üçün edilən müraciətdir. Belə ki, əvvəla həmin müraciət xx.xx.2005-ci ildə Hüseynov Ramizin imzası ilə onun adından edilmişdir. Həmin vaxt isə Hüseynov Ramiz əvvəl yaradılan kooperativdə təsisçi də olmamış, onun xeyrinə imtina sənədləşməsi aparılmamışdı. X16 xeyrinə imtina aktı xx.xx.2005-ci ildə tərtib edilmişdir. Bundan əlavə, sərəncamın alınması üçün edilən müraciətdən sonra xx.xx.2005-ci ildə qarşılıqlı iddiaçı kimi çıxış edən kooperativ yaradılmışdır. Məhz həmin kooperativ yaradıldıqdan sonra, yəni xx.xx.2005-ci ildə sərəncam qəbul edilmişdir. Əgər həmin sərəncam ilkin yaradılan kooperativ üçün verilmişdisə, o halda nə üçün Ramiz Hüseynov ikinci dəfə eyni adla yaradılan kooperativdə təsisçi kimi iştirak edirdi? İlkin iddiaçı sərəncamın əvvəl yaradılan kooperatvin adına verilməsini iddia edirsə, o halda sual yaranır: nə üçün həmin sərəncam əvvəl yaradılan kooperativ yenidən qeydiyyatdan keçdikdən sonra yox, məhz xx.xx.2005ci ildə yaradılan eyni adlı kooperativdən sonra qəbul edilmişdir? Əgər həmin sərəncam ilkin iddiaçının adına verilmişdisə, o halda Ramiz Hüseynov ikinci dəfə eyni adlı kooperativin yaradılmasında iştirak etməz və 29 iyun 2005-ci il tarixli müqaviləni daha əvvəl tərtib edərək sərəncamı da həmin kooperativ üçün alardı. Lakin göründüyü kimi, qarşılıqlı iddiaçı olan kooperativ yaradıldıqdan sonra sərəncam alınmışdır. Bundan əlavə, həmin sərəncamın əsli qarşılıqlı iddiaçı olan kooperativdədir. Bu isə bir daha sübut edir ki, həmin sərəncam qarşılıqlı iddiaçı üçün verilmişdir və eyni zamanda ilkin iddiaçının rəhbəri Ramiz Hüseynovun istinad etdiyi kooperativ də sonradan yaradılan və hazırda qarşılıqlı iddiaçı kimi çıxış edən kooperativdir. Əslində xx.xx.2004-cü il tarixdə qeydiyyata alınan İddiaçı MTK artıq mövcud olmayan və saxta yolla təsisçilərinin sayı artan bir təşkilatdır. Belə ki, 29 iyun 2005-ci ildə Ramiz Hüseynov hansı yolla təsis müqaviləsini bağlayıb, hansı yolla həmin payları başqalarına satıb və öz adını hansı yolla təsisçilər sırasına daxil edib, bu məlum deyil. Çünki əvvəlki təsisçilər Ramiz Hüseynova öz paylarını satmaq barədə etibarnamə verməmişlər. Hətta belə bir etibarnamə verilmiş olsaydı belə, Ramiz Hüseynov həmin etibarnamə əsasında hərəkət edərək öz adına payı sənədləşdirə bilməzdi. Digər tərəfdən, Ramiz Hüseynov V.Zərgərovla eyni adlı kooperativi yaratmaq barədə razılığa gəldiyi üçün və bu razılaşma əsasında həmin kooperativi yaratdığı üçün onun digər kooperativə istinad etməsi, sonradan həmin kooperativdə təsisçi kimi çıxış etməsi hüququndan sui-istifadədir. AR Mülki Məcəlləsinin 560-cı maddəsinə əsasən digər tərəfin güvəndiyi və ya güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüququndan sui-istifadədir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Ona görə də, hesab edirlər ki, Ramiz Hüseynovun V.Zərgərovla razılığa gələrək kooperativ yaratması və sonradan xx.xx.2005-ci ildə başqa eyni adlı kooperativi təsis etməsi hüququndan sui-istifadədir və buna görə də xx.xx.2004-cü il tarixdə qeydiyyata alınan İddiaçı MTK-nın qeydiyyatı ləğv ediməlidir.

7. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)-808/2009 nömrəli qətnaməsi ilə İddiaçı MTK-nın (xx.xx.2004-ci il tarixdə qeydiyyata alınmış) cavabdehlər İddiaçı MTK-ya (xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış) və Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsinə (hazırda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X26 İdarəsi) qarşı iddiası qismən təmin edilərək xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən İddiaçı MTK-nın qeydiyyatı və qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməmişdir.

8. xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən İddiaçı MTK həmin qətnamədən apellyasiya şikayəti verərək 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)-808/2009 saylı qətnaməsinin tam ləğv edilməsi, xx.xx.2004-cü ildə qeydiyyatdan keçmiş İddiaçı MTK-nın iddiasının rədd edilməsi, xx.xx.2005-ci ildə qeydiyyatdan keçmiş İddiaçı MTK-nın qarşılıqlı iddiasının təmin edilməsi və Ədliyyə Nazirliyinin HŞDQÜ Bakı Bölgə Şöbəsində xx.xx.2004-cü ildə 0104-P58-40184 nömrə ilə qeydə alınmış İddiaçı MTK-nın qeydiyyatının ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli, 2-2(103)-568/2023 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2009-cu il 3 iyun tarixli, 2(81)-808/2009 nömrəli qətnaməsi ləğv olunmaqla iş üzrə icraata xitam verilmiş, tərəflərə hazırki mübahisənin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq həll edilə bilinəcəyi izah olunmuşdur.

10. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin (keçmiş adı Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi X26 İdarəsi) inzibati fəaliyyəti həyata keçirən dövlət orqanıdır, iddiaların predmeti hüquqi şəxslərin qeydiyyatının ləğvi və ondan irəli gələn tələblərdən ibarətdir və mübahisənin mahiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən deyil, inzibati orqanın fəaliyyətindən irəli gəlir.

11. Belə olan halda isə Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz.

12. Eyni zamanda, hazırki mübahisə ümumi (publik) hüquq sahəsinə aid olan məsələ - hüquqi şəxslərin qeydiyyatının ləğvi ilə bağlıdır. Hüquqi şəxslərin qeydiyyatının ləğvi də məhz xidməti vəzifələrinə uyğun olaraq Xidmətin səlahiyyətlərinə aiddir. Bu səbəbdən də, cavabdeh Xidmətin inzibati orqan kimi səlahiyyətlərinə qiymət verilməsi və ümumi hüquq sahəsinə aid olan hüquqi şəxslərin qeydiyyatının ləğv edilməsi kommersiya mübahisəsinə baxan məhkəmənin səlahiyyətinə aid deyil.

13. Məhkəmə kollegiyası həmçinin vurğulamışdır ki, qanunverici hüquqi şəxslərin qeydiyyatının ləğv edilməsi ilə əlaqədar mübahisələrin inzibati qaydada həll edilməsini nəzərdə tutmuşdur. İnzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn mübahisələr üzrə məhkəmə icraatı isə inzibati məhkəmələr tərəfindən həyata keçirilir.

14. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0, 3.0.11-ci, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 27 fevral 2023-cü il tarixli **********258200 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının, publik hüquqi X26nın və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi” Qaydalarının 4.1.1-ci bəndlərinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarına, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 2.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 261.0.1, 262.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. İlkin iddia üzrə iddiaçı həmin qərardaddan 2023-cü il 28 avqust tarixdə kassasiya şikayəti verərək onun ləğv olunmasını və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2- 2(102)-571/2023 saylı qərarı ilə ilk İddiaçı Mənzil-Tikinti Kooperativ tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli, 2-2(103)-568/2022 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

17. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, kassasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli, 2-2(103)-568/2023 saylı qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. Məhkəmə qətnaməsini ləğv edib iş üzrə icraata xitam verən apellyasiya məhkəməsi ona istinad etmişdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti inzibati fəaliyyəti həyata keçirən dövlət orqanıdır, iddiaların predmeti hüquqi şəxslərin qeydiyyatının ləğvi və ondan irəli gələn tələblərdən ibarətdir, mübahisənin mahiyyəti isə tərəflərin sahibkarlıq fəaliyyətindən deyil, inzibati orqanın fəaliyyətindən irəli gəlir. Belə olan halda isə Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırkı mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə gəldiyi nəticə ilə razılaşmır. Prosessual qanunvericiliyin tələblərinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir və aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. İş materiallarından da göründüyü kimi, hazırkı iş üzrə iddia ərizəsi 2009-cu il 2 mart tarixdə Bakı 1 saylı Yerli İqtisad Məhkəməsinə daxil olmuş, iş üzrə tərəflər hüquqi şəxslər olduğu üçün həmin vaxt qüvvədə olmuş mülki prosessual qanunvericiliyin tələblərinə və adiyyət qaydalarına riayət edilməklə məhkəmənin icraatına qəbul edilmiş və mahiyyəti üzrə baxılaraq 2009-cu il 3 iyun tarixli, 2(81)- 808/2009 nömrəli qətnamə qəbul edilmişdir. Qətnamənin qəbulundan 14 il müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpa edilərək, aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edilmiş həmin mübahisəyə hazırda inzibati məhkəmə icraatı qaydasında baxıldığı əsası ilə ləğv edilərək icraata xitam verilməsi məhkəmə kollegiyası tərəfindən MPM-in 31, 261 və 365-ci maddələrinin pozuntusu kimi qiymətləndirilir. Bu nəticə yalnız o halda əsaslı hesab edilə bilərdi ki, işə həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilməsi aşkar olunsun. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin istinad olunan müddəalarını mübahisəyə tətbiq etməklə belə nəticəyə gəlir ki, hazırkı halda iddia ərizəsi birinci instansiya məhkəməsində aidiyyət qaydalarına riayət olunmaqla icraata qəbul edildiyindən, 2011-ci ilin yanvar ayından isə mübahisənin məhkəmə aidiyyətinin dəyişməsi, aidiyyət qaydalarına uyğun olaraq baxılmış mübahisə üzrə icraata, ona digər məhkəmədə baxılmalı olması əsası ilə xitam verilə bilməzdi. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin onun qəbul edildiyi zaman qüvvədə olmuş maddi və prosessual hüquq normaları baxımından qanuni və əsaslılığını yoxlamadan, onun vaxtilə aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildiyinə düzgün qiymət vermədən, həmin qətnamə qəbul edildikdən sonra yeni məhkəmələr yaradılması ilə əlaqədar məhkəmə aidiyyəti üzrə prosessual normalara edilmiş dəyişikliklərə istinad etməklə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair nəticəyə gəlmişdir ki, bu da qanuni hesab edilə bilməz.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh xx.xx.2005-ci ildə qeydiyyatdan keçən İddiaçı MTK apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən ilkin iddiaçinin iddia ərizəsində göstərilənlarə istinad edərək bu qənaətə gəlmişdir ki, İddiaçı MTK-nın sədri Ramiz Hüseynovun ikinci eyni adlı MTK-nın yaradılmasından xəbəri olmamışdır. Halbuki dələduzluq yolu ilə özünü ilkin MTK-nın sədri təyin etmiş Ramiz Hüseynovun nəinki yeni MTK-nın yaradılmasından xəbəri olub, hətta onun qeydə alınması üçün xx.xx.2005-ci ildə yaradılan İddiaçı MTK-nın üzvlərinin ümumi yığıncağında istirak etmiş, eyni tarixli protokolu imzalamış, habelə MTK-nın Nizamnaməsində də imza etmişdir. İkinci eyni adlı MTK yaradılarkən X54 Zərgərova bildirmişdir ki, əvvəlki kooperativi ləğv etmişdir, ona görə də eyni adlı yeni MTK-nın yaradılmasında heç bir çətinlik olmayacaqdır. Məhkəmə qətnamə çıxararkən onu da nəzərə almamışdır ki, Bakı şəhər icra hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 107 saylı sərəncamın 4-cü bəndi ilə, İddiaçı MTK xx.xx.2005-ci ildə qeydiyyatdan keçdikdən sonra məhz həmin MTK-ya yasayış binasının layihələndirilməsi üçün 0,5 ha torpaq sahasi ayrılmışdır. Məhkəmə bu suala cavab tapa bilməyib ki, əgər Bakı şəhər icra hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 107 sayli sərəncamı ilkin iddiaçinin adına verilmişdirsə, o halda Ramiz Hüseynov ikinci dəfə eyni adlı MTK-nın yaradılmasında iştirak etməz və xx.xx.2005-ci il tarixi müqaviləni daha əvvəl tərtib edərək sərəncamı da həmin MTK üçün alardı. Bundan əlavə BŞİH-nin qeyd olunan sərəncamının əsli də Vahid Zərgərovun sədri olduğu İddiaçı MTK-dir. Digər tərəfdən X54 Zərgərovla eyni adlı MTK-nı yaratmaq barədə razılığa gəldiyi üçün və bu razılaşma əsasında həmin MTK-nı yaratdığı üçün, onun digər MTK-ya istinad etməsi hüquqdan sui-istifadədir. Mülki Məcəlləsinin tələbinə görə, digər tərəfin güvəndiyi və ya güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar ve hərəkətlər isə etibarsızdır. Ona görə de hesab edilir ki, X48 Zərgərovla razılığa gələrək MTK yaratması və sonradan xx.xx.2005-ci ildə başqa eyni adlı MTK təsis etməsi hüquqdan sui-istifadədir və buna görə də xx.xx.2004-cü ildə qeydiyyata alınan İddiaçı MTK-nın qeydiyyatı ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iki hüquqi şəxsin qanuni təmsilçiləri, təsisçiləri tamamilə fərqli şəxslərdir, bir-birlərinə heç bir aidiyyətləri yoxdur. İkinci hüquqi şəxs yaradılanda birincinin adını götürməsi ilə bağlı hesab edilir ki, o dövrdə elektron sistem olmadığına görə belə bir hal baş vermişdir. Bundan əlavə, onlarda olan məlumata əsasən bu hüquqi şəxs qanunvericiliyin tələbləri pozulmaqla, qeyri-qanuni yollarla yaradılmışdır.

21. Məhkəmə iclasında iştirak edən cavabdeh AR İN yanında DVX Milli Gəlirlər Baş İdarəsi Hüquqi X26 İdarəsinin nümayəndəsi X39 apellyasiya şikayətinin təmin olunubolunmamasını məhkəmənin mülahizəsinə buraxdı və əlavə olaraq bildirdi ki, məhkəmə qətnaməsinin icra edilməsi onlara həvalə edilməmiş, yalnız icra məmuru icra vərəqi göndərmişdir. Qeyd edilir ki, bu günədək cavabdeh orqanın təcrübəsində etibarsız hesab edilmə halı qeydə alınmamışdır. Hüquqi şəxsin adının dəyişdirilməsi və ya ləğv olunması öhdəliyi qoyula bilərdi. Hüquqi şəxsin ləğv olunması zamanı bir sıra sənədlər təqdim olunmalı idi. Həmçinin, müvafiq qanunvericiliklərdə hüquqi şəxsin hansı qaydada ləğv olunma mexanizmi nəzərdə tutulmuşdur. Ləğv olunma zamanı hüquqi şəxsin kreditorları məlumatlandırılmalıdır, bu səbəbdən biz məhkəmə qərarını dərhal icra edə bilmərik. Bizim fəaliyyətimiz Əsasnaməyə uyğun olaraq tənzimlənir və həmin əsasnamə də, “Hüquqi X26 və dövlət reyestri” haqqında AR Qanununda etibarsız hesab edilmə ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Hazırda hüquqi şəxslər dövlət qeydiyyatına alınan zaman elektron formada yoxlanılır daha sonra ad təsdiq olunur, eyni ad olduğu zaman imtina verilir. Lakin hüquqi şəxsin yenidən təşkili və ləğvi birbaşa olaraq AR Mülki Məcəlləsi ilə tənzimlənir və ümumi yığıncağın müstəsna səlahiyyət dairəsinə aid olan məsələdir. Bu səbəbdən inzibati orqan olaraq səlahiyyət dairələrinə aid deyil.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ilkin iddia üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.1-ci maddəsinə əsasən Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.

25. “Hüquqi X26 və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.7-ci maddəsinə əsasən hüquqi X26 - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) X42 reyestrinə daxil edilməsidir.

26. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən X42 reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur.

27. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən üquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında nəzərdə tutulmuşdur ki, Mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Torija İspaniyaya qarşı” iş üzrə 1994-cü il 9 dekabr tarixli, “Buzescu Rumıniyaya qarşı” iş üzrə 2005-ci il 24 may tarixli Qərarlarında aşağıdakılar nəzərdə tutulmuşdur ki, tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyi və əsaslılığı ilkin iddianın qismən təmin edilmiş - xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən İddiaçı MTK-nın qeydiyyatı və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində və qarşılıqlı iddianın rədd edilməsi hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi təmin edilmiş- xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən İddiaçı MTK-nın qeydiyyatı və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi hissədə və qarşılıqlı iddia tələbi əsassızdır.

38. İddiaçı Mənzil-Tikinti Koperativinin Nizamnaməsi xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X26 üzrə Bakı Bölgə Şöbəsi tərəfindən 0104-P58-40184 nömrə altında qeydə alınaraq xx.xx.2004-cü il tarixdə Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə, həmçinin İddiaçı MTK-ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X26 üzrə Bakı Bölgə Şöbəsi X9 Reyestrindən 01/ç-l 813 saylı çıxarış verilmişdir.

39. İlkin olaraq İddiaçı MTK yaradılarkən üzvləri: X28, X46, X40, X41, X29, sədri isə ümumi yığıncağın xx.xx.2004-cü il tarixli qərarına əsasən X28 olmuşdur.

40. 25.06.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MTK-nın üzvləri öz paylarını müvafiq olaraq X11, X32, X23, X33 və X3 və həmin şəxslər xx.xx.2005-ci il tarixli çıxarışa əsasən üzvlər, X18 isə ümumi yığıncağın xx.xx.2005-ci il tarixli qərarına əsasən sədr seçilmişdir. İddiaçı MTK-nın hüquqi ünvanı yaradılan zaman Bakı şəhəri, M.Rüstəmov küçəsi, ev 31, mənzil 79 olmuş, xx.xx.2005-ci il tarixdən isə ünvan 2 ünvanına dəyişdirilmişdir.

41. xx.xx.2005-ci il tarixdə 0105-P109-42690 dövlət qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X26 üzrə Bakı bölgə şöbəsi tərəfindən yeni bir İddiaçı dövlət qeydiyyatına alınmışdır.

42. Bu İddiaçı MTK-nın üzvləri: X24 (65000 AZM), X19 (65000 AZM), X12 (3500000 AZM), X18 (170000 AZM və X22 (350000 AZM), sədri isə X12 olmuşdur. İddiaçı MTK-nın hüquqi ünvanı Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 30, mənzil 73 olmuşdur.

43. 03.11.2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrə əsasən X24, X12 İddiaçı MTK-da olan paylarını X13 xeyrinə imtina etdiklərini bildirmişlər.

44. İddiaçı MTK-nın ümumi yığıncağının xx.xx.2006-cı il tarixli qərarına əsasən X20 və X1 üzvləri sırasına daxil edilmiş və X7 seçilmişdir. Eyni zamanda, kooperativin hüquqi ünvanı Bakı şəhəri, Fabrik küçəsi,17 olmuşdur. Həmin fakt xx.xx.2006-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X26 üzrə Bakı bölgə şöbəsi tərəfindən X9 Reyestrinə daxil edilmişdir.

45. İddiaçı MTK-nın ümumi yığıncağın xx.xx.2006-cı il tarixli qərarına əsasən X4 yaradılan kooperativin üzvlüyündən çıxarılaraq onun yerinə X34 üzv qəbul edilmişdir. Bu fakt xx.xx.2006-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X26 üzrə Bakı bölgə şöbəsi tərəfindən X9 Reyestrində daxil edilmişdir.

46. İddiaçı MTK-nın ümumi yığıncağın xx.xx.2007-ci il tarixli qərarına əsasən X8 vəzifəsinə təyin edilmiş və həmin məlumat Təşkilatlarının Dövlət Reyestrində daxil edilmişdir.

47. xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X26 üzrə Bakı bölgə şöbəsinə ünvalanmış ərizəyə əsasən İddiaçı MTK-nın təsisçiləri R.F.Məmmədov, Ö.Ç.Quliyev, N.İ.Kosayev, M.Ə.Vəliyev-onlara məxsus təsisçilik hüquqlarından X10 xeyrinə imtina etmişlər.

48. xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X26 üzrə Bakı bölgə şöbəsində xx.xx.2004-cü il tarixdə 0104-P58-40184 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış İddiaçı MTK təsisçilərinin dəyişməsi ilə əlaqədar olaraq yeni təsis müqaviləsi bağlanmışdır.

49. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X26 üzrə Bakı bölgə şöbəsi X9 Reyestrindən 01/ç-9920 nömrəli yeni çıxarışda göstərilmişdir ki, İddiaçı MTK-nın ümumi yığıncağının xx.xx.2005-ci il tarixli qərarına əsasən X6 təyin edilmişdir.

50. Kollegiya qeyd edir ki, xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən İddiaçı MTKnın qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində ilkin iddia rədd edilməlidir.

51. İlk növbədə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0 və 3.0.11-ci bəndlərinə əsasən kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələrinə aiddir.

52. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 27 fevral 2023-cü il tarixli **********258200 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının, publik hüquqi X26nın və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi” Qaydalarının 4.1.1-ci bəndinə əsasən kommersiya qurumunun, publik hüquqi şəxsin ləğv edilməsi və ya vergi ödəyicisinin uçotdan çıxarılması barədə ərizələrə baxılması işlərinin koordinasiyası vergi orqanının qeydiyyat və uçot strukturları tərəfindən aparılır. Qeydiyyat və uçot funksiyaları ayrı-ayrı vergi orqanlarında (Naxçıvan MR Dövlət Vergi Xidməti və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi) yerinə yetirildikdə kommersiya qurumlarının, publik hüquqi X26nın ləğvinə münasibətdə bu işlərin koordinasiyası qeydiyyat strukturları tərəfindən həyata keçirilir. Bu strukturlar həmçinin hüquqi şəxsin ləğvetmə prosesinin ümumi müddətinin bir ildən çox olmamasını nəzarətdə saxlayır və həmin müddətin keçməsi hallarında ləğvetmə prosesinin yenidən başlaması zərurəti barədə ləğvetmə komissiyasını (təsviyəçini, ləğvedicini) məlumatlandırır.

53. Göründüyü kimi hüquqi şəxslərin qeydiyyatının ləğvi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş, hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə bağlı müddəa cavabdehin səlahiyyətlərində nəzərdə tutulmamışdır.

54. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

55. Birinci instansiya məhkəməsi qeydiyyat şəhadətnaməsinin etibarsızlığı üzrə iddia tələbinə Mülki Məcəllənin Əqdlərlə bağlı normalarını tətbiq etmişdir.

56. Hazırkı iş üzrə əqdin etibarsızlığı ilə bağlı mülki qanunvericiliyin müddəaları tətbiq edilə biməz.

57. “Hüquqi X26 və dövlət reyestri haqqında” Qanun (xx.xx.2004-cü il tarixdə qüvvəyə minmiş) 2.0.7-ci maddəsinə görə hüquqi X26 - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin vahid dövlət reyestrinə daxil edilməsidir.

58. Həmin Qanun 2.0.8-ci maddəsinə X42 reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində vahid məlumatlar (qeydlər) məcmusudur.

59. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.

60. “X42 reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi X26 və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli, 70 nömrəli qərarı ilə təsdiq edilmiş “X42 reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən X42 reyestri “Hüquqi X26 və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin “Hüquqi X26 və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin hüquqi X26 ilə bağlı bəzi fərmanlarına dəyişikliklər edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 2004-cü il 2 dekabr tarixli 149 nömrəli və “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 20 fevral tarixli 713 nömrəli fərmanlarına, bu Qaydalara və digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakı orqanlar tərəfindən aparılır: 1.3.1. qeyri-kommersiya hüquqi şəxslərinin, xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin, habelə təhsil müəssisələrinin dövlət reyestri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalar, xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla, digər qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestri Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır; 1.3.2. kommersiya hüquqi şəxslərinin, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin və publik X42 reyestri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müəyyən etdiyi bölgü üzrə həmin Xidmətin strukturuna daxil olan qurumların, habelə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin bu Qaydalara uyğun tərtib etdikləri reyestrlərin məlumatları əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində elektron daşıyıcılarda mərkəzləşdirilmiş qaydada tərtib edilir;

61. Həmin Qaydaların 1.3.1 və 1.3.2-ci bəndlərinin əvvəlki redaksiyasında deyilirdi: 1.3.1. qeyri-kommersiya hüquqi şəxslərinin, xarici qeyri-kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin, habelə təhsil müəssisələrinin dövlət reyestri öz səlahiyyətləri daxilində müvafiq olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır; 1.3.2. kommersiya hüquqi şəxslərinin dövlət reyestri dövlət qeydiyyatına alınmış şəxslər barəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bilavasitə tabe olan vergi orqanlarının öz səlahiyyətləri daxilində bu Qaydalara uyğun tərtib etdikləri reyestrlərin məlumatları əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin informasiya sistemində elektron daşıyıcılarda mərkəzləşdirilmiş qaydada tərtib edilir.

62. Dövlət qeydiyyatı haqqında şəhadətnamə əqd əsasında verilən sənəd deyil. Bu sənəd hüquqi şəxsin müvafiq icra hakimiyyəti tərəfindən qeydiyyata alınması barədə reyestr sənədidir.

63. Bakı şəhəri Vergilər Departamenti Kommersiya Hüquqi X26 İdarəsi tərəfindən Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəmə icraçıları şöbəsinə ünvanlanmış 19 aprel 2010-cu il tarixli məktubda 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi və xx.xx.2009-cu il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK-nın 0105-P109-42690 saylı qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilərək bu barədə məlumatın qeydiyyat qovluğuna daxil edildiyi qeyd olunmuşdur.

64. Qeyd olunan məktubla bağlı cavabdeh AR İN yanında DVX Milli Gəlirlər Baş İdarəsi Hüquqi X26 İdarəsinin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, onların səlahiyyətlərində qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi yoxdur, onlar sadəcə qətnaməni həmin hüquqi şəxsin qeydiyyat qovluğuna daxil etmişlər və o şəhadətnamənin üzərindən xətt çəkmişlər. Onların edə biləcəkləri başqa heç nə yoxdur, nizamnamənin dəyişdirilməsi, qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsi məqsədilə müvafiq qərarların təqdim edilməsi və s. ümumi yığıncağın səlahiyyətinə aiddir.

65. Bundan başqa, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 03 iyun 2009-cu il tarixli, 2-2(81)-808/2009 saylı qətnaməsi 14 ildir ki, icra olunmamışdır. Cavabdeh AR İN yanında DVX Milli Gəlirlər Baş İdarəsi Hüquqi X26 İdarəsinin nümayəndəsi də qətnamənin icrasının mümkün olmadığını bildirmişdir.

66. İlkin iddia üzrə cavabdeh mülahizəsində bildirmişdir ki, xx.xx.2005-ci il tarixdə İddiaçı MTK 0105-P/109-42690 nömrə altında qeydə alınan zaman hüquqi şəxsin adının unikallığının pozulduğunu bilə bilməzdi. Çünki həmin zaman belə bir informasiya sistemi formalaşmamışdı. Fərz edək ki, ikinci qeydə alınan hüquqi şəxs adının eynilik təşkil etdiyini bilir və müvafiq qurum tərəfindən eyni adda İddiaçı MTK qeydə alınır. Bu qeydə alınma “Əqd” olmadığı üçün etibarsız sayıla bilməz. Çünki hüquqi şəxsin qeydə alınan zaman qanunvericilik imkan verir ki, o, nizamnaməyə dəyişiklik etsin və adını dəyişsin, mövcud pozuntuları aradan qaldırsın.

67. X9 Reyestrindən çıxarışlardan və işdə olan digər sənədlərdən göründüyü kimi xx.xx.2004-cü ildə qeydiyyatdan keçmiş İddiaçı MTK-nın təsisçilərindən olmuş X18 xx.xx.2005-ci ildə qeydiyyatdan keçmiş İddiaçı MTK-nın üzvü və payçılarından olmuşdur.

68. Bundan əlavə, X9 Reyestrindən çıxarışdan görünür ki, xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış İddiaçı MTK-nın ümumi yığıncağının xx.xx.2006-cı il tarixli qərarına əsasən kooperativin üzvü sırasından X18 çıxarılaraq X5 üzvləri sırasına daxil edilmişdir. Həmin fakt xx.xx.2006-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X26 üzrə Bakı bölgə şöbəsi tərəfindən X9 Reyestrinə daxil edilmişdir.

69. Göründüyü kimi, MTK-ların təsisçi (payçı) siyasında X18 olmuşdur. Odur ki, qeyd olunan adın unikallığının pozulmasından məlumatlı olduğu müəyyən olunur.

70. Kollegiya hesab edir ki, xx.xx.2005-ci ildə qeydiyyatdan keçən İddiaçı MTK-nın 0105-P109-42690 saylı qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmamışdır.

71. Qarşılıqlı iddia üzrə iddiaçı istinad etdiyi halları sübut edəcək kifayət qədər mötəbər sübut təqdim etməmişdir.

72. Qarşılıqlı iddia əsassız olduğundan birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

73. Qeyd olunanlara əsasən kolegiya hesab edir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 03 iyun 2009-cu il tarixli, 2-2(81)-808/2009 saylı qətnaməsi ilkin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

74. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İlkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 03 iyun 2009-cu il tarixli, 2-2(81)-808/2009 saylı qətnaməsi ilkin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Cəmilə Musayeva Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar