Məhkəmə qərarları › İş №2-2(106)-3/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-3/2025

01.05.2025 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-3/2025 01.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Kürdəmir rayonu Sığırlı (keçmiş Ərəbqubalı bələdiyyəsi) bələdiyyəsinin cavabdehlər “İntiqam X21” MMC-yə və “Ötərxan X21” MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin əmlakları ilə birlikdə torpaq sahəsindən çıxarılma tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ (Açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi və əmlaklar ilə birlikdə torpaq sahəsindən çıxarılma) Şirvan şəhəri, 01 may 2025-ci il X31 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı Kürdəmir rayonunun Sığırlı bələdiyyəsinin sədri X9, cavabdeh “İntiqam X21” MMC-nin nümayəndəsi X6, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X7 iştirakları ilə, İddiaçı Kürdəmir rayonu Sığırlı (keçmiş Ərəbqubalı bələdiyyəsi) bələdiyyəsinin cavabdehlər “İntiqam X21” MMC-yə və “Ötərxan X21” MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi və əmlaklar ilə birlikdə torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası əsasında kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli e-2-2(121)-39/2021 saylı qətnaməsindən (hakim R.İsmayılov) cavabdeh “Ötərxan X21” MMC-nin nümayəndəsi X15 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Kürdəmir rayonu, Ərəbqubalı Bələdiyyəsi cavabdehlər cavabdehlər “İntiqam X21” MMC-yə ("xxxx" X17) və “Ötərxan X21” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu, X28 ilə "xxxx" X21 arasında 90 hektar torpaq sahəsinə dair bağlanılmış 25 avqust 2004-cü il tarixli, 06 saylı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X28 (2009-cu ildə X28 Ərəbqubalı Bələdiyyəsinə birləşdirilmişdir) ilə "xxxx" X21 arasında bağlanmış 25 avqust 2004-cü il tarixli, 6 saylı icarə müqaviləsi əsasında 90 hektar torpaq sahəsi 20 il müddətinə əkinçilik və heyvandarlıq məqsədi üçün "xxxx" X17 icarəyə verilmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, həmin torpaq sahəsi kənd sakinlərinin ümumi istifadəsində olan örüş sahəsidir, hüquqi və fiziki şəxslərə icarəyə verilə bilməz. Örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə 10 ildən 15 il müddətinə qədər verilə biləcəyi halda, X28 ilə "xxxx" X21 arasında bağlanılmış xx.xx.2004-cü il tarixli, 06 saylı icarə müqaviləsi qanunsuz olaraq, heyvandarlıq və əkinçilik üçün və 20 il müddətinə bağlanmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh “Ötərxan X21” MMC-nin və "xxxx" X14 nümayəndəsi X15 iddia ərizəsinə etiraz edərək, onun təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Kürdəmir rayonu Ərəbqubalı bələdiyyəsinin və cavabdeh “İntiqam X21” MMC-nin ("xxxx" X14) nümayəndələri, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Həbibov Ötərxan Babaş oğlu məhkəmə iclasında iştirak etmədiklərindən onların mövqeyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, üçüncü şəxs Həbibov Ötərxan Babaş oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. Şirvan Kommersiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-2(121)-.39/2021 saylı qətnaməsi (hakim: R.İsmayılov) ilə, iddianın təmin edilməsi, Kürdəmir rayonu, X28 ilə "xxxx" X21 arasında 90 hektar torpaq sahəsinə dair bağlanılmış 25 avqust 2004-cü il tarixli, 06 saylı icarə müqaviləsi ləğv edilməsi və cavabdehlər "xxxx" X21 və “Ötərxan X21” MMC əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması, Şirvan Kommersiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-2(121)-.39/2021 saylı əlavə qətnaməsi (hakim R.İsmayılov) ilə, iş üzrə təyin edilmiş məhkəmə yerquruluşu ekspertizanın keçirilməsinə görə Daşınmaz əmlakın kadastr və Ünvan Reyestri Xidməti tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 1.132,08 manatın 377,36 manat hissəsi Kürdəmir rayonu, Ərəbqubalı Bələdiyyəsindən, 377,36 manat hissəsi "İntiqam X21 "MMC-dən ("İntiqam” X12) və 377,36 manat hissəsi “Ötərxan X21” MMC-dən tutularaq, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 33,33 manathissəsi Kürdəmir rayonu, Ərəbqubalı Bələdiyyəsindən, 33,33 manat hissəsi "İntiqamX21” MMC-dən ("xxxx" X12) və 33,33 manat hissəsi “Ötərxan X21" MMC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. b) Apellyasiya baxışında birinci icraat Qətnamədən narazı qalan cavabdeh “İntiqam X21” MMC-nin nümayəndəsi X15 apelyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 avqust tarixli, 2-2(106)-169/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya baxışında icraat Şirvan Apellyasiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-2(106)-169/2021 saylı qətnaməsindən narazı qalan cavabdeh "xxxx" X21 kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(102)-18/2022 saylı Qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 17 avqust 2021ci il tarixli, 2-2(106)-169/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin göstərişləri aşağıdakılardan ibarət olmuşdur.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi yalnız mütəxəssis və müstəqil ekspert rəylərinə istinad etməklə cavabdehin istifadəsinə verilmiş 90 hektar torpaq sahəsinin ümumi istifadə üçün nəzərdə tutulan örüş təyinatlı torpaq sahəsi olması nəticəsinə gəlmişdir. Halbuki, müstəqil ekspert rəyində cavabdehin istifadəsinə ayrılmış cəmi 90 hektar torpaq sahəsinə aid təqdim edilmiş sənədlərdə ayrılmış torpaq sahəsinin sxemi, koordinatları və dəqiq ölçüləri göstərilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından həmin torpaq sahəsinin naturadakı yeri ilə sənəd üzrə yerinin üstüstə düşüb düşmədiyinin müəyyənləşdirilməsinin mümkün olmadığı qeyd olunmuş, eyni mövqe mütəxəssis rəyində də öz əksini tapmışdır.

50. Belə olan halda, apellyasiya məhkəməsi cavabdehin istifadəsinə ayrılmış torpaq sahəsinin sxemini, koordinatlarını və dəqiq ölçüsünü müəyyən etmədən sadəcə müstəqil ekspert rəyinə əsaslanmaqla ümumi istifadədə olan örüş təyinatlı torpaq sahəsi olması qənaətinə gəlməkdə haqlı olmamışdır. Halbuki, mübahisəli torpaq sahəsinin hansı əsasla ümumi istifadədə olan örüş sahəsi olması qənaətinə gəlinməsi həmin ekspert rəyində əsaslandırılmamışdır. Bu isə, gəlinən nəticəni qanunilik və əsaslılıq kateqoriyalarından kənarda saxlayır. Belə ki, mübahisəli torpaq sahəsinin həqiqətən də ümumi istifadədə olan örüş təyinatlı olması iş materialları ilə öz təsdiqini tapmamışdır.

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin istifadəsində olan torpaq sahəsinin ümumi istifadədə olan örüş təyinatlı torpaq olub-olmaması yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında deyil, eyni zamanda torpaq sahəsinin sxemi, ölçüsü, koordinatları və təyinatı ilə bağlı müvafiq kadastr məlumatları əldə olunmaqla müəyyən edilə bilər. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, şübhəli halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: d)Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh “İntiqam X21” MMC-nin nümayəndəsi X15 apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-2(121)-39/2021 saylı qətnaməsinin ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir.

e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

f) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçı Kürdəmir rayonunun Sığırlı bələdiyyəsinin sədri X18 göstərmişdir ki, 29 yanvar 2025-ci ildə Bələdiyyəyə keçirilən seçkilərdə səs çoxluğu qazanmış və xx.xx.2025-ci il tarixdə bələdiyyə üzvlərinin yekdil səsi ilə Sığırlı bələdiyyəsinin sədri seçilmişdir. Göstərmişdir ki, hazırda Sığırlı bələdiyyəsinə Kürdəmir rayonunun Sığırlı, Ərəbqubalı, Çölqubalı və Məhərrəmli kəndləri daxildir. İddia tələbi ilə bağlı qeyd etmişdir ki, iddia tələbini müdafiə etmirlər. Belə ki, Kürdəmir rayonunun Sığırlı bələdiyyəsi iclas keçirərək Kürdəmir rayonunun keçmiş Ərəbqubalı bələdiyyəsinin (indiki Sığırlı bələdiyyəsi) cavabdeh "xxxx" X21 MMC-yə və "xxxx" X21 MMC-yə qarşı Kürdəmir rayonu, X28 ilə "xxxx" X21 arasında 90 hektar torpaq sahəsinə dair bağlanılmış 25 avqust 2004-cü il tarixli, 06 saylı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması barədə Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə iddia ərizəsindən imtina olunması qərara alınmışdır. Buna görə də hazırda iddiadan imtina edirlər və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Kollegiyanın iclasında iştirak edən cavabdeh “Ötərxan X21” MMC-nin nümayəndəsi X1 məhkəmə iclasında iştirak edərək apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, hazırda iddiaçı ilə razılaşmışlar. Buna görə də iddiaçının iddiadan imtinasının qəbul edilməsinəö etirazının olmamasını, Şirvan Kommersiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-2(121)-39/2021 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 göstərmişdir ki, Çölqubalı kəndində yaşayır. Qeyd etmişdir ki, bələdiyyəyə məxsus olan 90 ha örüş torpaq sahəsi X15 tərəfindən istifadə edilir. Onlara məxsus mal-qaranın örüşü üçün nəzərdə tutulmuş otlaq sahələrinə mallarını ötürə bilmirlər. Çünki, X15 buna imkan vermir. Bildirir ki, otlaq sahəsi onun istifadəsindədir. Onların mal-qarasının otarılmasına maneçilik yaradılır. Buna görə də təxminən 2017-ci ildə kənd camaatı adından Göyçay regional Ədliyyə İdarəsinə müraciət etmişlər. Hazırda da 21 aprel 2025-ci il tarixdə yeni seçilmiş Sığırlı bələdiyyəsinin sədri X13 təxminən 90-dan çox kənd sakinləri adından müraciət edərək əvvəlki Bələdiyyənin iddiasının müdafiə etməsini və cavabdehin zəbt etdiyi ərazidən çıxarılmasını xahiş etmişlər. Bütün bu məsələlərdən bələdiyyənin xəbəri var. Bələdiyyənin iddiadan imtinasının qəbul edilməməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən Ərəbqubalı kənd sakini müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 da X3 izahatına oxşar olan eyni məzmunlu izahat vermişdir.

Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilərək ləğv olunması xahiş olunduğundan, qətnamə tam mübahisələndirilmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Torpaq Məcəlləsi

Maddə 3. Torpaq münasibətləri.

1. Torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir.

2. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir.

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər.

4. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir.

Maddə 4. Torpaq sahəsi.

1. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.

3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

5. Torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.

Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ.

47.2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. 47.3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ.

1.Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir.

Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikası Qanunu

Maddə 5. Dövlət torpaq kadastrının aparılması qaydaları.

Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

Maddə 6. Dövlət torpaq kadastrının məlumatları.

Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

Maddə 7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı.

Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır.

Maddə 10. Torpaq-kadastr işlərinin yerdə (naturada) aparılması müddətləri.

Torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Torpaq-kadastr işləri yerdə (naturada) aşağıdakı müddətlərdə aparılır: torpaq və geobotaniki tədqiqat — 10 ildə bir dəfə; aqrokimyəvi tədqiqat — 5 ildə bir dəfə; meliorasiya işləri aparılmış, eroziyaya uğramış, duzlaşmış və keyfiyyəti pisləşmiş torpaq sahələrində zəruri hallarda. Torpaq sahələrinin yerdə (naturada) tədqiqi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən olunur.

Maddə 12. Dövlət torpaq kadastrı fondu.

Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələr, müəlliflik və mülkiyyət hüququ saxlanılmaqla, torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri üzrə hazırlanmış materialların bir nüsxəsini qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət torpaq kadastrı fonduna verməlidirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydalarının”

1)Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. 3)Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Ehtiyat fondu torpaqlarında qalan örüş sahələri və biçənəklər hüquqi və fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir. 18) Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər ümumi istifadəyə, dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə qısamüddətli istifadəyə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin sərəncamı (qərarı) ilə bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələrinin digər hüquqi şəxslərin icarəsinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Ümumi istifadəyə ayrılmış örüş sahələri torpaq vergisinə cəlb edilmir

“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentini 1999-cu il 12 mart tarixli, 113 saylı Fərmanı

Qanunun 5-ci maddəsinin beşinci hissəsində, 6-cı maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

47-ci və 52.1-ci. maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir.

İş üzrə əldə edilmiş və mövcud olan sübutlar. İş materiallarında olan Ərəbqubalı kəndində kəndli (fermer) təsərrüfatı yaradılması barədə təsisçilərin xx.xx.1996-cı il tarixli iclas protokolundan görünür ki, "xxxx" X14 yaradılması və Həbibov Ötərxan Babaş oğlunun təsərrüfatın sədri seçilməsi qərara alınmışdır. İş materiallarında olan Ərəbqubalı kəndində “M.Əzizbəyov” adına kolxozun Aqrar İslahat Komissiyasının yığıncağının xx.xx.1996-cı il tarixli, 07 saylı protokolundan görünür ki, "xxxx" X14 üzvlərinin təklifi və ərizəsi nəzərə alınmış, təsdiq olunmuş adamlara çatası torpaq nəzərə alınmaqla, "xxxx" X14 250 baş müxtəlif qrup qoyunlar verilməklə, 90 hektar örüş sahəsi “Dələrdüşən” yaylağı köhnə qoyun ağılının verilməsi qərara alınmışdır. İş materiallarında olan torpaqdan istifadə hüququna aid müvəqqəti şəhadətnamədən görünür ki, “M.Əzizbəyov” adına kolxozun Yerli İslahat Komissiyasının yığıncağının xx.xx.1996-cı il tarixli qərarına əsasən, "xxxx" X14 istifadəsinə verilmiş 90 ha torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 337 saylı Sərəncamından görünür ki, həmin Sərəncama əsasən, "xxxx" X14 yaradılması məqsədə müvafiq hesab edilmiş, "xxxx" X14 nizamnaməsinin qeydə alınması, təsərrüfatın istifadəsinə üzvlərinin torpaq payı olaraq 5 hektar, örüş məqsədi ilə bələdiyyənin ehtiyat fondu üçün nəzərdə tutulan ərazidən 85 hektar, cəmi 90 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmçinin eyni tarixdə "xxxx" X14 nizamnaməsi Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 177 saylı Sərəncamından görünür ki, həmin Sərəncama əsasən, "xxxx" X14 istifadəsinə ayrılmış 90 hektar torpaq sahəsinin yerinin dəyişdirilməsi, təsərrüfatın istifadəsinə Ərəbqubalı kəndi ərazisindən keçən Baş Şirvan kollektorunun şimalından 90 hektar örüş yerinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Kürdəmir rayonu, Çöl-Qubalı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarından görünür ki, həmin qərarla Çöl-Qubalı kənd sakini, "xxxx" X14 başçısı Həbibov Ötərxan Babaş oğlunun ərizəsinə əsasən, 20 il müddətinə 90 hektar – 70 hektar örüş üçün və 20 hektar yem bitkilərinin əkilməsi üçün torpaq ayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli, 06 saylı torpaq icarə müqaviləsindən görünür ki, Çölqubalı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı protokolu əsasında Çöl-Qubalı Bələdiyyəsi ilə "xxxx" X21 arasında əkinçilik və heyvandarlıq məqsədilə 90 ha torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır. İş materiallarında olan təsis sənədlərindən görünür ki, xx.xx.2010-cu il tarixdə “Ötərxan X21” MMC-nin nizamnaməsi 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, MMC-yə kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə və kommersiya qurumunun dövlət reyestrindən çıxarış verilmişdir. Cəmiyyətin təsisçisi Həbibov Ötərxan Babaş oğlu, qanuni təmsilçisi isə X11r. İş materiallarında olan Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən Kürdəmir rayonu, Ərəbqubalı Bələdiyyəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli, kol-222/2 saylı məktubunda qeyd olunmuşdur ki, X22 xx.xx.2004-cü il tarixli, 06 nömrəli icarə müqaviləsinə və həmin müqavilədə qeyd edilmiş xx.xx.2004-cü il tarixli 06 saylı qərarına əsasən, Ötərxan Babaş oğlu Həbibova 90 ha torpaq sahəsinin 20 il müddətinə icarəyə verildiyi müəyyən edilmişdir. Qeyd olunan qərar qəbul edilərkən və icarə müqaviləsi bağlanarkən qanunverciliyin tələbləri pozulmuşdur. Qeyd olunan qərarla icarəyə ayrılmış örüş sahəsinin ümumi istifadədə və ya ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahəsi olub-olmamasının dəqiqləşdirilməsi, torpaq sahəsinin ümumi istifadədə olan örüş torpaq sahəsi olduğu təqdirdə, bələdiyyənin qeyd edilən qərarının ləğv edilməsi, icarəyə ayrılmış torpaq sahəsinin ehtiyat torpaq fondunda qalan örüş sahəsi olduğu təqdirdə Kürdəmir rayonu, X22 Həbibov Ötərxan Babaş oğluna 90 ha örüş torpaq sahəsinin heyvandarlıq və əkinçilik üçün 20 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2004-cü il tarixli, 06 saylı qərarının dəyişdirilərək, qərarda torpaqdan əkinçilik məqsədilə sözünün çıxarılması, torpaq sahəsinin icarəyə verilməsi müddətinin 15 ilədək müəyyən edilməsi təklif edilmişdir. İş materiallarında olan Kürdəmir rayonu, Ərəbqubalı Bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 12 saylı məktubda, "xxxx" X14 istifadəsinə ayrılmış 90 hektar torpaq sahəsinin baza məlumatları əsasında Ərəbqubalı əhalisinin ümumi istifadəsində olan örüş sahəsində və ya ehtiyat fondunda olan torpaq sahəsində yerləşib-yerləşməməsi barədə rəsmi məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC tərəfindən Kürdəmir rayonu, Ərəbqubalı Bələdiyyəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********78 saylı məktubunda qeyd olunur ki, elektron kadastr bazasında aparılmış araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" X14 icarəsində olan 90 ha torpaq sahəsi barədə hər-hansı bir məlumat mövcud deyildir. İş materiallarında olan 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********767800 saylı məktubda qeyd edilmişdir ki, “İntiqam X21” MMC vergi ödəyicisi kimi 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsi tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 2(106)3649/2019 saylı məktubda qeyd olunmuşdur ki, Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(106)3649/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmədiyindən qanuni qüvvəsini almışdır.Həmin məktuba əlavə edilmiş Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(106)3649/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Küdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-1038/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Kürdəmir rayon X28 ilə Həbibov Ötərxan Babaş oğlu arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 06 nömrəli torpaq icarəsi müqaviləsinin ləğv edilməsi və cavabdehin əmlakları ilə birlikdə Ərəbqubalı bələdiyyəsinin mülkiyyətində olan 90 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(106)3649/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Küdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-1038/2019 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir. İş materiallarında olan Kürdəmir rayonu, Ərəbqubalı Bələdiyyəsi tərəfindən "xxxx" X17 və “Ötərxan X21” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 15 saylı məktubundan görünür ki, xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin qanunsuz olduğu üçün ləğv edilməli və torpaq sahəsinin əhalinin ümumi istifadəsinə qaytarılmalı olduğu, uzun müddətdir ki, torpaq sahəsi ilə bağlı kənd sakinlərinin çoxsaylı etirazlarının olduğu cavabdehlərə bildirilmiş, pretenziya məktubunu aldıqdan 3 gün müddətində bağlanılmış müqavilənin ləğv edilməsinə münasibət bildirilməsi təklif edilmiş, əks təqdirdə müqavilənin ləğv edilməsi tələbi ilə aidiyyəti məhkəmədə iddia qaldırılacağı ilə bağlı cavabdehlər məlumatlandırılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********85 saylı məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 11/222 saylı mütəxəssis rəyində, həmçinin xx.xx.2020-ci il tarixli, 10/2337 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 337 saylı Sərəncamı ilə "xxxx" X14 istifadəsinə ayrılmış cəmi 90 ha torpaq sahəsinə aid təqdim edilmiş sənədlərdə ayrılmış torpaq sahəsinin sxemi, koordinatları və dəqiq ölçüləri göstərilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından həmin torpaq sahəsinin naturadakı yeri ilə sənəd üzrə yerinin üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. Kürdəmir rayonu, Çöl-Qubalı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı ilə "xxxx" X14 icarəsinə verilmiş 90 ha torpaq sahəsinə aid təqdim edilmiş sənədlərdə ayrılmış torpaq sahəsinin sxemi, koordinatları və dəqiq ölçüləri göstərilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından həmin torpaq sahəsinin naturadakı yeri ilə sənəd üzrə yerinin üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. Kürdəmir Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 337 saylı Sərəncamı ilə "xxxx" X14 istifadəsinə ayrılmış cəmi 90 ha torpaq sahəsinə və Kürdəmir rayonu, Çöl-Qubalı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı ilə "xxxx" X14 icarəsinə verilmiş 90 ha torpaq sahəsinə aid təqdim edilmiş sənədlərdə ayrılmış torpaq sahəsinin sxemi, koordinatları və dəqiq ölçüləri göstərilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından həmin torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. Məlumat üçün bildirilir ki, mübahisəli torpaq sahəsi 89,24 ha olmaqla naturada cavabdeh tərəfindən istifadə edilir. Həmin torpaq sahəsinin 86,75 ha hissəsi bələdiyyə mülkiyyətinə, 2,49 ha hissəsi dövlət mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələridir. İş materiallarında olan X4 xx.xx.2020-ci il tarixli, 281 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Kürdəmir rayonu, Ərəbqubalı kəndində yerləşən Həbibov Ötərxan Babaş oğlunun (İntiqam X14) istifadə etdiyi 90 ha torpaq sahəsinin Ərəbqubalı bələdiyyəsinin mülkyyətində olan və ümumi istifadə üçün nəzərdə tutulan örüş təyinatlı torpaq sahəsinin olduğu müəyyən edilir. Məhkəmənin 09 mart 2021-ci il tarixdə keçirilən iclasında mütəxəssis qismində dindirilmiş X24 izahatında bildirmişdir ki, o, uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində, bundan əvvəl isə ləğv olunmuş Dövlət Torpaq və Xərtiçəkmə Komitəsinin Yerquruluşu, layihə və tədqiqat i darəsində işləmiş və kəndlərin xəritələri ilə məşğul olmuşdur. 4 il həmin ərazinin mühəndisi işləmişdir və həmin ərazilərin elektron xəritələri onda vardır. Bələdiyyənin müraciəti əsasında, ərazi GPS qurğuları vasitəsilə ölçülmüşdür. Ərəbqubalı kəndinin xəritəsində həmin torpaq sahəsi kəndin ümumi istifadəsi üçün nəzərdə tutulmuş örüş torpaq sahəsi kimi qeyd olunmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, üçüncü şəxs Həbibov Ötərxan Babaş oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsinə dair çıxarışdan görünür ki, “İntiqam X21” MMC xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır, hüquqi ünvanı Abşeron rayonu, Saray ŞTQ, qanuni təmsilçisi X5r. İş materiallarında olan 19 fevral 2025-ci il tarixli Kürdəmir rayonunun Sığırlı bələdiyyəsinin ilk iclasının 1 saylı protokolundan görünür ki, X2 rayonunun Sığırlı bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. İş materiallarında olan 30 aprel 2025-ci il tarixli Kürdəmir rayonunun Sığırlı bələdiyyəsinin ilk iclasının 2 saylı protokolundan görünür ki, Kürdəmir rayonunun Sığırlı bələdiyyəsi iclas keçirərək Kürdəmir rayonunun keçmiş Ərəbqubalı bələdiyyəsinin (indiki Sığırlı bələdiyyəsi) cavabdeh "xxxx" X21 MMC-yə və "xxxx" X21 MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi və əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması barədə Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə iddia ərizəsindən imtina olunmasını qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli Şirvan Kommersiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli, e-2- 2(121)-39/2021 saylı qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 2020-ci il 12 noyabr tarixli, **********85 saylı məktubuna əlavə edilmiş 2020-ci il 10 noyabr tarixli, 11/222 saylı mütəxəssis rəyində, həmçinin 2020-ci il 30 dekabr tarixli, 10/2337 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin 1996-cı il 28 noyabr tarixli, 337 saylı Sərəncamı ilə Təsərrüfatın istifadəsinə ayrılmış cəmi 90 ha torpaq sahəsinə aid təqdim edilmiş sənədlərdə ayrılmış torpaq sahəsinin sxemi, koordinatları və dəqiq ölçüləri göstərilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından həmin torpaq sahəsinin naturadakı yeri ilə sənəd üzrə yerinin üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Kürdəmir rayonu, Çölqubalı Bələdiyyəsinin 2004-cü il 25 avqust tarixli, 06 saylı qərarı ilə Təsərrüfatın icarəsinə verilmiş 90 ha torpaq sahəsinə aid təqdim edilmiş sənədlərdə ayrılmış torpaq sahəsinin sxemi, koordinatları və dəqiq ölçüləri göstərilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından həmin torpaq sahəsinin naturadakı yeri ilə sənəd üzrə yerinin üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Kürdəmir Rayon İcra Hakimiyyətinin 1996-cı il 28 noyabr tarixli, 337 saylı Sərəncamı ilə Təsərrüfatın istifadəsinə ayrılmış cəmi 90 ha torpaq sahəsinə və Kürdəmir rayonu, Çölqubalı Bələdiyyəsinin 2004-cü il 25 avqust tarixli, 06 saylı qərarı ilə Təsərrüfatın icarəsinə verilmiş 90 ha torpaq sahəsinə aid təqdim edilmiş sənədlərdə ayrılmış torpaq sahəsinin sxemi, koordinatları və dəqiq ölçüləri göstərilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından həmin torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyində məlumat üçün bildirilmişdir ki, mübahisəli torpaq sahəsi 89,24 ha olmaqla naturada cavabdeh tərəfindən istifadə edilir. Həmin torpaq sahəsinin 86,75 ha hissəsi bələdiyyə mülkiyyətinə, 2,49 ha hissəsi dövlət mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələridir (iş.v186, 195). X4 2020-ci il 28 iyul tarixli, 281 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Kürdəmir rayonu, Ərəbqubalı kəndində yerləşən Ö.Həbibovun (Təsərrüfatının) istifadə etdiyi 90 ha torpaq sahəsinin Ərəbqubalı bələdiyyəsinin mülkyyətində olan və ümumi istifadə üçün nəzərdə tutulan örüş təyinatlı torpaq sahəsinin olduğu müəyyən edilmişdir (iş.v-206). Mülki işin apellyasiya instansiyasında ikinci baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli 10/9638 saylı rəyinə əsasən: Qərardadın birinci, ikinci,üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-4973/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 28 noyabr 1996-cı il tarixli, 337 nömrəli sərəncamı ilə "xxxx" X14 istifadəsinə ayrılmış 90 ha torpaq sahəsi ilə bağlı həmçinin Kürdəmir rayonu Çölqubalı bələdiyyəsinin 25 avqust 2004-cü tarixli 06 saylı icarə müqaviləsi ilə Həbibov Ötərxan Babaş oğluna icarəyə verilmiş ha torpaq sahəsi koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığından torpaq sahəsinin yerləşdiyi ərazini təyin etmək və ümumi istifadədə olan örüş təyinatlı torpaq sahəsi olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı iddiaçının naturada göstərdiyi cavabdehin faktiki istifadə etdiyini bildirdiyi 89.24 ha kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı torpaq sahəsinin 86.75 ha hissəsi Ərəbqubalı bələdiyyəsinin mülkiyyətinə, 2.49 ha hissəsi isə dövlət mülkiyyətinə (qış otlaq sahəsi) aiddir. İdarənin elektron baza məlumatlarında torpaq sahəsinin ümumi istifadədə olması ilə bağlı və bələdiyyənin ehtiyat fondu olması ilə bağlı hər hansı məlumat aşkar olunmamışdır. İdarənin elektron baza məlumatlarında mövcud olan, 2003-cü ildə tərtib edilmiş Kürdəmir rayonu Ərəbqubalı kəndi Əzizbəyov təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DVJ) iddiaçının naturada göstərdiyi cavabdehin faktiki istifadə etdiyini bildirdiyi 89.24 ha torpaq sahəsinin 86.75 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir. 89.24 ha torpaq sahəsinin 2.49 ha hissəsi isə təsərrüfat sərhədlərindən kənarda yerləşməklə kənd təsərrüfatı təyinatlı örüş uqodiyalı, qış otlaq sahəsidir. Əlavə olaraq bildirilir ki, baxış zamanı iddiaçının naturada göstərdiyi 89.24 torpaq sahəsindən cavabdeh tərəfindən faktiki istifadə edildiyini bildirimiş, həmçinin 89.24 torpaq sahəsinin Kürdəmir rayonu Çölqubalı kənd ərazi vahidi sərhədləri daxilində yerləşən 86.75 ha Ərəbqubalı bələdiyyəsinin mülkiyyətinə aid hissəsində cavabdehə məxsus tikili (çoban evi) və yardımçı tikililərin (tövlələr) də mövcud olduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Göründüyü kimi 06 yanvar 2025-ci il tarixli 10/9638 saylı rəyi ilə baxış zamanı iddiaçının naturada göstərdiyi cavabdehin faktiki istifadə etdiyini bildirdiyi 89.24 ha kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı torpaq sahəsinin 86.75 ha hissəsi Ərəbqubalı bələdiyyəsinin mülkiyyətinə, 2.49 ha hissəsi isə dövlət mülkiyyətinə (qış otlaq sahəsi) aid olduğu göstərilmişdir. İdarənin elektron baza məlumatlarında mövcud olan, 2003-cü ildə tərtib edilmiş Kürdəmir rayonu Ərəbqubalı kəndi Əzizbəyov təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DVJ) iddiaçının naturada göstərdiyi cavabdehin faktiki istifadə etdiyini bildirdiyi 89.24 ha torpaq sahəsinin 86.75 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir. 89.24 ha torpaq sahəsinin 2.49 ha hissəsi isə təsərrüfat sərhədlərindən kənarda yerləşməklə kənd təsərrüfatı təyinatlı örüş uqodiyalı, qış otlaq sahəsidir. Müəyyən edilir ki, cavabdehin vatilə icarəsinə verilmiş torpaq sahəsi iddia tələbində göstərildiyi kimi 90 ha deyil, 86.75 hektardır. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh “İntiqam X21” MMC-nin nümayəndəsi X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli e-2-2(121)-39/2021 saylı qətnaməsi cavabdehlər "xxxx" X21 və “Ötərxan X21” MMC-nin əmlakları ilə birlikdə 90 hektar torpaq sahəsindən çıxarılmaları hissəsində dəyişdirilərək cavabdehlər "xxxx" X21 və “Ötərxan X21” MMC əmlakları ilə birlikdə Sığırlı (keçmiş Ərəbqubalı) bələdiyyəsinin mülkiyyətində olan 86.75 hektar torpaq sahəsindən çıxarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Mülki Prоsessuаl Məcəllənin 384.0.3-cü mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsini dəyişdirə bilər. Bundan başqa Kollegiya iddiaçının iddiadan imtinası və iş üzrə icraata xitam verilməsi ilə bağlı da aşağıdakıları qeyd edir. Belə ki, işə apellyasiya qaydasında baxılarkən, iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli protokol-ərizə təqdim edərək Kürdəmir rayonunun Sığırlı bələdiyyəsi iclas keçirərək Kürdəmir rayonunun keçmiş Ərəbqubalı bələdiyyəsinin (indiki Sığırlı bələdiyyəsi) cavabdeh "xxxx" X21 MMC-yə və "xxxx" X21 MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi və əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması barədə Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə iddia ərizəsindən imtina olunmasını qərara alındığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X16 göstərmişlər ki, Çölqubalı və Ərəbqubalı kəndində yaşayırlar. Qeyd etmişlər ki, bələdiyyəyə məxsus olan 90 ha örüş torpaq sahəsi X15 tərəfindən istifadə edilir. Onlara məxsus mal-qaranın örüşü üçün nəzərdə tutulmuş otlaq sahələrinə mallarını ötürə bilmirlər. Çünki, X15 buna imkan vermir. Onların mal-qarasının otarılmasına maneçilik yaradılır. Buna görə də təxminən 2017-ci ildə kənd camaatı adından Göyçay regional Ədliyyə İdarəsinə müraciət etmişlər. Hazırda da 21 aprel 2025-ci il tarixdə yeni seçilmiş Sığırlı bələdiyyəsinin sədri X13 təxminən 90-dan çox kənd sakinləri adından müraciət edərək əvvəlki Bələdiyyənin iddiasının müdafiə etməsini və cavabdehin zəbt etdiyi ərazidən çıxarılmasını xahiş etmişlər. Bütün bu məsələlərdən bələdiyyənin xəbəri var. Bələdiyyənin iddiadan imtinasının qəbul edilməməsini xahiş etmişlər. Məhkəmə Kollegiyası hesab etmişdir ki, iddiaçının iddiadan imtinası qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 47-ci və 52.1-ci. maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. Göründüyü kimi MPM-nin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X16 bildirmişlər ki, iddiaçının iddiadan imtina etməsi onların maraqlarına toxunur. Həmçinin işə əlavə edilmiş Sığırlı bələdiyyəsinə aid olan kənd sakinlərinin şikayət ərizəsindən görünür ki, 94 nəfər kənd sakinləri bələdiyyəyə ərizə ünvanlayaraq iddianın müdafiə edilməsini xahiş etməklə, dolayısı ilə iddiaçının iddiadan imtina etməməsini onun diqqətinə çatdırmışlar. Göründüyü kimi iddiaçı ictimai maraqlardan çıxış etməyərək Sığırlı bələdiyyəsinə daxil olan rayonun Sığırlı, Ərəbqubalı, Çölqubalı və Məhərrəmli kəndlərinin sakinlərinin iradəsinə və maraqlarına zidd olaraq iddiadan imtina etmək istəmişdir. Kollegiya qeyd edir ki, belə olan halda iddiaçının iddiadan imtinası qəbul edilə bilməz və qəbul edilməməlidir. Buna görə də Kollegiya işə mahiyyəti üzrə baxmağa davam etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu və mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh “İntiqam X21” MMC-nin nümayəndəsi X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli e-2-2(121)-39/2021 saylı qətnaməsi cavabdehlər "xxxx" X21 və “Ötərxan X21” MMC-nin əmlakları ilə birlikdə 90 hektar torpaq sahəsindən çıxarılmaları hissəsində dəyişdirilsin və cavabdehlər "xxxx" X21 və “Ötərxan X21” MMC əmlakları ilə birlikdə Sığırlı (keçmiş Ərəbqubalı) bələdiyyəsinin mülkiyyətində olan 86.75 hektar (Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli 10/9638 saylı rəyinə uyğun) torpaq sahəsindən çıxarılsınlar. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının dəyərini təşkil edən 100 manat ekspertiza xərci Cavabdeh “İntiqam X21” MMC-dən alınaraq dövlət büdcəsinə Az.MEM, VÖİN **********, X8, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar