Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-13/2024 26.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X10 Əsədov (sədrlik edən və məruzəçi), X6 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X9, Cavabdeh-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Şirvan Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh-nin apellyasiya şikayəti əsasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin cavabdeh İddiaçı MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxmışdır. İşinhalları İddiaçı MMC 17 sentyabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış, "xxxx" Konservləşdirilmiş Şirələr və X14 Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir. Cavabdeh Latviya Respublikasında xx.xx.1994-cü ildən qeydiyyatda olan, Kommersiya registrində xx.xx.2003-cü ildən qeydə alınmış, Latviya Respublikasında fəaliyyət göstərən, təşkilati-hüquqi formasına görə məhdud məsuliyyətli cəmiyyət olan hüquqi şəxsdir. "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak Zavodu MMC (İddiaçı MMC) ilə Cavabdeh arasında çaxır distillyatının alqı-satqısı, yüklənməsi və çatdırılması ilə bağlı 12 aprel 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı (İddiaçı MMC) ən azı 5 il saxlanılmış çaxır distillyatını satmağı, onu nəqliyyat vasitəsinə yükləməyi və çatdırmağı, alıcı (Cavabdeh) isə çaxır distillyatını almağı, ödəməyi və qəbul etməyi öhdəsinə götürmüşdür. 2018-ci il 16 aprel tarixli hesab-fakturaya əsasən, Cavabdeh tərəfindən 2018-ci il 18 aprel tarixdə “X7 və Konyak Zavodu” MMC-yə (hazırda İddiaçı MMC) ilkin olaraq 200.000 avro ödənilmişdir. 2018-ci il 21 may tarixli, 01, 02, 03, 04, 05 və 06 saylı spesifikasiyalarla “X7 və Konyak Zavodu” MMC ("xxxx" MMC) tərəfindən Cavabdeh-yə 77331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 saylı vaqonlarda 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatı göndərilmişdir. Məhsulun QOST 31493 - 2012 standartlarına uyğunluğunun sınaq göstəricilərinə dair 2018-ci il 21 may tarixli, 01, 02, 03, 04, 05, 06 saylı sertifikatlara görə, "xxxx" MMC tərəfindən Cavabdeh-yə göndərilən 6 sistern çaxır distillyatı standartlara uyğundur. Azərbaycan Respublikasının Sanitariya-Karantin Müfəttişliyinin radiasiya nəzarətinin nəticələrinə dair 2018-ci il 21 may tarixli, 001777 saylı rəyə görə, 77331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 saylı vaqonlarda mövcud olan 36.236 d/l həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatı radiasiya təhlükəsizliyi normalarına uyğundur. 2018-ci il 23 may tarixli, 001349 saylı uyğunluq sertifikatına görə “X7 və Konyak Zavodu” MMC ("xxxx" MMC) tərəfindən istehsal edilmiş 36.236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatı QOST 31493 - 2012 standartlarına uyğundur. 239805, 239806, 239807, 239808, 239809 saylı qaimələrin dublikatlarından görünür ki, 2018-ci il 25 may tarixdə Azərbaycanın Gömrük Sərhəddindən "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodu MMC ("xxxx" MMC) tərəfindən göndərilmiş 6 vaqon olmaqla, cəmi 36.236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatı Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən sənədləşdirilmiş, müvafiq gömrük bəyannamələri tərtib edilmişdir. Müəyyən edilir ki, göndərilən mal müvafiq Rusiya ərazisində yoxlamalardan keçmişdir. Belə ki, Moskva şəhəri, ekspert-kriminalistik xidmətinin 2018-ci il 18 iyul tarixli, 12411002/0020788 saylı və 12411002/0020785 saylı, 2018-ci il 19 iyul tarixli, 12411002/0020790 saylı və 12411002/0020791 saylı, 2018-ci il 20 iyul tarixli, 12411002/0020793 saylı və 12411002/0020794 saylı gömrük ekspertlərinin rəylərində qeyd olunmuşdur ki, araşdırılan mal nümunəsi palıd ağacı ilə təmasda olan, tərkibində 63,0±0,2% həcmdə etil spirti olan qida xammalının damıltması nəticəsində əldə edilən bir spirt tərkibli məhsuldur. Mal nümunəsində qeyri-üzüm mənşəli spirtlərin olması aşkar edilmişdir. Mal nümunəsi qida xammalından istifadə edərək hazırlanmışdır. Cavabdeh və İddiaçı MMC, onların bütün dövlət orqan və idarələrində, o cümlədən Federal Gömrük Xidmətində təmsil olunma və s. səlahiyyətlər daxil olmaqla X2 2018-ci il 3 avqust tarixli və 2018-ci il 10 avqust tarixli etibarnamələr verilmişdir. Müəyyən edilir ki, sözügedən məhsulların yoxlanılması zamanı Pskov gömrük idarəsi tərəfindən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 200.2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri üzrə cinayət işinin başlanılması barədə 2018-ci il 3 avqust tarixli, **********3000057 saylı qərar qəbul edilmişdir. Lakin sonra 2019-cu il 25 fevral tarixli qərarla Rusiya Federasiyasının CPM-in 24.1.1-ci maddəsində nəzərdə tutulan əsas üzrə **********3000057 saylı cinayət işinə xitam verilmişdir. Sonra cinayət işinə xitam verilməsi haqqında qərar ləğv edilmiş, daha sonra yenidən 2019-cu il 6 may tarixli qərarla Rusiya Federasiyasının CPM-in 24-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndində nəzərdə tutulan əsas üzrə **********3000057 saylı cinayət işinə xitam verilmişdir. İddiaçı MMC tərəfindən “Oktyabrsk dəmir yolunun “Sebej” dəmir yolu stansiyasına ünvanlanmış 2019-cu il 11 mart tarixli məktubda Beynəlxalq dəmir yolu nəqliyyatı haqqında müqavilənin 15-ci qrafasına növbəti dəyişikliklərin daxil edilməsi xahiş edilmişdir: göndərilmələr № 239804, 239805, 239806, 239807, 239808, 239809, yükün adı: “ən azı 5 il palıd ağacı ilə təmasda olan fermentləşdirilmiş qida xammalının distillə edilməsi nəticəsində alınan spirt tərkibli məhsul, 63%”, MVTSN kodu - 593071, UYN kodu ********. 2019-cu il 10 aprel tarixli yoxlama aktından müəyyən edilir ki, gömrük anbarının və müvəqqəti saxlanma yeri ərazisində 6 ədəd dəmiryol vaqonları (No. 77326585, 77331361, 77331379, 77302644, 77311082, 7732908) yerləşdirilib, müşayiətedici sənədlərə əsasən onların içərisində tərkibi 63% spirt olan çaxır var. Mal tranzit gömrük proseduru keçməsi üçün gömrük bəyannamələrində sifariş edilib: 19LV**********6195, 19LV**********6300, 19LV**********6070, 19LV**********6096, 19LV**********6088, 19LV**********7553, tranzit 2019cu il 9 aprel gömrük müəssisənin vaxtında bağlanmamış və gömrük anbarında uçota götürülməmişdir. "xxxx" MMC-nin direktoru Malakov V. tərəfindən izahat alınıb: verilən məlumata əsasən, malın müvəqqəti saxlanma yerində və gömrük anbarında uçota götürülməsi mümkün deyil, çünki müəssisənin tapşırığı kifayət eləmir, onun artırılması isə yubanır, o cümlədən texniki yükün yerini dəyişmək mümkün deyil və müvafiq olaraq, növbəti gömrük prosedurunu tətbiq etmək mümkün deyil (yəni, layihə və fakturalar hazırlanmalıdır). Yoxlama zamanı No. 77326585 saylı sistern, K6657354 və FTS No. 15 ******* saylı dəmiryolu plombu zədələnmədən açılmışdır, malın, müşayiətedici sənədlərlə uyğunlaşmasını yoxlamaq üçün d/y sisterndən malın nümunələri götürülmüşdür, həmin nümunələr 01 saylı, 2018-ci il 21 may tarixli hesab-fakturada qeyd edilən malın nümunələridir. Məhsul 5 ildir ki, oduncaqla reaksiyadadır, 63% nümunələri "xxxx" MMC-nin işçisi Şahmar Hüseynov vəzifəli şəxslərin iştirakı ilə götürmüşdür, nümunələrə gömrük təminatı qoyulub No. MA-55311, MA-55312, MA- 55313. Yekun nümunə No. 55313 saxlanması üçün "xxxx" MMC-nin saxlanmasına verilib. Nümunələr laboratoriyada, testdən keçəndən sonra nəticələr elan olunacaqdır, baxış zamanı pozulmayan təminatlar aşkar edildi, d/y yoxlama zamanı 77326585 saylı sisternə AD652123 plombu, 77331361 saylı sisternə AD652127 plombu, 77331379 saylı sisternə AD652144 plombu, 77302644 saylı sisternə AD652125 plombu, 77311082 saylı sisternə AD652126 plombu, ******* saylı sisternə AD652124 plombu vurulub, yoxlama zamanı ərazi və dəmir yol sisternlərinin şəkilləri çəkilmişdir. Müəyyən edilir ki, Azərbaycandan gələn məhsulların daşınması ilə bağlı Cavabdeh ilə "xxxx" MMC arasında razılaşma olmuşdur. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış gömrük anbarı və ekspeditor xidmətlərinin göstərilməsinə dair 2012-ci il 1 noyabr tarixli, A0112-043 saylı müqaviləyə əsasən, yük sahibi yüklərin anbara qəbulu və orada saxlanılması, müşayətedici və yüklərin qəbulu, saxlanılması və göndərilməsi üçün digər zəruri sənədlərin tərtib edilməsi, yükləmə və yükboşaltma işlərinin görülməsi, beynəlxalq daşımalarda yükdaşıma xidmətləri və ekspeditor xidməti və nəqliyyat xidmətlərini həvalə edir və haqqını ödəməyi öhdəsinə götürür, anbar sahibi isə onları həmin xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə, yük sahibi yükləri anbara göndərməzdən əvvəl, yük sahibinə anbar sahibindən müəyyən yükü gömrük anbarına qəbul etmək imkanı barədə təsdiq almalıdır. Əks halda, anbar sahibi mümkün boşdayanma və yükü anbara vaxtında qəbul edə bilməməsi səbəbindən yük sahibinin əlavə xərcləri üçün məsuliyyət daşımır. Müqavilənin 3.1-ci bəndinə görə, anbar sahibi yük sahibinin təqdim etməli olduğu bütün lazımi məlumatı və sənədləri aldıqdan sonra, gömrük nəzarəti altında daxil olmaqla yükü saxlama üçün anbara qəbul edir. 2016-cı il 6 dekabr tarixli, İ 04-03/16-05 saylı gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, "xxxx" MMC ilə “Yük sahibi” olaraq təmsil edilən SİA “Rolands” arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, yük sahibi yüklərin anbara qəbulu və orada saxlanılması, müşayiətedici və yüklərin qəbulu, saxlanılması və göndərilməsi üçün digər zəruri sənədlərin tərtib edilməsi, yükləmə və yükboşaltma işlərinin görülməsi, beynəlxalq daşımalarda yükdaşıma xidmətləri və ekspeditor xidməti, hazırkı müqavilə üzrə bütün xidmətlər Latviya Respublikasının normativ aktlarına, beynəlxalq daşıma halında isə müvafiq xidmətlərin göstərilməsini tənzimləyən beynəlxalq normativ aktlara uyğun olaraq göstərilir, yük sahibinin tapşırığı ilə və tərəflərcə razılaşdırılmış haqq müqabilində öz adından və ya yük sahibi adından anbar sahibi üçüncü şəxslərdə əlavə xidmətlərin göstərilməsinə dair müqavilələr bağlamaq hüququna sahibdir: sığorta, yükün vəziyyəti və keyfiyyətinin yoxlanılması, yükləmə və yükboşaltma, saxlanılma, gömrük rəsmiləşdirilməsi və s. xidmətləri həvalə edir və haqqını ödəməyi öhdəsinə götürür və anbar sahibi isə onları göstərməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə "xxxx" MMC arasında 2015-ci il 1 noyabr tarixli, 092-AT/OB nəqliyyatekspedisiya müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, icraçı sifarişçinin tapşırığı ilə beynəlxalq nəqliyyatda dəmir yolu, avtomobil və dəniz nəqliyyatı ilə yüklərin daşınması zamanı ödəniş müqabilində nəqliyyat- ekspedisiya xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, icraçı sifarişçinin tapşırığı ilə daşıyıcılarla müəyyən olunmuş qaydada sifarişçi ilə sifarişçinin yüklərinin daşınması, boşaldılıb yüklənməsini razılaşdırır. Müqavilənin 2.2.2-ci bəndinə görə, sifarişçi icraçının hazırkı müqaviləyə əlavə olunan əlavələrdə qeyd olunan razılaşdırılmış tariflərlə və razılaşdırılmış müddətdə yüklərin daşınmasının təşkilini və nəqliyyat-ekspedisiyası üzrə xidmətlərini və xərclərini ödəyir. "xxxx" SC tərəfindən "xxxx" SİA-ya ünvanlanan 2020-ci il 28 fevral tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, 2015-ci il 1 noyabr tarixdə "xxxx" SİA ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında 092-AT/OB saylı nəqliyyat-ekspedisiya müqaviləsi bağlanmış, ona əsasən icraçının tapşırığı ilə beynəlxalq nəqliyyatda dəmir yolu, avtomobil və dəniz nəqliyyatı ilə yüklərin daşınması zamanı ödəniş müqabilində nəqliyyat-ekspedisiya xidmətləri göstərməyi öhdəsinə götürür. Məktubda bağlanmış müqavilənin müddəaları əsas gətirilərək, 11.112.471,09 rubl məbləğini 7 təqvim günü ərzində ödənilməsi xahiş edilmiş, göstərilən vaxta qədər tələb təmin olunmazsa qeyd olunan məbləğin tutulması üçün zaminin olduğu yer üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "xxxx" MMC-nin Cavabdeh-yə ünvanladığı 2020-ci il 25 mart tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, 2018-ci il 16 may tarixində işlənilməmiş şərab distillatının 2018-ci ilin may ayında Azərbaycan dəmir yolu İmişli- Latviya dəmir yolu marşurutu ilə daşınmasına dair 1 saylı sifariş razılaşdırılmışdır. Rusiya Federasiyasının ərazisində yüklü vaqonun d/y tarifinin ödəyicisi "xxxx" MMC-nin olması razılaşdırılmışdır. "xxxx" MMC sifarişçi qarşısında tarifin tam ödənilməsinə dair öz öhdəliklərini yerinə yetirmişdir. 777331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 saylı vaqonlar 2018-ci il 26 may tarixində Azərbaycan dəmir yolu İmişli yükləmə stansiyasından Riqa-Preçu təyinat yerinə göndərilmişdir. 2018-ci il 10 iyun, 2018-ci il 12 iyun və 2018-ci il 13 iyun yollanması icraçı tərəfindən həyata keçirilən vaqonlar Oktyabrsk dəmir yolunun Sebej keçid stansiyası sərhəd postunda olarkən Pskov gömrüyünün göstərişi ilə yoxlanış üçün açılmış, 2018-ci il 10 iyun tarixdən 2018-ci il 9 avqust tarixədək dövrdə daşınan yükün gömrük yoxlanışı aparılmışdır. 2018-ci il 10 avqust tarixdən 2019-cu il 25 fevral tarixədək dövrdə yüklü vaqonlar **********3000057 saylı cinayət işi çərçivəsində müsadirə edilmişdir. 2019-cu il 19 mart tarixində cinayət işinin bağlanması ilə əlaqədar yüklü vaqonlar buraxılmış və daşıyıcı tərəfindən sərhəd stansiyasından təyinat stansiyasına istiqamətləndirilmişdir. Bütün bu göstərilən müddət ərzində vaqonlar ümumi istifadə olunan yollarda olmuşdur. Vaqonların ümumi istifadə olunan yollarda qaldığı vaxt ərzində "xxxx" MMC "xxxx" MMC-yə vaqonların boşdayanmasına görə 160.000 avro məbləğində pretenziya təqdim etmişdir. Bundan başqa "xxxx" MMC ilə Cavabdeh arasında , gömrük anbarı və ekspeditor xidmətlərinin göstərilməsinə dair 2005-ci il 2 may tarixli, TL01 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, malların sahibi xidmətlərin haqqını ödəməyi, anbar sahibi isə yüklərin qəbulu və saxlanılması, yüklərə aid müşayətedici sənədlərin, habelə yüklərin qəbulu, saxlanılması və göndərilməsi üçün bütün zəruri sənədlərin tərtib edilməsi, yükləmə-boşaltma işlərinin həyata keçirilməsi, beynəlxalq nəqliyyatda malların daşınması və ekspedisiya xidmətləri və nəqliyyat xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. Bundan başqa, Cavabdeh ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında şərab/konyak spirtinin tədarükü və satışı haqqında 2015-ci il 5 yanvar tarixli niyyət razılaşması əldə edilmişdir. Razılaşmaya görə Cavabdeh şərab/konyak spirtini tədarük etməyi və satmağı, "xxxx" Səhmdar Cəmiyyəti isə malları qəbul etməyi və almağı öhdələrinə götürmüşlər. Cavabdeh ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında bağlanmış 2018-ci il 7 iyun tarixli, 013-18 saylı tədarük müqaviləsinə əsasən əsasən, satıcı alıcının sifarişi ilə əvvəlcədən razılaşdırılmış həcmdə və hazırkı müqavilənin müddəalarına müvafiq olaraq Azərbaycan mənşəli şərab spirtini alıcıya satır, alıcı isə hazırkı müqavilə ilə müəyyən olunmuş qaydada aldığı malların haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 2018-ci il 7 iyun tarixli əlavədən görünür ki, tərəflər 1 litri 31,5 avro olmaqla, 22.828,7 dekalitr miqdarında Azərbaycan mənşəli şərab spirtinin təhvil verilməsinə dair razılığa gəlmişlər. Cavabdeh ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında bağlanmış 2019-cu il 22 avqust tarixli, LB-2019/08/008 saylı tədarük müqaviləsinə əsasən satıcı alıcının sifarişinə əsasən əvvəlcədən razılaşdırılmış miqdarda və hazırki müqavilənin müddəaları ilə müvafiq olaraq Azərbaycan mənşəli şərab distilləsini alıcıya satır, alıcı isə aldığı malların haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, tərəflər Azərbaycan mənşəli şərab distilləsinin 1 litri 24,70 avro olmaqla, 4.014 dekalitrinin 2019- cu ilin sentyabr ayında, 1 litri 23,40 avro olmaqla, 11.415 dekalitrini 2019-cu ilin oktyabr-noyabr aylarında təhvil verilməsinə dair razılığa gəlmişlər. 2020-ci il 4 avqust tarixli, RS000000027 saylı və 2020-ci il 5 avqust tarixli RS000000028 saylı qarşılıqlı hesablaşmalar aktlarından görünür ki, Cavabdeh ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında 2020-ci il 4 avqust tarixli, RS000000027 saylı akt üzrə borc məbləği 44.266,75 avro və 2020-ci il 5 avqust tarixli RS000000028 saylı akt üzrə isə 60.184,96 avro təşkil etmişdir. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış hüquq-konsaltinq xidmətlərinin göstərilməsinə dair 2018-ci il 10 avqust tarixli, 08/02/18-LV saylı müqaviləsinə əsasən, icraçı sifarişçiyə hüquq-konsaltinq xidmətləri göstərməyi, sifarişçi isə göstərilmiş xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür. "xxxx" SİA (zamin), "xxxx" SİA (borclu) və "xxxx" ASC (kreditor) ilə arasında bağlanmış 2018-ci il 30 avqust tarixli zaminlik müqaviləsinə əsasən 092-AT-OB saylı 2015-ci il 1 noyabr tarixli, 064-AT/OPT saylı 2018-ci il 15 may tarixli nəqliyyat ekspedisiyası haqqında müqavilələr üzrə həm hazırkı zaminlik müqaviləsi imzalananadək yaranan və hazırkı zaminlik müqaviləsi bağlandıqdan sonra yaranacaq bütün öhdəliklərini yerinə yetirməsinə görə kreditorun qarşısında cavab verməyi öhdəsinə götürmüşdür. Zamin 092-AT-OB saylı, 2015-ci il 1 noyabr tarixli və 064-AT/OPT saylı, 2018-ci il 15 may tarixli nəqliyyat ekspedisiyası müqavilələri üzrə sənədləşdirilmiş zərərlərin kompensasiyası daxil olmaqla borclu ilə eyni miqdarda kreditor qarşısında məsuliyyət daşıyır. Zamin borclunun öhdəliklərinin icrası üçün öz öhdəlikləri kimi məsuliyyət daşıyır. 2019-cu il 3 may tarixli, aksiz vergisinin ümumi təmin edilməsi üçün 1531838GİM19001 saylı kredit təşkilatının zaminliyinə dair sənədə görə aksiz vergisinin ümumi təmin edilməsi üçün “Citadele Bank” SC tərəfindən "xxxx" MMC-yə 380.000 avro sığorta zəmanəti təminatı verilmişdir. İddiaçı MMC-nin 2019-cu il 14 avqust tarixli, 34/19 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, İmişli rayonu, Telestudiya küçəsi, ev 38 saylı ünvanında yerləşən köhnə adı "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak Zavodu MMC, yeni adı İddiaçı MMC olan zavoddan 2-2018 saylı, 2018-ci il 12 aprel tarixli müqaviləyə əsasən, 2018-ci il 25 may tarixdə Azərbaycan Respublikasının İmişli rayonundan Latviya Respublikasının Cavabdeh şirkətinə 77331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 nömrəli 6 sistern, müddəti 5 (beş) il olan distillə şərabı göndərilmişdir. Vaqonların ümumi çəkisi 36.236 dekalitr olmaqla dəyəri 561.658 avro təşkil edir. Müqavilənin 3.2-ci bəndində qeyd edildiyi kimi, 2018-ci il 18 aprel tarixdə zavodun "xxxx" ASC-də olan avro hesabına 200.000 avro avans ödənilmişdir. Lakin müqavilənin eyni bəndində qeyd edilən qalıq məbləğin, yəni 361.658 avro gedən malın anbara daxil olduğu tarixdən 3 ay sonra ödənilməli olsa da, 2019-cu il 14 avqust tarixə kimi ödənilməmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış pretenziya məktubunda (məktub 2019-cu il 8 may tarixdə e-mail vasitəsilə göndərilmişdir) qeyd olunur ki, satıcının tədarük şərtlərinə əməl etməməsi nəticəsində alıcıya 617.731 avro məbləğində zərər dəymişdir. Həmin məbləğin, həmçinin 200.000 avro avans ödənişinin pretenziyanın alındığı andan 7 gün ərzində tam həcmdə qaytarılması, eləcə də malın alıcının ərazisindən götürülməsi və malın satıcıya qaytarılması ilə əlaqədar bütün xərclərin ödənilməsi tələb edilmiş, əks halda Azərbaycan Respublikasının və Latviyanın hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi, məhkəmə icraçıları vasitəsilə malın saxlanılması ilə əlaqədar xərclərin və zərərlərin azaldılması hesabına malı satmaq məcburiyyətində qalacaqları barədə İddiaçı MMC məlumatlandırılmışdır. Pretenziya məktubuna İddiaçı MMC tərəfindən 2019-cu il 9 may tarixdə email vasitəsilə verilmiş cavab məktubunda, məktubda göstərilən məbləğin ödənilməyəcəyi, müqavilədə nəzərdə tutulmuş öhdəliklərin tam şəkildə yerinə yetirildiyi, malın vaxtında göndərildiyi, Samura qədər çatdıırlma şərtlərinin yerinə yetirildiyi, malın onlar tərəfindən gecikdirilmədiyi bildirilmiş, bu səbəbdən göndərilmiş mala görə pul vəsaitlərinin tam məbləğdə qaytarılması Cavabdeh-dən tələb edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh-yə ünvanlanan 2019-cu il 2 avqust tarixli pretenziya məktubunda qeyd olunur ki, "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak Zavodu MMC ilə Cavabdeh arasında bağlanmış 2018-ci il 12 aprel tarixli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, satıcı 5 illik üzüm çaxırının emal olunmamış distilləsini alıcıya satmağı, nəqliyyat vasitələrinə yükləməyı və alıcıya çatdırmağı, alcı isə həmin malları almağı, dəyərini ödəməyi və qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən, malın hər 1 litri üçün nəzərdə tutulmuş qiymət 1,55 avro təşkil edir. Müqavilədə nəzərdə tutulmuş malların ümumi dəyəri 564.200 avro təşkil edir. Alıcı malların ümumi dəyərindən 200.000 avro məbləğində hissəsini dərhal ödəməyi öhdəsinə götürmüşdür. Qalan məbləğ isə malların alıcı tərəfindən qəbul edilməsindən sonra 3 ay müddətində ödəniləcəkdir. Qeyd olunan müqavilə üzrə öhdəliklər tərəflərindən tam icra olunmuş, mallar təhvil verilmişdir. Lakin müqavilə üzrə şərtlər icra edilməmiş, malların dəyəri tam olaraq ödənilməmişdir. 2018-ci il 12 aprel tarixli müqavilə üzrə yaranmış 364.200 avro məbləğində pulun ödənilməsinin təmin edilməsi, əks halda əsas borcun tutulması, ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar olunmuşdur. Cavabdeh tərəfindən "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak Zavodu MMC-yə (İddiaçı MMC-yə) ünvanlanmış 2019-cu il 22 iyul tarixli pretenziya məktubunda qeyd edilir ki, satıcı malın keyfiyyəti üzrə müqavilə şərtlərini pozmuşdur. 2-2018 saylı müqavilənin 4.1-ci bəndini rəhbər tutaraq, Satıcı Alıcıya QOST (dövlət standartları) 31493-2012 “Şərab distillatı. Texniki şərtlər” keyfiyyətinə uyğun mal tədarük etməli idi. Tədarük edilən Mal daha əvvəl təqdim olunmuş nümunələrə və sertifikatlara uyğun olmalıdır. Müqavilənin 4.2-ci bəndinə əsasən, faktiki olaraq, malın keyfiyyətinin elan edilmiş sənədlərə uyğunsuzluğu qeyd edilmişdir. X15 keyfiyyətini təsdiq edən sənədlər təqdim etməli idi. Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən aparılan ekspertiza zamanı satıcı tərəfindən təqdim olunmuş sənədlərin (sertifikatların) Alıcıya tədarük edilən mallara uyğunsuzluğu barədə qeyd edilmişdir. Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən alınan Satıcının mal sənədlərinin nəticələrinə görə, eləcə də malın müstəqil ekspertizasına əsasən Alıcı nəticəyə gəlir ki, malın keyfiyyətini təsdiq edən sənədlər saxtalaşdırma xarakteri daşıyır. Malın keyfiyyətini təsdiq edən sənədlərin saxtalaşdırılmasının təsdiqi olaraq, Satıcı Alıcıya əvvəlcə reallığa uyğun olmayan sertifikatlar təqdim etmişdir. Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən aparılan malın ekspertiza faktı ilə X15 keyfiyyətinə dair 2-2018 saylı, 2018-ci il 12 aprel tarixli müqavilənin elan edilmiş şərtlərinə uyğun olmayan başqa sertifikat təqdim etmişdir. Satıcı tərəfindən 2-2018 saylı, 2018ci il 12 aprel tarixli müqavilənin əsas şərtlərinin pozulması faktına görə alıcı aşağıdakı itkilərə malikdir: alıcının əsas müştərisinin malı almaqdan imtina etməsi nəticəsində 215.731 avro məbləğində itkilər, Rusiya Federasiyasının ərazisində tranzitə görə 40.000 avro S/N:077 məbləğində itkilər, satıcı tərəfindən alıcının 2018-ci il 17 aprel tarixdə ödədiyi ilkin ödənişdən istifadəsinə görə 12.000 avro (Latviya Respublikasının qanunvericiliyinə əsasən ilkin ödəniş məbləğindən illik 6%) məbləğində itkilər, 160.000 avro məbləğində itkilər - Rusiya Federasiyasının Oktyabrsk dəmir yolu adi (mal) sistemə görə Posin sərhəd stansiyasında (Sebej gömrük postu) hesab təqdim etmişdir, malın 3 il müddətində anbarda saxlanılmasına görə sığorta təminatı (həmin malın Əsas müştəri tərəfindən alınması şərti ilə) olaraq 60.000 avro məbləğində itkilər, vəkil xidmətlərinə görə 130.000 avro məbləğində itkilər, malın Latviya dəmir yollarında dayanması və saxlanılmasına görə 2019-cu il 26 mart tarixdən etibarən günlük 293 avro məbləğində itkilər və itirilmiş mənfəət olmaqla, birbaşa itkilərin yekun məbləği 618.024 avro təşkil edir. Alıcı Satıcıdan ondan malı götürməyi və birbaşa itkilərin yekun məbləğini ödəməyi tələb edir. Satıcı - pretenziyanı aldığı andan 5 gün ərzində alıcının tələblərini yerinə yetirməzsə, alıcı zərərin ödənilməsi üçün malı Latviya Respublikasında auksiona qoymağa məcbur olacaq, o cümlədən alıcı Azərbaycan Respublikasının Prokurorluğuna (Mal keyfiyyətinin müqavilə üzrə sənədlərə uyğunsuzluğu üzrə) və Arbitraj Məhkəməsinə və ya Azərbaycan Respublikasının İqtisadi Məhkəməsinə müraciət etməyə məcbur olacaqdır. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 1110219/1 saylı pretenziyaya cavab məktubunda qeyd olunmuşdur ki, “Posin” dəmiryol stansiyasında gömrük nəzarəti zamanı daşınan mallardan Rusiya Federasiyası gömrük orqanları tərəfindən nümunələr götürülmüşdür. X13 Xidmətinin Mərkəzi Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin nəticələrinə uyğun olaraq, məhsulun palıd ağacı ilə təmas olunan qida xammalı distilləsindən alınana spirt tərkibli məhsul olduğu aşkarlanmışdır. Hal-hazırda Cavabdeh-nin ünvanına daxil olmuş mallar gömrük nəzarəti altındadır. Lazımi gömrük rüsumları və aksizlər ödənildikdən sonra, Latviya gömrükçülərinin nəzarəti altında malların nümunələri toplanaraq, onların uyğunluğunun yoxlanılması üçün əlavə araşdırılmaya göndəriləcəkdir. 2019-cu il 29 oktyabr tarixli irada cavab olaraq Cavabdeh tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2019-cu il 19 dekabr tarixli, 26 saylı məktubdan görünür ki, göndərilmiş məhsulun keyfiyyəti ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması məqsədi ilə birgə prob və nümunələrin seçilməsi və müstəqil Avropa laboratoriyasında malın keyfiyyət ekspertizasının keçirilməsi üçün "xxxx" MMC-nin nümayəndəsinin Riqaya göndərilməsi təklif edilmişdir. 2019-cu il 16 mart, 2019-cu il 2 iyul, 2019-cu il 10 sentyabr, 2019-cu il 2 oktyabr, 2019cu il 30 oktyabr və 2019-cu il 27 noyabr tarixli qaimələrdən görünür ki, müxtəlif həcmlərdə olan Cavabdeh tərəfindən "xxxx" Səhmdar Cəmiyyətinə satılmış Azərbaycan mənşəli, ± 63 %-lik şərab distilləsinin dəyəri ödənilmişdir. Hüquq xidmətlərinə görə Cavabdeh tərəfindən "xxxx" MMC-yə cəmi 57.000 (15.500 + 22.500 + 19.000) avro ödənilmişdir. 2020-ci il 19 avqust tarixli aktlardan (cəmi 6 ədəd) və ödəniş tapşırığından görünür ki, 2020-ci il 7 avqust tarixdə götürülmüş və Cavabdeh tərəfindən İspaniya şirkəti olan “Lüksium Vayns SL” şirkətinə göndərilmiş şərab nümunələri yoxlanılmış və uyğunsuzluq müəyyən edilmişdir. Həmin yoxlamanın həyata keçirilməsi üçün Cavabdeh tərəfindən “Lüksium Vayns SL” şirkətinə 3.184,51 avro ödənilmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh-yə ünvanlanmış 2021-ci il 7 yanvar tarixli məktubda qeyd edilmişdir ki, 14 təqvim günü ərzində 160.000 avro borcu ödəmədiyi halda, müqavilə üzrə gündə 0,5 % (323 gün) cərimə və qanunla müəyyən edilmiş borcun əsas məbləğin illik 6%-i ilə cərimə tətbiq olunacaqdır. 2021-ci il 2 fevral tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına 160.000 avro ödənilmişdir. İlkin iddia üzrə İddiaçı MMC-nin tələbi İddiaçı MMC Cavabdeh-yə qarşı "müqavilə üzrə öhdəliklərin icrasının təmin olunması" tələbinə dair ilkin iddia və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək 12 aprel 2018-ci il tarixli müqavilə üzrə yaranmış 364200 avro məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 36420 avro məbləğində əldən çıxmış faydanın və 31 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı MMC tələbini aşağıdakı kimi əsaslandırmışdır: “X7 və Konyak Zavodu” MMC-nin adı dəyişdirilərək dövlət reyestrində İddiaçı MMC kimi qeyd olunmuşdur. “X7 və Konyak Zavodu” MMC ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, satıcı 5 illik üzüm çaxırının emal olunmamş distilləsini alıcıya satmağı, nəqliyyat vasitələrinə yükləməyi və alıcıya çatdırmağı öhdəsinə götürür. Alıcı isə həmin malları almağı, dəyərini ödəməyi və qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən, malın hər 1 litri üçün nəzərdə tutulmuş qiymət 1.55 avro təşkil edir. Müqavilədə nəzərdə tutulmuş malların ümumi dəyəri 564200 avro təşkil edir. Alıcı malların ümumi dəyərindən 200000 avro məbləğində hissəsini dərhal ödəməyi öhdəsinə götürür. Qalan məbləğ isə malların alıcı tərəfindən qəbul edilməsindən sonra 3 ay müddətində ödəniləcəkdir. Müqavilə üzrə öhdəliklər satıcı tərəfindən tam icra olunmuş, mallar cavabdehə təhvil verilmişdir. Lakin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilməmiş, malların dəyəri tam olaraq onlara ödənilməmişdir. Cavabdehə dəfələrlə müraciət edərək alınmış malın dəyərinin ödənilməsi xahiş olunmuşdir. Lakin cavabdeh onlara ünvanladığı pretenziya ərizəsində bir sıra halları qeyd edərək, malların dəyərinin ödənilməyəcəyini bildirmişdir. İlkin iddiada qeyd edilir ki, cavabdeh pretenziya məktubuna görə, müqavilənin şərtləri İddiaçı MMC tərəfindən pozulmşdur, satılan mala dair keyfiyyət sertifikatı müqavilənin şərtlərinə uyğun deyildir və mallar lazımı keyfiyyətdə olmamışdır. Lakin aralarında imzalanmış 12 aprel 2018-ci tarixli müqaviləyə uyğun olaraq alqı-satqı predmeti olan tərkibindəki spirt səviyyəsi 63% olan və 5 illik üzüm çaxırının emal olunmamış distilləsi keyfiyyət standartlarına uyğun şəkildə cavabdehə təhvil verilmişdir. Belə ki, həmin malların keyfiyyətli olmasına dair 21 may 2018-ci il tarixli sertifikat, 23 may 2018-ci il tarixli sınaq protokolu və forma A keyfiyyət sertifikatı mallarla birlikdə cavabdehə təqdim edilmişdir. Müqavilənin heç bir şərti və bəndi tərəflərindən pozulmamış, müqavilə üzrə öhdəliklər tərəflərindən tam yerinə yetirilmişdir. Bundan əlavə, cavabdeh öz pretenziya müraciətində 618024 avro məbləğində zərərə uğradığını və həmin zərərə görə onların müəssisənin məsuliyyət daşıdığını qeyd etmişdir. Lakin cavabdeh öz tələblərini əsaslandıra bilməmişdir. Belə ki, ilk öncə cavabdeh həmin zərərə uğradığını əsaslandırmalı və buna dair sübutları, dəlilləri onlara təqdim etməlidir. Əgər həmin zərərə uğramaqları təsdiq olunsa belə, bu zərərin məhz onların təqsirli hərəkətlərinin və müqavilə şərtlərinin pozulması nəticəsində əmələ gəlməsini sübut etməlidirlər. Lakin belə sübutlar onlara təqdim edilməmiş və bu barədə məlumat verilməmişdir. Tərəflərindən 12 aprel 2018-ci il tarixli müqavilənin şərtləri pozulmamış, müqavilə üzrə öhdəlikləri yerinə yetirmişlər. Müqaviləyə əsasən malları vaxtında və keyfiyyət standartlarına uyğun olaraq cavabdehə təqdim etmişlər. Əksinə müqavilənin şərtləri cavabdeh tərəfindən tam icra edilməmiş, malların dəyəri tam ödənilməmişdir. Cavabdehə son olaraq 02 avqust 2019-cu il tarixli pretenziya məktubu ilə müraciət olunmuş və müqavilə üzrə öhdəliklərin tam icra olunması, 364200 avro məbləğində pulun ödənilməsi xahiş olunmuşdur. Lakin pretenziya məktubları cavabsız qalmışdır. İddia ərizəsinə əlavə olunmuş sübutlardan müəyyən olunur ki, pretenziya məktubu 12 sentyabr 2019-cu il tarixində cavabdeh tərəfindən qəbul edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin tələbi Cavabdeh İddiaçı MMC-yə qarşı "müqavilənin ləğvi, yetirilmiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ilə, daha sonra qarşılıqlı iddianın dəyişdirilməsi (tələbin həcminin artırılması) barədə iki dəfə müxtəlif tarixlərdə ərizə təqdim edərək yekunda aşağıdakı tələbləri irəli sürmüşdür : 1) İddiaçı MMC-nin Cavabdeh-yə qarşı 12 aprel 2018-ci il tarixli müqavilə üzrə yaranmış 364200 avro məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 36420 avro məbləğində əldən çıxmış faydanın, 31 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə iddiası rədd olunsun; 2) İddiaçı MMC-nin təqsirli hərəkəti nəticəsində Cavabdeh-yə göndərilmiş 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə Cavabdeh-yə dəymiş 160000 avro zərər, 3) İddiaçı MMC-nin keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi nəticəsində Cavabdeh-yə dəymiş 179694.27 avro zərər, 4) Cavabdeh-nin 12 aprel 2018-ci il tarixli 2-2018 nömrəli müqavilə üzrə İddiaçı MMC-yə avans formasında ödədiyi 200000 avro, 5) Cavabdeh-yə məxsus 200000 avronu 2 illik dövr üçün qanunsuz saxladığından illk 5% nəzərə alınmaqla 20000 avro əldən çıxmış fayda, 6) Cavabdeh-nin İspaniyanın “Lüksium Vayns” Şikətində aparılmış laborotoriya tədqiqatına görə ödədiyi 3184.51 avro, 7) içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin 15 avqust 2019-cu il tarixdən - 13 avqust 2020-ci il tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınması, orada saxlanması, mühafizəsi və sair xidmətlərə görə Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş 75351.93 avro, 8) İddiaçı MMC-nin təqsiri nəticəsində "xxxx" SC-nin Cavabdeh-yə malın gecikməsinə görə tətbiq etdiyi cərimə sanksiyasına görə Cavabdeh-nin "xxxx" SC-yə ödədiyi 44266.75 avro, 9) Cavabdeh-nin "xxxx" MMC-yə (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin alkoqollu içkilərin aksiz vergisinin təmin edilməsinə görə ödədiyi sığorta zəmanəti xərcinə görə) ödədiyi 75511.63 avro, 10) Cavabdeh-nin hüquqi yardımla bağlı "xxxx" MMC-yə ödədiyi 62778.92 avro, 11) Cavabdeh-nin iddia ərizəsinə əlavə olunmuş sənədlərin Azərbaycan dilinə tərcüməsinə və notariat qaydasında təsdiq olunmasına ödədiyi 5390.37 avro və həmin sənədlərin poçtla Bakı şəhərinə göndərilməsinə görə ödədiyi 359.28 avro məbləğində pul vəsaitləri cavabdeh İddiaçı MMC-dən alınaraq xeyrinə ödənilsin. Cavabdeh tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı MMC (“Satıcı”) ilə Cavabdeh (“Alıcı”) arasında bağlanmış 12 aprel 2018-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən satıcı 5 illik üzüm çaxırının emal olunmamış distilləsini “Alıcı”ya satmağı, nəqliyyat vasitələrinə yükləməyi və müqavilədə göstərilmiş ünvana çatdırmağı, “Alıcı” isə həmin malları almağı, qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə görə malın hər 1 litrinin qiyməti 1.55 avro, malların ümumi dəyəri 564200 avro təşkil etmişdir. Müqaviləyə görə “Alıcı” malların ümumi dəyərindən 200.000 avro məbləğində hissəsini “Satıcı”ya avans şəkilində ödəmək, qalan məbləği isə mallar tərəfindən qəbul edildikdən sonra 3 ay müddətində “Satıcı”ya ödənilməsi nəzərdə tutulmuşdur. “Alıcı" müqavilə üzrə ilkin ödənişi, 200.000 avronu 16 aprel 2018-ci il tarixdə “Satıcı”ya ödəmiş və 25 may 2018-ci il tarixdə “Satıcı” tərəfindən 6 sistern üzüm distilliyyatı adı altında malı dəmir yolu vasitəsi ilə müqavilə üzrə yükalanın malın çatdırlma ünvanı kimi göstərilmiş Riqa şəhərində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus gömrük anbarına göndərilmişdir. Rusiya Federasiyası sərhəddinədək həmin 6 sisternin daşınması Satıcı tərəfindən icra olunmuş, Rusiya sərhədindən Riqa şəhərində yerləşən yükalanın yerləşdiyi ünvanına həmin 6 sisternin daşınmasını "xxxx" MMC həyata keçirmişdir (əslində həmin yükün daşınması “Alıcı” tərəfindən daşıyıcı şirkəti olan "xxxx" MMC-yə tapşırılmış ("xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli, A0112-43 nömrəli “Gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinə” dair müqaviləyə əsasən) və "xxxx" MMC ilə "xxxx" MMC arasında olan xx.xx.2015-ci il tarixli, 092-AT/OB nömrəli “Nəqliyyat-ekspedisiya” müqaviləsinə əsasən, qeyd olunan yüklərin daşınması "xxxx" MMC tərəfindən icra olunmuş, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Zaminlik” müqaviləsinə əsasən, "xxxx" MMC ilə "xxxx" MMC arasında olan xx.xx.2015-ci il tarixli, 092- AT/OB nömrəli “Nəqliyyat-ekspedisiya” müqaviləsinə görə yaranacaq bütün məsuliyyəti "xxxx" MMC özü zamin olaraq öz üzərinə götürmüşdür və alıcı tərəfindən qeyd olunan yüklə bağlı daşıma haqqı xx.xx.2018-ci il tarixli, *********5 nömrəli qarşılıqlı hesablaşmalar aktına əsasən 35539.90 avro "xxxx" MMC- yə ödənilmişdir). xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə yuxarıda qeyd edilən çaxır distilliyyatı yüklənmiş sisternlər Rusiya Federasiyası gömrük əməkdaşları tərəfindən saxlanmış, malın eyniləşdirilməsi məqsədi ilə 77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərində daşınan mala gömrük baxışı keçirilmişdir (gömrük nəzarəti keçirilməsinin səbəbi onunla izah olunur ki, “xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində Pskov gömrüyünün Posin DYBM-nin gömrük postunda gömrük əməkdaşları tərəfindən Gömrük İttifaqının gömrük sərhədi vasitəsilə Azərbaycan Respublikasından Latviya Respublikasına qanunsuz hərəkət edən 77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərində daşınan malların qeyri- dəqiq gömrük bəyannaməsi” olmuşdur). Rusiya Federasiyası Gömrük Xidmətinin Mərkəzi ekspert-kriminalistik gömrük idarəsi ekspertlərinin 12411002/0020790 nömrəli, xx.xx.2018-ci il tarixli; 12411002/0020791 nömrəli, xx.xx.2018-ci il tarixli; 12411002/0020788 nömrəli, xx.xx.2018-ci il tarixli; 12411002/0020793 nömrəli, xx.xx.2018-ci il tarixli; 12411002/0020794 nömrəli, xx.xx.2018-ci il tarixli; 12411002/0020785 nömrəli, xx.xx.2018-ci il tarixli ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, 77302644, 77311082, 77326585, 77329308, 77331361 və 77331379 nömrəli dəmir yolu sisternlərindən götürülmüş nümunələr üzərində aparılmış ekspertiza tədqiqatı ilə müəyyən olunur ki, həmin sisternlərdəki mal, həmin malları müşayət edən sənədlərdə göstərilənlərə uyğun deyil, “Mal nümunəsində qeyri-üzüm mənşəli spirt olması və qida xammalından hazırlanması aşkar edilmişdir”, yəni həmin malın qeyri-üzüm mənşəli spirt olması təsdiq olunmuşdur. Bu səbəbdən də fakt üzrə Pskov gömrük xidmətində xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 200.2-ci maddəsi ilə **********3000057 №-li cinayət işi başlanmış, xx.xx.2019-cu il tarixdə həmin cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmuş (xx.xx.2019-cu il tarixdə cinayət işinə xitam verilməsi barədə qərar ləğv olunmuş, sonra yenidən istintaq aparılmış və həmin cinayət işinə xx.xx.2019-ci il tarixdə yenidən xitam verilmişdir). xx.xx.2019-cu il tarixdə İddiaçı MMC “Sebej” DYS-ə məktubla müraciət edərək, göndərdiyi malın üzüm spirtindən deyil, qida xammalının distillə edilməsi nəticəsində alınan spirt tərkibli məhsul olmasını təsdiq etmiş və həmin malın əvvəlki kodunu 22089077 (08) dəyişmiş və həmin malın kodu dəyişdirildikdən sonra, dəmir yolu sisternləri Latviya Respublikasına göndərilmiş, xx.xx.2019-cu il tarixdə həmin sisternlər yükalan "xxxx" MMC-nin gömrük anbarına qəbul olunmuş və gömrük nəzarətinə götürülmüş, Latviya Respublikası Dövlət gəlirləri xidmətinin gömrük əməkdaşlarının xx.xx.2019-cu il tarixli 27.21.3-4/91 nömrəli yoxlama aktına əsasən, 6 ədəd (77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli) dəmir yolu sisternlərinin plombları yoxlanıldıqdan sonra, həmin sisternlərin müşayətedici sənədləri ilə sisternlərdə olan malın eyni olmasını müəyyən etmək üçün sisternlərdən nümunələr götürülmüş, gömrük təşkilatının icazəsi olmadan mallara giriş və ya malların eyniləşdirilmə vasitələrinin çıxarılması "xxxx" MMC-nin rəhbərliyinə qadağan olunmuşdur. Latviya Respublikası Dövlət gəlirləri xidmətinin gömrük əməkdaşlarının qeyd olunan 6 sisterndə olan mallar malın müşayətedici sənədlərinə uyğun olmadığından, həmin maldan "xxxx" SC-nin (Cavabdeh həmin malı "xxxx" SC-yə tədarük etmək (satmaq) üçün almışdır) imtina etdiyindən 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri dolu halda 29 aprel 2019-cu il tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni 30 aprel 2019-cu il tarixdə Dövlət gömrük xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına göndərilmiş və həmin sisternlərdə olan mallar "xxxx" MMC-yə təhvil verilənədək (xx.xx.2020-ci il tarixdək) həmin limanda saxlanmışdır. İddiaçı MMC-nin rəhbərliyinin Cavabdeh-yə göndərdiyi 6 sistern malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanması, həmin mal barəsində Rusiya Federasiyası Gömrük Xidmətinin Mərkəzi ekspert-kriminalistik gömrük idarəsinin ekspertlərinin rəyi, fakt üzrə cinayət işinin başlanmasından və sairdən məlumatlı olmuş, hətta cinayət işi üzrə İddiaçı MMC-nin nümayəndələri ifadələr vermiş, cinayət işinin araşdırılması zamanı İddiaçı MMC-nin direktoru T.Quliyev rəhbərlik etdiyi müəssisənin hüquqlarının müdafiəsi ilə bağlı "xxxx" MMC-nin hüquqşünası X3 xx.xx.2018-ci il tarixli, 1/35 nömrəli ilə etibarnamə vermişdir. İddiaçı MMC-nin rəhbərliyinin xahişi (tapşırığı) əsasında Cavabdeh "xxxx" MMC ilə hüquqi yardımla bağlı müqavilə bağlamış və 3 (üç) dəfəyə "xxxx" MMC-nin bank hesabına 57000 avro ödəmişdir. Cinayət işinin araşdırılması zamanı, yəni ekspertiza rəyləri ilə İddiaçı MMC-nin Cavabdeh-yə göndərdiyi malın üzüm spirti deyil, digər ərzaq məhsullarından (qarğıdalı, şəkər çuğunduru, sorqo və sair ərzaq məhsullarından) çəkilmiş spirt olması Cavabdeh-yə bəlli olduqdan sonra, Cavabdeh-nin rəhbərliyi telefonla danışaraq həmin maldan imtina etdiyini İddiaçı MMC-nin rəhbərliyinə bildirilmiş, lakin İddiaçı MMC-nin rəhbərlinin Cavabdeh-nin rəhbərliyindən şifahi surətdə xahiş etmişdir ki, İddiaçı MMC Cavabdeh-yə bu 6 sistern malla bağlı dəymiş və dəyə biləcək bütün zərərlərin əvəzini ödəyəcəyinə söz verir, bir şərtlə ki, həmin 6 sistern geri qaytarılmasın, həmin sisternlər geri qaytarılacağı halda, Azərbaycan Respublikasında da İddiaçı MMC-nin rəhbərliyinin bərəsində cinayət işi başlanılacaq. Cavabdeh İddiaçı MMC arasında olan uzunmüddətli işgüzar münasibətləri nəzərə almış, onlara inanmış, cinayət işinin istintaqı aparalarkən həmin maldan imtina etməmişdir. Həmin sisternlər (mal) Riqa ərazisinə çatdırıldıqdan bir müddət sonra, yəni 2019-cu ilin may ayının əvvəllərində Cavabdeh İddiaçı MMC-yə şifahi müraciət edərək, ona dəymiş zərəri qarşılamağı tələb etmiş, İddiaçı MMC zərəri ödəməkdən imtina etdikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə Cavabdeh İddiaçı MMC-nin elektron poçt ünvanına pretenziya göndərərək, İddiaçı MMC-dən 617731 avro ziyanı, 200000 avro avans şəkilində ödədiyi pulu, 42000 avro malın satıcıya (İddiaçı MMC-yə) qaytarılması xərcini tələb etmişdir. İddiaçı MMCnin Cavabdeh-nin elektron ünvanına xx.xx.2019-cu il tarixdə göndərdiyi məktubda Cavabdehnin tələblərini qəbul etmədiklərini və malın pulunu tələb etdiklərini bildirmişlər. Bundan sonra Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli pretenziya göndərərək, həmin pretenziyada ona dəymiş ziyana görə satıcıdan 618024 avro və ona göndərdiyi keyfiyyətsiz malı götürməyi təklif etmiş, malın götürülmədiyi halda, həmin malı hərracdan satacağını bildirmişdir. Həmin pretenziyaya İddiaçı MMC xx.xx.2019-cu il tarixli cavabında Cavabdeh qarşısında hər hansı borcunun olmamasını və əksinə “Alıcı”dan 364000 avro pul tələb etmişdir. İddiaçı MMC-nin Cavabdeh-yə ünvanladığı xx.xx.2019-cu il tarixli, 29 nömrəli pretenziyaya Cavabdeh-nin xx.xx.2019-cu il tarixli cavabında onlara göndərilmiş malların keyfiyyətinin aralarında bağlanmış müqavilənin tələblərinə uyğun olmamasını əsaslandırmaqla yanaşı, cavabdehə tədarük etdikləri məhsulların keyfiyyəti ilə bağlı mübahisələri həll etmək məqsədilə birgə nümunələr götürmək və müstəqil Avropa laboratoriyasında malların keyfiyyətini yoxlamaq üçün İddiaçı MMC-nin nümayəndəsini Riqaya göndərməyi təklif etmişdir. Lakin, İddiaçı MMC bu təklifi də qəbul etməmişdir, bu səbəbdən Cavabdeh tədqiqat aparılması üçün 6 sisterndən ayrı-ayrılıqda götürülmüş nümunələri öz təşəbbüsü ilə xx.xx.2020-ci il tarixdə İspaniyaya göndərmiş, xx.xx.2020-ci il tarixli rəylərə əsasən, tədqiqat aparılmış mal nümunələrinin üzüm mənşəli olmaması müəyyən olunmuşdur. İddiaçı MMC ilə aralarında olan danışıqların və yazışmaların heç bir nəticə vermədiyini görən Cavabdeh Dövlət gömrük nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanında saxlanılan 6 sistern malın "xxxx" SC-yə satılması ilə bağlı yenidən danışıqlar aparmağa başlamış ("xxxx" SC və Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, üzüm distilliyatının 1 deka litrini 31.5 avroya razılaşdırılmış, lakin həmin mal Riqaya gətirildikdən sonra "xxxx" SC-yə məlum olmuşdur ki, həmin mal keyfiyyət baxımından onların sifariş etdiyi mal deyildir, ona görə də "xxxx" SC Cavabdeh-dən həmin malı almaqdan imtina etmişdir) və nəticədə həmin sisternlərdə olan malın xx.xx.2019-cu il tarixli, LV 2019/08/008 nömrəli yeni “Tədarük” müqaviləsinə əsasən, "xxxx" SC-yə satılması barədə razılığa gəlmişlər. "xxxx" SC və Cavabdeh arasında bağlanmış LV 2019/08/008 nömrəli, xx.xx.2019-cu il tarixli “Tədarük” müqaviləsinə 1 nömrəli əlavəyə görə həmin malın 4014 deka litrini 24.70 avroya, qalan hissəsini isə 23.40 avroya satılması razılaşdırılmış və həmin sisternlərdə olan mal 6 dəfəyə (hər dəfə 1 sistern), birinci sistern xx.xx.2019-cu il tarixdə, sonuncu sisterni isə xx.xx.2020-ci il tarixdə Gömrük nəzarəti altında "xxxx" SC-yə təhvil verilmişdir. "xxxx" SC və Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinin icrasının gecikməsinə görə "xxxx" SC Cavabdeh-yə 44266.75 cərimə sanksiyası tətbiq etmiş və həmin məbləğ RS000000027 nömrəli, xx.xx.2020-ci il tarixli qarşılıqlı hesablaşmalar aktına əsasən, Cavabdeh tərəfindən "xxxx" SC-nin hesabına ödənilmişdir. Tərəflər arasında bağlanılmış 2018-ci il 12 aprel tarixli, 2-2018 nömrəli müqavilə şərtlərindən göründüyü kimi, “satıcı” satdığı malı “alıcı”ya "xxxx" MMC-nin anbarına 2018-ci il 20 iyun tarixədək təhvil verməsinə zəmanət versə də, həmin mal 2019-cu il 22 mart tarixdə Riqa şəhərinə çatmış və Riqada gömrük nəzarətinə götürülmüşdür. Yəni, “Satıcı” müqavilə öhdəlikləri üzrə “Alıcı” qarşısında öhdəliyi yerinə yetirməmiş və nəticədə həmin mal “Alıcı”ya müqavilə üzrə müəyyən olunmuş tarixdən təxminən 9 ay sonra çatdırılmışdır. İddia ərizəsinə əlavə olunmuş Pskov gömrük xidmətində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 200.2-ci maddəsi ilə cinayət işi başlanması, 2019-cu il 25 fevral tarixdə həmin cinayət işinin icraatına xitam verilməsi barədə qərarları ilə müəyyən olunur ki, 2018-ci il 10 iyun tarixdən 2018-ci il 13 iyun tarixədək olan müddət ərzində Pskov gömrüyünün Posin DYBM-nin gömrük postunda gömrük əməkdaşları tərəfindən Gömrük İttifaqının gömrük sərhədi vasitəsilə Azərbaycan Respublikasından Latviya Respublikasına qanunsuz hərəkət edən 77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərində daşınan malların qeyri-dəqiq gömrük bəyannaməsi olmuşdur. Malın “Alıcı”ya müqavilə üzrə müəyyən olunmuş tarixdən 9 ay sonra çatdırılması “Satıcı”nın təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Rusiya Federasiyası Gömrük Xidmətinin Mərkəzi ekspert- kriminalistik gömrük idarəsi ekspertlərinin ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, 77302644, 77311082, 77326585, 77329308, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərindən götürülmüş nümunələr üzərində aparılmış ekspertiza tədqiqatı ilə müəyyən olunur ki, həmin sisternlərdəki mal, həmin malları müşayiət edən sənədlərdə göstərilənlərə uyğun deyil, “Mal nümunəsində qeyri-üzüm mənşəli spirt olması və qida xammalından hazırlanması aşkar edilmişdir”, yəni həmin malın qeyri-üzüm mənşəli spirt olması təsdiq olunmuşdur. Göründüyü kimi, “satıcı” “alıcıya” QOST 31493-2012 keyfiyyətinə uyğun olan “Çaxır distillyatı. Texniki şərtlər” (üzüm spirti) verməli olduğu halda, malların sənədlərini saxtalaşdırmış və nəticə etibarilə məlum olmuşdur ki, alıcıya satılmış mal (spirt məhlulu) üzümdən deyil, digər ərzaq məhsullarından (qarğıdalı, şəkər çuğunduru, sorqo və sair bitkilərdən) çəkilmiş spirtdir. Bu hal öz təsdiqini qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş, Rusiya Federasiyasının Pskov gömrük xidmətində 2018-ci il 3 sentyabr tarixdə cinayət işi başlanması barədə qərarla, ekspertiza rəyləri ilə, 2019-cu il 25 fevral tarixdə cinayət işinə xitam verilməsi barədə qanuni qüvvəsini almış qərarla və 2019-cu il 11 mart tarixli iddiaçının “Sebej” DYS rəisinə göndərdiyi müraciət ilə tapmışdır. Bu öz təsdiqini dəmir yolu sisternlərindən ayrıayrılıqda götürülmüş nümunələr üzrə İspaniyanın “Lüksium Vayns” Şikətində keçirilmiş laborotoriya tədqiqatlarının 2020-ci il 19 avqust tarixli rəyləri (analitik hesabatlar) ilə də tam sübuta yetirilir. Həmin rəylərdə göstərilmişdir ki, aparılan tədqiqatın nəticələrinə əsasən, təqdim olunmuş mal nümunələri şərabın mənşəyinə uyğun gəlmir. “ Satıcı tərəfindən 2018-ci il 12 aprel tarixli, 2-2018 №-li müqavilə üzrə şərtləşdirilmiş mal deyil, keyfiyyəti müqavilə tələblərinə uyğun olmayan başqa mal verilmişdir. "xxxx" MMC-nin cavabdehə ünvanladığı 2020-ci il 25 mart tarixli pretenziyanın (zərərə görə 160.000 avro) surətindən göründüyü kimi "xxxx" SC Rusiya Federasiyası ərazisində 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərin 2018-2019-cu illərdə 9 ay boşdayanmasına görə "xxxx" MMC-dən 160.000 avro məhkəmə qaydasında tələb etmiş, bu səbəbdən də "xxxx" MMC həmin 160.000 avro məbləğində pulu cavabdehdən tələb etmişdir. Eyni zamanda, "xxxx" MMC-nin cavabdehə ünvanladığı məktubda göstərilmişdir ki, 14 təqvim günü ərzində 160.000 avro borcu ödəmədiyi halda, müqavilə üzrə gündə 0,5 % (323 gün) cərimə və qanunla müəyyən edilmiş borcun əsas məbləğinin illik 6%-i ilə cərimə tətbiq olunacaqdır. Ona görə də 6 sisternin 9 ay Rusiya Federasiyası ərazisində boşdayanmasına görə "xxxx" MMC-nin bank hesabına 160.000 avronu ödəmişdir. İddiaçının cavabdehə göndərdiyi 6 sistern malın Azərbaycan Respublikası sərhədindən Riqa şəhərinə daşınmasını "xxxx" MMC ilə cavabdeh arasında 2012-ci il 1 noyabr tarixli, A0112-43 nömrəli “Gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinə” dair müqaviləyə əsasən, "xxxx" MMC-yə həvalə olunmuş və "xxxx" MMC ilə "xxxx" MMC arasında olan 2015-ci il 1 noyabr tarixli, 092-AT/OB saylı “Nəqliyyat-ekspedisiya” müqaviləsinə əsasən, qeyd olunan yüklərin daşınması "xxxx" MMC tərəfindən icra olunmuş, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 2018-ci il 30 avqust tarixli “Zaminlik” müqaviləsinə əsasən, "xxxx" MMC ilə "xxxx" MMC arasında olan 2015-ci il 1 noyabr tarixli, 092-AT/OB saylı “Nəqliyyatekspedisiya” müqaviləsinə görə yaranacaq bütün məsuliyyəti "xxxx" MMC öz üzərinə götürmüş və cavabdeh tərəfindən qeyd olunan yüklə bağlı daşıma haqqı 2018-ci il 12 iyul tarixli, *********5 nömrəli qarşılıqlı hesablaşmalar aktına əsasən 35.539,90 avro "xxxx" MMC-yə ödənilmişdir ("xxxx" MMC-yə daşımaya görə ödənilmiş 35.539,90 avro ilə bağlı hər-hansı mübahisə yoxdur). Eyni zamanda, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri (mal) 2019-cu il 29 aprel tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni (mal) 2019-cu il 30 aprel tarixdə Dövlət Gömrük Xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına daşınmış və həmin mallar "xxxx" ASC-yə təhvil verilənədək (2020-ci il 27 iyul tarixədək) həmin limanda saxlanmışdır. 12 ədəd hesabfakturalarla və X8 ilə müəyyən olunur ki, həmin 6 sisternin daşınması, saxlanması, mühafizəsi və sair xidmətlərə görə 2019-cu il 15 avqust tarixdən - 2020-ci il 13 avqust tarixədək cavabdeh tərəfindən "xxxx" MMC-yə 75.351,93 avro ödənilmişdir. "xxxx" SC və cavabdeh arasında bağlanmış 2015-ci il 5 yanvar tarixli “Niyyət razılaşmasına” əsasən, cavabdeh "xxxx" SC-yə şərab (konyak) spirti tədarük etməyi, "xxxx" SC isə cavabdehdən həmin malı qəbul etməyi və almağı öhdəsinə götürür. İddiaçı tərəfindən 6 sistern mal cavabdehə göndərildikdən sonra, "xxxx" SC və cavabdeh arasında 2018-ci il 7 iyun tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 1 nömrəli əlavəyə əsasən, həmin malın (həmin malın həcmi 36.236 deka litr olmuş, mütləq spirt təmizləndikdən sonra 22.828,7 deka litr qalır) 1 deka litrini (1 deka litr = 10 litr) alıcıya ("xxxx" SC-yə) 31,5 avroya satmalı idi. İddiaçı tərəfindən cavabehə göndərilən mal, vaxtında və razılaşdırılmış keyfiyyətdə çatdırıldığı halda, həmin malı cavabdeh "xxxx" SC ilə razılaşdırılmış qiymətə sata bilərdi. Lakin həmin mal Riqa şəhərinə 9 ay gec çatdırıldığından və Riqa şəhərinə gətirilmiş malın keyfiyyəti müqavilə üzrə şərtlərə uyğun olmadığından, "xxxx" SC həmin maldan imtina etmişdir. Tərəflər arasında aparılmış uzunmüddətli danışıqlardan sonra "xxxx" SC və cavabdeh arasında LV2019/08/008 nömrəli, 2019-cu il 22 avqust tarixli yeni “Tədarük” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 1 nömrəli əlavəyə görə, malın 4.014 deka litrinin 24,70 avroya, qalan hissəsinin isə 23,40 avroya tədarük olunması razılaşdırılmışdır. “Tədarük” müqaviləsindəki malların qiymətləri arasındakı ciddi fərq yaranmasının səbəbi onunla izah olunur ki, iddiaçı cavabdehə “Çaxır Distilliyatı” əvəzinə, digər ərzaq mallarından hazırlanmış spirt göndərmişdir. Nəticə etibarilə, cavabdeh 22.828,7 deka litr malı 31,5 avroya "xxxx" SC-yə sataraq, "xxxx" SC-dən cəmi 719.104,05 avro almalı olduğu halda, iddiaçının keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi səbəbindən, 22.828,7 deka litr malın 4.014 deka litrini 24,70 avroya (4.014 X 24,70 = 99.145,80), 18.814,7 deka litrini 23,40 avroya (18.714,7 x 23,40 = 440.263,98), cəmi 539.409,78 avroya satmışdır. Cavabdehə qeyd olunan alqı-satqı müqaviləsi nəticəsində (719.104,05 - 539.409,78 = 179.694,27) 179.694,27 avro zərər dəymişdir. Cavabdehin "xxxx" SC-yə ümumi həcmi 36.236 deka litr, təmizləndikdən sonra 22.828,7 deka litr malın 4.014 deka litrini 24,70 avroya, qalan hissəsini isə 23,40 avroya təhvil verməsi xüsusatı, iddia ərizəsinə əlavə olunmuş cavabdeh və "xxxx" SC-nin təsdiq etdikləri 2019-cu il 10 sentyabr tarixli, ROL 2858 saylı qaimə (77331379 nömrəli sistern: 62.883,71 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3.942,18 deka litr; qiyməti 24,70 avro; ümumi məbləğ sisternə görə 97.371,85 avro), 2019-cu il 2 oktyabr tarixli, ROL 2859 saylı qaimə (77329308 nömrəli sistern: 62.779,31 litr; təmizləndikdən sonra mütləq spirtin miqdar 3.959,49 deka litr; qiyməti 23,40 avro; ümumi məbləğ sisternə görə 92.652,07 avro), 2019-cu il 30 oktyabr tarixli, ROL 2860 saylı qaimə (77326585 nömrəli sistern: 62.900,8 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3.930,04 deka litr; qiyməti 23,40 avro; ümumi məbləğ sisternə görə 91.962,94 avro), 2019-cu il 27 noyabr tarixli, ROL 2861 saylı qaimə (77311082 nömrəli sistern: 52.886,1 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3.347,48 deka litr; qiyməti 23,40 avro; ümumi məbləğ sisternə görə 78.331,03 avro), 2020-ci il 16 mart tarixli, ROL 2862 saylı qaimə (77331361 nömrəli sistern: 62.678,6 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3.953,14 deka litr; qiyməti 23,40 avro; ümumi məbləğ sisternə görə 92.503,48 avro), 2020-ci il 2 iyul tarixli, ROL 2863 saylı qaimə (77302644 nömrəli sistern: 53.760 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3.387 deka litr; qiyməti 23,40 avro; ümumi məbləğ sisternə görə 79.255,80 avro) təsdiq olunur. "xxxx" SC və cavabdeh arasında olan “Tədarük” müqaviləsinin 5.2-ci bəndinə əsasən, “X11 1.1-ci bəndində göstərilən keyfiyyətdə, həcmdə və ya qrafikə uyğun tədarük etmirsə, alıcıya vaxtında çatdırılmamış keyfiyyətli malların dəyərinin 0,5 %-i miqdarında cərimə olunur”. Həmin müqaviləyə əlavə olunmuş 2018-ci il 15 iyun tarixli razılaşmanın 2-ci bəndində göstərilir ki, “Tərəflər razılığa gəlirlər ki, "xxxx" SC-nin istehsal planı və texnoloji proses nəzərə alınmaqla Satıcı bu razılaşmanı imzaladığı tarixdən etibarən 45 təqvim günü ərzində, yəni 2018-ci il 31 iyul tarixədək malları (Azərbaycan mənşəli şərab distilliyatı) alıcıya 22.828,7 deka litr mütləq spirt miqdarında çatdırmağı öhdəsinə götürür”. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdeh həmin malları müqavilə ilə şərtləşdirilmiş zamanda "xxxx" SC-yə tədarük edə bilməmiş, bu səbəbdən də "xxxx" SC Cavabdeh-yə tədarük olunacaq malın gecikməsinə görə, aralarında olan işgüzar münasibətləri və sair nəzərə almaqla minimum həddə 44.266,75 cərimə sanksiyası tətbiq etmiş, həmin cərimə cavabdeh tərəfindən "xxxx" SC- yə ödənilmişdir, bu hal iddia ərizəsinə əlavə olunmuş 2020-ci il 3 avqust tarixli faktura sənədləri, 2020-ci il 4 avqust tarixli, RS000000027 nömrəli qarşılıqlı hesablaşmalar aktı və "xxxx" SC-nin vəkil sorğusuna cavabı ilə təsdiq olunur. Göründüyü kimi, iddiaçının qanunsuz hərəkətləri nəticəsində (müqavilə öhdəlikləri üzrə malı vaxtında alıcıya çatdırmadığından), cavabdehə 44.266,75 avro zərər dəymişdir. 2018-ci il 12 aprel tarixli, 2-2018 nömrəli müqavilənin 2.3-cü bəndinə əsasən, iddiaçı cavabdehə satdığı malları 2018-ci il 20 iyun tarixədək "xxxx" MMC-nin Latviya Respublikası, Riqa şəhəri, Rensenu küçəsi, 10 A ünvanındakı gömrük anbarına təhvil verməli idi. Cavabdeh və "xxxx" MMC arasında olan 2005-ci il 2 may tarixli, TL 01 nömrəli “Gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən, anbar sahibi yüklərin qəbulu, saxlanması, yükləmə-boşaltma, malların daşınması, ekspedisiya xidmətləri, nəqliyyat xidmətləri, gömrük rəsmiləşdirilməsi, anbara qəbul olunmuş malın sığortalanması və sair xidmətləri göstərir ki, həmin xidmətlərə görə ödənişlər sifarişçi tərəfindən həyata keçirilir. İddiaçının göndərdiyi mal 2019-cu il 22 mart tarixdə yükalan "xxxx" MMC-nin gömrük anbarına qəbul olunmuş və gömrük nəzarətinə götürülmüş, 6 sisterndə olan mal müşayiətedici sənədlərə uyğun olmadığından, həmin malın alıcısı olan "xxxx" SC həmin maldan imtina etdiyindən, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri (mal) 2019-cu il 29 aprel tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni (mal) 2019-cu il 30 aprel tarixdə Dövlət Gömrük Xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına göndərilmiş və həmin sisternlərdə olan mallar "xxxx" SC-yə təhvil verilənədək Riqa azad ticarət limanında saxlanmışdır. Göndərilmiş mal 2- 2018 nömrəli müqavilənin (malın keyfiyyəti və sairlə bağlı) tələblərinə uyğun olduğu halda, həmin mal yük alan "xxxx" MMC-nin gömrük anbarına qəbul etdiyi gündən 15 gün ərzində malın alıcısı "xxxx" SC-yə təhvil verilməli idi. Lakin həmin mal müqavilə tələblərinə uyğun olmadığından, uzun müddət "xxxx" MMC- nin gömrük anbarında (2019-cu il 22 mart tarixdən - 2019-cu il 30 aprel tarixədək) və "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanında saxlanmışdır (2019-cu il 29 aprel tarixdən - 2020-ci il 27 iyul tarixədək) ki, buna görə də "xxxx" MMC həmin malın sığortası üçün nəzərdə tutulduğundan əlavə xərclər çəkmişdir ki, həmin xərclər cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Belə ki, "xxxx" MMC-nin cavabdehə göndərdiyi 2020-ci il 28 iyul tarixli, T 166 saylı hesab- fakturanın surətindən göründüyü kimi, yuxarıda qeyd olunan 6 sisternin sığortasına görə 88.000 avro məbləğində çəkdiyi xərcin 5 gün ərzində ödənilməsini tələb etmişdir. "xxxx" MMC ilə cavabdeh arasında olan 2020-ci il 5 avqust tarixli, RS ********* saylı qarşılıqlı hesablaşmalar aktına əsasən, həmin məbləğdən 60.184,96 avro "xxxx" MMC-nin hesabına ödənilmişdir. 2020-ci il 28 iyul tarixli, T 166 saylı hesab-fakturaya əlavənin surətində 2018-ci il 27 may tarixdən 2020-ci il 27 iyul tarixədək olan dövr üçün 6 sisternin aksiz vergisinin ümumi təmin edilməsi üçün sığorta xərcləri dəqiq göstərilmişdir. Həmin hesabfakturaya əlavə ilə müəyyən olunur ki, "xxxx" MMC 6 dəmir yolu sisternin (77331379 nömrəli dəmir yolu sisternin 471 günə sığorta xərci 10.833 avro, 77329308 nömrəli dəmir yolu sisternin 503 günə sığorta xərci 11.569 avro, 77326585 nömrəli dəmir yolu sisternin 532 günə sığorta xərci 12.236 avro, 77311082 dəmir yolu sisternin 559 günə sığorta xərci 11.180 avro, 77331361 dəmir yolu sisternin 669 günə sığorta xərci 15.387 avro, 77302644 nömrəli dəmir yolu sisternin 777 günə sığorta xərci 14.306 avro) sığorta xərci kimi cəmi 75.511,63 avro ödənmişdir (Latviya Respublikası qanunvericiliyinə (“Latviya Respublikası Dövlət Gəlir Xidməti haqqında” və “Gömrük haqqında” Qanun) əsasən, alkoqollu içkilər üçün sığorta zəmanəti almadan, həmin mallar gömrük anbarına qəbul oluna bilməz, aksiz vergisinin təmin edilməsi üçün sığorta zəmanəti, idxal olunan mal ölkə ərazisinə daxil olanadək ödənməlidir). Qeyd olunan 6 sistern “Çaxır Distilliyatı” 2018-ci il 20 iyun tarixədək "xxxx" MMC-nin anbarına təhvil verilməli olduğundan, "xxxx" MMC 2018-ci il 27 may tarixdən sonuncu sistern 77302644 nömrəli dəmir yolu sisterni "xxxx" SC-yə təhvil verilən tarixədək sığorta zəmanəti ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş 2019-cu il 3 may tarixli, 1531838GİM19001 saylı kredit təşkilatının zaminliyinə dair sənədin surətindən göründüyü kimi, aksiz vergisinin ümumi təmin edilməsi üçün “Citadele Bank” SC "xxxx" MMC-yə 380.000 avro sığorta zəmanəti təminatı vermişdir. Latviya Respublikası Dövlət Gəlir Xidməti "xxxx" MMC-yə LV **********7 nömrəli “Aksiz vergisinin ümumi təminatının vəsiqəsi”ni vermişdir. Qarşılıqlı hesablaşmalar aktının surətindən göründüyü kimi, 15.565,12 avro cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənmişdir (2020-ci il 5 avqust tarixli, RS ********* saylı qarşılıqlı hesablaşmalar aktına əsasən 60.184,96 avro, hazırda isə 15.565,12 avro, cəmi 75.511,63 avro ödənmişdir). İddiaçı cavabdehə göndərdiyi 6 sistern malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanması, həmin mal barəsində Rusiya Federasiyası Gömrük Xidmətinin Mərkəzi ekspert-kriminalistik gömrük idarəsi ekspertlərinin rəyi, fakt üzrə cinayət işinin başlanmasından və sairdən məlumatlı olmuş, hətta cinayət işi üzrə iddiaçının nümayəndələri ifadələr vermiş, cinayət işinin araşdırılması zamanı hüquqlarının müdafiəsi ilə bağlı "xxxx" MMC-nin hüquqşünası X3 2018-ci il 10 avqust tarixli, 1/35 saylı, 21 nömrəli etibarnamə vermişdir. İddiaçının xahişi və tapşırığı əsasında cavabdeh 2018-ci il 10 avqust tarixdə Rusiya Federasiyasının Pskov şəhərində "xxxx" MMC ilə “Hüquq-konsaltinq xidmətlərinin göstərilməsi haqqında” 08/02/18-LV nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçının göndərdiyi və Rusiya Federasiyasının Pskov şəhərində saxlanılmış 6 sistern üzüm distilliyatı ilə bağlı Rusiya Federasiyası Gömrük İstintaq Komitəsində və digər orqanlarda "xxxx" MMC hüquqi yardım göstərməli idi. "xxxx" MMC tərəfindən edilmiş hüquqi yardımla bağlı cavabdehə 57.000 avronun (15 saylı, 2019-cu il 28 mart tarixli akta əsasən 15.500 avro, 18 saylı, 2019-cu il 1 aprel tarixli akta əsasən 22.500 avro, 29 saylı, 2019-cu il 4 iyul tarixli akta əsasən 19.000 avro) ödənilməsi ilə bağlı sənədlər göndərilmişdir. “Citadele Bank” SC-nin beynəlxalq ödəniş sənədlərinin surətindən göründüyü kimi, cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına 2019-cu il 26 aprel tarixdə 38.000 avro, 2019-cu il 11 iyul tarixdə 19.000 avro cəmi, 57.000 avro ödənilmişdir. Hüquq şirkəti olan "xxxx" MMC ilə cavabdeh arasında hüquqi yardımla bağlı müqavilə iddiaçının rəhbərliyinin xahişi və tapşırığı əsasında olmuşdur. Cavabdehin hüquqi yardıma görə "xxxx" MMC-yə ödəyəcəyi məbləğ, malın pulundan çıxılmalı idi. Göründüyü kimi 6 sistern malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanması, həmin sisternlərdə olan malın müşayiətedici sənədlərə uyğun olub-olmaması ilə hüquq mühafizə orqanlarında aparılan araşdırmalarla bağlı iddiaçının şifahi tapşırığı əsasında cavabdeh "xxxx" MMC ilə hüquqi yardımla bağlı müqavilə bağlamış və nəticə etibarilə göstərilmiş hüquqi yardıma görə, "xxxx" MMC-yə 57.000 avro ödəmişdir. Həmin məbləğ iddiaçı tərəfindən qaytarılmalıdır. Eyni zamanda, "xxxx" SC Rusiya Federasiyası ərazisində sözügedən dəmir yolu sisternlərin 2018-2019-cu illərdə 9 ay boşdayanmasına görə "xxxx" MMC-dən 160.000 avro məhkəmə qaydasında tələb etmiş, həmin iş Riqa şəhəri Lataqaliya rayon Məhkəməsinin icraatında olmuşdur. Həmin məhkəmə mübahisəsinə görə "xxxx" MMC-nin qarşısında cavabdeh məsuliyyət daşıdığından, bu işlə bağlı "xxxx" MMC-yə göstərilən hüquqi yardıma görə 5.778,92 avro ödəniş cavabdeh tərəfindən həyata keçirilmişdir. Göndərilmiş mal tərəflər arasında olan müqavilə tələblərinə uyğun olduğu halda, "xxxx" SC və "xxxx" MMC arasında həmin sisternlərin 9 ay Rusiya Federasiyası ərazisində boşdayanmasına görə 160.000 avroluq məhkəmə mübahisəsi yaranmazdı və cavabdeh də həmin mübahisəyə görə "xxxx" MMC-yə hüquqi yardımın əvəzini, 5.778,92 avronu ödəməzdi. Ona görə də "xxxx" MMC-yə Riqa şəhəri Lataqaliya rayon Məhkəməsində (iddiaçı "xxxx"ın iddiası üzrə) göstərilən hüquqi yardıma görə cavabdehin ödədiyi 5.778,92 avro iddiaçıdan tutulmalıdır. İşin mübahisə yaratmayan halı ondan ibarətdir ki, (2018-ci il 12 aprel tarixli, 2-2018 №-li müqavilə, həm ilkin iddia, həm də qarşılıqlı iddia ərizəsi ilə müəyyən olunur) cavabdeh bu müqavilə üzrə ilkin ödənişi, 200.000 avronu iddiaçıya 2018-ci il 16 aprel tarixdə ödəmişdir. İddiaçının təqsirli hərəkəti nəticəsində həmin müqavilənin tələbləri kobud surətdə pozulmuşdur. Belə olduğu halda cavabdehin müqavilə üzrə avans kimi iddiaçıya ödədiyi 200.000 avro geri qaytarılmalıdır. Göründüyü kimi, cavabdeh mala görə avans kimi 200.000 avronu müqavilə bağlanan zaman iddiaçıya ödəmişdir və o, həmin 200.000 avronu 3 ildir ki, qanunsuz olaraq özündə saxlamasına baxmayaraq, mal Rusiya Federasiyası ərazisində saxlanılan zaman bəlli olmuşdur ki, mal keyfiyyət baxımından tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun deyildir. Bu səbəbdən, iddiaçının cavabdehə məxsus 200.000 avronu qanunsuz olaraq saxlamağı ilə bağlı illik beş faiz nəzərə alınmaqla hesablanması, satıcının alıcının məhkəməyədək pretenziya qaydasında müraciətinə cavab verdiyi tarixdən – 2019-cu il 9 may tarixdən hesablanmalıdır. Yəni cavabdehə məxsus 200.000 avronu qanunsuz olaraq iki il özündə saxladığından illik beş faiz olmaqla 20.000 avro iddiaçıdan alınaraq cavabdehə ödənilməlidir. Dəmir yolu sisternlərindən (həmin mallar “Baltijas Balzams” SC-yə təhvil verilən zaman) ayrı- ayrılıqda götürülmüş nümunələr üzrə cavabdehin təşəbbüsü ilə (bu barədə öncədən iddiaçının pretenziyasına cavabdehin 2019-cu il 19 dekabr tarixli cavabında iddiaçıya məlumat verilmişdir) İspaniyanın “Lüksium Vayns” Şikətində keçirilmiş laborotoriya tədqiqatlarının 2020ci il 19 avqust tarixli rəyləri ilə müəyyən olunmuşdur ki, təqdim olunmuş mal nümunələri şərabın mənşəyinə uyğun gəlmir. Cavabdeh keçirilmiş bu tədqiqata görə “Lüksium Vayns” şirkətinə cəmi 3.184,51 avro ödəmişdir ki, həmin məbləğ iddiaçıdan tutularaq, cavabdehə ödənilməlidir. İddia ərizəsinə əlavə olunmuş sənədlərin surətindən göründüyü kimi, həmin sənədlər rus, latış və ispan dillərindən Azərbaycan dilinə tərcümə olunmuş və notariat qaydasında təsdiq olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş 2020-ci il 20 iyun tarixdən 2020-ci il 15 sentyabr tarixədək sənədlərin rus, latış və ispan dillərindən Azərbaycan dilinə tərcümə olunmasına və notariat qaydasında təsdiq olunmasına görə, 3.259 avro, 2020-ci il 22 sentyabr tarixdən - 2021-ci il 15 fevral tarixədək (qeyd: cavabdehə təqdim olunmuş “Hesab dövriyyəsi haqqında çıxarış”dan göründüyü kimi bu çıxarış 2020-ci il 14 sentyabr tarixdən 2021-ci il 15 fevral tarixədək olan dövrü deyil, 2020-ci il 22 sentyabr tarixdən 2021-ci il 15 fevral tarixədək olan dövrü əhatə edir) 2.131,37 avro, cəmi 5.390,37 avro cavabdeh tərəfindən Sjadristijs Sergejsin (qeydiyyat nömrəsi **********1 olan) bank hesabına ödənilmişdir. Eyni zamanda, qeyd olunan sənədlərin Bakı şəhərinə poçtla göndərilməsi üçün poçt xidmətlərinə görə 2020-ci il 1 dekabr tarixdən 2020-ci il 31 dekabr tarixədək 86,65 avro, 2021ci il 1 yanvar tarixdən 2021-ci il 31 yanvar tarixədək (qeyd: tərcümədə 2021-ci il 31 yanvar tarixi yanlış olaraq, 2021-ci il 31 dekabr göstərilmişdir) 272,63 avro, cəmi 359,28 avro "xxxx" MMC-nin (UPS-in Latviyadakı səlahiyyətli təmsilçisi) bank hesabına ödənilmişdir. Cavabdehin bu işlə bağlı sənədlərin Azərbaycan dilinə tərcüməsinə və notariatda təsdiq olunmasına çəkdiyi 5.390,37 avro və həmin sənədlərin poçtla Bakı şəhərinə göndərmə xərci 359,28 avro iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası MM-in 21.1, 21.2, 329.2, 385.1, 424.5, 445.1, 445.2, 445.7, 449.1, 581, 582, 587, 1096.1, 1097.1-ci maddələrinə, “Azərnaycan Respublikası MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2009-cu il 9 iyul tarixli qərarına, Azərbaycan Respublikası MPM-in 155, 156-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsində hər iki tərəf ayrı-ayrılıqda öz tələblərini müdafiə etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Şirvan Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli 2-2(121)-37/2021 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh-dən 361658 avro əsas borc və ödənişin gecikdirilməsinə görə illik 5%-lə hesablanmaqla 23086.66 avro faiz borcu olmaqla, cəmi 384744.66 avro məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 28.81 manat hissəsinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tam olaraq rədd olunması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 noyabr tarixli, 2-2(106)-228/2021 saylı (hakimlər Z.Allahyarov, N.Mirzəyov və S.Mayılov) qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, ilkin iddianın qismən təmin edilməsi, cavabdehdən 361.658 (üç yüz altmış bir min altı yüz əlli səkkiz) Avro ödəniləcək günə milli manatın Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə və ödənilmiş dövlət rüsumuna görə 10 (on) manatın iddiaçının xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, cavabdehə 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə dəymiş 160.000 (bir yüz altmış min) Avro zərər, iddiaçının keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi nəticəsində cavabdehə dəymiş 179.694,27 (bir yüz yetmiş doqquz min altı yüz doxsan dörd Avro, iyirmi yeddi Avrosent) Avro zərər, cavabdeh tərəfindən İspaniyanın “Lüksium Vayns” Şikətində aparılmış laborotoriya tədqiqatına görə ödənilmiş 3.184,51 (üç min bir yüz səksən dörd Avro, əlli bir Avrosent) Avro, içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin 2019-cu il 15 avqust tarixdən 2020-ci il 13 avqust tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınması, orada saxlanması, mühafizəsi və sair xidmətlərə görə cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş 75.351,93 (yetmiş beş min üç yüz əlli bir Avro, doxsan üç Avrosent) Avro, iddiaçının təqsiri nəticəsində "xxxx" SC-nin cavabdehə malın gecikməsinə görə tətbiq etdiyi cərimə sanksiyasına görə “cavabdeh tərəfindən "xxxx" SC-yə ödənilmiş 44.266,75 (qırx dörd min iki yüz altmış altı Avro, yetmiş beş Avrosent) Avro, cavabdeh tərəfindən (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin alkoqollu içkilərin aksiz vergisinin təmin edilməsinə görə ödədiyi sığorta zəmanəti xərcinə görə) "xxxx" MMC-yə ödədiyi 75.511,63 (yetmiş beş min beş yüz on bir Avro, altmış üç Avrosent) Avro, cavabdeh tərəfindən iddiaçının müqavilə öhdəliklərini pozması nəticəsində hüquqi yardımla bağlı ödənilmiş 5.000 (beş min) Avro, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərin Azərbaycan dilinə tərcüməsinə və notariat qaydasında təsdiq olunmasına ödənilmiş 5.390,37 (beş min üç yüz doxsan Avro, otuz yeddi Avrosent) Avro və həmin sənədlərin poçtla Bakı şəhərinə göndərilməsinə görə ödənilmiş 359,28 (üç yüz əlli doqquz Avro, iyirmi səkkiz Avrosent) Avro, ümumilikdə 548.758,74 (beş yüz qırx səkkiz min yeddi yüz əlli səkkiz Avro, yetmiş dörd Avrosent) Avro ödəniləcək günə milli manatın Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manatın iddiaçıdan cavabdehin xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. "xxxx" MMC-nin kassasiya şikayəti əsasında işə baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli 2-2(102)-186/2022 saylı qərarı (hakimlər İ.Dadaşov, B.Qəribov və B.Məmmədli) ilə kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - qarşılıqlı iddia tələbinin təmin olunduğu hissədə ləğv olunaraq iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli, 2-2(106)-13/2023 saylı (hakimlər T.Kərimov, P.Əhmədov və C.İmanov) qətnaməsi ilə Cavabdeh-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli 2-2(121)- 37/2021 saylı qətnaməsi qarşılıqlı iddianın rədd olunması hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia üzrə iddiaçının cavabdehə qarşı "yetirilmiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehə 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə dəymiş 160000 (bir yüz altmış min) avro zərər, iddiaçının keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi nəticəsində cavabdehə dəymiş 179694.27 (bir yüz yetmiş doqquz min altı yüz doxsan dörd avro, iyirmi yeddi avrosent) avro zərər, cavabdeh tərəfindən İspaniyanın “Lüksium Vayns” Şikətində aparılmış laborotoriya tədqiqatına görə ödənilmiş 3184.51 (üç min yüz səksən dörd avro, əlli bir avrosent) avro, içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınması, orada saxlanması, mühafizəsi və sair xidmətlərə görə cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş 75351.93 (yetmiş beş min üç yüz əlli bir avro, doxsan üç avrosent) avro, iddiaçının təqsiri nəticəsində "xxxx" SC-nin cavabdehə malın gecikməsinə görə tətbiq etdiyi cərimə sanksiyasına görə cavabdeh tərəfindən "xxxx" SC-yə ödənilmiş 44266.75 (qırx dörd min iki yüz altmış altı avro, yetmiş beş avrosent) avro, cavabdeh tərəfindən (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin alkoqollu içkilərin aksiz vergisinin təmin edilməsinə görə ödədiyi sığorta zəmanəti xərcinə görə) "xxxx" MMC-yə ödədiyi 70363.63 (yetmiş min üç yüz altmış üç avro, altmış üç avrosent) avro, cavabdeh tərəfindən iddiaçının müqavilə öhdəliklərini pozması nəticəsində hüquqi yardımla bağlı ödəmiş olduğu vəsaitə görə 5000 (beş min) avro, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərin Azərbaycan dilinə tərcüməsinə və notariat qaydasında təsdiq olunmasına ödənilmiş vəsaitə görə 3557.64 (üç min beş yüz əlli yeddi avro, altmış dörd avrosent) avro və həmin sənədlərin poçtla Bakı şəhərinə göndərilməsinə görə ödənilmiş vəsaitə görə 237.12 (iki yüz otuz yeddi avro, on iki avrosent) avro olmaqla, ümumilikdə 546.655.78 (beş yüz qırx altı min altı yüz əlli beş avro, yetmiş səkkiz avrosent) avro ödəniləcək gün üçün Azərbaycan Mərkəzi Bankının avroya münasibətdə müəyyən etdiyi məzənnə üzrə və ödənilmiş dövlət rüsumuna görə 20.46 (iyirmi manat qırx altı qəpik) manat iddiaçıdan tutularaq cavabdehə , qarşılıqlı iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir. İşə "xxxx" MMC-nin kassasiya şikayəti əsasında yenidən baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 13 sentyabr 2023-cü il tarixli 2- 2(102)-389/2023 saylı qərarı ilə (hakimlər K.Abiyeva, A.Hüseynov və Z.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli, 2-2(106)-13/2023 saylı qətnaməsi qismən – qarşılıqlı iddia tələbinin təmin edildiyi hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində ilk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh-yə qarşı "müqavilə üzrə öhdəliklərin icrasının təmin olunması" tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin cavabdeh İddiaçı MMC-yə qarşı "müqavilənin ləğvi, yetirilmiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Şikayətə görə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385, 386-cı maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya şikayətində göstərilir:
1. Birinci instansiya məhkəməsinin "xxxx" MMC-nin müqavilə üzrə malı qəbul etməsi və alqı-satqı müqavilləsinin tələblərini pozması barədə dəlilləri ilə bağlı qeyd edilir ki, spirt məhsulunun Latviya Respublikası ərazisinə çatdırılması, malın Cavabdeh tərəfindən qəbul edilməsi anı kimi qəbul edilə bilməz. Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin gömrük əməkdaşlarının xx.xx.2019-cu il tarixli 27.21.3-4/91 nömrəli “Yoxlama akt”ına əsasən, 6 ədəd (77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli) dəmir yolu sisterinlərinin plombları yoxlanıldıqdan sonra, həmin sisterinlərin müşayətedici sənədləri ilə sisterinlərdə olan malın eyni olmasını müəyyən etmək üçün sisterinlərdən nümunələr götürülmüş, gömrük təşkilatının icazəsi olmadan mallara giriş və ya malların eyniləşdirilmə vasitələrinin çıxarılması "xxxx" MMC-nin rəhbərliyinə qadağan etmişdir. Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin gömrük əməkdaşları qeyd olunan 6 sisterində olan malın müşayətedici sənədlərinə uyğun olmadığını müəyyən etmiş, bu səbəbdən də “Latvijs Balzams” SC həmin malı Cavabdeh-dən almaqdan imtina etmişdir. Ona görə ki, həmin mal "xxxx" SC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinin tələblərinə uyğun olmamış, yəni həmin mal “çaxır distilliyyatı” deyil, ərzaq məhsullarından çəkilmiş spirt olmuşdur. Həmin sisternlər gömrük nəzarətinə götürüldükdən və həmin maldan "xxxx" SC almaqdan imtina etdikdən sonra Cavabdeh İddiaçı MMC-yə bu barədə məlumat vermiş, ona dəymiş zərəri qarşılamağı tələb etmiş, İddiaçı MMC zərəri ödəməkdən imtina etdikdə, xx.xx.2019-cu il tarixdə Cavabdeh İddiaçı MMC-nin elektron poçt ünvanına Pretenziya (bildiriş) göndərərək, həmin malın keyfiyyətinin aralarında olan müqavilənin tələbinə uyğun olmamsı və digər səbəblərdən, İddiaçı MMC-dən 617731 avro ziyanı, 200000 avro avans şəkilində ödədiyi pulu, malı “Alıcı”nın ərazisindən götürülməsini və malın “Satıcı”ya qaytarılması ilə əlaqədar bütün xərcləri ödəməsini tələb etmişdir. Malın “Satıcı”ya qaytarılması üçün 42000 avro İddiaçı MMC-dən tələb etmiş, İddiaçı MMC-nin Cavabdeh-nin elektron ünvanına xx.xx.2019-cu il tarixdə göndərdiyi məktubda Cavabdeh tələblərini qəbul etmədiklərini və malın pulunu tələb etdiklərini bildirmişlər. Bundan sonra Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli pretenziya (bildiriş) göndərərək, həmin pretenziyada ona dəymiş ziyana görə satıcıdan 618024 avro və ona göndərdiyi keyfiyyətsiz malı götürməyi təklif etmiş, malın götürülmədiyi halda, həmin malı hərracdan satacağını bildirmişdir. Həmin pretenziyaya İddiaçı MMC xx.xx.2019-cu il tarixli cavabında Cavabdeh qarşısında hər hansı borcunun olmamasını və “Alıcı”dan 364000 avro pul tələb etmişdir. Bundan başqa apellyasiya şikayətinə əlavə etdiyimiz sənədlərdən bəli olur ki, həqiqətən Cavabdeh mübahisəli malı qəbul etməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli, 01-19 nömrəli aktdan göründüyü kimi Riqa Azad Ticarət Limanında saxlanlan 77331379 nömrəli dəmir yolu sisternində olan spirt məhlulu "xxxx" SC-nə təhvil verilmiş, həmin malla bağlı idxal gömrük bəyannaməsi xx.xx.2019- cu il tarixdə rəsmiləşdirilmiş, həmin sisterndə olan spirt məhlulunun "xxxx" SC- yə təhvil verilməsi prosesi Dövlət Gəlir Xidmətinin MAALV0002xx/xx-3283 nömrəli, xx.xx.2019-cu il tarixli gömrük yoxlama aktında əksini tapmışdır. xx.xx.2019-cu il tarixli, 02-19 nömrəli aktdan göründüyü kimi Riqa Azad Ticarət Limanında saxlanlan 77329308 nömrəli dəmir yolu sisternində olan spirt məhlulu "xxxx" SC-nə təhvil verilmiş, həmin malla bağlı idxal gömrük bəyannaməsi xx.xx.2019- cu il tarixdə rəsmiləşdirilmiş, həmin sisterndə olan spirt məhlulunun "xxxx" SC- nə təhvil verilməsi prosesi Dövlət Gəlir Xidmətinin MAALV0002xx/xx-3358 nömrəli, xx.xx.2019-cu il tarixli gömrük yoxlama aktında əksini tapmışdır. xx.xx.2019-cu il tarixli, 03-19 nömrəli aktdan göründüyü kimi Riqa Azad Ticarət Limanında saxlanlan 77326585 nömrəli dəmir yolu sisternində olan spirt məhlulu "xxxx" SC-nə təhvil verilmiş, həmin malla bağlı idxal gömrük bəyannaməsi xx.xx.2019- cu il tarixdə rəsmiləşdirilmiş, həmin sisterndə olan spirt məhlulunun "xxxx" SC- nə təhvil verilməsi prosesi Dövlət Gəlir Xidmətinin MAALV0002xx/xx-3830 nömrəli, xx.xx.2019-cu il tarixli gömrük yoxlama aktında əksini tapmışdır. xx.xx.2019-cu il tarixli, 04-19 nömrəli aktdan göründüyü kimi Riqa Azad Ticarət Limanında saxlanlan 77311082 nömrəli dəmir yolu sisternində olan spirt məhlulu "xxxx" SC-nə təhvil verilmiş, həmin malla bağlı idxal gömrük bəyannaməsi xx.xx.2019- cu il tarixdə rəsmiləşdirilmiş, həmin sisterndə olan spirt məhlulunun "xxxx" SC- nə təhvil verilməsi prosesi Dövlət Gəlir Xidmətinin MAALV0002xx/xx-4189 nömrəli, xx.xx.2019-cu il tarixli gömrük yoxlama aktında əksini tapmışdır. xx.xx.2020-ci il tarixli, 01-20 nömrəli aktdan göründüyü kimi Riqa Azad Ticarət Limanında saxlanlan 77331361 nömrəli dəmir yolu sisternində olan spirt məhlulu "xxxx" SC-nə təhvil verilmiş, həmin malla bağlı idxal gömrük bəyannaməsi xx.xx.2020- ci il tarixdə rəsmiləşdirilmiş, həmin sisterndə olan spirt məhlulunun "xxxx" SC- nə təhvil verilməsi prosesi Dövlət Gəlir Xidmətinin MAALV0002xx/xx-0709 nömrəli, xx.xx.2020-ci il tarixli gömrük yoxlama aktında əksini tapmışdır. xx.xx.2020-ci il tarixli, 02-20 nömrəli aktdan göründüyü kimi Riqa Azad Ticarət Limanında saxlanlan 77302644 nömrəli dəmir yolu sisternində olan spirt məhlulu "xxxx" SC-nə təhvil verilmiş, həmin malla bağlı idxal gömrük bəyannaməsi xx.xx.2020- ci il tarixdə rəsmiləşdirilmiş, həmin sisterndə olan spirt məhlulunun "xxxx" SC- nə təhvil verilməsi prosesi Dövlət Gəlir Xidmətinin MAALV0002xx/xx-1454 nömrəli, xx.xx.2020-ci il tarixli gömrük yoxlama aktında əksini tapmışdır. Yuxarıda göstərilən sənədlərlə bir daha təsdiq olunur ki, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri 29 aprel 2019-cu il tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni isə 30 aprel 2019-cu il tarixdə Dövlət gömrük xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına saxlanmaq üçün yerləşdirilmiş, həmin sisterinlərdə olan mal "xxxx" SC-yə təhvil veriləndək, Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin nəzarəti altında olmuş heç bir vaxt "xxxx" MMC tərəfindən qəbul olunmamış, yalnız Cavabdeh həmin malın sahibi kimi "xxxx" SC-yə təhvil verilməsində iştirak etmişdir. Cavabdeh İddiaçı MMC-nin göndərdiyi 6 sistern malı qəbul etməmişdir. Mülki Məcəllənin 595-ci maddəsinə əsasən: 595.1. Alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2. Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alqı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri- mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. 595.3. Əgər satıcı alıcıya verilmiş əşyaların alqı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməzdi. İşə baxan birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə qeyd edilən Məcəllənin 595.1 və 595.2-ci maddələrinə istinad etsə də, qərəzli olaraq, 595.3-cü maddəsinə istinad etməmişdir, ona görə ki, məhkəmə həmin normanı tətbiq etdiyi halda, ilkin iddia tələbini təmin edə bilməzdi. İş materialları ilə tam sübuta yetirilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh-yə göndərilmiş 6 sistern malın keyfiyyət baxımından tərəflərin aralarında olan müqavilənin tələblərinə uyğun olmamasını İddiaçı MMC həmin malı göndərməmişdən öncə bilirdi.
2. Məhkəmənin qəbul etdiyi qətnamədə göstərilir ki, “Lüksium Vayns SL” şirkətinə təqdim olunmuş nümunələrin məhz İddiaçı MMC tərəfindən Cavabdeh-yə təqdim edilmiş mallardan götürülməsini təsdiq edən sənədlər iş materialında mövcud deyildir və "Azər Alko” MMC tərəfindən Cavabdeh-yə təqdim edilmiş mal xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə “Latviya Balzams” SC-yə satıldığı halda, həmin nümunələrin sonradan, xx.xx.2020-ci il tarixdə götürüləmsi ağlabatan və inandırıcı deyildir, qeyd olunan tarixdə həmin mallar Cavabdeh-nin sərəncamında olmamışdır. Məhkəmənin qeyd olunan dəlili ilə bağlı aşağıda göstərlənləri apellyasiya məhkəməsinin diqqətinə çatdırmaq istəyirik: İddiaçı MMC-nin Cavabdeh-yə ünvanladığı xx.xx.2019-cu il tarixli, 29 nömrəli pretenziyaya Cavabdeh-nin xx.xx.2019-cu il tarixli cavabında onlara göndərilmiş malların keyfiyyətinin aralarında bağlanmış müqavilənin tələblərinə uyğun olmamasını əsaslandırmaqla yanaşı, cavabdehə tədarük etdikləri məhsulların keyfiyyəti ilə bağlı mübahisələri birdəfəlik həll etmək məqsədilə birgə nümunələr götürmək və müstəqil Avropa laboratoriyasında malların keyfiyyətini yoxlamaq üçün İddiaçı MMC-nin nümayəndəsini Riqaya göndərməyi təklif etmiş, lakin İddiaçı MMC bu təklifi də qəbul etməmişdir. Bu səbəbdən həmin sisternlər "xxxx" SC-nə Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin nəzarəti altında təhvil verilərkən hər bir sisterndən ayrı ayrılıqda "xxxx" SC və Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin iştirakı ilə müvafiq qaydada sənədləşdirilməklə (protokollaşdırılmaqla) nümunələr götürülmüş (bu barədə Latviya Respublikası Dövlət Gəlir Xidmətinin Gömrük yoxlama aktlarında qeydlər aparılmışdır), yəni, həmin nümunələr xx.xx.2020-ci il tarixdə deyil, "xxxx" SC-nə hər bir sistern təhvil verilən gün götürülmüşdür. Sonuncu 77302644 nömrəli dəmir yolu sisterni məhkəmə qətnaməsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə deyil (həmin tarixdə Cavabdeh “Latvija Balzams” SC-nə sonucu sisternlə bağlı elektron qayimə göndərib), apellyasiya şikayətinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 02-20 nömrəli aktdan və ona əlavə olunmuş digər sənədlərdən göründüyü kimi xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Sonuncu nümunə götürüldükdən sonra, 6 sisterndən götürülmüş nümunələr birlikdə qablaşdırılaraq müvafiq analizlər aparılması üçün İspaniyanın “Lüksium Vayns SL” şirkətinə göndərilmiş, həmin nümunələr xx.xx.2020-ci il tarixdə həmin şirkətə çatdırılmış, həmin şirkətdə xx.xx.2020-ci il tarixdən həmin mal nümunələrinin tədqiqatına başlanmış və tədqiqat qurtardıqdan sonra xx.xx.2020-ci il tarixdə müvafiq rəylər verilmiş, həmin rəylərə əsasən, tədqiqat aparılmış mal nümunələrinin üzüm mənşəli olmaması təkrarən təsdiq olunmuşdur.
3. Qətnamədə göstərilir ki, “iddia ərizəsindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh-yə göndərilmiş malların Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanmasından, müvafiq ekspertizalrın nəticəsi olaraq tərtib edilmiş ekspert rəylərindən, malın tərkibində qeyri-üzüm mənşəli spirtlərin olmasından 2018-ci ilin iyul ayında Cavabdeh-nin məlumatı olmuş, lakin buna baxmayaraq, həmin malın qəbul edilməməsi, geri qaytarılması, malın əvəz edilməsi və digər hallarla İddiaçı MMC-yə hər-hansı irad bildirməmiş, başqa sözlə, malı qəbul etmiş, daha sonra isə malı satmışdır. Məhkəmənin qətnamədə qeyd olunan dəlili ilə bağlı bildirmək istəyirik ki, İddiaçı MMCnin Cavabdeh-yə göndərdiyi 6 sisterin malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanması barədə bizim məlumatımız olmuş, lakin iş üzrə ekspert rəylərinin nəticələri barədə məlumatlar İddiaçı MMC-nin və Cavabdeh-nin səlahiyyətli nümayəndəsi "xxxx" MMC-nin hüquqşünası X5 tərəfindən Cavabdeh-yə şifahi surətdə sonradan bildirilmişdir. Nümayəndədən aldığı məlumatla bağlı Cavabdeh-nin rəhbərliyi İddiaçı MMC-nin rəhbərliyi ilə əlaqə saxlayaraq həmin malın keyfiyyət baxımından aralarında olan müqavilənin tələblərinə uyğun olmadığından, həmin maldan imtina etdiyini bildirmiş, lakin İddiaçı MMC-nin rəhbərliyi Cavabdeh-yə bu 6 sistern malla bağlı Cavabdeh-yə dəyə biləcək bütün zərərlərin əvəzini ödəyəcəklərinə söz vermişdir (cavabdehin bildirməsinə görə, həmin imtina olunacağı halda, Azərbaycan Respublikasında İddiaçı MMC-nin rəhbərliyinin və digər şəxslərin bərəsində cinayət işi başlanılmalı idi). Cavabdeh İddiaçı MMC arasında olan uzunmüddətli işgüzar münasibətləri nəzərə alaraq, həmin maldan cinayət işinin istintaqı aparalarkən imtina etməmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması, cinayət işinin icraatına xitam verilməsinə dair qərarlar və ekspert rəyləri cinayət işi üzrə icraata xitam verildikdən sonra (xx.xx.2019-cu il tarixdən sonra), təxminən 2019-cu ilin iyun ayında Cavabdeh-yə təqdim olunmuşdur.
4. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini təmin etməməsinin əsaslarından biri kimi Cavabdeh ilə İddiaçı MMC arasında olan müqavilənin 6- cı bəndinə istinad etmişdir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən, fors-major vəziyyətlərin təsiri və ya dövlət orqanlarının və ya hökumət qərarlarının yuxarıda göstərilən təsiri 2 aydan çox davam edərsə, tərəflər bir-birlərinə 14 təqvim günü əvvəl bildirməklə hazırkı müqaviləyə xitam vermək hüququna malikdir. Qeyd olunan müqavilənin 6.3-cü bəndinin tələbindən göründüyü kimi, fors-major vəziyyətlərin təsiri və ya dövlət orqanlarının və ya hökumət qərarlarının yuxarıda göstərilən təsiri 2 aydan çox davam edərsə, tərəflər bir-birlərinə 14 təqvim günü əvvəl bildirməklə hazırkı müqaviləyə xitam vermək hüququ tərəfin vəzifəsi deyil, hüququdur və həmin bənddə göstərilən hüquqdan istifadə etməməsi, sonradan Cavabdeh-ni İddiaçı MMC-yə qarşı aralarında olan müqavilədən imtina etməsindən və ya ona qarşı digər tələblərlə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir.
5. Məhkəmə qətnaməsini tərəflər arasında olan müqavilə tələblərinin pozulmasını, yəni 6 sistern malın alıcıya zamanında çatdırılmamsını, malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanması, cinayət işinin başlanması, cinayət işinin icraatına xitam verilməsini, dövlət orqanlarının hərəkətlərinin təsiri kimi obyektiv məhdudiyyətlərlə əsaslandırmışdır. Ona görə hesab etmişdir ki, “belə hallarda müqavilənin 6.1-ci bəndinə əsasən, bu hallar İddiaçı MMC-nin müqavilə üzrə öhdəliklərin qismən və ya tamamilə pozulmasına görə məsuliyyətən azad edilməsinə əsasdır”. Məhkəmənin qeyd edilən dəlilini də aşağıda göstərilənlərə əsasən əsassız hesab edirik. Belə ki, malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanmasının və sairin səbəbi, fors-major hadisənin baş verməsi nəticəsində yaranmamışdır. Eyni zamanda Satıcının və ya Alıcının ölkələrinin dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən digər obyektiv məhdudiyyətlərin nəticəsi də deyil. Həmin malların Rusiya Federasiyası ərazisində saxlanmasının əsası, Pskov gömrük xidmətində xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 200.2-ci maddəsi ilə **********3000057 №-li cinayət işi başlanması, həmin cinayət işinin icraatına xitam verilməsi barədə qərarlarla müəyyən olunur ki, xx.xx.2018ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində Pskov gömrüyünün Posin DYBMnin gömrük postunda gömrük əməkdaşları tərəfindən Gömrük İttifaqının gömrük sərhədi vasitəsilə Azərbaycan Respublikasından Latviya Respublikasına qanunsuz hərəkət edən 77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinlərində daşınan malların qeyri-dəqiq gömrük bəyannaməsi olmuşdur. Göründüyü kimi, həmin sisternlərin uzun müddət RF ərazisində saxlanması, obyektiv halla bağlı olmamış, cavabdehin üzüm distiliyyatı əvəzinə, iddiaçıya qida xamamlından çəkilmiş spirt göndərməsi olmuşdur ki, bu hal iş materialları ilə sübuta yetrilir, işin mübahisəsiz halıdır. Cavabdeh müqavilə tələblərinə riayət edərək, “ГОСТ 31493-2012 “Çaxır distillyatı. Texniki şərtlər” keyfiyyətinə malik olmalı malı iddiaçıya göndərdiyi halda, həmin malın uzun müddət qanunsuz olaraq Rusiya Federasiyası ərazisində saxlanılması mümkünsüz idi. Cavabdeh isə daha çox pul əldə etmk üçün iddiaçıya “ГОСТ 31493-2012 “Çaxır distillyatı. Texniki şərtlər” keyfiyyətinə malik olmalı malın əvəzinə, bazarda ondan 5-6 dəfə ucuz olan qida xammalından çəkilmiş spirt göndərmiş və həmin mal ilə bağlı olan sənədləri saxtalaşdırmağa nail olmuşdur.
6. Məhkəmə qətnaməsində qarşılıqlı iddia ərizəsinin İddiaçı MMC-nin göndərdiyi 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə Cavabdeh-yə 160000 avro zərərin və İddiaçı MMC-nin təqsiri nəticəsində "xxxx" SC-nin Cavabdeh-yə malın gecikməsinə görə tətbiq etdiyi 44266.75 avro tutulması (cərimə sanksiyası) təmin olunmaması əsaslarını da, tərəflər arasında olan müqavilənin 6.1-ci bəndi ilə əsaslandırmağa çalışmışdır. Yuxarıda göstərdiyimiz kimi, 6 sisternin RF dəmir yollarında 9 aydan çox müddətdə boşdayanmasının və həmin malın Cavabdeh tərəfindən "xxxx" SC-nə təhvil verilməsinin heç bir obyektiv halla əlaqəsi yoxdur, əksinə bu subyektiv halla bağlıdır, yəni bu hal İddiaçı MMC rəhbərliyinin birbaşa təqsiri nəticəsində baş vermişdir. İddia ərizəsinə əlavə olunmuş "xxxx" MMC-nin Cavabdeh-yə ünvanladığı 25 mart 2020-ci il tarixli pretenziyanın (zərərə görə 160000 avro) surətindən, göründüyü kimi "xxxx" SC Rusiya Federasiyası ərazisində 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinlərin 2018-2019-cu illərdə 9 ay boşdayanmasına görə "xxxx" MMC-dən 160000 avro məhkəmə qaydasında tələb edib, bu səbəbdən də "xxxx" MMC də həmin 160000 avronu Cavabdeh-dən tələb etmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə olunmuş "xxxx" MMC-nin Cavabdeh-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, 14 təqvim günü ərzində 160000 avro borcu ödəmədiyi halda, müqavilə üzrə gündə 0.5 % (323 gün) cərimə və qanunla müəyyən edilmiş borcun əsas məbləğin illik 6%-i ilə cərimə tətbiq olunacaqdır. Bu səbəbdən Cavabdeh xx.xx.2021-ci il tarixdə 6 sisternanın 9 ay Rusiya Federasiyası ərazisində boşdayanmasına görə "xxxx" MMC-nin bank hesabına 160000 avronu ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş "xxxx" SC və Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinin 5.2-ci bəndinə əsasən, “X11 1.1-ci bəndində göstərilən keyfiyyətdə, həcmdə və ya qrafikə uyğun tədarük etmirsə, Alıcıya vaxtında çatdırılmamış keyfiyyətli malların dəyərinin 0.5%-i miqdarında cərimə olunur”. Mülki işin materiallarına əlavə olunmuş tərəflər arasında xx.xx.2018-ci il tarixli razılaşmanın 2-ci bəndində göstərilir ki, “Tərəflər razılığa gəlirlər ki, "xxxx" SC-nin istehsal planı və texnolji proses nəzərə alınmaqla Satıcı bu razılaşmanı imzaladığı tarixdən etibarən 45 təqvim günü ərzində, yəni 31 iyul 2018-ci il tarixədək malları (Azərbaycan mənşəli şərab distilliatı) Alıcıya 22828.7 deka litr mütləq spirt miqdarında çatdırmağı öhdəsinə götürür”. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMCnin təqsirli hərəkətləri nəticəsində Cavabdeh həmin malları müqavilə ilə şərtləşdirilmiş zamanda "xxxx" SC-yə tədarük edə bilməmiş, bu səbəbdən də "xxxx" SC Cavabdeh-yə tədarük olunacaq malın gecikməsinə görə, aralarında olan işgüzar münasibətləri və sairi nəzərə almaqla minimum həddə 44266.75 cərimə sanksiyası tətbiq etmiş, həmin cərimə Cavabdeh tərəfindən "xxxx" SC-nə ödənilmişdir, bu hal iddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli faktura sənədləri, xx.xx.2020-ci il tarixli, RS000000027 nömrəli Qarşılıqlı Hesablaşmalar AKTİ və "xxxx" SC-nin vəkil sorğusuna cavabı ilə təkrarən təsdiq olunur. Göründüyü kimi, İddiaçı MMC-nin təqsirli hərəkətləri nəticəsində Cavabdeh-yə 44266.75 zərər vurması sübuta yetirilir.
7. Məhkəmə qətnaməsində qarşılıqlı iddia ərizəsinin 179694.27 avro zərərin İddiaçı MMC-dən tutulması hissəsini ona görə əsassız hesab etmişdir ki, "xxxx" SC ilə Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsində Cavabdeh tərəfindən "xxxx" SC-nə təqdim olunacaq malın İddiaçı MMC-nin Cavabdeh-yə göndərdiyi mal olması qeyd olunmamışdır. Cavabdeh ilə “Latviya Balzams” SC arasında olan müqavilədə Azərbaycan mənşəli məhsul yazılmışdır ki, həmin məhsulu başqa şəxslər də satmış ola bilərdi”. Aşağıda göstərilənlərə və iş materiallarına birinci instansiya məhkəməsində təqdim olunmuş mötəbər sübutlarla müəyyən olunur ki, iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı məhkəmənin gətirdiyi dəlillər əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş tərəflər arasındakı xx.xx.2018-ci l tarixli, 2-2018 nömrəli müqavilənin 1.2-ci bəndinə əsasən, İddiaçı MMC Cavabdeh-yə göndərməli olduğu malın həcmi, 36400 dekalitr olmalı olmağına baxmayaraq, iş materiallarına İddiaçı MMC tərəfindən əlavə edilən 34/19 nömrəli, xx.xx.2019cu il tarixli maliyyə arayışından göründüyü kimi, İddiaçı MMC Cavabdeh-yə 36236 dekalitr mal göndərmişdir. İş materiallarına İddiaçı MMC-nin təqdim etdiyi Spesfikasıya sənədlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh-yə göndərdiyi 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinlərində olan distilliyatdan, mütləq spirtin həcmi 22830 dekalitr edir. İş materiallarına Cavabdeh tərəfindən əlavə olunmuş "xxxx" SC və Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" SC-nə Cavabdeh tərəfindən tədarük olunacaq malda mütləq spirtin həcmi 22828.7 dekalitr olması göstərilir. Göründüyü kimi qeyd edilən səndəlrdə mübahisəli malda mütləq spirtin həcmində cəmi 1.3 dekalitr fərq vardır ki, bu da sisternlərdə olan spirtin dərəcəsindən və sairdən aslı olaraq yarana bilər. Eyni zamanda, iş materiallarına vəkil sorğusu əsasında "xxxx" SC-nin verdiyi 04/2021ci il tarixli, xx.xx.2020-ci il tarixli cavabında göstərilir ki, “SİA Rolands S” ilə aramızdakı razılaşmaya əsasən Azərbaycan Respublikası “X7 və Konyak zavodu"ndan şərab distilliyyatı ilə altı ədəd sisterna göndərilmiş və həmin sisternlər 2018-ci lin iyun ayının sonlarına “SİA Talbergs” gömrük-aksiz anbarına çatmalı idi. Həmin 6 sistern “SİA Talbergs” çatdıqda və bütün zəruri sənədlərin tədqiqindən sonra "xxxx" AC-nə şirkətinə təhvil verilməli idi, lakin həmin sisternalar naməlum səbəblərdən yalnız 2019-cu ilin aprelində “SİA Talbergs” anbarına çatdırılmışdır və bu zaman məlum olmuşdur ki, həmin sisternlərdə olan spirt, SİA Cavabdeh ilə aramızda olan xx.xx.2018-ci il tarixli “Tədarük” müqaviləsinin tələblərinə uyğun deyil, yəni spirt üzüm mənşəli deyil. Bu səbəbdən biz bu malı almaqdan imtina etdik və bundan sonra Cavabdeh SİA uzun müddət bu məhsulun bizə satılması barədə danışıqlar aparmış və "xxxx" SC və “Rolanas S” SİA arasında olan LV-2019/08/008nömrəli, xx.xx.2019-cu il tarixli yeni “Tədarük” müqaviləsi bağlanmışdır”. Göründüyü kimi, qeyd edilən 6 sistern üzüm distilliyatının məhz Cavabdeh-yə İddiaçı MMC (keçmiş adı “X7 və Konyak zavodu") tərəfəfindən göndərilməli olması, "xxxx" SC-yə də öncədən bəlli idi. Ona görə ki, 2011-ci ildən 2018-ci ildək dövr ərzində “X7 və Konyak zavodu"nun üzüm distilliyyatı məhsulları Cavabdeh tərəfindən "xxxx" SC-nə dəfələrlə tədarük olunmuşdu. Məhkəmənin qətnamənin qeyd olunan hissəsində göstərdiyi “həmin məhsulu başqa şəxslər də satmış ola bilərdi” fikri ilə bağlı əlavə olaraq bildirmək istəyirik ki, məhkəmə Azərbaycan Gömrük Komitəsinə qeyd olunan şübhə yarada biləcək məsələ ilə bağlı, yəni 2018-ci ilin aprel-may aylarında Azərbaycan Respublikasının şərab istehsalı müəssisələrindən Cavabdeh-yə göndərilən mallar, həmin malların çeşidi və həcmi barədə sorğular verməklə də dəqiqləşdirə bilərdi. xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinə əsasən, Cavabdeh İddiaçı MMC-dən alacağı malın 1 deka litrini "xxxx" SC-yə 31.5 avroya satmalı idi. Lakin, həmin mal bəlli səbəblərdən Riqa şəhərinə 9 aydan sonra çatdırılmış və Riqa şəhərinə gətirilmiş malın keyfiyyəti müqavilə üzrə tələblərə uyğun olmadığından, "xxxx" SC həmin malı almaqdan imtina etmiş, İddiaçı MMC isə Cavabdeh tərəfindən ona olunmuş xəbərdarlıqlara baxmayaraq, qeyd olunan keyfiyyətsiz malı İddiaçı MMC Cavabdeh götürməkdən imtina etdiyindən, malın pulunu tələb etdiyindən, Cavabdeh "xxxx" SC ilə həmin mal ilə bağlı təkrar danışıqlar aparmış və "xxxx" SC ilə LV-2019/08/008 nömrəli, xx.xx.2019-cu il tarixli yeni “Tədarük” müqaviləsi bağlanmasına nail olmuşdur. Həmin müqaviləyə olunmuş 1 nömrəli əlavəyə əsasən, tərəflər həmin malın 4014 deka litrini 24.70 avroya, qalan hissəsini isə 23.40 avroya tədarük olunması barədə razılığa gəlmişlər. "xxxx" SC və Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsi və xx.xx.2019-cu il tarixli, 2019/08/008 nömrəli “Tədarük” müqaviləsindəki malların qiymətləri arasındakı ciddi fərq, İddiaçı MMC-nin Cavabdeh-yə “Çaxır distilliyatı” əvəzinə, digər ərzaq məhsullarından hazırlanmış spirt göndərməsi olmuşdur. Nəticə etibarı ilə Cavabdeh 22828.7 dekalitr malı 31.5 avroya "xxxx" SC-nə sataraq, "xxxx" SC-dən cəmi 719104.05 avro almalı olduğu halda, İddiaçı MMC-nin keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi səbəbindən, 22828.7 dekalitr malın 4014 dekalitrini 24.70 avroya, 18814.7 dekalitrini 23.40 avroya, cəmi 539409.78 avroya satmışdır. Nəticə etibarı ilə Cavabdeh-yə qeyd olunan alqısatqı müqaviləsi nəticəsində 179694.27 avro zərər dəymişdir.
8. Bundan başqa məhkəmə qətnaməsində qarşılıqlı iddia ərizəsinin xx.xx.2018-ci il tarixli, 2-2018 №-li müqavilə üzrə İddiaçı MMC-yə avans formasında ödədiyi 200000 avronun və həmin pul məbləğinin 2 illik dövr üçün saxlandığından illik 5% nəzərə alınmaqla 20000 avro əldən çıxmış faydanın tutulması hissəsinin təmin olunmaması ilə bağlıdır. Belə ki, işin mübahisə yaratmayan halı ondan ibarətdir ki, Cavabdeh bu müqavilə üzrə ilkin ödənişi avans olaraq 200000 avronu İddiaçı MMC-yə xx.xx.2018- ci il tarixdə ödəmişdir. İddiaçı MMC-nin təqsirli hərəkəti nəticəsində həmin müqavilənin tələbləri kobud surətdə pozulmuşdur. Belə olduğu halda Cavabdeh-nin müqavilə üzrə avans kimi İddiaçı MMC-yə ödədiyi 200000 avro geri qaytarılmalıdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əməl gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Göründüyü kimi, Cavabdeh-nin mala görə avans ödədiyi 200000 avronu müqavilə bağlanan zaman İddiaçı MMC-yə ödəmişdir və İddiaçı MMC həmin 200.000 avronu 3(üç) ildir ki, qanunsuz olaraq özündə saxlamasına baxmayaraq, mal Rusiya Federasiyası ərazisində saxlanılan zaman Cavabdeh-yə bəlli olmuşdur ki, mal keyfiyyət baxımından tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun deyldir. Bu səbəbdən İddiaçı MMC-nin Cavabdeh-yə məxsus 200000 avronu qanunsuz olaraq saxlamağı ilə bağlı illik beş faiz nəzərə alınmaqla hesablanması, Satıcının Alıcının məhkəmyədək pretenziya qaydasında müraciətinə cavab verdiyi tarixdən, xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Yəni, Cavabdeh-yə məxsus 200000 avronu qanunsuz olaraq, iki il özündə saxladığından illk beş faiz nəzərə olmaqla, 200000 (iki yüz min) avrodan əlavə 20000 avro İddiaçı MMC-dən alınaraq Cavabdeh-yə ödənilməlidir.
9. Bundan başqa məhkəmə qətnaməsində qarşılıqlı iddia ərizəsinin Cavabdeh- nin İspaniyanın “Lüksium Vayns” Şikətində keçirilmiş laborotoriya tədqiqatlarına görə ödənilmiş 3184.51 avronun İddiaçı MMC-dən tutulması hissəsinin təmin olunmaması ilə bağlıdır. Apellyasiya şikayətimizin 2-ci bölməsində məhkəmə qətnaməsinin qeyd edilən dəlili ilə bağlı geniş əsaslandırma verdiyimizdən, təkrarçılığa yol vermədən hesab edirik ki, bu hissədə də iddia tələbimiz əsaslıdır və ona görə də Cavabdeh keçirilmiş bu tədqiqata görə “Lüksium Vayns” şirkətinə ödədiyi 3184.51 avro İddiaçı MMC-dən tutularaq Cavabdeh-yə ödənilməlidir.
10. Məhkəmə qətnaməsində qarşılıqlı iddia ərizəsinin Cavabdeh-nin 6 sisterna malın "xxxx" MMC-yə daşınması, saxlanması, mühafizəsi və sair xidmətlərə görə ödədiyi 75351.93 avronun İddiaçı MMC-dən tutulması hissəsinin təmin olunmaması ilə bağlıdır. Hesab edirik ki, qətnamənin həmin hissəsi qanunsuz və əsassızdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinləri 29 aprel 2019-cu il tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni 30 aprel 2019-cu il tarixdə Dövlət Gəlirlər Xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına daşınmış və həmin mallar "xxxx" SC-yə təhvil verilənədək həmin limanda saxlanmışdır. İddia ərizəsinə əlavə olunmuş 12 ədəd Hesab-fakturalarla və X8 ilə müəyyən olunur ki, həmin 6 sisternanın daşınması, saxlanması, mühafizəsi və sair xidmətlərə görə xx.xx.2019-cu il tarixdən-xx.xx.2020-ci il tarixədək Cavabdeh tərəfindən "xxxx" MMC-yə 75351.93 avro ödənilmişdir. İddiaçı MMC Cavabdeh-yə aralarında olan xx.xx.2018-ci il tarixli, 2-2018 nömrəli müqavilənin tələblərinə uyğun mal göndərdiyi halda, həmin mallar heç bir problem olmadan "xxxx" SC-nə tədarük olunacaqdı, nə malın başqa yerə daşınmasına, orada uzun müddət saxlanmasına, mühafizə olunamsına və sairə də ehtiyac yaranmayacaqdı, hətta belə hallar yaransaydı belə, həmin zərərə görə İddiaçı MMC cavabdehlik daşımayacaqdı. Ona görə də iddia tələbinin bu hissəsi də qanuni və əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə də ləğv olunmalıdır.
11. Apellyasiya şikayətimizin digər dəlili qarşılıqlı iddia ərizəsinin hüquqi yardımla bağlı hissəsinin təmin olunmaması ilə bağlıdır. Cavabdeh-nin "xxxx" MMC-yə ödədiyi 62778.92 avronun İddiaçı MMC-dən tutulması hissəsini təmin etməyən məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə "xxxx" MMC ilə “Hüquqkonsaltinq xidmətlərinin göstərilməsi haqqında” 08/02/18- LV nömrəli müqavilədə "xxxx" MMCnin məhz hazırkı mübahisə ilə əlaqədar, yoxsa Cavabdeh-nin digər işləri ilə bağlı bağlandığı müəyyən olunmur. Hesab edirlər ki, qətnamə həmin hissədə də qanunsuz və əsassızdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC-nin rəhbərliyinin Cavabdeh-yə göndərdiyi 6 sisterin malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanılmasından və fakt üzrə cinayət işinin başlanmasından məlumat aldıqdan sonra, cinayət işinin araşdırılması zamanı “ARAZ X4 və Konyak zavodu" (sonrakı adı İddiaçı MMC) hüquqlarının müdafiəsi ilə bağlı "xxxx" MMC-nin hüquqşünası X3 xx.xx.2018-ci il tarixli, 1/35 nömrəli, 21 nömrəli etibarnamə vermişdir. İddiaçı MMC-nin rəhbərliyinin xahişi və tapşırığı əsasında Cavabdeh xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının Pskov şəhərində "xxxx" MMC ilə “Hüquq-konsaltinq xidmətlərinin göstərilməsi haqqında” 08/02/18-LV nömrəli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, İddiaçı MMC- nin "xxxx" MMC-yə göndərdiyi və Rusiya Federasiyasının Pskov şəhərində saxlanılmış 6 sistern üzüm distilliyatı ilə bağlı Rusiya Federasiyası Gömrük, İstintaq Komitəsində və digər orqanlarda "xxxx" MMC hüquqi yardım göstərməli idi. Məhkəmənin yuxarıda qeyd olunan dəlili ilə bağlı apellyasiya instansiyasının diqqətinə çatdırmaq istəyirik ki, iş materialına tərəfimizdən təqdim olunmuş “Cinayət işi üzrə icraata xitam verilməsi”nə dair xx.xx.2019-cu il tarixli qərarın nəticə (qərara aldı hissəsində, tərcümədə yanlış olaraq qət etdi kimi tərcümə olunub) hissəsinin 3-cü bəndində göstərilir ki, “...77329308, 77326585, 77302644, 77331361 və 77331379 nömrəli dəmir yolu sisterinlərindən maddi sübut kimi tanıan spirt tərkibli maye ... yük göndərənin və yük alanın nümayəndəsi V.V.Pereverzova qaytarılsın. Eyni zamanda iş materialına əlavə olunmuş xx.xx.2019-cu il tarixli qərarın əsaslandırcı (müəyyən etdim) hissəsinin sonunda həmin sisterilərdki malın yük göndərənin və yük alanın nümayəndəsi V.V.Pereverzova artıq qaytarılmasından söhbət gedir. Yuxarıda göstərilənlən qərarlarda “yük göndərənin və yük alanın nümayəndəsi V.V.Pereverzov” “ARAZ MMC X4 və Konyak zavodu"nun (sonrakı adı İddiaçı MMC) etibarnamə verdiyi, Cavabdeh "xxxx" MMC “Hüquq-konsaltinq xidmətlərinin göstərilməsi haqqında” 08/02/18-LV nömrəli müqaviləni icra edən, "xxxx" MMC-nin hüquqşünası X1. Yəni, iş materialları ilə bir daha təsdiq edilir ki, "xxxx" MMC-nin hüquqşünası X5 cianayət işinin istintaqı aparılarkən İddiaçı MMC-ni və Cavabdeh-ni təmsil etmişdir. Ona görə də Məhkəmənin yuxarda göstərilən dəlilini əsassız hesab edirik. İş materialına əlavə etdiyimiz “Citadle Bank” SC-nin Beynəlxalq ödəniş sənədlərinin surətindən göründüyü kimi, Cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına hüququ yardımla bağlı xx.xx.2019-cu il tarixdə 38000 avro, xx.xx.2019-cu il tarixdə 19000 avro cəmi, 57000 avro ödənilmişdir. Hüquq şirkəti olan "xxxx" MMC ilə Cavabdeh arasında hüquqi yardımla bağlı müqavilə İddiaçı MMC-nin rəhbərliyinin xahişi və tapşırığı əsasında bağlanmışdır. Razılaşmaya görə Cavabdeh-nin hüquqi yardıma görə "xxxx" MMC-yə ödəyəcəyi məbləğ malın pulundan, yəni Cavabdeh-nin İddiaçı MMC-yə qalan borcundan çıxılmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinin tələbinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Həmin Məcəllənin 784-cü maddəsinin tələbinə görə, vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Göründüyü kimi, İddiaçı MMC-nin Cavabdeh-yə göndərdiyi 6 sisterin malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanması, həmin sisternlərdə olan malın müşayətedici sənədlərə uyğun olub-olmaması ilə bağlı hüquq mühafizə orqanlarında aparılan araşdırmalarla bağlı Cavabdeh "xxxx" MMC ilə hüquqi yardımla bağlı müqavilə bağlamış və nəticə etibarı ilə göstərilmiş hüquqi yardıma görə, "xxxx" MMC-yə 57000 avro ödəmişdir ki, həmin 57000 avro İddiaçı MMC tərəfindən Cavabdeh-yə qaytarılmalıdır. Eyni zamanda, işin fakti hallarından göründüyü kimi, "xxxx" SC Rusiya Federasiyası ərazisində 6 ədəd dəmir yolu sisterinlərin 2018-2019-cu illərdə 9 ay boşdayanmasına görə "xxxx" MMC-dən 160000 avro məhkəmə qaydasında tələb edib, həmin iş Riqa şəhəri Lataqaliya Rayon Məhkəməsinin icraatında olmuşdur (bununla bağlı sənədlərin surəti iddia ərizəsinə əlavə olunub). Həmin məhkəmə mübahisəsinə görə "xxxx" MMC-nin qarşısında Cavabdeh məsuliyyət daşıdığından, bu işlə bağlı "xxxx" MMC-yə göstərilən hüququ yardıma görə 5778.92 avro ödəniş Cavabdeh tərəfindən həyata keçirilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, İddiaçı MMC-nin Cavabdeh- yə göndərdiyi Mal tərəflər arasında olan müqavilə tələblərinə uyğun olduğu halda, "xxxx" SC və "xxxx" MMC arasında həmin sisternlərin 9 ay Rusiya Federasiyası ərazisində boşdayanmasına görə 160000 avroluq məhkəmə mübahisəsi yaranmazdı və Cavabdeh də həmin mübahisəyə görə "xxxx" MMC-yə hüquqi yardımın əvəzini, 5778.92 avronu ödəməzdi. Ona görə də "xxxx" MMC-yə Riqa şəhəri Lataqaliya Rayon Məhkəməsində (iddiaçı "xxxx"ın iddiası üzrə) göstərilən hüquqi yardıma görə Cavabdeh-nin ödədiyi 5778.92 avronun İddiaçı MMC-dən tutularaq Cavabdeh-yə ödənilməsi hissəsi ilə bağlı iddia tələbimiz əsaslı olduğundan təmin olunmalıdır.
12. Qarşılıqlı iddia ərizəsinin Cavabdeh-nin "xxxx" MMC-yə (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin sığorta zəmanəti xərcinə görə) ödədiyi 75511.63 avronun İddiaçı MMC-dən tutulması hissəsini təmin etməyən məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qeyd olunan məbləğin nə məbləğ olduğu, nəyə görə ödənildiyi və nəyə görə İddiaçı MMC-dən tələb edildiyi iddia ərizəsindən və nümayəndənin izahatından məlum olmamışdır. Hesab edirlər ki, qətnamə qeyd olunan hissədə də qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC-nin göndərdiyi mal xx.xx.2019-cu il tarixdə yükalan "xxxx" MMC-nin gömrük anbarına çatdırılmış və gömrük nəzarətinə götürülmüş, 6 sisterində olan mal müşayətedici sənədlərinə uyğun olmadığından, həmin malın alıcısı olan "xxxx" SC-nin həmin maldan imtina etdiyindən 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinləri 29 aprel 2019-cu il tarixdə, 77311082 nömrəli dəmir yolu sisternləri (Mal) 30 aprel 2019-cu il tarixdə Dövlət Gəlirlər Xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına göndərilmiş və həmin sisterinlərdə olan mallar "xxxx" SC-nə təhvil verilənədək Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin nəzarəti altında Riqa azad ticarət limanda saxlanmışdır. İddiaçı MMC-nin Alıcıya göndərdiyi mal tərəflər arasında xx.xx.2018-ci il tarixli 2- 2018 nömrəli müqavilənin (malın keyfiyyəti və sairlə bağlı) tələblərinə uyğun olduğu halda, həmin mal yükalan "xxxx" MMC-nin gömrük anbarına qəbul etdiyi gündən 15 (on beş) gün ərzində malın alıcısı "xxxx" SC-nə təhvil verilməli idi. Lakin, həmin mal müqavilə tələblərinə uyğun olmadığından, təxminən 20 günə yaxın müddətdə "xxxx" MMC-nin gömrük anbarında, sonra isə "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanında saxlanmışdır (29 aprel 2019-cu il tarixdən-xx.xx.2020-ci il tarixdək) ki, buna görə də "xxxx" MMC həmin malın sığortası üçün nəzərdə tutulduğundan əlavə xərclər çəkmişdir ki, həmin xərclər Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, "xxxx" MMCnin Cavabdeh-yə göndərdiyi xx.xx.2020-ci il tarixli, T 166 nömrəli Hesab-fakturanın surətindən göründüyü kimi, yuxarıda qeyd olunan 6 sisterinin sığorta haqqına görə 88000 avro çəkdiyi xərci 5 gün ərizində ödənilməsini tələb etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında olan xx.xx.2020-ci il tarixli, RS ********* nömrəli Qarşılıqlı Hesablaşmalar AKTİ-na əsasən, həmin məbləğdən 60184.96 (altmış min yüz səksən dörd avro 96 senti) "xxxx" MMC-nin hesabına ödənilmişdir. xx.xx.2020-ci il tarixli, T 166 nömrəli Hesab-fakturaya Əlavənin surətində xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün 6 sisternanın aksiz vergisinin ümumi təmin edilməsi üçün sığorta xərcləri dəqiq göstərilmişdir. Həmin Hesab-fakturaya Əlavə ilə müəyyən olunur ki,"xxxx" MMC 6 dəmir yolu sisterinin (77331379 nömrəli dəmir yolu sisterinin 471 günə sığorta xərci 10833 avro; 77329308 nömrəli dəmir yolu sisterinin 503 günə sığorta xərci 11569 avro; 77326585 nömrəli dəmir yolu sisterinin 532 günə sığorta xərci 12236 avro; 77311082 dəmir yolu sisterinin 559 günə sığorta xərci 11180 avro; 77331361 dəmir yolu sisterinin 669 günə sığorta xərci 15387 avro;77302644 nömrəli dəmir yolu sisterinin 777 günə sığorta xərci 14306 avro) sığorta xərci cəmi, 75511.63 avro ödənmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, qətnamə sözügedən hissədə də əsassız olduğundan ləğv olunmalı, iddia tələbi Cavabdeh-nin "xxxx" MMC-yə (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin sığorta zəmanəti xərcinə görə ödədiyi) 75511.63 avronun İddiaçı MMC-dən tutulması hissəsində təmin olunmalıdır.
13. Apellyasiya şikayətinin digər dəlili qarşılıqlı iddia ərizəsinin sənədlərin rus, latış və ispan dillərindən azərbaycan dilinə tərcümə olunmasına, notariat qaydasında təsdiq olunmasına və həmin sənədlərin Riqa şəhərindən Bakı şəhərinə poçtla göndərilməsi üçün poçt xidmətlərinə görə çəkilmiş xərclər hissəsinin təmin olunmaması ilə bağlıdır. Məhkəmənin qənaətinə görə Cavabdeh-nin sənədlərin rus, latış və ispan dillərindən azərbaycan dilinə tərcümə olunmasına, notariat qaydasında təsdiq olunmasına çəkdiyi 5390.37 avro və həmin sənədlərin Riqa şəhərindən Bakı şəhərinə poçtla göndərilməsi üçün poçt xidmətlərinə görə çəkdiyi 359.28 avro məhkəmə xərclərinə aid olsa da, həmin xərclər İddiaçı MMC-dən tutula bilməz. Hesab edirik ki, qətnamə həmin hissədə də qanunsuz və əsassızdır. Belə ki, işin faktiki hallarından və iddia ərizəsinə əlavə olunmuş sənədlərin surətindən göründüyü kimi, həmin sənədlərin hamısı rus, latış və ispan dillərindən azərbaycan dilinə tərcümə olunmuş və notariat qaydasında təsdiq olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sənədlərin rus, latış və ispan dillərindən azərbaycan dilinə tərcümə olunmasına və notariat qaydasında təsdiq olunmasına görə, cəmi 5390.37 avro və həmin sənədlərin Riqa şəhərindən Bakı şəhərinə poçtla göndərilməsi üçün poçt xidmətlərinə görə çəkilmiş xərclərə görə cəmi 359.28 avro "xxxx" MMC-dən tutularaq Cavabdeh-yə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, qətnamə sözügedən hissədə də əsassız olduğundan ləğv olunmalı, iddia tələbi Cavabdeh-nin "xxxx" MMC-yə iddia ərizəsinə əlavə olunmuş sənədlərin rus, latış və ispan dillərindən azərbaycan dilinə tərcümə olunmasına, notariat qaydasında təsdiq olunmasına görə, cəmi 5390.37 avro və həmin sənədlərin Riqa şəhərindən Bakı şəhərinə poçtla göndərilməsi üçün poçt xidmətlərinə çəkilmiş xərclərə görə, cəmi 359.28 avro avronun İddiaçı MMC-dən tutulması hissəsində təmin olunmalıdır.
Apellyasiya şikayətinə qarşı etiraz "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərinə qarşı yazılı etirazında birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. "xxxx" MMC-nin etirazına görə: tərəflər arasında bağlanmış 12 aprel 2018-ci il tarixli müqaviləyə uyğun olaraq alğı- satqı predmeti olan, tərkibindəki spirt səviyyəsi 63% olan, 5 illik üzüm çaxırının emal olunmamış distilləsi keyfiyyət standartlarına uyğun şəkildə cavabdehə təhvil verilmişdir. Belə ki, həmin malların keyfiyyətli olmasına dair xx.xx.2018-ci il tarixli sertifikat, xx.xx.2018-ci il tarixli sınaq protokolu və forma A keyfiyyət sertifikatı mallarla birlikdə cavabdehə təqdim edilmişdir. Müqavilənin heç bir şərti və bəndi tərəflərindən pozulmamış, müqavilə üzrə öhdəliklər tərəflərindən tam və vaxtında yerinə yetirilmişdir. Cavabdeh həmin zərərə uğradığını əsaslandırmamış və buna dair sübutları dəlilləri məhkəməyə təqdim etməmişdir. Tərəflərindən 12 aprel 2018-ci il tarixli müqavilənin şərtləri pozulmamış, müqavilə üzrə öhdəliklər öz tərəflərindən tam və vaxtında yerinə yetirilmişdir. Tərəflər arasında bağlanılmış 12 aprel 2018ci il tarixli 2-2018 saylı müqavilənin şərtləri ‘Azər Alko” MMC tərəfindən yerinə yetirilmiş, lakin Cavabdeh müqavilə üzrə öz öhdəliklərini tam şəkildə icra etməmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il tarixdə tərikibində azı 63% alkoqol olan, 36236 dekalitr (müqavilə üzrə 36400 dekalitr olmalı idi) həcmdə 5 il saxlanılmış çaxır distillyatı xx.xx.2018-ci il tarixdə İddiaçı MMC tərəfindən Samur gömrük-sərhəd buraxılış məntəqəsində müvafiq müqavilələrə əsasən “Rolands S" MMC üçün daşıma xidmətini həyata keçirən "xxxx" SC-yə təhvil verilmişdir. Mal tərəflər arasında bağlanılmış müqavilənin 4.2-ci bəndində qeyd olunan bütün sənədlərlə müşayiət olunmuşdur. Təqdim olunmuş malın ГОСТ 31493-2012 “Çaxır distillyat. Texniki şərtlər” keyfiyyətinə malik olmaması ilə bağlı Cavabdeh-nin mövqeyindən yaranmışdır. Halbuki, malın ГОСТ 31493 - 2012 “Çaxır distillyat. Texniki şərtlər” keyfiyyətinə malik olmasına dair hansı sənədlərin təqdim edilməli olması aralaırnda bağlanılmış müqavilədə öz əksini tapmış və həmin sənədlər tərəflərindən "Rolands S” MMC-yə təqdim edilmişdir. Digər tərəfdən, müqavilənin 4.5-ci bəndinə əsasən, malın alınması zamanı alıcı malın qəbul edilməsi anından 5 iş günü ərzində tam analiz aparır. Əgər malın keyfiyyətinin ГОСТ 31493 - 2012 “Çaxır distillyatı. Texniki şərtlər" uyğun olmadığı müəyyən edilərsə, alıcı 2 iş günü ərzində akt tərtib edir və bu barədə yazılı şəkildə satıcıya məlumat verir. İş materiallarında olan sənədlərdən görünür ki, malın xx.xx.2019-cu il tarixdə Latviya Respublikasına çatmasına baxmayaraq, “Rolands S" MMC tərəfindən müqavilədə razılaşdırılmış qaydada, yəni 5 iş günü arzində malın analizi aparılmamış və 2 iş günündə müvafiq akt tərtib edərək, “Azər Alko" MMC-yə məlumat verməmişdir. “Rolands S" tərəfindən malın ГОСТ 31493 - 2012 “Çaxır distillyat. Texniki şərtlər" keyfiyyətinə olmamasını öncə Moskva şəhəri ekspert-kriminalistik xidmətinin 18-20 iyul 2018-ci il tarixli gömrük ekspertlərinin rəyləri, daha sonra isə İspaniya şirkəti olan “Lüksium Vayns SL” şirkətinin aktları ilə əsaslandırır. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə udun olaraq, 36236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatının ГОСТ 31493- 2012 standartlarına uyğun olmasına dair xx.xx.2018-ci il tarixli, 001349 saylı uyğunluq sertifikatı verilmişdir ki, İddiaçı MMC tərəfindən də həmin sertifikat Cavabdeh-yə təqdim edilmişdir. Sözügedən müqavilədə bundan başqa, yalnız malın alınmasından 5 iş günü ərzində müvafiq analizin aparılması və aktın tərtib edilməsi nəzərdə tutulmuşdur ki, malın xx.xx.2019cu il tarixdə Latviya Respublikasına çatmasına baxmayaraq, həmin analiz yalnız bundan təqribən 1 il 4 ay sonra “Lüksium Vayns SL” şirkəti tərəfindən birtərəfli qaydada xx.xx.2020-сi il tarixdə aparılmışdır. Başqa sözlə, müqavilənin qeyd olunan şərti Cavabdeh-nin özü tərəfindən pozulmuşdur. İddiaçı MMC-nin Cavabdeh-nin elektron ünvanına xx.xx.2019-cu il tarixdə göndərdiyi maktubda Cavabdeh tələblərini qəbul etmədiklərini və malın pulunu tələb etdiklərini bildirmişlər. Bundan sonra “Rolands S" MMC İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli Pretenziya (bildiriş) göndərərək, həmin pretenziyada ona dəymiş ziyana görə satıcıdan ona göndərdiyi keyfiyyətsiz malı götürməyi təklif etmiş, malın götürülmədiyi halda, malı hərracdan satacağını bildirmişdir. Həmin pretenziyaya İddiaçı MMC xx.xx.2019-cu il tarixli cavabında Cavabdeh qarşısında hər hansı borcunun olmamasını və “Alıcı”dan 364000 avro pul tələb etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür İddiaçı MMC tərəfindən Cavabdeh-yə göndərilmiş malların Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılmasından, müvafiq ekspertizaların nəticəsi olaraq tərtib edilmiş ekspert rəylərindən, malın tərkibində üzüm mənşəli spirtlərin olmamasından (Cavabdeh-nin mövqeyinə əsasən) 2018-ci ilin jyul ayında Cavabdeh-nin məlumatı olmuş, lakin buna baxmayaraq, həmin malın qəbul edilməməsi, geri qaytarılması, malın əvəz edilməsi və digər hallarla bağlı İddiaçı MMCyə hər-hansı irad bildirməmiş, başqa sözlə, malı qəbul etmiş, daha sonra isə satmışdır. Bundan başqa, tərəflər arasında bağlanılmış müqavilənin 6.1-ci bəndinə əsasən, hazırki müqavılə üzrə tərəflərin üzərinə qoyulan öhdəliklərin yerinə yetirilməməsi və ya vaxtında yerinə yetirilməməsi fors-major vəziyyətlərin, satıcının və ya alıcının ölkələrinin dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir) edən digər obyektiv məhdudiyyətlərin nəticəsidirsə, tərəflər hazırki müqavilə üzrə öhdəliklərin qismən və ya tamamilə pozulmasına görə məsuliyyətdən azad edilirlər. Müqavilənin 6.3-cü bəndinə əsasən, fors-major vəziyyətlərin təsiri və ya dövlət orqanlarının və ya hökümət qərarlarının yuxarıda göstərilən təsiri 2 aydan çox davam edərsə, tərəflərin birilərinə 14 təqvim günü əvvəl bildirməklə hazırki müqaviləyə xitam vermək hüququna malikdir. İş materiallarından göründüyü kimi, mal Cavabdeh tərəfindən ("xxxx" SC vasitəsilə) Samur gömrük-sərhəd buraxılış məntəqəsində xx.xx.2018-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, Latviya Respublikasına xx.xx.2019-cu il tarixdə, yəni təqribən 10 aydan artıq müddət keçdikdən sonra çatmışdır. Belə olan halda, müqavilənin 6.3-cü bəndinə əsasən, Cavabdeh-nin 14 təqvim günü əvvəldən məlumat verilməklə müqaviləyə xitam vermək hüququna malik olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, bununla da, faktiki olaraq malı qəbul etdiyini nümayiş etdirmişdir. İddiaçı MMC tərəfindən təqdim edilmiş mal xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə "xxxx" SC-yə satılmışdır. Belə olan halda isə həmin nümunələrin sonradan, yəni xx.xx.2020-ci il tarixdə götürülməsi ağlabatan və inandırıcı deyildir. Qeyd olunan tarixdə həmin mallar Cavabdeh-nin sərəncamında olmamışdır. “Rolands S" MMC apelyasiya şikayətində bir tərəfdən qeyd edir ki, sözügedən mallar ümumiyyətlə ona çatdırılmayıb, həmçinin mallar onun Latvijas Balzams SCyə satacağı mallar olmamışdır.Əgər mallar ona çatdılrılmamışdırsa, onda malı o, necə sata bilib? Əgər mal Latvijas Balzams SC-yə satılacaq mal deyildisə, bəs “Rolands S" MMC həmin malı necə Latvijas Balzams SC-yə satıb? Bundan başqa, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, “Azər Alko" MMC tərəfindən Cavabdeh-yə göndərilmiş malların Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılmasından, müvafiq ekspertizaların nəticəsi olaraq tərtib edilmiş ekspert rəylərindən, malın tərkibində qeyri üzüm mənşəli spirtlərin olmasından (Cavabdeh-nin mövqeyinə əsasən) 2018-ci ilin iyul ayında “Rolands S" MMC-nin məlumatı olmuş, lakin buna baxmayaraq, həmin malın qəbul edilməməsi, geri qaytarılması, malın əvəz edilməsi və digər hallarla bağlı İddiaçı MMC-yə hərhansı irad bildirməmiş, başqa sözlə, malı qəbul etmiş, daha sonra isə satmışdır. Digər tərəfdən iş materiallarından göründüyü kimi, malın Latviya Respublikasına xx.xx.2019-cu il tarixdə çatmasının səbəbi malın Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılması, ekspertizaların keçirilməsi, nəticədə xx.xx.2018-ci il tarixli qərara əsasən, cinayət işi qaldırılması, xx.xx.2019-cu il tarixli qərarla cinayət işinə xitam verilməsi, sonradan xx.xx.2019-cu il tarixli cinayət işinə xitam verilməsi haqqında qararın ləğv edilməsi, daha sonra xx.xx.2019-cu il tarixdə yenidən cinayət işinə xitam verilməsi olmuşdur. Yəni həmin dövr ərzində mallar dövlət orqanlarının hərəkətlərinin və ya terəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən obyektiv məhdudiyyətlər nəticəsində vaxtında Cavabdeh-yə çatdırılmamışdır ki, belə hallarda müqavilənin 6.1-ci bəndinə əsasən, bu hallar İddiaçı MMCnin müqavilə üzrə öhdəliklərin qismən və ya tamamilə pozulmasına görə məsuliyyətdən azad edilməsinə əsasdır. Ümumiyyətlə müqaviləyə əsasən onlar malı Samur gömrük postuna Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı sərhəddə qədər çatdırmağı təmin etməli idilər. Onlar da öz öhdəliklərini yerinə yetirmişlər.
İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh-nin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini və əvvəlki məhkəmələrdə olan mövqeyini müdafiə edərək hər bir tələbi üzrə ayrı-ayrılıqda izahat vermiş və apellyasiya şikayətindəki əsaslandırması üzrə dəlillərini qeyd etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə göndərərək əvvəlcədən təyin edilmiş başqa məhkəmə iclasında olduğundan məhkəmə iclasında iştirak edə bilməcəyini, iddiaya qarşı etirazının dəlillərini və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarını müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnaməni qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin nümayəndəsi və vəkili mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qətnamə ilkin iddianın təmin edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmış, qarşılıqlı iddiaya dair hissədə qətnamə ləğv edilərək iş yeni məhkəmə baxışına göndərilmişdir. İşə Cavabdeh-nin qarşılıqlı iddiası üzrə mübahisələndirilən hissədə baxılır. Hazırki baxılan hissədə tələb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, "xxxx" MMC tərəfindən tərəflər arasında bağlanmış 2018-ci il 12 aprel tarixli, 2-2018 nömrəli müqavilənin şərtlərinə uyğun olan malın cavabdehə verilməməsi səbəbindən sonuncunun üzləşdiyi ziyanın aradan qaldırılması ilə bağlıdır.
Qarşılıqlı iddia ərizəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi. Məhkəmə hesab etmişdir ki, ilkin iddianın qismən təmin olunmasına dair əsaslar qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi əsasları ilə eynilik təşkil edir. İddiaçının təqsirli hərəkəti nəticəsində cavabdehə göndərilmiş 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə cavabdehə dəymiş 160.000 avro zərərin və iddiaçının təqsiri nəticəsində "xxxx" SC-nin malın gecikməsinə görə tətbiq etdiyi cərimə sanksiyasına görə cavabdehin "xxxx" SC-yə ödədiyi 44.266,75 avronun tutulması tələbləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, boşdayanmaya səbəb malın Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılması, ekspertizaların keçirilməsi, nəticədə 2018-ci il 3 avqust tarixli qərara əsasən, cinayət işi qaldırılması, 2019-cu il 25 fevral tarixli qərarla cinayət işinə xitam verilməsi, sonradan 2019-cu il 25 fevral tarixli cinayət işinə xitam verilməsi haqqında qərarın ləğv edilməsi, daha sonra 2019-cu il 6 may tarixdə yenidən cinayət işinə xitam verilməsi olmuşdur. Yəni həmin dövr ərzində mallar dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən obyektiv məhdudiyyətlər nəticəsində vaxtında cavabdehə çatdırılmamışdır ki, müqavilənin 6.1-ci bəndinə əsasən, bu hallar iddiaçının müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilməsinə əsas olduğundan, qeyd olunan tələblər əsassızdır. 179.694,27 avro zərərin iddiaçıdan tutulmasına dair hissədə də iddianı əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, iddiada "xxxx" Səhmdar Cəmiyyətinə təqdim olunacaq malın yalnız Azərbaycan mənşəli şərab spirti (distillyatı) olması qeyd olunmuşdur. Həmin şərab spirtinin (distillyatının) məhz iddiaçı tərəfindən təqdim olunacaq mal olması müqavilələrdə qeyd edilməmişdir. Halbuki, Azərbaycan mənşəli məhsulları satan yeganə şəxs iddiaçı deyildir. Həmin məhsulu digər şəxslər də satmış ola bilər. Digər tərəfdən cavabdeh təqdim olunmuş malın keyfiyyətinin müqaviləyə uyğun olmadığını iddia edirdisə və bu hal ona malın artıq Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılmasından, müvafiq ekspertizaların nəticəsi olaraq tərtib edilmiş ekspert rəylərindən sonra (2018-ci ilin iyul ayında) məlum olmasına baxmayaraq, ağlabatan müddətdə iddiaçıya bildiriş verməmiş, həmin malın qəbul edilməməsi, geri qaytarılması, malın əvəz edilməsi və digər hallarla bağlı hər-hansı irad bildirməmiş, malı qəbul etmişdir. Cavabdehin İspaniyanın “Lüksium Vayns” Şikətində aparılmış laboratoriya tədqiqatına görə ödənilmiş 3.184,51 avronun iddiaçıdan tutulması tələbi ilə bağlı qətnamədə göstərilmişdir ki, 2018-ci il 12 aprel tarixli, 2-2018 saylı müqavilənin 4.5-ci bəndində malın qəbul edilməsi anından 5 iş günü ərzində tam analizin aparılması məhz alıcının, yəni cavabdehin vəzifəsi olaraq müəyyən edilmişdir. Belə olan halda isə qeyd olunan məbləğ iddiaçıdan tələb edilə bilməz. Məhkəmənin mövqeyinə görə, içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin 2019-cu il 15 avqust tarixdən 2020-ci il 13 avqust tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınması, orada saxlanması, mühafizəsi və sair xidmətlərə görə cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş 75.351,93 avronun tutulması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən mal qəbul edildikdən sonra, həmin malın sonrakı müqəddəratı, yəni onun daşınması, saxlanılması, mühafizəsi və s. ilə bağlı iddiaçı hər-hansı məsuliyyət daşıya bilməz. Həmin mal cavabdehin sərəncamında olmuşdur və qeyd olunan hallarla bağlı yalnız cavabdehin özü məsuliyyət daşıya bilər. Ona görə də iddia bu hissədə də təmin edilməməlidir. Bundan başqa, işin materiallarında olan cavabdeh ilə "xxxx" MMC arasında hüquqkonsaltinq xidmətlərinin göstərilməsinə dair bağlanılmış 2018-ci il 10 avqust tarixli, 08/02/18- LV saylı müqavilədə "xxxx" MMC tərəfindən hansı məsələ ilə bağlı hüquq- konsaltinq xidmətlərinin göstərilməsi, yəni xidmətin (tapşırığın) mahiyyəti qeyd olunmamışdır. Həmin müqavilənin məhz hazırkı mübahisə ilə əlaqədar, yoxsa cavabdehin digər işləri ilə bağlı bağlanıldığı müəyyən olunmur. Belə olan halda isə qeyd olunan məbləğin iddiaçıdan tutulması tələbi də əsassızdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin "xxxx" MMC-yə (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin alkoqollu içkilərin aksiz vergisinin təmin edilməsinə görə ödədiyi sığorta zəmanəti xərcinə görə) ödədiyi 75.511,63 avronun tutulması tələbi isə qeyri-müəyyən olub qarşılıqlı iddiada (iddianın dəyişdirilməsi barədə ərizədə) əsaslandırılmamış, o cümlədən cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə izah edilməmişdir. Onun nə məbləğ olduğu, nəyə görə ödənildiyi və nəyə görə iddiaçıdan tələb edildiyi məlum deyildir. Qeyd olunan məbləğ aksiz vergisidirsə, həmin verginin ödənilməsi yalnız cavabdehin vəzifəsi ola bilər. Cavabdehin iddia ərizəsinə əlavə olunmuş sənədlərin Azərbaycan dilinə tərcüməsinə və notariat qaydasında təsdiq olunmasına ödədiyi 5.390,37 avronun və həmin sənədlərin poçtla Bakı şəhərinə göndərilməsinə görə ödədiyi 359,28 avronun tutulması tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, qeyd olunan xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aid olmaqla, məhkəmə xərclərinin tərkibinə daxildir.
Apellyasiya məhkəməsinin mövqeyi.
İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Cavabdeh həm müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə mal verilmədiyinə, həm də gecikdirilmə ilə bağlı əmələ gəlmiş ziyanı tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
Mülki Məcəllənin: “Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Mülki Məcəllənin 448.1-ci maddəsinə Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
“Maddə 581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
“Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1.alış qiymətinin mütənasib azaldılması; 587.1.2.əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3.əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1.alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2.lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.
“Maddə 595. Alğı-satqı müqaviləsinin lazımınca icra edilməməsi haqqında satıcıya bildiriş verilməsi 595.1. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2. Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı- satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. 595.3. Əgər satıcı alıcıya verilmiş əşyaların alğı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməz.” “Maddə 627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.” “Maddə 634. Alıcı tərəfindən malların qəbul edilməsi 634.1. Alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. ...”
“Maddə 635. Alıcı tərəfindən qəbul edilməmiş malın məsuliyyətlə saxlanması
635.1. Göndərmə müqaviləsinə uyğun olaraq alıcı (mal alan) mal göndərənin verdiyi maldan imtina etdikdə bu malın salamatlığını təmin etməyə (məsuliyyətlə saxlamağa) və mal göndərənə ləngimədən bildiriş göndərməyə borcludur. 635.2. Mal göndərən alıcının (mal alanın) məsuliyyətlə saxlamağa qəbul etdiyi malı ağlabatan müddətdə aparmağa və ya ona dair sərəncam verməyə borcludur. Əgər mal göndərən mala dair bu müddətdə sərəncam verməzsə, alıcı malı sata bilər və ya mal göndərənə qaytara bilər. 635.3. Malın məsuliyyətlə saxlanmağa qəbul edilməsi, satılması və ya satıcıya qaytarılması ilə əlaqədar alıcının çəkdiyi zəruri xərclərin əvəzini mal göndərən ödəməlidir. Bu zaman malın satışından götürülən vəsait alıcıya çatan məbləğ çıxılmaqla mal göndərənə verilir. ...”
“Maddə 641. Mallar tam göndərilmədikdə, malların qüsurlarının aradan qaldırılmasına və ya komplektinin tamamlanmasına dair tələblər yerinə yetirilmədikdə alıcının hüquqları ... 641.3. Malların qüsurları aradan qaldırılanadək və komplekti tamamlananadək və ya mallar dəyişdirilənədək alıcı (mal alan) lazımi keyfiyyətli olmayan və komplektsiz malları ödəməkdən imtina edə bilər, malları ödəmiş olduqda isə ödədiyi məbləğlərin qaytarılmasını tələb edə bilər.” “Maddə 784. Vəkalət verənin məsuliyyəti Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən üzüm deyil, qeyriüzüm mənşəli spirt göndərməsindən, Rusiya Federasiyası gömrük xidməti tərəfindən müqaviləyə əsasən göndərilən mal saxlanılarkən qarşılıqlı iddiaçının məlumatının olması, mübahisə doğurmayan halıdır. Buna baxmayaraq, həmin vaxt qarşılıqlı iddiaçı tərəfindən sözügedən malın qəbul edilməməsi, geri qaytarılması, malın əvəz edilməsi və digər hallarla bağlı iddiaçıya hər hansı irad bildirilməmiş, tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndində nəzərdə tutulmuş “14 təqvim günü əvvəldən məlumat verməklə müqaviləyə xitam vermək” hüququndan istifadə edilməmiş, bununla da faktiki olaraq malın qəbul edildiyi nümayiş etdirilmişdir. Məhkəmə Kollegiyası qarşılıqlı iddianın təmin edilməməsinə dair hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşmır və əsassız sayır. MPM-in 420-ci maddəsinin tələbinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini də nəzərə alaraq belə hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçının sözügedən müqavilədən vaxtında imtina etməməklə, malın Rusiya Federasiyası ərazisində boş dayanmasına görə ziyanın yaranmasındakı roluna MM-in 21.3 və 458.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Bundan başqa, Mülki Məcəllənin 458.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, iş üzrə təqdim edilmiş sübutları apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3 və 458.1-ci maddələrinin tələbləri də nəzərə alınmaqla mübahisləndirilən hissədə apellyasiya şikayəti qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, Satıcı "X7 və Konyak Zavodu" MMC ilə (hazırki adı "xxxx" MMC") alıcı Cavabdeh arasında 12 aprel 2018-ci il tarixdə bağlanmış 2-2018 saylı müqaviləyə əsasən satıcı tərəfindən ən azı 5 il saxlanılmış çaxır distilyatının satılması, nəqliyyat vasitəsinə yüklənərək çatdırılması, alıcı tərəfindən isə çaxır distilyatının alınması, dəyərinin ödənilməsi və qəbul edilməsi müqavilənin predmetini təşkil etmişdir (müqavilənin 1.1-ci bəndi). Müqavilənin 1.2-ci bəndinə əsasən Malın kodu - XİFMN C-22082040, Mal haqqında məlumat: - istehsalçı ölkə Azərbaycan, komplektləşdirmə və keyfiyyət - dəmir yolu sisterni doldurma (6 sistern), ГОСТ3143-2012 "Çaxır distilyatı. Texniki şərtlər", ölçü vahidi – dkl (dekalitr), tərkibindəki alkoqolun faizi - ən azı 63%, miqdarı və təchizat dövrü (364 ton) və ya 36400 dkl (20 dərəcə C temp.) 01 iyun tarixindən 20 iyun 2018-ci il tarixinə qədər müəyyən edilmişdir. Müqavilənin 2-ci bəndində təchizat qaydası və şərtləri müəyyən edilmişdir: 2.1 - Təchizat şərtləri - CPT, Samur (İNKOTERMS 2010); 2.2 - Mal yola salındığı zaman aşağıdakı sənədlərlə müşaiyət edilməlidir;- Beynəlxalq mal-nəqliyyat qaiməsi,-İnvoys, - İxrac gömrük bəyannaməsi, Malın keyfiyyətini təsdiq edən sənədlər. İstehsalçının sertifikatında "Spirt həcmdə" mövqeyində 20 dərəcə C temp. alkoqolun miqdar faizi göstərilməlidir, həmçinin mütləq ümumi kükürd turşusunun M/K və kükürd anhidridin (SO2) M/K miqdarı göstərilməlidir, satıcı alıcıya boş sisternlərin qaytarılması üzrə təlimat verir; 2.3 - Satıcı zəmanət verir ki, mal yükalanın "xxxx" MMC anbarına 20 iyun 2018-ci ilə qədər tədarük ediləcək. Müqavilənin 3-cü bəndində qiymət və ödəniş şərtləri müəyyən edilmişdir: 3.1 - Mala aşağıdakı qiymət müəyyən edilir - ən azı 63% alkoqol tərkibi faizi ilə bir litrə görə (20 dərəcə C temp) 1.55 avro; 3.2 - alıcı malın təchizatına görə satıcı tərəfindən təqdim edilmiş invoys əsasında 200000 (iki yüz min) avro məbləğində ilkin ödəniş ödəyir, qalan məbləğ malın "xxxx"MMC Latviya Respublikası, Riqa şəhəri, Rensenu küçəsi, 10A ünvanında yerləşən anbarında alınmasından sonra 3 ay ərzində köçürülür. Müqavilənin 4-cü bəndində malın hansı keyfiyyət göstəricilərinə malik olması müəyyən edilmişdir: 4.1 - satıcı alıcıya ГОСТ3143-2012 keyfiyyətinə uyğun olan "Çaxır distilyatı. Texniki şərtlər" təchiz etməyi öhdəsinə götürür. Təchiz edilən mal əvvəllər təqdim edilmiş nümunələrə və sertifikatlara uyğun olmalıdır; 4.2 - X15 keyfiyyəti və mənşəyi haqqında aşağılakı sənədləri təqdim etməlidir; - Azərbaycan Respublikasının müvafiq orqanı tərəfindən verilmiş malın uyğunluq sertifikatı - 1 nüsxə, istehsalçı zavodun keyfiyyət sertifikatı (və ya istehsalçının keyfiyyət vəsiqəsi) - hər sisternə 1 nüsxə, malın keyfiyyət göstəricilərinə və ГОСТ3143-2012 "Çaxır distilyatı. Texniki şərtlər" uyğunluğuna dair sınaq protokolları - 1 nüsxə, radiasiya nəzarəti nəticələrinə görə rəy, malın bəyan edilmiş tündlüyünə uyğunluğunun müayinə sənədləri və malın aromatizatorların olmasına dair müayinə sənədləri, həmçinin malın keyfiyyətini təsdiq edən digər sənədlər; 4.3 - malın keyfiyyət və kəmiyyət göstəriciləri üzrə qəbulu "xxxx" MMC-nin anbarında aparılır, qəbulun nəticələrinə dair akt tərtib olunur; 4.4 - malın alınması zamanı alıcı malın qəbul edilməsi anından 5 iş günü ərzində tam analiz aparır. Əgər malın keyfiyyətinin ГОСТ3143-2012 "Çaxır distilyatı. Texniki şərtlər" uyğun olmadığı müəyyən edilərsə, alıcı 2 iş günü ərzində akt tərtib edir və bu barədə yazılı şəkildə satıcıya məlumat verir. Tərəflər bütün yaranan mübahisələri danışıqlar yolu ilə tənzimləyir. Müqavilənin 5-ci bəndində müqavilənin qüvvədə olma müddəti müəyyən edilmişdir: 5.1 - müqavilə tərəflərin onu imzalaması anından qüvvəyə minir və 31 dekabr 2018-ci il tarixədək qüvvədədir. Müqavilənin 6-cı bəndində fors-major hallar müəyyən edilmişdir: 6.1 - tərəflər hazırki müqavilə üzrə öhdəlikləri qismən və ya tamamilə pozmalarına görə məsuliyyətdən azad edilirlər, əgər hazırki müqavilə üzrə tərəflərin üzərinə qoyulan öhdəliklərin yerinə yetirilməməsi və ya vaxtında yerinə yetirilməməsi fors-major vəziyyətlərin və ya satıcının və ya alıcının ölkələrinin dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavsitə təsir edən digər obyektiv məhdüdiyyətlərin nəticəsidirsə; 6.2 - fors-major vəziyyət dedikdə daşqın, yanğın, zəlzələ, epidemiya, hərbi hərəkətlər, terror aktlarını başa düşmək lazımdır. Fors-major vəziyyətlərə istinad edən tərəf onların təsdiq edilməsi üçün müvafiq dövlət orqanı tərəfindən verilmiş müvafiq sənədi təqdim etməlidir; 6.3 - fors-major vəziyyətlərin təsiri və ya dövlət orqanlarının və ya hökumət qərarlarının yuxarıda göstərilən təsiri 2 aydan çox davam edərsə, tərəflər bir-birlərinə ən azı 14 təqvim günü əvvəl bildirməklə hazırki müqaviləyə xitam vermək hüququna malikdir. Müqavilənin 7-ci bəndində reklamasiya və mübahisələrin həll edilməsi qaydası müəyyən edilmişdir: 7.1 - tərəflərin müqavilənin şərtlərinin yerinə yetirilməsi və ya lazımi şəkildə yerinə yetirilməməsinə görə bir-birlərinə bildirdikləri iradları digər tərəf iradın göndərilməsi tarixindən 15 gün ərzində irada baxmalıdır; 7.2 - keyfiyyətsiz malın təchiz edilməsinə, həmçinin malın tam təchiz edilməməsinə görə maddi məsuliyyət tamamilə satıcının üzərinə qoyulur. Alıcı tərəfin keyfiyyətə və ya kəmiyyətə dair iradlarına satıcı tərəfindən baxılacaq və son hesablaşmada mübahisəsiz olaraq nəzərə alınacaq; 7.3 - hazırki müqavilədən yarana biləcək bütün mübahisələr və fikir ayrılıqlarını tərəflər danışıqlar yolu ilə həll edirlər. İrad qaydasından sonra razılığa gəlmədikləri təqdirdə mübahisələrə həll edilməsi və tənzimlənməsi üçün Azərbaycan Respublikasının Arbitraj və ya Təsərrüfat Məhkəməsində baxılmalıdır. Araşdırma dili rus dilidir.
Cavabdeh-nin mübahisələndirilən hissədə ayrı-ayrılıqda iddia tələbləri ilə bağlı Kollegiya aşağıdakıları bildirir:
1. "xxxx" MMC-nin Cavabdeh-yə ünvanladığı xx.xx.2020-ci il tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, xx.xx.2018- ci il tarixdə işlənilməmiş şərab distillatının 2018-ci ilin may ayında Azərbaycan dəmir yolu İmişli-Latviya dəmir yolu marşurutu ilə daşınmasına dair 1 nömrəli sifariş razılaşdırılmışdır. Rusiya Federasiyasının ərazisində yüklü vaqonun d/y tarifinin ödəyicisi "xxxx" MMC-nin olması razılaşdırılmışdır. "xxxx" MMC sifarişçi qarşısında tarifin tam ödənilməsinə dair öz öhdəliklərini yerinə yetirmişdir. 777331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 nömrəli vaqonlar xx.xx.2018-ci il tarixdə Azərbaycan Dəmir Yolu İmişli yükləmə stansiyasından Riqa-Preçu təyinat yerinə göndərilmişdir. xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018 yollanması icraçı tərəfindən həyata keçirilən vaqonlar Oktyabrsk dəmir yolunun Sebej keçid stansiyası sərhəd postunda olarkən Pskov gömrüyünün göstərişi ilə yoxlanış üçün açılmışdır. xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək dövrdə daşınan yükün gömrük yoxlanışı aparılmışdır. xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək dövrdə yüklü vaqonlar **********3000057 nömrəli cinayət işi çərçivəsində müsadirə edilmişdir. xx.xx.2019-cu il tarixində cinayət işinin bağlanması ilə əlaqədar, yüklü vaqonlar buraxılmış və daşıyıcı tərəfindən sərhəd stansiyasından təyinat stansiyasına istiqamətləndirilmişdir. Bütün bu göstərilən müddət ərzində vaqonlar ümumi istifadə olunan yollarda olmuşdur. Vaqonların ümumi istifadə olunan yollarda qaldığı vaxt ərzində "xxxx" MMC "xxxx" MMC-yə vaqonların boşdayanmasına görə 160.000 Avro məbləğində pretenziya təqdim etmişdir. İş materialında olan "xxxx" MMC tərəfindən Cavabdeh-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, 14 təqvim günü ərzində 160.000 Avro borcu ödəmədiyi halda, müqavilə üzrə gündə 0,5 % (323 gün) cərimə və qanunla müəyyən edilmiş borcun əsas məbləğin illik 6%-i ilə cərimə tətbiq olunacaqdır. İş materialında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına gecikdirilməyə görə 160.000 Avro ödənilmişdir. /İV cild, i.v.271/ Kollegiya hesab edir ki, Cavabdeh-yə göndərilmiş 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanması İddiaçı MMC-nin təqsirli hərəkəti nəticəsində baş vermişdir. Yəni satıcı "xxxx" MMC alıcı Cavabdeh-yə müqavilə ilə şətləşdirilmiş (ГОСТ 31493-2012 keyfiyyətinə uyğun olan “Çaxır distillyatı. Texniki şərtlər” üzüm spirti, kod- XİFMN C-********) malı deyil, “ən azı 5 il palıd ağacı ilə təmasda olan fermentləşdirilmiş qida xammalının distillə edilməsi nəticəsində alınan spirt tərkibli məhsulu" (63%, MVTSN kodu- 593071, UYN kodu ********) gömrükdə bəyan etməklə göndərdiyindən, bunun da əticəsi olaraq aparılan araşdırmalarla bağlı boşdayanmaya görə Cavabdeh-yə dəymiş zərər ödənilməlidir. Bununla yanaşı, Kollegiya tələbin həcmini müəyyənləşdirərkən Cavabdeh-nin sözügedən malı qəbul edərək başqa şirkətə satdığını, habelə ziyanın yaranmasında hər iki tərəfin rolunu, onların davranışının zərərin yaranmasına və artmasına şərait yaratmasını nəzərə alaraq, işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3 və 458.1-ci maddələrinin tələbləri baxımından qiymət verərək hesab edir ki, mübahisələndirilən hissədə iddia tələb edilən 160000 avro zərəri yarısı həddində- 80.000 avro həddində təmin edilməlidir.
2. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin 179694.27 avro zərərin İddiaçı MMC-dən tutulması hissəsini ona görə əsassız hesab etmişdir ki, "xxxx" SC ilə Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsində Cavabdeh tərəfindən "xxxx" SC-nə təqdim olunacaq malın İddiaçı MMC-nin Cavabdeh-yə göndərdiyi mal olması qeyd olunmamışdır. Cavabdeh ilə “Latviya Balzams” SC arasında olan müqavilədə Azərbaycan mənşəli məhsul yazılmışdır ki, həmin məhsulu başqa şəxslər də satmış ola bilərdi”. Kollegiya məhkəmənin mövqeyini tam əsaslı hesab etməsə də bu hissədə qarşılıqlı iddianın təmin edilməsi üçün də əsas tapmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının hazırki iş üzrə qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddiaçının müqaviləyə əsasən göndərilən qeyri-üzüm mənşəli spirti heç bir irad bildirmədən qəbul etməklə, müqavilədə nəzərdə tutulan malın göndərilməməsinin başqa kontragentlər qarşısında doğurduğu nəticələrə görə sonuncunun risk daşımasına da müqavilə şərtləri və MM-in müvaviq normalarına əsasən düzgün hüquqi qiymət verilməmişdir. Qanunun tələbinə görə, göndərmə müqaviləsinə uyğun olaraq alıcı (mal alan) mal göndərənin verdiyi maldan imtina etdikdə bu malın salamatlığını təmin etməyə (məsuliyyətlə saxlamağa) və mal göndərənə ləngimədən bildiriş göndərməyə borcludur. İşin hallarından görünür ki, İddiaçı MMC-nin göndərdiyi mal (spirt məhsulu) nəzərdə tutulan keyfiyyətdə olmasına baxmayaraq, Cavabdeh tərəfindən başqa şirkətə satılmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" SC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 013-18 nömrəli “Tədarük” müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" SC-nə Cavabdeh tərəfindən tədarük olunacaq malda mütləq spirtin həcmi 22828.7 dekalitr olması göstərilir. "xxxx" SC vəkil sorğusuna verdiyi 04/2021-ci il nömrəli xx.xx.2020-ci il tarixli cavabında göstərir ki, “SİA Rolands S” ilə razılaşmaya əsasən Azərbaycan Respublikası "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodundan şərab distilliyyatı ilə altı ədəd sisterna göndərilmiş və həmin sisternlər 2018-ci lin iyun ayının sonlarına “SİA Talbergs” gömrük-aksiz anbarına çatmalı idi. Həmin 6 sistern “SİA Talbergs” çatdıqda və bütün zəruri sənədlərin tədqiqindən sonra "xxxx" AC-nə şirkətinə təhvil verilməli idi, lakin həmin sisternalar naməlum səbəblərdən yalnız 2019-cu ilin aprelində “SİA Talbergs” anbarına çatdırılmışdır və bu zaman məlum olmuşdur ki, həmin sisternlərdə olan spirt, SİA Cavabdeh ilə aramızda olan xx.xx.2018ci il tarixli “Tədarük” müqaviləsinin tələblərinə uyğun deyil, yəni spirt üzüm mənşəli deyil. Bu səbəbdən biz bu malı almaqdan imtina etdik və bundan sonra Cavabdeh SİA uzun müddət bu məhsulun bizə satılması barədə danışıqlar aparmış və "xxxx" SC və “Rolanas S” SİA arasında olan LV-2019/08/008 nömrəli, xx.xx.2019-cu il tarixli yeni “Tədarük” müqaviləsi bağlanmışdır”. Qeyd edilən 6 sistern üzüm distilliyatının məhz Cavabdeh-yə İddiaçı MMC tərəfəfindən göndərilməli olması, "xxxx" SC-yə də öncədən bəlli idi. Ona görə ki, 2011-ci ildən 2018-ci ilədək dövr ərzində "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodunun üzüm distilliyyatı məhsulları Cavabdeh tərəfindən "xxxx" SC-yə dəfələrlə tədarük olunmuşdu. Müəyyən olunur ki, Cavabdeh "xxxx" SC ilə həmin mal ilə bağlı danışıqlar aparmış və "xxxx" SC ilə LV-2019/08/008 nömrəli, xx.xx.2019-cu il tarixli yeni “Tədarük” müqaviləsinin bağlanmasına nail olmuşdur. Həmin müqaviləyə olunmuş 1 nömrəli əlavəyə əsasən, tərəflər həmin malın 4014 deka litrini 24.70 avroya, qalan hissəsini isə 23.40 avroya tədarük olunması barədə razılığa gəlmişlər. İddiaçı MMC Cavabdeh-yə “Çaxır Distilliyatı” əvəzinə digər ərzaq məhsullarından hazırlanmış spirt göndərdiyindən "xxxx" SC və Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli 013-18 nömrəli “Tədarük” müqaviləsi və xx.xx.2019-cu il tarixli 2019/08/008 nömrəli “Tədarük” müqaviləsində malların qiymətləri arasında ciddi fərq olmuşdur. Nəticə etibarı ilə Cavabdeh 22828.7 dekalitr malı 31.5 avroya "xxxx" SC-nə sataraq, "xxxx" SC-dən cəmi 719104.05 avro almalı olduğu halda, İddiaçı MMC-nin keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi səbəbindən, 22828.7 dekalitr malın 4014 dekalitrini 24.70 avroya, 18814.7 dekalitrini 23.40 avroya, cəmi 539409.78 avroya satmışdır. Kollegiya qeyd edir ki, tədarük olunan spirt məhsulunun Cavabdeh tərəfindən geri qaytarmamaqla başqa şirkətə satması, bu zaman maliyyə itkisinə məruz qalması malın gecikdirilməsi ilə bağlı olmamışdır. Başqa məhsul göndərilməsi ilə bağlı olmuşdur. Başqa məhsulun satışı zamanı maliyyə itkisi üzrə risk Cavabdeh-nin üzərindədir.
3. İş materialında olan xx.xx.2020-ci il tarixli aktlardan (cəmi 6 ədəd) və ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixdə götürülmüş və Cavabdeh tərəfindən İspaniya şirkəti olan “Lüksium Vayns SL” şirkətinə göndərilmiş şərab nümunələri yoxlanılmış və uyğunsuzluq müəyyən edilmişdir. Həmin yoxlamanın həyata keçirilməsi üçün Cavabdeh tərəfindən “Lüksium Vayns SL” şirkətinə 3184.51 avro ödənilmişdir. /cild 2, i.v.174, 293/. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin İspaniyanın “Lüksium Vayns” Şikətində aparılmış laborotoriya tədqiqatının dəyəri ilə bağlı bildirmişdir ki, “Lüksium Vayns SL” şirkətinə təqdim olunmuş nümunələrin məhz İddiaçı MMC tərəfindən Cavabdeh-yə təqdim edilmiş mallardan götürülməsini təsdiq edən sənədlərin iş materialında mövcud olmamsı və "Azər Alko” MMC tərəfindən Cavabdeh-yə təqdim edilmiş mal xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə “Latviya Balzams” SC-yə satıldığı halda həmin nümunələrin xx.xx.2020-ci il tarixdə götürülmsi ağlabatan və inandırıcı deyil, qeyd olunan tarixdə həmin mallar Cavabdeh-nin sərəncamında olmamışdır. Kollegiya bu hissədə iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh-nin satın aldığı malın laboratoriyaya göndərilməsi, laboratoriya tədqiqatının aparılması, bu zaman laboratoriya tədqiqatına görə müəyyən xərc çəkilməsi həmin malların gecikdirilməsi və ya lazımi keyfiyyətdə olmaması ilə bağlı deyil. Sözügedən malın vaxtında göndərilməsi və ya lazımi keyfiyyətdə olması da qarşılılı iddia üzrə iddiaçının laboratoriya xərcini çəkməkdən azad etmir. Odur ki, bu hissəsə iddianın təmin edilməsi üçün əsas yoxdur.
4. Birinci instansiya məhkəməsi qətnaməsində qarşılıqlı iddia ərizəsinin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh tərəfindən 6 dəmir yolu sisternlərinin "xxxx" MMC-yə daşınması, saxlanması, mühafizəsi və sair xidmətlərə görə ödədiyi 75351.93 avronu İddiaçı MMC-dən tutulması tələbinə münasibətdə göstərmişdir ki, mal Cavabdeh-nin sərəncamında olmuş, ona görə də iddiaçı qeyd olunan hallarla bağlı məsuliyyət daşıya bilməz. İşin faktiki hallarından göründüyü kimi, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinləri 29 aprel 2019-cu il tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni 30 aprel 2019-cu il tarixdə Dövlət Gəlirlər Xidmətinin nəzarəti altında "xxxx" MMCnin icarəsində olan Riqa azad ticarət limanına daşınmış və həmin mallar "xxxx" SC-nə təhvil verilənədək həmin limanda saxlanmışdır. İddia ərizəsinə əlavə olunmuş 12 ədəd hesabfakturalarla və X8 ilə müəyyən olunur ki, həmin 6 sisternanın daşınması, saxlanması, mühafizəsi və sair xidmətlərə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh tərəfindən "xxxx" MMC-yə 75351.93 avro ödənilmişdir /cild İV, i.v.239- 250/. Kollegiya qeyd edir ki, bu hal nəticə etibarı ilə sırf satıcının təqsiri nəticəsində baş vermişdir, belə ki, iddiaçı tərəfindən cavabdehə müqavilə tələblərinə uyğun olmayan, yəni keyfiyyətsiz mal göndərilməsi ilə bağlı 6 ədəd dəmir yolu sisternləri uzun müddətdəxx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınaraq orada saxlanmışdır. Kollegiya bu hissədə də tələbin həcmini müəyyənləşdirərkən ziyanın yaranmasında hər iki tərəfin rolunu, onların davranışının zərərin yaranmasına və artmasına şərait yaratmasını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən hissədə iddia tələb edilən məbləğin yarısı miqdarında- 37.675,97 avro həddində təmin edilməli, həmin məbləğ İddiaçı MMC-dən alınıb Cavabdeh-nin xeyrinə tutulmalıdır.
5. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin İddiaçı MMC-nin göndərdiyi 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə Cavabdeh-yə 160000 Avro zərərin və İddiaçı MMC-nin təqsiri nəticəsində "xxxx" SC-nin Cavabdeh-yə malın gecikməsinə görə tətbiq etdiyi 44.266,75 Avro cərimə sanksiyasının təmin olunmamasını tərəflər arasında olan müqavilənin 6.1-ci bəndi ilə əsaslandırmışdır. Kollegiya məhkəmənin belə mövqeyi ilə razılaşmır. Tərəflər arasında olan müqavilənin 6.1-ci bəndinə görə, əgər hazırki müqavilə üzrə tərəflərin üzərinə qoyulan öhdəliklərin yerinə yetirilməməsi və ya vaxtında yerinə yetirilməməsi fors-major vəziyyətlərin və ya satıcının və ya alıcının ölkələrinin dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən digər obyektiv məhdüdiyyətlərin nəticəsidirsə tərəflər öhdəlikləri qismən və ya tamamilə pozmalarına görə məsuliyyətdən azad edilirlər. Əvvəla, müqavilənin bu bəndi tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən obyektiv məhdüdiyyətlərin nəticəsidirsə törənən təsirlərə aiddir. Sözügedən 6 sisterndə malın 9 ay müddətində gecikdirilməsi, təyinatı üzrə çatdırılmaması isə “obyektiv məhdudiyyətlərin nəticəsi” kimi qiymətləndirilə bilməz. Bu, sırf müqavilədə və daşınma sənədlərində nəzərdə tutulmayan malın göndərilməsi ilə bağlı araşadırılma, o cümlədən cinayət işinin başlanması ilə bağlı səbələrlə əlaqədar olmuşdur. Hər bir halda burada mal göndərən MMC-nin təqsiri aşkardır. İddia ərizəsinə əlavə olunmuş "xxxx" SC və Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinin 5.2-ci bəndinə əsasən, “X11 1.1-ci bəndində göstərilən keyfiyyətdə, həcmdə və ya qrafikə uyğun tədarük etmirsə, Alıcıya vaxtında çatdırılmamış keyfiyyətli Malların dəyərinin 0.5 %-i miqdarında cərimə olunur”. Mülki işin materiallarına əlavə olunmuş tərəflər arasında xx.xx.2018-ci il tarixli razılaşmanın 2-ci bəndində göstərilir ki, “Tərəflər razılığa gəlirlər ki, "xxxx" SC-nin istehsal planı və texnolji prosesə nəzərə alınmaqla Satıcı bu razılaşmanı imzaladığı tarixdən etibarən 45 təqvim günü ərzində, yəni 31 iyul 2018-ci il tarixədək malları (Azərbaycan mənşəli şərab distilliatı) Alıcıya 22828.7 dekalitr mütləq spirt miqdarında çatdırmağı öhdəsinə götürür”. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC-nin təqsirli hərəkətləri nəticəsində Cavabdeh həmin malları müqavilə ilə şərtləşdirilmiş zamanda "xxxx" SC-nə tədarük edə bilməmiş, bu səbəbdən də "xxxx" SC Cavabdeh-yə tədarük olunacaq malın gecikməsinə görə, aralarında olan işgüzar münasibətləri və sairi nəzərə almaqla minimum həddə- 44266.75 cərimə sanksiyası tətbiq etmiş, həmin cərimə Cavabdeh tərəfindən "xxxx" SC-nə ödənilmişdir, bu hal iddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli faktura sənədləri, xx.xx.2020-ci il tarixli, RS000000027 nömrəli qarşılıqlı hesablaşmalar aktı və "xxxx" SC-nin vəkil sorğusuna cavabı ilə təkrarən təsdiq olunur ki, İddiaçı MMC-nin təqsirli hərəkətləri nəticəsində, Cavabdeh-yə 44266.75 zərər vurulmuşdur. İş materialında olan xx.xx.2020-ci il tarixli BRT003591 nömrəli hesaba əsasən,"xxxx" SC 44266.75 Avro cərimənin ödənilməsi üçün Cavabdeh-yə bank hesabı təqdim etmişdir. /cild İV, i.v.261/ İş materialında olan xx.xx.2020-ci il tarixli RS000000027 nömrəli qarşılıqlı hesablaşmalar aktından görünür ki, Cavabdeh-nin "xxxx" Səhmdar Cəmiyyətinə borcu 44266.75 Avro təşkil etmişdir. İş materialında olan "xxxx" SC-nin İdarə Heyətinin sədri tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi Vəkil2 ünvanlanmış xx.xx.2021-ci il tarixli 04/2021 nömrəli məktubda qeyd olunmuşdur ki, "xxxx" SC və Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli Tədarük müqaviləsinin 5.2-ci bəndinə əsasən, “X11 1.1ci bəndində göstərilən keyfiyyətdə, həcmdə və ya qrafikə uyğun tədarük etmirsə, Alıcıya vaxtında çatdırılmamış keyfiyyətli malların dəyərinin 0.5 %-i miqdarında cərimə olunur”. xx.xx.2020-ci il tarixdə cərimə məbləğinə dair BRT003591 nömrəli hesab təqdim edilmişdir və Cavabdeh ilə hesablaşmalar zamanı həmin məbləğ RS000000027 saylı xx.xx.2020-ci il tarixli qarşılıqlı hesablaşmalar aktı əsasında ödənilmişdir. /cild İV, i.v.267/ Kollegiya bu hissədə də işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3 və 458.1-ci maddələrinin tələbləri baxımından qiymət verərək hesab edir ki, mübahisələndirilən hissədə iddia, tələb edilən 44266.75 avro məbləğində vəsaitin yarısı- 22.133,38 avro həddində təmin edilməli və həmin məbləğ İddiaçı MMC-dən tutulub Cavabdeh-nin xeyrinə ödənilməlidir.
5. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı Cavabdeh-nin "xxxx" MMC- yə (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin sığorta zəmanəti xərcinə görə) ödədiyi 75511,63 avronun İddiaçı MMC-dən tutulması hissəsini təmin etməməsini onunla əsaslandırmışdır ki, qeyd olunan məbləğin nə məbləğ olduğu, nəyə görə ödənildiyi və nəyə görə İddiaçı MMC-dən tələb edildiyi iddia ərizəsindən və nümayəndənin izahatından məlum olmamışdır. Kollegiya bu hissədə məhkəmənin mövqeyi ilə razılaşır və həmin hissədə iddianı təmin etmək üçün əsas tapmır. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia üzrə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə Cavabdeh-nin iddiası qismən təmin edilməli, 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə dəymiş zərər görə- 80000 (səksən min) avro, içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınması, orada saxlanması, mühafizəsi və sair xidmətlərə görə Cavabdeh tərəfindən "xxxx" MMC-yə vəsait ödənilməsinə görə- 37.675,97 (otuz yeddi min altı yüz yetmiş beş tam, yüzdə 97) avro, "xxxx" SC-nin Cavabdeh-yə malın gecikməsinə görə tətbiq etdiyi cərimə sanksiyasına görə Cavabdeh tərəfindən "xxxx" SC-yə ödənilmiş cərimə məbləğinə görə- 22.133,38 (iyirmi iki min yüz otuz üç tam yüzdə 38) avro, ümumilikdə 139,809,35 (yüz otuz doqquz min səggiz yüz doqquz tam, yüzdə 35) avro "xxxx" MMC-dən tutularaq Cavabdeh-nin xeyrinə ödənilməlidir.
Cavabdeh məhkəmə xərclərini tələb etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, **********3000057 saylı qərardan görünür ki, Pskov gömrük idarəsi tərəfindən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 200.2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri üzrə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 08/02/18-LV saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında hüquq-konsaltinq xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, icraçı sifarişçiyə hüquq- konsaltinq xidmətləri göstərməyi, sifarişçi isə göstərilmiş xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür. İş materialında olan icraçı "xxxx" MMC ilə sifarişçi Cavabdeh arasında bağlanmış “Hüquq-konsaltinq xidmətlərinin göstərilməsi haqqında” 08/02/18-LV saylı xx.xx.2018-ci il tarixli müqaviləyə 1 saylı xx.xx.2019-cu il tarixli əlavə razılaşmaya əsasən, icraçı sifarişçiyə qiymətləri ayrı-ayrılıqda dəyəri 15.500, 22.500, 19.000 Avro, ümumi dəyəri 57.000 Avro olan 3 hüquqi xidmət göstərmişdir. /cild İİİ, i.v. 253-255/ İş materialında olan xx.xx.2020-ci il tarixli hesab-fakturaya əsasən, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı C29277220 saylı iş üzrə birgə hüquq xidmətlərin göstərilməsi üçün Cavabdeh tərəfindən hüquqi xidmət üçün 5778,92 Avro ödəniş olunmuşdur. /cild İV, i.v.139-140/ Bundan əlavə, iş materialında olan “cinayət işi üzrə icraata xitam verilməsi”nə dair xx.xx.2019-cu il tarixli qərarın nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, “...77329308, 77326585, 77302644, 77331361 və 77331379 nömrəli dəmir yolu sisterinlərindən maddi sübut kimi tanıan spirt tərkibli maye RV CPM-nin 81-ci maddəsinin 4-cü hissəsinin tələbləri qaydasında yük göndərənin və yük alanın nümayəndəsi V.V.Pereverzova qaytarılsın. /cild 1, i.v.193/ İş materialında olan xx.xx.2019-cu il tarixli qərarın “müəyyən etdim” hissəsinin sonunda həmin sisternlərdəki malın yük göndərənin və yük alanın nümayəndəsi V.V.Pereverzova artıq qaytarılması qeyd olunmuşdur. Yuxarıda göstərilənlən qərarlarda “yük göndərənin və yük alanın nümayəndəsi V.V.Pereverzov” "xxxx" MMC X4 və Konyak zavodunun (sonrakı adı İddiaçı MMC) etibarnamə verdiyi, Cavabdeh ilə bağlanmış "xxxx" MMC “Hüquq-konsaltinq xidmətlərinin göstərilməsi haqqında” 08/02/18-LV nömrəli müqaviləni icra edən "xxxx" MMCnin hüquqşünası X1. /cild 1, i.v.262/ Göründüyü kimi, İddiaçı MMC-nin rəhbərliyi Cavabdeh-yə göndərdiyi 6 sisterin malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanılmasından və fakt üzrə cinayət işinin başlanmasından məlumat aldıqdan sonra hüquqlarının müdafiəsi ilə bağlı "xxxx" MMC-nin hüquqşünası X3 xx.xx.2018-ci il tarixli, 1/35 saylı, 21 nömrəli etibarnamə vermişdir /cild İV, i.v.141-143/. MPM-in 121-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Kollegiya işin hallarını nəzərə alaraq MPM-in 121.1-ci maddəsinə müvafiq olaraq hüquqi yardımla bağlı İddiaçı MMC-dən Cavabdeh-nin xeyrinə 10.000 avro tutulmasını ağlabatan hesab edir. Kollegiya həmçinin Cavabdeh tərəfindən müvafiq sənədlərin poçtla Bakı şəhərinə göndərilməsinə görə ödənilmiş vəsaitə görə 359,28 (üç yüz əlli doqquz tam, yüzdə iyirmi səggiz) avronun və ödənilmiş dövlət rüsumuna görə 20.46 (iyirmi manat qırx altı qəpik) manatın "xxxx" MMC-dən alınıb Cavabdeh-yə verilməsini də məqbul sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
qətetdi:
Cavabdeh-nin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli 2-2(121)-37/2021 №-li qətnaməsi qarşılıqlı iddia üzrə mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə Cavabdeh-nin iddiası qismən təmin edilsin. 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanması ilə əlaqədar dəymiş ziyana görə- 80.000 (səksən min) avro, içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin xx.xx.2019-cu il tarixdən - xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınması, orada saxlanması, mühafizəsi və sair xidmətlərə görə Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş xərclə əlaqdədar 37.675,97 (otuz yeddi min altı yüz yetmiş beş tam, yüzdə 97) avro, "xxxx" SC-nin Cavabdeh-yə malın gecikməsi ilə bağlı tətbiq etdiyi cərimə sanksiyasına görə Cavabdeh tərəfindən "xxxx" SC-yə ödənilmiş xərclə əlaqədar vurulmuş ziyana görə- 22.133,38 (iyirmi iki min yüz otuz üç tam yüzdə 38) avro, ümumilikdə 139,809,35 (yüz otuz doqquz min səggiz yüz doqquz tam, yüzdə 35) avro "xxxx" MMC-dən tutularaq Cavabdeh-nin xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan mübahisələndirilən hissədə təmin edilməsin. Hüquqi yardımla bağlı Cavabdeh-nin "xxxx" MMC-yə ödəmiş olduğu vəsaitə görə 10000 (on min) avro, Cavabdeh tərəfindən müvafiq sənədlərin poçtla Bakı şəhərinə göndərilməsi ilə bağlı ödənilmiş vəsaitə görə 359,28 (üç yüz əlli doqquz tam, yüzdə iyirmi səggiz) avro və ödənilmiş dövlət rüsumuna görə 20.46 (iyirmi manat qırx altı qəpik) manat "xxxx" MMC-dən alınıb Cavabdeh-yə ödənilsin. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.