Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1122/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2011-ci il tarixli 1939/5-378/2- 2011 saylı qərardadından cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayətə və Bakı Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 1939/5-378 saylı qərardadından işdə iştirak etməyən Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi1 və Ərizəçi7 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı firması cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsi 10 «A»-da yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli 1939/5- 378 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə rəsmi qaydada cavabdehə göndərilməmiş, yalnız Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə təqdim edilmiş, apellyasiya şikayəti isə xx.xx.2011-ci il tarixdə verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi həmin qərardaddan şikayət vermiş, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2011-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Daha sonra işdə iştirak etməyən Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi1 və Ərizəçi7 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli 1939/5-378 saylı qətnaməsindən apelyasiya şikayəti vermişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1939/5-378 saylı qərardadı ilə 1 saylı Yerli İqtisad Məhkəməsinin 14 iyun 2006-cı il tarixli 1939/5-378 nömrəli qətnaməsi işdə iştirak etməyən apelyasiya şikayəti vermiş şəxslərin hüquq və vəzifələrinə toxunmadığından işdə iştirak etməyən və apelyasiya şikayəti vermək hüququ olmayan Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi1 və Ərizəçi7 apelyasiya şikayəti geri qaytarılmışdır. İşdə iştirak etməyən Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi1 və Ərizəçi7 həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərardadına münasibətdə) Belə ki, işin 1-ci cildinin 50-ci vərəqəsində olan poçt qəbzdən görünür ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli 1939/5-378 saylı qətnaməsi xx.xx.2006cı il tarixdə cavabdehin ünvanına çatdırılmışdır. Apellyasiya şikayəti isə xx.xx.2011-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti xx.xx.2006-cı il tarixdə bitdiyi halda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, xx.xx.2011-ci il tarixdə verilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmiş və yalnız qeyd olunmuşdur ki, qətnamə cavabdehə rəsmi qaydada təqdim edilməmişdir. Halbuki, yuxarıda da qeyd olunduğu kimi qətnamə xx.xx.2006-cı il tarixdə cavabdehə rəsmi qaydada verilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina etmişdir. (Bakı Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərardadına münasibətdə) Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Hazırki işdə isə mübahisələndirilən qətnamənin apelyasiya şikayəti verən Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi1 və Ərizəçi7 hüquq və vəzifələrinə toxunduğu müəyyən olunmur. Belə ki, onlar tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə mülkiyyət hüququ əldə etmiş iddiaçının mülkiyyətçinin hüquqlarını həyata keçirməsi 3-cü şəxslərin hüquqlarını pozur və yeganə yaşayış yerindən məhrum edir. Apellyasiya şikayətinə əlavə edilmiş İddiaçı firmasının cavabdehlər X6, Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və X1 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və qeyriyaşayış sahəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-423/2019 nömrəli qətnaməsi ilə cavabdehlər İddiaçı firmasına məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından cavabdehlər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci, il tarixli 2(103)-106/2021 nömrəli qətnaməsi ilə İddiaçı firmasının qətnaməsi qismən təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(010)-423/2019 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin cavabdeh X4 münasibətdə rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, X6nun İddiaçı firmasına məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması, qətnamənin qalan hissədə isə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-106/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Ərizəçi3, Ərizəçi4, X6, Ərizəçi5 və Ərizəçi1 hazırki mübahisənin predmeti olan daşınmaz əmlaka mülkiyyət və ya digər əmlak hüquqları mövcüd deyil. Ona görə də kollegiya hesab edir ki, mübahisələndirilən qətnamənin onların hüquq və vəzifələrinə toxunması nəticəsinə gəlmək üçün əsaslar mövcüd deyil. Eyni zamanda nəzərə alınır ki, qətnamənin qəbul edilməsindən 15 ildən artıq müddət keçmiş, həmin qətnamə icra olunmuş, sonradan iddiaçı ilə hazırda apellyasiya şikayəti vermiş şəxslər arasında məhkəmə mübahisəsi olmuş və həmin mübahisə üzrə qəbul edilmiş məhkəmə qərarları qanuni qüvvəyə minmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin şəxslər tərəfindən verilmiş apelyasiya şikayətini apelyasiya şikayəti vermək hüququ olmayan şəxslər tərəfindən verilən şikayət kimi geri qaytarmışdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, şikayətlərdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayətlər təmin edilməməli və qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayət təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2011-ci il tarixli 1939/5-378/2- 2011 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İşdə iştirak etməyən Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi1 və Ərizəçi7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 1939/5-378 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1122/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1122/2022
15.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver