Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1125/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh4 nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddiası üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə ərizənin təmin olunmaması barədə Bakı Kommersiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, e-2-2(113)-4061/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı cavabdehlər Cavabdeh1ndən və Cavabdeh4 iddiaçının xeyrinə 22.01.2019-cu il tarixli 02Y/19 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 30.04.2019-cu il tarixli 02Y/19-2 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 149.921,64 manat, faiz borcu üzrə 29.240,40 manat, cəmi 179.162,04 manat, 17.07.2019-cu il tarixli 02Y/19-3 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 21.859 manat, faiz borcu üzrə 4.449,48 manat, cəmi 26.308,48 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilə, girov predmeti olan Cavabdeh4 mülkiyyətində olan qara metallik rəngli “BMW” markalı, buraxılış ili 2017-ci il, X5 model minik avtomobilə (BAN:WBAKR0107H0W32127) yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 30.04.2019-cu il tarixli 02Y/19-2 saylı əlavə kredit müqaviləsi üzrə 179.162,04 manat, 17.07.2019-cu il tarixli 02Y/19-3 saylı əlavə kredit müqaviləsi üzrə 26.308,48 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin ilkin satış qiymətinin 115.000 manat məbləğində müəyyən edilməsi, girov predmeti olan Cavabdeh4 mülkiyyətində olan qara metallik rəngli "BMW" markalı, buraxılış ili 2017-ci il, X5 model minik avtomobilin (BAN:WBAKR0107H0W32127) ilkin satış qiymətinin 80.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilə tutma yönəldikdə və həmin əmlak satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh3 və X4 çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianın təmin etmək üçün tədbir görülməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, Cavabdeh4 mülkiyyətində olan **-XX-*** dövlət qeydiyyat nişanlı “BMW X-5” markalı avtomobilin üzərinə həbs qoyularaq onun götürülməsi və saxlanması üçün iddiaçıya və yaxud cərimə meydançasına təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.08.2021-ci il tarixli 2-2(113)-4061/2021 saylı qərardadı ilə iddianın təmin etmək üçün tədbir görülməsi barədə ərizə təmin edilməmişdir. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 18.08.2021-ci il tarixli 2-2(113)-4061/2021 saylı qərardadının ləğv edilməsini və iddianı təmin etmə tədbirinə dair ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, girov predmeti olan **-XX-*** dövlət qeydiyyat nişanlı “BMW X-5” markalı avtomobilin daşınar əşya olması səbəbindən həmin nəqliyyat vasitəsinin müxtəlif səbəblərdən (qəza və s.) yararsız vəziyyətə düşə bilməsi, onun hissəhissə edilərək satılması, çevik olaraq gizlədilməsi, qeyri-qanuni yolla özgəninkiləşdirilməsi və s. bu kimi halların baş verməsi ehtimalı var ki, bu hallar da gələcəkdə iddia tələbinin təmin ediləcəyi təqdirdə qətnamənin icrasının həyata keçirməsini qeyri-mümkün edə bilər. Bundan əlavə, iş materiallarından göründüyü kimi, kredit müqavilələri üzrə cəmi tələb olunan 205.470,52 manat borcun təminatı kimi ilkin satış qiyməti 115.000 manat müəyyən olunan Bakı şəhəri, İ.Dadaşov küçəsi, ev 74, mənzil 3 olan daşınmaz əmlak və ilkin satış qiyməti 80.000 manat müəyyən olunan **-XX-*** dövlət qeydiyyat nişanlı “BMW X-5” markalı avtomobil çıxış edir. Daşınar əmlak olan həmin avtomobil müəyyən səbəblərdən yararsız vəziyyətə düşərsə və ya qətnamənin icrası zamanı gizlədilərsə, belə olan hallarda iddianı təmin etmə tədbirinin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və qeyri-mümkün edə bilər. Məhkəmə şikayəti, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4061/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh4 nümayəndəsi və vəkili X2 məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 18.08.2021-ci il tarixli 2-2(113)-4061/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Məhkəmə iddianı təmin etmə tədbiri görülməsi ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. İddiaçı hesab edir ki, iş üzrə iddianı təmin etmə tədbiri görülməsə ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsi müxtəlif səbəblərdən (qəza və s.) yararsız vəziyyətə düşə bilər, onun hissə-hissə edilərək satılması, çevik olaraq gizlədilməsi, qeyri-qanuni yolla özgəninkiləşdirilməsi ehtimalı mövcuddur. Məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün əsas kimi irəli sürülmüş hallar yalnız iddiaçının ehtimalları ilə əsaslandırıldığından, tədbirin görülməsi barədə ərizə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə deyil, tutma yönəldilməli olan nəqliyyat vasitəsinə ehtimal edilən zərərlərin qarşısının alınması məqsədi ilə verildiyindən birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 18.08.2021-ci il tarixli 2-2(113)- 4061/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" KB ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 18.08.2021-ci il tarixli 2-2(113)-4061/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1125/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1125/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver