Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1145/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehinə qarşı cavabdehdən 72.000,06 manat məbləğində borcun və 403.50 manat xərc məbləğinin, cəmi 72.403,56 manat məbləğin tutulub iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-205/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehə qarşı cavabdehdən 72.000,06 manat məbləğində borcun və 403.50 manat xərc məbləğinin, cəmi 72.403,56 manat məbləğin tutulub iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-205/2023 saylı qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 205/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 2(103)-426/2023 nömrəli qərardadı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-205/2023 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(102)- 260/2023 saylı qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2- 2(103)-426/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 205/2023 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizəylə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 205/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan müddətin ötürülməsi üzürlü hesab edərək ötürülmüş müddəti bərpa edərək, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-205/2023 nömrəli qərardadı ilə İddiaçı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 205/2023 qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e2-2(113)-205/2023 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli, e-2-2(113)-205/2023 saylı qərardadı ilə ərizəsi təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-205/2023 qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir. Ötürülmüş müddətin bərpa edilməsi üçün əsası bunlardan ibarət olmuşdur: “Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-205/2023 saylı qətnaməsi ilə hüquqlarını təmsil etdiyi İddiaçı MMC-nin əleyhinə məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə çıxarılmış və portala bir müddət sonra daxil edilmişdir. 27 fevral 2023-cü il tarixdə apellyasiya şikayəti tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Lakin şikayət apellyasiya məhkəməsi tərəfindən 2 saylı əlavədə göstərilən formaya uyğun olmaması səbəbi ilə geri qaytarılmışdır. Məhkəmə apellyasiya şikayətinə baxmış xx.xx.2023-cü il tarixli, 2-2(103)- 426/2023 saylı qərardadı ilə apellyasiya şikayətini geri qaytarmışdır. Daha sonra kassasiya şikayəti verilmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Bu proseslərin aparılması zaman itkisinə səbəb olmuşdur ki, buda öz növbəsində apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddətin ötürülməsinə səbəb olmuşdur.” Məhkəmə tərəfindən söykəndiyi bu əsas lazımi səviyyədə qiymətləndirilmədən, tam və hərtərəfli araşdırılmadan ərizəsindən imtina edilmişdir. Məhkəmənin bu qərardadında obyektiv və ədalətli yanaşma prinsiplərinə əməl olunmamaqla, müdafiə etdiyi tərəfin hüquqları kobud şəkildə pozulmuş olur ki, bu da öz növbəsində hər kəsin öz hüquqlarını məhkəmədə müdafiə etmək təminatına açıq aşkar ziddir. xx.xx.2023-cü il tarixli, 2-2(103)- 426/2023 saylı qərardadla apellyasiya şikayəti geri qaytarılan zaman artıq demək olar ki, apellyasiya şikayəti vermək üçün müddət bitmişdi. Yəni apellyasiya şikayətinə 2 saylı əlavədə göstərilən dəyişikliyi edərək şikayəti məhkəməyə yenidən təqdim etməsi mümkün deyildi. Həm də, şikayətin düzgün formada tərtibi texniki olaraq səhv edilmişdir ki, bunun da üzürlü sayılmasını dəfələrlə ünvanladığı ərizələrdə məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə tərəfindən qeyd etdiyi əsas üzürsüz sayılmış və apellyasiya şikayəti vermək üçün ötürülmüş müddət bərpa edilməmişdir. Səbəbi kifayət qədər əsaslı olduğu üçün məhkəmə tərəfindən üzürlü sayılmalı idi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-205/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-205/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-205/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə iddiaçının qanuni nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilmişdir. Bu halda məhkəmə hesab edir ki, məhkəmənin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci və 135.8-ci maddələrinin tələblərinə əsasən xx.xx.2023-cü il tarixdə iddiaçıya rəsmi qaydada verilmiş hesab olunduğundan və mülki prosessual qanunvericiliyə əsasən müddətin hesablanmasının sonrakı gündən başlanmasını nəzərə aldıqda, apellyasiya şikayətinin verilməsi müddəti xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Beləliklə, iddiaçının həmin qətnamədən şikayət vermə müddətinin son günü xx.xx.2023-cü il tarix olmuşdur. İddiaçı isə apellyasiya şikayətini vaxtında versə də, şikayət 2 saylı əlavədə göstərilən formaya uyğun olmadığına görə Bakı Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. İddiaçı bu qərardadı mübahisələndirmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2 (102)-260/2023-cü il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə qəbul edildiyi, xx.xx.2023-cü il tarixdə tərəflərə göndərildiyi halda, iddiaçı apellyasiya şikayətini nöqsanı aradan qaldırmaq yenidən xx.xx.2023-cü il tarixdə məhkəməyə vermiş, müddətin bərpası barədə ərizədə hər hansı üzürlü səbəb göstərməmişdir. Buna görə də müddətin bərpasından birinci instansiya məhkəməsinin imtinası qanuni və əsaslı hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-205/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-205/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1145/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1145/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver