Məhkəmə qərarları › İş №2-2(103)-1152/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1152/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1152/2023 28.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2- 2(113)-4701/2023 nömrəli qərardadından cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı cavabdehdən 9153,84 manat əsas borcu, 817,30 manat vergi borcu, 600 manat geri qaytarılma borcu, 10570 manat pulun 0.1% (5 ayın) 1585,5 manat və ümumilikdə cəmi 12156 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçınə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nətəcələrinin ləğv edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4701/2023 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-4701/2023 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə tanış olduqda geri qaytarmanın hüquqi əsasını anlamaq olmur. Hakimin iddianı geri qaytarma haqqıda qərardadını əsaslandırmaq istədiyi qarşılıqlı iddianın gec verilməsi qeyd edilmişdir. Lakin bu reallığı əks etdirmir. Məlumatı olan kimi və iş materialları ilə tanış olan kimi qarşılıqlı iddianı vermişdir. Qarşılıqlı iddia ilk iddianın rədd olunmasına yönəlmişdir və əsaslıdır. Belə olan halda iki iddia birlikdə baxılmalıdır. İş üzrə əsas olan və İddiaçı MMCnin istinad etdiyi xx.xx.2022-ci il tarixli müqavilə əsassızdır və bu səbəbdən də etibarsız hesab edilməlidir. Belə ki, sözügedən xidmət müqaviləsi pərdələnmiş əqddir və bu səbəbdən də etibarsız hesab edilməlidir. Müqavilə öz növbəsində İddiaçı MMC-nin maraqları naminə olmuş və onlara münasibətdə əlavə güzəşt yaratmışdır. Cavabdehə münasibətdə isə əlavə ziyan verməklə hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış bağışlanma müqaviləsi vicdanlılıq prinsiplərinə də ziddir. Belə ki, İddiaçı MMC sözügedən müqaviləni bağlamaqda məqsədi "xxxx" MMC-nin hüquqlarının pozulmasından başqa bir şey deyil. Onlar arasında bağlanmış müqavilə pərdələnmiş müqavilədir və bu səbəbdən də bağlandığı andan etibarsızdır. Qərardad öz növbəsində əsassızdır və ləğv edilməlidir. Belə ki, MPM-nin 149-cu maddəsinin tələblərinə riayət etməklə iddia ərizəsi hazırlamışdır. Ərizəsində heç bir qanunsuzluq yoxdur. Bakı Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübutlar təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Hazırkı işdən görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, qarşılqlı iddia ərizəsi iş üzrə məhkəmə baxışı iclası təyin edildikdən sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşılıqlı iddia ərizəsini qanunla müəyyən olunmuş 20 gün ərzində irəli sürməmişdir. Eyni zamanda, məhkəmə baxışı zamanı qarşılıqlı iddianın verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddia ərizəsinin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi geri qaytarılmalıdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2- 2(113)-4701/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar