Məhkəmə qərarları › İş №2-2(103)-1158/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1158/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1158/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi açar sözlər: əsassız borcun silinməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4359/2024 nömrəli qətnaməsindən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İş materiallarında olan sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, cavabdehin Şirvan Sukanal İdarəsi ilə iddiaçının X7 İstismar İdarəsi arasında xx.xx.2024-cü il tarixli 19276659 nömrəli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə imzalanmış, cavabdeh su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılmasını həyata keçirməyi, iddiaçının Şirvan xidmət sahəsi isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarına uyğun olaraq 1 m3 su üçün ƏDV daxil olmaqla 1 manat, 1 m3 tullantı suya görə ƏDV daxil olmaqla 1 manat ödəməyi öhdəsinə götürmüşdür. Şirvan xidmət sahəsinin 440142 nömrəli abonent haqqında məlumatına (xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli) əsasən, 2011-ci il tarixində içməli su üzrə 87 manat satış, 83 manat ödəniş, tullantı suyu üzrə 26,1 manat satış, 24,91 manat ödəniş olmuş, həmçinin həmin tarixdən əvvəlki tarixdən 15071,68 manat içməli su, 7100,02 manat tullantı suyuna görə borc keçmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra İddiaçı İB) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 (bundan sonra “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq iddiaçının X7 İstismar İdarəsinin Şirvan xidmət sahəsinə hesablanmış 22506,09 manat borcun 440142 nömrəli abonent hesabından silinməsi və ödənilmiş 157,52 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini qəbul edilməsini xahiş etmişdir.

3. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, Şirvan Sukanal İdarəsi ilə X7 İstismar İdarəsi arasında bağlanmış xx.xx.2024-cü il tarixli 19276659 nömrəli müqaviləyə əsasən, Şirvan Sukanal İdarəsi X7 İstismar İdarəsinin Şirvan rayonu üzrə xidmət sahəsinə su və kanalizasiya xidmətlərini göstərməyi, X7 İstismar İdarəsi isə istifadə edilmiş suyun və kanalizasiya xidmətlərinin dəyərini ödəməyi öhdəlik götürmüşdür. Şirvan xidmət sahəsinin su xətti üzərində əvvəlcədən ödənişli su sayğacı quraşdırılmışdır və istifadə olunan suyun dəyəri əvvəlcədən, kanalizasiya xidmətinin dəyəri isə təqdim olunmuş hesab-faktura əsasında ödənilir. Şirvan Sukanal İdarəsindən X7 İstismar İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda xx.xx.2024-cü il tarixə sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə 22506,09 manat borcun olması qeyd olunmuşdur. 23347,09 manat borcun yaranma səbəbləri barədə iddiaçıda heç bir məlumat yoxdur. Qeyd olunanlar 22506,09 manat borcun əsassız olmasının birbaşa sübutudur. Həmçinin adıçəkilən məktubda borc ödənilmədiyi təqdirdə su təchizatının dayandırılacağı bildirilmişdir. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 442, 443.1-ci və s. maddələrinə istinad edilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4359/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, İddiaçınə (Salyan RQİİ-nin Şirvan xidmət sahəsi) məxsus 440142 saylı abonent koduna hesablanmış 22171 (iyirmi iki min yüz yetmiş bir) manat 70 (yetmiş) qəpik məbləğində borcun silinməsi öhdəliyi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İstehlakçıların dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının axıdılması sahəsində münasibətlərin tənzimlənməsi həyata keçirən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.2-ci və 7.3-cü bəndlərinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlarda istehlak edilmiş suyun və axıdılmış tullantı sularının dəyərinin sayğac göstəricilərinə əsasən bir aylıq hesablaşma dövrü ərzində su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən təqdim edilən ödəniş sənədləri əsasında ödənilməsi nəzərdə tutulmuşdur. Sadalanan qanunvericilik normalarından çıxış edərək məhkəmə qeyd edir ki, istehlak edilmiş su və axıdılmış tullantı sularına görə borcun hesablanması ilə bağlı olan məlumatları, o cümlədən sayğac göstəricilərinin oxunması, onlar əsasında müvafiq tariflərin hansı qaydada tətbiq edildiyi, borcun hesablanması əsaslarını təqdim etmək (sübut etmək) vəzifəsini su təchizatı və kanalizasiya müəssisəsi daşıyır. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Başqa sözlə, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Lakin cavabdeh abonent haqqında məlumatda göstərilmiş əvvəlki tarixdən keçən 15071,68 manat içməli su, 7100,02 manat tullantı suyuna görə borcun əsaslılığına dair hər hansı sübut təqdim etməmiş, həmin borcun əsasında duran suölçən cihaz göstəriciləri, hesabfaktura, qaimə və s. sənədləri iş materiallarında mövcud olmamışdır. Bu mənada məhkəmə xüsusilə qeyd edir ki, “abonent haqqında məlumat” özü-özlüyündə borcun mövcud olduğunu təsdiq edən mötəbər sənəd hesab oluna bilməz. Belə ki, yalnız müvafiq borcun əsasında duran adıçəkilən məlumatlar təqdim edildikdə borcun əsaslılığı məhkəmə tərəfindən yoxlanıla və əsaslı olub-olmaması barədə qənaət formalaşa bilər. Cavabdeh isə borcun Abşeron Rayon Sukanal İdarəsinin bazasından əldə edildiyini bildirməklə kifayətlənmişdir. Məhkəmə cavabdehin etirazının digər əsası olan üzləşmə aktları ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında 19 yanvar 2021-ci il tarixli 440142 nömrəli üzləşmə aktından görünür ki, xx.xx.2021-ci il tarixə içməli suya görə 16731,63 manat, tullantı suya görə 6690,46 manat, 20 aprel 2023-cü il tarixli 440142 nömrəli üzləşmə aktına əsasən isə xx.xx.2023-cü il tarixə içməli suya görə 16921,63 manat, tullantı suya görə 6740,46 manat borc təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən aktlar iddiaçının həmin borc məbləğlərini təsdiq etməsi və ya etirafedici hərəkət etməsi kimi şərh oluna bilməz. Belə ki, “Sudan istifadə Qaydaları”nın 7.21-ci bəndinə əsasən, istehlakçı ödəyicinin adı, hüquqi ünvanı, fəaliyyət növü, təsisçisi (təsisçiləri) dəyişdikdə, STKM-i yazılı xəbərdar etməli və zərurət yarandıqda, STKM ilə qarşılıqlı hesablaşmalarda dəyişiklik olan tarixə üzləşmə aktının tərtib edilməsi barədə müraciət etməlidir. Göründüyü kimi, “Sudan istifadə Qaydaları”na əsasən, üzləşmə aktını tərtib etmək istehlakçının öhdəliyi hesab olunur. Başqa sözlə, su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericilikdə “üzləşmə aktının” xüsusi statusu müəyyən edilmiş, həmin aktın tərtib edilməsi üçün müraciət etmək vəzifə kimi təsbit edilmişdir. Eyni zamanda cavabdeh Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən təbii inhisar subyektidir və istehsalatın müvafiq sahəsində rəqabət mümkün deyildir. Belə olan halda, borc məbləği ilə razı olunmasa da, öhdəlik kimi təsbit edilən üzləşmə aktının tərtib edilməsi borcun etiraf edilməsi kimi yozula bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 2011-ci il tarixdən əvvəlki dövr üçün hesablanan 15071,68 manat içməli su, 7100,02 manat tullantı suyuna görə borcun əsaslılığı sübut oluna bilmir və bu səbəbdən həmin borc məbləğləri silinməlidir. Digər tərəfdən, iddiaçının silinməsini tələb etdiyi 334,39 (22506,09- (15071,68+7100,02)) manat borc isə 2011-ci il tarixdən əvvəlki dövr üçün qalıq keçən deyil, həmin tarixdən sonra hesablanan, lakin ödənilməyən borcdur. Bu isə həmin hissədə iddianın təmin edilməsini qeyri-mümkün edir.

6. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın müvafiq bəndlərini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4359/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bununla əlaqədar bildirik ki, İş materiallarında 19 yanvar 2021-ci il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2021-ci il tarixə içməli suya görə 16731,63 manat, tullantı suya görə 6690,46 manat, 20 aprel 2023-cü il tarixli 440142 nömrəli üzləşmə aktına əsasən isə xx.xx.2023-cü il tarixə içməli suya görə 16921,63 manat, tullantı suya görə 6740,46 manat borc təsdiq edilmişdir. Üzləşmə aktalarından göründüyü kimi iddiaçı tərəf borcu etiraf edərək üzləşmə aktlarını imzalamaqla borcu qəbul etmişdir. Borc əsaslı və sayğac göstəricilərinə uyğun hesablandığı üçün iddianın təmin edilməsi əsassız olmuşdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş edir.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14.1-ci maddəsinin tələbinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.1-ci maddəsinin tələbinə əsasən Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. İstehlakçı hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələblərinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçıların dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının axıdılması sahəsində münasibətlərin tənzimlənməsi həyata keçirən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.2-ci və 7.3-cü bəndlərinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən, verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, G.İsmayılzadənin şikayəti üzrə xx.xx.2016 tarixli qərarlarında qeyd olunur ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

14. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4359/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. İşin hallarından görünür ki, istehlakçıların dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının axıdılması sahəsində münasibətlərin tənzimlənməsini həyata keçirən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlarda istehlak edilmiş suyun və axıdılmış tullantı sularının dəyərinin sayğac göstəricilərinə əsasən bir aylıq hesablaşma dövrü ərzində su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən təqdim edilən ödəniş sənədləri əsasında ödənilməsi nəzərdə tutulmuşdur. Sadalanan qanunvericilik normalarından çıxış edərək məhkəmə qeyd edir ki, istehlak edilmiş su və axıdılmış tullantı sularına görə borcun hesablanması ilə bağlı olan məlumatları, o cümlədən sayğac göstəricilərinin oxunması, onlar əsasında müvafiq tariflərin hansı qaydada tətbiq edildiyi, borcun hesablanması əsaslarını təqdim etmək (sübut etmək) vəzifəsini su təchizatı və kanalizasiya müəssisəsi daşıyır. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Başqa sözlə, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Lakin cavabdeh abonent haqqında məlumatda göstərilmiş əvvəlki tarixdən keçən 15071,68 manat içməli su, 7100,02 manat tullantı suyuna görə borcun əsaslılığına dair hər hansı sübut təqdim etməmiş, həmin borcun əsasında duran suölçən cihaz göstəriciləri, hesabfaktura, qaimə və s. sənədləri iş materiallarında mövcud olmamışdır. Bu mənada məhkəmə xüsusilə qeyd edir ki, “abonent haqqında məlumat” özü-özlüyündə borcun mövcud olduğunu təsdiq edən mötəbər sənəd hesab oluna bilməz. Belə ki, yalnız müvafiq borcun əsasında duran adıçəkilən məlumatlar təqdim edildikdə borcun əsaslılığı məhkəmə tərəfindən yoxlanıla və əsaslı olub-olmaması barədə qənaət formalaşa bilər. Cavabdeh isə borcun Abşeron Rayon Sukanal İdarəsinin bazasından əldə edildiyini bildirməklə kifayətlənmişdir. Məhkəmə cavabdehin etirazının digər əsası olan üzləşmə aktları ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında 19 yanvar 2021-ci il tarixli 440142 nömrəli üzləşmə aktından görünür ki, xx.xx.2021-ci il tarixə içməli suya görə 16731,63 manat, tullantı suya görə 6690,46 manat, 20 aprel 2023-cü il tarixli 440142 nömrəli üzləşmə aktına əsasən isə xx.xx.2023-cü il tarixə içməli suya görə 16921,63 manat, tullantı suya görə 6740,46 manat borc təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən aktlar iddiaçının həmin borc məbləğlərini təsdiq etməsi və ya etirafedici hərəkət etməsi kimi şərh oluna bilməz. Belə ki, “Sudan istifadə Qaydaları”nın 7.21-ci bəndinə əsasən, istehlakçı ödəyicinin adı, hüquqi ünvanı, fəaliyyət növü, təsisçisi (təsisçiləri) dəyişdikdə, STKM-i yazılı xəbərdar etməli və zərurət yarandıqda, STKM ilə qarşılıqlı hesablaşmalarda dəyişiklik olan tarixə üzləşmə aktının tərtib edilməsi barədə müraciət etməlidir. Göründüyü kimi, “Sudan istifadə Qaydaları”na əsasən, üzləşmə aktını tərtib etmək istehlakçının öhdəliyi hesab olunur. Başqa sözlə, su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericilikdə “üzləşmə aktının” xüsusi statusu müəyyən edilmiş, həmin aktın tərtib edilməsi üçün müraciət etmək vəzifə kimi təsbit edilmişdir. Eyni zamanda cavabdeh Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən təbii inhisar subyektidir və istehsalatın müvafiq sahəsində rəqabət mümkün deyildir. Belə olan halda, borc məbləği ilə razı olunmasa da, öhdəlik kimi təsbit edilən üzləşmə aktının tərtib edilməsi borcun etiraf edilməsi kimi yozula bilməz.

16. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, abonent haqqında məlumatda göstərilən borc barədə sənəd və sübutları, borcun əsaslı olmasına dair mötəbər dəlilləri AR MPM-nin 77-ci maddəsinin tələblərinə əsasən cavabdeh məhkəməyə təqdim etməi idi. Həmin normanın mahiyyətinə əsasən sübutetmə yükü tərəflər arasında bölüşdürülür və borcun əsaslı olmasını iddia edən cavabdeh olduğu üçün bu hissədə sübutetmə yükü onun üzərinə düşür. Digər tərəfdən abonent haqqında məlumat birtərəfli qaydada cavabdehin özu tərəfindən tərtib edilmiş sənəddir, həmin sənədin tərtib edilməsinə əsas olmuş borcun əsaslılığına dair sübutlar təqdim edilmədiyi və cavabdehin maraqlarına xidmət etdiyi üçün mötəbər sübut hesab edilə bilməz. İş materiallarında olan abonent saldosu hüquqi müəyyənlik prinsipinə cavab vermir. Şəxsin üzərinə xeyli miqdarda borcu ödəmək öhdəliyini qoyan sübut cavabdehin özü tərəfindən tərtib edilmiş sənəd ola bilməz, həmin sübut kifayət qədər aydın, əsaslı, mübahisəli borcun detallarını və əsaslılığını özündə dəqiqliklə müəyyən edən mötəbər dəlil olmalıdır. Cavabdehin istinad etdiyi üzləşmə aktı isə borcun əsaslılığını təsdiq edən sənəd olmamaqla yanaşı qanunvericilikdə borcun müəyyən edilməsi üçün nəzərdə tutulmuş sübut hesab edilə bilməz. Ona görə də apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.

17. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

18. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4359/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar