Məhkəmə qərarları › İş №2-2(103)-1175/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1175/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1175/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4010/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16520 avro əsas borcun, 759,92 avro faiz borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 188 manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və “Kuehne + Nagel” MMC arasında xx.xx.2018-ci il tarixli RP 18-0003 nömrəli Mühasibatlıq Xidmətlərinin Göstərilməsi haqqında Müqavilə imzalanmışdır. 08 sentyabr 2022-ci il tarixində “Kuehne + Nagel” MMC-nin adı dəyişərək Cavabdeh MMC olmuşdur və o bu adla Müqavilənin tərəfi olmaqda davam etmişdir. Həmin Müqaviləyə əsasən, iddiaçı cavabdehə mühasibatlıq xidmətləri göstərməyi, cavabdeh isə iddiaçıya həmin xidmətlərin qarşılığında razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmişdir. Lakin göstərilmiş xidmətlərə görə nəzərdə tutulmuş xidmət haqqı cavabdeh tərəfindən tam ödənilməmişdir. Belə ki, cavabdehin müqaviləyə uyğun olaraq ödənilməmiş borcu 16,520 avrodur (31,001.44 manat). Müqavilənin 6.7-ci maddəsinə əsasən, hesab-faktura onun verildiyi tarixdən 30 təqvim günü ərzində ödənilməlidir. Hesab-faktura lazımi qaydada ödənilmədikdə ödəniş gecikdirilmiş hesab edilir. Bundan başqa, həmin maddəyə əsasən hesab-fakturanın verildiyi tarixdən 60 gün sonra borcun ödənilməsi haqda bildiriş göndərildikdən sonra iddiaçının hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 0.05%-i miqdarında, lakin 50%-dən çox olmadan faiz hesablama hüququ vardır. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Buna görə də cavabdeh hər gecikdirilmiş gün üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hesablanmış 92 gün gecikməyə görə ümumilikdə 759,92 avro faiz məbləğini də iddiaçıya ödəməlidir. Yaranmış borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və 20 təqvim günü ərzində borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuş, cavabdeh isə borcu ödəməmişdir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Buna uyğun olaraq, əsas borc məbləği olan 16,520 avro və faiz borcu 759.92 avro ümumilikdə 17279,92 avro pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia təmin edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4010/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar işin baxışının çıxarışmasına etiraz etmədi. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli sorğu ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edilərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(113)-4010/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil3 verdiyi apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddələrinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4010/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı MMC-nin Cavabdehnə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar