Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-119/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, ərizəçi İddiaçı nümayəndəsi və vəkili X5, kreditor Maraqlı şəxs1 nümayəndəsi Nümayəndə4, kreditor Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X8 nümayəndəsi Nümayəndə5 Fuad oğlunun iştirakı ilə, kreditor DSMF-nun X15 Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının nümayəndəsi X6 iştirakı ilə, ərizəçi İddiaçı müflis elan edilməsi və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-4537/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən (hakim Zaur Pirverdiyev) ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı müflis elan edilməsi və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı 27.04.2012-ci il tarixindən dövlət qeydiyyatına alınmış və nizamnamə kapitalının miqdarı 10 manat təşkil edir. Hal-hazırda İddiaçı təsisçisi X7r və onun nizamnamə kapitalındakı payı 100 faiz təşkil edir. Cəmiyyətin direktor vəzifəsini isə X11 icra edir. İddiaçı maliyyə vəsaiti və tələbin yönəldilə bilmədiyi əmlak olmadığına görə İddiaçı 18 yanvar 2021-ci il tarixində “müflis elan edilmə və iflas prossesinə başlanılması barədə” qərar qəbul etmişdir. İddiaçı balansında heç bir əmlak yoxdur. Cəmiyyətin vergilər üzrə dövlət büdcəsinə 605,83 manat, muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS) üzrə 2919,22 manat borc məbləğləri müəyyən edilmişdir. Məlum kredirotların siyahısı isə aşağıdakı kimidir: 1) Maraqlı şəxs1 – 54.952,47 manat 2) “MƏLUMAT HESABLAMA MƏRKƏZİ” – 75,000 manat. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-361/2018 nömrəli, 24.03.2018-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs1 İddiaçınə qarşı iddiası təmin edilərək, 52.922,47 manat, 2000 manat cərimə məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 54.952,47 manatın tutularaq Maraqlı şəxs1nə ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-4537/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Həmin qətnamədən ərizəçi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun “Borclunun müflis elan olunmasının nəticələri” başlığını daşıyan 18-ci maddəsinin 2-ci hissəsində deyilir ki, “Borclunun müflis elan olunması məqamından etibarən, (a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; (b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; (c) qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır; (ç) əmlak inzibatçısı tərəfindən verilən səlahiyyətlər istisna olmaqla borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir; (d) borclu müəssisə öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etmək səlahiyyətlərini itirir”. Burada xüsusilə (c) bəndindən məlum olur ki, borclunun müflis elan olunması məqamından əvvəl onun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarı (qətnaməsi) mövcud ola bilər və qanuni qüvvəyə minmiş bu məhkəmə qətnaməsinin icrası borclunun müflis elan edilməsi anından dayandırılır. Dolayası ilə borclunun ödəmə qabiliyyətinin olmayan sayılması üçün qanunverici orqan həmin qanuni qüvvəyə minmiş qətnamə üzrə 30 illik müddətin keçməsini tələb etməyib. Başqa bir ifadə ilə "Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin (c) bəndində “borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir” deyərək, həmin borclu digər kreditorlar qarşısında əmələ gələn öhdəliyin hüquqi əsasına baxaraq həmin hüquqi əsas üzrə borclunun öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmiş olmasını əsas kimi götürmüşdür. Əks təqdirdə "Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun18-ci maddəsinin 2-ci hissəsinin (a) və (c) bəndlərinin tələblərini izah etmək və tətbiq etmək mümkün olmayacaq. Qısacası, Məhkəmənin öz qətnaməsini qəbul edərkən borclunun əmlakı barədə qanuni qüvvəyə minmiş qətnaməsi olmasını, bu qətnamə üzrə 30 illik müddətin keçmənmiş olmasını əsas götürərək borclunun ödəniş qabiliyyətli saymış olması "Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun18-ci maddəsinin 2-ci hissəsinin (a) və (c) bəndlərinə zidd olduğu kimi, həm də "Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin (c) bəndinin düzgün tətbiq edimədiyini də təsdiq edir. Başqa bir tərəfdən qəbul edilmiş və qanuni qüvvəyə minmiş bir qətnamə üzrə borclu ödəniş edə bilmirsə onun ödəniş qabiliyyətli olan hesab etmək də absurd yanaşmadır. Məhz, məhkəməyə təqdim olunan sənədlərdən məlumdur ki, borclunun ödəmə qabiliyyəti olmadığı üçün borclarını nəinki tam heç 1 manat belə olsun icra edə bilməmişdir. Digər bir hal ərizəçi özü də ödəmə qabiliyyətinin olmaması barədə 01.04.2021-ci il tarixli rəsmi bəyanat vermiş və həmin bəyanatı məhkəməyə də təqdim etmişdir. Bu durum da "Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə uyğundur. Bütün bunlara baxmayaraq məhkəmənin bu şəkildə yanaşması qanunvericiliyin normalarına zidd olduğu kimi, ədalətsizdir və ərizəçinin daha da pis vəziyyətə düşməsinə yol açır. Hesab edək ki, borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmiş və nəticədə iddiaçı-vergi orqanı məhkəməyə iddia ərizəsi vermiş və borcludan həmin vergi məbləğinin tutulması barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. Bu halda "Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin (b) bəndi tətbiq olunmalıdır. Çünki konkret norma ilə vergi borcu üzrə 10 (on) ay ərzində icra olunmayıbsa borclunun ödəniş qabiliyyəti olmayan sayılmasına icazə verilib. Bundan başqa Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin (b) bəndi, həmin maddənin (c) bəndinə nəzərən xüsusi normadır. Məhz “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.4-cü maddəsində deyilir ki, “Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir”. Ərizəçi İddiaçı nümayəndəsi və vəkili X10 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Kreditorların nümayəndələri apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-4537/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Təsisçilərinin ümumi yığıncağının 18 yanvar 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı müflis elan edilməsi və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi ilə bağlı əmlak inzibatçısının təyin edilməsi üçün məhkəməyə müraciət etmək barəsində qərar qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-361/2018 nömrəli, 27.03.2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçındən 52.922,47 manat, 2000 manat cərimə məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 54.952,47 manatın tutularaq iddiaçı Maraqlı şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-24/2021 nömrəli iş üzrə 12.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X8 İddiaçınə qarşı borcun ödənilməsi barədə iddiasının qismən təmin edilməsi, 95251,38 manat məbləğində xidmət haqqının və 1000 manat məbləğində penya olmaqla ümumilikdə 96251,38 manat məbləğində pul vəsaitinin İddiaçındən tutularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X9 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 28 manat məbləğində pul vəsaitinin İddiaçındən tutularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X9 ödənilməsi, məhkəmə komputer–texniki ekspertizasının keçirilməsinə xərclənmiş 61,17 manat məbləğində pul vəsaitinin 56,17 manat məbləğində hissəsinin İddiaçındən, 5 manat məbləğində hissəsinin Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, ərizəçinin vergi üzrə 605,83 manat, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 2919,22 manat borcu vardır. İşə apellyasiya qaydasında baxılarkən DSMF-nun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz filialının 28.12.2021-ci il tarixli məktubunda İddiaçı 01.10.2018-ci il tarixə məcburi dövlət sosial sığorta fonduna məcburi dövlət sosial sığorta haqqı üzrə 2181,03 manat, inzibati cərimə üzrə 937,88 manat olmaqla, cmi 3118,92 manat Fonda borcu qalmışdır. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X8 22.04.2021-ci il tarixli 108-1-20/982-21 saylı məktubundan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-24/2021 nömrəli iş üzrə 12.02.2021-ci il tarixli qətnaməsinə əsasən ərizəçinin Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X9 ödəməli olduğu borcun məbləği 96251,38 manat təşkil edir. 01.04.2021-ci il tarixli rəsmi bəyanatdan görünür ki, AZGOLDNET Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmamasını bəyan etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi saytından 24 sentyabr 2021-ci il tarixli çıxarışdan görünür ki, ərizəçinin müflis elan edilməsinə dair işi üzrə məhkəmə iclasının vaxtı və yeri barədə elan dərc olunmuşdur. İddiaçı kreditorların tələblərini ödəməyə qadir olmadığını iddia edərək məhkəmədən müflis elan edilməsini xahiş etmişdir. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.5-ci maddəsinə əsasən, əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən, əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. “Müflisləşmə və iflas“ haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir, b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Qanunun 5-ci maddəsinə əsasən borclunun iflas haqqındaərizəsinə həmin maddədə nəzərdə tutulmuş sənədlərlə yanaşıödənilməli vəalınmalıməbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının vədebitorlarının siyahısı, sonuncu hesabat tarixinəolan maliyyə hesabatları əlavə edilməlidir. İstinad edilən normaların tələblərindən göründüyü kimi, borclunun ödəmə qabiliyyətinin olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş sübutların, o cümlədən sonuncu hesabat tarixinəolan maliyyə hesabatlarının məhkəməyə təqdim edilməsi və araşdırılması tələb olunur. Prosessual qanunvericiliyin tələblərinə əsasən iddianın əsaslı olduğunu təsdiq edən sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməlidir. Hazırkı halda ərizəçi illik maliyyə hesabatlarını məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, işdə olan sənədlər məhkəmə tərəfindən İddiaçı ödəmə qabiliyyəti olmayan sayılması üçün kifayət deyil. Buna görə də mübahisələndirilən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-4537/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-4537/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-119/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-119/2022
12.01.2022 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver