Məhkəmə qərarları › İş №2-2(103)-1200/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1200/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1200/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçı «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X3 nümayəndəsi Nümayəndə3 iştirakı ilə, iddiaçı «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X3 Cavabdehnə qarşı «zaminlik müqaviləsi üzrə ödənilmiş pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi» tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli e-2-2(113)-808/2021 nömrəli qətnaməsindən (hakim Zeynəb Axundova) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcmini azaldaraq zaminlik müqaviləsi üzrə ödənilmiş 5340009,87 manat məbləğində pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 may 2015-ci il tarixində 03 saylı kredit müqaviləsi ilə "xxxx" ASC-nin “Rabitə” Filialı tərəfindən Cavabdeh MMC-yə illik 10 faiz olmaqla 12 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi "xxxx" ASC-nin “Rabitə” Filialı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi arasında 01.05.2015-ci il tarixli, 07 saylı zaminlik müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 iyul 2016-cı il tarixə kredit borcu cəmi 3218771,21 ABŞ dolları, bundan 2895828,88 ABŞ dolları əsas borc, 322942,33 ABŞ dolları təşkil etmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit borcunu tam ödəməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bütün kreditin məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan X1rşı məhkəmədə iddia qaldıraraq, 2895828,88 ABŞ dolları əsas borc, 322942,33 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3218771,21 ABŞ dolları (üç milyon iki yüz on səkkiz min yeddi yüz yetmiş bir ABŞ dolları 21 sent) məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-8/19 saylı 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Rabitə filialı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01.05.2015-ci il tarixli 03 saylı əlavə razılaşmaya əsasən 1733037,88 ABŞ dolları əsas, kredit müqaviləsinin müddətinin başa çatdığı tarixə 55565,94 ABŞ dolları faiz borcu, bu tarixdən sonra illik hesablanmış 424442,39 ABŞ dolları əldən çıxmış fayda və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qeyd edir ki, "xxxx" ASC-nin “Rabitə” Filialı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi arasında bağlanan 01.05.2015-ci il tarixli, 07 saylı zaminlik müqaviləsi yuxarıda göstərilən kreditin təminatı olduğundan məhkəmə baxışı dövründə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-8/19 saylı 19 iyul 2019-cu il tarixli qətnaməsinin icrası Agentlik tərəfindən təmin edilmişdir. Cavabdehə zərərin ödənilməsi barədə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı rəsmi məktubla müraciət olunsa da, bu günədək heç bir nəticə əldə edilməmiş və cavabdeh öhdəliyini yerinə yetirməkdən qərəzli şəkildə boyun qaçırmışdır. Bakı Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli e-2-2(113)-808/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdehndən 5.283.685,17 manat məbləğində pulun iddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3 xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kreditor “Kapital Bank“ASC-nin iddia tələbi üzrə borclu “ Yujural Proqress“ MMC-yə və zamin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”-nə qarşı 2 saylı Bakı İnzibati- İqtisad Məhkəməsinin icraatında iş olmuş və məhkəmənin 2-2(82)-8/2019 saylı qətnaməsi ilə Cavabdeh MMC-dən və zamin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”ndən 2895828,88 ABŞ dolları miqdarında borcun müştərək qaydada tutulub “KapitalBank” -yə ödənilməsi qət olunmuşdur. Bundan sonra qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti vermişlər. Həmin iş üzrə apelyasiya baxışı vaxtı cavabdeh- zamin hazır ki, iddiaçı mübahisənin yekun qərar qəbul edilməsinə imkan verməmiş və borclu Cavabdeh MMC-yə məlumat vermədən könüllü olaraq ödəniş etmişdir. Belə ki, iddiaçının bank hesabı həmin kredit verən bankda olmuş və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”-nin digər borclarını və mübahisəli borcu iddiaçının şəxsi təşəbbüsü ilə tutmuş və sonradan cavabdehə yeni kredit xətti açmışdır. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən ”Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən “Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Qanunun tələbindən də görünür ki, zamin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kreditorun tələbini öz maraqları daxilində ödəmiş, borcu ödəyənədək bu barədə cavabdeh “Yujural Proqress” MMC –i xəbərdar etməlidir. Lakin iddiaçı ilə bank arasında bizim məlumatımız olmadan bank əməliyatı aparılmış, apellyasiya baxışı yekunlaşmadan bank məhkəməyə ərizə ilə müraciət edərək iddiasını geri götürmüşdür. İşə apelyasiya qaydasında baxılması 03.11.2021-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazimi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X3 nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli e-2-2(113)-808/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, "xxxx" ASC-nin “Rabitə” Filialı ilə Cavabdeh MMC arasında bağlanmış kredit müqaviləsi üzrə 01 may 2015-ci il tarixli 03 saylı razılaşmaya əsasən cəmiyyətə illik 10 faiz olmaqla 12 ay müddətinə 4.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 01.05.2015-ci il tarixli, 07 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində öhdəlik götürmüşdür. "xxxx" ASC borclu "xxxx" MMC-yə və zamin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”-nə qarşı kredit borcunun ödənilməsi barədə iddia qaldırmış, 2 saylı Bakı İnzibati- İqtisad Məhkəməsinin icraatında iş olmuş və məhkəmənin 2-2(82)-8/2019 saylı 19.07.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh MMCdən və zamin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”ndən 2.213.046,21 ABŞ dolları (1.733.037,88 ABŞ dolları əsas, 55565,94 ABŞ dolları faiz, 424442,39 ABŞ dolları əldən çıxmış fayda) məbləğində borcun müştərək qaydada tutulub “KapitalBank” -yə ödənilməsi qət olunmuşdur. Bundan sonra qətnamədən cavabdehlər apelyasiya şikayəti vermiş, apelyasiya baxışı zamanı zamin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi borcu ödədiyindən "xxxx" ASC iddiadan imtina etmiş və iş üzrə icraata xitam verilmişdir. "xxxx" ASC tərəfindən «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» PHŞ-nə ünvanlanmış 24 may 2021-ci il tarixli 06-01/2190 saylı məktubda qeyd olunmuşdur ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ayrılmış kreditin zamini qismində çıxış edən «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» PHŞ tərəfindən əsas borc üzrə 28.11.2018-ci il tarixində 1.162.791 ABŞ dolları, 10.03.2020-ci il tarixində 1.733.037,88 ABŞ dolları, faiz borcu üzrə isə 212.221,22 ABŞ dolları olmaqla, ümumilikdə 3.108.050,1 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. İddiaçı «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» PHŞ 10.07.2020-ci il tarixli 3/09-4656 nömrəli pretenziya məktubu ilə "xxxx" MMC-yə müraciət edərək, "xxxx" ASC-nə ödənilmiş məbləğin ödənilməsini reqress qaydada xahiş edilmişdir. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Birinci instansiya məhkəməsi qeyd olunan normalara əsasən düzgün olaraq bu qənaətə gəlmişdir ki, «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» PHŞ tərəfindən Cavabdeh kredit borcu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənildiyindən onun ödədiyi ümumilikdə 3108050,1 ABŞ dolları (manata olan məzənə ilə 3108050,1x1,7=5283685,17 manat) məbləğində pul vəsaitini Cavabdehndən reqress qaydada tələb etmək hüququ vardır. Apelyasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuş tələb (Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur) iddiaçı tərəfindən pozulmamışdır. İşdəki 2 saylı Bakı İnzibati- İqtisad Məhkəməsinin 2-2(82)-8/2019 saylı 19.07.2019-cu il tarixli qətnaməsindən və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-21/2020 saylı 09.06.020-ci il tarixli qərardadından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kredit borcunun ödənilməsinə dair iddiası üzrə işə baxılarkən Cavabdeh nümayəndəsi məhkəmə proseslərində iştirak etmişdir. Məhkəmə hesab edir ki, zaminin kreditor qarşısında üzərinə götürdüyü öhdəliyi zamin və borcluya qarşı kreditor tərəfindən iddia irəli sürüldükdən sonra məhkəmə prosesləri gedişində icra etməsi qanun pozuntusu və ya borclunun hüququnun pozuntusu hesab edilə bilməz. Belə ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcunun zamin tərəfindən ödənilmiş məbləğdən daha az olması barədə iş materiallarında hər hansı sübut mövcud deyil. Əksinə, işdən görünür ki, 2 saylı Bakı İnzibati- İqtisad Məhkəməsinin 2-2(82)-8/2019 saylı 19.07.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş olsaydı borclu və zamindən müştərək qaydada müqavilə üzrə 55565,94 ABŞ dolları, illik 5%-lə əldən çıxmış faydaya görə 424442,39 ABŞ dolları, cəmi 480008,33 ABŞ dolları faiz tutulmalı idi. «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» tərəfindən qeyd edilən qətnamə qəbul edildikdən sonra banka faiz borcu üzrə cəmi 212.221,22 ABŞ dolları ödənilmiş və mübahisə məhkəmədən kənar həll olunduğu üçün bank öz iddiasından imtina emişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli e-2-2(113)-808/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli e-2-2(113)-808/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar