Məhkəmə qərarları › İş №2-2(103)-1217/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1217/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1217/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" X6 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə) qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2024cü il tarixli, e-2-2(113)-5975/2024 saylı qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" X6 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci tarixli DKM/**********120/İM-1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə cavabdeh "xxxx" MMC-yə məxsus olan və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.0164 ha torpaq sahəsində yerləşən 4B nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488.9 kv.m olmaqla, 135.2.kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə (1-ci ipoteka predmeti), xx.xx.2021-ci il tarixli DKM-**********04120/İM-2 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə cavabdeh "xxxx" MMC-yə məxsus olan və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.016390 ha torpaq sahəsində yerləşən 4E nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488.9 kv.m olmaqla, 135.2.kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə (2-ci ipoteka predmeti), xx.xx.2020-ci il tarixli DKM/**********04120/SİM-2 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh1 mülkiyyətində olan və sonuncunun Bakı şəhəri, Xətai rayonu, 2948-ci məhəllə, Xudu Məmmədov küçəsində istifadəsində olan 0.03604 ha torpaq sahəsində yerləşən 2D nömrəli, 3 mərtəbəli, 1334.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına (3-cü “İpoteka predmeti”), xx.xx.2020-ci il tarixli DKM/**********04120/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh3 mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.55 ha torpaq sahəsinə (4-cü “İpoteka predmeti”) tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borcalan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli DKM/**********04120 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı ******* (bir milyon səkkiz yüz altmış dörd min) manat məbləğində əsas borcu, xx.xx.2023-cü il tarixinə qədər kreditdən istifadəyə görə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanmış 39375 (otuz doqquz min üç yüz yetmiş beş) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 10.8 % faiz dərəcəsi ilə hesablanmış 114700,50 (bir yüz on dörd min yeddi yüz manat əlli qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 159306,25 (bir yüz əlli doqquz min üç yüz altı manat iyirmi beş qəpik) manat məbləğində penya, cəmi 2177381,75 (iki milyon yüz yetmiş yeddi min üç yüz səksən bir manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 372 (üç yüz yetmiş iki) manat məbləğində çəkilmiş xərc və iddia ərizəsinin verilməsinə görə 1878,69 (bir min səkkiz yüz yetmiş səkkiz manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehdən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, e-2-2(113)- 5975/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və əmlakın qiymətləndirilməsi üzrə ekspertiza təyin edilmişdir.

3. Qeyd edilən qərardaddan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili tərəfindən şikayət verilmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə hüquqların müdafiə edilməsi ilə bağlı müqavilə bağlanmışdır. Sonradan xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edərək tanış olmaq üçün vəsatət təqdim edilmişdir. Sonradan məhkəmə iclası təxirə salınmışdır. xx.xx.2024-cü il tarixdə rəsmi elektron sistemə daxil edilmişdir. Odur ki, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasını işlə tanış olmadığı üçün təxirə salınması xahiş edilmişdir. Qeyd: (xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində ailə vəziyyəti il əlaqədar ölkə xaricində olmağının nəzərə alınması xahiş edilmişdir). Belə bir vəsatət yüklənmiş və xaricdə olmağının nəzərə alınması xahiş edilmişdir. Hətta ərizə yazaraq aviabileti işə əlavə etmişdir ki, o tarixlərdə Azərbaycan Respublikası hüdudlarında olacaqdır. Birinci instansiya məkəməsi qeyd edilən ərizəni nəzərə almamış, xx.xx.2024-cü il tarixdə məhkəmə-mühasibatlıq ekspetizası təyin etmiş, maraqlı şəxs olaraq heç fikrimizi soruşmamış qərardad qəbul etmişdir. Məhkəmə iclasında etiraz yazılması üçün vaxt verilməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 5975/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.

Məhkəmənin mövqeyi

7. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

8. Belə ki, əvvəla, 08 oktyabr tarixdə məhkəmənin 4-cü hazırlıq iclası keçirilmişdir. Ondan əvvəlki 01 oktyabr tarixli iclasda nümayəndə iştirak etmiş, nümayəndəyə iş materialları ilə tanış olmaq üçün vaxt verilmiş və iclas 08 oktyabra təxirə salınmışdır. 03 oktyabr tarixdə nümayəndə tərəfindən vəsatət verilmiş və yalnız ölkə xaricinə gedəcəyi üçün (07 oktyabr tarixdə) iclasın təxirə salınması barədə vəsatət vermişdir.

9. Hesab olunur ki, həmin vaxtadək üçüncü şəxsin nümayəndəsi elektron kabinet vasitəsilə də sübutlar təqdim edə, vəsatətləri etirazı göndərə bilərdi və s. Həmçinin nəzərə alınmışdır ki, məhkəmə hazırlıq iclası hələ yekunlaşmayıb, bundan sonra da qeyd olunan prosessual hərəkətləri etmək imkanı tükənməyib. Hazırda yalnız ekspertiza təqdim olunaraq iş üzrə dayandırılmışdır ki, həmin vaxtadək üçüncü şəxsin nümayəndəsi elektron kabinet vasitəsilə də sübutlar təqdim edə, vəsatətləri etirazı göndərə bilərdi. Hazırda yalnız ekspertiza təqdim olunaraq iş üzrə dayandırılmışdır.

10. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

11. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

12. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5975/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar