Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-122/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3621/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 5.1-ci bəndində “Alıcı”nın sifariş olunan malların dəyərini qaiməfakturanı aldıqdan sonra 10 iş günü ərzində köçürmə yolu ilə ödəməli olduğu nəzərdə tutulmuşdur.
2. İşdən həmçinin görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında 31/2020 saylı, xx.xx.2020-ci il tarixli və 19/20 saylı, 04.082020-ci il tarixli icarə müqavilələri bağlanmış, cavabdehə texnika və ya avadanlıqlar, o cümlədən yük avtomobilləri icarəyə verilmişdir.
3. xx.xx.2020-ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən icraçı texnika və ya avadanlıqlar üçün ayrıca gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 10 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında görülmüş işlərin təhviltəslim aktı tərtib olunur, imzalanır, möhürlənir. Müqavilənin 3.6-cı bəndinə əsasən müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhviltəslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 10 iş günü ərzində bank köçürmə yolu ilə həyata keçir. İş materiallarına 2021-ci ilin yanvar, fevral, mart aprel, may aylaında icarə müqavilələri ilə bağlı tərtib edilmiş “Təhvil-təslim” aktları əlavə edilmişdir.
4. xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən tərəflər yük avtomobili üçün aylıq icarə haqqını 4300 manat (ƏDV daxil deyil) olaraq müəyyən edir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ödəmələr hər növbəti ayın 15-dən 30-dək icraçının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək.
5. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş alqı-satqı müqaviləsi üzrə malların alıcıya təhvil verilməsini təsdiq edən elektron qaimələrin ümumi məbləği 174 021,21 manat təşkil edir.
6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş icarə müqavilələri üzrə xidmətlərin göstərildiyini təsdiq edən elektron qaimələrin ümumi məbləği 327.294,45 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 47019,16 manat, icarə müqaviləsi üzrə ƏDV daxil 109570,55 manat olmaqla, 156.607,71 manat pul vəsaitinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixində 10/20-4 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə 01 saylı xx.xx.2020-ci il və 02 saylı xx.xx.2020-ci il tarixli əlavə razılaşmalar tərtib edilmişdir. Adı çəkilən müqaviləyə əsasən, “satıcı” (İddiaçı ASC) hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşmada qeyd olunan malları “Alıcı”ya (Cavabdeh MMC) satır, “Alıcı” isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini “Satıcı”ya ödəyir. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə müvafiq olaraq, müqaviləyə əsasən “Alıcı” sifariş olunan malların dəyərini “Satıcı”nın təqdim etdiyi hesab-fakturanı və qaimə-fakturanı aldıqdan sonra 10 iş günü ərzində köçürmə yolu ilə həyata keçirir. Müqavilənin 5.2-ci bəndinə müvafiq olaraq, mallar “Alıcı”ya tam təhvil verildikdən sonra “Alıcı” 10 iş günü ərzində malın dəyərinin 100% həcmdə ödəniş etməlidir. Qeyd olunmalıdır ki, cavabdehin sifarişi əsasında cavabdehə təqdim edilmiş mal-materiala görə 2021-ci il üzrə (xx.xx.2021 EBAX467810,xx.xx.2021 EBAX716674, xx.xx.2021 EBAY050265, xx.xx.2021 EBAY812955, xx.xx.2021 EBAZ077360, xx.xx.2021 EBAZ214596, xx.xx.2021 EBA2521257, xx.xx.2021 EBBB235338, xx.xx.2021 EBBC868123) verilmiş elektron hesab-fakturalar əsasında cavabdehin iddiaçıya 39.862 manat əsas borcu, 7.175,16 manat ƏDV borcu, ümumilikdə isə 47.019,16 manat ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında yuxarıda adı çəkilən müqavilələrdən savayı, xx.xx.2020-ci il tarixində 19/20 saylı müqavilə də bağlanmışdır. Həmin müqaviləyə əsasən, “icraçı” (İddiaçı ASC) balansında və istifadəsində olan yük avtomobillərini icarəyə verməyi, öz hesabına sürücülərlə təmin etməyi və “sifarişçi”nin (Cavabdeh MMC) Azərbaycan Respublikası ərazisində işlərini həyata keçirməyi, “sifarişçi” isə bunun qarşılığında “İcraçı”ya bu müqavilənin 2-ci maddəsində qeyd edilən icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, tərəflər yük avtomobili üçün aylıq icarə haqqını 4.300 AZN (ƏDV xaric) olaraq müəyyən edir. Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış 31/2020 saylı xx.xx.2020-ci il tarixli və 19/20 saylı xx.xx.2020-ci il tarixli müqavilələr üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunsa da, cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. Tərəflər arasında bağlanmış müqavilələr üzrə görülmüş işlərin təhvil-təslim aktları tərəflər arasında təsdiq edilsə də, həmin görülmüş işlərin dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehin ünvanına 2021-ci ilin yanvar, fevral, mart, aprel və may aylarında müxtəlif elektron hesab-fakturalar göndərilsə də, həmin işlərin dəyərini təşkil edən cəmi əsas borc 92.856,35 manat, ƏDV borcu 16.714,2 manat və ümumilikdə 109.570,55 manat borc məbləğləri ödənilməmiş qalmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixində AVİS kabinetinə elektron olaraq, həmçinin yazılı olaraq qeydiyyat ünvanına sürətli poçt vasitəsi ilə pretenziya məktubları göndərilərək, göstərilənləri nəzərə alaraq, 156.607,71 (ƏDV daxil) borcunun 10 gün müddətində ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur.
9. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsində iddiaya hər hansı etiraz bildirilməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3621/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia təmin edilmişdir.
11. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini, icarə müqavilələri üzrə xidmətlərin göstərildiyini sübutetmə vəzifəsi satıcı, eyni zamanda, icarəçi olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür.
12. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş ödəniş sənədlərinə əsasən cavabdeh tərəfindən əsas borc məbləği üzrə iddiaçıya 292.125,43 manat 2020-2021-ci illərdə ƏDV borcu üzrə 52.582,52 manat pul ödənmişdir.
13. Məhkəmə malların və xidmətlərin təhvil verilməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş TTK-FA 05/21-1, TTK-FA 05/21-2, TTK-FA 01/21-3, TTK-FA 01/21-2, TTK-FA 01/21-1, TTK-FA 02/21-1, TTK-FA 02/21-2, TTK-FA 03/21-1, TTK-FA 03/21-2, TTK-FA 04/21-2, TTK-FA 04/21-1 saylı təhvil-qəbul aktları ilə də malların və xidmətlərin verilməsini öz təsdiqini tapır.
14. Məhkəmə son olaraq qeyd etmişdir ki, ödəniş qəbzlərində göstərilmiş olan ödəniş məbləğlərinin məhz hansı müqavilə üzrə ödənildiyini müəyyən etmək mümkün olmamış və cavabdeh tərəf də, bu barədə hər hansı bir sübut təqdim etmədiyindən hər üç müqavilə üzrə vahid məbləğdə pul tutulmalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3621/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə cavabdehin Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuş, həmçinin iş üzrə həqiqi hallar və tərəflərin qarşılıqlı münasibətləri hərtərəfli araşdırılmamışdır. Tərəfimizdən məhkəmə qətnaməsində qeyd olunan müqavilələr üzrə mütəmadi olaraq ödənişlər edilmiş, lakin məhkəmə araşdırması zamanı bu fakt qiymətləndirilməmişdir. Belə ki, iddiaçı tərəfindən borc məbləğlərinin hansı qaydada hesablandığı, həqiqətən də məbləğlərin düzgün olub-olmaması faktı aydınlaşdırılmamışdır. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti cavabdeh tərəf olmasına baxmayaraq proses barədə tərəfimizdən heç bir məhkəmə bildirişi alınmamış və məhkəmə prosesində iştirak və çıxış etmək, etiraz və vəsatətlər vermək hüquqlarımız pozulmuşdur. Bununla da Bakı Kommersiya Məhkəməsi tərəfindən ədalət mühakiməsinin prinsiplərinə əməl edilməmiş, qanunsuz məhkəmə icraatı həyata keçirilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İşə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş, xx.xx.2024-cü il tarixə təxirə salınmış, cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasında məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə texniki ekspertizasının keçirilməsi barədə vəsatət vermişdir.
18. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etmişdir.
19. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 432.3-cü maddə- əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir. 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.4-cü maddə- əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 675-ci maddə- əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddə-icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddə- icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddə-əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
97.1-ci maddə-İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
20. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3621/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin birinci instansiya məhkəməsi tərəfindən sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən tələb edilən borc məbləği tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi (hər m3 üçün qiyməti 7,50 manat olan əhəng daşı qırıntısı), 31/2020 saylı, xx.xx.2020-ci il tarixli və 19/20 saylı, 04.082020ci il tarixli icarə müqavilələri əsasında yaranmışdır.
23. İddiaçı alqı-satqı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli EBAX46781 saylı, xx.xx.2021-ci il tarixli EBAX716674 saylı, xx.xx.2021-ci il tarixli EBAY050265 saylı, xx.xx.2021-ci il tarixli EBAY812955 saylı, xx.xx.2021-ci il tarixli EBAZ077360 saylı, xx.xx.2021-ci il tarixli EBAZ214596 saylı, xx.xx.2021-ci il tarixli EBA2521257 saylı, xx.xx.2021 -ci il tarixli EBBB235338 saylı, xx.xx.2021-ci il tarixli EBBC868123 saylı elektron qaimələr üzrə cavabdehin ƏDV daxil 47019,16 manat olmaqla ümumilikdə 156607,71 manat borcu qaldığını göstərmişdir.
24. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alq-satqı müqaviləsi üzrə cavabdehə təqdim edilmiş və sistem tərəfindən təsdiqlənmiş 10 ədəd elektron qaimənin cəmi məbləği sadə riyazi hesablama ilə ƏDV daxil 116319,21 manat təşkil edir.(iş materialları 90-99-cu vərəqlər)
25. Eyni zamanda müəyyən edilmişdir ki, icarə müqavilələri üzrə cavabdehə 22 ədəd elektron qaimə göndərilmişdir: 1.xx.xx.2020-ci il tarixli EBAN seriyalı 872666 saylı dəyəri 57702 manat, 2.xx.xx.2020-ci il tarixli EBAN seriyalı 872328 nömrəli dəyəri 10620 manat,
3. xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 767860 nömrəli dəyəri 74773,39 manat
4. xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 767507 nömrəli dəyəri 30359,69 manat 5.xx.xx.2020-ci il tarixli EBAS seriyalı 657394 nömrəli dəyəri 42417,46 manat, 6.xx.xx.2020-ci il tarixli EBAS seriyalı 655823 nömrəli dəyəri 2738,78 manat, 7.xx.xx.2020-ci il tarixli EBAT seriyalı 836273 nömrəli dəyəri 9555,64 manat, 8.xx.xx.2020-ci il tarixli EBAV seriyalı 107980 nömrəli dəyəri 7835,20 manat,
9. xx.xx.2021-ci il tarixli EBAW seriyalı 003259 nömrəli dəyəri 4059,20 manat
10. xx.xx.2021-ci il tarixli EBAW seriyalı 003039 nömrəli dəyəri 16735,94 manat, 11.xx.xx.2021-ci il tarixli EBAX seriyalı 466209 nömrəli dəyəri 18402,10 manat 12.xx.xx.2021-ci il tarixli EBAX seriyalı 467051 nömrəli dəyəri 17920,66 manat, 13.xx.xx.2021-ci il tarixli EBAY seriyalı 504273 nömrəli dəyəri 18520,10 manat, 14.xx.xx.2021-ci il tarixli EBAY seriyalı 503989 nömrəli dəyəri 9243,73 manat, 15.xx.xx.2021-ci il tarixli EBAY seriyalı 934177 nömrəli dəyəri 4603,18 manat, 16.xx.xx.2021-ci il tarixli EBAY seriyalı 933950 nömrəli dəyəri 3177,74 manat,
17. xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 635622 nömrəli dəyəri 12465,13 manat, 18. xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 635266 nömrəli dəyəri 10157,05 manat, 19. xx.xx.2021-ci il tarixli EBBB seriyalı 236860 nömrəli dəyəri 13784,37 manat, 20. xx.xx.2021-ci il tarixli EBBB seriyalı 236471 nömrəli dəyəri 5235,27 manat,
21. xx.xx.2021-ci il tarixli EBBC seriyalı 952060 nömrəli dəyəri 10224,70 manat,
22. xx.xx.2021-ci il tarixli EBBC seriyalı 951339 nömrəli dəyəri 4465,12 manat.
26. Sadə riyazi hesablama ilə müəyyən edilir ki, icarə müqaviləsi üzrə göndərilmiş elektron qaimələrin ümumi dəyəri ƏDV daxil 384996,45 manat təşkil etmişdir.(iş materialları 100-121-ci vərəqlər)
27. Eyni zamanda iş materiallarına əlavə edilmiş əməliyyat sistemindən çıxarışdan görünür ki, icarə müqavilələri üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə göndərilmiş 4 ədəd elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmişdir.
28. İş materiallarının 37-45-ci vərəqlərinə əlavə edilmiş ödəniş sənədlərindən və 46- 48-ci vərəqlərə əlavə edilmiş bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya icarə və alqı-satqı müqaviləsi üzrə ümumilikdə 292125,43 manat ödəniş edilmişdir: - xx.xx.2020-ci ildə 57900 manat, -xx.xx.2020-ci ildə 40.000 manat, -xx.xx.2020-ci ildə 23367,28 manat, -xx.xx.2020-ci cildə 25728,55 manat, -xx.xx.2020-ci ildə 22425,20 manat, -xx.xx.2020-ci ildə 31752 manat, -xx.xx.2020-ci ildə 4195 manat, -xx.xx.2020-ci ildə 2321 manat, -xx.xx.2021-ci ildə 14738 manat, -xx.xx.2021-ci ildə 3440 manat, -xx.xx.2021-ci ildə 14183 manat, -xx.xx.2021-ci ildə 10.000 manat, -xx.xx.2021-ci ildə 5187 manat, -xx.xx.2021-ci ildə 15288 manat, -xx.xx.2021-ci ildə 20.000 manat, -xx.xx.2021-ci ildə 600 manat, -xx.xx.2021-ci ildə 1000 manat.
29. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödənişlər barədə məlumat adlı sənəddən görünür ki, cavabdeh tərəfindən eyni zamanda 52582,52 manat ƏDV ödənilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin ümumi məbləği 344707,95 manat təşkil edir. Cavabdeh tərəfindən ödənişlərin bu məbləğdən artıq olduğuna dair nə birinci instansiya, nə apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim edilməmiş, iddiaya və iddiaçı tərəfindən təqdim edilmiş sübutlara, o cümlədən alqı-satqı müqaviləsi üzrə malların, icarə müqavilələri üzrə texnikələrin və təhvil verildiyinə hər hansı etiraz bildirilməmişdir.
30. Birinci instansiya məhkəməsi həm alqı-satqı, həm icarə müqavilələri üzrə görülmüş işlərin ümumi dəyərinin 501315,66 manat təşkil etdiyini düzgün müəyyən etsə də, hər bir müqavilə üzrə təqdim edilmiş elektron qaimələrin dəyərini hesablayarkən səhvə yol vermişdir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, işdəki sənədlərə əsasən iddiaçı tərəfindən cavabdehə 116319,21 manat dəyərində alqı-satqı üzrə, 384996,45 manat dəyərində icarə müqavilələri üzrə elektron qaimə göndərilmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşır ki, hər üç müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə ödənilməli olan məbləğ 501315,66 manat olduğundan, bu məbləğdən ödənilmiş 344707,95 manat çıxıldıqda hər üç müqavilə üzrə qalıq borc 156607,71 manat təşkil etdiyindən bu məbləğdə borcun cavabdehdən tutulmasına dair iddiaçının tələbi əsaslıdır.
32. İş üzrə ekspertiza təyin edilməsi barədə cavabdehin nümayəndəsi və vəkili tərəfindən apellyasiya instansiyası mərhələsində vəsatət verilsə də hansı sənədlərin hesablanmasının xüsusi bilik tələb etdiyi əsaslandırılmadığından və mühasibatlıq ekspertizasının səlahiyyətlərinə aid olmayan suallar qoyulduğundan (Məsələn:mallar tam və qüsursuz şəkildə təhvil verilmişdirmi?) əsassız hesab edilərək təmin edilməmişdir.
33. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3621/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3621/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.