Məhkəmə qərarları › İş №2-2(103)-1225/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1225/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1225/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli e-2-2(113)-8035/2024 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-8035/2024 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsi tərəfindən e-2-2(113)- 8035/2024 nömrəli iş üzrə İddiaçı Cavabdeh2 qarşı əmlak, əmlak olmadığı təqdirdə pul tələbinə dair iş üzrə iddia ərizəsi e-2-2(113)-8035/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsi geri qaytarılma əsası kimi iddia ərizəsinin ərazi yurisdiksiyası üzrə düzgün göndərilmədiyini qeyd etmişdir. Belə ki, məhkəmənin mövqeyinə görə, Cavabdeh2 “Elektron Məhkəmə” informasiya sisteminin məlumatlarına görə İsmayıllı rayonu, Vaşa kəndi ərazisində qeydiyyatdadır və bu əsasla iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə verilir. Məhkəmə İsmayıllı rayonunun Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olduğunu göstərərək, iddia ərizəsinin Şəki Kommersiya Məhkəməsinə verilməli olduğunu hesab etmişdir. Mülki Prosessual Məcəllənin 36-cı maddəsində iddiaçının seçməsinə görə aidiyyət halları göstərilmişdir. Tərəflər arasında bağlanan müqavilənin icra yeri müqavilə üzrə Cavabdeh2 Bakı şəhər, Binəqədi rayon, Məhəmmədi kəndində yerləşən mağazası olmuşdur. Digər tərəfdən məhkəmənin nəzərə almadığı bir məsələ də iddia ərizəsi üzrə tələbin əmlakla bağlı olmasıdır. Sözügedən əmlakın, yəni malların Bakı şəhər, Binəqədi rayon, Məhəmmədi kəndində yerləşən mağazada olması müqavilədən göründüyü kimi aydın məsələdir. Bu səbəblə işin həllində yekun qətnamə çıxarılması halında qətnamənin icrası məhz Bakı şəhəri, Binəqədi rayonu ərazisində mümkündür. Bununla da, sözügedən işin icrası Bakı şəhərində yerləşən Binəqədi rayon müvafiq icra orqanına həvalə ediləcəkdir. Müqavilə üzrə icra yeri Bakı şəhəri olduğundan hazırkı mübahisə ilə bağlı MPM-nin 36.11 və 36.13- cü maddələrinə uyğun olaraq, iddiaya Bakı şəhərindəki müvafiq kommersiya məhkəməsi baxılmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8035/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından isə görünür ki, hazırkı halda Cavabdeh2 qeydiyyat ünvanı İsmayıllı rayonu, Vaşa kəndidir. Tərəflər arasında bağlanmış müqavilədə cavabdehin fəaliyyət göstərdiyi mağazanın Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşməsinin göstərilməsi, belə olan halda MPMin iddiaçının seçiminə görə aidiyyət qaydalarını müəyyən edən 36.11-ci maddəsinin tələbləri baxımından iddiaçının müqavilənin icra yerinə görə vermək hüququnun olması barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli müqavilə tərəflər arasında qarşılıqlı öhdəliklərin icra edilməsini (malları təqdim etmək, mallaırn dəyərini ödəmək, malın satışını təşkil etmək və s.) nəzərdə tutan ikitərəfli müqavilə olmaqla həmin müqavilə üzrə öhdəliklər yalnız mağazanın fəaliyyət göstərdiyi ünvanda deyil, müxtəlif yerlərdə (məsələn, pul öhdəliyi Mülki Məcəllənin 426-cı maddəsinə əsasən borclunun olduğu yerdə) icra edilə bilər. Belə olan halda isə müqavilədə tərəflərdən birinin fəaliyyətini həyata keçirdiyi ünvanın göstərilməsi tərəflərin müqavilənin icra yeri barədə razılığa gəlmələri anlamına gəlmir. İkincisi, iddiaçının istinad etdiyi MPM-in 36.11-ci maddəsinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Göründüyü kimi iddiaçının MPM-in 36.11-ci maddəsinə əsaslanaraq iddianın veriləcəyi məhkəmənin seçmək hüququ yalnız iddianın əsaslandığı müqavilədə müqavilənin icra yeri göstərildikdə yaranır. Başqa sözlə desək tərəflər arasında bağlanmış müqavilədə müqavilənin icra yeri konkret göstərilmədikdə həmin müqavilənin faktiki olaraq bu və ya digər yerdə icra edilməsi faktı iddiaçıya iddianı müqavilənin icra yerinə görə qaldırmaq hüququ vermir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti üzrə məhkəmədə baxılmalı olmaması əsası ilə iddianı geri qaytarmaqda haqlı olmuşdur. Qərardaddan şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-8035/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar