Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1235/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, e-2-2(113)-7424/2024 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2019- 2023-cü illər üçün illik (maliyyə) hesabatlarının təqdim edilməsi, 2019-2023-cü illər üzrə dividendlərin hesablanıb ödənilməsinin təmin edilməsi, 2019-2023-cü illər üçün illik maliyyə hesabatlarının auditor yoxlanışının təşkil edilməsi və iştirakçısı olan 30,0014 faiz paya sahib İddiaçı cəmiyyətdən payının ayrılması vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən ümumi yığıncağın keçirilməsinə mane olan halların aradan qaldırılması vəfizəsinin onların üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qanuni təmsilçisi Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq, hazırkı işin məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7424/2024 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7424/2024 nömrəli qərardadının ləğv edilməsi və işin baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mübahisədən də görünür ki, iddiaçının tələbi olaraq sənədlərin təqdim edilməsi, dividendlərin hesablanıb ödənilməsi, auditor yoxlanışının təşkil edilməsi, payın ayrılması, ümumi yığıncağın keçirilməsinə mane olan halların aradan qaldırılması göstərilmişdir. İlk baxışdan sonuncu tələbin cavabdeh kimi göstərilən Cavabdeh3 və Cavabdeh2 yönəldiyi görünsə də, həmin şəxslər tərəfindən hər hansı bağlılığın, ümumi yığıncağın keçirilməsinə mane olan halların nədən ibarət olmasının müəyyənləşdirilməməsi, mübahisənin kommersiya mübahisəsi kimi Bakı Kommersiya Məhkəməsində aparılmasına əsas verə bilməz. Çünki şikayətə əlavə olunan sənədlərdən də görünür ki, iddiaçının səlahiyyətli nümayəndəsi X2 etibarnamə təqdim edərək xx.xx.2023-cü il tarixdə keçirilən ümumi iclasda iştirak etmişdir. Ona qarşı hər hansı bir maneə olmamışdır. Həmçinin əlavə edilən bildiriş və poçt qəbzlərindən də görünür ki, iclas barədə iddiaçı daimi məlumatlandırılmışdır. Bundan başqa iddiaçı tərəfindən əsas tələblərdən birində də Cavabdeh1 MMC-nin mülkiyyətində olan daşınmaz əmlaklar vurğulanmışdır. Cavabdeh1 MMC-nin mülkiyyətində daşınmaz əmlak Bərdə rayonu ərazisində yerləşir. Həmin müəssisənin fəaliyyəti məhz daşınmaz əmlakla bağlıdır. Burada isə müstəsna aidiyyət məsələsinə toxunmaq olar. Ona görə də həmin xüsusat da nəzərə alınmamış və təqdim olunan vəsatət təmin edilməmişdir. Göründüyü kimi, əsl olan cavabdehin, yəni Cavabdeh1 MMC-nin hüquqi ünvanının ünvan 3in hüquqi şəxsə yönəldilmiş olması, həmçinin kommersiya mübahisəsinin mürəkkəbliyi nəzərə alınaraq aidiyyəti üzrə Gəncə Kommersiya məhkəməsinə göndərilməsi məqsədəmüvafiq olardı. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7424/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı bir-biri ilə əlaqədar ayrı-ayrı tələblər irəli sürmüşdür: sənədlərin təqdim edilməsi, divendlərin hesablanıb ödənilməsi, auditor yoxlanışının təşkil edilməsi, payın ayrılması, ümumi yığıncağın keçirilməsinə mane olan halların aradan qaldırılması. Həmin tələblərdən “ümumi yığıncağın keçirilməsinə mane olan halların aradan qaldırılması” tələbi isə birbaşa cavabdehlər Cavabdeh3 və Cavabdeh2 yönəldilmişdir. Cavabdeh1 hüquqi ünvanı Bərdə rayonu, Bərdə şəhəri, İsmət Qaibov, ev 40, Cavabdeh2 və Cavabdeh3 rəsmi qeydə alındığı yer Bakı şəhəri, Yasamal rayonu, 6-cı Xrebtovi küçəsi, ev 25-32-dir. Odur ki, İddiaçı MPM-in 36.2-ci maddəsində nəzərdə tutulmuş iddiaçının seçim imkanından istifadə etməklə cavabdehlərdən birinin rəsmi qeydə alındığı yer üzrə məhkəmədə iddia irəli sürməkdə haqlı olmuşdur. Tələblərdən birinin Cavabdeh1 MMC-nin daşınmaz əmlakı ilə bağlı olması, MMCnin daşınmaz əmlakının Bərdə şəhərində yerləşməsi, bu baxımından müstəsna aidiyyət qaydalarına əsasən işə Gəncə Kommersiya Məhkəməsində baxılmalı olması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, işlərin müstəsna aidiyyətini müəyyən edən MPM-in 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin normanın məzmunundan da göründüyü kimi daşınmaz əmlakla bağlılığı olan istənilən tələb deyil, yalnız əşya hüquq münaisbətlərindən irəli gələn üç növ iddialar daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi (vindikasiya iddiası), mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq (neqator iddia) daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılmalıdır. Hazırkı halda iddiaçının MMC-nin əmlakı ilə bağlı irəli sürdüyü iddia tələbi əşya hüququna deyil, hüquqi şəxsin iştirakçısının hüquqi şəxsin əmlakından payına uyğun hissənin ayrılmasını tələb etmək hüququna əsaslanır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd etməkdə haqlı olmuşdur. Qərardaddan şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli e-2-2(113)-7424/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-1235/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1235/2024
20.12.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver