Məhkəmə qərarları › İş №2-2(103)-124/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-124/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-124/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X10" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Niyazov Güloğlan Nəsir oğlu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9in 2 saylı Sumqayıt Ərazi idarəsi cəlb edilməklə) hərracın nəticələri haqqında protokolun əsassız hesab edilərək ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsi Açar söz: : hərracın nəticələri haqqında protokolun əsassız hesab edilərək ləğv edilməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X10" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Niyazov Güloğlan Nəsir oğlu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9in 2 saylı Sumqayıt Ərazi idarəsi cəlb edilməklə) hərracın nəticələri haqqında protokolun əsassız hesab edilərək ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-4652/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Sumqayıt Kommersiya Məhkəməsinin 31 may 2022-ci il tarixli 2-2(119)-29/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı, Niyazov Güloğlan Nəsir oğluna, X2 və X3 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlər İddiaçı, Niyazov Güloğlan Nəsir oğlundan və X1 müştərək qaydada 182374,05 manat məbləğində əsas borc, 32170,53 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə olmaqla - cəmi 214744,58 manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması, cavabdehlər İddiaçı, Niyazov Güloğlan Nəsir oğlundan və X1 müştərək qaydada tutulmalı olan cəmi 214744,58 manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh2 ASC xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh Niyazov Güloğlan Nəsir oğluna məxsus Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293,2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçı Cavabdeh2 ASC-yə olan cəmi 214744,58 manat məbləğində borcun ödənilməsi, tutmanın yönəldiyi cavabdeh Niyazov Güloğlan Nəsir oğluna məxsus ipoteka predmetinin ilkin satış qiyməti 250000 manat məbləğində müəyyən edilməsi, cavabdehlər İddiaçı və Niyazov Güloğlan Nəsir oğlundan müştərək qaydada ödənilmiş dövlət rüsumlarının və xidmət haqqının əvəzi olaraq cəmi 70 manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması, cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh2 ASC arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0- 1228-20 nömrəli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli 2-2(119)-29/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər İddiaçı, Niyazov Güloğlan Nəsir oğluna, X2 və X3 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-29/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-29/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir.

3. “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC tərəfindən verilmiş 18 iyul 2023-cü il tarixli 01 nömrəli bildirişdən görünür ki, Sumqayıt şəhəri, Şəmşad Pənahov küçəsində yerləşən 293,2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 250000 manat olmaqla açıq hərracın 14 avqust 2023-cü il saat 11.00-da ünvan 1 ünvanında keçiriləcəyi tərəflərə bildirilmişdir.

4. “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli 02 nömrəli bildirişdən görünür ki, Sumqayıt şəhəri, Şəmşad Pənahov küçəsində yerləşən 293,2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 212500 manat olmaqla açıq hərracın 01 sentyabr 2023-cü il saat 11.00-da ünvan 1 ünvanında keçiriləcəyi tərəflərə bildirilmişdir.

5. “Birja yenilikləri” qəzetinin 18 iyul 2023, 15 avqsust 2023 və 05 sentyabr 2023-cü il tarixlərində çıxan 359, 363 və 366 nömrələrində Sumqayıt şəhəri, Şəmşad Pənahov küçəsində yerləşən 62 nömrəli fərdi yaşayış evinin müvafiq tarixlərdə hərraca çıxarılması ilə bağlı elanlar verilmişdir.

6. ƏİV seriyalı 355293 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin surətinə əsasən “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bildiriş xx.xx.2023-cü il tarixində İddiaçı göndərilmiş, İddiaçı soyadı ilə imzalanaraq, qəbul edilmişdir.

7. ƏİV seriyalı 355290 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin surətinə əsasən “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bildiriş xx.xx.2023-cü il tarixində Niyazov Güloğlan Nəsir oğluna göndərilmiş, İddiaçı soyadı ilə imzalanaraq, qəbul edilmişdir.

8. ƏİV seriyalı 355294 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin surətinə əsasən “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bildiriş xx.xx.2023-cü il tarixində X3 göndərilmiş, İddiaçı soyadı ilə imzalanaraq, qəbul edilmişdir.

9. ƏİV seriyalı 367693 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin surətinə əsasən “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bildiriş xx.xx.2023-cü il tarixində İddiaçı göndərilmiş, xx.xx.2023-cü il tarixində Niyazova soyadıı ilə imzalanaraq, qəbul edilmişdir.

10. ƏİV seriyalı 367690 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin surətinə əsasən “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bildiriş xx.xx.2023-cü il tarixində Niyazov Güloğlan Nəsir oğluna göndərilmiş, xx.xx.2023-cü il tarixində Niyazova soyadı ilə imzalanaraq, qəbul edilmişdir.

11. ƏİV seriyalı 367691 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin surətinə əsasən “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bildiriş xx.xx.2023-cü il tarixində X3 göndərilmiş, xx.xx.2023-cü il tarixində Niyazova soyadı ilə imzalanaraq, qəbul edilmişdir.

12. ƏİV seriyalı 367824, 367827 və 367828 və nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin surətinə əsasən “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bildiriş xx.xx.2023-cü il tarixində İddiaçı göndərilmişdir.

13. ƏİV seriyalı 367826 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin surətinə əsasən “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bildiriş xx.xx.2023-cü il tarixində İddiaçı göndərilmişdir.

14. ƏİV seriyalı 367825 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin surətinə əsasən “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bildiriş xx.xx.2023-cü il tarixində X3 göndərilmişdir.

15. ƏMDX DƏDKR X9 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293,2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixində Cavabdeh2 ASC-nın adına hüquqi qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

16. İddiaçı iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, "Daşınar və Daşınmaz Əmlakların Satışı X10" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293.2 kv.m ümumi (83.6 kv.m yaşayış, 209.6 kv.m yardımçı) sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinin hərracdan satılmasının nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız və əsassız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1488/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X10" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Niyazov Güloğlan Nəsir oğlu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9in 2 saylı Sumqayıt Ərazi idarəsi cəlb edilməklə) hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı- satqı müqaviləsinin etibarsız və əsassız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

18. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, "Daşınar və Daşınmaz Əmlakların Satışı X10" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293.2 kv.m ümumi (83.6 kv.m yaşayış, 209.6 kv.m yardımçı) sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinin hərracdan satılmasının nəticələri haqqında protokolun əsassız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "Yelo Bank” ASC arasında 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20 nömrəli Baş Kredit Müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC-nin “Sumqayıt” filialından illik 120 ay müddətinə 200000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin Baş Kredit Müqaviləsi əsasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 4-BİZGlZ2-2-0- 1228-20(l) nömrəli “Kredit verilməsinə dair” Razılaşmaya əsasən ona "Yelo Bank” ASCnin “Sumqayıt” filialından illik 16 %-lə 24 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. 28 yanvar 2020-ci il tarixli “Kredit verilməsinə dair” Razılaşma üzrə bağlanmış 23 aprel 2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 30 aprel 2022-ci il tarixədək uzadılmışdır. Həmin kreditin əsas təminatı kimi iddiaçının atasına məxsus olan Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293.2 kv.m ümumi (83.6 kv.m yaşayış, 209.6 kv.m yardımçı) sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evi 29 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228- 20 (İ) nömrəli İpoteka Müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda, kreditin təminatı olaraq zaminlər X4 və Niyazov Güloğlan Nəsir oğlu ilə 28 yanvar 2020-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. 28 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, Müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0,1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci ilin may ayının 07- dək borcalan İddiaçı kredit müqaviləsi üzrə banka 184874,05 manat əsas, 32170,53 manat faiz və 1214,47 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 218259,05 manat borcu yaranmışdır. Bir müddət sonra "Yelo Bank” ASC ona və qeyrilərinə qarşı Sumqayıt Şəhər Məhkəməsinə “borcun tutulmasıvə borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(060)-5258/2021 nömrəli qərardadı ilə həmin iddia ərizəsinə dair kommersiya işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2- 2(119)-29/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ASC-nin iddiası qismən təmin edilmiş, ondan və digər cavabdehlərdən müştərək qaydada 182374,05 manat məbləğində əsas borc, 32170,53 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə olmaqla - cəmi 214744,58 manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutması, cavabdehlərdən müştərək qaydada tutulmalı olan cəmi 214744,58 manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh Niyazov Güloğlan Nəsir oğluna məxsus Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293,2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinə yönəldilmiş və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçı Cavabdeh2 ASC-yə olan cəmi 214744,58 manat məbləğində borcu ödənilməsi, tutmanın yönəldiyi cavabdeh Niyazov Güloğlan Nəsir oğluna məxsus ipoteka predmetinin ilkin satış qiyməti 250000 manat məbləğində müəyyən edilməsi, ondan və digər cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumlarının və xidmət haqqının əvəzi olaraq cəmi 70 (yetmiş) manat məbləğində pul vəsaiti iddiaçıCavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, onun ilə iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 4- BİZG1Z2-2-0-1228- 20 nömrəli Baş Kredit Müqaviləsi ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-90/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamışdır. İş üzrə çıxarımış qətnamələr əsasında Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293.2 kv.m ümumi (83.6 kv.m yaşayış, 209.6 kv.m yardımçı) sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti ipoteka müqaviləsinə müvafiq olaraq 250.000 manat müəyyən edilmişdir. Ev Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “Daşınan və daşınmaz əmlakların satışı X10”-ndə açıq hərraca çıxarılmış və Hərrac Mərkəzinin müvafiq protokoluna əsasən ev hərraca çıxarılmışdır. Qeyd edir ki, hərracların keçirilməsi ilə əlaqədar bildirişlər onun ünvanına gəlməmiş, hərracların keçirilməsindən xəbərdar olmamışdır. Eyni zamanda Sumqayıt şəhər İcra idarəsinin icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamışdır. Buradan da görünür ki, keçirilmiş hərrac mülki qanunvericiliyin tələblərinə zidd olaraq keçirimiş, cavabdehlər tərəfindən qərəzli şəkildə iddiaçıya məlumat verilməmişdir. Hesab edir ki, yuxarıda qeyd olunan hallar sözü gedən hərrac protokolu və alqı-satqı müqaviləsinin məhkəmə qaydasında etibarsız hesab edilməsi üçün əsasdır. Həmçinin hərrac keçirilidikdən sonra iddiaçı rəsmi şəkildə cavabdeh hərrac mərkəzinə müraciət etmiş, Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293.2 kv.m ümumi (83.6 kv.m yaşayış, 209.6 kv.m yardımçı) sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinə barədə keçirilmiş hərracın yekun sənədlərini ona göndərməsini xahiş etsə də, MMC tərəfindən ona yekun hərrac protokolları deyil hərrac keçirilməsi barədə bildirişlər göndərilmişdir.

20. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4652/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.

21. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 31 may 2022-ci il tarixli 2-2(119)-29/2022 saylı qətnaməsinin icrası ilə əlaqədar Niyazov Güloğlan Nəsir oğluna məxsus Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293,2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinin hərraca çıxarılması ilə bağlı mövcud qanunuvericiliyə uyğun olaraq “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC tərəfindən 18 iyul 2023-cü il tarixli 01 nömrəli və 15 avqust 2023-cü il tarixli 02 nömrəli bildirişlər bütün cavabdehlərə göndərilmiş, həmçinin rəsmi qəzetdə elan dərc edilmişdir. Məhkəmə ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə cavabdehlərə qarşı hərracın nəticələri haqqında protokolun əsassız hesab edilərək ləğv edilməsi barədə iddia irəli sürmək üçün subyektiv hüquqa malik olubolmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir. Belə ki, İddiaçı ilə "Yelo Bank” ASC arasında 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20 nömrəli Baş Kredit Müqaviləsi və Baş Kredit Müqaviləsi əsasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 4- BİZGlZ2-2-0-1228-20(l) nömrəli “Kredit verilməsinə dair” Razılaşmaya əsasən "Yelo Bank” ASC-nin “Sumqayıt” filialı tərəfindən ona illik 16 %-lə 24 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təminatı kimi iddiaçının atası Niyazov Güloğlan Nəsir oğluna məxsus olan Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 62 nömrəli fərdi yaşayış evi 29 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2- 0-1228-20 (İ) nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Kredit öhdəlikləri vaxtında icra edilmədiyinə görə Cavabdeh2 ASC tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinə iddia ilə müraciət edilmiş və məhkəmənin 31 may 2022-ci il tarixli 2-2(119)-29/2022 saylı qətnaməsi ilə 214744,58 manat məbləğində borcun ödənilməsi üçün iddiaçı Cavabdeh2 ASC xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh Niyazov Güloğlan Nəsir oğluna məxsus Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 62 nömrəli fərdi yaşayış evinə yönəldilmiş və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçı Cavabdeh2 ASCyə olan borcun ödənilməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçı ipoteka qoyan olmasa da, ipoteka ilə yüklü edilmiş əmlak onunla bank arasında imzalanmış kredit müqaviləsinin təminatı kimi çıxış edir. Həmin əmlakla bağlı hərracın keçirilməsi, həmçinin əmlakın dəyərinin müəyyən edilməsi və satışı gələcəkdə birbaşa olaraq kredit öhdəliyinin bağlanmasına yönəldiləcəyindən, hərracın keçirilməsi ilə bağlı əmələ gələn hüquqi nəticələr müqavilə tərəfi kimi İddiaçı maraqlarına da toxunur. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqi vardır. Bununla belə, hərrac təşkilatçısı tərəfindən hərrac keçirilərkən həmin hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə iddiaçını ən geci 30 gün qabaqcadan xəbərdar etməməsi, ona yazılı bildiriş göndərməməsi, hərracın onun iştirakı olmadan keçirilməsi, eləcədə hərrac barədə kütləvi informasiya vasitələrində elanın dərc edilməməsini sübuta yetirəcək mötəbər dəlillər məhkəməyə təqdim edilmədiyindən iddia tələbi özü-özlüyündə əsassızdır. Bundan başqa hərracın keçirilməsi vaxtı barədə ona qanunla müəyyən edilmiş müddətlər ərzində məlumat verilməməsi, habelə qanunvericiliyə zidd olaraq hərracın keçirilməsi iddiaçı tərəfindən iddia tələbində ümumiyyətlə əsaslandırılmamışdır. Belə ki, göstərilən hallar üzrə sübutetmə yükü məhz elə iddiaçının üzərinə düşür. Əksinə cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC tərəfindən təqdim edilmiş sənədlərdən iddiaçının hərracın keçirilməsi ilə bağlı lazımı qaydada məlumatlandırıldığı və hərracın qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

22. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM 319.4, 319.5, 415.2, X5 41, 42, 43, 45-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

23. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4652/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə qət olunmuş qətnamədə işin faktiki halları ətraflı şəkildə qeyd olunmamışdur. Məhkəmə kollegiyasının nəzərinə çatdırım ki, iddiaçı ilə "Yelo Bank” ASC arasında 28 yanvar 2020-ci il tarixli 4- BİZG1Z2-2-0-1228-20 nömrəli Baş Kredit Müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC-nin “Sumqayıt” filialından illik 120 ay müddətinə 200000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin Baş Kredit Müqaviləsi əsasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 4-BİZGlZ2-2-0-1228-20(l) nömrəli “Kredit verilməsinə dair” Razılaşmaya əsasən ona "Yelo Bank” ASC-nin “Sumqayıt” filialından illik 16 %-lə 24 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. 28 yanvar 2020-ci il tarixli “Kredit verilməsinə dair” Razılaşma üzrə bağlanmış 23 aprel 2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 30 aprel 2022-ci il tarixədək uzadılmışdır. Həmin kreditin əsas təminatı kimi iddiaçının atasına məxsus olan Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293.2 kv.m ümumi (83.6 kv.m yaşayış, 209.6 kv.m yardımçı) sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evi 29 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2- 0- 1228- 20 (İ) nömrəli İpoteka Müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda, kreditin təminatı olaraq zaminlər X4 və Niyazov Güloğlan Nəsir oğlu ilə 28 yanvar 2020-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. 28 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, Müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0,1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci ilin may ayının 07-dək borcalan İddiaçı kredit müqaviləsi üzrə banka 184874,05 manat əsas, 32170,53 manat faiz və 1214,47 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 218259,05 manat borcu yaranmışdır. Bir müddət sonra "Yelo Bank” ASC ona və qeyrilərinə qarşı Sumqayıt Şəhər Məhkəməsinə “borcun tutulmasıvə borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(060)- 5258/2021 nömrəli qərardadı ilə həmin iddia ərizəsinə dair kommersiya işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2- 2(119)-29/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ASC-nin iddiası qismən təmin edilmiş, ondan və digər cavabdehlərdən müştərək qaydada 182374,05 manat məbləğində əsas borc, 32170,53 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə olmaqla - cəmi 214744,58 manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutması cavabdehlərdən müştərək qaydada tutulmalı olan cəmi 214744,58 manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh Niyazov Güloğlan Nəsir oğluna məxsus Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293,2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinə yönəldilmiş və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçı Cavabdeh2 ASC-yə olan cəmi 214744,58 manat məbləğində borcu ödənilməsi, tutmanın yönəldiyi cavabdeh Niyazov Güloğlan Nəsir oğluna məxsus ipoteka predmetinin ilkin satış qiyməti 250000 manat məbləğində mmüəyyən edilməsi, ondan və digər cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumlarının və xidmət haqqının əvəzi olaraq cəmi 70 (yetmiş) manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, onun ilə iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 28 yanvar 2020ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20 nömrəli Baş Kredit Müqaviləsi ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2-2(105)-90/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamışdır. İş üzrə çıxarımış qətnamələr əsasında Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293.2 kv.m ümumi (83.6 kv.m yaşayış, 209.6 kv.m yardımçı) sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti ipoteka müqaviləsinə müvafiq olaraq 250.000 manat müəyyən edilmişdir. Ev Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “Daşınan və daşınmaz əmlakların satışı X10”-ndə açıq hərraca çıxarılmış və Hərrac Mərkəzinin müvafiq protokoluna əsasən ev hərraca çıxarılmışdır. Qeyd edir ki, hərracların keçirilməsi ilə əlaqədar bildirişlər onun ünvanına gəlməmiş, hərracların keçirilməsindən xəbərdar olmamışdır. Buradan da görünür ki, keçirilmiş hərrac mülki qanunvericiliyin tələblərinə zidd olaraq keçirimiş, cavabdehlər tərəfindən qərəzli şəkildə iddiaçıya məlumat verilməmişdir. Hesab edirəm ki, yuxarıda qeyd olunan hallar sözü gedən hərrac protokolu və alqı-satqı müqaviləsinin məhkəmə qaydasında etibarsız hesab edilməsi üçün əsasdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.5-cü maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 415.2-cü maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 6-cı maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. (Həmin maddənin xx.xx.2018-ci il tarixədək olan əvvəlki redaksiyada deyilirdi ki, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir.) 41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. (Həmin maddənin xx.xx.2018-ci il tarixədək olan əvvəlki redaksiyada deyilirdi ki, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.) 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə İddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

30. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4652/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 31 may 2022-ci il tarixli 2-2(119)-29/2022 saylı qətnaməsinin icrası ilə əlaqədar Niyazov Güloğlan Nəsir oğluna məxsus Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293,2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinin hərraca çıxarılması ilə bağlı mövcud qanunuvericiliyə uyğun olaraq “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC tərəfindən 18 iyul 2023-cü il tarixli 01 nömrəli və 15 avqust 2023-cü il tarixli 02 nömrəli bildirişlər bütün cavabdehlərə göndərilmiş, həmçinin rəsmi qəzetdə elan dərc edilmişdir. Məhkəmə ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə cavabdehlərə qarşı hərracın nəticələri haqqında protokolun əsassız hesab edilərək ləğv edilməsi barədə iddia irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir. Belə ki, İddiaçı ilə "Yelo Bank” ASC arasında 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20 nömrəli Baş Kredit Müqaviləsi və Baş Kredit Müqaviləsi əsasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 4-BİZGlZ2-2-0-1228-20(l) nömrəli “Kredit verilməsinə dair” Razılaşmaya əsasən "Yelo Bank” ASC-nin “Sumqayıt” filialı tərəfindən ona illik 16 %-lə 24 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təminatı kimi iddiaçının atası Niyazov Güloğlan Nəsir oğluna məxsus olan Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 62 nömrəli fərdi yaşayış evi 29 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20 (İ) nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Kredit öhdəlikləri vaxtında icra edilmədiyinə görə Cavabdeh2 ASC tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinə iddia ilə müraciət edilmiş və məhkəmənin 31 may 2022-ci il tarixli 2-2(119)-29/2022 saylı qətnaməsi ilə 214744,58 manat məbləğində borcun ödənilməsi üçün iddiaçı Cavabdeh2 ASC xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh Niyazov Güloğlan Nəsir oğluna məxsus Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 62 nömrəli fərdi yaşayış evinə yönəldilmiş və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçı Cavabdeh2 ASC-yə olan borcun ödənilməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçı ipoteka qoyan olmasa da, ipoteka ilə yüklü edilmiş əmlak onunla bank arasında imzalanmış kredit müqaviləsinin təminatı kimi çıxış edir. Həmin əmlakla bağlı hərracın keçirilməsi, həmçinin əmlakın dəyərinin müəyyən edilməsi və satışı gələcəkdə birbaşa olaraq kredit öhdəliyinin bağlanmasına yönəldiləcəyindən, hərracın keçirilməsi ilə bağlı əmələ gələn hüquqi nəticələr müqavilə tərəfi kimi İddiaçı maraqlarına da toxunur. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqi vardır. Bununla belə, hərrac təşkilatçısı tərəfindən hərrac keçirilərkən həmin hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə iddiaçını ən geci 30 gün qabaqcadan xəbərdar etməməsi, ona yazılı bildiriş göndərməməsi, hərracın onun iştirakı olmadan keçirilməsi, eləcədə hərrac barədə kütləvi informasiya vasitələrində elanın dərc edilməməsini sübuta yetirəcək mötəbər dəlillər məhkəməyə təqdim edilmədiyindən iddia tələbi özü-özlüyündə əsassızdır. Bundan başqa hərracın keçirilməsi vaxtı barədə ona qanunla müəyyən edilmiş müddətlər ərzində məlumat verilməməsi, habelə qanunvericiliyə zidd olaraq hərracın keçirilməsi iddiaçı tərəfindən iddia tələbində ümumiyyətlə əsaslandırılmamışdır. Belə ki, göstərilən hallar üzrə sübutetmə yükü məhz elə iddiaçının üzərinə düşür. Əksinə cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC tərəfindən təqdim edilmiş sənədlərdən iddiaçının hərracın keçirilməsi ilə bağlı lazımı qaydada məlumatlandırıldığı və hərracın qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirildiyi müəyyən edilmişdir. Hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil.

32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hərrac təşkilatçısı qanunvericiliklə üzərinə düşən vəzifələri yerinə yetirərək ipoteka qoyanın qeydiyyatda olan ünvanına bildiriş göndərərək öz vəzifəni icra etmiş və həmin ünvanda məktubun kimin tərəfindən alınmasından asılı olmayaraq məktub təqdim edilmiş sayılır. Belə ki, həmin ünvanda ipoteka qoyanın deyil başqa şəxslərin olması cavabdehin deyil ipoteka qoyanın məsuliyyətindədir. İddiaçının hərracın nəticələrinin ləğv edilməsi ilə bağlı yeganə əsası hərracın keçirilməsi barədə bildirişlərin ipoteka qoyana təqdim edilməməsidir ki bu hal da iş materialları ilə öz təsdiqini tapmır. Ona görə də kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

34. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4652/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar