Məhkəmə qərarları › İş №2-2(103)-1241/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1241/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1241/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh -yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: müddətin bərpası, şikayət vermək hüququ) X3 (sədrlik edən və məruzəçi), X9 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3080/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı MMC ilə cavabdeh "“ MMC-nin arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli, 10 saylı müqavilənin öhdəliyin icrası ilə bağlı cavabdeh MMC "xxxx" MMC-yə olan əsas borc 325793.19 manat, dəbbə borcu 140725,75 manat ümumilikdə 466518.94 manat pul məbləğinin alınaraq "xxxx" MMC-nin bank hesabına YapiKredi Bank Azerbaijan JSC **********, 509987, KABAAZ22, AZ51NABZ******************** MMC **********, AZ47KABA********************) və və ’ MMC tərəfindən ödənilmiş 817 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, e-2-2(113)- 3080/2024 saylı qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh MMCdən xx.xx.2021-ci il tarixli, 10 saylı müqavilə üzrə 205.291,57 manat əsas borc məbləği, 10265 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 506 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və qalan hissədə iddia rədd edilmişdir.

3. Daha sonra Cavabdeh MMC tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 3080/2024 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, e-2- 2(113)-3080/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayət MPM-in tələblərinə riayyət edilmədən verildiyi üçün geri qaytarılmışdır.

5. Bundan sonra iddiaçı müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət vermə müddətini bərpa edilməsini xahiş etmişdir.

6. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-3080/2024 saylı qəraradından şikayətinin verilmə müddətinin bərpa olunması barədə Cavabdeh MMC-nin tərəfindən verilmiş müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir.

7. Daha sonra cavabdeh xx.xx.2024-cü il tarixli qərardaddan şikayət verərək, xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3080/2024 nömrəli Bakı Komemrsiya Məhkəməsinin Qərardadının ləğv edilərək şikayətin verilməsi müddətinin bərpa olunması barədə verilmiş müddətin bərpası barədə ərizənin təmin edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, artıq uzun müddətdir ki, Cavabdeh MMC "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli, 10 saylı alqı-satqı müqaviləsi əsasında əməkdaşlıq edir. Bu müddət ərzində müqavilə şərtlərindən biri olan ödənişin vaxtında icra olunmasında müəyyən çətinliklər yaşanıb. Əsas borcun ödənilməsi qəbul edilsə də Müqavilənin 3.2-ci maddəsi və Əlavə Razılaşmaların 3.2-ci bəndlərində ödənişin hər gecikdirilən gününə 0.1% dəbbə pulu tətbiq ediləcəyi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3080/2024 nömrəli Bakı Kommersiya Məhkəməsinin Qərarına əsasən 205291.57 AZN ümumi borc məbləğinə münasibətdə 10265 AZN dəbbə pulu tətbiq edilmişdir ki, bu da ümumi borc məbləğinə mütənasib deyil. Bu baxımdan Apellyasiya şikayəti verilmişdir və Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-3080/2024 nömrəli Qərardad çıxarılaraq iş geri qaytarılmışdır. Daha sonra Şirkətin direktoru X1 yaranan ciddi səbəblərə görə (göz əməliyyatı) apellyasiya şikayətinin geri qaytarılması barədə Qərardaddan şikayət vermək mümkün olmamışdır. Nəticədə müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edilərək apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət vermə müddətinin bərpa edilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3080/2024 nömrəli Qərardadla isə müddətin bərpa olunması ərizəsi təmin edilməmişdir. İşin faktiki hallarından da göründüyü kimi Şirkətin direktoru X1 yaranan ciddi səbəblərə görə apellyasiya şikayətinin geri qaytarılması barədə Qərardaddan şikayət vermək mümkün olmamışdır. Belə ki, Bəxtiyar Müslümov səhhətində yaranan problemlərlə bağlı X10 klinikasına müraciət etmişdir və nəticədə xx.xx.2024-cü il tarixli arayışa əsasən xəstənin gözündə, qan təzyiqində yaranan problemlərlə bağlı bir həftəlik ambulator müalicə alması xüsusilə qeyd edilmişdir. Həmin müddət ərzində müalicə müsbət nəticə verməmiş və görmə qabiliyyətində yaranan narahatlıq nəticəsində Mərkəzi Neftçilərdə olmuşdur. Bu da öz növbəsində Direktorun işin gedişatı ilə maraqlana bilməməsinə gətirib çıxarılmışdır. Nəzərə alınmalıdır ki, müvafiq qərarlardan yuxarı instansiya məhkəmələrinə müraciət edilməsinə birbaşa qərarı Direktor verir və onun səhhətində yaranan həmin problemlər prosesi izləməsinə mane olmuşdur. Direktor X1 yaranan problemlərin üzrlü səbəb kimi qəbul edilməməsinə dair əsaslandırma dolğun olmamışdır. Baxmayaraq ki, Şirkət vəkil vasitəsi ilə təmin olunur, müvafiq qərarların/qərardadların mübahisələndirilməsi yalnız Direktorun qərarı ilə həyata keçirilə bilər. Əlavə olaraq Şirkətin Apellyasiya instansiyasında təmsil olunması üçün müvafiq müqavilə imzalanmamışdır. Şirkətdə hüquqşünas vəzifəsi olmadığı üçün bu cür məsələlərin həllində vəkilə müraciət edilir ki, bu müraciət ilə bağlı qərarı da yenə Direktor qəbul edir. Şirkət yalnız Direktor tərəfindən idarə olunur və səhhəti ilə bağlı işdən kənar qaldığı müddətdə vəzifə öhdəliklərini kiməsə ötürməmişdir. Məhkəmə Şirkətin vəkil ilə təmsil olunmasını əsas gətirərək müddətin bərpası ərizəsini təmin etməmişdir. Bu hadisə mülki prosessual qanunvericiliyin məqsədlərinə uyğun gəlmir. Direktorun səhhətində olan problemlərin üzrlülük dərəcəsi təmsil olunma ilə düz mütənasiblik təşkil edə bilməz. Baxmayaraq ki, Şirkət vəkil vasitəsi ilə təmsil olunur, bu Direktorun səhhətindəki problemlərin araşdırılmadan üzrsüz səbəblər kimi qiymətləndirilməsinə əsas ola bilməz. Həmçinin, Apellyasiya instansiyasında təmsil olunma üçün vəkillə müqavilə imzalanmamışdır və bu cür müqavilənin imzalanmasına razılığı yalnız Direktor verə bilər.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 3080/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

Apellyasiya baxışının həddi

11. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, iş materiallarına əlavə edilmiş EMİS-dən çıxarışdan göründüyü kimi məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixində cavabdeh MMC-yə və MMC-ni məhkəmədə təmsil edən nümayəndə/vəkilinə məxsus kabinetə yerləşdirilmişdir. Cavabdeh tərəfindən mübahisə predmeti olan xx.xx.2024-cü il tarixli qərardaddan şikayət və müddətin bərpası barədə ərizə 4 gündən artıq müddət keçdikdən sonra - xx.xx.2024-cü il tarixində verilmişdir.

14. Məhkəmə hesab edir ki, cavabdeh hüquqi şəxsin nümayəndəsinin ərizəsində göstərilənlər (hüquqi şəxsin qanuni nümayəndəsinin xəstə olması – oftalmoloqun baxışı, 7 gün ev şəraitində müalicə) müddətin üzürlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh hüquqi şəxs məhkəmə prosesində etibarnamə ilə səlahiyyətləndirilmiş nümayəndə/vəkil vasitəsi ilə təmsil olunmuşdur və eyni vəkil hazırda da şirkəti təmsil etməkdə davam edir.

15. Bundan başqa hüquqi şəxsin fəaliyyəti bir şəxs tərəfindən deyil də, bir neçə şəxslər tərəfindən həyata keçirildiyindən, məhkəmə aktından da şikayətin verilməsi həmin şəxslər tərəfindən də təmin edilə bilinərdi.

16. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

17. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

18. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3080/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar