Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1275/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə faiz borcunun müəyyən edilməsi, dəbbə pulu) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X3, Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)- 374/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC-nin “Sahil filialı” ilə Cavabdeh2 və zamin Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borc verən bu Müqavilənin şərtləri daxilində Borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 25000 manat məbləğdə kredit vemıəyi, Borcalan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli” nə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür.
3. Müqavilənin 2.1-ci bəndinə əsasən kredit digər valyutaya çevrilib verildikdə Borcverənənin öz alqı-satqı məzənnəsi əsas götürülür və bu halda Borcverən özünün müəyyən etdiyi miqdarda əməliyyat haqqı (komisyon haqqı) tuta bilər. Xarici valyutada verilən kredit üzrə istənilən ödəniş Borcalan tərəfindən ya kreditin verildiyi valyutada, yaxud ödəniş gününə uyğun Borcverənin müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməlidir. Azərbaycan manatının xarici valyutaya qarşı dəyəri dəyişərsə, xarici valyutada olan Borc verənə ödənilməmiş kreditin (borcun) və ona hesablanmış faizlərin, dəbbənin və digər xərclərin məbləğləri Borcverənənin ödəniş gününə müəyyən etdiyi məzənnə ilə ödənilməlidir.
4. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 30 (otuz) ay müddətinə verilir. Borcalana kredit bir dəfə və ya hisssə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 25000 (iyirmi beş min manat 00 qəpik) AZN çox olmamalıdır. Kredit Borcalan tərəfindən bir dəfəyə və ya hissəhissə istifadə oluna bilər.
5. Müqavilənin 2.3-cü bəndinə əsasən Kreditə görə illik 19% (on doqquz) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 19% təşkil edir.
6. Müqavilənin 2.4-cü bəndinə əsasən kreditdən istifadə müddəti dedikdə, kredit vəsaitlərinin Borc alana verildiyi və onun müvafiq bank hesabına köçürüldüyü andan, faktiki olaraq Borc alanın Borc verəndə olan müvafiq bank hesabma qaytarılan anadək olan müddət hesab edilir. Kreditin Borc verənə tam qaytarıldığı (bağlandığı) gün faiz hesablanmır.
7. Müqavilənin 2.5-ci bəndinə əsasən kredit faizləri hesablanarkən hər ayda 30 (otuz) günün, hər ildə 360 (üç yüz altmış) günün olduğu qəbul edilir.
8. Müqavilənin 2.6-cı bəndinə əsasən kredit faizləri kreditin verildiyi gündən (həmin gün daxil olmaqla) hesablanır.
9. Müqavilənin 6.1-ci bəndinə əsasən bu Müqavilə üzrə Borcalanın öhdəliklərinin icrası dəbbə pulu (cərimə, peniya) girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir.
10. 6.2-ci bəndinə əsasən borc alan “Kreditin ödəniş cədvəli” nə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırki müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu (cərimə) ödəməlidir.
11. 6.3-cü bəndinə əsasən qeydə alınmalı təminatı dövlət qeydiyyatından keçirmək İpoteka/Girov qoyanın və Borc alanın vəzifəsidir. Təminatın yalnız müvafiq qeydiyyat orqanlarında qeydiyyatdan keçirməsi barədə sənəd təqdim edildikdən soma kredit verilir.
12. 6.4-cü bəndinə əsasən bütün hallarda təminatın etibarsızlığına görə məsuliyyət Borc alanın və ipoteka/girov qoyanın üzərinə düşür.
13. Təminat qoyulmuş əmlak aşağıdakılardan ibarətdir:
14. Cavabdeh2 məxsus, Bakı şəh., Suraxanı ray., Hyundai SANTA FE, ili 2014, rengi Ağ, muherriki 1998, ban nomresi 5XYZW3LA9EG174260, 77- ES-185, 23.
15. Cavabdeh1 zaminliyi ilə; 24. 6.5-ci bəndinə əsasən borc verənin ixtiyarı vardır ki, Borcalan əsas öhdəliyin şərtlərini pozduğu andan tələbini təminat verənin hesablarmdakı pula təminat məbləği miqdarında yönəltsin. Borcverənin tələbinin ödəmək üçün Borcalanın əmlakı kifayət etmədikdə, Borcverən təminat verənin hesabından pulu akseptsiz olaraq, öz tələbinin qalan hissəsinin ödənilməsinə yönəldə bilər.
16. Müqavilənin 6.6-cı bəndinə əsasən Borcalanın öhdəlikləri tam icra edilənədək və Borcverənin tələbləri tam ödənilənədək təminat tam hissədə qüvvədə qalır.
17. Borcun təminatı olaraq İddiaçı ASC-nin “Sahil filialı” ilə Cavabdeh2 və zamin Cavabdeh1 arasında xx.xx.2023- cü il tarixli, NSBK-922 saylı Zaminlik müqaviləsi bağlanmışdır.
18. Həmin müqavilənin: 28. 1.1-ci bəndinə əsasən zamin Cavabdeh1 Cavabdeh2 (bundan sonra mətndə ismin müvafiq halında “Borcalan” adlanacaq) ilə Kreditor (Bank) arasında bağlanmış NSBK-922 saylı, xx.xx.2023 tarixli Kredit Müqaviləsinə (bundan soma - "Kredit Müqaviləsi") əsasən kredit almış Borc alarım Kreditor (Bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
19. Müqavilənin 1.2-ci bəndinə əsasən zamin müqavilənin 1.1.-ci bəndində qeyd edilmiş Kredit Müqaviləsinin aşağıda göstərilmiş şərtlər daxil olmaqla, bütün şərtləri ilə tanış olmuş və Borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşımağa razıdır:
20. Müqavilənin 2.1-ci bəndinə əsasən zamin Borcverənin (Bank) qarşısında Borc alanın öz öhdəliklərimi tamamilə və vatmda icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
21. Müqavilənin 2.2-ci bəndinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Borcalan Borcverən (Bank) qarşısında birgə məsuliyyət daşıyırlar.
22. Müqavilənin 2.3-cü bəndinə əsasən faizlərin, vaxtı keçmiş faizlərin, dəbbə (penya) pullarının və cərimələrin borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyim vaxtmda icra etməməsi nəticəsində Borcverənə dəyən digər zərərin əvəzinin ödənilməsi də şamil olmaqla, Zamin Borcverən (Bank) qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.
23. Müqavilənin 2.4-cü bəndinə əsasən borcalan kredit öhdəliklərini ica etməkdən imtina edərsə, Zamin bütün öhdəliklər üzrə, kredit məbləği, kredit faizlər, borc tutulmaları üzrə məhkəmə xərclərinin, habelə vaxtı keçmiş faizlərin, dəbbə (penya) pullarının və cərimələrin ödənilməsi üçün öz əmlakı ilə Borc verən (Bank) qarşısında tam cavabdehlik və məsuliyyət daşıyır.
24. Ödəniş qrafikinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsi ilə cəmi ödəniləcək əsas borc məbləği 25000 manat, cəmi ödəniləcək faiz 6600 manat müəyyən edilmişdir.
25. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh2 xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsi üzrə 21 iyun 2024-cü il tarixinə olan əsas borcu 19439,44 manat, faiz borcu 1449,87 manat, cərimə borcu 325,1 manat olamaqla, cəmi borc məbləği 21214,41 manat təşkil edir.
26. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan, ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə notarial qaydada təsdiqlənmişdir.
27. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
28. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan, ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinin bazar və likvid dəyəri nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılmışdır.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2024-cü il tarixli, 9/7586 saylı ekspert rəyinə əsasən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 10 may 2023-cü il tarixli, NSBK-922 №-li kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixə (arayışa göstərilən tarixə) İddiaçı ASC-yə olan borcu 20.650,27 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 19.439,44 manat, faiz borcu üzrə 1.210,83 manat müəyyən edilmişdir.
30. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli CVN/İ 11-163/25 saylı mütəxəsis rəyinə əsasən 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan, ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinin 05 iyun 2025-ci il tarixə bazar qiyməti 25.000 manat, likvid qiyməti 23.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
31. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 19439,44 manat, faiz borcuna görə 1449,87 manat, cərimə borcuna görə 325,1 manat, cəmi 21.214,41 manat məbləğində pulun və ödənilmiş 154 manat məbləğində dövlət rüsumu pulun İddiaçı ASC-nin xeyrinə tutulması; Cavabdeh2 məxsus 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan, ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsi üzrə 21214,41 manat və ödənilmiş dövlət rüsumu 154 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; İpoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli, NSBK- 922 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Sahil filialı” ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsinə əsasən illik 19 % faiz dərəcəsi olmaqla 30 ay müddətinə 25000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa Cavabdeh2 bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi: Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 19439,44 manat, faiz borcuna görə 1449,87 manat, cərimə borcuna görə 325,1 manat, cəmi 21214,41 manat təşkiledir. xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 məxsus 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan, ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinin İddiaçı ASC-nin qarşısında xx.xx.2023-cü il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsimüddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4- cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməletməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”.
33. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 19439,44 manat, faiz borcuna görə 4497,09 manat, cərimə borcuna görə 3375,99 manat, cəmi 27312,52 manat məbləğində pulun və ödənilmiş 172 manat məbləğində dövlət rüsumu pulun İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh2 məxsus 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan, ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsi üzrə cəmi 27312,52 manat və ödənilmiş dövlət rüsumu 172 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi və ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsaitin qeyd olunan xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. 17.07.2025-ci il tarixində iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, e-2-2(113)-374/2025 saylı mülki iş üzrə əmlakın qiymətləndirilməsi barədə təyin edilmiş ekspertizanın keçirilməsi üçün "xxxx" MMC-yə xidmət haqqı olaraq 500 manat məbləğində pulun İddiaçı ASC tərəfindən ödənildiyini və həmin məbləğin – 500 manat pulun cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulması məsələsini mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir.
35. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
36. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
37. Birinci instansiya məhkəməsinin 2-2(113)-374/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli, NSBK- 922 saylı kredit müqaviləsi üzrə 19439,44 manat əsas borc, 1210,83 manat faiz borcu, 325,1 manat dəbbə pulu, dövlət rüsumunun əvəzi olaraq 154 manat və əmlakın giymətləndirilməsi xərcinin əvəzi olaraq 500 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh2 məxsus 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan, ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 23.000 manat məbləğində müəyyən edilməsi; əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğin tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh2 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, qalan hissədə iddianın rədd edilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir.
38. Məhkəmə qətnaməsini aşağıdakı kimi əsaslandırmışdır:
- Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. - İlk olaraq məhkəmə müqavilə üzrə yaranmış faiz borcu məbləğinin hansı tarixə əsasən müəyyən edilərək tələb edilməsinə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir (iddia verilən zaman iddiaçı maliyyə arayışına əsasən xx.xx.2024cü il tarixinə hesablanmış (əsas kreditə görə - 19439,44 manat, faiz borcuna görə - 1449,87 manat, cərimə borcuna görə - 325,1 manat, cəmi 21.214,41 manat) borcun tutulmasını cavabdehlərdən tələb etmişdir. Və cavabdehlərə xx.xx.2024-cü il tarixində göndərilən pretenziya məktublarında da məhz həmin maliyyə arayışında göstərilən məbləğlərin ödənilməsi tələb edilmişdir). Lakin, sonradan iddiaçı iddia tələbini artıraraq, faiz və cərimə borcunu xx.xx.2025-ci il tarixinə kimi hesablayaraq cavabdehlərdən tutulmasını xahiş etmişdir. - Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. şdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə ilkin olaraq xx.xx.2024-cü il tarixli xəbərdarlıq məkubu xx.xx.2024-cü il tarixində poçt vasitəsi ilə çatdırılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman yuxarıda qeyd olunan AR KM Plennum Qərarına əsasən iradə ifadəsini tam formalaşdırıb irəli sürərək, artıq bütün borcu (əsas və müqavilə üzrə faiz) tələb etdiyi üçün hazırki iş üzrə iddia tələbinin artırılması barədə ərizədə göstərilən tarixə deyil, iddia ərizəsinin məhkəməyə verildiyi zaman maliyyə arayışında istinad olunan xx.xx.2024-cü il tarixə mövcüd borc cavabdehlərdən tutulmalıdır, iddia tələbinin artırılması barədə ərizə nəzərə alınmamalıdır. - Bundan başqa məhkəmə əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsini hər tərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/7586 saylı ekspert rəyinə əsasən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 10 may 2023cü il tarixli, NSBK-922 №-li kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixə (arayışa göstərilən tarixə) İddiaçı ASC-yə olan borcu 20.650,27 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 19.439,44 manat, faiz borcu üzrə 1.210,83 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqaviləsi üzrə tələb etdiyi (iddia verilən zaman ilk tələbi) əsas borc məbləği ekspert rəyi ilə eynilik təşkil etmişdir. Lakin faiz borcu, ekspert rəyində göstərilən məbləğ ilə fərqlənir. Belə ki, əsas borca hesablanan faiz borcu ekspert rəyində iddia tələbində göstərilən məbləğlərdən daha aşağı həddə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borca hesablanan faiz borcu ekspert rəyində müəyyən edilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. - Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NSBK-922 saylı Kredit Müqaviləsinə əsasən hesablanmış 325,1 manat məbləğində cərimə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. - Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. - Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu 325,1 manat məbləğində müəyyən edilməlidir. - Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə cavabdеh Cavabdeh2 kredit müqaviləsi üzrə 19.439,44 manat əsas borc, 1210,83 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 325,1 manat dəbbə pulu yarandığını belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. - Bundan əlavə iddiaçı borc məbləği üzrə tutmanın Cavabdeh2 məxsus 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan, ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsini iddiaçı məhkəmədə mübahisələndirmiş və buna dair Cavabdeh2 ilə aralarında bağlanmış ipoteka müqaviləsini sübut qismində iş materiallarına əlavə etmişdir. - İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh2 məxsus 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan, ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinə yönəldilməli, həmin nəqliyyat vasitəsi açıq hərracda satılmalı, nəqliyyat vasitəsinin satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli CVN/İ 11-163/25saylı mütəxəsis rəyinə əsasən 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan, ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinin 05 iyun 2025-ci il tarixə bazar qiyməti 25 000 manat, likvid qiyməti 23 000 manat müəyyən edilmişdir. - Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəyində müəyyən edilmiş müvafiq olaraq 2014-cü il buraxılışlı, ban 5XYZW3LA9EG174260 olan, ağ mirvari rəngli, ** ES *** qeydiyyat nişanlı, HYUNDAİ SANTA FE minik markalı nəqliyyat vasitəsinin likvid qiyməti 23000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir. - Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı tərəfindən 172 manat məbləğində dövlət rüsumu və əmlakın giymətləndirilməsinə görə 500 manat "xxxx" MMC-yə ödənişlər edilmişdir. - Məhkəmə hesab edir ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154 manat və əmlakın giymətləndirilməsi xərcinin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, həmçinin məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdəndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Qalan hissədə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
39. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 269, 270.1, 385.1, 399.1, 442, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741, cü maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 41.1, 47.5-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
40. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-374/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək tutulmalı olan kreditin faiz və cərimə hissəsində qismən ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
41. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcun müəyyən hissəsi ödənilsə də, sonradan maddi vəziyyətin pisləşməsi səbəbindən ödəniş edilə bilməmişdir. Hal-hazırda apellyatorun maddi vəziyyəti çox ağırdır. Borcun bir hissəsi ödənilib, qalan hissəsini də ödəməkdən boyun qaçırmır. İddia tələbində göstərilən faiz borcu və cərimə həqiqəti əks etdirmir. Bank birtərəfli qaydada razılıq olmadan mənafe üstünlüyündən çıxış edərək məhkəməyə müraciət etmə müddətini əsassız olaraq uzatmışdır.
b) Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
42. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.
c) Apellyasiya baxışı, izahatlar
43. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
44. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
46. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
47. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
48. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
49. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
50. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
51. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
52. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
53. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
54. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
55. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
56. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
60. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
61. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
64. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
65. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
67. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda cavabdeh dəbbə pulu və faiz borcu hissəsində mübahisələndirildiyindən apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
68. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-374/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
69. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
70. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində apellyatorların hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
71. Belə ki, faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 741-ci maddəsi təşkil edir.
72. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2 öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmiş, bankın müvafiq tələblə məhkəməyə müraciət etmək hüququ yaranmışdır.
73. Belə ki, borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsində iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/7586 saylı ekspert rəyinə əsasən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 10 may 2023-cü il tarixli, NSBK-922 №-li kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixə (arayışa göstərilən tarixə) İddiaçı ASC-yə olan borcu 20.650,27 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 19.439,44 manat, faiz borcu üzrə 1.210,83 manat müəyyən edilmişdir.
74. Məhkəmə kollegiyası qeyd edir ki, faiz borcunun düzgün hesablanmaması ilə bağlı dəlillər əsaslandırılmayıb. Eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən ekspert rəyini şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır.
75. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Cavabdeh2 1.210,83 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
76. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar öhdəliyini icra edə bilməmiş, bank isə öz mənafeyindən çıxış ederek məhkəməyə müraciət etmə müddətini əsassız olaraq uzatmışdır. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, apellyatorun qeyd etdiyi bu hal heç bir halda kredit müqaviləsi üzrə faiz borcunun ödənilməsindən imtina üçün əsas ola bilməz.
77. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
78. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
79. İstinad edilən normalara əsasən apellyatorun maddi vəziyyətinin pisləşməsi öhdəliyə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından hazırkı halda kreditdən istifadəyə görə faizlərin ödənilməsi öhdəliyinə xitam olunmamışdır.
80. Kollegiya apellyatorun məhkəmə tərəfindən dəbbə pulunun yüksək müəyyən edilməsi barədə dəlilinə də qiymət verərək qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
81. Kollegiya hesab edir ki, işə baxan məhkəmə cavabdehlərdən tutulmalı cərimə borcunun məbləğini əsas borca mütənasib şəkildə müəyyən etmişdir.
82. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
83. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
84. Həmçinin mübahisələndirilən iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
85. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-374/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.