Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1300/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu, Muğanbank ASC-yə qarşı “müqaviləyə xitam verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: ipoteka müqaviləsinə xitam verilməsi, əsas öhdəlik, borcun tam ödənilməsi, əsassız arqumentlər) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu, LPO Muğanbank ASC-yə qarşı ipotekaya xitam verilməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-4008/2025 saylı qətnaməsindən cavabdeh LPO Muğanbank ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Cavabdeh2 ASC (“ipoteka saxlayan”) ilə "xxxx" ASC (“borc alan”) və İddiaçı (“ipoteka qoyan”) arasında xx.xx.2022-ci il tarixli 2371/8 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2022-ci il tarixli, 2371/8 B №-li kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. – 2.1-ci bəndinə əsasən ipoteka predmetinin təsviri və olduğu yer: İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 199.20 kv.m ümumi sahədən ibarət 47 nömrəli mənzil. 2.2-ci bəndinə əsasən ipoteka qoyulan əmlak – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********54-05301-093043 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsusdur. 12.2-ci bəndinə əsasən müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək qüvvədədir.
2. Cavabdeh2 ASC (“ipoteka saxlayan”) ilə "xxxx" ASC (“borc alan”) və İddiaçı (“ipoteka qoyan”) arasında xx.xx.2022-ci il tarixli 2371/9 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2022-ci il tarixli, 2371/8 B №-li kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci bəndinə əsasən ipoteka predmetinin təsviri və olduğu yer: • İddiaçı məxsus ünvan 1, mənzil 48 (Yeni qaydalarla: AZ 1078, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 42, M14, m1) (Ümumi sahəsi: 131.80 kv.m); • İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 44, (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 69, M12, m 4) (Ümumi sahəsi: 70.0 kv.m). 2.2-ci bəndinə əsasən ipoteka qoyulan əmlak –Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021- ci il tarixdə verilmiş **********54-05301-093042 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsusdur.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018- ci il tarixdə verilmiş **********63- 05301-093404 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsusdur.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********54- 05301-093043 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsusdur. 12.2-ci bəndinə əsasən müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək qüvvədədir.
5. Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli 12-5/2-12984/2025 saylı məktubuna əsasən İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyin qoyulması” tələbinə dair e-2-2(113)- 4008/2025 saylı kommersiya işi üzrə е-2- 2(113)-4008/2025 saylı, xx.xx.2025-ci il tarixli sorğuya cavab olaraq bildirmişlər ki, Cavabdeh2 ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2371/8 B saylı və xx.xx.2022-ci il tarixli 2371/9 B saylı kredit xətti müqavilələri üzrə X2 kredit borcu yoxdur.
6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən ünvan 3, mənzil 44 İddiaçı xüsusi mülkiyətindədir. 2.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən ünvan 2, mənzil 47 İddiaçı xüsusi mülkiyyətindədir.
7. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən İddiaçı xüsusi mülkiyətində olan ünvan 2, mənzil 47 Cavabdeh2 ASC-nin Masallı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
8. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən İddiaçı xüsusi mülkiyətində olan ünvan 3, mənzil 44 Cavabdeh2 ASC-nin Masallı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
9. İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu, Muğanbank ASC-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, № 2371/8 və xx.xx.2022-ci il tarixli, № 2371/9 nömrəli ipoteka müqavilələrinə əsasən ipoteka predmeti olan mülkiyyəti ona məxsus olan və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmiş; ünvan 2 ünvanında yerləşən 199.20 kv.m. ümumi sahədən ibarət 47 nömrəli, ünvan 2 ünvanında yerləşən, 131.80 kv.m. ümumi sahədən ibarət 48 nömrəli, ünvan 3 ünvanında yerləşən, 70.0 kv.m. ümumi sahədən ibarət olan 44 nömrəli mənzillərin ipotekaya yüklülüyünə (ipotekaya) xitam verilməsi, mənzillərin ipotekasına dair aparılmış ipoteka yüklülüyünün qeydiyyatının ləğv edilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X4 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən müvafiq qeydlərin aparılmas,ı habelə ödənilmiş 100 manat dövlət rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan Cavabdeh2 ASC ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli, 2371/8B №-li kredit xətti müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə qədər, illik 18% olmaqla 500 000 manat və xx.xx.2022-ci il tarixli, 2371/9B №-li kredit xətti müqaviləsinə əsasən də xx.xx.2023-cü il tarixinə qədər, illik 18 % olmaqla 400 000 manat məbləğlərində kredit xətti açılmışdır. Sözügedən kredit xətti müqavilələrinə müvafiq olaraq da xx.xx.2022-ci il tarixli, № 2371/8 və xx.xx.2022-ci il tarixli, № 2371/9 nömrəli ipoteka müqavilələri bağlanılmış və həmin ipoteka müqavilələrinə əsasən ipoteka predmeti olaraq da mülkiyyəti ona məxsus olan 3 ədəd mənzil ipoteka qoyulmuşdur. İpoteka müqavilələri üzrə əsas öhdəlik Cavabdeh2 ASC ilə "xxxx" ASC arasında bağlanılmış yuxarıda qeyd edilmiş kredit xətti müqavilələri olmuşdur. "xxxx" ASC tərəfindən qeyd edilən kredit müqavilələri üzrə öhdəliklər tam və zamanında yerinə yetirilmiş, kredit borcu ödənilmişdir. Lakin sözügedən əmlaklar üzərində olan ipoteka yüklülüyü məhdudiyyəti götürülməmiş, aidiyyəti orqanlara bununla bağlı rəsmi məktublar göndərilməmişdir. Hal hazırda da mülkiyyəti ona məxsus əmlaklar üzərində məhdudiyyət var və bu hüquqlarının kobud surətdə pozulmasına yol verməkdədir. Halbuki yuxarıda qeyd olunan ipoteka müqavilələrinin 5-ci bəndində ipoteka qoyanın hüquqları qeyd edilmişdir. Həmin bəndin 4-cü yarımbəndində “ipoteka ilə təmin olunmuş öhdəlik tam və ya qismən yerinə yetirildikdə ipoteka saxlayandan icranı təsdiq edən sənədin verilməsini tələb etmək” hüququ qeyd edilmişdir. Həmçinin yenə həmin müqavilənin 8- ci bəndində ipoteka saxlayanın vəzifələri qeyd edilmişdir. Həmin bəndin 1-ci yarımbəndində qeyd edilmişdir ki, ipoteka ilə təmin edilmiş öhdəlik icra edildikdə 5 təqvim günü ərzində İpoteka qoyana öhdəliyin icrasını təsdiq edən sənədləri vermək qeyd edilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4008/2025 saylı qətnaməsi ilə iddia qismən edilmiş, xx.xx.2022-ci il tarixli, № 2371/8 və xx.xx.2022-ci il tarixli, № 2371/9 nömrəli ipoteka müqavilələrinə əsasən ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmiş: ünvan 2 ünvanında yerləşən 199.20 kv.m. ümumi sahədən ibarət 47 nömrəli, ünvan 2 ünvanında yerləşən, 131.80 kv.m. ümumi sahədən ibarət 48 nömrəli, ünvan 3 ünvanında yerləşən, 70.0 kv.m. ümumi sahədən ibarət olan 44 nömrəli mənzillərin ipotekaya yüklülüyünə (ipotekaya) xitam verilməsi qət edilmişdir. Qalan hissədə iddia rədd edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, Cavabdeh2 ASC ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli, 2371/8B №-li kredit xətti müqaviləsinin icrasının təminatı kimi xx.xx.2022-ci il tarixli, № 2371/8 və xx.xx.2022-ci il tarixli, № 2371/9 nömrəli ipoteka müqavilələri bağlanılmış və həmin ipoteka müqavilələrinə əsasən ipoteka predmeti olaraq da İddiaçı xüsusi mülkiyyətində olan daşınmaz əmlak (3 ədəd) mənzil ipoteka ilə yüklü edilmişdir.Həmçinin işin mübahisəsiz halı ondan ibarətdir ki, əsasən Cavabdeh2 ASC ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli, 2371/8B №-li kredit xətti müqaviləsi üzrə heç bir borc qalmamışdır. Qeyd etmək lazımdır ki, girov və ipoteka institutunun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstünlük hüququna malik olur. Hazırda ƏSF-nin məkubuna əsasən müəyyən olunur ki, borc alanaın Bankı qarşında heç bir öhdəliyi qalmamışdır. Məhkəmə vurğulayıb ki, əsas öhdəliyin icrasının təminatı üsulu olan yuxarıda qeyd edilən ipoteka müqaviləsi üzrə təminat altına alınan borc öhdəliyi icra edildiyindən, əmlakın ipoteka ilə yüklü vəziyyətdə saxlanılması (qalması) mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Borc öhdəliyi icra edildiyindən, ipoteka müqaviləsinə xitam verilməlidir. İddiaçı xüsusi mülkiyyətində olan daşınmaz əmlak (3 ədəd) mənzilin ipoteka müqaviləsi üzrə yüklü qalmasına heç bir zərurət yoxdur, bu vəziyyətin davam etməsi mahiyyət etibarı ilə mülkiyyətçinin dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edib ki, iddianın təmin edilən hissəsinə mütənasib olaraq 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 385.1, 386, 421.1, 421.2, 421.3, 442, 443.1, 448.1, 527.1-ci maddələrinə, “İpoteka haqqında” AR Qanununun 48.1ci maddəsinə istinadla əsaslandırmışdır.
14. Cavabdeh LPO Muğanbank ASC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka saxlayanın tələbinə əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi daxildir. İpoteka əsas öhdəliyə xitam verildikdə, yəni borc tam ödənildikdə xitam olunur. İddiaçı borcu tam ödəmədiyinə görə ipotekaya xitam verilməsi qanunsuzdur. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Əgər öhdəlik qalırsa, ipoteka da qüvvədə qalır. Məhkəmə bu faktı tam və obyektiv araşdırmamış, bankın təqdim etdiyi maliyyə arayışına lazımı diqqət yetirilməmişdir. Göstərilən normanın tələbinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayəti formal xarakter daşımaqla bərabər maddi və prosessual normaların pozulmasına dair göstərdiyi əsaslar da tamamı ilə yanlışdır. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçının borcu tam ödəməyini və bu səbəbdən ipotekaya xitam verilməsini qanunsuz adlandırmışdır. Bununla bağlı bildiri ki, istər Azərbaycan Kredit Bürosundan verilən çıxarışa əsasən istərsə də cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilən e-2-2(113)- 4008/2025 saylı kommersiya işi üzrə е-2-2(113)-4008/2025 saylı, xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, Cavabdeh2 ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2371/8 B saylı və xx.xx.2022-ci il tarixli 2371/9 B saylı kredit xətti müqavilələri üzrə X2 kredit borcunun olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Bütün bunlar onu göstərir ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti əsassızdır və sadəcə olaraq formal xarakter daşıyır. Bu da məhkəmələrin iş yükünün əsassız yerə artırılmasına səbəbiyyət verir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
18. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə müraciət etmiş digər məhkəmə iclasında iştirak etməli olduğunu əsas göstərərək məhkəmə iclasının təxirə salınması xahiş etmiş, lakin ərizəsinə başqa məhkəmə proseslərinin olmasını təsdiq edən sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. -269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. -294.1-ci maddəsinə görə girova aşağıdakı hallarda xitam verilir: 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə. -460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. -528-ci maddəsinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
20. “İpoteka haqqında” Qanunun:
1.0.1-ci maddəsinə əsasən ipoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 48.1-ci maddəsinə görə ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.3-1. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunduqda; 48.1.3-2. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ipoteka saxlayan təkrar elektron hərracda satılmayan ipoteka predmetini əldə etmək təklifini qəbul etməkdən imtina etdikdə; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
21. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə tam şəkildə ləğv edilməsi xahiş edilsə də şikayətin dəlilləri qətnamənin iddianın təmin edilmiş hissəsində mübahisələndirilməsinə yönəldilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli, № 2371/8 nömrəli və xx.xx.2022-ci il tarixli, № 2371/9 nömrəli ipoteka müqavilələrinə əsasən İddiaçı mülkiyyətində olan üç mənzili Cavabdeh2 ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2371/8 B nömrəli və xx.xx.2022-ci il tarixli, 2371/9 B nömrəli kredit xətti müqavilələrindən irəli gələn kredit alanın öhdəliklərinın icrasının təmin edilməsi məqsədilə Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü etmiş və ipoteka yüklülüyü dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı Həsənzadə Raqib oğlu borc alan "xxxx" ASC tərəfindən kredit xətti müqavilələri üzrə öhdəliklər tam və vaxtında yerinə yetirildiyini, həmin müqavilələr üzrə bank qarşısında icra eidlməmi borcun qalmadığını əsas göstərərək ipotekanın ləğv edilməsini tələb edir.
27. Apellyasiya şikayətində cavabdeh LPO "xxxx" ASC tərəfindən irəli sürülmüş əsas arqumentlər ondan ibarət olmuşdur ki, əsas öhdəlik hələ tam ödənilməyib, buna görə ipotekaya xitam verilməsi üçün əsas yoxdur.
28. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, ipotekaya xitam verilməsi hissəsində iddia tələbinin qanuni əsasını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsi təşkil edir.
29. Kollegiya qeyd edir ki, cavabdeh LPO "xxxx" ASC mübahisəli ipoteka müqavilələri ilə təmin edilmiş kredit xətti müqavilələri üzrə borcun tam ödənilməsi faktını mübahisələndirdiyindən birinci instansiya məhkəməsi tərəfindən həmin kredit xətti müqavilələri üzrə borcun mövcud olub-olmamasını müəyyən etmək məqsədilə cavabdeh bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna sorğu göndərilmiş və sorğuya cavabdan aydın olmuşdur ki, borc alan "xxxx" ASC-nin qeyd edilən kredit müqavilələri üzrə borc mövcud deyildir. Bundan əlavə Azərbaycan Kredit Bürosundan çıxarışla da təsdiq edilmişdir ki, mübahisəli ipoteka müqavilələri ilə təmin edilmiş kredit xətti müqavilələri üzrə borc tam şəkildə ödənilmişdir.
30. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, ipoteka ilə təmin edilmiş əsas öhdəliklər tam icra edilməklə həmin öhdəliklərə Mülki Məcəllənin 528-ci maddəsinə əsasən xitam verilmişdir. Əsas öhdəliyə xitam verilməsi isə “İpoteka haqqında” Qanunun 48-ci maddəsinə əsasən ipotekaya xitam verilməsinin əsaslarından biri qismində çıxış edir. Belə olan halda kollegiya birinci instansiya məhkəməsi mübahisəli ipoteka müqavilələrinə əsasən ipoteka ilə yüklü edilmiş mənzillərin ipotekaya yüklülüyünə (ipotekaya) xitam verilməsi hissəsində iddianı təmin etməkdə haqlı olmuşdur.
31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə (mübahisələndirilən hissədə) göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə xərclərinə münasibətdə qeyd edilir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh LPO Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4008/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Ziya Şirinov
Təranə Mahmudova