Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1323/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4908/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.10.2021-ci il tarixli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəçi İddiaçı QSC-nin müflis elan olunması və Nümayəndə əmlak inzibatçısı təyin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, e-2-2(113)-4908/2021 saylı qərardadı ilə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməməsi əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı QSC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 11.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müvafiq pretenziya məktubları və iddia ərizəsinin surətləri elektron poçt vasitəsilə cavabdehlərə göndərilmişdir. Elektron poçt sistemindən müvafiq çıxarışlar şikayətə əlavə edilir. Tərəflər arasındakı işgüzar münasibətlər üzrə məlumat və sənəd mübadiləsi işgüzar adət olaraq elektron poçt sistemi ilə həyata keçirildiyi üçün pretenziya məktubları və iddia ərizəsinin surətləri də hər bir kreditorun rəsmi elektron poçt ünvanına göndərilmişdir. Lakin elektron məhkəmə portalından məhkəməyə sənəd göndərmək limiti tətbiq olunduğu üçün (maksimum 10 mb) qeyd olunan elektron poçt sistemindən çıxarışlar iddia ərizəsinə əlavə edilə bilməmişdir. Buna baxmayaraq ilkin hazırlıq iclasında həmin sənədlərin məhkəməyə əyani olaraq təqdim edilməsi planlaşdırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 150.0.4-cü maddəsinə görə iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Lakin hazırki işdə iddia ərizəsinə həmin ərizənin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.4-cü maddəsində isə təsbit olunmuşdur ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4908/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov İlham Kərimli
Məhkəmə qərarları › İş №2-2(103)-1323/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1323/2021
11.11.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver