Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1349/2025 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “podrat müqaviləsindən kənar görülmüş işlərə görə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: podrat müqaviləsi, əlavə işlər, görülmüş işlərin dəyərinin ödənilməsi, hüquq münasibətinin mövcudluğu) X8 Qocayevin sədrliyi ilə, hakimlər Elnur Məmmədsaat oğlu Həsənovdan və Səməd Fəxrəddin oğlu Cəfərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Bağırova Zenfira Qabil qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3413/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. Azərbaycan Milli Elmlər X5 (“Sifarişçi”) ilə İddiaçı (“İcraçı”) arasında 16 oktyabr 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən “Sifarişçi” AMEA-nın Biofizika İnstitutunun inzibati binasının 2-ci mərtəbəsinin bir hissəsində təmir işlərinin satın alınması üçün “İcraçı”nın 48 944,75 manat məbləğində kotirovka təklifini qəbul etmişdir.
2. Azərbaycan Milli Elmlər X5 (“Sifarişçi”) və İddiaçı (“İcraçı”) arasında 6 avqust 2018ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən “Sifarişçi” AMEA-nın Biofizika İnstitutunun əsas binasında təmir işləri üçün “İcraçı”nın 47 919,80 manat məbləğində kotirovka təklifini qəbul etmişdir.
3. Azərbaycan Milli Elmlər Akademiyası (“Sifarişçi”) ilə İddiaçı (“İcraçı”) arasında AMEA-nın Biofizika İnstitutunun 5 mərtəbəli laboratoriya korpusunun dam örtüyü və 5-ci mərtəbəsinin bir hissəsində təmir işlərinə dair xx.xx.2017-ci il tarixli; 5 mərtəbəli laboratoriya korpusunda təmir işlərinə dair xx.xx.2017-ci il tarixli; AMEA-nın Biofizika İnstitutu və İşlər İdarəsinin 1 və 2 nömrəli laboratoriyaları üçün zəruri avadanlıqların satın alınmasına dair xx.xx.2017-ci il tarixli; 5 mərtəbəli laboratoriya korpusunda təmir işlərinə dair xx.xx.2018-ci il tarixli; 2 mərtəbəli inzibati binasında təmir işlərinə dair xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli; laboratoriya binasında təmir işlərinə dair xx.xx.2018-ci il tarixli; 5 mərtəbəli laboratoriya korpusunda təmir işlərinə dair xx.xx.2019-cu il tarixli və inzibati binasında təmir işlərinə dair xx.xx.2019-cu il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqavilələri bağlanmışdır.
4. İddiaçı MMC tərəfindən tərtib edilərək Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən Azərbaycan Milli Elmlər X3 5 mərtəbəli laboratoriya korpusunda texniki baxış keçirilmiş, baxış zamanı obyekt üzrə təmir işlərinin davam etdirilməsinə və tam başa çatdırılmasına zərurət yarandığı müəyyən edilmişdir. Həmin aktda müqaviləyə əlavə olunmuş qiymət cədvəlində nəzərdə tutulmayan əlavə təmir işlərinin yerinə yetirildiyi göstərilmiş, eyni zamanda ayrılmış maliyyə vəsaitinin məhdudluğu səbəbindən həmin işlərin dəyərinin ödənilmədiyi qeyd edilmişdir.
5. İddiaçı MMC və Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin nümayəndələri tərəfindən imzalanmış sənədə əsasən Biofizika İnstitutunun 5 mərtəbəli laboratoriya korpusunun 5-ci mərtəbəsində 2019-cu ildə yerinə yetirilmiş və dəyəri ödənilməmiş təmir işləri üzrə təxmini qiymət cədvəli tərtib edilmişdir. Həmin cədvəl 2019cu ildə qüvvədə olmuş qiymət qoyma bazis artım əmsallarına uyğun hesablanmışdır. Aparılmış hesablamalara əsasən görülmüş, lakin ödənilməmiş işlərin ümumi dəyərinin 41 642,20 manat olduğu müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Milli X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 41 642,20 manat məbləğində pulun və ödənilmiş 215 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müqavilələrdə nəzərdə tutulmuş işlərdən əlavə cavabdehin 5 mərtəbəli laboratoriya korpusunun 5-ci mərtəbəsində təmir işləri həyata keçirilmiş və AMEA-nın İşlər İdarəsi və iddiaçının məsul əməkdaşlarının iştirakı ilə xx.xx.2019-cu il tarixli müvafiq akt tərtib edilmişdir. İddiaçı tərəfindən yerinə yetirilmiş işlərin faktiki vəziyyəti İnstitutun məsul əməkdaşları tərəfindən yerində araşdırılmış və həmin cədvəldə qeyd olunan işlərin tam həcmdə və yüksək keyfiyyətlə yerinə yetirildiyi təsdiq olunmuşdur. AMEA-nın müvafiq zəmanət məktubuna əsasən iddiaçı tərəfindən görülmüş işlərin dəyərinin 41 642,20 manat hissəsinin hazırkı vaxtadək cavabdeh tərəfindən ödənilməmişdir.
8. Cavabdeh Azərbaycan Milli Elmlər X5 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır. Belə ki, tərəflər arasında tələb olunan cari təmir işlərinə dair hər hansı müqavilə bağlanmamış, eləcə də bu işlərin görülməsi ilə bağlı yazılı və ya şifahi razılaşma əldə edilməmişdir. Müqavilə və ya digər hüquqi əsas olmadığından onun iddiaçı qarşısında hər hansı öhdəliyi mövcud deyildir. Buna görə də o, borclu hesab oluna bilməz və göstərilən hallar üzrə mülki hüquqi məsuliyyət daşımır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3413/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı podrat müqaviləsinin tərəflər arasında istər yazılı, istərsə də şifahi formada bağlandığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında xx.xx.2017 və xx.xx.2018-ci il tarixli iki yazılı podrat müqaviləsi bağlanmış və həmin müqavilələr üzrə işlər vaxtında yerinə yetirilərək təhvil verilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli arayışına əsasən həmin müqavilələrin davamı olaraq 2019-cu ildə cari təmir işləri ilə bağlı hər hansı yeni müqavilə və ya razılaşma olmamışdır. AMEA-nın Biofizika İnstitutunun 5-ci mərtəbəsində görülmüş və dəyəri ödənilməmiş işlərə dair xx.xx.2019-cu il tarixli sənədlər cavabdeh tərəfindən deyil, AMEA-nın İşlər İdarəsinin nümayəndəsi və iddiaçı tərəfindən imzalanmışdır. Bu isə işlərin sifarişinin cavabdeh deyil, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verildiyini göstərir.
11. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialları və məhkəmə araşdırması nəticəsində iddiaçı tərəfindən 41 642,20 manat məbləğində əlavə işlər görüldüyü təsdiq edilmiş, cavabdeh bu işlərdən məlumatlı olmuş və etiraz etməmişdir. AMEA-nın İşlər İdarəsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən İddiaçı MMC ilə Biofizika İnstitutu arasında bağlanmış podrat müqaviləsinin icrası zamanı əlavə görülmüş və hazırkı iddia ilə mübahisələndirilən işlərin dəyərinin ödənilməsi məqsədilə cavabdeh tərəfindən kotirovka sorğusu keçirilmiş, iddiaçı həmin sorğunun qalibi seçilmişdir. Keçirilmiş kotirovka sorğusu iddiaçı tərəfindən əvvəlcədən yerinə yetirilmiş və dəyəri ödənilməmiş işlərlə üst-üstə düşür ki, bu da İnstitutun cavabdehlik daşıdığını təsdiq edir. Bundan başqa, məhkəmə sübutlara birtərəfli və qeyri-obyektiv yanaşmış, habelə maddi hüquq normalarını tətbiq edərkən kobud səhvlərə yol vermişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Cavabdeh tərəfindən apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsindəki icraat:
14. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə vəsatət ünvanlayaraq Cavabdehn cavabdeh Biofizika İnstitutunun prosessual hüquq varisi qismində işə cəlb edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin (vəkilinin) vəsatəti təmin edilərək, Cavabdeh publik hüquqi şəxs cavabdeh Azərbaycan Milli Elmlər X3 prosessual hüquq varisi qismində işdə iştirak etməyə cəlb edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, Biofizika İnstitutunun iki binası – inzibati və əsas binası vardır. Əsas bina dedikdə məhz 5 mərtəbəli laboratoriya korpusu nəzərdə tutulur. İddiaçı tərəfindən hər iki binada müxtəlif müqavilələr üzrə təmir işləri həyata keçirilmişdir. Müqavilələr üzrə görülmüş işlərin hamısının dəyəri ödənilsə də, xx.xx.2018-ci il tarixli müqavilənin icrası zamanı cavabdehin sifarişi ilə görülmüş əlavə işlərin dəyəri ödənilməmişdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 387. Öhdəliyin tərəfləri
... 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.
Maddə 752. Podrat müqaviləsi
752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ... Maddə 753. Muzd barəsində razılaşma
753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ... 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ... Apellyasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmiş, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə Azərbaycan Milli Elmlər X5 arasında İnstitutun binasında təmir işlərinin görülməsinə dair xx.xx.2017 və xx.xx.2018-ci il tarixli iki podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilələr üzrə işlər iddiaçı tərəfindən yerinə yetirilmiş, təhvil verilmiş və bu işlərin dəyəri tərəflər arasında hesablaşmalar yolu ilə ödənilmişdir.
25. İddiaçı apellyasiya şikayətində bildirir ki, tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuş işlərdən əlavə olaraq 2019-cu ildə Biofizika İnstitutunun 5ci mərtəbəsində 41 642,20 manat dəyərində təmir işləri yerinə yetirmiş, cavabdeh həmin işlərdən məlumatlı olmuş və etiraz etməmişdir. Həmçinin, mübahisə predmeti olan işlərin dəyərinin ödənilməsi məqsədilə cavabdeh tərəfindən kotirovka sorğusu keçirilmiş və iddiaçı qalib seçilmişdir ki, bu da görülmüş işlərə görə cavabdehin məsuliyyət daşıdığını təsdiq edir.
26. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hər bir iddia tələbi tərəflər arasında mövcud olan konkret hüquq münasibətlərinə əsaslanmalıdır. Bu səbəbdən irəli sürülmüş tələbin hüquqi əsaslılığının qiymətləndirilməsi üçün ilk növbədə tərəflər arasında hansı hüquq münasibətinin yaranması və həmin münasibətin məzmununun nədən ibarət olması müəyyən edilməlidir.
27. Qanunvericiliyə əsasən öhdəliklərin əmələ gəlməsi əsaslarından biri tərəflər arasında bağlanmış müqavilədir. Müqavilə tərəflərin qarşılıqlı iradə ifadəsi nəticəsində bağlanır və qanunvericilikdə onun yazılı və ya şifahi formada bağlanması mümkün hesab edilir.
28. Kollegiya qeyd edir ki, podrat münasibətlərinin yaranması üçün tərəflər arasında görüləcək işlərin həcmi, məzmunu və həmin işlərə görə ödəniləcək muzdun məbləği kimi mühüm şərtlərin razılaşdırılması zəruridir.
29. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə Azərbaycan Milli Elmlər X5 arasında yalnız yuxarıda göstərilən iki müqavilə mövcud olmuş, həmin müqavilələr üzrə nəzərdə tutulmuş işlər yerinə yetirilərək təhvil verilmiş və tərəflər arasında hesablaşma aparılmışdır.
30. İddiaçı iddia tələbini tərəflər arasında ayrıca yeni podrat müqaviləsinin bağlanması ilə deyil, mövcud podrat müqavilələrinin icrası zamanı əlavə işlərin görülməsi ilə əsaslandırır.
31. Qanunvericiliyə görə podrat münasibətlərində əlavə işlərin görülməsi mümkündür və bu zaman MM-in 753.3-cü maddəsinə uyğun olaraq belə işlərin ödənilməsi tələb edilə bilər. Lakin əlavə işlərin mövcud podrat müqaviləsi çərçivəsində görülməsi üçün tərəflər arasında həmin müqavilə üzrə davam edən hüquq münasibətlərinin mövcudluğu müəyyən edilməlidir.
32. İddiaçı iddia edir ki, əlavə işlər Biofizika İnstitutu ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə çərçivəsində yerinə yetirilmişdir. Həmin müqavilə üzrə işlərin ümumi dəyəri kotirovka təklifinin qiymət cədvəlinə əsasən 47 919,80 manat təşkil etmiş və 2018-ci ilin sentyabr ayında tərtib edilmiş təhvil-qəbul aktına əsasən müqavilədə nəzərdə tutulmuş işlər tam həcmdə yerinə yetirilərək sifarişçiyə təhvil verilmişdir.
33. Mübahisə predmeti olan və ödənilmədiyi iddia edilən işlərin isə 2019-cu il ərzində yerinə yetirildiyi iddia olunur. Podrat müqaviləsi üzrə işlər tam şəkildə icra edilərək təhvil verildikdən sonra sonradan görülmüş işlər artıq həmin müqavilə üzrə əlavə işlər kimi qiymətləndirilə bilməz. Belə hallarda yeni işlərin görülməsi ya yeni podrat müqaviləsinin bağlanması, ya da əvvəlki işlərdə aşkar edilmiş qüsurların aradan qaldırılması ilə bağlı ola bilər.
34. İş materiallarından həmçinin görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi ilə Biofizika İnstitutunun 5 mərtəbəli laboratoriya korpusunda təmir işlərinin aparılmasına dair ayrıca podrat müqaviləsi bağlamışdır. Hər iki müqavilə eyni binada (§ 16) təmir işlərinin aparılmasına aid olduğundan, iddiaçının 2019-cu ildə görülməsini iddia etdiyi işlərin həmin müqavilə çərçivəsində yerinə yetirilməsi ehtimalı xronoloji və məntiqi baxımdan daha uyğun görünür.
35. İddiaçı məhkəməyə Biofizika İnstitutunun 5-ci mərtəbəsində yerinə yetirildiyi iddia olunan və dəyəri ödənilməmiş işlərə dair qüsur aktı, iş həcmləri cədvəli və təxmini qiymət cədvəli təqdim etmişdir. Lakin müəyyən edilmişdir ki, həmin sənədlər Biofizika İnstitutu tərəfindən deyil, iddiaçı və Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin nümayəndələri tərəfindən imzalanmışdır.
36. Bu hallar göstərir ki, mübahisə predmeti olan işlərin Biofizika İnstitutu ilə bağlanmış podrat müqavilələri çərçivəsində sifariş edilməsi və ya qəbul edilməsi öz təsdiqini tapmır.
37. İş materiallarından görünür ki, Biofizika İnstitutunun binalarında aparılan təmir işləri ilə bağlı müxtəlif dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyası və onun İşlər İdarəsi tərəfindən podrat müqavilələri bağlanmış, həmin işlərin sifarişi və qəbul edilməsi də əsasən həmin qurum tərəfindən həyata keçirilmişdir.
38. Bu baxımdan iddiaçının 2019-cu ildə görülmüş işlərin cavabdeh Biofizika İnstitutunun sifarişi ilə və ya onunla bağlanmış podrat müqaviləsinin icrası çərçivəsində yerinə yetirildiyini təsdiq edən mötəbər sübutlar təqdim etmədiyi müəyyən olunur.
39. İddiaçı apellyasiya şikayətində iş materiallarında olan kotirovka sorğusu proseduru üzrə zərflərin açılmasına dair xx.xx.2022-ci il tarixli iclas protokoluna və xx.xx.2023-cü il tarixli məktuba istinad edərək bildirmişdir ki, keçirilmiş kotirovka sorğusu onun tərəfindən əvvəlcədən yerinə yetirilmiş və dəyəri ödənilməmiş təmir-tikinti işləri ilə eyniyyət təşkil edir və bu hal cavabdehin həmin işlər üzrə öhdəlik daşıdığını təsdiq edir.
40. Kollegiya bu dəlili də əsaslı hesab etmir. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, Biofizika İnstitutu tərəfindən keçirilmiş kotirovka sorğusu gələcəkdə görüləcək təmir işləri üzrə podratçının müəyyən edilməsi məqsədi daşımışdır.
41. Kotirovka sorğusu prosedurunun keçirilməsi əvvəllər görülmüş işlər üzrə tərəflər arasında hüquq münasibətinin yaranmasını və ya cavabdehin həmin işlərə görə öhdəlik daşımasını öz-özlüyündə təsdiq etmir.
42. Bundan əlavə, Biofizika İnstitutunun laboratoriya korpusunda 2017-ci ildən etibarən müxtəlif dövrlərdə təmir işlərinin aparılması və bununla bağlı iddiaçı ilə həm cavabdeh, həm də Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi arasında bir sıra müqavilələrin bağlanması həmin kotirovka sorğusunun yeni təmir işlərinin görülməsi üçün keçirilməsi ehtimalını da istisna etmir.
43. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.
44. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir.
45. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3413/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3413/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev Hakimlər Elnur Həsənov Səməd Cəfərov