Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1376/2025 12.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şirinov Ziya Allahverdi oğlundan (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı torpaq sahəsinin boşaldılması və zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 15-ci km, 2T ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində xüsusi mülkiyyət hüququ Cavabdeh MMC-yə məxsusdur.
2. Azərbaycan Respublikasının DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 2007-ci il 6 iyul tarixli çıxarışına əsasən bu torpaq sahəsi üzərində daimi istifadə hüququ Cavabdeh MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş Registrdən çıxarışda göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 15-ci km, 2T ünvanında yerləşən əmlak kompleksi yerləşdiyi 2.98 torpaq sahəsi dövlətin mülkiyyətindədir.
4. “X2 14 iyun 2023-cü il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 1484,5 kv.m torpaq sahəsinin 24 oktyabr 2023-cü il tarixinə bazar dəyəri 4619680,0 manat təşkil edir.
5. Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1053/4-222 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh firmasının cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi barədə iddia tələbi təmin edilmiş, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubunda Bakı-Astara yolunun şimal-qərbində asfaltbeton qurğusunun layihələşdirilməsi və tikintisi üçün Cavabdeh firmasına ayrılmış 0,98 ha və ona bitişik olan 2 ha torpaq sahəsi üzərində Cavabdeh firmasının daimi istifadə hüququ tanınaraq, Cavabdeh firmasının adına 2,98 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1042/2024 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri İcra Hakimiyyəti olmaqla) Cavabdehnə qarşı icarə müqaviləsinin bağlanması, icarə haqqı üzrə borcun ödənilməsi tələbinə dair işi üzrə iddia rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, həmin Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(102)-23/2025 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 15-ci km, 2T ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 30784.3 kv.m torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi və dövlət mülkiyyətində olan həmin torpaq sahəsindən icarə müqaviləsi bağlanılmadan istifadə edilməsi ilə bağlı əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 2008-ci ilin mart ayından xx.xx.2016-cı il tarixinə qədər 327647,56 manat (üç yüz iyirmi yeddi min altı yüz qırx yeddi manat əlli altı qəpik) və xx.xx.2016-cı il tarixdən 2025-ci ilin aprel ayına kimi 1178018,4 manat (bir milyon yüz yetmiş səkkiz min on səkkiz manat qırx qəpik), ümumilikdə 1505665,96 manat (bir milyon beş yüz beş min altı yüz altmış beş manat doxsan altı qəpik) məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 15-ci km, 2T ünvanındakı ümumi sahəsi 11878.0 kv.m təşkil edən qeyri-yaşayış binası Cavabdeh MMC-nin xüsusi mülkiyyətində, həmin binanın yerləşdiyi 30784.3 kv.m torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla onun istifadəsindədir. Aşağıdakı səbəblərdən hesab edilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 15-ci km, 2T ünvanında yerləşən, dövlət mülkiyyətində olan 30784.3 kv.m torpaq sahəsi Cavabdeh MMC tərəfindən boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməli və həmin torpaqdan hüquqi əsas olmadan istifadə edilməsi ilə bağlı əsassız varlanma nəticəsində dövlətə vurulmuş 1505665,96 manat (bir milyon beş yüz beş min altı yüz altmış beş manat doxsan altı qəpik) məbləğində zərər dövlət büdcəsinə ödənilməlidir. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 15-ci km, 2T ünvanında yerləşən, dövlət mülkiyyətində olan 30784.3 kv.m torpaq sahəsi Cavabdeh MMCnin istifadəsində olmaqla dövlət mülkiyyətindədir. Çıxarışda torpaq sahəsinin Cavabdeh MMCnin istifadəsində olmasının qeyd edilməsi torpağın onun hüquqi əsasla deyil, faktiki istifadəsində olmasını nəzərdə tutur. Çünki aşağıda qeyd edilən hallar torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olmadığını təsdiq edir. Bildirilir ki, qeyd edilən torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olmasına dair qərar və müqavilə mövcud deyildir. Cavabdeh dövlət torpaq sahəsinə dair icarə müqaviləsi bağlamadan istifadə etməklə hüquqdan suiistifadəyə yol verir ki, bu da qanunvericiliklə qadağan edilmişdir. Cavabdeh onun mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək hüququna malikdir. Lakin o, bu hüququnu qanunvericiliyə əsasən həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaqla icarə müqaviləsi əsasında həyata keçirə bilər. Bu hal yuxarıda qeyd edildiyi kimi, Torpaq Məcəlləsinin 51-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən dövlət torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericilikləmüəyyən edilmiş qaydada icarə əsasında verilir. Lakin cavabdeh torpaq sahəsindən istifadə hüququnu qeyri-qanuni şəkildə həyata keçirir. Bildirilir ki, dövlət əmlakından səmərəli istifadə edilməsi vəziyyətinin yoxlanılması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı fiziki və hüquqi şəxslər tərəfindən dövlət mülkiyyətində olan torpaq sahələrindən icarə müqaviləsi bağlanılmadan mənfəət əldə etmək məqsədilə istifadə edilməsi hallarının kütləvi xarakter daşıdığı müəyyən edilmişdir. Sahibkarlıq məqsədilə istifadə edilən qeyri-yaşayış tikililərin mülkiyyətçiləri tərəfindən öz hüquqlarından sui-istifadə edilərək, dövlət mülkiyyətində olan torpaq sahələrindən icarə müqaviləsi bağlanılmadan istifadə edilməsi hər il dövlət büdcəsinə külli miqdarda ziyan vurulması ilə nəticələnir. Belə ki, müqavilə azadlığı tərəflər arasında heç bir münasibətin və ya ortaq mənafeyin olmadığı hallarda hüquq münasibətinə girməmişdən əvvəl subyektin azadlığını əhatə edə bilər. Digər şəxslərin hüquqlarına toxunula biləcək hər hansı şəraitin mövcudluğu isə müqavilə azadlığına məhdudiyyət qoyulmasına və hətta bəzi hallarda müəyyən hüquq münasibətlərinə daxil olmasına məcburetməyə belə gətirib çıxara bilər. Çünki hazırkı vəziyyətdə olduğu kimi, tərəflər arasında faktiki olaraq müəyyən münasibətlərin mövcudluğu qaçılmazdır və bu halda hansısa tərəfin müqavilə azadlığı prinsipinə əsaslanaraq müqavilə bağlamaqdan imtina etməsi iradə ifadəsindən qəsdən qarşı tərəfin əleyhinə istifadə edilməsinin nəticəsində mümkündür. Bu isə hüquqdan suiistifadəyə gətirib çıxarır. Çünki cavabdeh hüquqi şəxsə məlumdur ki, qeyd edilən tikilinin altında yerləşən torpaq sahəsini birinci halda alqı-satqı yolu ilə mülkiyyətinə almalı, həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, ikinci halda onda bu sahə qanunvericiliklə müəyyən edilmiş qaydada onun satınalma hüququ ilə icarəsinə verilməli və sonuncu halda obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə, torpaq sahəsi hərrac vasitəsi ilə başqa şəxsə satıla bilər. Sonuncu halın hazırkı iş üzrə baş verməsi mümkün olmur, çünki bu halda obyektin mülkiyyətçisinin hüquqları pozula bilər. Belə olan halda yuxarıda sadalanan mülkiyyət hüququnun məhdudlaşdırılması və müqavilə azadlığı ilə bağlı qanunvericiliyin prinsipləri əsas götürülməlidir. Cavabdehin bu məhdudiyyətlərə əməl etmək vəzifəsi qanundan irəli gələn öhdəlikdir. Cavabdehlə satınalma hüququ ilə müqavilə bağlanılması onun mülkiyyət hüququna hər hansı müdaxilə təşkil etmir və ya onun müqavilə azadlığı hüququnu pozmur. Yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edilir ki, tikilinin mülkiyyətçisinin (cavabdehin) dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə müqaviləsi olmadan istifadə etməsi hüquqdan sui-istifadədir və bu əsassız varlanmaya səbəb olur. Qeyd edilən mülki hüquq normalarından göründüyü kimi varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bildirilir ki, cavabdehin uzun müddət ərzində dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə müqaviləsi bağlanılmadan istifadə etməsi dövlət büdcəsini icarə haqqı üzrə daxilolmalardan məhrum etmişdir ki, bununla dövlətin iqtisadi maraqlarına xeyli ziyan vurulmuşdur. Belə ki, özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin, habelə fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarə haqqı məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə” ilə müəyyən edilir. Qeyd edilən Əsasnamənin xx.xx.2016-cı il tarixinədək qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin icarə haqqı məbləği torpaq sahəsinin normativ qiymətinə əsasən hesablanırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqındaƏsasnamə”nin 8-ci bəndinə dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən torpağın icarə haqqı məbləği bazar dəyərinə uyğun hesablanır. Belə ki, qeyd edilən Əsasnaməyə hazırda qüvvədə olan 8-ci bəndə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. “Google Earth” proqramından çıxarışa əsasən iddia predmeti olan torpaq sahəsinin üzərində tikilinin xx.xx.2008-ci ildə inşa edildiyi müəyyən olunmuşdur. İddianın predmeti olan torpaq sahəsinin xx.xx.2016-cı il tarixinə qədər torpağın normativ qiyməti və həmin tarixdən sonra torpağın bazar qiyməti əsasında müəyyən edilmiş aylıq icarə haqları aşağıdakı kimidir: 1. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 15-ci km, 2T ünvanında qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin xx.xx.2016cı il tarixinə qədər aylıq icarə haqqı 3181,04 manat; xx.xx.2016-cı il tarixindən sonra aylıq icarə haqqı 11549,2 manat. Beləliklə, qeyd olunan torpaq sahəsindən 2008-ci ilin mart ayından 2025ci ilin aprel ayınadək hüquqi əsas (icarə müqaviləsi) olmadan qanunsuz istifadə edilməsi ilə bağlı əsassız varlanma nəticəsində cavabdeh tərəfindən ümumilikdə dövlət büdcəsinə 1505665,96 manat (bir milyon beş yüz beş min altı yüz altmış beş manat doxsan altı qəpik) məbləğində zərər vurulmuşdur. Eyni zamanda bildirilir ki, cavabdeh qeyd edilən dövlət mülkiyyətində olan torpaq sahəsindən hüquqi əsas (icarə müqaviləsi) olmadan istifadə etdiyindən, həmin torpaq sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir. Beləliklə, yuxarıda şərh edilənlərdən göründüyü kimi cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 15-ci km, 2T ünvanında yerləşən, dövlət mülkiyyətində olan 30784.3 kv.m torpaq sahəsindən qanunvericiliyin tələb etməsinə baxmayaraq, icarə müqaviləsi bağlamadan istifadə edərək əsassız varlanmaqla dövlətə ziyan vurur və həmin torpaq sahəsindən qeyri-qanuni istifadə edilməsini davam etdirir. Qeyd edilənlərə əsasən hesab edilir ki, məhkəmə tərəfindən cavabdehin üzərinə əsassız varlanma nəticəsində torpaq sahəsinin mülkiyyətçisi olan dövlətə vurulmuş zərərin əvəzinin ödənilməsi və torpaq sahəsinin boşaldılaraq dövlətə (onun adından çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinə) təhvil verilməsi vəzifəsi qoyulmalıdır.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 157.2, 157.4, 390.3, 560.1, 560.3.1, 1091.1, 1091.2, 1095-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51, 66.1, 84, 103-cü və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddələrinə istinad olunmuşdur.
10. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, icraatda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı qaldırılmış əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi vardır. ƏMDK öz iddia tələbində qeyd edir ki, qanuni istifadədə olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 15-ci km, 2T ünvanında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi və ya icarəyə götürülməsi üçün xx.xx.2023-cü il tarixdə bildiriş təqdim edilsə də, qeyd edilən torpaq sahəsi cavabdeh tərəfindən özəlləşdirilməmiş və icarəyə götürülməmişdir. Bu səbəbdən belə qənaətə gəlinmişdir ki, torpaq sahəsindən icarə müqaviləsi olmadan istifadə edilməsi AR MM-nin 1091-ci maddəsinə əsasən əsassız varlanma hesab edilməlidir. Hazırda Əmlak Məsələləri Dövlət Xidməti olaraq sözügedən normaya əsaslanıb, Cavabdeh MMC-nin torpaq sahəsinin boşaldılaraq dövlətə təhvil verilməsi və əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 1505665,96 manat məbləğində vəsaitin ödənilməsi tələb edilməkdədir. Aşağıdakılara əsasən hesab edilir ki, Cəmiyyət tərəfindən hər hansı qanunvericilik normasının pozulmasına yol verilmədiyindən hazırda irəli sürülən iddia tələbi rədd edilməlidir. Bir müddət əvvəl Əmlak Məsələləri DövlətXidməti Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 15-ci km, 2T ünvanında yerləşən 30784.3 kv m torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1042/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ƏMDK tərəfindən irəli sürülmüş iddia tələbi rədd edilmişdir. Sözgedən qətnamədən ƏMDK tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-821/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1042/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyasının mövqeyi ilə razılaşmayaraq ƏMDK tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2- 2(102)-23/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti də təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-821/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin həqiqi halları ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1993-cü il 22 fevral tarixli, 315 nömrəli torpaq sahəsinin ayrılması haqqında sərəncamı ilə Cavabdeh firmasına Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubunda Bakı Astara yolunun şimal-qərbində asfalt-beton qurğusu layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. 1 saylı Yerli İqtisad Məhkəməsinin 2007-ci il 27 may tarixli, 1053/4-222 nömrəli qətnaməsi ilə Cavabdeh firmasının iddiası təmin olunaraq Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubunda Bakı-Astara yolunun şimal-qərbində asfalt-beton qurğusunun layihələşdirilməsi və tikintisi üçün Cavabdeh firmasına ayrılmış 0,98 ha və ona bitişik olan 2 ha torpaq sahəsi üzərində Cavabdeh firmasının daimi istifadə hüququ tanınaraq, Cavabdeh firmasının adına 2,98 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin üzərinə həvalə edilmişdir. Azərbaycan Respublikasının DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2007-ci il 6 iyul tarixli, MH0095121 nömrəli çıxarışına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubu, Bakı-Astara yolunun şimal şərqində yerləşən 2,98 ha torpaq sahəsi üzərində daimi istifadə hüququ Cavabdeh MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2008-ci il 26 dekabr tarixli 687 nömrəli “Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin çıxarışına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1993-cü il 22 fevral tarixli 315 nömrəli sərəncamında dəqiqləşdirmə aparılması haqqında” sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubunda Cavabdeh MMC-yə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1993-cü il 22 fevral tarixli 315 nömrəli sərəncamında torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək, 2,98 ha müəyyən edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2009-cu il 30 yanvar tarixli, 09/11 nömrəli, 08/i-257 nömrəli iş istifadəyə verilən torpaq sahəsinin ayrıc aktına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2008-ci il 26 dekabr tarixli 687 nömrəli sərəncamı ilə Qaradağ rayonu, Bakı-Astara şossesi, Lökbatan qəsəbəsinin cənubunda cizgidə göstərilən sərhədlər daxilində 2.000 ha torpaq sahəsi asfalt-beton qurğusunun tikintisi üçün Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2017-ci il 20 oktyabr tarixli RX1154062 nömrəli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 15-ci km, 2T ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin üzərində yaranmış mülkiyyət hüquqları və 2,98 ha torpaq sahəsi üzərində istifadə Cavabdeh MMC-nin adına hüquqi qeydiyyata alınmışdır. Beləliklə, Cəmiyyətə AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışdan açıq-aşkar olaraq görünür ki, Bakı şəhəri, Qaradağrayonu, Salyan şossesi, 15-ci km, 2T ünvanında yerləşən əmlak kompleksinin torpaq sahəsinin mülkiyyətçisi dövlət olsa da, torpaq sahəsi Cavabdeh MMC-nin qanuni istifadəsindədir. Sözügedən 2.98 ha torpaq sahəsinin qanuni istifadəyə verilməsi Bakı şəhəri İcra Hakimiyyətinin 315 saylı, xx.xx.1993-cü tarixli və 687 saylı, xx.xx.2008-ci tarixli sərəncamları, həmçinin AR 1 saylı yerli İqtisad Məhkəməsinin 1053/4-222 saylı, 27 may 2007-ci il tarixli məhkəmə qərarları əsasında həyata keçirilmişdir. Sözügedən sənədlər dəfələrlə ƏMDK-ya təqdim edilmiş, həmçinin onlar tərəfindən qaldırılmış iddia tələbinin rədd edilməsi üçün əsas olmuşdur. Hazırda ƏMDK Cəmiyyətindən AR Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsaslanaraq əsassız varlanma nəticəsində vurulmuş ziyanı və torpaq sahəsinin boşaldılmasını tələb edir. Belə ki, AR Mülki Məcəlləsinin 1091- ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qanun normasından da göründüyü kimi, əsassız varlanma zamanı qanuni və ya müqavilə əsası olmamalıdır. Yalnız qeyd edilən hüquqi əsaslar olmadan torpaq sahəsindən istifadə edilməsi nəticəsində Cavabdeh MMC tərəfindən ƏMDK-ya hər hansı ziyanın vurulması mümkün ola bilərdi ki, DƏDRX tərəfindən verilmiş ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarış, həmçinin yuxarıda sadalanan məhkəmə qərarları torpağın tam qanuni əsaslarla istifadələrində olmasını sübuta yetirir. Hesab edilir ki, Cəmiyyət hər hansı əsassız varlanma nəticəsində Əmlak Məsələləri Dövlət Xidmətinə ziyan vurmadığından irəli sürülmüş iddia tələbi rədd edilməlidir.
11. Birinci instansiya məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
11.1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 315 saylı torpaq sahəsinin ayrılması haqqında sərəncamı ilə Cavabdeh firmasına Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubunda Bakı Astara yolunun şimal-qərbində asfaltbeton qurğusu layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmış, 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli,1053/4-222 saylı qətnaməsi ilə Cavabdeh firmasının iddiası təmin olunmuş və Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubunda Bakı-Astara yolunun şimal-qərbində asfalt-beton qurğusunun layihələşdirilməsi və tikintisi üçün Cavabdeh firmasına ayrılmış 0.98 ha və ona bitişik olan 2 ha torpaq sahəsi üzərində Cavabdeh firmasının daimi istifadə hüququ tanınaraq, Cavabdeh firmasının adına 2.98 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət torpa və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubu, Bakı-Astara yolunun şimal şərqində yerləşən 2.98 ha torpaq sahəsi üzərində daimi istifadə hüququ Cavabdeh MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır 11.2. Məhkəmə nəzərə almışdır ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin şdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 11.3. İddiaçı iddia tələbinin hüquqi əsaslarından biri kimi MM-nin 157.2-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı halda cavabdeh qanunsuz sahib sayıla bilməz və geri qaytarılması tələb olunan əmlak üzərində cavabdehin istifadə hüququ mövcuddur. Torpaq sahəsinin qanuni istifadəyə verilməsi Bakı şəhəri İcra Hakimiyyətinin 315 saylı, xx.xx.1993-cü tarixli və 687 saylı, xx.xx.2008-ci tarixli sərəncamları, habelə 1 saylı yerli İqtisad Məhkəməsinin 1053/4-222 saylı, 27 may 2007-ci il tarixli məhkəmə qərarı əsasında həyata keçirilmişdir. 11.4. İddiaçının əsaslandığı MM-nin 1091-ci maddəsinin dispozisiya şərtləri də mövcud deyil. Belə ki, həmin maddəyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırkı halda isə hüquqi əsas olmadan torpaq sahəsindən istifadə halları mövcud olmamışdır.
13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə Mülki Məcəllənin 21-ci, 139.3,157.2,1091.11091.2-ci maddələrinə,Torpaq Məcəlləsinin 50.1-ci, 50.4-cü və 55-ci maddələrinə istinad etmişdir.
14. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, həmçinin aşağıdakıları göstərmişdir: “icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın təmin olunmaması əvvəlki məhkəmə mübahisəsində cavabdehin icarə müqaviləsinin bağlanılmasına borclu olub-olmaması məsələsi məhkəmə tərəfindən mahiyyəti üzrə araşdırılmamış və buna hüquqi qiymət verilməmişdir. Məhkəmə sadəcə müqavilə bağlamağa məcbur etməyə qanunvericiliyin yol vermədiyini əsas gətirərək iddianı rədd etmişdir. Bu səbəbdən hazırkı məhkəmənin cavabdehin müqavilə bağlamağa borclu olmamasının əvvəlki məhkəmə qərarı ilə sübut olunmasına istinad etməsi əsassızdır. Belə ki, Torpaq Məcəlləsinin 97-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur. Torpaq Məcəlləsinin 51-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən dövlət torpaqlarımənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Lakin cavabdeh torpaq sahəsindən istifadə hüququnu qeyri-qanuni şəkildə həyata keçirir. Bu səbəbdən bildiririk ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mahiyyətinə uyğun gəlmədiyi halda, hazırkımübahisəyə münasibətdə Mülki Məcəllənin 1096-cımaddəsinə əsaslanmaqla hüquqi qiymət verilməsi, işin halları ilə uzlaşmadığından əsassız hesab edilməlidir. Hazırkı iş üzrə iddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti torpaq və digər qanunvericilik aktlarının tələblərindən çıxış edərək dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadənin pullu olduğunu, torpaq sahəsinin əvəzsiz istifadəsinə yol verilən istisna halların Torpaq Məcəlləsinin 50-ci maddəsində sadalandığını, bu səbəbdən mübahisəli torpaq sahəsinə münasibətdə sərəncam verən və həmin sahənin istifadəyə verilməsindən və ya özəlləşdirilməsindən dövlət büdcəsinə daxil olmalara nəzarət edən qurum kimi, cavabdeh tərəfindən həmin sahədən hüquqi əsaslar olmadan istifadənin onun Konstitusiyanın 13, 29 və Mülki Məcəllənin 152.1-ci maddəsi ilə müəyyən olunmuş mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olduğunu qeyd edir. Hesab edirik ki, cavabdehin torpaq sahəsi üzərində müvafiq hüquqmüəyyənedici sənədlərə malik olmadığı halda kommersiya hüquqi subyekti kimi sahədən istifadə edərək gəlir əldə etməsinə baxmayaraq, torpaq qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozaraq dövlət büdcəsinə hər hansı vəsait ödəmədiyindən, onun icarə hüquq münasibətləri çərçivəsində ödəməli olduğu, lakin icarə müqaviləsi bağlamamaqla ödəməkdən yayındığı, bununla da əsassız varlandığ ıməbləğləri iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsini satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Belə ki, hazırda mübahisəli torpaq sahəsi üzərində cavabdehə məxsus qeyriyaşayış obyekti yerləşməsi səbəbindən Xidmət tərəfindən həmin torpaq sahəsinin hərraca çıxarılması barədə qərar qəbul edilməsinin qarşısını alır. Mülki Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən torpaq sahəsinin satın alınmasından və ya icarəyə götürülməsindən imtina olunduğundan, həmin sahənin hərraca çıxarılması məqsədilə Xidmətə təhvil verməyə borcludur. Qeyd olunan səbəbdən iddiaçının torpaq sahəsinin boşaldılması barədə iddia tələbi əsaslı hesab olunmalıdır.
Apellyasiya şikayətinə qarşı etiraz
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir.
16. Etiraz onunla əsaslandırılmışdır ki, əsassız varlanma zamanı qanuni və ya müqavilə əsası olmamalıdır. Yalnız qeyd edilən hüquqi əsaslar olmadan torpaq sahəsindən istifadə edilməsi nəticəsində tərəfimizdən ƏMDX-ya hər hansı ziyanın vurulması mümkün ola bilərdi ki, DƏDRX tərəfindən verilmiş ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarış, həmçinin yuxarıda sadaladığım məhkəmə qərarları torpağın tam qanuni əsaslarla istifadəmizdə olmasını sübuta yetirir. İcarə müqaviləsinin bağlanılması ilə bağlı öhdəliyin qoyulması ilə əlaqədar olan iddia tələbi üzrə bütün məhkəmə instansiyalarının qərarlarında iddia tələbinin rədd olunması üçün əsas qanunvericiliyin icarə müqaviləsi bağlamaqda məcburetməyə yol vermədiyi deyil də, məhz torpaq sahəsinin tam qanuni əsasla istifadəmizdə olduğundan üzərimizə əlavə icarə öhdəliklərinin qoyulmasının mümkünsüz olduğu ilə əsaslanmışdır. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-821/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin 23-cü bəndinə əsasən "cavabdehin torpaq üzərində daimi istifadə hüququ hazırda qanuni qüvvədə olan 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1053/4-222 saylı qətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki. qanunvericilikdə torpaq sahəsi üzərində daimi istifadə hüququ olan fiziki və hüquqi şəxslərin Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi bağlamaq vəzifəsini müəyyən edən norma yoxdur”.Həmçinin yekun olaraq qəbul edilmiş AR Ali Məhkəməsinin 2- 2(102)-23/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının 41 və 44-cü bəndlərinə əsasən "göründüyü kimi, istər mübahisəli torpaq sahəsi cavabdehin istifadəsinə Bakı Şəhər icra Hakimiyyəti başçısının sərəncamı ilə ayrılarkən, istər məhkəmənin müvafiq qətnaməsi ilə həmin torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsi aidiyyəti dövlət qurumunun üzərinə həvalə edilərkən, istərsə də cavabdehin bu torpaq sahəsi üzərində daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən TM-in 51-ci maddəsinin 6-cı bəndinin, habelə "Torpaq icarəsi haqqında' Qanunun 4-cü maddəsinin ikinci abzasının əvvəlki redaksiyalarının, yəni dövlət torpaqlarının mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə yalnız icarə deyil, həmçinin müəyyən hallarda digər istifadə hüququ, o cümlədən daimi istifadə hüququ əsasında da verilməsini mümkün hesab edən normaları hələ qüvvədə idi. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində cavabdehin daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qüvvədə olduğu halda, dövlət həmin hüququn müdafiəsinə və toxunulmazlığına təminat verməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi yekun nəticənin qanunsuz və əsassız hesab edilməsi hər hansı hüquqi əsas yoxdur.
Apellyasiya baxışı, izahat
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
23. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir.
24. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə.
29. Maddə 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir.
30. Maddə 204.1. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır.
31. Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir.
32. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
33. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.
34. Maddə 250.1. Torpaq sahəsi elə yüklü ola bilər ki, onun üstündə və ya altındakı binaya malik olmaq hüququ - özgəninkiləşdirilən və vərəsəlik üzrə keçən hüquq xeyrinə yükləmə aparılan şəxsə mənsub olar. Tikintiyə vərəsəlik hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.
35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
37. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
38. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
39. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
40. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
41. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
42. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
43. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
44. Maddə 51. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir.
45. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
46. Maddə 66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
47. Maddə 97. Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur. Torpaq haqqı torpaq vergisi və icarə haqqı formalarında müəyyən edilir.
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
48. Maddə 4. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir.
49. Maddə 10. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır.
50. Maddə 18. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər.
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 12 mart 1999-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
51. Bənd 2.4. “Torpaq icarəsi haqqında” Qanunun 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
52. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
59. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
62. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
63. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
64. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
65. Bu baxımdan kollegiya qeyd edir ki, hazırkı iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
66. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə MM-in 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2).
67. Beləliklə, əsassız varlanmanın mövcud olması üçün tələb olunur ki, həmin varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud olmasın.
68. Hazırki işin halları isə onsan ibarətdir ki, mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətində olsa da, həmin torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin 315 saylı, xx.xx.1993cü tarixli və 687 saylı, xx.xx.2008-ci tarixli sərəncamları, həmçinin 1 saylı yerli İqtisad Məhkəməsinin 1053/4-222 saylı, 27 may 2007-ci il tarixli məhkəmə qərarı əsasında cavabdehin qanuni istifadəsinə verilmiş və həmin istifadə hüquqları Mülki Məcəllənin 139.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
69. Bu hallar isə təsdiq edir ki, cavabdeh əsassız qaydada varlanmış şəxs hesab edilə bilməz. Çünki onun həmin torpaq sahəsindən istifadə edilməsinin qanuni əsası mövcuddur. Ona görə də, iddia tələbləri özü-özlüyündə əsassızdır.
70. Bundan əlavə kollegiya vurğulayır ki, mübahisəli torpaq sahəsi üzərində daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən Torpaq Məcəlləsinin 51-ci maddəsinin 6-cı bəndinin, habelə “Torpaq icarəsi haqqında” Qanunun 4-cü maddəsinin ikinci abzasının əvvəlki redaksiyalarının, yəni dövlət torpaqlarının mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə yalnız icarə deyil, həmçinin müəyyən hallarda digər istifadə hüququ, o cümlədən daimi istifadə hüququ əsasında da verilməsini mümkün hesab edən normaları hələ qüvvədə idi.
71. Eyni zamanda, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubunda Bakı-Astara yolunun şimal-qərbində asfaltbeton qurğusunun layihələşdirilməsi və tikintisi üçün Cavabdeh firmasına ayrılmış 0,98 ha və ona bitişik olan 2 ha torpaq sahəsi üzərində Cavabdeh firmasının daimi istifadə hüququ tanınmasına dair 1 saylı yerli İqtisad Məhkəməsinin 2007-ci il 27 may tarixli qətnaməsi preyudisial qüvvəyə malikdir.
72. Azərbaycan Respublikasının Konstitusya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında qeyd etmişdir ki, “...məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir”.
73. Cavabdehin hərəkətlərinin delikt kimi qiymətləndirilməsinə dair kollegiya qeyd edir ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
74. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
75. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
76. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
77. Mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
78. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Cavabdeh tərəfindən isə qanunazidd hərəkətlər edilməmişdir. Ona görə də, onun hərəkətlərinin delikt kimi qiymətləndirilməsi üçün də əsaslar mövcud deyildir.
79. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
80. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2-2(113)-5051/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.