Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-151/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X3 (hüquqşünası) iştirakı ilə, İddiaçı «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin» Cavabdeh QSC bank olmayan kredit təşkilatının (BOKT) qarşı (üçüncü şəxslər: «xxxx» MMC və X5) zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair» iş üzrə iddiaçının iddiadan imtina etməsi barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-76/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin» Cavabdeh QSC bank olmayan kredit təşkilatının (BOKT) qarşı (üçüncü şəxslər: «xxxx» MMC və X5) xx xxxxx 2011-ci il tarixli 10770 «A» nömrəli zaminlik müqaviləsinə xitam verilməsi barədə iddia tələbi rədd edilmişdir. İddiaçı «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olduqdan sonra xx.xx.2020-ci il tarixdə iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi T.Rüstəmov ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizədə qeyd olunan əsaslara görə eyni tərəflər arasında mülki icraat qaydasında baxılan, iddiaçı Cavabdeh QSC BOKT-un cavabdehlər «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi «xxxx» MMC və X2rşı «kredit və zaminlik müqaviləsi üzrə borcun ödənilməsi barədə» iş üzrə Binəqədi rayon Məhkəməsinin 16 senityabr 2019-cu il tarixli qətnaməsi mövcuddur. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Agentliyə münasibətdə zaminlik müqaviləsinə xitam verilməsi ilə hazırkı icraatda olan iqtisadi iş üzrə iddianın əsası ilə eyni lik təşkil edir. Məhkəmə kollegyiasının iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Rüstəmov mübahisəli zaminlik müqaviləsinə xitam verilməsi ilə bağlı eyni əsasla mülki icraatda qaydasında işə baxıldığını bildirərək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, ərizə təmin olunmalıdır. İlk .öncə, nümayəndə T.Rüstəmova verilən xx.xx.2019-cu il tarixli 3/15-9845 saylı etibarnamədə onun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 74.2-ci maddəsinə müvafiq olaraq iddiadan imtina etmə səlahiyyəti göstərilmişdir. Digər tərəfdən, MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. Həmin Məcəllənin 52.5-ci maddəsinin mahiyyətindən görünür ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmazsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmazsa, məhkəmə belə hərəkətləri qəbul edir və belə hallarda məhkəmə işə mahiyyəti üzrə baxmır. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiya məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinin tələbindən görünür ki, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinin məzmunundan görünür ki, iddiaçının iddiadan imtina etməsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinin məzmunundan isə görünür ki, hakim iddiaçının iddiadan imtina etməsinə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Eyni zamanda, həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məcəllənin qeyd edilən tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının iddiadan imtina etməsi onun qanunvericiliklə müəyyən edilən hüququdur. Bu imtina tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlir və digər şəxslərin mənafeyinə toxunmur. Ona görə də məhkəmə iddiadan imtinanı qəbul edir və hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(81)-76/2019 saylı qətnaməsi ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası, eyni zamanda, MPM-in 191.2-ci və 262.4-cü maddələrinin tələbləri baxımından, iddiaçıya izah edir ki, iddiadan imtina ilə əlaqədar işin icraatına xitam verilməsi, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsini yolverilməz edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin» nümayəndəsinin ərizəsi təmin edilsin. İddiadan imtina qəbul olunsun. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-76/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-151/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-151/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver