Məhkəmə qərarları › İş №2-2(103)-154/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-154/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-154/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh X1rşı borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-776/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı Cavabdeh X1rşı borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-776/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh X2 həmin qətnamədən apellyasiya şikayəti verərək, (apelyasiya şikayəti xx.xx.2020-ci il tarixdə daxil olmuşdur) sözügedən qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-776/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və cavabdehə apellyasiya şikayətini və ona əlavə olunmuş sənədlərin göndərilməsini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirməli olduğu izah edilmişdir. Həmin qərardaddan cavabdeh şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-776/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Qərardadın nə zaman, hansı şəraitdə çıxarılması müəmmalıdır. Məhkəmə iclası barədə heç bir məlumat verilməmişdir. Qərardad qanunla müəyyən edilmiş qaydada təqdim olunmamış və göndərilməmişdir. Bununla prosessual tələblərin ciddi pozuntusu baş vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(113)- 776/2020-ci il saylı qətnaməsi xx xxxxxxx 2020-ci ildə poçt vasitəsilə cəmiyyətə təqdim olunmuşdur. Hazırki iş üzrə bütün sənədlərin məhkəməyə, o cümlədən proses iştirakçılarına çatdırılması poçt vasitəsilə həyata keçirildiyindən və bu günə qədər sənədlərin elektron qaydada çatdırılması təmin olunmadığından qeyd olunan qətnamədən apelyasiya şikayəti xx xxxxxxx 2020-ci ildə poçt vasitəsilə məhkəməyə göndərilmişdir. Şikayət xx xxxxxx 2020-cı ildə məhkəməyə daxil olsa da, uzun müddət keçdikdən sonra qeyri-müəyyən şəkildə hazırda şikayət olunan qərardad ortaya çıxarılmışdır. Məhkəmə qanunsuz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci, 10-1.2-ci maddələrinə istinad etməklə, proses iştirakçısı tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron sistem vasitəsilə tərtib olunub, göndərilməli olduğunu qeyd etsə də, hazırki iş üzrə icraat zamanı həmin maddənin tələblərinə məhkəmələr tərəfindən riayət olunmadığının və ümumiyyətlə, 2-2(113)-776/2020 saylı işin icraatının elektron qaydada aparılmadığının fərqinə varmamış, kobud səhvə yol vermişdir. Qərardadın əsassız və qanunsuz olmasına və sənədlər real olaraq geri qaytarılmamasına baxmayaraq, məlumat aldıqda dərhal apelyasiya şikayəti və onun qoşmaları elektron bazaya yüklənmişdir. Eyni zamanda, məhkəmə tərəfindən də həmin sənədlərin elektron bazada yerləşdirildiyi aşkar olunmuşdur, lakin bu günədək iş apelyasiya məhkəməsinə göndərilməmişdir. Belə olan halda heç bir əsas və zərurət olmadan məhkəmənin belə bir qərardad çıxarması ağlabatanlıq və prosessual qənaət tələbləri ilə qətiyyən uzlaşmır, süründürməçiliyə və ədalətli məhkəmə araşdırması hüququnun ünsürlərinin kobud pozuntularına səbəb olur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-776/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək nümayəndə və Vəkil səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə şikayətlə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-776/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Cavabdeh X5 ilk dəfə qətnamədən apelyasiya şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsində nəzərdə tutulmuş qaydada göndərmədiyindən şikayətin qaytarılması barədə məhkəmənin qərardadı qanuni və əsaslı olmuşdur. Daxil olmuş apelyasiya şikayətinin MPM-də nəzərdə tutulmuş qaydada təqdim edilməsinin və 361-ci maddənin tələblərinə uyğunluğunun yoxlanılması zamanı birinci instansiya məhkəməsi tərəfindən tərəflərin məhkəmə iclasına dəvət edilməsi tələb edilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilməsi barədə şikayətin dəlilləri əsassız hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-776/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, ` QƏRARA A L D İ: Cavabdeh X2 şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-776/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar