Məhkəmə qərarları › İş №2-2(103)-157/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-157/2023

07.03.2023 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-157/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X2 İdarəsi) “qərarların etibarsız hesab olunması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1697/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" MMC-nin təsisçisinin 16 may 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X2 idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin direktorunun dəyişdirilməsi məqsədi ilə cəmiyyətin direktoru Cavabdeh səlahiyyətlərinə onun xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən xitam verilməsi, onun cəmiyyətlə bağladığı əmək müqaviləsinin ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2018-ci il tarixdən ləğv edilməsi, işçi ilə son haqq hesab aparılması, İddiaçı həmin tarixdə cəmiyyətin direktoru vəzifəsinə təyin edilməsi və onunla əmək müqaviləsinin bağlanması qərara alınmışdır.

2. "Construction Materials” MMC-nin təsisçisinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X2 idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin direktorunun dəyişdirilməsi məqsədi ilə cəmiyyətin direktoru Cavabdeh səlahiyyətlərinə onun xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən xitam verilməsi, onun cəmiyyətlə bağladığı əmək müqaviləsinin ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2018-ci il tarixdən ləğv edilməsi, işçi ilə son haqq hesab aparılması, İddiaçı həmin tarixdə cəmiyyətin direktoru vəzifəsinə təyin edilməsi və onunla əmək müqaviləsinin bağlanması qərara alınmışdır.

3. "xxxx" MMC-nin təsisçisinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X2 idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin direktorunun dəyişdirilməsi məqsədi ilə cəmiyyətin direktoru Cavabdeh səlahiyyətlərinə onun xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən xitam verilməsi, onun cəmiyyətlə bağladığı əmək müqaviləsinin ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2018-ci il tarixdən ləğv edilməsi, işçi ilə son haqq hesab aparılması, İddiaçı həmin tarixdə cəmiyyətin direktoru vəzifəsinə təyin edilməsi və onunla əmək müqaviləsinin bağlanması qərara alınmışdır.

4. "Sport Goods” MMC-nin təsisçisinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X2 idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "Sport Goods” MMC-nin direktorunun dəyişdirilməsi məqsədi ilə cəmiyyətin direktoru Cavabdeh səlahiyyətlərinə onun xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən xitam verilməsi, onun cəmiyyətlə bağladığı əmək müqaviləsinin ƏM 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2018-ci il tarixdən ləğv edilməsi, işçi ilə son haqq hesab aparılması, İddiaçı həmin tarixdə cəmiyyətin direktoru vəzifəsinə təyin edilməsi və onunla əmək müqaviləsinin bağlanması qərara alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X2 İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC-yə (VÖEN **********) direktor təyin olunmağı barədə həmin hüquqi şəxslərin təsisçisi olan Cavabdeh 16 may 2018-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 üzrə Baş İdarəsi İddiaçı qarşı ölkədən getmə hüququnun məhdudlaşdırılması barədə Astara Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən, İddiaçı ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb isə İddiaçı "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC-yə (VÖEN **********) direktor təyin edilməyi və dövlətə külli miqdarda vergi borcunun olmasıdır. İddiaçı ilk öncə X6 üzrə Baş İdarəsinə gedərək bildirmişdir ki, onun ümumiyyətlə həmin şirkətlərlə heç bir əlaqəsi olmamışdır. Ona görə də, hansı əsasla və kim tərəfindən həmin şirkətlərə rəhbər təyin olunmağı barədə İddiaçı məlumat verilməsini xahiş etmişdir. Orada isə İddiaçı bildirmişlər ki, həmin məlumatları yalnız Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X2 İdarəsindən əldə etmək mümkündür. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X2 İdarəsinə gedərək xahiş etmişdir ki, hansı əsasla və kim tərəfindən həmin şirkətlərə rəhbər təyin olunmağı barədə ona məlumat versinlər. Orada İddiaçı bildirmişlər ki, bu kommersiya sirridir və ona məlumat verə bilməzlər. Bundan sonra vəkillə müqavilə bağlamış və vəkil tərəfindən cavabdeh orqana sorğu verilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X2 İdarəsindən həmin hüquqi şəxslərin təsis sənədlərinin surətləri təqdim edilmiş və məlum olmuşdur ki, 16 may 2018-ci il tarixli qərarlarla qeyd olunan hüquqi şəxslərə direktor vəzifəsinə təyin edilmiş və heç bir araşdırma aparılmadan həmin hüquqi şəxslərin direktoru kimi qeydiyyata alınmışdır. İddiaçı xəbəri olmadan, yalnız onun şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 4 şirkətə direktor təyin olunmuş və Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X2 İdarəsi bunu qeydiyyata almışdır. Bundan sonra dövlətə külli miqdarda ziyan vurulur və o cümlədən İddiaçı hüquqları kobud şəkildə pozulur.

7. Cavabdeh iddianı qəbul edir və bildirir ki, sinif yoldaşı X1 təklifi ilə Nadir adlı şəxslə birlikdə Asan Xidmət mərkəzinə getmişlər. Məsələnin mahiyyətindən isə xəbəri olmamışdır. İmzaladığı sənədlərin əvəzində ona hər dəfə 25 manat olmaqla, iki dəfə cəmi 50 manat pul verilmişdir. Nadir adlı şəxs yaşadığı ərazidən təxminən 14 nəfəri bu yolla aldatmışdır. Həmin şəxslərin arasında müxtəlif yerlərdən olan, ali təhsil alanlar da var idi. Sənədləri oxumadan imzalamışdır. İddiaçı isə ümumiyyətlə tanımır və onunla heç bir əlaqəsi olmamışdır. Ona görə də, iddia tələbinin təmin edilməsinə etiraz etmir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1697/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmə iclasında onu ümumiyyətlə tanımadığını, onunla heç bir əlaqəsinin olmamasını və onunla heç zaman əmək müqaviləsi bağlamadığını bildirmişdir. Belə olan halda əqdin qanuni sayılması və tərəflərin iradə ifadəsinə uyğun bağlanmasının məhkəmə tərəfindən qəbul edilməsi anlaşılmazdır. “Hüquqi X2 və dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1, 9.2 və 9-1.3-cü maddələrinin tələbinə əsasən, qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. Normanın məzmundan da göründüyü kimi, qanuni təmsilçinin dəyişikliyi ilə bağlı olaraq müvafiq ərizə ilə müraciət edilməli, həmin ərizə isə gücləndirilmiş elektron imza ilə təsdiq edilməli idi. Lakin onun tərəfindən qanuni təmsilçinin dəyişikliyi barədə verilmiş olan ərizə (əgər elə bir ərizə mövcuddursa) gücləndirilmiş elektron imza ilə təsdiq edilməmişdir. Həmçinin MMC-lərin qanuni təmsilçisinin dəyişikliyindən xəbəri olmamış və onun şəxsiyyətini təsdiq edən sənəddən qanunsuz olaraq istifadə edilərək xəbəri və məlumatı olmadan hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC, "xxxx" MMC , "xxxx" MMC və "xxxx" MMC-də direktor vəzifəsinə təyin olunmağı barədə həmin hüquqi şəxslərə tərəfindən heç bir yazılı müraciət olunmamış, habelə həmin hüquqi şəxslər ilə onun arasında yazılı əmək müqaviləsi bağlanılmamış və müvafiq qaydada qeydiyyata alınmamışdır. Qeyd edilən bu hallar birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamış, yalnız formal mülahizələrə əsaslanaraq iddia tələbi təmin edilməmişdir. Qətnamədə onun adı çəkilən MMC-lərdə direktor vəzifəsinə təyin olunmağının əsası kimi həmin MMC-lərin təsisçisinin 16 may 2018-ci il tarixli qərarı göstərilmişdir. Lakin həmin hüquqi şəxslərin təsisçisi kimi göstərilən şəxs - Cavabdeh qeyd edilən hüquqi şəxslərin təsis edilməsindən, direktor vəzifəsindən işdən çıxarılmasından, habelə onun yerinə iddiçının həmin hüquqi şəxslərdə direktor vəzifəsinə təyin olunmağından məlumatı və xəbəri olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi.

13. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

15. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

16. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

17. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

18. Həmin Məcəllənin 340.1-ci maddəsinin tələblərinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

19. Əmək Məcəlləsinin 4-1-ci maddəsinə görə əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.https://www.e-qanun.az/framework/46943 APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməlidir.

22. Belə ki, iddiaçı hüquqi şəxsin təsisçisinin qərarlarının etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür.

23. Lakin mülki qanunvericilikdə hüquqi şəxsin təsisçisinin qərarının mübahisələndirilməsini tənzimləyən hər hansı müddəa mövcud deyil.

24. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.

25. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin əqdlərin etibarsızlığına aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

26. Həmin Məcəllənin 340.1-ci maddəsinin tələblərinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

27. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunur.

28. Belə ki, cavabdehin izahatından görünür ki, o, mübahisələndirilən qərarları oxumadan imzalamışdır. İddiaçı isə ümumiyyətlə tanımır və onunla heç bir əlaqəsi olmamışdır.

29. Göründüyü kimi mübahisələndirilən qərarları qəbul etmiş təsisçinin özünün izahatına əsasən onun iddiaçının hüquqi şəxslərə direktor təyin olunmasında həqiqi iradə ifadəsi mövcud olmamışdır.

30. Bu isə birtərəfli qaydada bağlanmış həmin əqdlərin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtin pozulduğunu təsdiq edir.

31. Bundan əlavə İddiaçı mübahisələndirilən qərarlarla yuxarıda adları sadalanan 4 ədəd hüquqi şəxsə direktor təyin edilsə də, onun həmin hüquqi şəxslərdə işə qəbul edilməsi ilə bağlı ərizələr verməsi və məhz əmək müqavilələri əsasında fəaliyyət göstərməsi müəyyən edilmir.

32. Halbuki, Əmək Məcəlləsinin 4-1-ci maddəsində əmək münasibətlərinin anlayışı göstərilmiş, lakin hazırki işdə belə münasibətlərin olduğu müəyyən olunmur.

33. Eyni zamanda mübahisələndirilən qərarlara əsasən İddiaçı hüquqi şəxslərə direktor təyin edilsə də, onun hüquqi şəxslərə faktiki olaraq rəhbərlik etməsi də heç nə ilə sübut olunmur.

34. Bu baxımdan kollegiya hesab edir ki, mübahisələndirilən qərarlar onlara uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlandığından özüözlüyündə əhəmiyyətsiz olmaqla etibarsızdır.

35. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1697/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. İddiaçı "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC-yə (VÖEN **********) direktor təyin olunmağı barədə həmin hüquqi şəxslərin təsisçisi olan Cavabdeh 16 may 2018-ci il tarixli qərarları etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar