Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-158/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Ərizəçi (kreditor) İddiaçı borclu Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına qarşı “borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4685/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən ərizəçi (kreditor) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi (kreditor) İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi, həmçinin 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun borcludan ərizəçi (kreditor) İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, təsisçilərdən biri olaraq ərizəçi tərəfindən Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına (bundan sonra “Firma”) müxtəlif vaxtlarda borc qismində ümumilikdə 4.851.200 manat məbləğində pul verilmişdir. Həmin pul vəsaiti təsisçi kimi məhz borc olaraq Firmaya verilmişdir (müvafiq ödəniş qəbzləri həm Firmada, həm də ərizəçidə vardır). Bununla belə, borc verilmiş pul vəsaitləri indiyədək də Firma tərəfindən geri qaytarılmamışdır. Firma artıq uzun müddətdir ki, ərizəçiyə olan borcunu geri ödəmir. Digər tərəfdən Firma öz fəaliyyətini rəsmi olaraq dayandırımışdır ki, bu da Firma tərəfindən borcun ödənilməsini faktiki olaraq mümkünsüz edir. Bununla əlaqədar, pretenziya məktubu ilə xx.xx.2022-ci il tarixində Firmaya rəsmi (onlayn kargüzarlıq vasitəsi ilə) müraciət olunmuş və ümumilikdə 4.851.200 manat məbləğində borc pul vəsaitini 3 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Həmçinin həmin pretenziya məktubunda “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə borclu müəssisə olan Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına qarşı “borclunun müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət ediləcəyi haqqında məlumat verilmişdir. Lakin bundan sonra da, borclu şəxs olan Firma nəyin ki, öz borc öhdəliklərinin icrasını təmin etməmişdir, hətta qeyd olunan pretenziya məktubuna cavab belə verməmişdir. Qeyd edilməlidir ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununa əsasən borclu kreditorun irəli sürdüyü ödəmə tələbini tələb verildikdən sonra yerinə yetirmədiyi və öz borclarını vaxtı çatdıqca ödəməyə qadir olmadığı təqdirdə, ödəmə qabiliyyəti olmayan hesab olunur və bu halda iflas prosesinə məruz qalır. Belə ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinin tələbinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda, iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Göründüyü kimi, borclu Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firması kreditor İddiaçı qanuni ödəmə tələblərini neçə illər ərzində yerinə yetirmir. Bu səbəbdən də, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə əsasən borclu müəssisə ödəmə qabiliyyəti olmayan hesab olunmalı və iflas prosesinə məruz qalmalıdır. Qeyd olunanlara əsasən borclu Firma ödəmə qabiliyyəti olmayan hesab olunmalı və iflas prosesinə məruz qalmalıdır. Borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir. Hazırkı halda, borclu Firmanın nizamnamə fondu 400 manat təşkil edir. Firmaya qarşı kreditor olaraq tələbin məbləği isə 4.851.200 manat təşkil edir. Göründüyü kimi, hazırkı iş üzrə kreditor olaraq ərizəçinin tələbi borclu Firmaya qarşı ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 faizindən çox bir hissəsini təşkil edir və bu səbəbdən hazırkı mübahisəyə borclunun iflas prosesi çərçivəsində baxılmalıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışından müəyyən olunur ki, Firmanın hüquqi ünvanı AZ1073, Baki şəhəri, ünvan 1alar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının kreditorları aşağıdakılardan ibarətdir: 1. İddiaçı (ünvan: ünvan 2tensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsi – tələb məbləği 4.851.200 manat; 2. Bank "xxxx" ASC (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 27, Tel: 2891817, VÖEN: **********)təsdiq olunmamış tələb məbləği xx.xx.2022-ci il tarixə 428952.81 manat əsas borc, 313597.5 manat faiz borcu və 440859.89 manat dəbbə pulu, ümumilikdə 2183410.2 manat. Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının Debitorları isə yoxdur. Kreditor olaraq tələbin məbləği isə 4.851.200 manat təşkil edir, həmin məbləğ müxtəlif vaxtlarda hissə-hissə borc olaraq Firmaya verilmişdir və bütün borc məbləği 2021-ci ildə ödənilməli idi. Boclunun artıq ödəmə qabiliyyətli olmaması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş arayışla təsdiq edilir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş arayışa əsasən Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firması öz fəaliyyətini xx.xx.2023-cü il tarixində dayandırmışdır. Həmin arayışın 4.5-ci bəndinə əsasən Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının aktivləri yoxdur.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4685/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə ərizəçi (kreditor) İddiaçı borclu Təhsil Texnologiyalar Mərkəzi Hüquq- Kommersiya "xxxx" LTD Firmasına qarşı “Təhsil Texnologiyalar Mərkəzi Hüquq- Kommersiya "xxxx" LTD Firmasının müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi, həmçinin 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun borcludan ərizəçi (kreditor) İddiaçı xeyrinə tutulması” barədə ərizəsinin rədd edilməsi qət edilmişdir.
4. Ərizəçi (kreditor) İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023 və e-2-2(113)-4685/2023-043 qətnaməsinin ləğv edilməsini və “Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi, həmçinin 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun borcludan ərizəçi (kreditor) İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin 16-cı bəndində qeyd edir ki, “Müflisləşmə və iflashaqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır. Daha sonra, Məhkəmə qətnamənin 18-ci bəndində göstərir ki, həmin Qanunun 3-cü maddəsinə görə borclu ödəmə qabiliyyəti olmadığı halda iflasprosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: 19. a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; 20. b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları)və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; 21. c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Qətnamənin 21-ci bəndinin C hissəsi məntiqli olaraq, hüquqa və qanuna uyğun şəkildə məhkəmə tərəfindən tətbiq olunsa idi, hazırkı şikayətin verilməsinə də ehtiyac yaranmazdı. Belə ki, Məhkəmə qətnamənin 23-cü bəndində vurğulayır ki, hazırkı tələb “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun “c” bəndi ilə əsaslandırıldığına görə iddiaçı tərəfindən borclunun öhdəliklərini icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsi və borclunun aktivlərinin tələbin ödəniləsi üçün kifayət etməməsi sübuta yetirilməlidir. Nəzərinizə çatdırırıq ki, işin müsbət həll olunması üçün, məhkəməyə Audit rəyi təqdim edilmişdir. Audit rəyindən tam açıq şəkildə bəlli olur ki, şirkətin faktiki olaraq ödəmə qabiliyyəti yoxdur və borcları ümumi aktivlərini dəfələrlə üstələyir. Reallıqda bu şirkət, iqtisadivə maliyə şəffaflığına və iqtisadi inkişaf tendensiyasına cavab vermir. Sağlam iqtisadi şərait, iqtisadiyyatın sağlamlaşdırılması və şəffaflığın artırılması üçün həddindən artıq borclanmış və yüklənmiş şirkətlərin müflis elan olunmasında və daha sonra ləğv edilməsində marağlı olmalıdır. Görünür ki, işə baxan məhkəmə iqtisadiyyatın sağlamlaşdırılmasının dövlət üçün əhəmiyyətindən və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xx.xx.2021-ci il tarixli Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər haqqında Sərəncamından məlumatsızdır. Məhkəmə qətnamədə aşağıdakıları qeyd edib.: 1) Hüquqi şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışa əsasən Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firması xx.xx.2023cü il tarixdən xx.xx.2027-ci il tarixinə kimi fəaliyyətini müvəqqəti dayandırmışdır. 2) Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının kreditorlarının və debitorlarının siyahısı haqqında xx.xx.2023-cü il tarixli arayışında İddiaçı qeyd olunmuşdur. 3) Dövlət Vergi Xidmətinin Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına yüklülük barədə ünvanladığı məktubunda firmanın nizamnamə kapitalının girovda olması, üzərinə həbs qoyulması və digər qaydada yüklü olması, müflis elan olunması və qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət hüquqi tədbirinin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarı barədə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində heç bir məlumat aşkar edilməmişdir. 4) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-129377/21 saylı məktubunda uçot bazasının məlumatlarına əsasən Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının adında nəqliyyat vasitəsinin qeydiyyatda olmadığı qeyd olunmuşdur. 5) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyiyanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firması xx.xx.2023-cü il tarixə vergilər və sosial ödənişlər üzrə icra edilməmiş öhdəlikləri olmadığı, eyni zamanda uçot baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2023-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən dövrün sonuna olan likvid avtivlərinin cəmi 19.350,93 manat (pul vəsaitləri 850,92 manat və debitor borcları 18.500) təşkil etdiyi bildirilmişdir. 6) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının adında hazırda respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilmədiyi bildirilmişdir. Nəzərə alsaq ki, yuxarıda göstərilən dəlillər şirkətin birmənalı olaraq müflis olmasının göstəricisi hesab olunmalıdır, məhkəmə isə qeyd edir ki, hazırkı tələb borclunun digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsi ilə əsaslandırıldığına görə ərizəçi tərəfindən göstərilən hal və borclunun aktivlərinin tələbin ödənilməsi üçün kifayət etmədiyi sübuta yetirilməli idi. Lakin ərizəçi tərəfindən məhkəməyə qeyd olunan xüsusatlarla bağlı hər hansı sübut təqdim olunmamışdır. Əgər yuxarıda qeyd edilən sübut və dəlillər olduğları kimi qəbul edilmirsə, bu artıq özü-özündə sual yaradır ki, həmin sübutlar hansı forma və məzmuna uyğun olmalı idi? Həmin abzasın ardını məhkəmə belə qeyd edir: Bundan əlavə ərizəçinin nümayəndəsi məhkəmə iclası zamanı onlara verilməli olan borc məbləği 1 il ərzində qaytarılmalı olduğunu bildirmiş, lakin buna dair hər hansı sübut təqdim etməmişdir. Ərizəçi tərəfindən belə bir sübutun təqdim edilməməsi məhkəmə üçün daha qısa müddətlərin, yəni dərhal tələb irəli sürüldüyü andan hesab olunmalı idi. Məhkəmə AR Mülki Məcəlləsinin 742.2. maddəsinin tələblərinə zidd hərəkət etmişdir - əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Əlavə olaraq, əgər məhkəmə həmin pulu borc kimi qəbul etməsə idi belə, AR Mülki Məcəlləsinin əsassız varlanmaya dair tələbləri nəzərə alınmalı idi. Vurğulayırıq ki, məhkəmə bu qaydaların heç birini nəzərə almamışdır! Məhkəmə daha sonra qeyd edir ki, ərizəçi tərəfindən borcluya qarşı pul tələbi barədə iddia irəli sürülməmişdir ki, tələb olunan pul məbləğinin tutulub-tutulmaması məsələsi də həmin iddia üzrə araşdırmanın predmeti ola bilər. Nəzərə alsaq ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda belə bir tələbin və ümumiyyətlə prosessual məcburiyyətin olmaması onu göstərir ki, məhkəmənin mövqeyi bu işdə ədalətli deyil və qanunaziddir. Nəzərə alsaq ki, borclu Firma fəaliyyətini dayandırmışdır, borclunun ödəmə qabiliyyəti olmaması Audit Rəyi ilə təsdiq olunur, borclunun öhdəliklərini ödəyə bilməməsi balansı ilə təsdiq edilir. Belə olan halda, borcluya qarşı ayrıca pul tələbi ilə bağlı məhkəmə icraatı qaydasında iddia qaldırılması tamamilə məntiqsiz olmaqla, əsassız olaraq məhkəmələrin iş yükünün artırılmasına xidmət etmiş olardı. Belə ki, Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının müflis olması yuxarıda qeyd olunan təkzib olunmaz sübutlarla təsdiq olunur və borcluya qarşı tələblər yalnız müflisləşmə prosesi çərçivəsində verilə bilər. Həmin təkzibolunmaz sübutlar elektron məhkəmə portal vasitəsi ilə əlavə edilmişdir və istənilən zaman əlçatandır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Bu zaman maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Təəssüf ki, hazırkı işə baxan birinci instansiya məhkəməsi hüququn aliliyi prinsipini nəzərə almamışdır. Nəticə etibarı ilə, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, maddi hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, həmçinin məhkəmə qətnaməsi faktiki olaraq əsaslandırılmadan qəbul edilmişdir. Sonda Məhkəmə qeyd edir ki, digər tərəfdən ərizəçinin müflis elan olunmasını tələb etdiyi Təhsil Texnologiyalar Mərkəzi Hüquq- Kommersiya "xxxx" LTD Firmasının İddiaçı 4.851.200 manat borcun olması və ya həmin 4.851.200 manat məbləğin şirkətin balans/maliyyə hesabatlarında, vergi orqanına təqdim olunan bəyannamələrində öz əksini tapmasını təsdiq edən sübutlar da iş materiallarına əlavə edilməmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, kreditor qismində çıxış edən şəxsin debitorun balans sənədlərinin doğru və dürüst üsulla tərtib etməsinə nəzarəti həyata keçirmək öhdəliyi yoxdur. Bundan savayı, balans sənədi uçot sənədi olmaqla, orda kreditorların adları qeyd edilmir və balans sənədi özü-özlüyündə borcvə ya nisyə dəftəri hesab edilmir. Həmin borcun müəyyən olunması balans sənədinin içində göstərilən digər öhdəliklər başlığı altında qeyd edilir. Odur ki, məhkəmənin bu hissədə gəldiyi nəticə qətnamənin əsassız olduğunu, qanuna söykənmədiyini və hüquqazidd olmasını göstərir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır.
9. Həmin Qanunun 2-ci maddəsinə görə iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər.
10. Həmin Qanunun 3-cü maddəsinə görə borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
12. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.
16. Kassa mədaxil orderləri qəbzlərindən görünür ki, 2015-2020-ci illər ərzində təsisçi İddiaçı tərəfindən Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına borc və təsisçi payı kimi pul məbləğləri mədaxil edilmişdir.
17. İddiaçı tərəfindən Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyada 4.851.200 manat məbləğində borc vəsaitinin ona ödənilmədiyini, həmin vəsaitin qaytarılmaması nəticəsində ona külli miqdarda maddi zərər vurulduğu, buna görə də həmin məbləğin 3 gün ərzində ödənilməsi tələb olunmuşdur.
18. Hüquqi şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışa əsasən Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firması xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixinə kimi fəaliyyətini müvəqqəti dayandırmışdır.
19. Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının kreditorlarının və debitorlarının siyahısı haqqında xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firması (VÖEN:**********)fəaliyyətini tam dayandırmışdır və hal-hazırda da heç bir fəaliyyəti mövcud deyildir. Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının kreditorları aşağıdakılardan ibarətdir: 1. İddiaçı-tələb məbləği 4.851,200 manat; 2. Bank "xxxx" ASC-tələb məbləği xx.xx.2022-ci il tarixə ödənilməmiş 1428952.81 manat əsas borc, 313597.5 manat faiz borcu və 440859.89 manat dəbbə pulu, ümumilikdə 2183410.2 manat. Debitorları: Yoxdur.
20. Dövlət Vergi Xidmətinin Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına yüklülük barədə ünvanladığı məktubunda firmanın nizamnamə kapitalının girovda olması, üzərinə həbs qoyulması və digər qaydada yüklü olması, müflis elan olunması və qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarı barədə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində heç bir məlumat aşkar edilməmişdir.
21. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-129377/21 saylı məktubunda uçot bazasının məlumatlarına əsasən Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının adında nəqliyyat vasitəsinin qeydiyyatda olmadığı qeyd olunmuşdur.
22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firması xx.xx.2023-cü il tarixə vergilər və sosial ödənişlər üzrə icra edilməmiş öhdəlikləri olmadığı, eyni zamanda uçot baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2023-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən dövrün sonuna olan likvid avtivlərinin cəmi 19.350,93 manat (pul vəsaitləri 850,92 manat və debitor borcları 18.500) təşkil etdiyi bildirilmişdir.
23. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının adında hazırda respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilmədiyi bildirilmişdir.
24. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, müflis elan olunma üçün borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmaması təsdiqini tapmalıdır. Hazırkı tələb borclunun digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsi ilə əsaslandırıldığına görə ərizəçi tərəfindən göstərilən hal və borclunun aktivlərinin tələbin ödənilməsi üçün kifayət etmədiyi sübuta yetirilməli idi. Lakin ərizəçi tərəfindən məhkəməyə qeyd olunan xüsusatlarla bağlı hər hansı sübut təqdim olunmamışdır. Bundan əlavə ərizəçinin nümayəndəsi məhkəmə iclası zamanı onlara verilməli olan borc məbləği 1 il ərzində qaytarılmalı olduğunu bildirmiş, lakin buna dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin, ərizəçi tərəfindən borcluya qarşı pul tələbi barədə iddia irəli sürülməmişdir ki, tələb olunan pul məbləğinin tutulubtutulmaması məsələsi də həmin iddia üzrə araşdırmanın predmeti ola bilər. Digər tərəfdən ərizəçinin müflis elan olunmasını tələb etdiyi Təhsil Texnologiyalar Mərkəzi Hüquq- Kommersiya "xxxx" LTD Firmasının İddiaçı 4.851.200 manat borcun olması və ya həmin 4.851.200 manat məbləğin şirkətin balans/maliyyə hesabatlarında, vergi orqanına təqdim olunan bəyannamələrində öz əksini tapmasını təsdiq edən sübutlar da iş materiallarına əlavə edilməmişdir. Qanunvericilik iş üzrə tərəflərin istinad etdiyi halların onlar tərəfindən sübuta yetirilməsini nəzərdə tutduğu halda, ərizəçinin dəlilləri mötəbər sübutlarla öz təsdiqini tapmamışdır.
25. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbini onun mülkiyyətində daşınmaz əmlak, nəqliyyat vasitələri və s. olmaması eləcə də verilmiş audit rəyləri ilə əsaslandırmışdır. Ən son tarixə 2023-cü il 18 oktyabr tarixə verilmiş audit rəyində hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı ümumi məlumatlar sadalanmış, məhkəmə işləri barədə məlumatlar qeyd olunmuş, lakin hüquqi şəxsin debitor borcları, aktivləri, digər gəlirləri haqqında məlumatlar ətraflı şəkildə qeyd olunmamışdır. MM-in 59.5-ci maddəsində hüquqi şəxsin əmlak dedikdə, yalnız mülkiyyətində olan əmlak deyil, bütün aktivləri - əsas vəsaitlər, digər uzunmüddətli vəsait qoyuluşundan, dövriyyə vəsaitindən və maliyyə aktivlərindən (qeyrimaddi aktivlər də daxil olmaqla) ibarət əmlak, debitor borcları da nəzərdə tutulur. Ona görə də borclunun mülkiyyətində nəqliyyat vasitəsinin və ya daşınmaz əmlakın olmaması eləcə də verilmiş audit rəyləri onun ödəmə qabiliyyəti olmayan hüquqi şəxs hesab edilməsi üçün əsas deyildir.
26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
27. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
28. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Ərizəçi (kreditor) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4685/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova