Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-163/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X14 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 cəlb edilməklə) qarşı “əmtəə nişanının ötürülməsi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2762/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan 2010 0274 nömrəli xx.xx.2010-cu il tarixli “SHAURMA №1” əmtəə nişanının Cavabdeh ötürülməsi barədə xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı “SHAURMA №1” əmtəə nişanı üzərində əqli mülkiyyət hüquqlarının qeydə alınmasının Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə dəqiqləşdirmə ərizəsi verərək, İddiaçı məxsus olan 20100274 nömrəli, xx.xx.2010-cu il "SHAURMA N 1" əmtəə nişanının Cavabdeh adına ötürülməsi barədə xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilənin etibarsizl hesab edilməsi, İddiaçı "SHAURMA N1" əmtəə nişanı üzərində əqli mülkiyyət hüquqlarının qeydə alınmasınin Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə həvalə edilməsi barədə qətnamə çıxarasılmasını xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2762/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinin “İddiaçı “SHAURMA №1” əmtəə nişanı üzərində əqli mülkiyyət hüquqlarının Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən qeyd alınması” hissəsində iş üzrə icraata xitam verilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2762/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı ninəlivaqüm“ etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı məxsus olan 2010 0274 nömrəli “Shaurma N1” əmtəə nişanına dair hüquqların Cavabdeh verilməsi barədə xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilə etibarsız hesab olunması qət edilmişdir.
5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2762/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı əmtəə nişanı üzərində olan formal hüquqlarını xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilə ilə tam həcmdə ötürmüşdür, özünün iddia ərizəsində bildirməsinə görə 2018-ci ildə məlumat əldə etmişdir ki, guya bir sıra şəxslər həmin əmtəə nişanından istifadə edir, bundan əlavə 2021-ci ilin noyabr ayında istintaq orqanına verdiyi ifadə və izahatlardan da görünür ki, patent hüququnun 2005- 2017-ci illərdə ona məxsus olduğunu, sonradan daha ona məxsus olmadığını qeyd edir, həmçinin “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 21 və 31-ci madələrinə əsasən 2009-cu ildə onun adına qeydiyyata alınmış hüquq 10 il sonra bitirdi, o isə 2019-cu ildə müddəti uzatmaq üçün heç bir addım atmamış, çünki həmin hüququn daha ona məxsus olmadığını bilmişdir. Belə olduğu halda, aradan çox uzun müddət keçdikdən sonra iddiaçının belə bir iddia qaldırması onun hüquqdan suiistifadə etməsini açıq-aşkar göstərir. Bu sui-istifadə isə əbəs deyil, belə ki, məhkəməyə təqdim etdikləri iddiaçının 2021-ci ilin noyabr ayında istintaq orqanına verdiyi ifadə və izahatlardan da məlum olduğu kimi, İddiaçı Bəhrəm oğlu özünün tanışı X15 təqsirləndirilməsinə dair cinayət işində ona köməklik etmək üçün canfəşanlıq edir, bu məqsədlə özü hüquq-mühafizə orqanlarına ərizələr göndərir və guya X15 «Şaurma №1» restoranlar şəbəkəsinin şəriki olduğunu təkidlə iddia edir və bunun üçün “əlindən gələn köməkliyi” edir. Bu cür “köməkliyin” X15 özünün sifarişi ilə edildiyi də istisna deyil. Buna baxmayaraq, X15 özünün və İddiaçı Bəhrəm oğlunun şahid qismində sırf şəriklik ilə bağlı dedikləri heç bir təsdiqini tapmamışdır. Hal-hazırda İddiaçı Bəhrəm oğlunun bir vaxtlar formal olaraq adına qeydiyyata alınmış əmtəə nişanı barəsində, həmin hüquqları 2015-ci ildə müqavilə əsasında tam həcmdə ötürməsinə baxmayaraq, sui-istifadə edərək belə bir iddia qaldırması dolayısı ilə sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış «Şaurma №1» restoranlar şəbəkəsinin sahibinə təsir görtərməklə, həmin işdə təqsirləndirilən şəxs X2 etmək niyyəti daşıyır. Bu iddianın da, eyni ilə cinayət işi üzrə şahid qismində verdiyi ifadələrdə olduğu kimi, X1 ilə qaldırması istisna edilmir. Çünki, İddiaçı BMCMİ-nə şahid kimi verdiyi xx.xx.2021-ci il tarixli ifadəsində özünün Babayev Aqilin “agent”-i kimi fəaliyyət göstərdiyini özü etiraf etmişdir. Təsadüfi deyildir ki, mülki iş materiallarına əlavə edilən və məhkəmə tərəfindən tədqiq edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-179/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün 269-cu vərəqinin 2-ci abzasında məhkəmə kollegiyası İddiaçı hələ də Aqil Babayevə olan inanclarında qalmaqda davam etdiyini və onun yaxınları tərəfindən öyrədilmiş şahidlər olduğu qənaətinə gəlmişdir. Bundan əlavə, mülki iş materiallarına əlavə edilmiş, xx.xx.2008-ci il tarixli etibarnaməyə əsasən müəyyən edilir ki, Natiq Sadıqov tərəfindən Ceyhun Məhərəmova etibarnamə verilmişdir. Həmçinin, həyata keçirilən məhkəmə iclaslarında da bildirildiyi kimi “Şaurma N1” restoranı ilk dəfə 1998-ci ildə Bakı şəhərində Nizami küçəsində (Tarqovı) açılmış, həmin obyekt Natiq Sadıqovun atası X7 məxsus olmuşdur. Ərizəyə əlavə edilən xx.xx.2006-cı il tarixli qazın alqı-satqı müqaviləsinin imza hissəsindən də məlum olur ki, obyekt həmin dövrdə X7 mülkiyyətində olmuş və “Şaurma N1” restoranı kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilən uçota alınma haqqında arayışa əsasən müəyyən edilir ki, qeyd edilən obyekt Natiq Sadıqovun atası X7 adına 2004-cü ildə qeydiyyata alınmış və təsərrüfat subyektinin adı “Şaurma” olmuşdur. Digər 2007-ci il tarixli müqavilə ilə müəyyən edilir ki, Natiq Sadıqovun atası X19 həmin obyektə dair müqavilə bağlamış və həmin müqavilədə obyekt “Şaurma” restoranı kimi qeyd edilmişdir. Bundan əlavə, hazırki ərizəyə əlavə edilən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün 3-cü səhifəsində İddiaçı təqsirləndirilən şəxs kimi verdiyi ifadəsində onun taksi fəaliyyəti ilə məşğul olduğu özü və ifadə verən həyat yoldaşı tərəfindən bildirilir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının 3-cü səhifəsinin sonuncu abzasında qeyd edilir: “Məhkəmə kollegiyasının iclasında məhkum İddiaçı və müdafiəçisi X20 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, İddiaçı ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlində cinayət tərkibi olmamasını, Azərbaycan Respublikasının torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməsini, ikinci qrup əlil olmasını, ağır ailə vəziyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və təyin edilmiş cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq xahiş etmişlər.” Bundan əvvəl məhkəməyə təqdim edilmiş İddiaçı AR DİN BMCMİ-nə verdiyi şikayət ərizəsində və daha sonra şahid qismində verdiyi ifadəsində o, birbaşa özünün 2004-cü ildə “Şaurma N1” restoranında ofisiant kimi çalışdığını, daha sonra işdən çıxarıldığını və sair işlərdə çalışdığını qeyd etmişdir. Göründüyü kimi, təqdim edilən sübutlar, məhkəmə hökmləri, ifadələr, hər biri tam sübuta yetirir ki, “Şaurma N1” restoranı Natiq Sadıqovun atası Eldəniz Sadıqov tərəfindən yaradılmış, daha sonra Natiq Sadıqov tərəfindən rəhbərlik edilməyə başlamış və bugünə qədər də Natiq Sadıqov tərəfindən rəhbərlik edilməkdədir. İddiaçı orada şərik yox, işçi olması tam sübuta yetirilir, eləcə də hazırki iş üzrə iddiaçının nümayəndəsi olan vəkil Elnur Quliyev və Vəkil1 də iştirakları ilə keçirilən İddiaçı təqsirləndirilməsinə dair cinayət işlərində ibtidai istintaq və məhkəmə mərhələsində o, işçi olduğunu bildirmiş və müdafiəçiləri də bunu təsdiq etmişlər. Hazırki məhkəmə işində isə həmin şəxslər ziddiyyətli fikirlər səsləndirərək, guya İddiaçı şərik olmasına dair əsassız iddialar irəli sürürlər. Qeyd edilən ziddiyyətlər, saxta fikirlər İddiaçı iddiasının əsassız olmasına dəlalət edir. Çünki, necə ola bilər ki, “Şaurma” restoranına şərik olan şəxs ağır həyat şəraitində yaşayıb, taksi fəaliyyəti ilə məşğul olsun? Necə ola bilər ki, AR DİN BMCMİ-nə yazdığı ərizə və ifadəsində işçi olduğunu deyən şəxsin nümayəndələri hazırki məhkəmə iclasında onun işçi yox, şərik olduğunu bildirirlər? Bundan əlavə, mətbuata, müxtəlif saytlara və sosial şəbəkələrə verdiyi müsahibələrdə onun özünün həmin restoranda işçi kimi çalışdığını, sonra işdən çıxarıldığını bildirən İddiaçı, hazırda şərik olması barədə absurd fikirlər səsləndirir. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, ərizəyə əlavə edilən hökmlərdə, eləcə də məhkəməyə təqdim edilən video görüntülərdə olan materiallarda, İddiaçı tərəfindən onun 1999-2001-ci illərdə hərbi xidmətdə olduğu, hərbi xidmətdə olduğu vaxt guya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi xidməti vəzifələrini yerinə yetirən zaman düşmənin açdığı atəş nəticəsində üz nahiyəsindən xəsarət alması, Qarabağ qazisi olması və sair bu kimi səsləndirdiyi fikirlər də əsassızdır. Hazırki ərizəyə əlavə edilən Gəncə Hərbi Prokurorluğu tərəfindən təqdim edilən arayışa əsasən məlum olur ki, İddiaçı xx.xx.1999-cu ildə N saylı hərbi hissədə əsgər yoldaşının silahdan ehtiyatsız davranması səbəbindən açılan atəş nəticəsində xəsarət almışdır. Qeyd edilən bu fakt da, İddiaçı tərəfindən saxta fikirlər, sonradan düşünülmüş uydurma dəlillər üzərində iddia qaldırıldığını təsdiq edir. Belə bir iddianın qaldırılmasına səbəb isə Aqil Babayevin məhkum edilməsinə dair cinayət işi üzrə zərərçəkmiş Natiq Sadıqova təsir göstərərək, ona təzyiqlər etməkdən ibarətdir. Mülki iş materiallarına əlavə edilən və məhkəmə tərəfindən tədqiq edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X23 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş 3-21- 2-4/2-187831/2024 saylı, xx.xx.2024cü il tarixli məktubda qeyd edilir ki, uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN:**********) fəaliyyətinin xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılması, xx.xx.2020-ci il tarixdən vaxtı çatdığı üçün bərpa olunması, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Bu hal, həqiqətən də, “Şaurma N1” brendinin formal olaraq İddiaçı adına qeydiyyata alındığını, onun 2015-ci ildə adına olan formal qeydiyyatı Cavabdeh ötürdüyünü, öz VÖEN-nini də bağlayaraq, işdən uzaqlaşdırıldığını sübut edir. İddiaçı iddia ərizəsində “SHAURMA №1” əmtəə nişanının guya ona məxsus olduğunu, qeydiyyata aldırdıqdan sonra, 2018-ci ildə xəstəliklə bağlı müalicə olunduğunu, daha sonra bir sıra şəxslərin həmin əmtəə nişanından istifadə etdiyini öyrəndiyini, əqli mülkiyyət agentliyinə müraciət etdikdən sonra həmin əmtəə nişanının Cavabdeh məxsus olduğunu bildiyini qeyd etmişdir. Bildiririk ki, İddiaçı Bəhrəm oğlunun iddia ərizəsində qeyd etdikləri tamamilə yalandır, çünki “SHAURMA №1” brendi heç vaxt ona məxsus olmamış, formal olaraq onun adına qeydiyyata alınsa da, o, yalnız fəhlə və digər vəzifələrdə çalışmış, daha sonra isə işdən çıxarılmışdır. Bu faktlar iş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilən İddiaçı Bəhrəm oğlunun özünün hüquq-mühafizə orqanlarına ünvanladığı ərizələr, həmçinin X15 təqsirləndirilməsinə dair cinayət işi üzrə şahid qismində nümayəndəsinin (vəkil C.Bayramov) iştirakı ilə verdiyi şahid ifadələri ilə öz təsdiqini tapır. Ümumiyyətlə, “SHAURMA №1” əmtəə nişanı İddiaçı adına rəsmiləşdirilsə də o, heç zaman “SHAURMA №1” restoranının sahibi və ya payçısı olmamışdır. Məhkəməyə təqdim etdikləri xx.xx.2021-ci il tarixli AR DİN BMCMİ-nə İddiaçı verdiyi şahid ifadəsində iddiaçı özü qeyd edir: “Şaurma №1” restoranlar şəbəkəsinin sahibi X8 mən təxminən 2002-2003cü illərdən tanımışam, həmişə aramızda normal tanışlıq olmuşdur. O vaxtlar mən təsadüfi olaraq həmin restoranda fəhlə kimi işə düzəlmişdim. Mənim işim bulaşıq qabları daşımaqdan, sair əməli fəaliyyətdə köməklik göstərməkdən ibarət olmuşdur... mən həmin «Şaurma №1» restoranında təxminən 1 ay fəhlə işləyəndən sonra ofisiant kimi işləməyə davam etdim, təxminən bir ildən sonra isə baş ofisiant işlədim. 2005-ci ildə Natiq məni həmin restoranda anbar müdiri vəzifəsinə təyin etdi, 2006-cı ildən isə icraçı direktor təyin olundum. «Şaurma №1» restoranında icraçı direktor kimi 2011-ci ilə qədər işləmişəm... 2011-ci ildə «Şaurma №1» restoranında bəzi işçilər məndən Natiqə şikayət etmişdilər, belə ki, həmin vaxtlarda restoranın adminstratorları fəhlələri bir qədər incitmişdilər, mən də adminstratorların bu hərəkətlərinə bir qədər müdaxilə etmişdim... Ona görə də 2011-ci ildən 2016-cı ilə qədər mənim «Şaurma №1» restoranında təxminən 4-5 il işləmədim, lakin özüm işləməsəm də obyektlərin bir neçəsi, eləcə də nəzarət kassa aparatı mənim adıma olmuşdur. 2016-cı ildə həmin restoranın anbarında mənimsəmə hallarına şübhələr olduğu üçün Aqil Babayev məni restoranın anbarına bir növ agent kimi bu kimi halları müəyyən etmək üçün fəhlə kimi dəvət etdi, təxminən 12 gün anbarda fəhlə işlədim və mənim sayəmdə təxminən 100-140 min manat arası mənimsəmə halı müəyyən olundu... sonra mən icraçı direktor olaraq 2016-cı ildən 2018-ci ilədək həmin restoranda çalışmışam. 2018-ci ildə isə həmin restoranın bəzi işçiləri ilə aramızdakı münasibətlər gərginləşdiyi üçün mən özüm «Şaurma №1» restoranından işdən çıxdım. 2018-ci ildən bu günə qədər işsizəm, heç yerdə işləmirəm.” İddiaçının özü tərəfindən verilmiş ifadədə qeyd edilənlərdən də görünür ki, o, «Şaurma №1» restoranlar şəbəkəsində yalnız işçi kimi fəaliyyət göstərmiş, brend, şəbəkə, biznes heç vaxt ona məxsus olmamış, o, «Şaurma №1» restoranlarının sahibi olmamışdır. Sadəcə qazandığı inam nəticəsində onun VÖENindən istifadə edilmiş və əmtəə nişanı onun adına qeydiyyata alınmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq, guya 2018-ci ildə başqa şəxslərin istifadə etməsindən xəbər tutması tamamilə yalandır, çünki o, heç vaxt özü həmin əmtəə nişanından istifadə etməmişdir, hər zaman “başqa” şəxs, yəni «Şaurma №1» restoranının əsl sahibi istifadə etmişdir. Həmçinin, iddiaçı özü də qeyd edir ki, 2011-2016-cı illər ərzində 5 il işdən azad olunmuş və restoranda çalışmamışdır. Bu müddət ərzində də «Şaurma №1» əmtəə nişanından istifadə edildiyi ona məlum idi. Odur ki, iddiaçının guya 2018-ci ildə əmtəə nişanından başqa şəxslərin istifadə etdiyini bilməsi barədə dedikləri tamamilə yalan və əsassızdır. Bundan əlavə, İddiaçı Bəhrəm oğlu tərəfindən yazılaraq AR DİN BMCMİ-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli şikayət ərizəsinin ilk abzasında o, qeyd edir ki, 2005-2017-ci illər aralığında müəyyən müddətli fasilələrlə «Şaurma №1» restoranlar şəbəkəsində müxtəlif vəzifələrdə işləmişdir. Həmin müddət ərzində «Şaurma №1» restoranının VÖEN-i və adının patent hüququ onun adına olmuşdur. Ərizədə qeyd olunanlardan da tam aydın olur ki, 2005-2017-ci illərdə patent hüququnun ona məxsus olduğunu bildirməklə, sonrakı dövrdə artıq ona aidiyyatının olmadığını qeyd edir. Bununla da, İddiaçı özünün əmtəə nişanı üzərindəki formal hüququnun artıq başa çatdığından məlumatlı olduğu görünür. Burada mütləq qaydada nəzərə alınmalıdır ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən əmtəə nişanının qeydiyyatı iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verildiyi tarixdən 10 il müddətində qüvvədə olur. Qeydiyyatın qüvvədə olma müddəti qurtardıqdan sonra onun uzadılması üçün əmtəə nişanının sahibinə əlavə haqq ödəmək şərti ilə 6 ay möhlət verilir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müddətin qurtarması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir. 2010, 0274 nömrəli “Əmtəə nişanı Şəhadətnaməsi”ndən görünür ki, həmin şəhadətnamə xx.xx.2010-cu il tarixli dövlət reyestrində qeydə alınmışdır, onun ilkinlik tarixi xx.xx.2009-cu ildir. Odur ki, xx.xx.2009-cu ildən 10 il keçdikdən sonra, həmin əmtəə nişanının qeydiyyatına xitam verilməli idi. Dolayısı ilə, əgər İddiaçı əmtəə nişanının ona məxsus olduğunu iddia edirsə, o zaman o, 2019-cu ildə həmin əmtəə nişanının uzadılması ilə bağlı agentliyə müraciət etməli idi. Lakin, əmtəə nişanı ona məxsus olmadığından, onun adına qeydiyyata alınması formal xarakter daşıdığından və 2015-ci ildə özü müqavilə əsasında imzalamaq və möhürlə təsdiq etmək yolu ilə Cavabdeh əmtəə nişanı üzərində olan hüquqlarını bütövlükdə ötürdüyündən, həmin əmtəə nişanının qeydiyyatda olma müddəti bitdikdən sonra, onun uzadılması barədə düşünməmiş, bu barədə agentliyə müraciət etməmişdir. Sonradan həmin əmtəə nişanının qeydiyyatının uzadılması ilə bağlı nəzərə alınmalıdır ki, sonradan həmin əmtəə nişanının qeydiyyatının uzadılması ilə bağlı müraciət həmin hüququn məxsus olduğu Cavabdeh tərəfindən edilmiş və əmtəə nişanı ona məxsus olmaqla, uzadılmışdır. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin əsasandırıcı hissəsində məhkəmə qeyd edir: (bax: Qətnamə səhifə 16, 48-ci abzas) “48. Məhkəmə qeyd edir ki, əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır və həmin əmtəə nişanından üçüncü şəxslərin istifadəsinə razılıq verməsi üçün üçüncü şəxslərlə şəriklik tələb edilmir. Başqa sözlə, iddiaçının “Shaurma №1” restoranlar şəbəkəsində işləməsi və ya işləməməsinin həmin nişandan üçüncü şəxs X6 istifadəsinə icazə verməsinə hər hansı təsiri yoxdur. Bu səbəbdən cavabdehin iddiaçı “Shaurma №1” restoranlar şəbəkəsində işləmədiyi halda, həmin əmtəə nişanının sahibi ola bilməməsi barədə arqumentləri əsassızdır.” Bildiririk ki, məhkəmənin bu mövqeyi qanunvericiliyin tələbinə ziddir. Əvvəla, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun əsas anlayışlar adlanan 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Bundan əlavə, həmin qanunun bütün müddəalarında mütləq qaydada əmtəə nişanını sahibkarın birbaşa olaraq özünün istehsal etdiyi məhsul və ya xidmətin qeydə alınması və digər sahibkarların məhsul və xidmətlərindən fərqləndilrilməsi üçün qeydə alındığı göstərilir. Bu səbəbdən burada mütləq tələb odur ki, əmtəə nişanını qeydiyyata aldırmaq istəyən şəxs mütləq qaydada həmin xidməti və ya istehsalı birbaşa həyata keçirən şəxsin özü olmalıdır. Amma hazırki işdə İddiaçı Bəhrəm oğlu restoranlar şəbəkəsində adi işçi olduğu halda əmtəə nişanı onun adına qeydiyyata alınmışdır, bu isə qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə bu xüsusata nəzər yetirməmişdir. Digər tərəfdən Qətnamənin 9-cu səhifəsində, 10-cu abzasda qeyd edilir: “Məhkəmənin suallarına cavab olaraq iddiaçı möhürünün olduğunu, lakin ofisdə saxlanldığını bildirdi. Həmçinin saxtalaşdırılmasının mümkün olduğunu da qeyd etdi”. Bildiririk ki, iddiaçı tərəfindən veirlən bu cavab tamamilə yalandır, belə ki, o, 2015-ci ilin fevral ayında özünə məxsus VÖEN-i tam bağlamışdır, sözügedən möhür isə onda yoxdur. Həmin vaxtdan o, möhürü “Şaurma 1” restoranlarının əsl sahibinə vermişdir. Məhkəmə isə bu xüsusatı dəqiqləşdirməmiş, iddiaçının yalandan guya möhürün onda olduğunu bildirməsi ilə kifayətlənmiş, bunun həqiqət olub-olmamasını dəqiqləşdirməmişdir. Bundan əlavə, məhkəmə ümumiyyətlə ekspert qarşısında yalnız imzanın eynilik təşkil edibetməməsi barədə sual qoymuş, möhürün eynilik təşkil edib-etməməsini ekspert qarşısnda sual qoymamış, möhürlə bağlı məsələləri araşdırmadan, formal olaraq üzərindən keçmişdir. Həmçinin, bildiririk ki, məhkəmənin qətnamənin əsaslandırıcı hissəsində, 17-ci səhifədə 54 və 55 saylı abzaslarda qeyd etdiyi əsaslandırma ilə ümumiyyətlə razı deyillər. Həmin qətnamədə qeyd edilir: (bax: saəhifə 17, abzas 54-55) “54. Digər tərəfdən, mülki qanunvericilik və işgüzar praktikada fiziki şəxsin möhürünün olması, həmin möhürün xüsusi qaydada saxlanılması, möhürün itirildiyi halda, hüquq-mühafizə orqanlarına məlumat verilməsi barədə tələblər müəyyən edilməmişdir. Təsadüfi deyildir ki, iquqüH“ şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-1 və 16.1-1.3-cü maddələrində hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı həmin təşkilatların möhürlərinin müvafiq icra hakimiyyəti orqanına təhvil verməli olması, möhür müvafiq icra hakimiyyəti orqanına təqdim edilməyənədək təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlərin verilməyəcəyi, möhür itirildiyi halda isə bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışın təqdim edilməli olduğu nəzərdə tutulur. Göründüyü kimi mülki qanunvericilikdə möhürlə bağlı xüsusi tələblər məhz hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə münasibətdə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müqavilədəki möhürün həqiqətən iddiaçıya məxsus olması müəyyən edilə, itirilmişdirsə bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş hansısa tədbiri görməməsi və s. əsas götürülərək müvafiq möhürün müqavilədə olması iddiaçının adıçəkilən müqaviləni bəyənməsi və ya təsdiq etməsi kimi yozula bilməz”. Bu əsaslandırma ilə ümumiyyətlə razı deyil. Möhürün verilməsi İddiaçı iradə ifadəsini əks etdirir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi və vəkili tərəfindən etiraz daxil olmuşdur.
8. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı Bəhrəm oğlu “SHAURMA №1” əmtəə nişanının sahibi, həmin əmtəə nişanı üzərində hüquqlarını qeydiyyata aldırmaq üçün aidiyyatı üzrə həmin dövrdə, 2009-cu ildə buna cavabdeh olan dövlət qurumu “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi”nə müraciət etmişdir. İddiaçının müraciətinə əsasən, “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” tərəfindən onun “SHAURMA №1” əmtəə nişanı üzərində əqli mülkiyyət hüquqları qeydə alınmış və ona 2010 0274 nömrəli, 04.03.20 10-cu il tarixində dövlət reyestrində qeydə alınan “Əmtəə nişanı Şəhadətnaməsi” təqdim edilmişdir (iddia ərizəsinə əlavə edilmişdir). “Əmtəə nişanları və Coğrafi Göstəricilər” barədə “Sənaye Mülkiyyət” Bülletenin xx.xx.2011-ci il tarixli buraxılışının 40-cı səhifəsində 2010 0274 nömrəli, xx.xx.2010-cu il tarixində dövlət reyestrində qeydə alınan “SHAURMA №1” əmtəə nişanın üzərində iddiaçının əqli mülkiyyət hüquqlarının qeyd alınmasına dair informasiya dərc edilmişdir. (iddia ərizəsinə əlavə edilmişdir) Bundan sonra 2011-ci ildə iddiaçı tərəfindən ona məxsus olan “SHAURMA №1” əmtəə nişanı üzərində beynəlxalq səviyyədə əqli mülkiyyət hüquqlarını qeydə aldırmaq üçün İspaniyanın Madrid şəhərində yerləşən “Beynəlxalq Əqli Mülkiyyət Təşkilatı”na (WİPO) müraciət edilmiş və həmin təşkilatdan İddiaçı Bəhrəm oğlunun müraciətinə müsbət cavab verilmişdir. Belə ki, “SHAURMA №1” əmtəə nişanı üzərində iddiaçının əqli mülkiyyət hüquqları Belarus, Çin, İran, Qazaxıstan, Rusiya Federasiyası, Ukraynada tanınmışdır. (iddia ərizəsinə əlavə edilmişdir) Bir müddət sonra təqribən 2018-ci ildə iddiaçının səhhətində yaranmış problemlərlə bağlı olaraq müalicə olunmuşdur. Daha sonra bir sıra şəxslərin ona məxsus olan “SHAURMA №1” əmtəə nişanından istifadə etdiyini öyrənmişdir. İddiaçının vəkili tərəfindən bununla bağlı olaraq, “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi”nin hüquqi varisi Əqli Mülkiyyət Agentliyinə iki dəfə müraciət edilmişdir. Agentlikdən vəkilin sorğularına verilən cavablar isə tam qanunsuz idi. Beləki, Agentliyin cavablarında iddiaçıya məxsus olan 2010 0274 nömrəli, xx.xx.2010-cu il tarixli “SHAURMA №1” əmtəə nişanın Cavabdeh məxsus olduğu bildirilmişdir. (iddia ərizəsinə əlavə edilib) Bundan sonra təkrarən xx.xx.2023-cü il tarixində iddaçının vəkili tərəfindən yenidən Əqli Mülkiyyət Agentliyinə sorğu göndərilmiş, sorğuya “SHAURMA №1” əmtəə nişanın ona məxsus olmasını təsdiq edən sənədlər əlavə edilmiş və həmçinin sorğuda Agentlikdən ona məxsus olan əmtəə nişanının hansı əsaslar və şəraitdə Cavabdeh adına rəsmiləşdirilməsinə dair sənədlər də istənilmişdir. (iddia ərizəsinə əlavə edilib) İddiaçının vəkilin ünvanladığı qeyd edilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, 2010 0274 nömrəli, xx.xx.2010-cu il tarixli “SHAURMA №1” əmtəə nişanı ilkin olaraq, İddiaçı Bəhrəm oğlunun adına rəsmiləşdirilmiş və guya onunla Cavabdeh arasında, notarial olmayan və qanunvericiliyin tələbini pozmaqla hüquqların ötürülməsinə dair xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilə bağlanmışdır. Sorğuya verilmiş cavabdan görünür ki, Cavabdeh izi itirmək üçün daha sonra 2016-cı ilin sentyabrında X21 adlı şəxslı iddiaçıya məxsus olan 2010 0274 nömrəli, xx.xx.2010-cu il tarixli “SHAURMA №1” əmtəə nişanı üzərində hüquqların ötürülməsinə dair bu dəfə notarial müqavilə imzalamışdır. Daha sonra 2021-ci ilin 11 iyununda isə bu dəfə X21 ilə Cavabdeh arasında yenə notairal müqavilə bağlanaraq, iddiaçıya məxsus olan 2010 0274 nömrəli, xx.xx.2010-cu il tarixli “SHAURMA №1” əmtəə nişanı üzərindəki əqli mülkiyyət hüquqları yenidən Cavabdeh qaytarılmışdır. (iddia ərizəsinə əlavə edilib) Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən vəkil sorğusuna xx.xx.2023-cü il tarixli, 11-4/2- 293/2023-cü il tarixli cavab məktubuna həmçinin, guya mənimlə Cavabdeh arasında imzalanmış yuxarıda qeyd edilən xx.xx.2015ci il tarixli 47 nömrəli müqavilə də əlavə edilmişdir.( iddia ərizəsinə əlavə edilib) İş məhkəmədə baxılarkən xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilənin etibarsız hesab edilməsi tələbi irəli sürülərkən həmin müqaviləyə iddiaçının imza etmədiyinin bildirildiyi nəzərə alınaraq məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2762/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, N 2010 0274 qeydiyyat nömrəli “SHAURMA №1” əmtəə nişanına dair hüquqların İddiaçı Cavabdeh verilməsinə dair “Əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə” müqavilədə “hüquqları verən tərəf” sətrinin qarşısındakı sahədə “İddiaçı” adının altında yerləşən imza nümunəsinin İddiaçı tərəfindən icra edilib-edilməməsi barədə ekspert qarşısında sual qoyulmuş, müqavilənin əsli ekspertiza tədqiqatına təqdim olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2024-cü il tarixli 4/1033 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, N 2010 0274 qeydiyyat nömrəli “SHAURMA Nq1” əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə (İddiaçı Cavabdeh) verilməsi barədə müqavilədə “Hüquqları verən tərəf: adı, soyadı, imzası, yer, tarix (hüquqi şəxs olduğu təqdirdə, vəzifəsi, möhür) bəndində “İddiaçı” yazılarının aşağısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “X24” MMC-nin 03 iyul 2023-cü il tarixli İEM-02/07/23 nömrəli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yazılmış İddiaçı adından olan ərizənin surətində “İddiaçı” yazısından aşağıdakı imza və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Patent Şöbəsinin “Əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə müqavilə”sinin surətində “Hüquqları verən tərəf: adı, soyadı, imzası, yer, tarix (hüquqi şəxs olduğu təqdirdə, vəzifəsi, möhür)” bölməsində “İddiaçı” yazısından aşağıdakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yazılmış İddiaçı adından olan ərizənin surətində “İddiaçı” yazısından aşağıdakı imza, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Patent Şöbəsinin “Əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə müqavilə”sinin surətində “Hüquqları verən tərəf: adı, soyadı, imzası, yer, tarix (hüquqi şəxs olduğu təqdirdə, vəzifəsi, möhür)” bölməsində “İddiaçı” yazısından aşağıdakı imza və həmin müqavilənin surətinin “Hüquqları alan tərəf: adı, soyadı, imzası, yer, tarix (hüquqi şəxs olduğu təqdirdə, vəzifəsi, möhür)” bölməsində “Cavabdeh” yazısından aşağıdakı imza - hər üçü eyni şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş “X11” MMC-nin 30 may 2023-cü il tarixli 83 nömrəli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Patent Şöbəsinin tərtib etdiyi “Əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə müqavilə”də “hüquqları verən tərəf” qrafasında imza İddiaçı tərəfindən deyil, başqa bir şəxs tərəfindən bənzədilmiş formada icra edilmişdir. Göründüyü kimi, istər 24 iyul 2024-cü il tarixli 4/1033 nömrəli ekspert rəyində, istərsə də 03 iyul 2023-cü il tarixli İEM-02/07/23 nömrəli və 30 may 2023-cü il tarixli 83 nömrəli mütəxəssis rəylərində xx.xx.2015-ci il tarixli 47 nömrəli müqaviləyə iddiaçının imza etmədiyi məlum olmuşdur. Hətta onuda qeyd edim ki, əmtə nişanının Cavabdeh adına ötürülməsi ilə bağlı müqavilə üzərində olan imza saxtalaşdırılmaqla yanaşı xx.xx.2015- ci il tarixli 47 nömrəli müqavilədə tərəflərin imzalarının notarial qaydada təsdiqlənmədiyidə müəyyən olmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 2.3-cü bəndinin 11 və 12-ci abzaslarına əsasən, hüququ şəxsin adından ərizə və əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsi təşkilatın rəhbəri və ya müvafiq qaydada səlahiyyəti olan şəxs tərəfindən imzalanır. İmza edən şəxsin vəzifəsi göstərilir və hüquqi şəxsin möhürü ilə təsdiq olunur. İmza edənşəxsin soyadı və adı göstərilir. Müqaviləni imzalayan tərəflərdən biri fiziki şəxs olduqda, onun imzası notarial qaydada təsdiq edilir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, N 2010 0274 nömrəli əmtəə nişanına dair hüquqların verilməsi ilə bağlı prosedurlar 2015-ci ildə Komitənin müvafiq struktur bölməsi tərəfindən icra olunarkən Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nomreli Qərarı ile təsdiq edilmiş "Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları"nın 2.3-cü bəndinin 12-ci abzasının tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, qeyd edilen Qaydaların 2.3-cũ bəndinin 12-ci abzasına əsasən müqaviləni imzalayan tərəflərdən biri fiziki səxs olduqda, onun imzası notarial qaydada təsdiq edilməlidir. Lakin tərəflərin hər ikisinin fiziki şəxs olmalarına baxmayaraq, onların imzaları notarial qaydada təsdiqlənməmişdir. Əmtəə nişanına dair hüquqların verilməsi ilə bağlı müqavilənin qeydiyyatı üzrə yekun sənədin bir nüsxəsi Komitənin müvafiq struktur bölməsindən hüquqları əldə edənin özü va ya onun səlahiyyətli nümayəndəsi tərəfindən yox, işlə heç bir əlaqəsi olmayan kənar șəxs terəfindən götürülmüşdür.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
10. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
12. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
13. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
14. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
15. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
16. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
17. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
18. Həmin Məcəllənin 354-cü maddəsi əqdin etibarsız hesab edilməsi ilə bağlı iddialar üzrə həm iddia, həm də kəsici müddətləri nəzərdə tutur.
19. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Nəticələrin tətbiqi dedikdə, etibarsız əqd üzrə tərəflərin aldıqlarının hamısını eynilə qaytarması, bu mümkün olmadıqda isə dəyərini pulla ödəməsi başa düşülür.
20. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
21. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, qətnamə əsassız və qanunsuzdur.
24. İşin halları ondan ibarətdir ki, 2009-cu il 13 noyabr tarixli 2009 1462 nömrəli iddia sənədi əsasında “Shaurma №1” əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 35-ci (reklam, malların satışı üzrə xidmətlər), 39-cu (malların qablaşdırılması və saxlanması) və 43-cu (ərzaq və içkilərlə təmin etmə üzrə xidmətlər) sinifləri üzrə X17 Reyestrində İddiaçı adına 2010-cu il 04 mart tarixində qeydiyyata alınmışdır (şəhadətnamə № 2010 0274). Bundan sonra iddiaçı ilə Cavabdeh arasında əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilə imzalanmış, ərizəçi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edərək, adıçəkilən əmtəə nişanına dair hüquqların bütövlükdə Cavabdeh verilməsi barədə müqavilənin qeydiyyata alınmasını xahiş etmiş, bu barədə Dövlət Reyestrində 16 noyabr 2015-ci il tarixində müvafiq qeydlər aparılmışdır. Bundan sonra 20100274 nömrəli qeydiyyat üzrə əmtəə nişanı sahibinin Cavabdeh hüquqları bütövlüklə X13 verilməsi barədə 05 sentyabr 2016cı il tarixli 56 nömrəli müqavilə qeydiyyata alınmış, bu barədə Dövlət Reyestrində 05 sentyabr 2016-cı il tarixində müvafiq qeydlər aparılmışdır. №20100274 nömrəli qeydiyyat üzrə əmtəə nişanı sahibinin X9 hüquqları bütövlüklə Cavabdeh verilməsi barədə 11 iyun 2021-ci il tarixli 2021/059 nömrəli müqavilə qeydiyyata alınmışdır. Bu barədə Dövlət Reyestrində 11 iyun 2021-ci il tarixində müvafiq qeydlər aparılmışdır. Hal-hazırda “Shaurma №1” əmtəə nişanı Cavabdeh adına qeydiyyatdadır.
25. İddiaçı xx.xx.2015-ci il tarixli, 47 nömrəli müqavilənin bağlanmasından məlumatı olmadığını, müqaviləyə imza etmədiyini, müqavilənin qeydiyyata alınması barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etmədiyini, müqavilədəki imzanın notarial qaydada təsdiq edilmədiyini bildirərək, xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir.
26. Cavabdeh və üçüncü şəxs X16 iddiaya etiraz edərək, əvvəlcə xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilənin və onun qeydiyyata alınması barədə ərizənin iddiaçı tərəfindən şəxsən imzalandığına, 24 iyul 2024-cü il tarixli 4/1033 nömrəli ekspert rəyindən sonra isə müqavilənin iddiaçının nümayəndəsi tərəfindən imzalandığına, sonuncunun möhürü ilə təsdiq edildiyinə, iddiaçının istintaqa verdiyi ifadəsində “Shaurma №1” restoranlar şəbəkəsində işçi olduğunu və 2005-2017-ci illərdə əmtəə nişanına sahiblik etdiyini bildirməsinə, iddiaçının VÖEN-in fəaliyyətini dayandırığına və əmtəə nişanın qüvvədə olma müddəti başa çatdıqdan sonra yenidən qeydiyyata alınması ilə bağlı müraciət etmədiyinə, iddia müddətinin ötdüyünə istinad edərək iddianın rədd edilməsini xahiş etmişdir.
27. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilə iddiaçının iradə ifadəsinin olmamasına, yəni subyekt tərkibinə dair qanunvericiliyin tələbinin pozulmasına və sonradan bəyənilməməsinə, eləcə də məcburi hüquq qaydasını (“Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı” Qaydalarını və Mülki Məcəllənin 359.3-cü maddələrini) pozduğuna görə etibarsız hesab edilməlidir (22-56-cı paraqraflar).
28. Daha sonra məhkəmə hazırkı tələbə Mülki Məcəllənin 354.1 və 354.2-ci maddələrində nəzrdə tutulmuş müddətlərin tətbiqini mümkün saymamışdır.
29. Məhkəmənin qənaətinə görə, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. Mülki Məcəllənin 354.2-ci maddəsi isə etibarsızlığın yuxarıda sadalanan növlərindən yalnız birində - mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutur. Mübahisə edilən əqdlərdə əqdin tərəfinin iradəsi zədələnmiş olur. İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s). Bu növ etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq, aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Göstərilənlərə əsasən, əhəmiyyətsiz və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər üzrə qaldırılmış iddialara Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətlərin tətbiqi yolverilməzdir. Başqa sözlə, hazırda iddiaçının tələbinə Mülki Məcəllənin 354.1-ci maddəsinə təsbit edilmiş iddia müddəti və 354.2-ci maddəsində təsbit edilmiş kəsici müddətlər şamil edilmir.
30. Kollegiya göstərilən əsaslandırma ilə razılaşır, belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddət iradənin zədələnməsi halında əqdi mübahisələndirmək üçün nəzərdə tutulmuş kəsici müddətdir və həmin müddətin hazırki iddiaya tətbiqindən söhbət gedə bilməz (iddianın əsaslarını mübahisələndirmə halları təşkil etmir).
31. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik iddia müddəti isə əhəmiyyətsiz əqd əsasında əldə edilmişlərin geri qaytarılması ilə bağlı tələblər üçün keçərlidir.
32. Mülki Məcəllənin 2.2-ci maddəsinə görə, mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir.
33. Mülki Məcəllənin 135.2-ci maddəsinə görə, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.
34. Mülki Məcəllənin 135.5-ci maddəsinə görə, daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir.
35. Beləliklə, əmlak hüquqları elə hüquqlardır ki, onlar hər hansı şəxsi əşyaya sahiblik və ya onun bir şəxsdən digərinə ötürülməsi ilə əlaqədar yaranır. Əmlak hüquqlarının həmişə iqtisadi məzmunu olur, bu da o deməkdir ki, onun predmeti yalnız hər hansı maddi dəyəri olan əşya, yaxud da onunla bağlı öhdəliklər ola bilər. Əmlak hüquqlarını iki kateqoriyaya bölmək olar: əşya və öhdəlik hüquqları.
36. Şəxsi qeyri-əmlak hüquqları isə elə hüquqlardır ki, onlar insana doğuluğu vaxtdan və qanuna əsasən məxsus olur, onları almaq və ya ötürmək olmaz (məsələn, yaşamaq, ad və s.). Əmlak hüquqlarından fərqli olaraq, şəxsi qeyri-əmlak hüquqlarının iqtisadi məzmunu yoxdur, ona görə də onlar maddi maraqlarla bağlı olmur.
37. Əqli mülkiyət hüququ da şəxsi qeyri-əmlak hüquqlarına aiddir, lakin, onun fərqli xüsusiyyəti ondan ibarətdir ki, o, iqstiadi dəyərə malikdir, onun yaradıcısı vardır. Buna baxmayaraq, qeyri-maddi obyektdir, ona görə də əşya hesab olunmur.
38. Mülki Məcəllənin 384.0.1-ci maddəsinin tələbinə görə isə şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti tətbiq olunmur.
39. İddiaçının tələbi də şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsinə yönəldiyindən, bu tələbə iddia müddəti tətbiq oluna bilməz.
40. Hazırki iddianı qaldırmaqda iddiaçının məqsədi əmtəə nişanına əsaslanan şəxsi qeyriəmlak hüquqlarının bərpasına nail olmaq olmuşdur, çünki iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Əmtəə nişanına hüquqların ötürülməsi barədə xx.xx.2015-ci il tarixli əqdin etibarsızlığı isə iddianın faktiki əsasını təşkil edir.
41. İddiaçının əqdin etibarsızlığını şərtləndirən faktiki halları (əsasları) ondan ibarətdir ki, müqavilənin bağlanmasından onun məlumatı olmamış, müqaviləyə imza etməmiş, müqavilənin qeydiyyata alınması barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ərizə verməmiş, müqavilədəki imzalar notarial qaydada təsdiq edilməmişdir.
42. Birinci instansiya məhkəməsi həmin hallar üzrə apardığı araşdırma nəticəsində belə qənaətə gəlmişdir ki, xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilə iddiaçı tərəfindən imzalanmamış, əqdi imzalayan şəxslərin imzaları notarial qaydada təsdiq edilməmiş, həmçinin əqdi hər iki tərəfdən eyni şəxs – Cavabdeh (cavabdehin nümayəndəsi və vəkili müqaviləyə Cavabdeh və iddiaçının nümayəndəsinin imza etdiyini bildirdiyindən və 03 iyul 2023-cü il tarixli İEM-02/07/23 nömrəli mütəxəssis rəyi ilə müqavilənin hər iki tərəfdən eyni şəxs tərəfindən imzalandığı müəyyən edildiyindən həmin müqaviləyə hər iki tərəfdən Cavabdeh imza etdiyi aydın olur) müqaviləyə imza etdiyindən təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində əqd bağlamasını qadağan edən məcburi hüquq qaydası pozulmuşdur.
43. Müqavilənin iddiaçı tərəfindən imzalanmaması və imzanın notariat qaydada təsdiq olunmaması, bununla da həmin əqdin əhəmiyyətsiz olması ilə bağlı məhkəmənin qənaəti ilə Kollegiya razılaşır.
44. Bununla yanaşı birinci instansiya məhkəməsi 03 iyul 2023-cü il tarixli İEM-02/07/23 nömrəli mütəxəssis rəyinə əsaslanaraq hesab etmişdir, müqaviləni iddiaçının əvəzinə etibarnamə üzrə Cavabdeh imzalamış, bununla da təmsilçi kimi öz xeyrinə hərəkət etməklə, Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərini pozmuşdur.
45. Məhkəmə “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı” Qaydalarının və Mülki Məcəllənin 359.3-cü maddələsinin tələblərinin pozulmasını məcburi hüquq qaydasının pozulması kimi qiymətləndirmişdir.
46. Əvvəla, nə cavabdeh müqaviləni iddiaçının adından etibarnamə əsasında imzaladığını bildirmiş, nə də Əqli Mülkiyyət Agentliyi tərəfindən iddiaçının vəkilinə təqdim olunmuş 25 vərəqədən ibarət sənədlər toplusunda belə bir etibarnamə yer almışdır.
47. Digər tərəfdən isə “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı” Qaydalarının və Mülki Məcəllənin 359.3-cü maddələsinin tələblərinin pozulması məcburi hüquq qaydalarının pozulması kimi qiymətləndirə bilməz, çünki məcburi hüquq qaydalarının pozulması ilə bağlanmış əqd yalnız məhkəmə qərarı ilə etibarsız hala gətirilir, istinad olunan hallar isə əhəmiyyətsizliklə bağlıdır.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında məhkəmə qərarı ilə etibarsız sayılan əqdlərin aşağıdakı növləri müəyyən edilmişdir: hərracın keçirilməsi qaydalarının pozulmasının nəticəsində hərracın etibarsız sayılması (maddə 416); qiymətli kağızların buraxılışının etibarsız sayılması (maddə 1078-27.1.3) və vəsiyyətnamənin etibasız sayılması (maddə 1225.3).
49. Bu işlərdə iddiaçı məcburi hüquq qaydalarının (məsələn, hərracın keçirilmə qaydalarının) pozulması nəticəsində mülkiyyət hüququnun müdafiəsini tələb edir. Məcburi hüquq qaydalarının pozulması ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsinin əhəmiyyətsiz əqdlərdən fərqi odur ki, bu əqdin etibarsızlığı məhkəmə aktı ilə əmələ gəlir, lakin əqd bağalandığı andan etibarsızdır (əhəmiyyətsiz əqdlərdə isə əqd özü-özlüyündə bağlandığı andan etibarsızdır). Hərracdan bağlanmış əqdin etibarsız sayılması üçün məhkəmə aktı ona görə tələb olunur ki, iddiaçı onun keçirilməsinə (hərracın keçirilməsi qaydalarına, yəni məcburi hüquq qaydalarına) müdaxilə etmək imkanında olmur, yəni hərracın keçirilməsi onun iradəsindən kənar baş verir və iddia ərizəsi ilə o, yalnız hərracın qanunvericiliklə nəzərdə tutulmuş qaydalar pozulmaqla keçirilməsi əsası ilə, onun nəticələrinin etibarsız sayılması barədə iddia qaldıra bilər.
50. Bu əqdlər yalnız məhkəmə qərarı ilə etibarsız hala gətirilə bilər və qanuni qüvvəsini almış məhkəmə qərarı olana kimi həmin əqdlərin etibarlılıq prezumsiyası qüvvədə olur. Bu qayda ondan irəli gəlir ki, belə əqdlərin bağlanması bilavasitə dövlət orqanının iştirakı ilə həyata keçirilməklə, həmin orqana etimad prinsipi tərəflərdə əqdin etibarlılığına inam yaradır.
51. Bu etibarsızlıq halı Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında ayrıca növ kimi təsnif edilməklə mülki qanunvericilikdə əqdin etibarsızlığına səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlərin fərqli şəkildə tənzimləndiyi vurğulanmışdır.
52. Əmtəə nişanına dair hüquqların verilməsi əqdinin bağlanması isə məcburi hüquq qaydalarından kənar baş verir.
53. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununda, nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı” Qaydalarında əmtəə nişanına dair hüquqların verilməsi əqdinin notarial qaydada rəsmiləşdirilməsi barədə tələb yoxdur, yalnız müqavilə tərəfi fiziki şəxs olduqda onun imzasının (əqdin yox) notarius tərəfindən təsdiq olunması tələb olunur.
54. Eləcə də təmsilçinin öz xeyrinə hərəkət etməsi də məcburi hüquq qaydasının pozulması kimi başa düşülməməlidir.
55. Məcburi hüquq qaydasının pozulması dedikdə, əqdin tərəflərinin müdaxilə etmək imkanında olmadığı qanunun müəyyən etdiyi xüsusi prosedur qaydaların səlahiyyətli orqan (şəxs) tərəfindən pozulması başa düşülür. İddiaçının istinad etdiyi faktiki əsaslar isə əqdin əhəmiyyətsizliyinə dəlalət edən hallarıdır.
56. Əhəmiyyətsiz əqdlərdə “məcburi hüquq qaydalarına zidd” dedikdə, əqdin forma və məzmun tələblərinə dair qanunla müəyyən olunmuş qaydalara zidd olması başa düşülür.
57. Qeyd olunanlarla yanaşı Kollegyia hesab edir ki, iddiaçı xx.xx.2015-ci il tarixli 47 nömrəli əqddən məlumatlı olmuş, olmamışsa belə, sonrakı hərəkətləri ilə həmin əqdi bəyəndiyini açıq-aşkar nümayiş etdirmişdir.
58. Birinci instansiya məhkəməsi həmin məsələyə qiymət versə də, tərəflərin faktiki münasibətlərini hazırki işə səhv tətbiq etmiş, nəticədə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçı əqdi sonradan da bəyənməmişdir.
59. Məhkəmə iddiaçının istintaqda verdiyi ifadəyə qiymət verərək qeyd etmişdir ki, əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır və həmin əmtəə nişanından üçüncü şəxslərin istifadəsinə razılıq verməsi üçün üçüncü şəxslərlə şəriklik tələb edilmir. Başqa sözlə, iddiaçının “Shaurma №1” restoranlar şəbəkəsində işləməsi və ya işləməməsinin həmin nişandan üçüncü şəxs X6 istifadəsinə icazə verməsinə hər hansı təsiri yoxdur. Bu səbəbdən cavabdehin iddiaçı “Shaurma №1” restoranlar şəbəkəsində işləmədiyi halda, həmin əmtəə nişanın sahibi ola bilməməsi barədə arqumentləri əsassızdır. Bununla yanaşı, iddiaçının özünün də X6 “Shaurma №1” əmtəə nişanından istifadəsinə icazə verdiyini bildirməsi və əmtəə nişanını əldə edən şəxslər tərəfindən də X10 müvafiq icazənin verilməsinə davam etdirilməsi halında, iddiaçının əmtəə nişanı üzrə hüquqların verilməsindən xəbərdar olması istisna edilir.
60. Kollegiya göstərilən əsaslandırma ilə razılaşmır.
61. İddiaçının istintaqda verdiyi ifadəsindən və işin hallarından aşkar şəkildə müəyyən olunur ki, iddiaçının “Shaurma №1” restoranlar şəbəkəsinə hər hansı aidiyyəti olmamışdır (sahiblik, istifdə və sərancam hüquqları baxımından). İddiaçı həmin restoranda yalnız işçi olmuşdur. Uzun müddət işləməklə etimad qazandığından, əmtəə nişanı onun adına rəsmiləşdirilmiş, 2015-ci ildə isə həmin hüquqları cavabdehə ötürmüşdür. İddiaçının VÖEN-i 2015-2020-ci illərdə aktiv olmamış, 2020-2025-ci illər üçün də fəaliyyətini dayandırmışdır.
62. İddiaçının ifadəsindən də aydın olur ki, o, 2016-cı ildə işdən çıxmış, sonra bir müddət “agent” kimi anbarda fəhlə işləmiş və 2018-ci ildə isə tamamən işdən çıxaraq “Shaurma №1” restoranı ilə əlaqəsini kəsmişdir.
63. Kollegiya hesab edir ki, iddiaçı işləmədiyi və rəsmi fəaliyyətini dayandırdığı halda, ona məxsus əmtəə nişanından başqalarının istifadə etməsini görüb-bilməməsi inandırıcı deyil, ələlxüsus Bakı şəhərində geniş fəaliyyət göstərən “Shaurma №1” restoranlar şəbəkəsinin fəaliyyəti hamıya bəlli olan hal olmuşdur.
64. Birinci instansiya məhkəməsi “əmtəə nişanının müvəqqəti istifadə üçün verilməsinin mümkün olması barədə” səhv nəticəyə gəlmişdir, çünki “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin tələbinə görə, əmtəə nişanının sahibi əmtəə nişanından istifadə hüququnu başqa şəxsə vermək üçün müvafiq icra hakimiyyəti orqanında qeydə alınan lisenziya müqaviləsi bağlanmalıdır, hazırki halda isə belə bir müqavilənin bağlanması müəyyən olunmur.
65. İddiaçının 10 ildən sonra hüquqlarını yenidən qeydiyyata aldırmaq üçün müraciət etməməsinə dair cavabdehin dəlillərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, həmin müraciətin edilməməsi özü-özlüyündə müqaviləni etibarlı etmir. Həmin məsələ yalnız cari müddətə iddiaçının əmtəə nişanına hüququnun olub-olmaması ilə əlaqədar mübahisəyə baxılarkən nəzərə alına bilər.
66. Kollegiya razılaşır ki, iddiaçının göstərilən müddət bitəndən sonra müraciət etməməsi müqaviləni etibarlı etmir, ancaq müraciətin edilməməsi özü də onun göstəricisidir ki, iddiaçı əmtəə nişanına olan hüquqlarını artıq 2015-ci ildə cavabdehə verməsini bilib bəyənmişdir. xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilənin bağlanması (rəsmiləşdirilməsi) üçün iddiaçının adına olan əmtəə nişanına dair xx.xx.2009-cu il tarixli 2009 1462 nömrəli şəhadətnamənin cavabdehə verilməsi də göstərilənləri təsdiq edir, yəni bütün bu müddət ərzində iddiaçının adına olan şəhadətnamənin özü də onda olmamışdır.
67. Azərbacan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konklyudent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
68. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidirlər.
69. Qeyd edilənlərdən aydın olur ki, birinci instansiya məhkəməsi qeyd edilən işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
70. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
71. Ona görə də, kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
72. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2762/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı məxsus olan N 2010 0274 nömrəli “Shaurma N1” əmtəə nişanına dair hüquqların Cavabdeh verilməsi barədə xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinə görə ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilsin. Ekspertiza xərci olaraq İddiaçı 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.