Məhkəmə qərarları › İş №2-2(103)-191/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-191/2021

09.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-191/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Leysan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, müşahidə şurasının sədri X1, cavabdeh “xxxx” ASC-nin sədri X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh ASC-yə qarşı “mühafizə zolağından qanunsuz istifadənin qadağan olunması, açılmış qapının bağlanması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2476/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İctimai Birliyi xx.xx.2020-ci il tarixdə cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASCnin mühafizə zolağına açdığı qapının bağlanması, zəbt etdiyi mühafizə zolağından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin mühafizə zolağından qanunsuz istifadə etməsinə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2476/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakim L.Əliyeva) iddiaçı “İddiaçı” İctimai Birliyinin cavabdeh “xxxx” ASC-yə qarşı mühafizə zolağından qanunsuz istifadənin qadağan olunması, açılmış qapının bağlanması tələbinə dair kommersiya mübahisəsi üzrə iddianın təmin edilməsi tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddianın təmin etmə tədbiri barədə ərizə təqdim edərək, “İddiaçı” İctimai Birliyinə məxsus olan Azərbaycan Respublikası Memarlıq və Planlaşdırılması Bölməsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül -1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində təsdiq olunmuş 5 x 136 kv.m. torpaq sahəsinin istifadəsinə maneəçiliyinin yaradılması “xxxx” ASC-nin və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin mühafizə zolağına açdığı qapının bağlanması, zəbt etdiyi mühafizə zolağından çıxarılması, həmçinin onlara ayrılmış torpaq sahəsində əkilmiş ağacların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2476/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı” İctimai Birliyinin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül -1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən 671 m2 sahəsi olan torpaq sahəsinin istifadəsinə maneələrin yaradılması cavabdeh “xxxx” ASC-yə və digər şəxslərə qadağan olunması və qərardad dərhal icra edilməsini qərara alınmışdır. İcra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2476/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2476/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2476/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət 07 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə şikayət ərizəsinə əlavə təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-598/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakimlər C.Yusifov, R.Qurbanov, V.Baxışova) cavabdeh «xxxx» ASC-nin şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2476/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-598/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh xxxx ASC-nin nümayəndəsi və vəkili Vəkil3 iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən 671 kv.m sahəsi olan torpaq sahəsinin istifadəsinə maneələrin yaradılması iş üzrə iddiaçı, cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov rayonu, 2-Dərnəgül (Baksol) küçəsinin Ziya Bünyadov prospekti ilə birləşən hissəsində yol kənarının abadlıq planına uyğun olaraq, həmin mübahisəli torpaq sahəsi yaşıllaşdırılma ərazisi kimi qeyd edilir və yolun mühafizə zolağıdır. Qeyd edilən yaşıllaşdırılma ərazisi Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən yaşıllaşdırılma ərazisi kimi aktlaşdırılmış və qeydiyyata alınmışdır. Eyni zamanda, Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətin Başçısının müavinin xx.xx.2020-ci il tarixli, 1-86-148 saylı arayışında bildirilir ki, mübahisələndirilən torpaq sahəsinin hazırkı tarixə məhz Dövlətə məxsus olması müəyyən edilmişdir. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2020-ci il tarixli 1/557 saylı arayışında bildirilir ki, mübahisələndirilən torpaq sahəsinin hazırkı tarixə məhz Dövlətə məxsus olması müəyyən edilmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 01/112; 01/109 saylı arayışında bildirilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin hazırkı tarixə məhz Dövlətə məxsus olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 157-1-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2476/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı “İddiaçı” İctimai Birliyinin cavabdeh “xxxx” ASC-yə qarşı mühafizə zolağından qanunsuz istifadənin qadağan olunması, açılmış qapının bağlanması tələbinə dair kommersiya mübahisəsi üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş ərizə rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2476/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il e2-2(113)-2476/2020 saylı qərardadı əsassız olduğundan ləğv edilməli və iş qeyd edilən mühafizə zolağından istifadənin cavabdehlə birlikdə, iddiaçı və digər şəxslərə də qadağan olunması barədə vəsatət təmin edilməlidir. Bakı Kommersiya Məhkəməsi xx.xx.2020-ci il e-2-2(113)2476/2020 saylı qərardadında qeyd edir ki, cavabdeh iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, həmin tədbirinin tətbiq edilməsinin gələcəkdə məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi baxımından zəruriliyini əsaslandırmamışdır. Halbuki, xx.xx.2020-ci il tarixli iddianın təmin tədbiri barədə vəsatətdə bildirmişlər ki, Nərimanov rayonu, 2-Dərnəgül küçəsinin Ziya Bünyadov prospekti ilə birləşən hissəsində yol kənarının abadlıq planına uyğun olaraq həmin mübahisəli torpaq sahəsi yaşıllaşdırma ərazisi kimi qeyd edilir və yolun mühafizə zolağıdır. Qeyd edilən yaşıllaşdırma ərazisi Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən yaşıllaşdırma ərazisi kimi aktlaşdırılmış və qeydiyyata alınmışdır. Eyni zamanda Bakı şəhər, Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısının müavinin xx.xx.2020-ci il tarixli, 1-86-148 saylı arayışında bildirilir ki, mübahisələndirilən torpaq sahəsinin hazırkı tarixə məhz dövlətə məxsus olması müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2020-ci il tarixli 1/557 saylı arayışında bildirilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin hazırkı tarixə məhz dövlətə məxsus olması müəyyən edilmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 01/112, 01/109 saylı arayışında bildirilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin hazırkı tarixə məhz dövlətə məxsus olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas cavaba meyar verməlidir:-bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Bu baxımdan nəzərə alınsa ki, qeyd edilən ərazidə yerləşən mühafizə zolağının istifadəsinin qadağan olunması barədə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi zərurəti ilə bağlı kifayət qədər əsaslar göstərildiyindən gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədilə cavabdehlə birlikdə, iş üzrə iddiaçı və digər şəxslərə də qeyd edilən mühafizə zolağından istifadə edilməsinin qadağan edilməsi labüddür və mülki qanunvericiliyinin tələblərinə uyğun təbii haldır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2476/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2476/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət 07 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2, müşahidə şurasının sədri X1, və cavabdehin sədri X6 şikayəti müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və iddiaçının nümayəndəsi X4 şikayətə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin şikayəti təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2476/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən işə baxan məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddianın predmetini Cavabdeh ASC-nin mühafizə zolağına açdığı qapının bağlanması, zəbt etdiyi mühafizə zolağından çıxarılması tələbi təşkil etdiyi halda cavabdehin tətbiq edilməsini tələb etdiyi iddianı təmini tədbiri mübahisəli mühafizə zolağından istifadə edilməsinin iddiaçı “İddiaçı” İctimai Birliyinə qadağan edilməsindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi işə baxan məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Hazırkı ərizə ilə cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən 671 kv.m sahəsi olan torpaq sahəsinin istifadəsinə maneələrin yaradılması iş üzrə iddiaçı, cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddianın təmin etmə tədbiri barədə ərizəsi iddiaçıya müəyyən hərəkətləri etməyi qadağan etdiyindən və hazırkı iş üzrə ictimai birliyə qarşı belə bir iddia tələbi mövcud olmadığından, ümumiyyətlə, qarşılıqlı iddia tələbi olmadığından qeyd edilən iddianı təmin etmə tədbirinin iddiaçıya münasibətdə tətbiq edilməsi prosessual qanunvericiliyə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassız olduğundan təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2476/2020 nömrəli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397- 398-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ASC -nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-2476/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar