Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-192/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X8 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Nümayəndəliyinə qarşı Açar söz: podrat müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 və nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Türkiyə Respublikasının “X8 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Nümayəndəliyinə qarşı müqavilə üzrə borcun tutulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3726/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İşin sübutlarla təsdiq edilən mübahisəsiz hallarından görünür ki, İddiaçı MMC (icraçı) ilə Cavabdehnin Azərbaycan Nümayəndəliyi (sifarişçi) arasında iki müqavilə bağlanmışdır. - 08 avqust 2022-ci il tarixli KOL-ŞU-152 saylı xidmət müqaviləsinə əsasən iddiaçı bu müqavilədə əks olunmuş texnikanı (LİEBHERR LR1300SXW Qaldırıcı Kran (300t Crawler Cranes)) ilə sürücü/operator daxil cavabdeh xidmət göstərməyi, cavabdeh isə xidmət haqqını (aylıq (26 gün) xidmət haqqı 2.846,15 manat, saatlıq xidmət haqqı 284,62 manat, Bakı-X6 (tək tərəf) - 15.900 manat) ödəməyi öhdəsinə götürmüşdür. -01 sentyabr 2022-ci il tarixli KOL-ŞU-168 saylı xidmət müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə əks olunmuş texnikaları (Yəhərli Dartıcı və X3 (Dolly) – qeydiyyat nömrəsi ** JR ***, Yəhərli Dartıcı və X3 (Dolly) – qeydiyyat nömrəsi ** JR ***) sürücü/operator daxil istifadəyə verməyi, cavabdeh isə xidmət haqqını (Dolly üçün aylıq xidmət haqqı 26 gün üçün 15.000 manat, günlük (10 saat) xidmət haqqı 576,92 manat, saatlıq xidmət haqqı 57,69 manat, Avtoqaldırıcı Səbət üçün aylıq xidmət haqqı (28 gün) 5.500 manat, günlük xidmət haqqı 196,43 manat, saatlıq xidmət haqqı 19,64 manat olmaqla) ödəməyi öhdəsinə götürmüşdür. 2..Həmin müqavilələrin 3.1-ci bəndinə əsasən icraçı texnika(lar) üçün ayrıca gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 10 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında “Görülmüş işlərin təhvil-təslim aktı” tərtib olunur, imzalanır, möhürlənir. 4.1.2-ci bəndinə əsasən texnika(lar) və/və ya avadanlıq(lar) istismar olduğumüddətdə onlara “Sifarişçi” tərəfindən qəsdən ziyan vurularsa, “Sifarişçi” ziyana görə məsuliyyət daşıyır. 4.1.3-cü bəndinə əsasən sifarişçi texnika(lar) və/və ya avadanlıq(lar)a yanacaqdan dolayı vurulmuş ziyana görə məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzalandığı gündən qüvvədədir və o gündən etibarən 3 (üç) ay təşkil edir. 6.1-ci bəndinə görə görülmüş işlər barədə tərəflər arasında bu müqavilədə nəzərdə tutulmuş qaydada təhvil-təslim aktı tərtib edilir. Hesablama cədvəlində xidmət göstərən hərbir texnikanın markası, modeli göstərilməklə, iş günlərinin (saatların) sayı, aylıq xidmət məbləği və yekun məbləğ göstərilməlidir.
3. İş materiallarından görünür ki, KOL-ŞU-152 saylı müqavilə üzrə hər ay “Müvəqqəti ödəniş şəhadətnaməsi” və şəhadətnaməyə əlavə edilmiş sənədlər təqdim edilmiş, sonuncu şəhadətnaməsinə əsasən xx.xx.2022- xx.xx.2022-ci il tarixləri arası dövr üçün 17.076,93 manat hesablanmış, həmin şəhadətnamədə qeyd edilən müqavilə üzrə bi məbləğ də daxil olmaqla cəmi 211.628,62 manat məbləğində xidmət göstərildiyi qeyd edilmişdir.(iş mat 178-ci vərəq).
4. İddiaçı MMC tərəfindən KOL-ŞU-152 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə ƏDV-siz 211.628,62 manat dəyərində nəqliyyat xidmətlərinin göstərilməsinə görə elektron qaimə göndərilmiş və bu qaimələrin dəyəri cavabdeh tərəfindən ödənilmişdir. -EBCD seriyalı, 555748 nömrəli, xx.xx.2022-ci il tarixli (16.181,98 manat ƏDV xaric) 89.899,90 manat dəyərində, - EBCH seriyalı, 115460 nömrəli, xx.xx.2022-ci il tarixli (13.201,92 manat ƏDV xaric) 73.344 manat dəyərində, -EBCJ seriyalı, 097214 nömrəli, xx.xx.2022-ci il tarixli (5.635,38 manat ƏDV xaric) 31.307,69 manat dəyərində, - EBCJ seriyalı, 861292 nömrəli, xx.xx.2022-ci il tarixli (3.073,85 manat ƏDV xaric) 17.076,93 manat dəyərində.
5. İddiaçı MMC tərəfindən KOL-ŞU-152 saylı müqavilə üzrə (4.728,85 manat ƏDV xaric) 26.271,38 manat dəyərində EBDN seriyalı, 387172 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək Cavabdehnin Azərbaycan Nümayəndəliyinə göndərilmiş, həmin qaimə üzrə ödəniş edilməmişdir.
6. KOL-ŞU-168 saylı müqavilə üzrə müvəqqəti ödəniş şəhadətnaməsinə və şəhadətnaməyə əlavə olunan sənədlərə (aylıq növbə cədvəli, gündəlik iş təqib cədvəllərivə s.) əsasən həmin müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdehnə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arası dövrdə23.269,66 manat məbləğində xidmətlər göstərilmişdir.(iş mat. 120-ci vərəq).
7. İddiaçı MMC tərəfindən KOL-ŞU-168 saylı müqavilə üzrə ümumilikdə (4.188,54 manat ƏDV xaric) 23.269,66 manat dəyərində nəqliyyat xidmətlərinin göstərilməsinə görə EBCH seriyalı, 112152 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə tərtib edilərək Cavabdehnin Azərbaycan Nümayəndəliyinə elektron sistem vasitəsi ilə göndərilmiş və həmin məbləğ ödənilmişdir.
8. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdehnin Azərbaycan Nümayəndəliyi tərəfindən xx.xx.2022-xx.xx.2023-ci illəri əhatə edən dövrdə İddiaçı MMC-nin hesabına cəmi 224.843,52 manat ödəniş edilmişdir. 9."xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli O541718 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, CavabdehninAzərbaycan Nümayəndəliyi tərəfindən İddiaçı MMC-nin hesabına 10.054,66 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
10. İddiaçı MMC tərəfindən Cavabdehnin Azərbaycan Nümayəndəliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubuna əsaqsən cavabdehdən borcun ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyihalda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı MMC Cavabdehnin Azərbaycan Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 08 avqust 2022-ci il tarixli KOL-ŞU-152 nömrəli müqavilə üzrə 95906,16 manat, 1 sentyabr 2022-ci il tarixli KOL-ŞU-168 nömrəli xidmət müqaviləsinə əsasən 26271,38 manat, cəmi 112.177,54 manat borcun, dəyən maddi zərərə görə 28.000 manat, mediasiya prosesinin xərci kimi 400 manat, iddianın verilməsinə görə dövlət rüsumu kimi 32 manat, ümumilikdə 140.609,54 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "X7 Sanayi ve Ticaret Anonim Şirketi"-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və İddiaçı MMC arasında 08 avqust 2022-ci il tarixli KOL-ŞU-152 nömrəli, 1 sentyabr 2022-ci il tarixli KOLŞU-168 nömrəli xidmət müqavilələri bağlanılmışdır. Həmin müqavilələrə əsasən, icraçı müqavilələrin 1.1-ci maddəsində göstərilən texnikaları (avadanlıqları) ilə sifarişçiyə xidmət göstərməyi, sifarişçi isə texnikalardan təyinatı üzrə istifadə edib, icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilənin 3.3-cü bəndinə əsasən, sifarişçitərəfindən aylıq ödənişlərin irəliləyiş və hesab-faktura ilə əvvəlcədən ödənilməsi, ilk ayın icarə haqqının texnikalar (avadanlıqlar) sahəyə çatdıqdan sonra 3 gün ərzində verilməsi nəzərdə tutulmuşdur. Nəzərə çatdırmaq istərdilər ki, qeyd olunan xidmət müqavilələri üzrə icraçı öz öhdəliklərini tam şəkildə icra etmiş və müqavilənin predmeti olan xidmətləri icra etmişdir. Buna baxmayaraq, sifarişçi tərəfindən müqavilə üzrə xidmət haqqı bir müddət ödənilmiş, daha sonra isə öhdəliklərini yerinə yetirməkdən yayınaraq müqavilələr üzrə yaranan xidmət haqlarını ödəməmişdir. Belə ki, şirkət tərəfindən 08 avqust 2022-ci il tarixli KOL-ŞU-152 nömrəli müqaviləyə əsasən 1-ci ay 89.900 manat, 2-ci ay 73.344 manat icarə haqqı ödənmiş, növbəti ayın haqqını (müqavilə üzrə 74.000 manat) ödəmədiyinə görə isəiş dayandırılmış, bundan sonra ödənilməyən haqdan ardıcıl olaraq 31.307,69 manat və 17.076,93 manat (ƏDV xaric) ödənilmişdir. 15 günün pulu ödənilmədiyindən işin yenidən dayandırılması nəzərdə tutulsa da, 17.076,93 manat ödəndikdən sonra icraçı tərəfindənbu qərardan imtina edilmiş, bu dəfə isə borclu şirkət başqa kran gətirdiyini bildirmişdir. 1 sentyabr 2022-ci il tarixli KOL-ŞU-168 nömrəli müqaviləyə əsasən isə 1-ci ay 13.000manat ( ƏDV xaric) ödənilsə də, 2 və 3-cü ay üzrə heç bir ödəniş edilməmişdir. Belə ki, həriki Dolly texnikası üzrə işlər xx.xx.2022-ci il, avtoqaldırıcı Ssəbət texnikası üzrə isə xx.xx.2022-ci il tarixində dayandırılmışdır. "Dolly" texnikaları üzrə 2 ay 24 günlük, avtoqaldırıcı səbət texnikası üzrə 3 ay 24 günlük istifadənin haqları, KOL-ŞU-152 nömrəli müqavilə üzrə də qalan borclar hesablanmış və cavabdehə xx.xx.2023-cü il tarixindəborcunun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda cavabdehin 08 avqust 2022-ci il tarixli KOL-ŞU-152 nömrəli müqaviləyə əsasən, 26.271,38 manat (+ƏDV), 1 sentyabr 2022-ci il tarixli KOL-ŞU-168 nömrəli müqaviləyə əsasən isə 95.906,16 manat (+ƏDV) borcunun olduğu qeyd edilmişdir. Xəbərdarlıqdan sonra onlar tərəfindən mart ayında ümumi borca münasibətdə çox az miqdarda ödəniş həyata keçirilmişdir. Ondan sonra isə heç bir ödəniş olunmamışdır. Hazırda şirkətin müqavilələr üzrə ümumi borcu 112.177,54 manat təşkil etməkdədir. Göstərilən hallardan əlavə olaraq bildirmək istərdilər ki,cavabdehin müəyyən hərəkətləri nəticəsində də İddiaçı MMC- yə maddi ziyan dəymişdir. Belə ki, cavabdeh şirkətdə çalışan Abdulla və Husaməddin adlı şəxslər kranlara və şoferlərə pul verərək əlavə iş tapşırmışlar. Bu isə qəzaya səbəb olmuş, qəza zamanı isə bir Dolly texnikasına 10.000 manat məbləğdə zərər dəymişdir. Öz növbəsində Howo markalı çəkiciyə isə 12.000 manat məbləğdə zərər dəymişdir. Həmçinin,300 tonluq kranda isə ağırlıqlar daşınarkən ağırlıqlar tırdan düşmüş, dəyən zərər isə "SBS Cranes” MMC-nin üzərinə yüklənmişdir. Bunun nəticəsində isə dəyən zərərə görə tərəflərindən "xxxx" MMC-yə 6.000 manat məbləğdə ödəniş edilmişdir. Qeyd edilən bütün bu səbəblərə görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurətiyaranmışdır.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3726/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia rədd edilmişdir.
14. İşə birinci instansiya qaydasında baxılarkən şahid Dərya Yıldırım məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı MMC-nin direktoru olmuşdur. Direktor olduğu dövrdə cavabdeh 152 saylı müqavilə üzrə 2 dəfə əvvəldən və danışdıqları həcmdə ödəniş etmiş, lakin 3-cü dəfə ödəniş etməmişdir. Daha sonra avadanlığı icarəyə götürdükləri şirkətin avandanlığı geri götürəcəyini bildirmiş və cavabdeh yenidən bir miqdar ödəniş etmişdir. Şirkət ödəniş ediləngün sayına görə avadanlığı icarəyə vermişdir. Cavabdeh bir dəfə 31.000, ikinci dəfə isə 17.000 manat məbləğində ödəniş etmişdir. Məbləğin qalanını ödəmədikləri üçün şirkət avadanlığı geri götürmüşdür. 168 saylı müqavilə üzrə isə cavabdeh 23.000 manat məbləğində, forma 2 sənədi üzrə ödəniş etmişdir. Təsdiq edildikdən sonra hakediş üzrə qaimə verilir. Hakedişlər təsdiq edilməmişdir. 168 saylı müqavilə üzrə 4 ədəd yerinə 2 ədəd hakediş təqdim edilmişdir. Texnika onu idarə edən sürücü ilə birlikdə icarəyə verilmişdir. Avadanlığı onlara verən şirkətlər onlara qarşı iddia tələbi irəli sürmüşdür. Cavabdeh avadanlığın ehtiyat hissələrini kran bir yerdən başqa yerə daşınan vaxt düşürmüşdür. İlk dəymiş zərərin ödəniləcəyi bildirilmiş, lakin daha sonra ödəniş edilməmişdir. Yolda armatur təkərə ilişmiş və yük maşını aşmışdır. Bunuqəza kimi qeyd ediblər.
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdehnin Azərbaycan Nümayəndəliyi arasında 08 avqust 2022-ci il tarixli KOL-ŞU- 152 saylı və 01 sentyabr2022-ci il tarixli KOL-ŞU-168 saylı xidmət müqavilələri bağlanmışdır. 08 avqust 2022-ci il tarixli KOL-ŞU-152 saylı müqaviləyə əsasən İddiaçı MMC ona məxsus olan birədəd LİEBHERR LR1300SXW (300t Crawler Cranes) markalı qaldırıcı kranla müqavilədən irəli gələn xidmətləri icra etməyi və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəməyi, 01 sentyabr 2022-ci il tarixli KOL-ŞU-168 saylı müqaviləyə əsasən İddiaçıMMC ona məxsus olan Yəhərli Dartıcı və X3 (Dolly), Yəhərli Dartıcı və X3 (Dolly) və Avtoqaldırıcı Səbət adlı texnikalarla müqavilədən irəli gələn xidmətlərini icra etməyi və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.
16. Hər iki müqavilə üzrə cavabdeh tərəfindən müəyyən ödənişlər edilsə də, iddiaçı KOL-ŞU-152 saylı müqavilə üzrə 26.271,38 manat (+ƏDV) məbləğində borcun, KOL-ŞU-168 nömrəli müqavilə üzrə isə 95.906,16 manat (+ƏDV) borcunun ödənilmədiyini əsas göstərərək cavabdehdən cəmi 112.177,54 manat məbləğində xidmət haqqı borcunun tutulmasını tələb etmiş, cavabdeh sözügedən xidmət müqavilələri üzrə iddiaçı tərəfindən müəyyən xidmətlərin göstərildiyini təsdiq etsə də, göstərilmiş xidmətlərin iddiaçının iddia etdiyi məbləğdə olmadığını, faktiki göstərilmiş xidmətlərə görə borcların tam şəkildə iddiaçıya ödənildiyini əsas göstərərək iddianın rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi hazırkı halda 08 avqust 2022-ci il tarixli KOL-ŞU-152 nömrəli və 01 sentyabr 2022-ci il tarixli KOL-ŞU-168 nömrəli müqavilələr üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin həcmləri və həmin xidmətlərə görə cavabdehin borcunun olub-olmaması işin mübahisəli halını təşkil edir.
17. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, KOL-ŞU-152 saylı müqavilə üzrə xx.xx.2022- xx.xx.2022-cü il tarixləri arası dövrdə cəmi ƏDV daxil 211.628,62 manat dəyərində xidmətlərin göstərilməsi faktı tərəflərin təsdiq etdikləri müvəqqəti ödəniş şəhadətnamələri, eləcə də elektron qaimələr ilə öz təsdiqini tapır. Digər tərəfdən həmin işlərə görə ƏDVxaric 211.628,62 manat məbləğində pul vəsaitinin ödənilməsi isə ödəniş tapşırıqları və hesabdan çıxarışa əsasən təsdiq edilir.
18. KOL-ŞU-168 saylı müqaviləyə gəldikdə həmin müqavilə üzrə xx.xx.2022xx.xx.2022-ci il tarixləri arası dövrdə 23.269,66 manat məbləğində xidmətlərin göstərilməsi tərəflərin təsdiq etdikləri müvəqqəti ödəniş şəhadətnamələri və elektron qaimələr, həmin xidmətlərə görə cavabdeh tərəfindən 23.269,66 manat məbləğində ödənişedilməsi isə ödəniş tapşırıqları və hesabdan çıxarışa əsasən müəyyən edilir.
19. İddiaçı KOL-ŞU-152 saylı müqavilə üzrə dəyəri ödənilməmiş ƏDV daxil 26.271,38 manat məbləğində xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün məhkəməyə yalnız EBDN seriyalı, 387172 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməni təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2-ci bəndinə istinad edərək qeyd emişdir ki, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların 3.7.3-cü bəndinə əsasən elektron qaimə-faktura işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində təqdim edilir.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəflərindən işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarix 2022-ci ilin noyabr ayı olmasına baxmayaraq işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində deyil təxminən 10 aydan sonra elektron qaimə-faktura təqdim edilmişdir ki, bu da “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın tələblərinin pozulması anlamına gəlir.
21. Qaydalara əsasən elektron qaimə- fakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir.
22. Hazırkı halda məhkəmə iddiaçının KOL-ŞU-152 saylı müqavilə üzrə 26.271,38 manat məbləğində xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün elektron qaimədən əlavə digər sübutları məhkəməyə təqdim etmədiyini, cavabdehin isə xidmətlərin göstərilməsi faktını inkar etdiyini, eləcə mübahisəli müqavilə üzrə xidmətlərin göstərilməsinin ödəniş şəhadətnamələri imzalanmaqla rəsmiləşdirilməsinə dair işgüzar adətin formalaşdığını (yəni bütün əvvəlki xidmətlərin göstərilməsi bu formada rəsmiləşdiyini) nəzərə alaraq hesab edir ki, KOL-ŞU-152 saylı müqavilə üzrə 26.271,38 manat məbləğində xidmət göstərilməsi faktı iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, 26.271,38 manat məbləğində borcun tutulması hissəsində iddia tələbi əsassızdır.
23. İddiaçının 01 sentyabr 2022-ci il tarixli KOL-ŞU-168 nömrəli müqavilə üzrə cavabdehdən 95.906,16 manat (+ƏDV) borcunun tutulması tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə KOL-ŞU-168 saylı müqavilə üzrə yalnız 23.269,66 manat dəyərində nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı ödəniş şəhadətnaməsi və eyni məbləğə dair EBCH seriyalı, 112152 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə təqdim etmişdir ki, həmin elektron qaimə üzrə olan vəsait də cavabdeh tərəfindən iddiaçının hesabına ödənilmişdir. (bax. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xx.xx.2022-ci il tarixli 205OCAZ222930006 nömrəli ödəniş tapşırığı, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli O541718 nömrəli ödəniş tapşırığı və xx.xx.2023cü il tarixdə "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) hesabdan çıxarış). Odur ki, KOL-ŞU-168 nömrəli müqavilə üzrə borcun tutulması hissəsində iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni dəyəri ödənilmiş 23.269,66 manat məbləğində xidmətdən əlavə 95.906,16 manat (+ƏDV) xidmətin də göstərilməsini faktını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyindən həmin hissədə də iddia əsassız olmaqla rədd edilməlidir.
24. Şahid ifadəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, şahidin məhkəmədə verdiyi ifadəsi məhkəmənin iş üzrə iddiaçının iddia tələblərinin əsaslı olması qənaətinə gəlməsi üçün kifayət etmir, başqa sözlə şahid ifadəsi cavabdehin iddiaçıya iddia tələbində göstərilən borc məbləğinin olduğunu müəyyən etmək üçün yetərli sübut deyildir.
25. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin dəymiş zərərin əvəzi olaraq 28.000 manat məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə ilk növbədə qeyd edir ki, maddi zərərin tutulması tələbinə dair işlərəbaxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı halda isə iddiaçının həmin hissədə iddiasını əsaslandırmaq üçün istinad etdiyi - cavabdeh şirkətdə çalışan Abdulla və Husaməddin adlı şəxslərin kranlara və sürücülərə pul verərək əlavə iş tapşırması, bunun isə qəzaya səbəb olması, qəza zamanı bir Dolly texnikasına 10.000 manat məbləğdə zərər dəyməsi, öz növbəsində Howo markalı çəkiciyə isə 12.000 manat məbləğdə zərər dəyməsi, həmçinin 300 tonluq kranda isəağırlıqlar daşınarkən ağırlıqların tırdan düşməsi, dəyən zərərin isə İddiaçı MMC-nin üzərinə yüklənməklə bunun nəticəsində dəymiş zərərə görə tərəflərindən "xxxx" MMC- yə 6.000 manat məbləğdə ödəniş etməsi barədə - dəlillərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Təqdim edilən fotolara münasibətdə məhkəmə qeyd etmişdir ki, birincisi, fotolarda əks olunmuş qəzanın hansı şəraitdə baş verməsi, hadisənin baş vermə səbəbləri, belə olan halda baş vermiş hadisəyə görə kimin məsuliyyət daşımalı olması, eləcə də hadisə nəticəsində dəymiş zərərin məbləği müəyyən edilmir. Digər tərəfdən həmin fotolarda əks olunmuş yol nəqliyyat hadisəsinin baş verməsini təsdiq edən digər sənədlər (inzibati xəta haqqında protokol və s.) məhkəməyə təqdim edilməmişdir. Cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, maddi zərərin mövcudluğu faktı, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu məhkəmə tərəfindən müəyyən edilmir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
26. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3726/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, 08 avqust 2022-ci il tarixli KOL- ŞU-152 nömrəli və 1 sentyabr 2022-ci il tarixli KOL-ŞU-168 nömrəli xidmət müqavilələrinə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri icra etmiş, buna baxmayaraq cavabdeh bu öhdəliklərin əvəzi olan məbləği ödəməmişdir. Bundan əlavə cavabdeh məhkəmə prosesində iddia tələbinin əssasız olduğunu və sözügedən xidmət müqavilələri üzrə iddiaçı tərəfindən müəyyən xidmətlərin göstərildiyini təsdiq etsə də, göstərilmiş xidmətlərin iddiaçının iddia etdiyi məbləğdə olmadığını, faktiki göstərilmiş xidmətlərə görə borcların tam şəkildə iddiaçıya ödənildiyini əsas göstərərək iddianın rədd edilməsini tələb edib. Lakin cavabdehin məhkəmə prosesində qeyd etdiklərinə baxmayaraq ödəməli olduğu borc üzrə elektron qaimələri təsdiqləmişdir. Bu faktın özü də cavabdehin pul tələbindən imtina etməsinin digər əsassızlığını sübut edir. Məhkəmə qətnaməni qəbul edərkən Mülki Məcəllənin 752.1-ci, 753.1-ci və 1097-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasından bağlanmış müqavilənin mahiyyətindən və tərəflərin iradə ifadəsindən podrat müqaviləsinin bağlandığı məlum olur. Məhkəmə iddiaçının iddia tələbini rədd edərkən cavabdehin iddiaçıya ödənilməmiş borcunun qalmasının iş materialları ilə öz təsdiqini tapmaması qənaətinə gəlmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, cavabdehin borcunu ödəməsi tərəflər arasında bağlanmış podrat müqaviləsinin mahiyyətindən irəli gəlir. Belə ki, Mülki Məcəlləyə əsasən podrat müqaviləsinə üzrə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmçinin Mülki Məcəllədə qeyd olunur ki, sifarişçi podratçıya şərtləşdirilmiş muzdu ödəməyə borcludur. Həmçinin məhkəmə iddiaçının cavabdehin müəyyən hərəkətləri nəticəsində dəymiş maddiziyan hissəsində də iddia tələbini rədd etmişdir. Məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdehin hüquqa zidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, maddi zərərin mövcudluğu faktı, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmir. Lakin məhkəmə nəzərə almamışdır ki, Mülki Məcəlləyə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hesab edirik ki, məhkəmə tərəfindən işin halları hərtərəfli araşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş, hüquq normaları səhv tətbiq edilmiş və nəticədə qeyd olunan prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. İddiaçı tərəfindən göndərilən elektron qaimələrin cavabdeh tərəfindən qəbul olunması mübahisəli məqamları aradan qaldırır. MPM-nin 9.1, 14.1, 76.1,77.1, 88, 217.1, 385.1, 390-cı maddələrinin tələbləri pozulmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
29. Cavabdehin nümayəndələri və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər.
30. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddə-fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddə-tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 700.1-ci maddə-icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddə-icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddə-əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 752.1-ci maddə-podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtləki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etməküçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1- ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixliqərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsiQaydaları” na əsasən 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların: 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-fakturamal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur; 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.6-ccı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaiməfakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəlişedilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektronqaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 372.2-ci maddəsi-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
31. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
32. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3726/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı kommersiya mübahisəsi üzrə cavabdeh tərəf xarici hüquqi şəxsin nümayəndəliyi olduğundan ilk öncə xarici elementli olan mübahisənin Azərbaycan Respublikası məhkəməsinin yurisdiksiyasına aid olubolmaması, mübahisəyə hansı ölkənin hüququnun tətbiq edilməli olması məsələsinə hüquqi qiymət verilməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Cavabdeh “X8 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasında Nümayəndəliyi olduğundan Azərbaycan Respublikasının məhkəməsi işə baxmağa səlahiyyətli olmuşdur.
35. Mübahisəyə tətbiq edilən hüquqla bağlı tərəflər arasında bağlanmış müqavilənin 12.3-cü bəndlərində nəzərdə tutulmuşdur ki, bu müqavilədən irəli gələn mübahisə 30 gen ərzində danışıqlar yolu ilə həll olunmazsa Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələrdə həll olunur. Göründüyü kimi, tərəflər arasındakı müqavilədən irəli gələn mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyi əsasında baxılacağı barədə tərəflər arasında yazılı saziş olduğundan məhkəmə tərəfindən mübahisə üzrə tətbiq edilməli hüquq düzgün seçilmişdir.
36. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 08 avqust 2022-ci il tarixli KOL-ŞU-152 nömrəli və 1 sentyabr 2022-ci il tarixli KOL-ŞU-168 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilələrin şərtlərinə əsasən müəyyən olunur ki, hüquqi təbiətinə görə bu müqavilələr qarışıq müqavilələr olmaqla iddiaçı tərəfindən cavabdehə texnikalar icarəyə verilməklə yanaşı həm də texnikaları idarə edən sürücülər tərəfindən xidmət göstərilmiş ki, müqavilənin bu hissəsi podrat müqaviləsinin elementlərini ehtiva edir.
37. İşdəki sübutlar, müqavilə şərtləri və tərəflər arasındakı işgüzar münasibətlər araşdırılaraq müəyyən edilmişdir ki, icraçı (iddiaçı) tərəfindən sürücü ilə birlikdə cavabdehə icarəyə verilmiş texnikalar üçün gündəlik iş cədvəli tərtib edilmiş, bu cədvəllər əsasında tərəflər arasında “Müvəqqəti ödəniş şəhadətnaməsi” adlanan təhvil-təslim aktı tərtib olunmuş, bunun əsasında cavabdehə elektron qaimə göndərilmiş və ödəniş edilmişdir. Qeyd edilən qaydalara uyğun şəkildə 2 müqavilə üzrə tərtib edilmiş və cavabdehə göndərilmiş elektron qaimələrin dəyəri cavabdeh tərəfindən tam ödənilmişdir.
38. Məhkəmə tərəfindən istinad edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarınauyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmişelektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
39. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən KOL-ŞU-152 saylı müqavilə üzrə dəyəri ödənilməmiş 26.271,38 manat məbləğində xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün məhkəməyə yalnız EBDN seriyalı, 387172 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə təqdim etdiyini, həmin qaimənin cavabdehə “işlərin görüldüyü” tarixdən təxminən 10 ay sonra göndərildiyini və bu qaimə üzrə işlərin görüldüyünün müqavilə şərtinə və işgüzar adətə uyğun olaraq hər iki tərəfin imzası və möhürü olan təhvil-təslim aktı ilə təsdiq edilmədiyini nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, iddiaçının həmin məbləğin tutulmasına dair tələbi əsassızdır.
40. Həmçinin məhkəmə müəyyən etmişdir ki, 01 sentyabr 2022-ci il tarixli KOL- ŞU-168 nömrəli müqavilə üzrəyalnız 23.269,66 manat dəyərində nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı ödəniş şəhadətnaməsi və eyni məbləğə dair EBCH seriyalı, 112152 nömrəli, xx.xx.2022-ci iltarixli elektron qaimə təqdim edildiyindən və həmin məbləğ cavabdeh tərəfindən iddiaçının hesabına ödənildiyindən əlavə 95.906,16 manat xidmətin göstərilməsini faktını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyi üçün iddia həmin hissədə əsassızdır.
41. İddiaçı tərəfindən işə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş yeni sübutlardan görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə 08 avqust 2022-ci il tarixli KOL-ŞU-152 nömrəli müqavilə üzrə EBDN seriyalı 387172 saylı ƏDV-siz 26271,38 manat dəyərində, 1 sentyabr 2022-ci il tarixli KOL-ŞU-168 nömrəli xidmət müqaviləsi üzrə EBDN seriyalı 388710 saylı ƏDV-siz 85906,17 manat dəyərində elektron qaimələr göndərilmiş və cavabdeh tərəfindən təsdiq edilmişdir.
42. Cavabdehin təqdim edilmiş sübutla bağlı yazılı izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən göndərilmiş elektron qaimələr mexaniki səhv nəticəsində təsdiq edilmiş, xx.xx.2024-cü il tarixdə qarşı tərəfə elektron qaimələrin ləğv edilməsi barədə müraciət edilsə də, iddiaçı qaimələri ləğv etməmişdir. Qeyd edilən qaimələrin yanlışlıqla təsdiq edilməsi barədə xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə müraciət edilmişdir. Bu barədə sübutlar ərizəyə əlavə edilməmişdir.
43. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı xx.xx.2023-cü il tarixli elektron qaimələri və onların cavabdeh tərəfindən təsdiq edilməsi barədə sübutu birinci instansiya məhkəməsinə təqdim etmədiyindən və təqdim edilməməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilmədiyindən həmin sübutlar qəbul edilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əgər qeyd edilən qaimələrin sübut kimi qəbul edilməsi mümkün olsaydı belə bu qaimələrin mübahisəyə işə birinci instansiya qaydasında baxılarkən göndərildiyi və cavabdehin səhvən təsdiq edildiyi üçün həm qarşı tərəfə, həm də vergi orqanına müraciət edildiyi nəzərə alınarsa iddianın təmin edilməsi üçün əsas ola bilməzdi.
44. Məhkəmə kollegiyası eyni zamanda dəyən maddi zərərə görə 28.000 manat pul tələbi ilə bağlı hissədə iddianın fotoşəkillərdən başqa digər sübutlarla təsdiq edilmədiyi üçün təmin edilməli olmadığına dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. 45.Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3726/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3726/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.