Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-193/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı X5 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4476/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə, ANX/005/0319 saylı avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı X1 Cavabdeh MMC-nin sifarişi əsasında sifarişçinin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərməyi, sifarişçi isə görülmüş işi qəbul edib, onun dəyərini həmin müqavilənin şərtləri ilə vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı X7 Cavabdeh MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6882,31 manat pul, maddi ziyan kimi 100 manat məbləğində mediasiyaya ödənilən rüsumunun cəmi 6982,31 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, sifariş əsasında iddiaçı tərəfindən iş görülmüş və Cavabdeh MMC-nin nəqliyyat vasitələrinin təmiri və ehtiyat hissələrinin qoyulmasının təmin edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməmişdir. Belə ki, Cavabdeh MMC xx.xx.2019-cu il tarixli 288279 saylı elektron qaimə üzrə 3657 manat, xx.xx.2019-cu il tarixli 771752 saylı elektron qaimə üzrə 156 manat, xx.xx.2019cu il tarixli 130841 saylı elektron qaimə üzrə 282 manat, xx.xx.2019-cu il tarixli 155186 saylı elektron qaimə üzrə 2787,31 manat olmaqla cəmi 6882,31 manat borcu qalmış və dəfələrlə ödəyəcəyinı bildirmiş, lakin borcu hissə-hissə qaytaracağını bildirsə də 2 il keçməsinə baxmayaraq borcunu qaytarmamışdır.
4. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, bildirir ki, borc tam ödənildiyindən və iddia müddəti ötürüldüyündən iddia rədd olunmalıdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4476/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 3069,31 manat məbləğində borc və 100 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir.
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanan müqavilənin 1.2-ci maddəsinə əsasən “Xidmətlər Sifarıçi tərəfindən təhvil-təslim aktı əsasında qəbul olunduqdan sonra icra edilmiş sayılır.” Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən “təqvim ayı ərzində göstərilən xidmətlərin təqdim edilən malların dəyəri müvafiq təhvil-təslim aktlar tərəflər arasında imzalandıqdan sonra növbəti təqvim ayı ərzində hesab-faktura əsasında Sifarişçi tərəfindən İçraçıya ödənilir.” İddiaçı cavabdehə həqiqətən də 3 dəfə xidmət göstərmiş - xx.xx.2019-cu il tarixdə təhvil-təslim aktı və 288279 saylı e-qaimə əsasında 3657 manat dəyərində, xx.xx.2019-cu il tarixdə təhvil-təslim aktı və 771752 saylı e-qaimə əsasında 156 manat dəyərində, xx.xx.2019-cu il tarixdə təhvil-təslim aktı və 130841 saylı e-qaimə əsasında 282 manat dəyərində, cəmi 4095 manat dəyərində xidmət göstərmişdir. Cavabdeh isə ona göstərilən xidmət müqabilində İddiaçıya 288279 saylı, 771752 saylı və 130841 saylı e-qaimə əsasında xx.xx.2019-cu il tarixdə 2595 manat, xx.xx.2019-cu il tarixdə isə 1500 manat, cəmi 4095 manat məbləğində ödəniş etmiş və iddiaçıya göstərilən xidmətə görə heç bir borcu qalmamışdır. Lakin xx.xx.2019-cu il tarixdə 155186 saylı e-qaimə üzrə 2787,31 manat məbləğində iddiaçı tərəfindən xidmət göstərilməmiş, tərəflər arasında müqavilənin 1.2 və 2.3-cü maddələrə uyğun tələb olunan və xidmət göstərilməsinə dair heç bir təhvil-təslim tərtib edilməmişdir. Bütün bunlara baxmayaraq məhkəmə iddiaçı tərəfin təqdim etdiyi e-qaimələri əsas götürmüş və belə bir əsassız qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmə cavabdeh tərəfindən 4095 manat məbləğində aparılan ödənişləri də nəzərə almamışdır. Belə ki, xx.xx.2019-cu il tarixli, 130841 saylı e-qaimə əsasında yaranan 282 manat dəyərində xidmət borcu cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə tam ödənildi. Lakin məhkəmə 282 manat məbləğində ödənilmiş 130841 saylı eqaiməni, həmçinin iddiaçı tərəfindən cavabdehə xidmət göstərilməsini sübut edən və təhvil-təslim aktı olmayan, xx.xx.2019-cu il tarixli, 155186 saylı e-qaimə əsasında yaranan 2787,31 manatı, cəmi 3069,31 manat məbləğində əsassız borcu Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçı X7 tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh heç bir məhkəmə proseslərində iştirak etməmiş və yalnız elektron kabinetdən ərizələr yazmaqla işi uzatmaqla məşğul olmuşdur. Hazırki şikayətdə buna sübutdur və bu qeyd olunanlar birinci instansiya məhkəməsində verilməli və sübut edilməli idi. Hazırda iş üzrə heç bir sübut təqdim edilə bilməz.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi.
10. İddiaçı X7 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
12. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2-ci, 1.3-cü və 2.5.3-ci bəndlərinə görə elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir.
14. Həmin Qaydaların 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaiməfakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia qismən əsaslıdır.
17. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki iddiaçı cavabdehə məxsus avtonəqliyyat vasitələrinə təmir etməklə texniki xidmət göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür.
18. Hazırkı işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək cavabdehə məxsus avtonəqliyyat vasitələrinə texniki xidmət göstərmiş, lakin sonuncu xidmətlərin dəyərini tam ödəməmişdir.
19. Belə ki, işdə olan elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2019-cu il tarixli 288279 saylı elektron qaimə üzrə 3657 manat, xx.xx.2019-cu il tarixli 771752 saylı elektron qaimə üzrə 156 manat, xx.xx.2019cu il tarixli 130841 saylı elektron qaimə üzrə 282 manat, xx.xx.2019-cu il tarixli 155186 saylı elektron qaimə üzrə 2787,31 manat olmaqla, ümumilikdə 6882,31 manat məbləğində xidmət göstərilmişdir.
20. Eyni zamanda xx.xx.2019 və xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh tərəfindən MMC X6 göstərilən xidmət üçün müvafiq olaraq 1500 və 2595 manat olmaqla, ümumilikdə 4095 manat məbləğində ödəniş edilmişdir.
21. Lakin həmin ödəniş tapşırıqlarında ödənişlərin hansı elektron qaimə üzrə həyata keçirildiyi göstərilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, ümumi borc hesablanarkən həmin məbləğlər də nəzərə alınmalıdır.
22. Beləliklə, cavabdeh tərəfindən ödənilməli olan məbləğdən dəyəri ödənilmiş məbləği çıxdıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən ödənilməli olan cəmi məbləğ 2787,31 manat təşkil edir (6882,31-4095= 2787,31).
23. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən ödənilməmiş 2787,31 manat məbləğində muzdun ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və cavabdehdən iddiaçının xeyrinə həmin məbləğdə pul vəsaiti tutulmalıdır.
24. Apellyasiya şikayətinin digər dəlilləri isə əsassızdır. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə təqdim edilmiş sübutlardan da müəyyən edilir ki, tərəflər arasında olan işgüzar adətlərə görə görülmüş işlərin təhvil-təslim edilməsi elektron qaimələr əsasında həyata keçirilmişdir. Çünki cavabdeh tərəfindən elektron qaimələrlə yanaşı digər sənədlərin də tərtib edildiyini təsdiq sübutlar təqdim edilməmiş, onun tərəfindən elektron qaimələrə etiraz edilməmiş və göndərilmiş elektron qaimələr əsasında qismən ödənişlər aparılmışdır.
25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4476/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh MMC-dən iddiaçı X5 xeyrinə 2787,31 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn