Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-195/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi (işçisi) X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər «xxxx» ASC-nin ləğvediciləri Əmanətləri Sığortalanması Fonduna (hazırkı) və “xxxx” MMC-yə (əvvəlki) qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs olmaqla) pulun qaytarılması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2164/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin cavabdehlər «xxxx» ASC-nin ləğvedicisiləri Əmanətləri Sığortalanması Fonduna və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini, “xxxx” ASC-nin ******************** saylı hesabında olan İddiaçı MMC-yə məxsus 92.668,03 (doxsan iki min altı yüz altmış səkkiz avro, 03 sent) avro və “xxxx” ASC-nin AZ75TECİ******************** saylı hesabında olan 131.04 (yüz otuz bir manat, 04 qəpik) manat məbləğində pul vəsaitinin, köçürülməsi gecikdirilmiş 92.668,03 avro və 131.04 manata görə gecikdirilmiş vaxt üçün Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş 7% bank uçot dərəcəsi ilə faizlərin, illik 5% faiz dərəcəsi ilə qaytarılacağı gün üçün hesablanmış faiz borcunun və məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər “xxxx” ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan və “xxxx”xxxx“xxxx” MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsiniməhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, iddiaçı ilə “xxxx” ASC arasında xx.xx.2010-ci il tarixdə bank hesabı müqaviləsi bağlanmış və həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən, bank müştəriyə - hesablara daxil olan pul vəsaitini həmin gün hesablara mədaxil etmək və bu barədə müştəriyə məlumat vermək müştərinin təqdim etdiyi ödəniş sənədlərini banka daxil olduğu günün ertəsi gündən, gec olmayaraq icra etmək və.s. kimi hesablaşma kassa xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. xx xxxx 2016-cı tarixdə iddiaçının “xxxx” ASC-də mövcud olan ******************** saylı hesablaşma hesabından Sloveniya Respublikasının “Droga Kolinska” şirkətinə proforma invoys əsasında 50.816,16 avro məbləğində vəsait və xx xxxx 2015-ci il tarixə Niderland Krallığında yerləşən “Friesland Campina” şirkətinə 49.451 avro məbləğndə pul köçürmələri həyata keçirilmiş və bank tərəfindən köçürülmənin icra olunduğu haqqında sənədlər onlara təqdim olunmuşdur. Lakin buna baxmayaraq, həmin şirkətlərindən aldıqları məlumata əsasən, vəsaitlər onların hesablarına daxil olmamışdır. İddiaçı 22 iyul 2015-ci il tarixdə “xxxx” ASC-yə ərizə ilə rəsmi müraciət edərək xarici tərəfdaşların ödənişlərini tələb etdikləri yüklənmiş malla dolu maşınların göndərilməsi barədə məlumat verilmiş və vəsaitin çatdırılmasının təcili təmin edilməsi, eyni zamanda bu barədə cavab verilməsi xahiş edilmişdir. Lakin bank müştərinin pulunu ödəməkdən imtina edərək xx xxxx 2015-ci il tarixdə vəsaitləri hesablaşma hesabına qaytarmış və əmin pul vəsaitləri bu günədək onlara qaytarılmamışdır. Eyni zamanda, iddiaçı tərəfindən hüquqi şəxslər üçün tələbin qeydiyyatına dair xx xxxxxx 2016-cı il tarixli ərizə ilə “xxxx” ASC-nin iflas elan edildikdən sonra əvvəlki ləğvedicisi “xxxx” MMC-yə müraciət olunaraq hesablarındakı 92.668 avro və 131.04 manat məbləğində pulun qaytarılmasına köməklik göstərilməsi xahiş olunmuşdur. 1 saylı Bakı İnzibatİ-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1 (81)-1541/20160 qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və "Cavabdeh2" MMC ləgvedici təyin edilmişdir. Sonradan Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası geri çağırılan "xxxx ASC-nin ləğvi prosesi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADİF) tapşırılıb. xx xxxx 2020-ci il tarixli pretenziya məktubu ilə bankın ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (surəti “xxxx”xxxx“MMM Perfekt Consultuıq MMC-yə göndərilməklə) müraciət olunaraq pul vəsaitinin 3 gün müddətində İddiaçı” MMC-yə ödənilməsi xahiş edilmiş. Lakin pretenziyada göstərilənlər cavabdehlər tərəfindən bu günədək icra olunmamış və icra olunmamasının səbəbləri barədə onlara heç bir məlumat verilməmişdir. "xxxx" ASC-nin müflis elan edildiyi və ləğvedici təyin edildiyi xx xxxxxx 2016-cı il tarixdən 3 il 10 ay müddətin keçməsinə baxmayaraq əvvəlki və hazırkı ləğvedicisiləri tərəfindən bu günədək iddiaçıya hər hansı məbləğ ödənilməmişdir. Qərardad qəbul edilərkən istinad olunan maddi hüquq normalarının işin faktiki hallarına tətbiqində yanlışlığa yol verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.8, 376.2 və 397.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Selimov iddiaçının kredtor tələbinin qeydə alınaraq reyestrə daxil edildiyini və birinci instansiya məhkəməsi tərəfindən iş üzrə xitam verilməsinin əsaslı olduğunu bildrərək xx.xx.2020-ci il tarixli qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına, o cümlədən, iddia ərizəsindən və apellyasiya şikayətinin dəlillərinə əsasən işin mübahisələndirilməyən hallarından görünür ki, 1 saylı Bakı İnzibatİ- İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1 (81)-1541/20160 qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və "Cavabdeh2" MMC ləgvedici təyin edilmiş, daha sonunucu Əmanətlərin Sığortalanması Fondu ilə əvəz olunmuşdur. Eyni zamanda, cavabdehin birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsinin (X2) və hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsi X3) məhkəməyə verdiyi izahatlarına əsasən aydın olur ki, qaytarılması tələb edilən pul vəsaiti iddiaçının kreditor tələbi kimi ləğv prosesində olan «xxxx» ASC-də reyestrdə qeydə alınmışdır və iddia ərizəsində və iddiaçının apellyasiya şikayətində bu hal mübahisələndirilmir. Belə olan halda, «Banklar haqqında» Qanunun 77.5 və 82-ci maddələri ilə müəyyən edilmişdir ki, tələbləri qeydə alınmış kreditorlara ödəniş həmin Siyahıda təsbit olunan növbəlik qaydasında həyata keçirilir. Bankın kreditorlarının qeydə alınmış tələbləri üzrə pul məbləğlərinin ödənilməsi isə «Banklar haqqında» Qanunun 87.1-ci maddəsinə əsasən Bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının aytarılmasını tələb etdiyi pul vəsaiti «Banklar haqqında» Qanunun tələblərinə müvafiq olaraq iflas prosederu çərçivəsində həll edilməli olan bir məsələdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi ilə müəyyən prosessual qaydalara (o cümlədən, 2.2.9, 131, 132-ci maddələrinə və digər ümumi xarakterli prosedur tələblərinə) əsasən isə bankların iflas proseduru çərçivəsində həll edilməli olan mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda, iddiaçının ləğv prosesində olan “xxxx” ASC-nın ləğvedicilərinə qarşı mülki məhkəmə icraatı çərçivəsində baxılması yolverilməzdir. MPM-in 261.0.1-ci maddəsində isə nəzərədə tutulur ki, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadında da, məhz, qeyd olunan əsasla iş üzrə xitam verilmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində ərazi aidiyyəti barədə məhkəmə qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 402, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2164/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-195/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-195/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver