Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-200/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Salyan Qida X2 Şirkətinin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6076/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Salyan Qida X2 Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Salyan Qida X2 Şirkəti ilə Cavabdeh MMC arasında (VÖEN: **********) arasında bağlanmış SBHT04042022 saylı, xx.xx.2022-ci il tarixli "Distribütor müqaviləsi” və xx.xx.2023-cü il tarixli, 23/30 saylı “Qablaşdırılmış pivənin satışına dair” müqaviləyə əsasən cavabdehə satılmış pivə məhsullarına görə ödənilməmiş 15941,94 manat (on beş min doqquz yüz qırx bir manat doxsan dörd qəpik) məbləğində əsas borcun; 2. 1594,20 manat (min beş yüz doxsan dörd manat iyirmi qəpik) məbləğində gecikdirilmiş günlər üzrə faiz borcunun; 3. xx.xx.2023-cü il tarixli, 23/30 saylı saylı “Distributor” müqaviləsinin 2 saylı əlavəsinə əsasən təhvil verilmiş, lakin qaytarılmamış bir ədəd soyuducunun qaytarılması, soyuducunu qaytarmaq mümkün olmadıqda isə onun dəyərini təşkil edən 850 (səkkiz yüz əlli) manat məbləğində pulun; 4. Hüquqi yardım üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 18706,14 manat (on səkkiz min yeddi yüz altı manat on dörd qəpik) məbləğində pulun və 147 (yüz qırx yeddi) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçı Salyan Qida X2 Şirkəti ilə Cavabdeh MMC arasında (VÖEN: **********) bağlanmış SBHT04042022 saylı, xx.xx.2022-ci il tarixli "Distribütor müqaviləsi” və xx.xx.2023-cü il tarixli, 23/30 saylı “Qablaşdırılmış pivənin satışına dair” müqaviləyə əsasən cavabdehə satılmış pivə məhsullarına görə ödənilməmiş 15941,94 manat (on beş min doqquz yüz qırx bir manat doxsan dörd qəpik) məbləğində əsas borcun; 2. 1594,20 manat (min beş yüz doxsan dörd manat iyirmi qəpik) məbləğində gecikdirilmiş günlər üzrə faiz borcunun;
3. xx.xx.2023-cü il tarixli, 23/30 saylı saylı “Distributor” müqaviləsinin 2 saylı əlavəsinə əsasən təhvil verilmiş, lakin qaytarılmamış bir ədəd Uğur markalı, **********03 inventar kodlu soyuducunun qaytarılması, soyuducunu qaytarmaq mümkün olmadıqda isə onun dəyərini təşkil edən 850 (səkkiz yüz əlli) manat məbləğində pulun; 4. Hüquqi yardım üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 18706,14 manat (on səkkiz min yeddi yüz altı manat on dörd qəpik) məbləğində pulun və 147 (yüz qırx yeddi) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6076/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən pivə məhsullarına görə ödənilməmiş 15941,94 (on beş min doqquz yüz qırx bir manat doxsan dörd qəpik) manat borc məbləği, borcun ödənilməsinin gecikdirilməsinə görə 797 (yeddi yüz doxsan yeddi) manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 141 (yüz qırx bir) manatın tutularaq iddiaçı Salyan Qida X2 Şirkətinə ödənilməsi, Uğur markalı **********03 inventar kodlu soyuducu, olmadıqda isə onun dəyəri - 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq iddiaçı Salyan Qida X2 Şirkətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6076/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, SBHT04042022 saylı xx.xx.2022ci il tarixli müqavilənin SBHTE04042022 saylı əlavəsində satış ərazisi konkret göstərilmiş və qeyd olunan ərazilərdə satışın yalnız Distribütor tərəfindən həyata keçiriləcəyini tərəflər şifahi olaraq razılaşdırmışlar. Tərəflər arasında olan bu razılaşmaya baxmayaraq, eyni mallar eyni ərazilərdə daha ucuz qiymətlə başqalarına da satılmış və nəticədə Cavabdeh MMC almış olduğu malları sata bilməmiş, ziyan etmişdir. Bundan əlavə məhsulun mövsümi olması səbəbindən satışa əsas təsiredici faktor satış nöqtəsində soyuq məhsulun mövcudluğudur. Razılaşmaya əsasən soyuducular ən geci may ayında təqdim olunmalı olsa da, Cavabdeh MMC sezonun sonuna qədər tələb olunan soyuducu saylarını əldə edə bilməmiş bu da məhsul dövriyyəsinin kifayət qədər azalmasına səbəb olmuşdur. Tərəflər arasında Merçendayzinq xidməti ilə bağlı razılaşmaya uyğun olaraq xərcləri X7 Kommersiya Şirkəti ödəməli olduğu halda ödəniş etməmiş, bu ödənişləri Cavabdeh MMC həyata keçirdiyi üçün xərclərin artmasına və ziyana səbəb olmuşdur. Qeyd olunanlar onu göstərir ki, müəyyən şərtlər müqavilədə nəzərdə tutulmasa belə tərəflər arasında şifahi, email yazışmaları vasitəsilə razılaşdırılmış lakin qarşı tərəf vicdanlılıq prinsipini pozmuş və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəzərə alsaq ki, tərəflər arasında mövcud müqavilədə, müqavilə imzalanmadan əvvəl tərəflər arasında danışılıb razılaşdırılmış şərtlərin qüvvədən düşməsi ilə bağlı müddəa yoxdur, hesab edirik ki məhkəmə qətnamə qəbul edən zaman yalnız müqaviləni yox, həm də tərəflərin öncəki danışıqlarını nəzərə almalı idi. Məhkəmənin işin obyektiv, tam və hərtərəfli araşdırılmasında maraqlı olmadığı və öz vəzifə funksiyalarını tam icra etmədiyi üçün qət etdiyi qətnamə əsassız və qanunsuzdur. Birinci İnstansiya Məhkəməsinin gəldiyi nəticə işin ədalətli həllini təmin etməmiş, hüquqların pozulması ilə nəticələnmişdir. Hesab edilir ki, İddiaçının natamam məzmunlu iddiasını əsas tutaraq iddianı qismən təmin edən qətnamə çıxarmaqla prosessual pozuntuya yol vermişdir. Məhkəmə prosessual fəallıq prinsipinə əməl etməmiş, faktiki münasibətləri nəzərə almadan, formal qətnamə çıxarmışdır. Məhkəmə yalnız iddiaçı tərəfin verdiyi izahlara əsaslanmış və yekun qərar qəbul etmişdir. İşlə bağlı yeni faktlar aşkar olunmuşdur. Qətnamə çıxana qədər cavabdeh sübutları əldə edə bilməmişdir. Səbəb olaraq, İddiaçının məsul şəxsi ilə yazışmaların arxivlənməsi nəticəsində yazışmaların silindiyini düşünülürdü. Təsadüf nəticəsində yazışmaların e-mail ünvanının yaddaşında qaldığı müəyyən edilmişdir. Sübutlar apellyasiya şikayətinə əlavə olunaraq elektron kabinet vasitəsilə təqdim edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
7. Etiraz belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddiaçı tərəfindən ona verilmiş olan malların müəyyən edilmiş satış ərazisində yalnız cavadeh tərəfindən satılacağı ilə bağlı şifahi qaydada razılığın mövcud olduğuna istinad edilsə də, qeyd edilən hal reallığı əks etdirmir. Belə ki, müqavilənin əlavəsində satış əraziləri tam olaraq göstərilmişdir ki, həmin ərazilər demək olar ki, Respublikanın bütün ərazilərini əhatə edir. Qeyd olunan ərazilərdə isə yalnız satışın cavabdeh tərəfindən həyata keçirilməsi ilə bağlı müqavilədə qeyd olmamaqla, şifahi qaydada razılaşma mövcud olmamış, bu razılaşmanın isə olması məntiqli olmayaraq reallığı əks etdirə də bilməzdi. Belə ki, pivə məhsullarının istehsalı ilə məşğul olan böyük şirkətin istehsal etdiyi çoxsaylı məhsulların xırda bir şirkət tərəfindən satışının həyata keçirilməsi mümkün olmamaqla, zavodun uzunmüddətli ziyanla işləməsinə səbəb olardı ki, bu da biznesin məqsədlərinə və mövcud reallığa uyğun olmayacaqdır. Bundan əlavə məhkəmə qətnamə çıxaran zaman tərəflər arasında mövcud olan müqavilə şərtlərinə, eyni zamanda mövcud borcun etirafını təsdiq edə üzləşmə aktına, maliyyə arayışlarına istinad etməklə müqavilə tərəflərinin iradə ifadəsinə uyğun qanuni və ədalətli qərar çıxarmışdır. Bundan əlavə merçendayzinq xidmətlərinə görə ödənişlərin də şirkət tərəfindən ödənilməsi ilə bağlı şərt mövcud olmamışdır. Mülki prosesual məcəllənin tələblərinə əsasən tərəflər tələblərinin əsası kimi istinad edilən halları sübut etmək vəzifəsi daşıyır. Hazırki şikayətdə cavabdeh istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sənəd təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
9. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
13. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
17. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
18. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. əvvəlki redaksiya).
20. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
26. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Salyan Qida X2 Şirkəti ilə Cavabdeh MMC (VÖEN: **********) arasında SBHT04042022 saylı, xx.xx.2022-ci il tarixli "Distribütor müqaviləsi” və xx.xx.2023-cü il tarixli, 23/30 saylı “Qablaşdırılmış pivənin satışına dair” müqavilə bağlanmış, həmin müqavilələr əsasında cavabdehə pivə məhsulları satılmış, həmçinin avadanlıqlar təhvil verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 23/30 saylı saylı “Distributor” müqaviləsinin 2 saylı əlavəsinə əsasən xx.xx.2023-cü il tarixli tarixdə 17 adda, 14450 manat dəyərində avadanlıqlar Cavabdeh MMC-yə təhvil verilmişdir. Cavabdeh MMC pivə məhsullarını təhvil almasına baxmayaraq, onların dəyərini tam şəkildə ödəməmiş, həmçinin təhvil aldığı avadanlıqları qaytarmamışdır.
27. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə və üzləşdirmə aktı ilə təsdiq olunduğu üçün pivə satışına görə ödənilməmiş 15941,94 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə 15941,94 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.
28. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin müxtəlif aylarında, sonuncusu noyabr 2023-cü il tarixi olmaqla, e-qaimələr göndərilmiş və həmin qaimələr üzrə bugünə kimi ödənişlər tamamlanmadığı üçün, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 797 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. İddiaçı tərəfindən cavabdeh MMC-dən müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamış və müqavilə üzrə üzərinə götürüldüyü öhdəliyi pozmuşdur. Buna görə də iddiaçının həmin tələbi də əsaslı olduğundan təmin edilməlidir.
30. 23/30 saylı Distribütor müqaviləsinə xx.xx.2023-cü il tarixli 2 saylı Əlavəyə əsasən Uğur markalı soyuducuların (həmçinin iddia ərizəsi ilə tələb edilən **********03 inventar kodlu soyuducunun) hər birinin ayrı-ayrılıqda giyməti 850 manat müəyyən edilmişdir.
31. 27.04.2022-xx.xx.2023-cü il tarixləri əhatə edən e-qaimələr tərtib edilərək cavabdeh MMC-yə göndərilmişdir.
32. xx.xx.2024-cü il tarixli üzləşmdirmə aktına əsasən Cavabdeh MMCyə xx.xx.2024 tarixə butulka üzrə 15941,94 manat məbləğdə “Salvan Q.M.İ.K. şirkəti“ -nə borcu qaldığını imza və möhürlə təsdiq etmişdir.
33. 10.08.2024-cü il tarixli 94 saylı maliyyə arayışına əsasən bu günə qədər satılmış pivə məhsullarının əvəzi olaraq 19 ədəd, ümumilikdə 140941,19 (bir yüz qırx min doqquz yüz qırx bir manat.19 qəpik) manat məbləğində elektron qaimələr göndərilmiş, həmin qaimeler üzrə cəmi 124999,25 (bir yüz iyirmi dörd min doqquz yüz doxsan doqquz manat, 25 qəpik) manat ödəniş edilmiş, 21903,24 (İyirmi bir min doqquz yüz üç manat 24 qəpik) manat vaxtı keçmiş məhsulların geri qaytarışını etmiş, (on beş min doqquz yüz qırx bir manat, 94 qəpik) manat hissəsi isə bu günə qədər ödənilməmiş qalmışdır.
34. Göstərilənlərə əsasən, "Hun Trading” MMC (VÖEN: **********) “Qablaşdırılmış pivənin satışına dair distributor müqaviləsi” üzrə Salyan Qida X2 Şirkətinə olan yekun ödənilməli borcu 15941.94 (on beş min doqquz qırx bir manat, 94 qəpik) manat təşkil edir.
35. 10.08.2024-cü il tarixli 95 maliyyə arayışına əsasən “Hun Trading" MMC (VÖEN: **********) ilə Salyan Qida X2 Şirkəti arasında “Qablaşdırılmış pivənin satışına dair distributor müqaviləsi” bağlanmışdır. Həmin müqavilə əsasında Salyan Qida X2 Şirkəti tərəfindən qablaşdırılmış pivə məhsulları satılması üçün, “Hun Trading" MMC-yə (VÖEN: **********) avadanlıqlar təhkim olunmuşdur. Avadanlıqların bir hissəsi geri qaytarılmamışdır. Cədvəldən də göründüyü kimi, təhkim olunmuş lakin geri qaytarılmamış inventar cəmi dəyəri 850 (səkkiz yüz əlli) manat təşkil edir.Göstərilənlərə əsasən, Cavabdeh MMC (VÖEN: ********** )“Qablaşdırılmış pivənin satışına dair distributor müqaviləsi” üzrə Salyan Qida X2 Şirkətinə qaytarılmamış inventar üzrə qalıq borcu 850 (səkkiz yüz əlli) manat təşkil edir.
36. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddiaçı tərəfindən ona verilmiş olan malların müəyyən edilmiş satış ərazisində yalnız cavadeh tərəfindən satılacağı ilə bağlı şifahi qaydada razılığın mövcud olduğuna istinad edilsə də, qeyd edilən hal iş materialları ilə müəyyən edilmir.
37. Belə ki, müqavilənin əlavəsində satış əraziləri tam olaraq göstərilmişdir ki, həmin ərazilər demək olar ki, Respublikanın bütün ərazilərini əhatə edir. Qeyd olunan ərazilərdə isə yalnız satışın cavabdeh tərəfindən həyata keçirilməsi ilə bağlı müqavilədə qeyd olmamaqla, iddiaçı şifahi qaydada razılaşmanın mövcud olmamasını bildirmişdir. . Bundan əlavə məhkəmə qətnamə çıxaran zaman tərəflər arasında mövcud olan müqavilə şərtlərinə, eyni zamanda mövcud borcun etirafını təsdiq edə üzləşmə aktına, maliyyə arayışlarına istinad etməklə müqavilə tərəflərinin iradə ifadəsinə uyğun qanuni və ədalətli qərar çıxarmışdır. Bundan əlavə merçendayzinq xidmətlərinə görə ödənişlərin də şirkət tərəfindən ödənilməsi ilə bağlı şərt mövcud olmamışdır. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən tərəflər tələblərinin əsası kimi istinad etdikləri halları sübut etmək vəzifəsi daşıyır. Hazırki şikayətdə cavabdeh istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.İş materiallarında olan sübutlara əsasən cavabdehin irəli sürdüyü dəlillər təkzib edilmiş, iddia tələbində qeyd edilənlər təsdiq edilmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
38. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
39. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6076/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.