Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-210/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-354/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıldı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İş materiallarından görünür ki, Cavabdeh özünə məxsus sahədə pambıq əkmək üçün iddiaçı "xxxx" MMC-dən lazımi məhsullar və istifadə üçün texnika götürmüşdür.
2. İddiaçı ekspert rəyinə əsasən müəyyən edilən 64328,66 manat pulun tutulmasını xahiş edir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 73612.19 manat, hesablanmış cərimə borcuna görə 30446.8 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 104088,99 manat pulun tutularaq "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırımışdır ki, Cavabdeh ilə “MKT Salyan” filialı arasında bağlanmış 05 dekabr 2016-cı il tarixli ********* saylı müqaviləyə əsasən cavabdeh 200 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 400 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavadehə 124824,83 manat məbləğində avans vəsait ödənilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh 46220,64 manat məbləğində 95531,97 kq xam-pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Cavabdeh təhvil aldığı avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 51212,64 manat dəyərində vəsaitləri Cəmiyyətə geri qaytarmışdır. Son nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 73612,19 manat borcu qalmışdır.
5. Salyan Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 2(057)-181/2020 nömrəli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 1298/2020 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Cavabdehin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(005)-2249/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2(005)-1298/2020 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(005)- 2249/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 73612.19 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 73642,19 manatın İddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2249/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8825/2021 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(005)- 2249/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
11. İddiaçı "xxxx" MMC iddia tələbinin həcminin azaldılması barədə əizə ilə məhkəməyə müraciət edərək, iddiaçının hesabına hüquqi əsaslar olmadan əsassız varlanmış cavabdehdən ümumilikdə 64328,66 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə icraatı zamanı təyin edilmiş məhkəmə-xəttşünaslı ekspertizasının 26 iyul 2022ci il 4/992 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, xam-pambığın alqı-satqı müqaviləsində, aqrotexniki işlərin görülməsini və xam-pambığın təhvil verilməsini təsdiq edən bəzi hüquqmüəyyənedici sənədlərdəki imzalar Cavabdeh məxsus olmamışdır. Eyni zamanda sözügedən rəyə əsasən, 69968,27 manat dəyərin avans vəsait sənədlərindəki və 5639,61 manatlıq pambıq qəbulu qəbzlərindəki imzaların cavabdehə məxsus olduğu təsdiqlənmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-354/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, 64328,66 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 138 manat məbləğində pul vəsaitindən 69 manat hissəsinin İddiaçı MMC-dən, 69 manat hissəsinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
14. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi Mülki Məcəllənin 329.2, 329.3, 567, və 600.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-354/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) İddiaçının apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin əsas şərti tərəflərin imza etməsidir ki, bu iddia tələbi üzrə əlavə edilmiş müqavilədəki imza cavabdehə məxsus deyildir. Daha sonra isə əsassız varlanma ilə iddia tələbinin azaldılması barədə vəsatət verilmiş və buna baxmayaraq məhkəmə müqavilə əsasında borcun yarandığını bildirərək iddiada göstərilən “cavabdeh 46220,64 manat məbləğində 95531,97 kq xam-pambıq təhvil vermişdir” sübut olunmuş halını nəzərə almamışdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirməmiş, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini. Nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməmişdir. İddiaçının etiraf etdiyi halların hansı əsasla nəzərə alınmadığı göstərilməmişdir: 1. Cavabdeh təhvil aldığı avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 51212,64 manat dəyərində vəsaitləri Cəmiyyətə geri qaytarmışdır. 2. Lakin cavabdeh 46220,64 manat məbləğində 95531,97 kq xam-pambıq təhvil vermişdir. 3. Bu iki hal təkzibedilməz haldır və iddiaçı tərəfindən etiraf edilmişdir ki, iddia təmin edilərkən bu məbləğ tutulmalı deyildi.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
19. Mülki Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
20. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
22. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
25. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
31. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2016-cı il tarixli ********* saylı “2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” müqavilə imzalanmış, həmin müqaviləyə əsasən cavabdehin 73612,19 manat borcu qalmışdır.
32. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir.
33. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 4/992 saylı rəyinə əsasən 02 noyabr 2017-ci il tarixli 066478 nömrəli, 02 noyabr 2017-ci il tarixli 066477 nömrəli, 31 oktyabr 2017-ci il tarixli 066380 nömrəli, 16 noyabr 2017-ci il tarixli 066509 nömrəli, 15 noyabr 2017-ci il tarixli 064961 nömrəli, 15 noyabr 2017-ci il tarixli 064962 nömrəli, 28 noyabr 2017-ci il tarixli 066892 nömrəli, 28 noyabr 2017-ci il tarixli 066891 nömrəli, 28 noyabr 2017-ci il tarixli 066872 nömrəli Pambıq qəbulu qəbzlərində “Təhvil verdi” qrafalarındakı imzalar (c.1 i/v 62-63, 65, 72-74, 78-80); 22 yanvar 2017-ci il tarixli 24019798 nömrəli, 25 yanvar 2017-ci il tarixli 24019952 nömrəli, 26 fevral 2017-ci il tarixli 24020011 nömrəli, 09 aprel 2017-ci il tarixli 24021286 nömrəli, 15 aprel 2017-ci il tarixli 24022049 nömrəli, 27 aprel 24023108 nömrəli, 25 aprel 2017-ci il tarixli, 24022685 nömrəli, 25 iyun 24025649 nömrəli, 15 iyun 2017-ci il tarixli 24025297 nömrəli, 10 iyun 24025184 nömrəli, 10 may 2017-ci il tarixli 24024100 nömrəli, 29 may 2017-ci il tarixli 24024636 nömrəli, 10 iyun 2017-ci il tarixli 24025824 nömrəli, 10 iyun 2017-ci il tarixli 24025917 nömrəli, 10 iyul 2017-ci il tarixli 24026026 nömrəli, 25 iyul 2017-ci il tarixli 24026334 nömrəli, 30 iyul 2017-ci il tarixli 24026695 nömrəli nömrəli məxaric orderlərində “Təhvil aldım” qrafalarındakı imzalar (c.1 i/v 96, 100-115); 21-xx.xx.2017-ci il tarixli 12007777 nömrəli, 19-xx.xx.2017-ci il tarixli 12007762 nömrəli, xx.xx.2017-ci il tarixli 12008021 nömrəli, xx.xx.2017- ci il tarixli 12008186 nömrəli, xx.xx.2017-ci il tarixli 12007776 nömrəli, xx.xx.2017-ci il tarixli 12007916 nömrəli, 16-17-18-xx.xx.2017-ci il tarixli 12007775 nömrəli, xx.xx.2017-ci il tarixli 12013042 nömrəli, 28-xx.xx.2017-ci il tarixli 12012409 nömrəli, 28-xx.xx.2017-ci il tarixli 12011894 nömrəli, xx.xx.2017-ci il tarixli 12013053 nömrəli, 04-05 avqust 2017-ci il tarixli 12011758 nömrəli, 02 avqust 2017-ci il tarixli 12012119 nömrəli, 04-05 avqust 2017-ci il tarixli 12011906 nömrəli, 29 iyul 2017-ci il tarixli 12011406 nömrəli, 28 iyul 2017- ci il tarixli 12011396 nömrəli, 26-27 iyul 2017-ci il tarixli 12011407 nömrəli, 24-25 iyul 2017- ci il tarixli 12011222 nömrəli, 18-19 iyul 2017-ci il tarixli 12010938 nömrəli, 08-09 avqust 2017-ci il tarixli 12011889 nömrəli, 06-07 avqust 2017-ci il tarixli 12011888 nömrəli, 12-13 avqust 2017-ci il tarixli 12011891 nömrəli, 21 iyun 2017-ci il tarixli 12009901 nömrəli, 13iyul 2017-ci il tarixli 12010847 nömrəli, xx.xx.2017-ci il tarixli 12011224 nömrəli, 19 iyul 2017-ci il tarixli 12011126 nömrəli, 10-xx.xx.2017-ci il tarixli 12010430 nömrəli, 18 iyul 2017-ci il tarixli 12011052 nömrəli, 20- 21-22-23 iyul 2017-ci il tarixli 12010423 nömrəli, 18-19 iyul 2017-ci il tarixli 12010422 nömrəli, 16-17 iyul 2017-ci il tarixli 12010425 nömrəli, 12-13 iyul 2017-ci il tarixli 12010428 nömrəli, 14-15 iyul 2017-ci il tarixli 12010429 nömrəli, 20-21 iyul 2017-ci il tarixli 12010837 nömrəli, xx.xx.2017-ci il tarixli 12008466 nömrəli, 27-xx.xx.2017-ci il tarixli 12008196 nömrəli, 26- 27-28-xx.xx.2017-ci il tarixli 12008398 nömrəli, 19 may 2017-ci il tarixli 12008273 nömrəli, xx.xx.2017-ci il tarixli 12007761 nömrəli, May 2017-ci il tarixli 12007587 nömrəli, 17-18xx.xx.2017-ci il tarixli 12007502 nömrəli, xx.xx.2017-ci il tarixli 12007912 nömrəli, 17xx.xx.2017-ci il tarixli 12007760 nömrəli aktlarda “Təhvil aldı” qrafalarındakı imzalar (c.1 i/v 120-127, 129-131, 133-140, 142-169); xx.xx.2017-ci il tarixli 24017829 nömrəli, xx.xx.2017-ci il tarixli 24017643 nömrəli, xx.xx.2017-ci il tarixli 24017145 nömrəli, xx.xx.2017-ci il tarixli, 24017175 nömrəli məxaric orderlərində “Təhvil aldım” qrafalarındakı imzalar (c.2 i/v 75, 77-79); 25 iyul 2017-ci il tarixli 12011055 nömrəli, 24-25 iyul 2017-ci il tarixli 12010424 nömrəli aktlarda “Təhvil aldı” qrafalarındakı imzalar (c.2 i/v 80-81); xx.xx.2017-ci il tarixli 24001705 nömrəli, xx.xx.2017-ci il tarixli 24001706 nömrəli, xx.xx.2017-ci il tarixli 24001810 nömrəli, xx.xx.2017-ci il tarixli 24001809 nömrəli Maşınla pambıq yığımı barədə aktlarda “5” rəqəmi qarşısındakı və “Təvil aldı:” qrafalarındakı imzalar (c.2 82-85) - Cavabdeh tərəfindən, digər sənədlərdə isə imzaların başqa şəxslər tərəfindən icra olunduğu müəyyən edilmişdir.
34. Ekspert rəyi verildikdən sonra ekspert rəyi ilə imzası Cavabdeh tərəfindən imzalanmış pambıq qəbulu qəbzlərində, məxaric orderlərində və aktlarda müəyyən olunmuş məbləğlərə uyğun iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə vermiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi tam təmin edilmişdir.
35. Cavabdeh isə iddia ərizəsində olan borcun geri qaytarılması barədə (cavabdeh təhvil aldığı avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 51212,64 manat dəyərində vəsaitləri Cəmiyyətə geri qaytarmışdır) etirafın məhkəmə tərəfindən nəzərə alınmadığını bildirmişdir.
36. Məhkəmə kolegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyinə əsasən xx.xx.2016-cı il tarixli ********* müqavilə cavabdeh tərəfindən imzalanmamış olsa belə tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmuşdur. Bu halı tərəflər özləri inkar etmədikləri kimi, iş materiallarında olan sənədlərlədə müəyyən edilir.
37. Ekspert rəyində göstərilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı cavabdehi 69752,27 manat dəyərində texnika və məhsulla təmin etmişdir.
38. Həmin ekspert rəyindən həmçinin müəyyən edilir ki, cavabdeh tərəfindən təhvil verilmiş pambığın dəyəri 5639,61 manat təşkil edir.
39. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təhvil verilmiş məhsulun dəyərini müəyyən edərkən yalnız ekspert rəyi ilə müəyyən edilmiş qəbzlərdə göstərilmiş pambığın dəyərini nəzərə almışdır.
40. Halbuki, mülki prosesual qanunvericiliyə əsasən işdə iştirak edən şəxslərin izahatları da sübut növlərindən biridir. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ümumilikdə 51212,64 manat dəyərində məhsul təhvil verdiyini etiraf etmişdir.
41. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinə bununla bağlı verilmiş suallara əvvəl bu faktı etiraf etdiklərini, lakin sonradan ekspert rəyinə əsasən cavabdehin 64328,66 manat borcunun olmasını müəyyən etdiklərini bildirmişdir.
42. İddiaçının nümayəndəsinin izahatından belə müəyyən olunur ki, iddiaçı cavabdehin təhvil verdiyi pambığın dəyərini yalnız ekspert rəyindən sonra müəyyən etmişdir ki, bu izahat məhkəmə tərəfindən qeyri-səmimi olaraq qəbul edilir.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ekspert rəyi əsas götürülməklə cavabdehə təhvil verilmiş məhsul və istifadəsinə verilmiş texnikanın dəyərini təşkil edən 69752,27 manatdan, iddia ərizəsində qeyd edilmiş, cavabdeh tərəfindən təhvil verilmiş pambığın dəyərini təşkil edən 51212,64 manat çıxılmaqla qalan məbləğ 18539,63 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
44. İş materiallarından görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 30 manat, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən 15 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin ekspert rəyinin dəyəri 138 manat təşkil edir.
45. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən tərəflərin ödədikləri dövlət rüsumu özlərinə aid edilməli, ekspert rəyinin dəyərini təşkil edən 138 manatın 100 manatı iddiaçıdan, 38 manatı cavabdehdən tutularaq məhkəmə ekspertizası mərkəzinə ödənilməlidir.
46. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-354/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 18539,63 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli. İddia tələbi qalan hissədə təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-354/2022 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 18539,63 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Ekspertizanın dəyəri olan 138 manatın 100 manatı iddiaçıdan, 38 manatı cavabdehdən tutularaq Məhkəmə ekspertizası mərkəzinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova