Məhkəmə qərarları › İş №2-2(103)-213/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-213/2025

23.01.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-213/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh qarşı “malların məhv olunması və sairə” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2-2(113)-9352/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh qarşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 24 oktyabr 2024-cü il tarixli №3-33- 1100/000080Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli WX2024415 saylı invoys sənədi ilə Türkiyə Cümhuriyyətindən 90DN491 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********2414 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 170 ədəd kişi köynəkləri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və 2) Cavabdeh (VÖEN:**********) 7000 (yeddi min) manat məbləğində kompensasiyanın tutularaq İddiaçı “İddiaçı” Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2-2(113)-9352/2024 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı “İddiaçı” şirkəti iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək,Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 24 oktyabr 2024-cü il tarixli №3-33-1100/000080Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli WX2024415 saylı invoys sənədi ilə Türkiyə Cümhuriyyətindən 90DN491 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********2414 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 170 ədəd kişi köynəkləri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və Cavabdeh (VÖEN:**********) 7000 (yeddi min) manat məbləğində kompensasiyanın tutularaq İddiaçı “İddiaçı” Şirkətinə ödənilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin № e-2-2(113)-9352/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Aşağıdakı əsaslara görə hesab edirik ki, Bakı Kommersiya Məhkəməsinin № e-2-2(113)-9352/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iş icraata qəbul edilərək növbəti prosessual hərəkətlər edilməlidir. Belə ki, mübahisəli qərardadda məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçının tələbi “Müəlliflik hüququ və Əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq dairəsinə düşmədiyindən, iddiaçı 90 (doxsan) manat məbləğində rüsum ödəməlidir. İstinad edilmiş qanunvericilik normasına diqqət etsək, “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4-cü maddəsi üzrə iddiaçı dövlət rüsumu ödəməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Belə ki, dövlət rüsumunun hesablanması kalkulyatorundan görünür ki, iş üzrə 90 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4-ci maddəsinə istinad edərək, dövlət rüsumu ödəməmişdir. Belə ki, hazırki iddia tələbi iki hissədən: kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 170 ədəd kişi köynəkləri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsindən və 7000 manat kompensasiyanın ödənilməsindən ibarətdir. Belə ki, tələblərdən biri 7000 manat kompensasiyanın ödənilməsi qiymətləndirilən iddiadır və həmin hissədə 90 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Həmin Məcəllənin 152.1 və 152.1.5-ci maddələrinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı başqa məhkəmələrdə eyni halla bağlı iddia ərizələrinin icraata qəbul edilməsi barədə qərardadların olmasını qeyd etsə də, istinad etdiyi hala dair sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası məhkəmənin qərardadında qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin geri qaytarılması əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “İddiaçı” Şirkəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2-2(113)-9352/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar