Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-216/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun ödəniməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2136/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 12/DİS- ST/20 saylı distribüter müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilə üzrə distribüter şirkət tərəfindən müəyyən olunmuş Azərbaycan Respublikasının fəaliyyət regionunda, yəni Sumqayıt şəhər H.Zeynalabdin və Corat qəsəbələri, Abşeron rayonu Saray, Ceyranbatan, Mehdiabad qəsəbələri və Novxanı, Digah, Fatmayi, Görədil, Məmmədli (Məhəmmədi) kəndləri, həmçinin Bakı şəhəri, Sabunçu rayonu Sabunçu, Zabrat, Maştağa, Kürdəxanı, Balaxanı, Nardaran, Bilgəh, Ramana qəsəbələri, Pirşağı kəndi və Xəzər rayonu Buzovna, Binə qəsəbələrində şirkətə məxsus məhsulların, şirkətin müəyyənləşdirdiyi qaydalar və strategiyalar əsasında satışının təşkil edilməsini öhdəsinə götürür.
2. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən şirkət tapşırır, distribüter isə, irəlidə “Mal” və ya “Məhsul” adlanacaq: içəcək və qida, məhsullarının Azərbaycan Respublikasının bu müqavilənin 1.1 bəndində qeyd olunmuş regionlarda satışını həyata keçirməyi öz öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən göndərilən malların adı, adı, miqdarı, çeşidi və qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymət razılaşma protokolunda göstərilir. Bu Müqavilə əsasında göndərilən malların siyahısı və qiymətləri yalnız şirkət tərəfindən dəyişdirilə bilər. 7.1-ci bəndinə əsasən distributer şirkətdə nağd və ya kredit vasitəsi ilə mal almaq hüququna malikdir. 7.2-ci bəndinə əsasən distributer nağd şəkildə mal almaq istədiyi təqdirdə, o elektron qaimə faktura aldığı tarixdən etibarən 3 iş günü ərzində aldığı malın 100 % dəyərini Şirkətin bank hesabına köçürməyi öhdəsinə götürür. 7.3-cü bəndinə əsasən distributer şirkətlə kredit şərtləri ilə çalışmaq istədiyi təqdirdə, o Şirkətin qəbul etdiyi qaydada və şərtlər çərçivəsində Bank qarantiyası təqdim etməlidir. Bu halda Şirkət Distribüterə təqdim olunan bank qarantiya məbləğinin 1,5 mislində kreditə mal sata bilər. 7.4-cü bəndinə əsasən X3rantiyası təqdim edə biidmədiyi təqdirdə, o, Şirkətin razılığı ilə daşınmaz əmlakını girov qoyaraq kreditə mal ala bilər. Bu halda Distributer daşınmaz əmlakını müstəqil ekspert tərəfindən dəyərləndirməlidir və Şirkət Distribüterə girov qoyulan daşınmaz əmlakın dəyərinin 1.5 mislində kreditə mal sata bilər. 7.5-ci bəndinə əsasən Distribüter kreditlə aldığı malın dəyərini 35 təqvim günü ərzində Şirkətin bank hesabına ödəməlidir. 7.6-cı bəndinə əsasən Şirkət kreditlə alınan mallara görə ödəniş tarixini müəyyən etmək hüququnu özündə saxlayır. Bu bənd artıq kredit satılmış mallara şamil olunmur. 7.7-ci bəndinə əsasən Distribüterin Şirkətə heç bir borcu olmadığı təqdirdə, o Şirkətdən nağd şəkildə mal ala bilər, bu halda Şirkət Distribüterə aldığı mallara görə əlavə 1% endirim vermək hüququna malikdir. 8.1-ci bəndinə əsasən hazırkı müqaviləyə əsasən malların çatdırılması Distribüterin sifarişi əsasında partiyalar (ton, say və sair) ilə həyata keçirilir. Sifariş həm yazılı, həm də elektron bildiriş (məktub) şəkildə şirkətin ünvanına göndərilir və sifarişi Ərazi Satış Meneceri təsdiq etməlidir. Malların təhvil alma tarixi. Mallar Şirkət tərəfindən Distribüterə, Distribüterə məxsus ünvan 1 ünvanında yerləşən anbarda təhvil verdiyi gün sayılır və Malın Distributer tərəfindən təhvil-təslim aktı əsasında təhvil alındığı andan mal üzərində mülkiyyət hüququ Distribüterə keçir. 8.2-ci bəndinə əsasən Malların Şirkət tərəfindən göndərilməsi Distribüterin sifarişinin təsdiq olunduğu gündən etibarən 3 təqvim günü ərzində həyata keçirilir. Sifarişdə malın kodu, çeşidi, miqdarı və digər zəruri xarakteristikaları bildirilir (göstərilir). 8.3-cü bəndinə əsasən Mallar dövriyyəli (çoxistifadəli) taralarda (palet) təchiz olunduğu təqdirdə Distributer həmin taraları Malların təchiz olunduğu gün və ya ən geci qrafik üzrə Malların növbəti tachizatı günü qaytarmalıdır. Bu şərtlər yerinə yetirilmədiyi təqdirdə Distributer qaytarılmayan dövriyyəli (çoxistifadəli) taraların dəyərini Şirkətə ödəyir. 10.4-cü bəndinə əsasən distribüter bu müqavilənin 7.2-7.5-ci bəndlərində göstərilən ödəniş qaydalarını pozduğu təqdirdə, şirkət distrübüterə qanuna uyğun maliyyə sanksiyası tətbiq etmək hüququna malikdir və ya dərhal distribüterlə ticarət əməkdaşlığını dayandırıb həmin dövrə distrübiterin olan borcunu, əməkdalığı dayandırdığı günün növbəti günü tam ödəməyi tələb edəcək. Distribüter bütün borcunu əməkdaşlığa xitam verən günün növbəti günü ödəmədiyi təqdirdə, şirkət borcun ödənilməsini məhkəmə və ya hüquq mühafizə orqanlarının vasitəsi ilə hüquqi müstəvidə həll etmək hüququna malikdir.
3. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını distribüter müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin: 2-ci bəndinə əsasən ipoteka predmetinin olduğu yer: Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 3245-ci məhəllə, Cavadxan (Gəncə xanı) küçəsi, 4A/mənzil 295, giriş 3 Yeni qaydalarla: AZ1134, ünvan 2 ünvanında yerləşən 163.5 kv.m. mənzildir. 3.1-ci bəndinə əsasən öhdəliyin yaranma əsas xx.xx.2020-ci il tarixli. 3M/1243 reyestr distribüter müqaviləsidir. 3.2-ci bəndinə əsasən öhdəliyin ölçüsü (məbləği) 370000 manat sərinləşdirici alkoqolsuz və təbii şirə içkiləridir. 3.3-cü bəndinə əsasən öhdəliyin icra müddəti distribüter müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana faktiki təqdim edildiyi tarixindən xx.xx.2023-cü il tarixinədək. 9.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: - əsas öhdəliyin, yaxun onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;– ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmadıqda.
4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 3245-ci məhəllə, Cavadxan (Gəncə xanı) küçəsi, 4A/mənzil 295, giriş 3 Yeni qaydalarla: AZ1134, ünvan 2 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqları Cavabdeh2 adına hüquqi qeydiyyata alınmış, o cümlədən İddiaçı MMM xeyrinə hüquqlar yüklü edilmişdir.
5. 04.02.2021-ci ildən xx.xx.2022-ci illəri əhatə edən satışlar üzrə iddiaçı MMC tərəfindən Cavabdeh3 e-qaimələr göndərilmişdir.
6. Maliyyə arayışına əsasən Cavabdeh3 gecikdirilmiş ümumi borcu 323.742,38 manat məbləğində müəyyən edilmişdir.
7. Qarşılıqlı borc vəziyyətinin üzləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli akta əsasən xx.xx.2022-ci il tarixə Cavabdeh3 İddiaçı MMC-yə borcu 447.995,19 manat təşkil edir.
8. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli LP-132/2024 saylı mütəxəssis rəyinə əsasən AZ1134, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 163,5 kv.m. olan mənzilin yerləşən Cavabdeh2 məxsus mənzilin hazırkı bazar qiyməti 327.000 manat və likvid qiyməti 294.000 manat müəyyən edilmişdir.
9. xx.xx.2024-cü il tarixli, 9/5320 saylı ekspert rəyinə əsasən ümumi borc məbləği 322.950,72 manat təşkil edir, həmin məbləği ilin günlərinə böldükdə isə bir günə düşən məbləğin 44,85 manat olduğu və xx.xx.2023-cü il tarixdən iddianın məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixə olan gecikdirilmiş günlərin sayının 231 gün olduğunu nəzərə alsaq, əsas borc məbləğinə illik 5% ilə hesablanmaqla faiz borcunun məbləği 44,85 manat x 231 gün = 10.361,34 manat, xx.xx.2023-cü il tarixdən ekspert rəyinin verildiyi xx.xx.2024-cü il tarixə olan gecikdirilmiş günlərin sayının 412 gün olduğunu nəzərə alsaq, əsas borc məbləğinə illik 5% ilə hesablanmaqla faiz borcunun məbləği isə 44,85 manat x 412 gün=18479,96 manat müəyyən olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat:
10. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya əsas öhdəlik üzrə olan 323742,38 manat borcu, MM-in 445.7-ci maddəsinə əsasən hesablanan 9710,46 manat faizlər, iddiaçının məhkəməyə ödədiyi 224 manat dövlət rüsumu, mediasiya üçün çəkilmiş 400 manat xərc, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönləndirilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və vəkilə ödənilmiş 110 manat , ümumilikdə 333977,48 manat vəsait ipoteka ilə yüklü edilmiş AZ1134, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın (yüklü edilən əmlakın reyestr nömrəsi: **********14- 05301-093031; qeydiyyat nömrəsi: **********) açıq hərracda satılmasından əldə edilmiş vəsaitə yönləndirilməsi, tələbin ipoteka ilə yüklü edilmiş AZ1134, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın (yüklü edilən əmlakın reyestr nömrəsi: **********14-05301- 093031; qeydiyyat nömrəsi: **********) açıq hərracda satılmasından əldə edilmiş vəsaitdən tutulduqdan sonra yerdə qalan hissəsi Cavabdehin digər əmlaklarına yönləndirilməsi barədə qətnamə qəbul xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 iyul 2020-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh3 arasında 3M-1243 nömrəli Distributer müqaviləsi imzalanmışdır. Müqavilə üzrə öhdəliklərin təminatı qismində 10 iyul 2020 tarixində İddiaçı, Cavabdeh və Cavabdeh2 arasında 3M-1244 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Müqavilə üzrə öhdəliklərin təminatı qismində İpoteka qoyana məxsus AZ1134, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak İddiaçının xeyrinə yüklü edilmişdir. Müqavilənin 7.1-ci bəndinə əsasən, Distribüter Şirkətdə nağd və ya kredit vasitəsi ilə mal almaq hüququna malikdir. Bundan əlavə Müqavilənin 7.4-cü və 7.5- ci bəndlərinə əsasən, X3rantiyası təqdim edə bilmədiyi təqdirdə o, Şirkətin razılığı ilə daşınmaz əmlakı girov qoyaraq Şirkətdən mal ala bilər və kreditlə aldığı malın dəyəri 35 təqvim günü ərzində Şirkətin bank hesabına köçürməlidir. Müqavilədə “Şirkət” dedikdə iddiaçı, “Distribüter” dedikdə isə Cavabdeh nəzərdə tutulur. Müqavilə üzrə İddiaçı bütün öhdəliklərini yerinə yetirsə də, Cavabdeh ödənişləri vaxtında etməmiş və nəticədə iddiaçıya zərər vurmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim olunan xx/xx/2023 tarixli maliyyə arayışından da məlum olduğu kimi Cavabdehin İddiaçıya qarşı 323742,38 manat borcu yaranmışdır. Müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün borclulara pretenziya yollanmış, lakin heç bir nəticə alınmamışdır (qəbzlər qoşmada əlavə edilir). Bundan əlavə İpoteka qoyan bütün poçt göndərişlərini qəbul etməkdən imtina edərək qapıları bağlamış, işin gedişinə süni maneələr yaratmışdır. xx.xx.2023 tarixində tərəflərə X2 Barədə Təklif ünvanlanmış, lakin heç bir cavab alınmamışdır. 7. xx.xx.2023 tarixində İddiaçı ünvan 4iasiya Təşkilatına müraciət etmiş, cavabdeh və ipoteka qoyan mediasiya sessiyasına dəvət edilmiş, lakin cavabdeh və ipoteka qoyan xx.xx.2023 tarixində baş tutmuş prosesdə iştirakdan imtina etmişlər. Mediatorun verdiyi xx.xx.2023 tarixli arayış da bu faktı təsdiq edir. İddiaçı mediasiya prosesi üçün 400 manat dövlət rüsumu ödəmişdir (Arayış qoşmada əlavə olunur). xx.xx.2024 tarixində İpoteka predmetinə tutmanın yönləndirilməsi haqqında №1 nömrəli bildiriş Cavabdehə və İpoteka qoyana ünvanlanmışdır (poçt qəbzləri qoşmada əlavə olunur). Daha sonra xx.xx.2024 tarixində isə İpoteka predmetinə tutmanın yönləndirilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair Ərizə ödənilmiş 15 manat dövlət rüsumunun qəbzi ilə birlikdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı BakıƏrazi İdarəsinə ünvanlanmışdır (poçt qəbzi qoşmada əlavə olunur). 9. Bundan əlavə İddiaçının pozulmuş hüquqlarının bərpası üçün xx.xx.2023 tarixli X4 haqqında müqaviləyə əsasən 110 manat vəsait ona (Vəkil; VK-1623) ödənilmişdir. MM-in 21.2-ci və 443.1-ci maddələrinin qarşılıqlı təhlilindən məlumolur ki, hazırki iş üzrə İddiaçı zərərlə üzləşmişdir. Belə ki Cavabdeh Müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək ödənişləri etməmişdir. Halbuki Müqavilənin 7.5-ci bəndinə əsasən Cavabdeh İddiaçıdan kreditlə aldığı malların dəyərini 35 təqvim günü ərzində İddiaçının bank hesabına köçürməli idi. 29.08.23 tarixli maliyyə arayışına əsasən, Cavabdehin ödəməkdən yayındığı məbləğlərin ümumi həcmi 323742.38 manat təşkil edir. Deməli, İddiaçının hüququ pozulmasa idi, 323742,38 manat gəlir əldə edə bilərdi. Bu da MM-in 21.2-ci maddəsində göstərilən zərər anlayışı ilə üst-üstə düşür. Bundan əlavə MM-in 443.1-ci maddəsinin tələbinə əsasən Cavabdeh öz öhdəliklərini icra etmədiyi üçün İddiaçıya dəyən zərərin əvəzini ödəməyə borcludur. 33. MM-in 317.1 və 319.1-ci maddələrinə əsasən, əgər borclu ipoteka ilə təmin edilmiş əsas öhdəliyini icra etməzsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Hazırki iş üzrə də Cavabdeh öz öhdəliklərini icra etmədiyindən İddiaçı öhdəliyin yerinə yetirilməsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın satılmasını və satılmış əmlakdan əldə edilmiş gəlirlərin İddiaçıya ödənilməsini tələb edir. MM-in 445.1 və 445.2-ci maddələrinin qarşılıqlı təhlilinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin gecikdirilməsi hesab olunur. İpoteka Müqaviləsinin 3.3-cü maddəsinə əsasən isə əsas öhdəliyin icra müddəti xx.xx.2023 tarixinədək qeyd olunmuşdur. Sözügedən müəyyənləşdirilmiş müddət keçsə də, Cavabdeh hələ də öz öhdəliklərini icra etməmişdir və buna görə də gecikdirmə nəticəsində vurduğu zərər üçün İddiaçı qarşısında məsuliyyət daşıyır. MM-in 445.7-ci maddəsinə əsasən, İddiaçının gecikdirilmiş pul məbləği üçün Cavabdehdən illik 5% məbləğ təlıb etmək hüququ vardır. İpoteka Müqaviləsinin 3.3cü maddəsinə əsasən, əsas öhdəliyin icra müddəti xx.xx.2023 tarixinə qədər göstərilmişdir. 29.08.23 tarixli maliyyə arayışına əsasən isə gecikdirilmiş pul məbləğinin ümumi həcmi 323742,38 manat təşkil edir. 323742,38 manatın 5 %-i 16187.12 manat təşkil edir. Həmin məbləği ilin günlərinə böldükdə isə aydın olur ki, bir günə düşən məbləğ 44,34 manat təşkil edir. Gecikmə günlərinin sayı isə xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinə qədər 219 gün təşkil edir. Deməli İddiaçının MM-in 445.7-ci maddəsinə əsasən 9710,46 manat tələb etmək hüququ vardır. (219*44.34=9710.46). İpoteka Müqaviləsinin 3.3 və 9.1-ci maddəsinə əsasən, əsas öhdəliyin və ya onun bir hissəsinin icrasının 90 təqvim günü və ya daha çox gecikdirilməsi ipoteka predmetinə tutmanın yönləndirilməsi üçün əsasdır. İpoteka Müqaviləsinin 3.3-cü maddəsinə əsasən əsas öhdəliyin icra müddəti xx.xx.2023 tarixinədək qeyd olunmuşdur. Həmin tarixdən 90 gündən çox keçmişdir (həmin tarixdən 90 gün sonrası xx.xx.2023 tarixinə təsadüf edir). Beləliklə, İddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. “İpoteka haqqında” qanunun 47.5-ci və İpoteka Müqaviləsinin 2.3-cü maddəsinin qarşılıqlı təhlilinə əsasən, ipoteka predmetinin dəyəri 250000 manat müəyyən edilmişdir. Lakin 29.08.23 tarixli maliyyə arayışına əsasən, Cavabdehin İddiaçıya olan borcunun ümumi həcmi 323742,38 manat təşkil edir. Göründüyü kimi ipoteka ilə yüklü edilmiş əmlak İddiaçının tələbinin tam həcmdə ödənilməsinə kifayət etmir. “İpoteka haqqında” qanunun 47.5-ci maddəsinə əsasən, İddiaçının çatışmayan məbləği Cavabdehin digər əmlakından tutulmasını tələb etmək hüququ vardır. Elə buna görə də İddiaçı çatışmayan məbləğin Cavabdehin digər əmlak(lar)ından tutulmasını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin 24 noyabr 2015 tarixli, Nº 42927/08 nömrəli TUNAİTİS LİTVAYA QARŞİ qərarının 32-ci bəndinə, Avropa İnsan Hüquqları Məhkəməsinin 06 dekabr 2011 tarixli, Nº 7097/10 nömrəli QLADİŞEVA RUSİYAYA QARŞİ qərarının 80-ci bəndinə, “İpoteka haqqında” qanunun 36.1 və 36.3-cü maddələrinə əsasən, bildirirlər ki, İddiaçı tərəfindən xx.xx.2024 tarixində İpoteka predmetinə tutma yönləndirilməsi haqqında №1 nömrəli bildiriş poçtla Cavabdehə və İpoteka qoyana göndərilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə verərək cavabdehin iddiaçıya əsas öhdəlik üzrə olan 323742,38 AZN borcu, MM-in 445.7-ci maddəsinə əsasən hesablanan 9710,46 manat faizlər, İddiaçının məhkəməyə ödədiyi 224 manat dövlət rüsumu, mediasiya üçün çəkilmiş 400 manat xərc, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönləndirilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və vəkilə ödənilmiş 110 manat, ümumilikdə 333977,48 manat vəsaitin Cavabdeh3 tutulması, iddia tələbi ipoteka ilə yüklü edilmiş AZ1134, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın (yüklü edilən əmlakın reyestr nömrəsi: **********14- 05301-093031; qeydiyyat nömrəsi: **********) açıq hərracda satılmasından əldə edilmiş vəsaitə yönləndirilməsi, tələbin qalan hissəsi Cavabdeh3 tutulmasını xahiş etmişdir.
12. Cavabdeh2 oğlunun nümayəndəsi və vəkilinin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, 10 iyul 2020-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh3 arasında 3M-1243 nömrəli Distributer müqaviləsi imzalanmışdır. Müqavilə üzrə öhdəliklərin təminatı qismində 10 iyul 2020 tarixində İddiaçı, Cavabdeh və Cavabdeh2 arasında 3M- 1244 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Müqavilə üzrə öhdəliklərin təminatı qismində İpoteka qoyana məxsus AZ1134, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak İddiaçının xeyrinə yüklü edilmişdir. İddiaçı MMC cavabdehdən ümumilikdə 333 977.48 manat borcun ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi və Tələbin ipoteka ilə yüklü edilmiş AZ1134, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın (yüklü edilən əmlakın reyestr nömrəsi: **********14-05301-093031; qeydiyyat nömrəsi: **********) açıq hərracda satılmasından əldə edilmiş vəsaitdən tutulduqdan sonra yerdə qalan hissəsi Cavabdehin digər əmlaklarına yönləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarının 67-169 - cu səhifələrində öz əksini tapmış elektron qaimə məlumatlarından müəyyən olunur ki, tərəflər arasında bağlanımış xx.xx.2020 - ci il tarixli distribütor müqaviləsinə əsasən, Cavabdeh3 49 ədəd elektron qaimə əsasında 322950,72 manat məbləğində mallar təhvil verilmişdir. Lakin iddiaçı tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən digər məlumatlar- 322950,72 manat məbləğində mallar üzrə ödənişlər, geri qaytarılmış malların ümümi borcdan çıxılması barədə hər hansı bir məlumat iddia ərizəsinə əlavə edilməmiş və məhkəməyə təqdime edilməmişdir ki, bu da iddia tələblərinin qanunsuz və əsassız olduğunu sübut edir. Mümkün deyildir ki, 322950.72 manat məbləğində mal verilsin və ödəniş olunmasın, müəyyən məbləğdə mallar verildikdən sonra ödəniş olmadığı halda digər məbləğlərdə malların cavabdehə hansı əsasla verilməsi ilə bağlı heç bir sənəd müəyyən edilməmişdir. Tərəflər arasında bağlanımış xx.xx.2020-ci il tarixli 12/DİS-ST/29 saylı distribütor müqaviləsinin 7.2 - ci bəndinə əsasən,Distribütor nağd şəkildə mal almaq istyədiyi təqdirdə, o elektron qaimə faktura aldığı tarixdən etibarən 3 iş günü ərzində malın dəyərinin 100 % dəyərini Şirkətin bank hesabına köçürməyi öhdəsinə götürür. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 7.2 - ci bəndi iddia tələblərininin əsassız və qanunsuz olduğunu sübut edir, belə ki, əgər cavabdeh müəyyən elektron qaimələr üzrə ödəniş etməmişdisə hansı səbəbdən iddiaçı 322950.72 manat məbləğində malı cavabdehə vermişdir. Müqavilənin 7.3 - cü maddəsinə əsasən, Distribütor Şirkətdə kredit şərtləri ilə çalışmaq istədiyi təqdirdə, o Şirkətin qəbul etdiyi qayda və şərtlər daxilində Bank qarantiyası təqdim etməldiri. Bu halda Şirkət Distribütora bank qarantiyasının 1.5 mislində kreditə mal sata bilər. Göründüyü kimi, müqavilənin bu bəndi də pozulmuşdur.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2136/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh3 322.950,72 manat əsas borc məbləği, 9710,46 manat faiz borcu, mediasiya xərcinin/dövlət rüsumunun əvəzi olaraq 623 manat, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönləndirilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməsi; tələb üzrə tutmanın Cavabdeh2 məxsus olan AZ1134, ünvan 3 ünvanında yerləşən mənzilə (yüklü edilən əmlakın reyestr nömrəsi: **********14- 05301-093031; qeydiyyat nömrəsi: **********) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 294.000 manat məbləğində müəyyən edilməsi; Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı MMC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh2 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh3 tutulması qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 10 iyul 2020-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh3 arasında 3M-1243 nömrəli Distributer müqaviləsi imzalanmış, müqavilə üzrə öhdəliklərin təminatı qismində 10 iyul 2020 tarixində İddiaçı, Cavabdeh və Cavabdeh2 arasında 3M-1244 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Müqavilə üzrə öhdəliklərin təminatı qismində İpoteka qoyana məxsus AZ1134, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak İddiaçının xeyrinə yüklü edilmişdir. Müqavilənin 7.1-ci bəndinə əsasən, Distribüter Şirkətdə nağd və ya kredit vasitəsi ilə mal almaq hüququna malikdir. Bundan əlavə Müqavilənin 7.4-cü və 7.5-ci bəndlərinə əsasən, X3rantiyası təqdim edə bilmədiyi təqdirdə o, Şirkətin razılığı ilə daşınmaz əmlakı girov qoyaraq Şirkətdən mal ala bilər və kreditlə aldığı malın dəyəri 35 təqvim günü ərzində Şirkətin bank hesabına köçürməlidir. Müqavilə üzrə iddiaçı bütün öhdəliklərini yerinə yetirsə də, Cavabdeh ödənişləri vaxtında etməmiş və nəticədə İddiaçıya borcu yaranmışdır. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh3 10 iyul 2020-ci il tarixli 3M-1243 saylı müqavilə üzrə əsas borcunu ödəniş şərtlərinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilə və ipoteka müqavilələrindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas borc məbləği ekspert rəyində müəyyən edilən əsas borcu məbləğindən yuxarı həddə müəyyən edilmişdir. Beləliklə, məhkəmə müqavilə üzrə əsas borc məbləğini 322.950,72 manat əsas, MM 445.7-ci maddəsinə əsasən müəyyən edilən faiz məbləği iddiada göstərilən 9710,46 manat olmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlir. Bununla yanaşı iş materiallardan görünür ki, iddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmakını distribüter müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir, müqavilənin 2-ci bəndinə əsasən ipoteka predmetinin olduğu yer: Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 3245-ci məhəllə, Cavadxan (Gəncə xanı) küçəsi, 4A/mənzil 295, giriş 3 Yeni qaydalarla: AZ1134, ünvan 2 ünvanında yerləşən 163.5 kv.m. məznildi və müqavilənin 3.1-ci bəndinə əsasən öhdəliyin yaranma əsas xx.xx.2020-ci il tarixli. 3M/1243 reyestr distribüter müqaviləsidir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır. İşin halları ilə təsdiq edilir ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma ipoteka ilə yüklü edilmiş ipoteka ilə yüklü edilmiş AZ1134, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır. "xxxx" MMCnin xx.xx.2024-cü il tarixli LP-132/2024 saylı mütəxəssis rəyinə əsasən AZ1134, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 163,5 kv.m. olan mənzilin yerləş Cavabdeh2 məxsus mənzilin hazırkı bazar qiyməti 327000 manat və likvid qiyməti 294000 manat dəyərində olması müəyyən edilmişdir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq AZ1134, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 163,5 kv.m. olan mənzilin yerləşən Cavabdeh2 məxsus mənzilin likvid qiyməti 294000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə görə 400 manat, 224 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat ödənişlər edilmişdir. İddiaçı 110 manat vəkil xərcinin əvəzinin də cavabdehdən tutulmasını tələb etsə də, iş materiallarına həmin ödənişin edilməsinə dair sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyini nəzərə alaraq belə qənaətə gelmişdir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyi üçün iddianının təmin edilmiş hissəsinə mütənasib olaraq mediasiya xərcinin/dövlət rüsumunun əvəzi olaraq 623 manat, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönləndirilməsi üçün ödənilmiş 15 manat və mühasibatlıq ekspertizasnın xərcinə görə 150 manat və əmlakın qiymətləndirilməsi xərci olaraq 300 manat Cavabdeh3 aid edilməlidir. Məhkəmə vəkil xərcinə münaisbətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən belə xərcin çəkilməsinə dair ödəniş sənədi iş materiallarına sübut qismində əlavə edilmədiyindən tələb həmin hissədə təmin edilə bilməz.
15. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024–cü il tarixli e2-2(113)-2136/2024 qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020–ci il tarixli 12/DİS-S T/20 saylı distrubüter müqaviləsinin 2.1.5–ci maddəsinə əsasən şirkətin ərazi satış menecerləri Regionlarda Şirkətin tam səlahiyyətli nümayəndələridir və bu səbəbdən,onlar Distribütorun kassasını, anbarını və ərazi üzrə müştəri borcunun yoxlamaq,proqram təminatına sərbəst və tam çıxış hüququna malikdirlər. Qeyd etmək istərdi ki, iddia tələblərin qeyd edildiyi kimi,cavabdehin iddiaçıya 323742.38 manat borcu yarandığı bildirilsə də bu borcun hansı səbəbdən yarandığı və distribütor tərəfindən müqavilə əsasında ödənişlər edilib–edilmədiyi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və məhkəmə tərəfindən isə bu xüsusatlar araşdırılmamışdır. iddiaçı tərəfindən həm də iddia ərizəsində və ona əlavə olunmuş sənədlərdə ödənilməsini tələb etdiyi həmin məbləğin nədən alındığını, haradan əmələ gəldiyini əsaslandırıcı sübutlarla təhlil etməmişdir. Bundan əlavə Müqavilənin 8.1 – ci bəndində qeyd edilən və malların çatdırılmasını təsdiq edən təhvil-təslim aktları iddia ərizəsinə əlavə edilməmişdir, sadəcə elektron qaimələr iş materillarına əlavə edilməklə borcun olması əsaslandırılmağı çalışılmış, Bakı Kommersiya Məhkəməsi isə qətnamadə bu xüsusatlara qiymət verməmiş və borcun olması ilə bağlı kifayət qədər sübutlar olmadığı halda iddianın təmin olunması barədə qətnamə qəbul etmiş və cavabdehin qanunla qorunan hüquqlarını pozmuşdur. Müqavilənin 8.4 – cü bəndinə əsasən Şirkət tərəfindən göndərilmiş mallar aşağıdakı hallarda Distribüter tərəfindən qəbul olunmuş hesab olunur:
1. Distribüterin özü qəbuletdikdə 2. Distribüterin etibarnamə əsasında səlahiyyər verdiyi digər şəxs qəbul etdikdə. Lakin iş materiallarında Şirkət tərəfindən Distribüterə elektron qaimələrdə göstərilmiş malların təhvil verildiyini və qəbul edildiyi təsdiq edən hər hansı bir sübut mövcud deyildir. İş materiallarına əsasən ilkin iddiaçının cavabdeh tərəfindən müqavilə öhdəliklərini pozduğunu mübahisələndirilən dəlillərinin həqiqiliyi sübuta yetirilməmiş, iddiaçı tərəfindən həm də iddia ərizəsində və ona əlavə olunmuş sənədlərdə ödənilməsini tələb etdiyi həmin məbləğin nədən alındığı, necə hesablandığı zəruri sübutlarla əsaslandırılmamışdır. Tərəflər arasında müqavilənin bağlanması müqavilə münasibətlərinin ilkin mərhələsidir. Müqavilənin realizə olunması üçün müqavilə şərtləri üzrə qarşılıqlı öhdəliklərin icrası da olmalıdır. İddiaçı cavabdehin təchiz olunduğu mallara görə istehsalçıya hansı məbləğdə ödəniş etməsi ilə bağlı hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Müqavilənin bağlanması onun şərtləri üzrə hərəkətlər edilmədiyi müddətdə, öz özlüyündə hər hansı öhdəlik yaratmır. İddiaçının iddiasını əsaslandırmaq üçün istinad etdiyi elektron qaimələr ümumiyyətlə onun iddiasını əsaslandırmaq üçün zəruri olan lazımi sübutlar olmamaqla iddia tələbinin həlli baxımından əhəmiyyətli deyil. Müqavilənin alqı-satqı deyil, "xxxx" müqaviləsi olması, MMC-nin iddianın əsası kimi istinad etdiyi halları mötəbər sübutlarla təsdiq edə bilməməsi, Cavabdehin MMC-yə dəyəri tələb edilən malın təchizatı ilə bağlı yazılı sifariş verməməsi ilə bağlı məsələlər üzrə, habelə malın “əvvəlcədən dəyəri ödənilmədən Cavabdeh və ya onun səlahiyyət verdiyi şəxsə “təhvil verildiyini sübut etmək vəzifəsi MMC-nin üzərinə düşdüyü halda MMC-nin bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməməsi, iddiaçı tərəfindən cavadehə əmtəə nəqliyyat qaimələrinin və yol vərəqələrinin iş materillarına əlavə edilməməsi, elektron qaimələrdə həmin malların təchizatının Cavabdeh tərəfindən sifariş verildiyinin “təsdiq edilməməsi, iddia tələblərinin əsassız və qanunsuz olması,Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin əsassız və qanunsuz olmasını bir daha sübut edir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı heç bir sübut iş materiallarına əlavə ediilməmiş, elektron qaimələrdə göstərilən malların cavabdehə təhvil verilməsi barədə heç bir təsdiqedici sənəd iş materiallarına əlavə edilmədiyi halda,iddianın təmin olunması qanun pozuntusudur və hesab edirlər ki,apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan xüsusatlar ətraflı şəkildə araşdırılacaqdır. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar işgüzar adətlərin, qanunun və yaxud da müqavilə şərtlərinin tətbiqini diferensiasiya edə bilməmişdir. Halbuki hazırkı mübahisəyə münasibətdə mülki hüququn qeyd olunan mənbələrinin birinin mövcudluğu digərlərinin tətbiqini istisna edir. Həmçinin məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini ümumiyyətlə nəzərə almamış, onları sadalamaqla kifayətlənərək, hazırkı mübahisəyə tətbiq etməmişdir. Məhkəmə müqavilənin müvafiq bəndlərində göstərilən şərtləri hazırkı mübahisəyə tətbiq etməli olduğu halda bunu etməmişdir. Müqavilə şərtləri cavabdeh tərəfindən qəbul olunmuşdur. Yəni müəyyənləşdirilmiş qaydada və keyfiyyətdə təhvil verilmiş malların dəyərinin ödənilməsi nəzərdə tutulur. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş malların tam şəkildə cavabdehə təhvil verilməsini təsdiq edən heç bir sübut təqdim edilmədiyi halda, məhkəmə elektron-qaimələrin təqdim olunmasının pul tələbinin təmin edilməsi üçün yetərli olması qənaətinə gəlmişdir. AR Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022–ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında qeyd edilən göstərişlərə əhəmiyyət vermədən, vergi-hesab fakturalarla kifayətlənmiş, bununla da əsassız və qanunsuz qətnamə qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
19. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəməyə gəlməmişlər. Cavabdeh2 nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak etməməsinin səbəbi kimi səhhətində yaranmış problemlərlə əlaqədar iclasın təxirə salınmasını xahiş etmişdir. Digər cavabdehlər gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
20. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili izahatında qeyd etmişdir ki, malların cavabdehə təhvil-verilməsini təsdiq edən aktlar məhkəməyə təqdim edilməyib, məhkəmə elektron qaimələr əsasında iddia tələbini təmin edib. Məbləğlər yüksəkdir, lakin mallar kimə təhvil verilib bilinmir. Borcun olmasını danmırlar. Əsas borclu olan Cavabdeh3 qeyd edir ki, malların bir qismi geri qaytarılıb, lakin bununla bağlı təhviltəslim aktı tərtib edilməyib. Digər məhkəmə iclasında verdiyi izahatda nümayəndə və vəkil bildirmişdi ki, borcu etiraf edirlər, lakin mübahisəli hal borcun həcmi ilə bağlıdır.
21. Əvvəlki məhkəmə iclaslarında iştirak edən digər Cavabdeh3 izahatında bildirmişdir ki, borc məbləğ ilə bağlı müzakirələr 2020-2022-ci illərdə baş tutub, bu səbəbdən tam olaraq yaddaşında qalmayıb, lakin borclu olsalar belə borcun həcmini dəqiq bilmir. 2022-ci ildə malların alqı-satqısı olmayıb. Sonuncu dəfə ödəniş malların təhviltəslim edilməsindən sonra 2023-cü ildə edilirdi. Qarşılıqlı borc vəziyyətinin üzləşdirilməsi barədə aktı imzalasa da, aktdan sonra 150.000 manat dəyərində malları geri qaytarıb. Bu barədə qarşı tərəfin elektron poçt ünvanına məlumat vermiş, lakin qaytarılan malların dəyərini borc məbləğindən çıxmayıblar. Malların qaytarılması, habelə onlara veriləcək bonuslar 2022-ci ildən əvvəlki tarixlərə aiddir. Tərəflər arasında danışıqlar gedən zaman borc məbləğin qrafik üzrə ödənilməsi imkanının yaradılmasını xahiş edib.
Tətbiq edilən hüquq:
22. Mülki Məcəllənin: -269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. -317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. -800.1-ci maddəsinə görə konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: -800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; -800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; -800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
23. “İpoteka haqqında” Qanunun:
- 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. -47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. -39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. -1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
24. Mülki Prosessual Məcəllənin:
- 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
26. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
Apellyasiya baxışının hədləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayətində qətnamənin əsaslılığı birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirilmiş, Cavabdeh3 və iddiaçı tərəfindən apellyasiya şikayətləri verilməmişdir. İlk növbədə kollegiya qeyd etməyi zəruri sayır ki, iddia tələbinin borcun tutulmasına dair hissəsi apellyator Cavabdeh2 qarşı qaldırılmasa da, həmin borcun təminatı olaraq apellyatorun mülkiyyətində olan əmlaka tutma yönəldilmişdir. Belə olan halda qətnamənin borcun tutulmasına dair hissəsi də Cavabdeh2 qanunla qorunan hüquq və maraqlarına toxunduğundan sonuncu qətnamənin sözügedən hissəsini ( o cümlədən borcun əsaslılığını) mübahisələndirmək hüququna malikdir. Odur ki, kollegiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə - mübahisələndirilən hissədə, iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı MMC (şirkət) ilə Cavabdeh3 (distribüter) arasında xx.xx.2020-ci il tarixli, 12/DİS-ST/20 saylı distribüter müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə 1.1-ci bəndinə əsasən müqavilə üzrə distribüter şirkət tərəfindən müəyyən olunmuş Azərbaycan Respublikasının fəaliyyət regionunda, yəni Sumqayıt şəhər H.Zeynalabdin və Corat qəsəbələri, Abşeron rayonu Saray, Ceyranbatan, Mehdiabad qəsəbələri və Novxanı, Digah, Fatmayi, Görədil, Məmmədli (Məhəmmədi) kəndləri, həmçinin Bakı şəhəri, Sabunçu rayonu Sabunçu, Zabrat, Maştağa, Kürdəxanı, Balaxanı, Nardaran, Bilgəh, Ramana qəsəbələri, Pirşağı kəndi və Xəzər rayonu Buzovna, Binə qəsəbələrində şirkətə məxsus məhsulların, şirkətin müəyyənləşdirdiyi qaydalar və strategiyalar əsasında satışının təşkil edilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə 370.000 manat həddində öhdəliyin təminatı olaraq xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən digər Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 3245-ci məhəllə, Cavadxan (Gəncə xanı) küçəsi, 4A/mənzil 295, giriş 3 Yeni qaydalarla: AZ1134, ünvan 2 ünvanında yerləşən 163.5 kv.m. mənzil ipoteka ilə yüklü edilmişdir. Hazırda iddiaçı həmin müqavilə çərçivəsində cavabdehin sifarişi əsasında malları cavabdehə təqdim etdiyini, lakin həmin malların dəyərinin tam ödənilmədiyini əsas göstərərək 323742,38 manat borcun, MM-in 445.7-ci maddəsinə əsasən hesablanan 9710,46 manat faizlərin cavabdehdən iddiaçının xeyrinə tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir.
32. İddianın borcun tutulması tələbinə dair hissəsinə münasibətdə kollegiya qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətində iddiaçının malların verilməsini bilavasitə təsdiq edən sənədləri (malların təhvil-təslim aktlarını) məhkəməyə təqdim etməməsinə istinad etməklə elektron qaimələrdə göstərilmiş malların Cavabdeh3 təqdim edilməsi faktını mübahisələndirmişdir.
33. Bununla bağlı kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı malların təqdim edilməsi faktını təsdiq etmək üçün tərəfindən cavabdehə təqdim edilmiş ümumilikdə 322.950,72 manat məbləğində elektron qaimələri məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş elektron qaimələrin siyahısından və bank hesablarından çıxarışlardan da göründüyü kimi tərəflər arasında əvvəllər də alqı-satqı əməliyyatları aparılmış və cavabdeh tərəfindən iddiaçıya həmin qaimələr üzrə mütəmadi olaraq ödənişlər edilmiş, bundan əlavə cavabdeh tərəfindən onun üçün vergi öhdəliyi yaradan mübahisəli elektron qaimələr düzəliş üçün qaytarılmamış, eləcə də həmin qaimələrlə bağlı iddiaçıya hər hansı formada etiraz edilməmişdir. Göstərilən hallar isə öz növbəsində tərəflər arasında mübahisəli müqavilə üzrə malların təqdim edilməsinin elektron qaimələrin göndərilməsi yolu ilə rəsmiləşdirilməsinə dair işgüzar münasibətlərin formalaşdırılmasını təsdiq edir. Belə olan halda isə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, hazırkı halda malların təqdim edilməsinə dair elektron qaimələr digər sübutlarla məcmu şəkildə malların təqdim edilməsini təsdiq edən sübut qismində nəzərə alınmalıdır.
34. Digər tərəfdən o da qeyd edilməlidir ki, hazırkı halda ƏDV daxil 322.950,72 manat məbləğində malların iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi və həmin mallara görə cavabdehin iddiaçıya borcunun olması faktları mübahisəli elektron qaimələrlə yanaşı xx.xx.2022-ci il tarixli borcların üzləşdirilməsi aktı ilə öz təsdiqini tapır. Belə ki, sözügedən üzləşmə aktında mübahisəli müqavilə üzrə cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə olan borcunun 447.995,19 manat məbləğində olması təsdiqlənmişdir.
35. Digər tərəfdən cavabdeh borcdan müəyyən ödənişlər edilməsini əsas göstərərək məhkəmə tərəfindən tutulması qət edilmiş mborc məbləğini mübahisələndirsə və qalıq borcun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinin zəruri olmasını bildirmiş və həmin halı təsdiq etmək üçün bank hesablarından və ƏDV subhesabından çıxarışları məhkəməyə təqdim etmişdir.
36. Sübutların tədqiqi zamanı müəyyən edildi ki, həmin çıxarışların əksəriyyəti birinci instansiya məhkəmədə işə baxılarkən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının gedişində maddi daşıyıcıda ekspertdə təqdim edilmiş, yəni həmin sənədlər məhkəmə-mühasibatlıq ekspertizası keçirilərkən nəzərə alınmışdır.
37. Digər tərəfdən həmin hesabdan çıxarışların tətqiqi nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdən sonra (üzləşmə aktında qeyd edilən tarix) ƏDV borcundan 38889,69 manat (35084,75+49.97+747,46+760,98+327,6+406,71+761,95+144,67 +605,6), əsas borcdan isə əsas məbləğ üzrə ABB bank hesasından 24.558,44 manat (1000+3000+1000+1000+4995+4152,54+1820+2259,48+803,71) ödəniş edilmiş, Ziraat Bank ASC-də olan bank hesabından isə ödəniş edilməmişdir.
38. Göründüyü kimi xx.xx.2022-ci il tarixli üzləşmə aktı ilə cavabdehin mübahisəli müqavilə üzrə borcunun 447.995,19 manat məbləğində olması öz təsdiqini tapmış və cavabdeh tərəfindən həmin tarixdən sonra cəmi 62.448,13 manat məbləğində ödəniş etməsini təsdiq edən sübutlar təqdim edilmişdir. Odur ki, təqdim edilən sübutlara əsasən mübahisəli müqavilə üzrə borcun birinci instansiya məhkəməsi tərəfindən müəyyən etdiyi məbləğdən az olması (ƏDV daxil 322.950,72 manat) barədə nəticəyə gəlmək qeyrimümkündür.
39. Təqdim edilmiş malların bir hissəsinin (150.000 manat dəyərində) iddiaçıya geri qaytarılması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh həmin dəlillərinin əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, kollegiya həmin dəlilləri formal mülahizə kimi qiymətləndirir.
40. İddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması hissəsinə münasibətdə kollegiya qeyd edir ki, Cavabdeh3 mübahisəli distribüter müqaviləsi üzrə təqdim edilmiş malların dəyərini ödəmək öhdəliyinin icrasını gecikdirdiyindən və iddiaçı digər əsaslarla daha böyük məbləğ tələb edə bilmədiyindən öhdəliyin icrasının gecikdirilməsinə görə 9710,46 manat məbləğində faizlərin tutulması hissəsində iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslıdır.
41. Bundan əlavə kollegiya tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış dəyərinin və satışdan əldə edilmiş əmlak hesabına borcun ödənilməsi tələbinə dair hissədə də birinci instansiya məhkəməsinin hüquqi əsaslandırılması və gəldiyi nəticə ilə razılaşır.
42. Odur ki, kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2136/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov