Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-226/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4566/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT MMC ilə aşağıdakı borc alanlar arasında bağlanmış: 1. X6 ilə 03.10.2018-ci il tarixli KTP- 001/2018 nömrəli kredit müqaviləsi; 2. X7 ilə 03.10.2018-ci il tarixli KTP-002/2018 nömrəli kredit müqaviləsi; 3. X2 ilə 03.10.2018-ci il tarixli KTP003/2018 nömrəli kredit müqaviləsi;
4. X9 ilə 03.10.2018-ci il tarixli KTP-004/2018 nömrəli kredit müqaviləsi; 5. X8 ilə 03.10.2018-ci il tarixli KTP-005/2018 nömrəli kredit müqaviləsi; 6. X3 ilə 08.10.2018-ci il tarixli KTP-006/2018 nömrəli kredit müqaviləsi; 7. X4 ilə 08.10.2018-ci il tarixli, KTP- 007/2018 nömrəli kredit müqaviləsi; 8. X10 ilə 08.10.2018-ci il tarixli KTP-008/2018 nömrəli kredit müqaviləsi; 9. X14 ilə 08.10.2018-ci il tarixli KTP-009/2018 nömrəli kredit müqaviləsi; 10. X1 ilə 08.10.2018-ci il tarixli KTP-010/2018 nömrəli kredit müqaviləsi əsasında verilmiş kreditlər üzrə iddiaçı ilə cavabdeh arasında hər bir kredit müqaviləsi üzrə bağlanmış müvafiq olaraq 03.10.2018-ci il tarixli KTPZ-001/2018 nömrəli, 03.10.2018-ci il tarixli KTPZ-002/2018 nömrəli, 03.10.2018-ci il tarixli KTPZ-003/2018 nömrəli, 03.10.2018-ci il tarixli KTPZ004/2018 nömrəli, 03.10.2018-ci il tarixli KTPZ- 005/2018 nömrəli, 08.10.2018-ci il tarixli KTPZ-006/2018 nömrəli, 08.10.2018-ci il tarixli KTPZ-007/2018 nömrəli, 08.10.2018-ci il tarixli KTPZ-008/2018 nömrəli, 08.10.2018-ci il tarixli KTPZ-009/2018 nömrəli, 08.10.2018-ci il tarixli KTPZ-010/2018 nömrəli Zaminlik müqavilələri əsasında öhdəliklərin təmin edilməsi üzrə “Zamin” hüquqi şəxs Cavabdeh MMC-dən ümumilikdə 174.550 manat məbləğdə dəbbə (cərimə) pulu borcu və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.11.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" BOKT MMC ilə aşağıdakı borc alanlar arasında bağlanmış: 1. X6 ilə 03.10.2018-ci il tarixli KTP-001/2018 nömrəli kredit müqaviləsi; 2. X7 ilə 03.10.2018-ci il tarixli KTP-002/2018 nömrəli kredit müqaviləsi; 3. X2 ilə 03.10.2018-ci il tarixli KTP003/2018 nömrəli kredit müqaviləsi; 4. X9 ilə 03.10.2018-ci il tarixli KTP-004/2018 nömrəli kredit müqaviləsi; 5. X8 ilə 03.10.2018-ci il tarixli KTP-005/2018 nömrəli kredit müqaviləsi; 6. X3 ilə 08.10.2018-ci il tarixli KTP-006/2018 nömrəli kredit müqaviləsi; 7. X4 ilə 08.10.2018-ci il tarixli KTP-007/2018 nömrəli kredit müqaviləsi; 8. X10 ilə 08.10.2018-ci il tarixli KTP-008/2018 nömrəli kredit müqaviləsi; 9. X14 ilə 08.10.2018-ci il tarixli KTP- 009/2018 nömrəli kredit müqaviləsi; 10. X1 ilə 08.10.2018-ci il tarixli KTP-010/2018 nömrəli kredit müqaviləsi əsasında verilmiş kreditlər üzrə iddiaçı ilə Cavabdeh arasında hər bir kredit müqaviləsi üzrə bağlanmış müvafiq olaraq 03.10.2018-ci il tarixli KTPZ- 001/2018 nömrəli zaminlik müqaviləsi üzrə 850 manat, 03.10.2018-ci il tarixli KTPZ- 002/2018 nömrəli zaminlik müqaviləsi üzrə 850 manat, 03.10.2018-ci il tarixli KTPZ- 003/2018 nömrəli zaminlik müqaviləsi üzrə 850 manat, 03.10.2018-ci il tarixli KTPZ004/2018 nömrəli zaminlik müqaviləsi üzrə 850 manat, 03.10.2018-ci il tarixli KTPZ- 005/2018 nömrəli zaminlik müqaviləsi üzrə 850 manat, 08.10.2018-ci il tarixli KTPZ- 006/2018 nömrəli zaminlik müqaviləsi üzrə 850 manat 08.10.2018-ci il tarixli KTPZ- 007/2018 nömrəli zaminlik müqaviləsi üzrə 850 manat, 08.10.2018-ci il tarixli KTPZ- 008/2018 nömrəli zaminlik müqaviləsi üzrə 850 manat, 08.10.2018-ci il tarixli KTPZ- 009/2018 nömrəli zaminlik müqaviləsi üzrə 850 manat, 08.10.2018-ci il tarixli KTPZ- 010/2018 nömrəli zaminlik müqaviləsi üzrə 850 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1,50 manat olmaqla, cəmi 8.501,50 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 nömrəli Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. İşdən görünür ki, apellyasiya şikayətində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələblərini nəzərə almamış, MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən olunan forma və məzmun şərtlərinə uyğun tərtib edilməyən apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4566/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova