Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-27/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçısinin Cavabdeh Firmasına qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 17 mart 2023-cü il tarixli e-2-2(113)-35/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçısi Cavabdeh Firmasına qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firmasının İddiaçısinin sahibliyində və istifadəsində olan 1.1 ha torpaq sahəsinin zəbt edilmiş 32 sotundan çıxarılması və mübahisəli torpaq sahəsinin zəbt olunan 32 sotunun üzərində cavabdeh tərəfindən inşa olunan tikililərin onun hesabına sökülərək, torpağın əvvəlki vəziyyətinə gətirilməklə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh Firmasının İddiaçısinin sahibliyində və istifadəsində olan 1.1 ha torpaq sahəsinin zəbt edilmiş 0.80 hektar hissəsindən çıxarılması və mübahisəli torpaq sahəsinin zəbt olunan 0.80 hektar hissəsinin üzərində cavabdeh tərəfindən inşa olunan tikililərin onun hesabına sökülərək, torpağın əvvəlki vəziyyətinə gətirilməklə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-35/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçısi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili tərəfindən elektron məhkəmə vasitəsilə apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə daxil olmuşdur. Məhkəmə kollegiyası iddiaçı tərəfin ərizəsinə baxaraq hesab edir ki, ərizə iddiaçı tərəfin apellyasiya şikayətindən imtina edilməsi kimi qiymətləndirilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin şikayətdən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: İddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətindən imtinası qəbul edilsin. Apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-27/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-27/2024
17.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver