Məhkəmə qərarları › İş №2-2(103)-271/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-271/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-271/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı “pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Hatəməli oğlunun iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-78/2024 saylı qətnaməsindən iddiaçı verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Candela Gentlelase” lazer epilyasiya avadanlığı (3460 (No0369/370) nömrəli) "xxxx" MMC -dən 65 000 manata İddiaçı satılmışdır. Həmin müqavilə üzrə alıcının öhdəliklərinin təminatı olaraq "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi də bağlanılmışdır.

2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh İddiaçı lazer aparatının İddiaçı məxsus hissəsini icarəyə götürmüş və əvəzində hər ay 1000 manat olmaqla icarə haqqı verilməsini öz öhdəsinə götürmüşdür.

3. Məhkəməyə təqdim edilmiş 2022-ci ilin mart-aprel ayında vatsap vasitəsilə aparılan çoxsaylı yazışma və audio yazılardan görünür ki, lazer aparatından istifadə, aparatın təmiri, icarəyə verilməsi ilə bağlı İddiaçı ilə Cavabdeh arasında arasında mübahisələr və danışıqlar olmuşdur. xx.xx.2022-ci il tarixdə aparılan yazışma: -İddiaçı: “Hicran bura “zakaz otdel” deyil, mən də sənə qulluqçu deyiləm. Aparat ikimizindir, tək sənin deyil. Mən istəmirəm davaya çıxaq. Elə etmə ki, davaya çıxaq, 102-ni töküm ora. Aparat mənim adımadır. İt dəftərində adın yoxdur. Aparatımı götürüm, itim çıxım gedim. O solyarini də dağıdım gedim. Bəsdir daha.” - Cavabdeh: “Pulumu ver, götür get... Məndən pul almayıblar?! Hamısı gəlib bura, qol çəkmişəm, götürüb gediblər...Heç yerə də getməyəcək bu aparat.” - İddiaçı: “Yaxşı ona qaldısa baxarıq... Gör 102-ni yığıram ki, aparatımı oğurlayıblar, ya yox.” - Cavabdeh: “Yığ, yığ. Şirkət ölməyib ki, şirkət oradadır. Getmişəm qol çəkmişəm, hamısı da var necə lazımdır. Gəlsin 102. Aparat haradan oğurlanıbdır. Özüm getmişəm, gətirmişəm. Gəliblər burdan da pul götürüblər...” - ........ - İddiaçı: “... İstəyirsən aparatı çıxarıb qoyaq “orenda”ya. İstəyirsən aparat orda qalsın mənə ayda 1000 “orenda” pulumu ver, mən çıxım gedim.” - Cavabdeh: “Verəcəm, qol çəkdirəcəm, hər ay mən “orenda” pulumu alacam. ...” - İddiaçı: “... Hə, lap yaxşı. Verirsən “orenda”ya... Gedək, danış, ver, vaxt itirməyək. Hərə öz pulunu alsın, otursun evində.” - ...... - Cavabdeh: “....Notariusa getməliyik. Notariusda verəcəm. Aparatın depozitini soruş. 2000 depozit versin. Depozitin 1-ni sən götürərsən, 1-ni də mən.” - İddiaçı: “Sən notariusa gedirsən, get. Özün bilərsən. Get harada istəyirsən müqavilə imzala. Mən notariussuz verəcəm... Ona verməyək, başqasına verək... O tək sənin deyil ki, sənin istəməyin ilə olsun. İkimizindir.” - Cavabdeh: “İkimizindir. Mən sənin ilə notariusa gedəcəm ki, vermişəm sənə, sən də “orenda”ya vermisən... Belə də ki, kimə verdik, gedib pulu ayın tarixi ilə götürəcik... Belə görürəm ki, sənədsiz, sübutsuz heç nə etmək olmaz. Sənin ilə notariusda müqavilə bağlayım ki, bunun yarısı mənimdir. Pulu götürəndə mənə deməsinlər ki, sən kimsən... Mən səninlə danışıram ki, səninlə notariusa gedək, yazsın oradakı ki, aparatın yarı hissəsi mənimdir...” Məhkəmə qeyd etmişdir ki, tərəflərin məhkəməyə təqdim etdiyi son ödəniş qəbzi xx.xx.2022-ci il tarixli olmuşdur və tərəflər hansı ödənişin kimin etdiyini mübahisələndirir. Lakin yuxarıda qeyd olunan yazışmalar sonuncu ödəniş qəbzindən sonrakı tarixdə aparılmaqla tərəflərin lazer aparatına münasibətdə həqiqi hüquqi vəziyyətlərini, iradə ifadələrini əks etdirir. Yazışmalardan göründüyü kimi iddiaçı “Aparat ikimizindir, tək sənin deyil... Aparat mənim adımadır. İt dəftərində adın yoxdur. O tək sənin deyil ki, sənin istəməyin ilə olsun. İkimizindir. Verirsən “orenda”ya... Gedək, danış, ver, vaxt itirməyək. Hərə öz pulunu alsın, otursun evində.” kimi ifadələr işlədilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “SY-17/Ultrasun İ8 Solary” aparatına iddiaçının ikidə bir paya mülkiyyət hüququ tanınması, “SY-17/Ultrasun İ8 Solary” aparatının dəyərinin 18000 manat məbləğində qiymətləndirilməklə açıq hərracdan satılması və ikidə bir paya mülkiyyət hüququna mütənasib surətdə 9000 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) ləvazimatı ilə birgə cavabdehdən alınaraq iddiaçıya qaytarılması, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehdən xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 21000 manat icarə haqqı qismində vəsaitin tutularaq iddiaçıya ödənilməsi, “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) cavabdehdən alınaraq iddiaçıya qaytarılması mümkün olmadıqda avadanlığın dəyəri olan 65.000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən xx.xx.2024-cü il tarixindən “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) iddiaçıya qaytarılacağı günədək aylıq hesabla 1000 manat icarə haqqı miqdarında vəsaitin kompensasiya olmaqla tutulması, 250 manat mediasiya xərcinin və ödənilmiş 157 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 200, 685, 697, 700, 705 və s. maddələri göstərilmişdir.

6. Cavabdeh iddiaya etiraz edərək rədd olunmasını xahiş etmiş və etirazının faktiki əsası olaraq göstərmişdir ki, “SY-17/Ultrasun İ8 Solary” aparatı xx.xx.2018-ci il tarixində, yəni 5 il əvvəl alınmış, 5 il müddətində istifadə edilmişdir. Bu baxımdan həmin avadanlığın hazırkı bazar dəyərinin alındığı məbləğdə deyil, ondan qat-qat aşağı qiymətə olduğu bəllidir. “Candela Gentlelase” lazer epilyasiya avadanlığı iddiaçı tərəfdən təkbaşına və onun vəsaiti hesabına deyil, cavabdehlə birgə bərabər payla ödənilməklə, nisyə alınmışdır. Alındıqdan sonra da cavabdeh üzərinə düşən avadanlığın yarı məbləğini tam ödəmiş, iddiaçı isə üzərinə düşən hissənin 10 000 manatını ödəməmişdir. Ona görə də birgə alınmış əmlakı tam şəkildə tələb etməkdə haqlı deyildir. İddiaçı həmin avadanlığın yarısına dair tələb irəli sürə bilər. Bu halda da ona aid olan öhdəliyin yerinə yetirilmədiyi 10.000 manat nəzərə alınmalıdır. Belə ki, həmin avadanlıq nisyə alındığı zaman dəyərini tərəflər bərabər şəkildə ödəyəcəklərini razılaşdırmış, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirərək 32.500 manat hissəni tam şəkildə ödəmişdir. Lakin qalan yarı hissə məbləğindən iddiaçı öz üzərinə düşən 10.000 manatı ödəməmişdir. Halbuki həmin aparatın istifadəsindən əldə edilmiş gəlir tərəflər arasında bərabər bölünmüşdür. Odur ki, 10000 manat məbləğin ödənilməsi öhdəliyi cavabdehə deyil, iddiaçıya aiddir. Bundan başqa, adıçəkilən “Candela Gentlelase” lazer epilyasiya avadanlığı xx.xx.2021-ci il tarixində alınmışdır. Qeyd olunan lazer epilyasiya aparatı artıq 2 ilə yaxındır istifadə olunur. 2 il istifadə olunmuş lazer epilyasiya aparatının qiymətinin 65 000 manat olması qəbul olunmazdır. Bu günə həmin lazer epilyasiya aparatının qiyməti təxminən 15 000-20 000 manat civarındadır. Tərəflər arasında icarə müqaviləsi həmin avadanlığa tam deyil, iddiaçıya məxsus olan yarısı hissəsi üçün şərtləndirilmişdir. Yəni həmin aparatın icarə haqqı 2000 manat hesablanmaqla, cavabdehin sərbəst istifadəsində saxlanılmaqla onun yarısı olan 1000 manat məbləğin iddiaçıya ödəniləcəyi razılaşdırılmışdır. Həmin icarə müqaviləsinin bağlanmasına səbəb tərəflər arasında baş vermiş münaqişənin nəticəsi olaraq birlikdə işləməyə son verdiklərindən irəli gəlmişdir. Lakin qısa müddətdən sonra öz aralarında razılığa gəlib, iddiaçı öz adamını cavabdehlə birgə işləməyə qoymuş və hər gün gəlirdən özünə düşən payı almışdır. Bu baxımdan da hazırda əlavə olaraq icarə haqqının da tələb etməsində iddiaçı haqsızdır və tələbi əsassızdır.

7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-78/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin “cavabdehdən xx.xx.2024-cü il tarixindən “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) iddiaçıya qaytarılacağı günədək aylıq hesabla 1000 manat icarə haqqı miqdarında vəsaitin kompensasiya olmaqla tutulması və iddiaçıya ödənilməsi” hissəsində baxılmamış saxlanılması qərara alınmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-78/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “SY-17/Ultrasun İ8 Solary” aparatının (aromasız) üzərində İddiaçı 1⁄2, Cavabdeh 1⁄2 hissədə payı müəyyən olunması,“SY-17/Ultrasun İ8 Solary” aparatı (aromasız) açıq hərracdan satılsın və əmlakın satışından əldə olunan pul vəsaiti İddiaçı ilə Cavabdeh arasında bərabər surətdə bölüşdürülməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ləğv olunmuş hesab olunması, Cavabdeh “Candela Gentlelase” lazer epilyasiya avadanlığına (3460 (No0369/370) görə 21000 manat icarə haqqı tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi aşağıdakı 4 hissədən ibarətdir: a) “SY-17/Ultrasun İ8 Solary” aparatına iddiaçının ikidə bir paya mülkiyyət hüququ tanınması, “SY-17/Ultrasun İ8 Solary” aparatının dəyərinin 18000 manat məbləğində qiymətləndirilməklə açıq hərracdan satılması və ikidə bir paya mülkiyyət hüququna mütənasib surətdə 9000 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi; b) “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) ləvazimatı ilə birgə cavabdehdən alınaraq iddiaçıya qaytarılması, bu mümkün olmadıqda avadanlığın dəyəri olan 65 000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; c) tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi; d) xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehdən xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 21000 manat icarə haqqı qismində vəsaitin tutularaq iddiaçıya ödənilməsi. İddianın qeyd olunan hissəsi ilə bağlı işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı və Cavabdeh 13000 avro dəyərində “SY- 17/ Ultrasun İ8 Solary” aparatını (aromasız) “Arash Dental and Beauty” şirkətinə sifariş edərək birgə almış, dəyərini tam ödəmişlər. İddiaçı qeyd olunan aparata iddiaçının ikidə bir paya mülkiyyət hüququnun tanınmasını, dəyərinin 18000 manat məbləğində qiymətləndirilməklə açıq hərracdan satılmasını və ikidə bir paya mülkiyyət hüququna mütənasib surətdə 9000 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsini xahiş etmişdir. Cavabdeh qeyd olunan aparatın uzun müddətdir istifadə olunduğunu, qiymətinin aşağı olduğunu, iddiaçının payının dəyərini ödəməyə razı olmadığını bildirmişdir, bu hissədə iddiaya etiraz etməmişdir. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan “SY-17/ Ultrasun İ8 Solary” aparatı bölünməz əşyadır və hazırkı iş üzrə tərəflərin mülkiyyətinə daxil olduğundan həmin əşya üzərində onların ümumi mülkiyyət hüququ yaranmışdır. Qeyd olunan əşyaya tərəflərin ümumi mülkiyyət hüququnun yaranması əsası qanunvericilikdə birgə mülkiyyətin yaranması əsası kimi nəzərdə tutulmuş əsaslardan biri kimi çıxış etmədiyindən tərəflərin qeyd olunan əşya üzərində ümumi mülkiyyəti paylı mülkiyyətdir. İddia və ona etiraz, həmçinin tərəflərin izahatları əsasında müəyyən olunur ki, tərəflər arasında payların bərabər olmasını istisna edən hər hansı razılaşma olmamışdır. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə qeyd etmişdir ki, “SY-17/ Ultrasun İ8 Solary” aparatı bölünməz əşya olduğundan payın naturada ayrılması mümkün deyildir. İddia ərizəsində ilkin olaraq cavabdehdən aparatın dəyərinin yarısı tələb olunmuş, yəni iddiaçı öz payının dəyərini tələb etmiş, lakin cavabdeh payın dəyərinin ödənilməsinə razı olmadığını bildirmiş, iddiaçı da tələbini dəqiqləşdirərək əmlakın açıq hərracda satılmasını tələb etmişdir. Belə olan halda əmlakın açıq hərracda satılması ilə bağlı iddiaçının tələbi Mülki Məcəllədə təsbit olunan qaydaya uyğun olmaqla əsaslıdır. Həmçinin Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbinə əmlakın açıq hərracdan satılması barədə qərar qəbul edən məhkəmə satış pulunun bölüşdürülməsi məsələsini həll etməli, bunu ümumi mülkiyyətin mülkiyyətçilərinin paylarına mütənasib surətdə etməlidir. Belə olan halda aydın olur ki, ümumi mülkiyyətin mülkiyyətçilərinin payları məhkəmə tərəfindən müəyyən olunmalıdır. Hazırkı iş üzrə tərəflər arasında payların bərabər olmasını istisna edən hər hansı razılaşma olmamış, tərəflər payların bərabər olmamasını iddia etməmişlər. Belə olan halda qanunvericiliyin tələbinə əsasən paylar bərabər sayılır. Odur ki, məhkəmə qeyd etmişdir ki, iddiaçının ikidə bir paya mülkiyyət hüququ tanınması tələbi payın təsbit olunması tələbi olmaqla əsaslıdır və hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından tərəflərin əmlak üzərində ½ payları müəyyən olunmalıdır. Əmlakın açıq hərracda satılacağı zaman dəyərinin 18000 manat məbləğində qiymətləndirilməsi və hərracdan əldə olunan vəsaitdən ½ hissəsinin, yəni 9000 manatın iddiaçıya ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icrası qaydasında əmlakın açıq hərracda satışını icra məmurunun sifarişi əsasında ixtisaslaşdırılmış müəssisələr həyata keçirir və həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Qeyd olunan qiymət isə icra məmurunun dəvət etdiyi qiymətləndirici tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilən əmlakın qiymətləndirilməsi nəticəsinə müəyyən olunur. Odur ki, məhkəmə qərarının icrası qaydasında həll edilməli olan həmin məsələ hazırkı tələb ilə həll edilə bilməz. Ona görə də tələb həmin hissədə əsassız olmaqla rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, qeyd olunan hissədə iddia qismən təmin olunmalı, “SY-17/Ultrasun İ8 Solary” aparatı (aromasız) üzərində İddiaçı 1⁄2, Cavabdeh 1⁄2 hissədə payı müəyyən olunmalı, həmin aparat açıq hərracdan satılmalı və əmlakın satışından əldə olunan pul vəsaiti İddiaçı ilə Cavabdeh arasında bərabər surətdə bölüşdürülməlidir. İkinci tələb ilə bağlı iddiaçı bildirir ki, “Candela Gentlelase” lazer epilyasiya avadanlığını 65000 manata almış, dəyərinin 55000 manatını ödəmiş, qalan 10000 manatın isə ondan tutulması Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə qət olunmuşdur. Cavabdehlə razılaşmışlar ki, aparatı cavabdeh öz salonunda işlədəcək və gəliri böləcəklər. Lakin cavabdeh ona gəlirdən pay verməmiş, icarə müqaviləsi bağlansa da, ödəniş etməmişdir. Ona görə də aparatın ləvazimatı ilə birgə cavabdehdən alınaraq iddiaçıya qaytarılması, bu mümkün olmadıqda avadanlığın dəyəri olan 65 000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, aparatın satıcısı alıcı qismində bir şəxsi qeyd edə biləcəklərini bildirmiş, aralarında olan inama əsasən alıcı qismində iddiaçı, zamin qismində isə o göstərilmişdir. Aralarında olan razılığa əsasən hər bir tərəf 32500 manat ödəməli idi. İlkin 30000 manat ödənişin yarısını, yəni 15000 manatı o ödəmiş, 2021-ci ilin oktyabr, noyabr, dekabr aylarının ödənişini etmiş, ümumilikdə 32000 manat ödəmişdir. Lakin cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməmiş, aparatın dəyərinin 10000 manatını ödəməmişdir. O aparatın ½ hissəsinin ona məxsus olduğunu rəsmiləşdirmək üçün notarial qaydada müqavilə bağlamağa cəhd etsə də buna nail ola bilməmişdir. Lazer aparatının yarı hissəsi ona məxsusdur, ona görə də iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, iddia bu hissədə əsassızdır. Belə ki, məhkəmə ilk növbədə mülki prosessual qanunvericiliyin vəzifə və prinsiplərini ədalət mühakiməsinin həyata keçirilməsinin məqsədləri baxımından təhlil edərək qeyd etmişdir ki, sübutlara qiymət verilməsi zamanı məhkəmə formal əsaslardan çıxış etməməli, aid və mümkün sübutların hamısını ayrı-ayrılıqda təhlil etməli, bütün sübutların cəminə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra yekun qərara gəlməlidir. Bu mənada məhkəmə qeyd etmişdir ki, “Candela Gentlelase” lazer epilyasiya avadanlığının alqısatqısına dair xx.xx.2021-ci il tarixli müqavilədə alıcı qismində İddiaçı göstərilsə də, iş materiallarında olan sübutları qarşılıqlı təhlil etdikdə aydın olur ki, iddiaçı aparatın alıcısı qismində qeyd olunsa da, həmin əmlakı cavabdeh ilə birgə əldə etmişdir. İş materiallarında olan "xxxx" MMC (satıcı qismində) ilə İddiaçı (alıcı qismində) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 281 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı malın dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib və qaimə-fakturalarda əks olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Satılan malın dəyərinin 30000 manat məbləğini-ilkin ödənişi edildikdən sonra qalıq məbləği 6 ay ərzində nağd ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MMC (firma) ilə Cavabdeh (zamin qismində) arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 281 saylı alqı-satqı müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçının təqdim etdiyi “Candela mini Gentlelase” lazer aparatının icarəsi haqqında 01 may 2022-ci il tarixli müqavilədən görünür ki, müqavilə iddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış və tərəflər razılaşmışlar ki, müqaviləyə əsasən icarəyə verən (iddiaçı) icarəçiyə (cavabdehə) icarə predmeti olan “Candela mini Gentlelase” lazer aparatını özünə məxsus olan hissəsini icarəyə verir. İcarə haqqı 1000 manat nəzərdə tutulur. İş materiallarında olan "xxxx" MMC-nin vəkil sorğusuna cavab məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixində İddiaçı və Cavabdeh “Candela Gentlelase” lazer epilyasiya aparatını 65000 manat qiymətinə, hissəhissə ödəməklə satın almışlar. Aparatın ümumi qiymətini təşkil edən 65000 manatdan ilkin ödəniş 30000 manat olmaqla ümumilikdə 54996 manat məbləğində pul fərqli-fərqli vaxtlarda İddiaçı və Cavabdeh tərəfindən ödənilmişdir. Hazırda qalıq borc 10004 manat təşkil edir. Məhkəməyə təqdim edilən və xx.xx.2024-cü il tarixli baxış iclasında tədqiq edilən tərəflər arasında 2022-ci ilin mart-aprel ayında vatsap vasitəsilə aparılan çoxsaylı yazışma və audio yazılardan görünür ki, lazer aparatından istifadə, aparatın təmiri, icarəyə verilməsi ilə bağlı tərəflər arasında mübahisələr və danışıqlar olmuşdur. Həmin yazışmalarda əks olunmuş ifadələrdə iddiaçı əslində lazer aparatının cavabdehlə ümumi mülkiyyətlərində olduğunu göstərmiş, tərəflər lazer aparatına ümumi mülkiyyət kimi istinad etmiş, icarəyə verilməsi və icarə haqqının bərabər bölünməsi barədə iradə ifadə etmişlər. Məhkəmə qeyd olunan ifadələrin dəqiqləşdirilməsi məqsədilə iddiaçıya suallar ünvanlamış, iddiaçı birgə fəaliyyət göstərdikləri üçün, cavabdehin otağın təmirinə xərc çəkdiyi üçün belə dediyini və s. bildirmişdir. Lakin iddiaçının məhkəmə ifadə etdiyi bu izahatı özünü müdafiə xarakterli izahat olmaqla ağlabatan deyildir. Həmçinin yazışmalardan görünür ki, cavabdeh dəfələrlə iddiaçıya aparatın ikisinin olmasını, bunun təsdiqi üçün notarial qaydada müqavilə bağlamalı olduqlarını qeyd etmiş, iddiaçı bununla bağlı cavabdehə hər hansı etiraz bildirməmişdir. Həmçinin məhkəmə xx.xx.2022-ci il tarixli müqavilədə qeyd olunmuş “özünə məxsus olan hissəsini icarəyə verir” ifadəsinin dəqiqləşdirilməsi üçün iddiaçıya suallar ünvanlamış, iddiaçı isə bu müqaviləni kağız parçası hesab etdiyini, notariusa müqavilə bağlayacaqlarını hesab etdiyini bildirmişdir. Halbuki iddiaçı icarə haqqı tələbinin faktiki əsası qismində məhz bu müqaviləyə istinad edir. İstinad edərək pul tələb etdiyi müqavilədəki ifadəni iddiaçının tələbinin digər hissəsində şübhə altına almasını məhkəmə hüquqdan sui-istifadə hesab etməklə əsassız hesab etmişdir. Göründüyü kimi, iddiaçı müqavilədə lazer aparatının alıcısı qismində qeyd olunsa da, tərəflər arasında danışıqlarda avadanlığın hər ikisinin mülkiyyətində olduğu qeyd edilmiş, tərəflər avadanlığın icarəyə verilməsini, icarə haqqının bölünməsini razılaşdırmış, iddiaçının şikayəti əsasında müvafiq polis şöbəsində araşdırma aparılarkən tərəflər xx.xx.2022-ci il tarixdə müqavilə bağlamış və qeyd olunan müqavilədə iddiaçı aparatın “özünə məxsus olan hissəsini icarəyə” vermişdir. Bundan başqa, lazer aparatının satıcısı "xxxx" MMC də məktubunda İddiaçı və Cavabdeh “Candela Gentlelase” lazer epilyasiya aparatını 65000 manat qiymətinə, hissə-hissə ödəməklə satın aldıqlarını, aparatın ümumi qiymətini təşkil edən 65000 manatdan ilkin ödəniş 30000 manat olmaqla ümumilikdə 54996 manat məbləğində pulun fərqli-fərqli vaxtlarda İddiaçı və Cavabdeh tərəfindən ödənildiyini təsdiq etmişdir. Məhkəmə qeyd etmişdir ki, avadanlığı tərəflərin birgə aldığı, ona tərəflərin birgə mülkiyyəti kimi yanaşdığı təsdiq olunduğundan avadanlığın qiymətinin hansı hissəsinin kim tərəfindən ödənildiyinin müəyyən edilməsi hazırkı mübahisənin həlli baxımından zəruri deyildir. Belə ki, qeyd olunan məsələyə gələcəkdə tərəflər arasında payın müəyyən olunması, payın dəyərinin ödənilməsi və ya avadanlığın hərracda satılması ilə bağlı mübahisə olarsa, həmin icraat çərçivəsində qiymət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə bildirmişdir ki, sözügedən hissədə iddiaçının istinad etdiyi faktiki hallar təqdim olunan sübutlarla öz təsdiqini tapmadığından, iddiaçı cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkət etdiyindən və lazer avadanlığını tərəflərin ümumi mülkiyyətində olması müəyyən olunduğundan iddiaçı bütövlükdə aparatın cavabdehdən alınıb ona verilməsini tələb edə bilməz. İddiaçı öz payını qanunvericilikdə müəyyən olunan qaydada özgəninkiləşdirə və ya Mülki Məcəllənin 220-ci maddədə təsbit olunan hüquqlarından istifadə etməklə pay haqqının ödənilməsini, cavabdeh razılaşmadıqda əmlakın hərracda satılmasını tələb edə bilər. Maddi və prosessual hüquqlardan sui-istifadə edilməsinin qadağan olunduğunu nəzərə alan məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Üçüncü tələb ilə bağlı: iddiaçı tərəflər arasında bağlanılmış “Candela mini Gentlelase” lazer aparatının icarəsi haqqında xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsini tələb edir. Cavabdeh bildirir ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə xitam barədə bildiriş göndərərək icarə müqaviləsini birtərəfli qaydada ləğv etmişdir. Tərəflər arasında xx.xx.2022-ci il tarixli müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Həmçinin işin müəyyən edilən halı ondan ibarətdir ki, qeyd olunan müqavilə şərtləri icra edilməmişdir. Belə ki, iddiaçı icarə haqqının ödənilmədiyinə istinad edir, cavabdeh isə bildirir ki, iddiaçının tələbinə əsasən aylıq gəlir tərəflər arasında bölünmüş, müqavilədə qeyd olunan qaydada aylıq icarə haqqı ödənilməmişdir. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirmişdir ki, icarə müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuş, iddiaçı isə xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya göndərərək lazer aparatının qaytarılmasını tələb etmişdir. Bu iradə ifadəsinin həqiqi məzmunu müqavilənin ləğvinə yönəlmiş və müqavilənin ləğvi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas mövcud olmuşdur. Ona görə də həmin tarixdən müqavilə ləğv edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia bu hissədə təmin olunmalı, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ləğv olunmuş hesab olunmalıdır. Dördüncü tələb ilə bağlı: İddiaçı bildirir ki, tərəflər arasında “Candela mini Gentlelase” lazer aparatının icarəsi haqqında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlandıqdan sonra cavabdeh ümumilikdə cəmi 1000 manata yaxın ödəniş etmiş, qalan icarə haqqını ödəməmişdir. İcarə müqaviləsinə əsasən cavabdehdən xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 21000 manat icarə haqqı qismində vəsaitin tutularaq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, tərəflər arasında müqavilə bağlansa da, iddiaçı aylıq 1000 manat ödənilməsinə razı olmamış, gəlirin bölünməsini tələb etmiş, o da gəliri iddiaçı ilə bölmüşdür. Hazırkı iş üzrə məhkəmə müəyyən etmişdir ki, “Candela mini Gentlelase” lazer aparatı tərəflərə ümumi mülkiyyət hüququ ilə məxsusdur və iddiaçı aparatın özünə məxsus olan hissəsinə dair xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlamışdır. Belə ki, “Candela mini Gentlelase” lazer aparatının icarəsi haqqında 01 may 2022-ci il tarixli müqavilədən görünür ki, müqavilə iddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış və tərəflər razılaşmışlar ki, müqaviləyə əsasən icarəyə verən (iddiaçı) icarəçiyə (cavabdehə) icarə predmeti olan “Candela mini Gentlelase” lazer aparatını özünə məxsus olan hissəsini icarəyə verir. İcarə haqqı 1000 manat nəzərdə tutulur. İcarəçi icarə haqqını hər ayın 1-də 500 manat, 25-də 500 manat ödəməyi öz öhdəsinə götürür. İddiaçı qeyd olunan müqaviləyə istinad edərək icarə haqqını tələb edir, cavabdeh tərəflər arasında sonradan fərqli razılaşma olduğunu, iddiaçının gəliri bölməyi tələb etdiyini, gəlirin bölündüyünü bildirir. Cavabdeh etirazının əsasını təşkil edən sübut qismində məhkəməyə kitabdan çıxarışlar və ödəniş qəbzləri təqdim etmişdir. Təqdim olunan qəbzlər üzrə cəmi vəsait 500 manat civarındadır. Məhkəmə əvvəla qeyd etmişdir ki, tərəflər arasında istinad olunan icarə müqaviləsindən kənar razılaşmanın olması sübutlarla təsdiq olunmur. Cavabdehin təqdim etdiyi kitabdan çıxarışlar isə birtərəfli sübutlar olmaqla cavabdehin müvafiq qeydlərini əks etdirir və mötəbər sübut qismində qəbul oluna bilməz. Cavabdehin təqdim etdiyi qəbzlər isə cəmi 500 manata yaxın vəsaitin təqdim olunduğunu təsdiq edir. İddiaçı həmin qəbzlər də daxil olmaqla ümumilikdə 1000 manat ödənişin edildiyini təsdiq edir və 22 ay üçün 22000 manat deyil, 21000 manat pul tələb edir. Məhkəmə iclaslarında cavabdeh iddiaçıya aylıq 1500, 2000 manat ödədiyini, qış aylarında işlər zəif olsa da, işlək aylarda gündəlik 100 manat və daha çox gəlirin olduğunu bildirmişdir. Cavabdehin 8-10 manatlıq ödənişlərin qəbzlərini saxladığı halda, özünün bildirdiyinə əsasən 1500 manat və s. ödəniş etdiyi aylarda ödəniş sənədlərini saxlamaması, iddiaçı ilə aralarında münasibətlər gərgin vəziyyətdə olduğu halda, əlbəəl və ya digər qaydada iddiaçıya ödəniş etmişdirsə, bunu rəsmiləşdirməməsi ağlabatan deyildir. Ona görə də məhkəmə cavabdehin etirazının əsaslarını əsassız hesab etmişdir və qeyd etmişdir ki, iddianın bu hissədə rədd olunması üçün əsas hesab oluna bilməz. Cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmişdir. Həmçinin paylı mülkiyyətin payçısı kimi iddiaçının payına uyğun hissədə əmlaka sahiblik və istifadə hüququ mövcud olduğu halda, həmin hissədə hüququnu realizə edə bilməmiş, tərəflər arasında ayrı razılaşma olmamışdır. İddiaçının öz payına uyğun hissəsinə dair tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən icarə haqqını və əmlakın razılaşmadan kənar cavabdehdə qaldığı müddət üçün kompensasiya olaraq icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia bu hissədə təmin olunmalı və Cavabdeh “Candela Gentlelase” lazer epilyasiya avadanlığına (3460 (No0369/370) görə 21000 manat icarə haqqı tutularaq İddiaçı ödənilməlidir.

10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-78/2024 saylı saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən təqdim olunan sübutlar nəzərə alınmamışdır. Qətnamədə yalnız cavabdeh tərəfindən təqdim olunan sübutlara qiymət verilmişdir. Xüsusi ilə cavabdehin onunla arasında olan yazışmalara. Cavabdeh təqdim edən yazışmalar yarımçılıq vəziyyətdədir, heç bir yazışmada nə o, nə də cavabdeh bildirmirlər ki, söhbət lazer aparatdan gedir yoxsa Solyariy aparatından, çünki həmin vaxt cavabdeh ilə aralarında pulun üstündə mübahisələri gedirdi. Onun tərəfindən təqdim olunan sübutlarına heç bir qiymət verilməmişdir. Qətnamədə qeyd olunub ki, iddia tələbi 4 hissədən ibarətdir, halbuki onun iddia tələbi 5 hissədən ibarətdir və SY-17/Ultrasun İ8 Solary aparatına görə Cavabdeh ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 6.500 avro və 633,75 avro faiz tutularaq ona ödənilməsinə dair tələbinə heç bir hüquqi qiymət verilməmişdir və iddia tələbi açıq qalmışdır. Bir iddia tələbi “SY-17/Ultrasun İ8 Solary” aparatının dəyərinin 18000 manat məbləğində qiymətləndirilməklə açıq hərracdan satılması və ikidə bir paya mülkiyyət hüququna mütənasib surətdə 9000 manat məbləğində vəsaitin ona ödənilməsi idi, bununla bağlı iki dəfə məhkəmə ekspertizası təyin olunmuşdur və iş 5 ay müddətinə dayandırılmışdır. Hər iki ekspertiza rəyinə əsasən apparatın qiyməti 18.000 manat müəyyən edilmişdir, lakin qətnamədə aparatın açıq hərracda satılması qət edilsə də, aparatın ilkin satış qiymət ğöstərilməmişdir. Bu maddəyə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı "xxxx" MMC-nin ona və Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli, 281 saylı alqı-satqı müqaviləsinə əsasən pulun tutulması tələbinə dair iddiaları Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. İddiada o alıcı, Cavabdeh isə zamin kimi ğöstərilmişdir. Qətnamədə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən Cavabdeh zaminliyinə xitam verilmişdir, o isə alıcı kimi tanınmışdır və qalıq borc ondan tutulmuşdur. Hal-hazırda qətnamə qanuni qüvvəsini almışdır. .

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya instansiyasında birinci icraat:

13. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(103)-720/2024 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-78/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddianın bu hissədə təmin edilərək “Candela Gentlelase” lazer epilyasiya avadanlığı (3460 (№ 0369/370) ləvazimatı ilə birgə Cavabdeh alınaraq İddiaçı qaytarılması, həmin avadanlıq qaytarılmadıqda avadanlığın bazar dəyəri olaraq 65.000 manat pulun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.

14. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək onun SY-17/Ultrasun İ8 Solary aparatına görə Cavabdeh ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 6.500 avro və 633,75 avro faiz tutulması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, 29 mart 2024-cü il tarixli iddia tələbinin dəyişdirilməsi barədə ərizədən görünür ki, iddiaçı ilk iddia ərizəsində irəli sürdüyü bu tələbi tələblər sırasından çıxarmışdır. Məhkəmə MPM-nin 218.3-cü və 372.4-cü maddələrinin tələblərinə əsasın birinci instansiyada işə baxılmanın predmeti olmayan bu tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmaq üçün qəbul edilməmişdir. Məhkəmə iddiaçının apellyasiya şikayəti ilə bu hissədə razılaşmışdır ki, “Candela Gentlelase” lazer epilyasiya avadanlığının cavabdehdən allnaraq iddiaçıya verilməsinə dair iddia tələbinin rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün deyil. Belə ki, işdəki 09 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “Candela Gentlelase” lazer epilyasiya aparatı "xxxx" MMC tərəfindən iddiaçıya satılmışdır. 09 sentyabr 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh həmin alqı-satqı müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öz öhdəsinə götürmüşdür. Həmin aparat 01 may 2022-ci il tarixli müqaviləyə əsasən ayda icarə haqqı 1000 manat olmaqla cavabdehə icarəyə verilmişdir. 31. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə preyudusial əhəmiyyət daşıyan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2223/2023 saylı 21 iyun 2023-cü il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə artıq "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli 261 saylı alqı-satqı müqaviləsi üzrə iddiaya hüquqi qiymət verilərkən həmin müqavilə etibarlıq əqd kimi qəbul edilmiş və məhkəmə qeyd edilən müqavilə üzrə alıcının iddiaçı olduğunu müəyyən edərək müqavilə üzrə qalıq 10.004 manat əsas borcu və dəbbə pulunu iddiaçıdan satıcının xeyrinə tutmuşdur. Cavabdeh həmin işə baxılarkən satıcı ilə hazırki iş üzrə iddiaçı arasında bağlanmış müqavilənin etibarsız əqd hesab edilməsini tələb etməmiş, əksinə həmin müqavilə üzrə satıcı qarşısında hər hansı öhdəliyi olmadığını bildirərək zaminlik müddətinin keçməsi ilə əlaqədar ona qarşı hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli Qərardadına əsasən əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 33. Azərbaycan Respublikası Ali Məhkəməsinin istinad edilmiş qərardadının məzmunundan aydın olur ki, əqdə əsaslanan iddiaya baxılarkən həmin əqdin etibarlılıq şərtləri məhkəmə tərəfindən həmin icraat çərçivəsində yoxlanılmalı olduğundan işdə iştirak etmiş şəxslər tərəfindən bu iş üzrə məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürülməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, “Candela Gentlelase” lazer epilyasiya aparatının alıcısının-mülkiyyətçinin İddiaçı olduğuna artıq hər iki tərəfin iştirak etdiyi mübahisə üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2223/2023 saylı 21 iyun 2023-cü il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə hüquqi qiymət verildiyindən bu faktın hazırkı icraatda yenidən mübahisələndirilməsi və araşdırılması MPM-nin 82.3 və 233.3-cü maddələrinin tələblərinə ziddir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) ləvazimatı ilə birgə Cavabdeh alınaraq iddiaçı (mülkiyyətçi) İddiaçı qaytarılması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 yanvar 2024-cü il tarixli 9/8217 saylı ekspert rəyində “Candela Gentlelase” lazer epilyasiya avadanlığının işlək vəziyyətdə olduğu halda orta bazar dəyərinin 65.000 manat olduğu qeyd edilmişdir. 36. MPM-nin 222.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, “Candela Gentlelase” lazer epilyasiya avadanlığı cavabdeh tərəfindən iddiaçıya qaytarılmadığı halda onun bazar dəyəri olaraq 65.000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “SY-17/ Ultrasun İ8 Solary” aparatının açıq hərracda satılacağı zaman dəyərinin 18.000 manat məbləğində qiymətləndirilməsi və hərracdan əldə olunan vəsaitdən ½ hissəsinin, yəni 9.000 manatın iddiaçıya ödənilməsi tələbi ilə bağlı məhkəmə düzgün olaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası qaydasında açıq hərracda satılacaq əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün icra mərhələsində qiymətləndirici cəlb ediləcəyindən bu hissədə iddia əsassız olmaqla rədd edilməlidir. İddiaçının bu tələbinin qanuni əsası olmadığından məhkəmə apellyasiya şikayətini bu hissədə əsassız hesab etmişdir. 38. Cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh 01 may 2022-ci il tarixli icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməsi və iddiaçıya icarə müqaviləsi ləğv edildiyi tarixədək (məhkəmə müqavilənin 28 yanvar 2023- cü il tarixdən ləğv edildiyini müəyyən etmişdir) icarə haqqı ödənişləri etməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən, o cümlədən müqavilə ləğv edildikdən sonra icarə predmetini mülkiyyətçiyə qaytarmadığından, iddia 01 may 2022-ci il tarixindən 01 mart 2024-cü il tarixinədək cavabdehdən iddiaçının xeyrinə 22 ay üçün tələb edilən 21.000 manat pulun tutulması hissəsində əsaslı olmaqla MM-nin 700.1-ci və 705-ci maddələrinin tələblərinə uyğundur.

39. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-nin 340.2, 421.2, 685.2, 700.1, 700.3 və 705-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022ci il 14 iyun tarixli Qərardadına, MPM-nin 82.3, 218.3, 222.1, 233.3, 372.2, 372.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyasında birinci icraat:

16. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 2(102)-4/2025 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 iyul tarixli 2-2(103)-720/2024 saylı qətnaməsi qismən- “iddia bu hissədə təmin edilərək “Candela Gentlelase” lazer epilyasiya avadanlığı (3460 (№ 0369/370) ləvazimatı ilə birgə Cavabdeh alınaraq İddiaçı qaytarılması, həmin avadanlıq qaytarılmadıqda avadanlığın bazar dəyəri olaraq 65.000 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulsun” hissəsində ləğv edilməsi, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qət edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın 2022-ci il 1 may tarixli icarə müqaviləsi üzrə icarə haqqının tutulması hissəsində kassasiya şikayətinin dəlilləri, həmin iddia tələbinə qarşı cavabdehin etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Məhkəmə kollegiyası cavabdeh tərəfin həmin dəlillərinə münasibətdə işə baxmış məhkəmələrin mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 21-24 və 38-ci bəndləri) və nəzərə alır ki, məhkəmələrin gəldiyi nəticə kassasiya şikayətində tutarlı dəlillərlə təkzib edilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış 2022-ci il 1 may tarixli icarə müqaviləsi 2023-cü il 28 yanvar tarixindən ləğv edilmiş hesab edilsə də, icarə predmetinin hazırda cavabdehin istifadəsində olması nəzərə alınmaqla 2024-cü il 1 mart tarixinədək icarə haqqının tutulması barədə gəlinən nəticə MM-nin 700.1 və 705-ci maddələrinin tələblərinə uyğun olmuşdur (mətni üçün bax yuxarıda bu qərarın 50-ci bəndi) 55. Apellyasiya instansiyası məhkəməsi iddianın kassasiya qaydasında yoxlanılan digər-“Candela Gentlelase” lazer epilyasiya avadanlığının qaytarılması və ya bazar dəyərinin tutulması hissəsində nəticəyə gələrkən ona əsaslanmışdır ki, “Candela Gentlelase” lazer epilyasiya aparatının alıcısınınmülkiyyətçisinin İddiaçı olduğuna artıq hər iki tərəfin iştirak etdiyi mübahisə üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2223/2023 saylı 21 iyun 2023-cü il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə hüquqi qiymət verildiyindən bu faktın hazırkı icraatda yenidən mübahisələndirilməsi və araşdırılması MPM-nin 82.3 və 233.3-cü maddələrinin tələblərinə ziddir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozulmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 2016-cı il 23 fevral tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə zidd nəticəyə gəlinmişdir Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarı) Apellyasiya instansiyası məhkəməsinin hazırki iş üçün preyudisial əhəmiyyət daşıyan akt kimi istinad etdiyi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2223/2023 saylı 21 iyun 2023-cü il tarixli qanuni qüvvədə olan qətnamədən göründüyü kimi, iddianın predmetini avadanlığın alqı-satqısına dair müqaviləyə əsasən pulun müştərək qaydada alıcıdan və zamindən tutulması təşkil etmişdir. Həmin iş üzrə zamin olan cavabdehin məhkəməyə ünvanladığı etirazda sözügedən alqı-satqı müqaviləsinə əsasən avadanlığın şərikli alınmasına istinad olunsa da, etirazın əsasını müddətin keçməsi səbəbindən zaminə qarşı tələbin təmin olunmaması təşkil etmişdir. Həmin icraat çərçivəsində əşyanın hüquqi statusu (paylı olub-olmaması) ilə bağlı tələb iddianın və (və ya) etirazların predmetini təşkil etməmiş, avadanlığın şərikli alınıb-alınmaması üzrə də hər hansı araşdırma aparılmamış, bununla bağlı qiymətləndirilmiş fakt müəyyən edilməmişdir. Bundan fərqli olaraq, baxılan işdə isə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, daşınar əşyanın mülkiyyət hüquqları ilə ona məxsus olmasına istinadla ona qaytarılmasını, bu mümkün olmadıqda isə bazar dəyərinin tutulmasını xahiş edir. Cavabdeh isə etiraz edərək göstərir ki, müqavilə iddiaçının adına bağlansa da, birgə əldə edilmişdir. Göründüyü kimi, tərəflərin iştirak etdikləri əvvəlki iş üzrə mübahisə öhdəlik münasibətlərindən, hazırki işdə isə hüquqi təbiətinə görə ondan tamamilə fərqli olan əşya hüquq münasibətlərindən yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının qeyd olunan tələbi üzrə mübahisələndirilən və mübahisələndirilməyən hallar müəyyən edilmədən, yalnız qanuni qüvvədə olan qətnaməyə əsaslanmaqla iddiaya qiymət verilməsi, yuxarıda göstərilən prosessual pozuntu ilə yanaşı, qətnamənin tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılması ilə nəticələnmiş, həmçinin MPM-nin 217 və 218-ci maddlərinin tələbləri pozulmuşdur. Odur ki, işin yeni apellyasiya baxışı zamanı, həmin iddia tələbi üzrə hər iki tərəfin dəlillərinə, iş üzrə təqdim olunmuş sübutlar əsasında, tələbin qanuni əsasını təşkil edən maddi hüquq normasına uyğun olaraq qiymət verilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

18. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək tərəfindən verilmiş şikayətin təmin edilməsini, lazer aparatının qaytarılması tələbinə dair iddianın rədd edilməsi hissəsində qətnamənin ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsini xahiş etdi.

19. Cavabdehin nümayəndəsi və vəkili iddiaçının apellyasiya şikayətinin rədd edilməsini, qətnamənin yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq:

20. Mülki Məcəllənin: - 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 222.1-ci maddəsinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

21. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam təmin edilmiş, həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilərək qətnamə müvafiq olaraq iddianın rədd edilmiş və təmin edilmiş hissələrində mübahisələndirilmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən -lazer aparatınım qaytarılması tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmişdir. Cavabdehin kassasiya şikayətinə əsasən kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiya məhkəməsinin qətnaməsi qismən – lazer aparatının qaytarılması tələbinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya inatansiya məhkəməsinə göndərilmişdir. Odur ki, hazırda apellyasiya baxışının hədləri lazer aparatının qaytarılması tələbinə dair iddia tələbi ilə məhdudlaşdığından məhkəmə tərəfindən iddiaçının apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını lazer aparatının qaytarılması tələbinə dair iddianın rədd edilməsi hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə-laser aparatının qaytarılması tələbinə dair iddianın rədd edilməsi hissəsində - dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən mübahisəli “Candela Gentlelase” lazer epilyasiya avadanlığını (3460 (No0369/370) nömrəli) "xxxx" MMC-dən almışdır. Cavabdeh isə "xxxx" MMC ilə zaminlik müqaviləsini bağlayaraq iddiaçının həmin müqavilə üzrə öhdəliklərinə zamin durmuşdur. Hazırda lazer aparatı Cavabdeh sahibliyindədir. İddiaçı mübahisəli lazer avadanlığının cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməsini tələb edir.

27. Həmin iddia tələbi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı yuxarıda göstərilən alqı-satqı müqaviləsinə əsasən lazer avadanlığı "xxxx" MMCdən alsa da, tərəflər aralarında bağlanmış şərikli biznes fəaliyyəti barədə şifahi razılaşmaya əsasən həmin avadanlığın birgə mülkiyyətlərinə verilməsi, cavabdehə məxsus “Nuray” gözəllik salonunda işlədilməsi və əldə ediləcək gəlirlərin bərabər bölüşdürülməsi barədə razılaşmışlar. Göstərilənlər tərəflər arasında aparılmış whatsapp yazışmaları ilə yanaşı cavabdehin iddiaçının alqı-satqı müqaviləsi üzrə öhdəliklərinə zamin durması, avadanlığın dəyərinin bir hissəsinin cavabdeh tərəfindən ödənilməsi (həm Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərlə, həm də "xxxx" MMC-nin vəkil sorğusuna cavab məktubu ilə təsdiq edilir), tərəflərin sonradan bağladıqları icarə müqaviləsində icarə obyekti qismində bütövlükdə lazer aparatının deyil, həmin aparatın “icarəyə verənə məxsus hissəsinin” göstərilməsi kimi faktiki hallarla da öz təsdiqi tapır.

28. Araşdırma zamanı o da müəyyən edildi ki, mübahisəli lazer aparatını müəyyən müddət şərikli işlətdikdən sonra narazılıq yarandığından tərəflər arasında həmin aparata dair icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən lazer avadanlığının iddiaçıya məxsus hissəsi aylıq 1000 manat icarə haqqı ödəmək şərti ilə cavabdehin icarəsinə verilmişdir. xx.xx.2023-cü il tarixdə həmin müqaviləyə iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi barədə bildiriş göndərilməklə birtərəfli qaydada xitam verilmişdir.

29. İddiaçı apellyasiya şikayətində lazer aparatının yalnız ona məxsus olduğunu, təqdim edilmiş whatsapp yazışmalarının tam olmadığını və həmin yazışmaların lazer aparatı ilə deyil, solari aparatı ilə bağlı olduğunu bildirsə də, istinad etdiyi dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə yazışmaların məzmunundan da göründüyü kimi yazışmaların bəzi hissələrində aparatla (lazer aparatı) yanaşı solarinin (solari aparatının) adı ayrıca keçmiş, bundan əlavə yazışmalarda iddiaçı ayda 1000 manat məbləğində icarə haqqı verilməsi şərti ilə cavabdehlə aparata dair icarə müqaviləsinin bağlanması imkanının olduğunu bildirmişdir. Göstərilən hallar ona dəlalət edir ki, mübahisəli yazışmalar məhz lazer aparatı barəsində aparılmışdır.

30. Bundan əlavə iddiaçı məhkəmədə verdiyi izahatda cavabdeh ilə bağladığı icarə müqaviləsinə əsasən lazer aparatının bütövlükdə deyil, İddiaçı məxsus hissəsinin cavabdehin icarəsinə verilməsinin göstərilməsini həmin müqaviləni polisdə imzalaması və imzalayarkən oxumaması ilə izah etsə də, həmin halları da sübuta yetirə bilməmişdir.

31. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, mübahisəli lazer avadanlığı tərəflərin birgə mülkiyyətindədir. Odur ki, Cavabdeh birgə mülkiyyətçi kimi həmin avadanlığa sahiblik etmək, ondan istifadə etmək hüququna malikdir, yəni həmin avadanlığa qanuni əsaslarla sahiblik edir.

32. Odur ki, iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən həmin avadanlığın cavabdehin qanunsuz sahibliyindən alınmasını tələb etməkdə haqlı deyil.

33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə (yoxlanılan hissədə) göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (yoxlanılan hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə lazer aparatının qaytarılmasına dair iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-78/2024 saylı saylı qətnaməsi -lazer aparatının qaytarılmasına dair iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Elnur Həsənov

Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar